Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-26/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X11 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 27.09.18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin177.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində paylaşımların şərh bölməsinə anasının əlilliklə bağlı təqadünün bərpa olunması ilə əlaqədar şərh yazmış Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi “Həsən Ağayev” adı ilə təqdim edərək Zərərçəkmiş şəxs2 anası X12 İİ qrup əlilliyi ilə bağlı pensiya təqaüdünü bərpa etdiyini yalandan bildirib aldadaraq sığorta haqqı və keçmiş aylar üçün ödənişi almasını təşkil etmək adı ilə Zərərçəkmiş şəxs2 Ağstafa rayonu, Böyük kəsik kəndində qurlaşdırlmış “E-manat” ödəniş terminalından öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş 4169-7385-6192-2117 nömrəli kart hesabına 15 mart 2022-ci il tarixdə göndərdiyi 470 manat və 16 mart 2022-ci il tarixdə göndərdiyi 80 manat olmaqla ümumilikdə 550 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 550 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində paylaşımların şərh bölməsinə “İ Qarabağ Müharibəsi”-ndə şəhid olmuş qardaşı X4 görə onun ailə üzvlərinə dövlət tərəfindən ev verilməsi ilə bağlı şərh yazmış Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi “İxtiyar” adı ilə təqdim edərək şəhid olmuş qardaşı İbrahim Məmmədova görə onun ailə üzvlərinə dövlət tərəfindən sosial yardım olaraq ev verilməsini təşkil etdiyini yalandan bildirib aldadaraq rüsumları ödəmək və mənzilin içərisindəki əşyaları saxlamaq adı ilə Zərərçəkmiş şəxs1 Yevlax rayonu, Aran qəsəbəsində qurlaşdırılmış “Milliön” ödəniş terminalından öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş 4169-7385-6192-2117 nömrəli kart hesabına 18 aprel 2022-ci il tarixdə göndərdiyi 188 manat, 19 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində qurlaşdırlmış “Milliön” ödəniş terminalından həmin karta göndərdiyi 1500 manat və 20 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində qurlaşdırılmış “Milliön” ödəniş terminalından həmin karta göndərdiyi 2000 manat olmaqla ümumilikdə 3688 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 3688 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində paylaşımların şərh bölməsinə “İİ Qarabağ Müharibəsi”-ndə iştirak edərək yaralandığı və sağ ayağı budun yuxarı üçdə bir hissəsindən amputasiya olunduğuna görə ona dövlət tərəfindən sosial dəstək olaraq ev verilməsi ilə bağlı şərh yazmış Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi “Bəxtiyar” adı ilə təqdim edərək ona dövlət tərəfindən sosial yardım olaraq ev verilməsini təşkil edəcəyini yalandan bildirib aldadaraq sığorta haqqı ödəmək adı ilə Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanında fəaliyyət göstərən “Bazarstore” marketində qurlaşdırlmış “e-manat” ödəniş terminalından öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş 5243-75**-****-6894 nömrəli kart hesabına 23 iyul 2022-ci il tarixdə göndərdiyi 750 manat və 24 iyul 2022-ci il tarixdə həmin karta göndərdiyi 600 manat olmaqla ümumilikdə 1350 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 1350 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Prezidentinin rəsmi səhifəsində paylaşımların şərh bölməsinə bankdan ABŞ dolları vahidi ilə kredit götürməsi, dolların məzənnəsinin qalxması səbəbindən krediti ödəyə bilməməsi və köməklik göstərilməsi ilə bağlı şərh yazmış Zərərçəkmiş şəxs5 ilə əlaqə saxlayaraq özünü Azərbaycan Respublikası Prezident Adminstrasiyasının işçisi kimi “X9” adı ilə təqdim edərək onun "xxxx" ASC-dən götürdüyü 23 000 ABŞ dolları məbləğində krediti 21 000 manata, sonradan isə 12 000 manata dəyişəcəyini yalandan bildirib aldadaraq rüsumları və bankın gecikmə faizlərini ödəmək adı ilə Zərərçəkmiş şəxs5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş 5243-75**-****-6894 nömrəli kart hesabına 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri ərazisində mobil tətbiq vasitəsilə göndərdiyi 1 500 manat və 999,95 manat, həmçinin ünvan 3 ünvanında fəaliyyət göstərən “Oba” marketdə qurlaşdırılmış “eManat” ödəniş terminalından 22 iyul 2022-ci il tarixdə 527 manat və 750 manat, 23 iyul 2022-ci il tarixdə 400 manat və 25 iyul 2022-ci il tarixdə göndərdiyi 100 manat olmaqla ümumilikdə 4 276,95 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 4 276,95 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi səhifəsində paylaşımların şərh bölməsinə maddi vəziyyəti zəif olduğuna görə dövlət tərəfindən sosial dəstək olaraq ev verilməsi ilə bağlı şərh yazmış Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi “X17” adı ilə təqdim edərək ona dövlət tərəfindən sosial yardım olaraq ev verilməsini təşkil edəcəyini yalandan bildirib aldadaraq sənədləri hazırlamaq adı ilə Zərərçəkmiş şəxs4 özü və tanışları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emisiya edilmiş 5243-75**-****-6894 nömrəli kart hesabına 19 avqust 2022-ci il tarixdə Quba şəhərlərinin ərazilərisindən mobil tətbiq vasitəsilə göndərilmiş 500 manat, ünvan 4 ünvanında qurlaşdırılmış “Milliön” ödəniş terminalından göndərilmiş 500 manat, Quba rayonu, H.Əliyev prospekti 188 ünvanında qurlaşdırılmış “Milliön” ödəniş terminalından göndərilmiş 300 manat və 20 avqust 2022-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində fəaliyyət göstərən “Qardaşlar” marketdə qurlaşdırılmış “eManat” ödəniş terminalından göndərilmiş 200 manat olmaqla ümumilikdə 1 500 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 1 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəlidir, himayəsində dörd azyaşlı övladı vardır. 1995-ci il tarixdən 26 aprel 2019-cu il tarixlərədək müxtəlif vaxtlarda hissə-hissə olmaqla 20 ildən artıq müddətdə azadlıqdan məhrum etmə yerlərində cəza çəkmişdir. Əsasən də oğurluq və dələduzluq cinayətləri törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. 2019-cu il tarixdə azadlığa çıxdıqdan sonra bir müddət iş axtarsa da tapa bilməmişdir. Buna görə də müxtəlif üsullarla vətəndaşların pullarını aldatma yolu ilə ələ keçirməyə başlamışdır. Belə ki, 2022ci ilin əvvəllərindən başlayaraq “facebook” sosial şəbəkəsinə daxil olmuş və orada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsini mütamədi olaraq izləmişdir. Orda əksər vaxtlarda vətəndaşlar paylaşımların şərh bölməsində öz şikayət və müraciətlərini yazmışlar. O da özü açdığı profil hesabında həmin şərhə cavab yazaraq əlaqə nömrəsi qeyd etmələrini bildirmişdir. Facebook sosial şəbəkəsində tez-tez profilini dəyişmiş və adını da “Həsən Ağayev”, “Röyalə Kazımlı” və sair kimi müxtəlif şəxslərin adlarından istifadə etmişdir. Profilə ƏƏSMN-nin rəsmi loqosunun şəklini yerləşdirmiş ki, profilə baxan şəxs onun Nazirliyin işçisi olduğuna inansın. Vətəndaşlar qeyd etdiyi kimi onun nazirliyin işçisi olduğunu zənn edib öz mobil nömrələrini yazmışlar. Bundan sonra o istifadə etdiyi nömrələrdən həmin şəxslərə zəng etmişdir. “Azercell” şirkətinin “öz imza” adlı kompaniyası vardır. Həmin kompaniyanın xidmət haqqı günlük 10 qəpikdir. Kompaniyanın mahiyyəti ondan ibarətdir ki, “5111” nömrəsinə istədiyini mətni yazıb sms vasitəsi ilə göndərirsən və sən kiməsə zəng edərəndə “*5*” və arxası ilə zəng etdiyin mobil nömrəni yığırsan və zəng edilən telefonda həmin mətn yazılır. O da “5111” nömrəsinə “AZƏRBAYCAN RESPUBLİKASİ ƏMƏK və ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ” mətni yazıb göndərmişdir. Bundan sonra aldatmaq istədiyi şəxslərə zəng edən zaman həmin üsulla zəng etmiş və onların telefonunda qeyd edilən mətn yazılmış və həmin şəxslər elə zənn etmişlər ki, o həqiqətən də Nazirliyin işçisidir. İnsanlar əsasən buna görə ona inanmışlar. Bundan sonra onların problemləri ilə maraqlanmışdır. Onlarda inam yaratmaq üçün dərhal pul istəməmişdir, birinci danışıqdan sonra sistemdə onların işləri ilə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra həmin şəxslərlə yenidən əlaqə saxlayıb işlərinin ya həll edildiyini demiş və “şirinlik” verməsini istəmiş ya da işini həll etmək üçün sığorta haqqı, və sair xərclər üçün pul istəmişdir. O ilk əvvəl şəxsdən az məbləğdə pul istəmiş o həmin pulu göndərdikdən sonra ona yenidən pul göndərməsini istəmişdir. Ələ keçirdiyi pulları öz adına olan "xxxx" və "xxxx" ASC-lərdə olan kartlara göndərtdirirmişdir. Belə ki o, 2022-ci ilin mart ayında Ağstafa rayon sakini Zərərçəkmiş şəxs2 anasının təqaüdünü bərpa etdirmək adı ilə ondan bir dəfə 470 manat bir dəfə isə 80 manat olmaqla cəmi manat 550 manat, 2022-ci ilin aprel ayında Yevlax rayon sakini Zərərçəkmiş şəxs1 onun şəhid olmuş qardaşının ailəsi üçün ev verilməsini təşkil etmək adı ilə hissə-hissə 3 688 manat, 2022-ci ilin iyul ayında Bərdə rayon sakini Zərərçəkmiş şəxs3 evini təmir etdirmək və ya ev verdirmək adı ilə hissə-hissə 1350 manat, 2022-ci ili uyun ayında Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs5 adına olan kredit borcunun azaldılması adı ilə ondan hissə-hissə 4277 manat, 2022-ci ilin avqust ayında Quba rayon sakini Zərərçəkmiş şəxs4 özünü ƏƏSMN-nin işçisi kimi təqdim edərək ona ev veriləcəyini bildirərək conuncudan hissə-hissə 1500 manat məbləğində pulu alıb öz ehtiyacları üçün xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, qardaşı X7 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Həmin tarixdən bu günədək onlar ev ala bilməmişlər. Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət etsələrdə müsbət nəticə olmamışdır. 2022-ci ilin aprel ayının əvvəllərində “Facebook” sosial şəbəkəsində olan zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi facebook səhifəsində paylaşımların şərh bölməsindən yazaraq qardaşının şəhid olmasına baxmayaraq onlara ev verilmədiyini və köməklik edilməsini xahiş etmişdir. Bundan sonra profil şəklində “Röyalə Kazımlı” yazılan və ƏƏSMN-nin rəsmi loqosu olan səhifədən onun səhifəsinə yazmışlar və əlaqə üçün ondan mobil nömrə istəmişlər. O da istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsini vermişdir. Bundan sonra, 18 aprel 2022-ci il tarixdə onun mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisii İxtiyar adı ilə təqdim etmişdir. Zəng edən şəxs ondan zəruri məlumatları öyrəndikdən sonra, bildirmişdir ki, ölkə rəhbərinin göstərişi ilə 28 aprel 2022-ci il tarixdək şəhid ailələrinə dövlət tərəfindən mənzillər veriləcəkdir. Bundan sonra özünü İxtiyar kimi təqdim edən şəxs ona bildirmişdir ki, bəzi sənədləri hazırlamaq üçün 188 manat rüsum ödəmək lazımdır. O da onunla razılaşmışdır. Zəng edən şəxs ondan mail poçt ünvanını öyrənəndən sonra bildirmişdir ki, onu elekron poçt ünvana “e-sosial” saytından təsdiq kodu gələcəyini, həmin kodu saxlasın Bundan sonra, onun mail ünvanına “e-sosial” saytından dörd rəqəmli təsdiq kodu gəlmişdir. Elektron ünvanına kod gəldikdən sonra zəng edən adama tam inanaraq 18 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Aran Qəsəbəsində yerləşən Elmar marketdə qurlaşdırılmış Milliön terminalından 188 manat pulu onun dediyi 416973******2117 nömrəli hesaba yükləmişdir. 19 aprel 2022-ci il tarixdə özünü İxtiyar kimi təqdim edən şəxs yenidən zəng edərək evin məsələsinin həll etmək üçün 1500 manat da pul göndərməsini xahiş etmişdir. O, da təki ev alınsın deyə razılaşmış və 19 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində qurlaşdırılmış Milliön terminalından 1500 manat pulu onun dediyi 416973******2117 nömrəli hesaba yükləmişdir. Növbəti gün ona Whatsapp ani mesajlaşma proqramı vasitəsilə ***-***-**-** saylı mobil nömrə ilə 3 otaqlı təmirli və içərisində əşyaları olan evin şəkilllərini göndərmiş və ölkə başçısı açılış etikdən sonra, həmin əşyaların götürüləcəyini, əşyaların qalması üçün 2000 manat da əlavə pul vermək lazım olduğunu bildirmişdir. O da razılaşmış və 20 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Aran Qəsəbəsində yerləşən Elmar marketdə qurlaşdırılmış Milliön terminalından 2000 manat pulu onun onun dediyi 416973******2117 nömrəli hesaba yükləmişdir. Bundan bir neçə gün sonra o yenidən həmin şəxslə əlaqə saxlamaq istəsə də onun nömrələrinə zəng çatmadığını görüb şübhələnmiş və ƏƏSMN-ni rəsmi saytına müraciət etmişdir. Hadisə nəticəsində ona 3 688 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın odənilmədiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə MAXE kimi işə qəbul olunmuşdur. Sonuncu vəzifəsi kəşfiyyat qrup komandiri olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlayan İİ Qarabağ Müharibəsində də iştirak etmiş və 02 oktyabr 2020-ci il tarixdə yaralanaraq döyüşdən kənarlaşdırılmışdır. Həmin yara nəticəsində sağ ayağı budun yuxarı üçdə bir hissəsindən amputasiya edilmişdir. İİ Qarabağ Müharibəsində iştirak etdiyinə görə “Cəsur Döyüşçü”, Vətən Müharibəsində iştiraka görə” “Suqovuşanın və Ağdamın azad edilməsinə” görə medallarla təltif edilmişdir. Məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmışlar. Hazırda qaldığı ev şəraitsiz olduğu üçün dəfələrlə İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada müraciət etmişdir. Lakin heç bir müsbət nəticə olmamışdır. Buna görə də 2022-ci ilin iyul əvvəllərində “Facebook” sosial şəbəkəsində olan zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi facebook səhifəsində paylaşımların şərh bölməsindən yazaraq ona ev verilmədiyini və köməklik edilməsini xahiş etmişdir. Bundan sonra istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrdən zəng gəlmişdir. Zəng edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi Bəxtiyar adı ilə təqdim etmişdir. Ondan zəruri məlumatları örgəndikdən sonra bildirmiş ki, ölkə rəhbərinin göstərişi ilə 10-15 avqust 2022ci il tarixdək qazilərə dövlət tərəfindən mənzilin verilməsi təmin ediləcəkdir. Ondan şəxsiyyət vəsiqəsinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin şəkillərini istəmiş və o da göndərmişdir. Sənədlərinə baxdıqdan sonra, ona “X8” 3 otaqlı mənzil düşdüyünü bildirmişdir. O da razılaşmışdır. Zəng edən şəxs sonra ona təklif etmişdir ki, həmin kompleksdə 4-cü mərtəbədə 65 kvadrat mənzili vermək üçün 1500 manat sığorta haqqı ödəmək lazımdır. Lakin istəsə 9-cu mərtəbədə 120 kvadraqtlıq mənzili 2000 manat sığorta haqqı ödəməklə əldə edə bilər. Həmçinin həmin şəxs ona demişdir ki, həmin 120 kvadratlıq mənzilin içərisində bütün mebellər vardır. Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin işçisi kimi təqdim etmiş şəxsə 2000 manat pul tapa bilmədiyini dedikdə, həmin şəxs ona bildirmişdir ki, narahat olmasın, nə gücü çatır ödəsin qalan məbləğə bir-iki ay güzəşt edərlər. Onunla razılaşmışdır. Buna görə də 23 iyul 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Bazarstore marketdə qurlaşdırılmış E-manat terminalından 750 manat pulu özünü Bəxtiyar kimi təqdim etmiş şəxsin dediyi son 8 rəqmi 1057-6894 nömrəli Təqsirləndirilən şəxs adına olan karta göndərmişdir. Növbəti gün, yəni 24 iyul 2022-ci il tarixdə həmin ünvandan həmin karta yenidən 600 manat məbləğində pul göndərmişdir. Pulu göndərdikdən sonra isə çeklərin şəklini çəkib həmin şəxsə göndərmişdir. Pulu göndərdikdən sonra, həmin şəxslə əlaqə yaratmaq istəsədə onun zənglərinə cavab verilməmişdir. Bundan sonra ona zəng edərək işlə bağlı soruşmaq istəsə də zənglərinə cavab verməmişdir. O şübhələndiyindən dəqiqləşdirmək üçün ƏƏSMN müraciət etmişdir. Hadisə nəticəsində ona 1 350 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2013-cü ildə avtomobil almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 20 730 ABŞ dolları götürmüşdür. Devalvasiyadan sonra, dolların qiyməti artdığı üçün krediti ödəyə bilmədiyi üçün, bankla аrаlarında məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin qərarı ilə razılaşmadığına görə, o təxminən 2022-ci ilin iyul ayının ortalarında Azərbaycan Respublikası Prezidentinin rəsmi facebook səhifəsinə bu barədə müraciət etmişdir. Onun müraciətindən sonra, ondan əlaqə nömrəsi istənilmişdir. Əlaqə nömrəsini yazdıqdan sonra, xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** nömrəyə ***- ***-**-** nömrəsindən zəng gəlmişdir. Zəng vuran şəxs X1 kimi təqdim edərək Preziden Aparatı yanında X29 çöbəsinin əməkdaşı kimi təqdim etmiş və ona kömək edəcəyinə söz vermişdir. Aradan az vaxt keçdikdən sonra, həmin şəxs ona ***-***-**-** nömrəsi ilə «Vatsap» la zəng etmiş və ondan sənədləri həmin nömrəyə göndərməyi xahiş etmişdir. O sənədləri həmin nömrəyə göndərdikdən sonra, ona 5243 7544 1057 6894 nömrəli Unibank kartı göndərərək ondan həmin karta 1500 manat pul köçürtməsini, müqabilində isə onun 23000 ABŞ dollarıborcunu 21000 manata çevirtdirəcəyini bildirmişdir. Zəng edən şəxs göndəriləcək pulun bankın faizi və gecikmə xərcləri olacağını bildirmişdir. Onunla razılaşdıqdan sonra, özünə məxsus 4098 5844 6491 8703 nömrəli «ЛЕО» kart hesabından həmin kart hesabına 1500 manat pul пул köçürmüşdür. xx.xx.2022-ci il tarixdə həmin şəxs yenidən ona zəng edərək bildirmişdir ki, əgər 3500 manat pul ödəsə onun 21000 manat borcunu 12000 manataendirərək, ödədiyi 3500 manatda həmin məbləğdən çıxılacaq, cəmi 8500 manat borcu qalacaq, ona yeni qrafik açılacaq, hər ay 150 manat pul ödəyəcəkdir. Zəng edən şəxs həmin pulun rəsmi rüsüm olduğunu bildirmişdir. O, özünü Fərhad Abdullayev kimi təqdim edən şəxsə 3500 manat məbləğində pulu ödəməyə imkanı bildirdikdə həmin şəxs ona məbləğin bir hissəsini ödəməyi yəklif etmişdir. Zəng edən şəxslə razılaşdıqdan sonra, həmin gün kartının balansından həmin şəxsin ona göndərdiyi kartın balansına 1000 manat pul köçürmüşdür. Bundan sonra isə, həmin gün yəni, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bakı dəmir yolu vağzalı ərazisində yerləşən «ОBА» marketdəki «eManat» ödəmə terminalı vasitəsi ilə **********576894 nömrəli kartın hesabına 750 manat pul ödəmişdir. O pulu ödəyəndə həmin kartın sahibinin adı Təqsirləndirilən şəxs kimi qeyd olunmuşdur. Bundan sonra həmin şəxs ona zəng edərək məhkəmə ekspertizasının rəyinə və məhkəmə baxışına görə 527 manat pul ödəməsini istəmişdir. O, da xx.xx.2022-ci il tarixdə həmin «ОBА» marketdən həmin kart hesabına 527 manat pul ödəmişdir. xx.xx.2022-ci il tarixdə X1 kimi təqdim edən şəxs yenidən ona zəng vuraraq bildirmişdir ki, hesaba 500 manat da pul köçürmək lazımdır. O, həmin gün Nəsimi rayonu, Bakı dəmir yolu vağzalı ərazisində yerləşən «ОBА» matketdən 400 manat, xx.xx.2022-ci il tarixdə isə yenidən həmin terminaldan 100 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra, həmin şəxs шяхс ona меsаj göndərərək xx.xx.2022-ci il tarixdə, sаат 15:30-da onu Prezident Aparatına qəbula çağırmışdır. O Prezident Aparatına getsədə orada X9 adlı şəxsin işləmədiyi məlum olmuşdur. Оnа görə də o bu barədə hüquq mühafizə orqanlarına müraciət етmişdir. X1 kimi təqdim edən şəxs onu aldadaraq ümumilikdə 4277 manat məbləğində pulunu almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənillmədiyini bildirərək məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə özünə məxsus Facebook hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Facebook hesabında paylaşılmış postun şərh bölməsinə şərh yazaraq ona ev verilməsində çətinlik yaşadığını bildirmişdir. Onun yazdığı şərhə “Ayan Əliyeva” adlı istifadəçi “əlaqə nömrəsi yazın” cavabını vermişdir. Bundan sonra o, həmin istifadəçiyə Facebookun mesajlaşma bölməsində öz nömrəsini yazmışdır. 18 avqust 2022-ci il tarixdə, saat 18 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmışdir. Zəng edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək bildirmişdir ki, “sən Prezident Administrasiyasına evlə bağlı müraciət etmisən, bu işə baxılması üçün ona göstəriş veriblər”. Həmin şəxs X17 olduğunu, Quba şəhərində anadan olduğunu, ona kömək edə biləcəyini və 2022-ci ilin sentyabr ayının sonlarına kimi evlə təmin olunacağını, buna görə ev sənədlərinin hazırlanması üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. 19 avqust 2022-ci il tarixdə həmin şəxs ona yenidən zəng edərək 1500 manat pulu ödəmə terminalı vasitəsilə kart hesabına göndərməsini xahiş etmişdir. Zəng edən şəxsə tələb olunan pulu günün ikinci yarısı göndərə biləcəyini dedikdə, həmin şəxs Unibanka məxsus kart nömrəsini onun vatsap nömrəsinə göndərmişdir. O da həmin gün saat 14 radələrində qohumu X14 zəng edib ona məsələni izah edərək, ya ona 500 manat pul göndərməsini, ya da dediyi karta 500 manat pulu yönləndirməsini xahiş etmişdir. Aydın da özünə məxsus bank hesabından ona göndərilən **********576894 nömrəli kart hesabına telefon vasitəsilə 500 manat pul köçürmüşdür. Pul göndərilərkən həmin kartın Təqsirləndirilən şəxs adına olduğu məlum olmuşdur. Daha sonra Bakı şəhərində yaşayan X19 da onun əvəzinə həmin kart hesabına “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat pul köçürmüşdür. O, özü isə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “İrşad Electronics”in qarşısındakı “Milliön” ödəmə terminalından ona göndərilən kartın hesabına 300 manat göndərmişdir. Ümumilikdə telefonla danışdığı şəxsin hesabına 1300 manat məbləğində pul köçürmüşdür. 1300 manat pulu köçürdüükdən sonra, özünü Yasin kimi təqdim edən şəxs ona pulun tam verilməli olduğunu, yoxsa işin alınmayacağını bildirmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən “Qardaşlar” marketin qarşısında “Emanat” ödəmə terminalından qalan 200 manat pulu da həmin kart hesabına göndərmişdir. Ümumilikdə 1500 manat pulu Yasin adlı şəxsin ona göndərdiyi bank kartına göndərmişdir. O özünü Yasin kimi təqdim edən şəxslə telefon vasitəsilə danışmış, həmin şəxs ona pulun çatdığını, xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nə onu qəbula dəvət etmişdir. O da xx.xx.2022ci il tarixdə Bakı şəhərində olarkən Yasinə zəng etmiş, lakin o telefona cavab verməmişdir. Sonra özünü Yasin kimi təqdim edən şəxs ona vatsapdan yazaraq qəbulun təxirə salındığını, ümumiyyətlə heç bir vətəndaşın qəbul edilmədiyini, bu barədə ona əlavə məlumat verəcəyini qeyd etmişdir. Bundan sonra o, özünü Yasin kimi təqdim edən şəxslə əlaqə yarada bilməmişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənillmədiyini bildirərək məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ilə müraciət edərək səhhəti ilə əlaqıdar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsni təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasının bildirib, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, anası X20 İİ qrup əlildir. 2021-ci ilin aprel ayından onun pensiya təqaüdü kəsilmişdir. Anası Hökmə dəfələrlə rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafdiəsi Nazirliyinə müraciət etsədə heç bir nəticə olmamışdır. Buna görə də 2022-ci ilin mart ayının 13-də “Facebook” sosial şəbəkəsində olan zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi facebook səhifəsində paylaşımların şərh bölməsindən yazaraq anasının əlillik təqaüdünün bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. Həmin zaman öz mobil nömrəsini də yazmışdır. Bundan iki gün sonra yəni, 15 mart 2022-ci il tarixdə onun mobil nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi Həsən Ağayev kimi qeyd etmişdir. Zəng edən şəxs ondan zəruri məlumatları öyrəndikdən sonra, anasının şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. O, anasının şəklini zəng edən şəxsə ona göndərdikdən 20-30 dəqiqə sonra, həmin şəxs yenidən ona zəng edərək anasının işi ilə maraqlandığını həqiqətən də ona pensiya təyin edilə biləcəyini bildirmişdir. Zəng edən şəxs anasının pensiya təqaüdünün bərpa olunması üçün ondan 400 manat pul istəmişdir. Təqüd məsələsinin 400 manata düzələcəyinə inanıb həmin şəxlə razılaşmışdır. Özünü Həsən kimi təqdim edən şəxs mobil telefonuna e-sosial saytından təsdiq kodu gələcəyini, həmin kodu ona bildirməsini xahiş etmişdir. Bundan sonra onun mobil nömrəsinə e-sosial saytından dörd rəqəmli təsdiq kodu gəlmişdir. Həmin zaman o və ailə üzvləri sevinmişlər ki, anasının pensiya təqaüdü bərpa olunmuşdur. Bundan sonra həmin şəxs yenidən zəng etmişdir. O təsdiq kodu gəlib gəlmədiyini soruşmuşdur. O təsdiq kodu gəldiyini dedikdən sonra onu təbrik etmiş və anasının pensiya təqaüdü bərpa olunduğunu aylıq 250 manata qədər pensiya alacağını bildirmişdir. Danışıq zamanı zang edən şəxs ondan 400 manat pulu ona göndərməsini xahiş etmişdir. O, da 15 mart 2022-ci il tarixdə Ağsata rayonu, Böyük kəsik kəndində qurlaşdırılmış e-manat terminalından 400 manat pulu zəng edən şəxsin dediyi 416973******2117 nömrəli hesaba yükləmişdir. Bundan sonra həmin şəxs yenə ona zəng edərək anasının keçən aylarda almalı olduğu məbləğləri almaq üçün əlavə 150 manat da ödəniş etməsini bildirmişdir. O da həmin gün Ağsata rayonu, Böyük kəsik kəndində qurlaşdırılmış e-manat terminalından 70 manat, 16 mart 2022-ci il tarixdə isə 80 manat pulu onun dediyi 416973******2117 nömrəli hesaba göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ona bildirmişdir ki, anasının pensiya kartını Ağstafa rayonu Sosial Müdafiəsi idarəsindən ala bilər. Anasına məxsus təqüd kartını almaq məqsədi ilə o, 18 mart 2022-ci il tarixdə tarixində ƏƏSMN-nin Ağstafa rayon şöbəsinə getdikdə məlum olmuşdur ki, zəng edən şəxs onu aldadıb və 550 manat məbləğində pulu mənimsəyib. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169-73**-****-2117 nömrəli kart hesabına Ağstafa rayonu, Böyük X2raşdırılmış “eManat” ödəniş terminalından 15 mart 2022-ci il tarixdə 400 manat və 70 manat, 16 mart 2022-ci il tarixdə 80 manat olmaqla ümumilikdə 550 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 4169-73**-****-2117 nömrəli kart hesabına 18 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində fəaliyyət göstərən “Elmar” marketdə qurlaşdırılmış “Milliön” ödəniş terminalından 188 manat, 19 aprel 2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində qurlaşdırılmış “Milliön” ödəniş terminalından 1 500 manat və 20 aprel 2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində fəaliyyət göstərən “Elmar” marketdə qurlaşdırılmış “Milliön” ödəniş terminalından 2000 manat olmaqla ümumilikdə 3688 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus ****-****-1057-6894 nömrəli kart hesabına ünvan 7 ünvanında fəaliyyət göstərən “Bazarstore” supermarketdə qurlaşdırılmış “eManat” ödəniş terminalından 23 iyul 2022-ci il tarixdə 750 manat və 24 iyul 2022-ci il tarixdə 600 olmaqla ümumilikdə 1 350 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus ****-****-1057-6894 nömrəli kart hesabına 20 iyul 2022-ci il tarixdə mobil tətbiq vasitəsilə 1500 manat və 999,95 manat, həmçinin ünvan 3 ünvanında fəaliyyət göstərən “Oba” marketdə qurlaşdırılmış “eManat” ödəniş terminalından 22 iyul 2022-ci il tarixdə 527 və 750 manat, 23 iyul 2022-ci il tarixdə 400 manat və 25 iyul 2022-ci il tarixdə 100 manat olmaqla ümumilikdə 4276,95 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus ****-****-1057-6894 nömrəli kart hesabına 19 avqust 2022-ci il tarixdə mobil tətbiq vasitəsilə 500 manat, həmçinin həmin tarixdə ünvan 8 ünvanında qurlaşdırılmış “Milliön” ödəniş terminalından 500 manat, ünvan 9 ünvanında qurlaşdırılmış “Milliön” ödəniş terminalından 300 manat və 20 avqust 2022-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində fəliyyət göstərən “Qardaşlar” marketdə qurlaşdırılmış “eManat” ödəniş terminalından 200 manat olmaqla ümumilikdə 1500 manat pul göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələr və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə o, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 27.09.18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan AZ İV №054153, AZ İİİ №971944, AZ İV №237273 və AZ İV №522858 saylı doğum haqqında şəhadətnamələrin surətində görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2022-ci il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X21 və xx.xx.2020-ci il təvəllüdlü X22 adlarında 4 övladı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, əməlindən səmimi peşman olmasını və himayəsində 4 azyaşlı uşaqlarının olmasının cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə tutularaq istintaq orqanına təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətinmkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikasы CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X18 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi subut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-26/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-26/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver