Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-27/2022 29.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 02.02.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 07 iyul 2021-ci il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsinə yerləşən, X2 məxsus tikilməkdə olan ikimərtəbəli evin qapısı olmayan giriş hissəsindən binaya qanunsuz daxil olaraq evin birinci mərtəbəsinin içərisindəki otağın divarından asılmış, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan şalvarın cibindən 460 (dörd yüz altımış) manat pul vəsaitini gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 07 iyul 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Şabran rayonu, Gəndov kəndindən çıxıb Quba rayonu, Digah kəndinə qayınanasıgilin yaşadığı evə getmək üçün Quba-Xaçmaz dairəsində düşmüşdür. Quba-Xaçmaz dairəsinin yanında olan kafeyə girmiş və orada 4-5 bakal pivə sifariş edib içmiş, sonra piyada Timiryazev qəsəbəsindən Xaçmaz şəhəri istiqamətinə tərəf hərəkət etmişdir. Timiryazev qəsəbəsində yolun kənarında yerləşən mağazaya girmiş və oradan 2 ədəd siqaret alıb birini cibinə qoymuş, digərini isə çəkməyə başlamışdır. Sonra yolunu Timiryazev qəsəbəsində yerləşən məhəllə yoluna salmış, orada yeni tikillən ev görmüşdür. Evin giriş hissəsində qapı yeri açıq olmuş və həmin hissəni bağlamaq üçün düzəldilmiş taxta parçasını kənara qoyub evin birinci mərtəbəsinə daxil olmuşdur. Otaqların birində şalvarların asılı olduğunu görüb pulu olmadığı üçün həmin şalvarların cibində pul olubolmadığını yoxlamaq qərarına gəlmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra, birinci mərtəbədə otaqda divardakı mismardan asılmış şalvarların ciblərini axtarmağa başlamışdır. Şalvarlardan birinin cibində 460 manat olduğunu görüb pulu götürüb həmin yerdən çıxıb getmişdir. Evdən şıxdıqdan sonra, bağların içi ilə qaçıb yenidən Xaçmaz yoluna çıxmış, oradan da taksiyə minib Xaçmaz şəhərinə getmişdir. Oğurladığı pulları həmin gündən başlayaraq iki gün ərzində Xaçmaz şəhərində kafelərdə xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixdə Quba rayonu Timiryazev qəsəbəsində usta Şahid1lə birlikdə Namus adlı şəxsə məxsus tikilməkdə olan yaşayış evinə dam örtüyü vurmaq üçün iş götürmüşdür. Evin birinci mərtəbəsində olan otağın divarından onun və Şahid1 şalvarları asılı olurmuş. Belə ki, o və Musa işə təmiz paltarlarla gəlib, həmin otaqda paltarların çirklənməməsi üçün köhnə paltar geyinərək əynindən çıxardığı paltarları otağın divarında olan mıxdan asırmış. 07 iyul 2021-ci il hər zamankı kimi o usta Musa ilə Quba rayonu Timiryazev qəsəbəsində yerləşən Namus adlı şəxsə məxsus evə işləmək üçün gəlmiş, paltarlarını otağın divarından asmış, onun şalvarının cibində 460 manat pul olmuşdur. Həmin pulu ona Rusiya Federasiyasında yaşayan qardaşı Mafiq bank vasitəsilə anası Mahirənin xəstəliyi ilə əlaqədar müalicə xərcləri üçün göndərmişdir. Damda o və Musa iş gördükləri zaman evə bir nəfər şəxsin girdiyini görmüş və bu barədə Musaya demişdir. O və Musa bir qədər gözlədikdən sonra, həmin adamın onların yanına gələcəyini düşünsə də, həmin şəxs yanlarına gəlməmişdir. Nahar vaxtı damdan aşağa düşüb, birinci mərtəbədə otaqda şalvarın cibindən pul götürərək mağazaya gedib çörək almaq istədikdə, şalvarının cibində 460 manat pulun olmadığını müəyyən etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, evə girən həmin şəxs şalvarın cinbindəki pulları oğurlamışdır. Bundan sonra pulun oğurlanması barədə polisə məlumat vermişdir. Evə girən şəxsi görsə də, onu tanımamış, həmin şəxs əyninə qara rəngli köynək, açıq göy rəngli cins şalvar geyinmişdir. Bir müddət keçdikdən sonra, polis əməkdaşları oğurluq edən şəxsin müəyyən olunaraq tutulması barədə ona məlumat vermişdirlər. Polis şöbəsində həmin şəxsi gördükdə bir daha əmin olmuşdur ki, evə girərkən gördüyü şəxs Təqsirləndirilən şəxsdir. İfadəsinin sonunda X8 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini və onunla barışıq əldə etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərmişdir ki o, Quba rayon poliş şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. X4 Quba rayonu Timiryazev qəsəbəsində Namus adlı şəxsə məxsus yeni tikilən evdə təmir işləri aparan zaman evin birinci mərtəbəsində divardan asılmış şalvarının cibindən 460 manat pulun oğurlanması barədə Quba rayon polis şöbəsinə daxil olmuş ərizənin yoxlanılması ilə əlaqədar o, digər polis əməkdaşları və Elçin Əliyevlə birlikdə oğurluq olan əraziyə yaxın yerdə yerləşən Şahdağ marketində oğurluq olan günə, yəni 07.07.2021-ci il tarixə olan kamera görüntülərinə baxmışdır. Kamera görüntülərə baxan zaman Elçin Əliyev əynində qara köynək və qara şalvar olan bir nəfər şəxsi göstərərək evə girən şəxsin həmin adam olduğunu bildirmişdir. Aparılmış əməliyyat axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, həmin şəxs Şabran rayonu Gəndov kəndində yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “Şahdağ” marketdə 2021-ci ilin may ayından satıcı vəzifəsində işləyir. 2021-ci ilin iyun ayının əvvəllərində Quba rayon polis şöbəsinin əməkdaşları mağazaya gələrək mağazanın yaxınlığında yerləşən yeni tikilməkdə olan evdən oğurluq edilməsi ilə əlaqədar mağazanın kamerasına baxış keçirərək həmin şəxsi müəyyən etmək üçün kamera görüntülərinə baxılmasının vacib olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşına oğurluq edilən gün, yəni 07.07.2021-ci il tarixə olan görüntüləri təqdim etmişdir. Görüntülərə baxan zaman pulu oğurlanmış Elçin Əliyev adlı şəxs bir nəfər əynində qara köynək və qara şalvar geyinmiş şəxsi göstərərək evə girən şəxsin həmin adam olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 03.10.2021-ci il tarixli 636 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran RMX-nın konsultativ poliklinika şöbəsinin psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Şabran RİHB-nın Gəndov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli 733 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Gəndov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seşilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 02.02.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.02 2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28.07.2021-ci il tarixdən 30.07.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 il (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-27/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-27/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver