Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-27/2021 04.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində birgə yaşadıqları evdə aralarında ailədaxili münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs yerdən götürdüyü odun parçası ilə başından vuraraq ona başın sağ təpə nahiyyəsində əzlimiş-cırılmış yaradan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vumuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qardaşı olan Şirəli ilə birgə ata evində yaşasalar da 2014-cü ildən mübahisələri var. Aralarında mütəmadi olaraq münaqişələr olmuş və bununla bağlı RPŞ-də dəfələrlə araşdırmalar aparılmış və məhkəmə prossesləri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o, həyat yoldaşı Məhbubə və azyaşlı övladı ilə Qusar şəhərindən evə gəlmiş, bu vaxt Şirəli də səxoş vəziyyətdə evdə olmuşdur. O, bir qədər yatıb və şam yeməyini yedikdən sonra evin ətrafında olan odun parçalarını düzüb evə daxil olmuş, bu zaman qardaşı Şirəli öz otağından içkili vəziyyətdə çıxıb onun otağına girmiş və onu söyərək əlindəki ağac parçası ilə sağ qolundan vurmuşdur. Şirəli onun otağından çıxan zaman o, yerdəki ağac parçasını götürüb Şirəlinin başından bir dəfə vurub otaqdan çıxmışdır. Lakin Şirəli onun arvadı və azyaşlı uşağını vurmamış və onlara xəsarət yetirməmişdir. Hadisə barədə məlumatı həyat yoldaşı onlar dalaşdıqları zaman həyəcanlandığı üçün vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs bildirmişdir ki, münaqişə yalnız evdə və evin həyətində baş vermiş, hadisə zamanı orada başqa heç kim olmamışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməsinə məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, buna baxmayaraq münasibətləri yaxşı deyil, dəfələrlə aralarında dava-dalaş olmuşdur. Onlar hər ikisi bir evdə öz ailələri ilə ayrı otaqlarda yaşayırlar. Bir neçə dəfə RPŞ-də barələrində araşdırma aparılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə aləsini Tüləkəran kəndinə qaynatasının evinə aparmış, sonra evdə spirtli içki qəbul etmişdir. Həmin vaxt saat 19 radələrində Süleyman da evdə olmuş, heç bir səbəb olmadan onun ünvanına söyüş söymüşdür. Həmin vaxt Süleyman onun başından ağacla vurmuşdur. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını qeyd edərək onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid dindirilərkən bildirdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxsla qaynı Şirəli ilə birlikdə bir evdə yaşasalar da, heç vaxt yola getməmişlər. Aralarında mütəmadi olaraq münaqişə, dava-dalaş olmuşdur. Bununla bağlı bir neçə dəfə RPŞ-də barələrində araşdırma da aparılmışdır. xx.xx.2020-ci il tarixdə Suleymanla Şirəli arasında münaqişə baş vermiş, onlar bir-birini vurmuşlar. Həmin vaxt o və azyaşlı oğlu evdə olmuşdur. O, hadisə zamanı həyəcanlanaraq 102 xidmətinə zəng edib Şirəlinin onu bıçaqla, övladını isə ağacla vurması barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarət-başın təpə nahiyyəsində səthi əzilmiş yara əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti arda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1288 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərbaşın sağ təpə nahiyyəsində əzilmiş-cırılmış yara küt əşyanın, döş qəfəsinin sağ tərəfində qoltuq xətti üzrə Vİ qabırğaarası sahədə, sağ əlin ovuc səthində, sağ əlin V barmağının iç səthində hərəsində bir yerdə kəsilmiş yara kəsici əyşanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin dərəcəsini ayrı-ayrılıqda təyin etmiş olsaq, bu zaman başın təpə nahiyyəsindəki əzilmişcırılmış yara və sağ əlin ovuc səthindəki kəsilmiş yara istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sağ tərəfində qoltuq xətti üzrə Vİ qabırğaarası sahədə və sağ əlin V barmağının iç səthində hərəsində bir yerdə kəsilmiş yara istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1321 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, əvvəllər məhkum olunmuş şəxsdir. İş materiallarında olan Quba RMX-nin xx.xx.2020-ci il tarixli, 427 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində “primitik şəxsdə psixopatobənzər davranış” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Quba RlHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayış görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kəndində yaşayır. İş materiallarında olan Quba RlHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetiilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində “barışdıqda” sözündən sonra “ona dəymiş ziyanı tamamilə ödədikdəcinayət məsuliyyətindən azad edilir” ifadəsi qeyd olunmuşdur. Hazırkı işdə zərər çəkmiş şəxs barışdığını bildirməklə yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı tələbinin olmadığını da bildirmişdir. Ona görə də belə hesab olunur ki, ziyanın ödənilməsi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı hər hansı tələb yoxdur, CM-nin 73.2-ci maddəsi onun barəsində tətbiq edilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının istintaq orqanında və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-27/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-27/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver