Məhkəmə qərarları › İş №1(027)-27/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-27/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-27/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Tülər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Quba rayonu, Tülər kəndi ərazisində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı tanışı Quba rayonu, Gültəpə kənd sakini Zərərçəkmiş şəxs sifətinə yumruq və təpiklə vuraraq ona həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş hər iki göz orbiti ətrafında qançır hematoma, sifətində çoxlu əzilmiş yara və sıyrıqlar, sağ almacıq sümüyünün az yerini dəyişən xətti sınığı, burun sümüyünün sağ tərəfdən sınığı ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 127.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Şahid ilə birlikdə Zərərçəkmiş şəxs avtomobili ilə Quba şəhərinə getmişlər, orada çay içib geri kəndə qayıtmışlar. Kənd yolunda mağazadan araq alıb Qəhrəmanla birlikdə içmişlər. Maşında Qəhrəman onun atası haqqında danışdığı üçün aralarında mübahisə yaranmış, lakin bir qədər sonra sakitləşmişlər. Avtomobildə olan sənişin Rəhimi Quba rayonu, Tülər kəndinin çay hissəsinə düşürdən zaman o da avtomobildən düşüb əvvəlki mübahisəni xatırladaraq, atasının barəsində danışdığına görə Qəhrəmana irad bildirmiş, bu vaxt Qəhrəman onun atasının ünvanına kobud ifadələr işlətmişdir. O da Qəhrəmanın sərxoş olduğunu görüb evə getməsini təklif etmiş və atası haqqında danışmamasını demişdir. Onun sözləri Qəhrəmanın xoşuna gəlməmiş və ona söyüşlə cavab vermişdir. O da əsəbləşib Qəhrəmanın başına, sifətinə və bədəninin müxtəlif yerlərinə yumruqla, təpiklə vuraraq yerə yıxmış, daha sonra döymüşdür. Rafiq onları ayırmış və onlar çıxıb piyada evlərinə getmişlər. Qəhrəman isə oz avtomobilinə minib çıxıb getmişdir. Mübahisə xx.xx.2022-ci il tarixdə, saat 24 radələrində Quba rayonu, Tülər kəndi ərazisində çay qırağında baş vermiş və onların yanında Rafiq adlı həmkəndlisi olmuşdur. Mübahisə zamanı Qəhrəman onu döyməmiş, lakin ünvanına kobud ifadələr işlətmişdir. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Reno” markalı **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla Quba rayonu, Tülər kənd sakinləri Təqsirləndirilən şəxs, Rafiq və Rahim Quba şəhərinə aparmışdır. Quba şəhərində bilrikə çayxanada oturub çay içdikdən sonra Mürvətlə o, Quba şəhərində mağazadan aldıqları arağı yaşadığı kəndin ərazisində yol kənarında avtomobilin içərisində Mürvətlə içmişlər. İçdikdən sonra Mürvətlə onun arasında mübahisə yaranmış və o, Mürvəti və digərlərini avtomobildən düşürtmək üçün Quba rayonu, Tülər kəndi ərazisinə gedib avtomobili saxlamışdır. Mürvət onu avtomobildən düşürdərək sifətinə yumruqla vurub yaxasından tutub yerə yıxmış və yerlə sürütləyib sifətinə təpiklə vurmuşdur. Həmin vaxt Rəhim yanlarından qaçıb getmiş, Rafiq adlı şəxs isə onları ayırmışdır. Rafiq onları ayırdıqdan sonra o, avtomobili ilə evinə getmişdir. Növbəti gün sifətində ağrılar olduğu üçün Quba RDM-nə getmiş, bir qədər sonra evinə qayıtmış və DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Mürvət onu xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Quba rayonu, Gültəpə kəndi ərazisində döymüşdür. Mübahisə zamanı Rafiq onların yanında olmuş və onları ayırmışdır. Münaqişə zamanı o, heç kimi vurmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışdığını, bununla bağlı heç bir şikayəti və tələbinin olmadığını nəzərə alaraq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını nəzərə alaraq, sonuncu barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Mürvət onun əmisinin oğludur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mürvət ilə Qəhrəman avtomobildə araq içən zaman Qəhrəman Mürvətə sonuncunun həbsdə olan atası ilə bağlı xoşagəlməz ifadələr işlətmiş, Mürvət bundan əsəbləşib Qəhrəmanı vurmuşdur. O da həmin vaxt onları ayırıb evinə getmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 25 noyabr 2022-ci il tarixli 1006 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - hər iki göz orbiti ətrafında qançır-hematoma, sifətində çoxlu əzilmiş yara və sıyrıqlar, sağ almacıq sümüyünün az yerini dəyişən xətti sınığı, burun sümüyünün sağ tərəfdən sınığı təsirindən törənməklə yetirmə müddəti qərarda göstərilən vaxta, yəni 23 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aidddir. Quba RİHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 08 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Tülər kəndində yaşayır; Quba RİHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 08 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba rayonu X1 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RNRM Poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar