Məhkəmə qərarları › İş №1(027)-28/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-28/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-28/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkil X7 və fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xaçmaz rayon Vəkil bürosunun vəkil X8 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Quba rayonu, Talabı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri, xx.xx.1962-ci il tarixdə Quba rayonu, Vəlvələ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlilliyi olan, Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayonu, Vəlvələ kəndində qeydiyyatda olmaqla həmin kənddə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba rayon İcra Hakimiyyəti başçısının müavini - Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranmış nüfuz və etibarından sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin may ayının əvvəllərində Quba rayon sakinləri Təqsirləndirilən şəxs2, Şahid1 və birbaşa olaraq, Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Quba rayonu, Qəcər-Zeyid kənd sakini cinayətdən xəbərsiz Şahid2 vasitəsilə rayonun Haput kəndi istiqamətində otlaq sahəsinin icarəyə verilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət edən həmin kənd sakini Şahid4 Mövlüdağa oğluna, müvafiq olaraq, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs2 vasitəsilə özünün rayon İcra hakimiyyətində məsul vəzifədə işləməsi ilə əlaqədar İcra hakimiyyətinin başçısı ilə çox yaxın münasibətinin olmasını, həmin münasibətindən istifadə edərək qeyd edilən kənd istiqamətində otlaq sahəsinin Şahid4 icarəyə verilməsinə dair Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsini həll edəcəyini yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı aldatmaqla bildirib, bununla əlaqədar, Təqsirləndirilən şəxs2 Şahid4la danışığına əsasən, sonuncunun həmin məsələnin müsbət həlli üçün 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində vermək imkanında olmasına dair mövqeyini Şahid2 Şahid1 öyrənib, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı özünə bildirməsi ilə əlaqədar, sonuncu rəqəmin rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi həmin hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsinə razılıq almasının eyni qaydada aldatmaqla Şahid2 vasitəsilə Şahid1, sonuncu tərəfindən isə Təqsirləndirilən şəxs2 bildirilməsi ilə əlaqədar sonuncu Şahid4 Quba rayonu Əlik kənd inzibati ərazi dairəsinin ərazisində yerləşən “Bəlliolan” adlı yay otlaq sahəsindən 180 (bir yüz səksən) ha ərazinin onun icarəsinə verilməsinin mümkün olmasını və bununla bağlı Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsində ifadə olunan hərəkətinə görə sonuncuya özləri vasitəsilə birbaşa yolla, 4500 manat məbləğində əlavə hissəsi üzrə özünün niyyəti ilə əhatə olunmamaqla və bununla bağlı Təqsirləndirilən şəxs2 cinayətkar niyyətindən xəbəri olmadan, maddi nemət olan 16500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirməsi ilə əlaqədar, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Şahid4 qeyd edilən şəxslər vasitəsilə razılığını almaqla onunla özünün niyyəti ilə əhatə olunan məbləğ üzrə, yəni 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinə dair sövdələşib, həmin niyyətlə, Şahid4 tərəfindən 2019-cu ilin may ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan “Mitsubishi Pajero” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 iki dəfəyə 7000 və 5000 (beş min) manat olmaqla, ümumilikdə 12000 manat məbləğində pul vəsaiti verildikdən sonra sonuncu həmin pul vəsaitinin 2000 manatını özünə götürüb qalan 10000 (on min) manatını Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə həmin qaydada qeyd edilən Mərkəzin arxasında yerləşən dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında həmin 10000 (on min) manat pul vəsaitini Şahid2 alaraq, həmçinin, eyni niyyətlə, növbəti gün Şahid4 tərəfindən 4500 manat məbləğində pul vəsaiti Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan həmin avtomobildə Təqsirləndirilən şəxs2 verildikdən sonra sonuncu həmin pul vəsaitinin 2500 manatını özünə götürüb qalan 2000 manatı Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə eyni qaydada həmin Mərkəzin arxasındakı dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra qeyd edilən xidməti otağında həmin 2000 manat pul vəsaitini Şahid2 alaraq, qeyd edilən qaydada vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 məxsus 12000 manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ona qəsdən xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid4 qəsdən təhrik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu Haput kəndi istiqamətində otlaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsi üçün 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət edən həmin kənd sakini Şahid4 Mövlüdağa oğluna özünün rayon üzrə ayrı-ayrı qurumlarda işləyən vəzifəli şəxslər, o cümlədən, rayon İcra Hakimiyyəti başçısının aparatında səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək onun üçün torpaq sahəsinin icarəsi məsələsini müsbət həll etmək imkanına malik olduğunu Şahid4 bildirib, bunun üçün özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərə maddi nemət olan pul vəsaitinin də verilməsinin lazım olacağını bildirməsi ilə əlaqədar Şahid4 həmin məsələnin müsbət həlli üçün 15000-17000 manat civarında pul vəsaiti vermək imkanına malik olmasını özünə bildirdikdən sonra, həmin məsələnin həlli ilə əlaqədar tanışı Şahid1, sonuncu tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Quba rayonu Qəcər-Zeyid kənd sakini cinayətdən xəbərsiz Şahid2 vasitəsilə 2019-cu ilin may ayının əvvəllərində həmin vaxtı Quba rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 müraciət etməsi ilə əlaqədar sonuncu Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsini həll edəcəyini yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü və onun vasitəsilə birbaşa yolla maddi nemət olan 15000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz Şahid2la görüşləri zamanı aldatmaqla bildirməsi ilə əlaqədar, Təqsirləndirilən şəxs1 Şahid4 məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmək niyyətindən xəbəri olmadan, Şahid2 Təqsirləndirilən şəxs1 bildirdiklərinə dair Şahid1 vasitəsilə şəxsən məlumatlandıqdan sonra Şahid4la qabaqcadan danışığına əsasən 15000-17000 manat civarında pul vermək imkanına malik olmasını Şahid1 və digərlərindən gizlədib, müvafiq olaraq sonunculara Şahid4 həmin məsələnin müsbət həlli üçün 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində vermək imkanında olmasını sonuncunun adından, qalan 4500 manat pul vəsaitini ələ keçirmək məqsədilə, yalandan Şahid1 və Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs1 bildirməsi ilə əlaqədar, sonuncu 12000 manat məbləğində pul vəsaitinin rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi həmin hərəkətə görə özləri vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsinə razılıq almasını eyni qaydada aldatmaqla Şahid2 vasitəsilə Şahid1, sonuncu tərəfindən isə özünə bildirilməsindən sonra, aldatma və etibardan suiistifadə yolu ilə Şahid4 əmlakını ələ keçirmək niyyəti ilə sonuncudan Təqsirləndirilən şəxs1 verilməsi üçün əldə edəcəyi puldan əlavə özü üçün də pul vəsaiti ələ keçirmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən istənilən pulun məbləğini bilərəkdən şişirdərək artıq qalan hissəsini özünə götürmək niyyəti ilə Şahid4 Quba rayonu Əlik kənd inzibati ərazi dairəsinin ərazisində yerləşən “Bəlliolan” adlı yay otlaq sahəsindən 180 ha ərazinin onun icarəsinə verilməsinin mümkün olmasını və bununla bağlı Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsində ifadə olunan hərəkətinə görə sonuncuya özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 16500 manat məbləğində, 4500 manat məbləğində hissə üzrə özünün dələduzluq niyyəti ilə əhatə olunmaqla, pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirməsi ilə əlaqədar, özü barəsində Şahid4 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onun razılığını almaqla 16500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə dair Şahid4la sövdələşib, həmin niyyətlə, sonuncudan 2019-cu ilin may ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında onun istifadəsində olan “Mitsubishi Pajero” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki dəfəyə 7000 və 5000 manat olmaqla, ümumilikdə 12000 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 2000 manatını özünə götürüb qalan 10000 manatını Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə həmin qaydada qeyd edilən Mərkəzin arxasında yerləşən dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra sonuncu Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında həmin 10000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 verməklə, həmçinin, eyni niyyətlə, növbəti gün Şahid4 4500 manat məbləğində pul vəsaitini Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında sonuncunun istifadəsində olan həmin avtomobildə aldıqdan sonra həmin pul vəsaitinin 2500 manatını özünə götürüb, qalan 2000 manatı Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə eyni qaydada həmin Mərkəzin arxasındakı dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra sonuncu qeyd edilən xidməti otağında həmin 2000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 verməklə, qeyd edilən qaydada vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 4500 manat məbləğində pul vəsaitini qəsdən ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ona qarşı dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid4 qəsdən təhrik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, bildirdi ki, 1988-ci ildən bu günədək fasiləsiz işləmiş, əvvəl sovxozda, sonra icra nümayəndəsi, daha sonra İcra hakimiyyətində başçının müavini vəzifəsində. İstintaqda da bildirmişdir ki, bunlar hamısı ona qarşı qurulmuş böhtandır, şərdir, deyilənlərin ona aid olan hissəsi tam yalandır. Təqsirləndirilən şəxs2 deyirki üç dəfə görüşmüşlər. Bəli, onlarla üç dəfə yox iki dəfə görüşmüşdür, bir dəfə “Yaşıl bağ” adlanan restoranda, bir dəfə də Arifin özü ilə. Görüşməyinin səbəbi o olub ki, bu hadisə 2020-ci ilin mart ayından sonra baş verib, o, işdən çıxdıqdan sonra. Ramin gəlib ondan xahiş etmişdir ki, “siz başçının müavini olmusuz, bəlkə İmran sizin sözünüzü eşidər şikayətçi olmaz”. O isə bildirmişdir ki, İmranı görmədiyi halda ona nə deyə bilər. Pul məsələsindən də onun məlumatı yoxdur. İmranla görüşünün mənasız olduğunu bilsə də, görüşə razılıq vermişdir. Görüş vaxtı məlum olmuşdur ki, Ramingil İmrandan 16500 manat pul alıblar. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2 polisə, korrupsiya idarəsinə ifadə veriblər lakin ifadələri uyğun gəlmir. Şahid2 yenidən ona zəng edib, görüşmək istəmiş, İmranı özü ilə gətirdiyini bildirmiş və bir dəfə də görüşüb başa salmağını təklif etmişdir. Görüş vaxtı o, Ramingilə demişdir ki, ya işi düzəltsinlər, ya da bölüşüb pulunu qaytarsınlar, lakin həmin vaxt Arif orada yox idi. Arif sonra ona zəng edib demişdir ki, Elnurla Ramin onu da aldadıblar, İmranla bu barədə şikayət edəcəklər, bu barədə məhkəmədə də deyəcəklər. O, isə İmrana demişdir ki, onun bu işdə əli olmadığı halda onsuzda günahlandırırlar. Qaldiki pulunun qaytarılmasına, özünə məxsus həyətyanı torpaq sahəsi var 12 sot, üzərinə də həbs qoyulub, həmin torpağı, verə bilər, başqa imkanı yoxdur. İmran torpaq sahəsini istəmədiyini, pulunu istədiyini bildirmişdir. Bir dəfə müavin işlədiyi vaxtda, Ramin ona demişdir ki vətəndaş gəlib, yer alınıb şikayətçidir. O, Raminə “min iş görürsüz mənə niyə deyirsiz, pulun almısız gedin işin həll edin” demişdir. Ramin İmranın şikayətçi olduğunu demişdir. O, isə İmrana narahat olmamasını, sənədlərinin düzəl veriləcəyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirdi ki, 11.02.2019-cu il tarixdən 11.03.2021-ci il tarixədək başçının müavini vəzifəsində işləmişdir. Belə ki, yaylaqla bağlı vətəndaş ümumi şöbəyə ərizə verir, ərizənin üstü başçı tərəfindən imza olunur və icrası onun üstünə yazıldığı təqdirdə o göndərir şöbəyə, yer varsa torpaq verilir, yoxdursa vətəndaşın ərizəsi geri qaytarılır. İmran yaylaqla bağlı şəxsən ona müraciət etməmişdir. O, da İmranı əvvəllər tanımamışdır. Ramin ondan xahiş edəndən sonra təxminən 2020-ci ilin yanvar ya fevral ayında İmran İcra hakimiyyətində onun qəbuluna gəlmişdir. İmran onun qəbulunda olan zaman şikayət edərək kimsə tərəfindən aldadılmasını bildirmiş, o da başçıya şikayət etməsini təklif etmişdir. Qəbulunda olan zaman İmran bildirmişdir ki, ona məktub verilmiş və yerin müəyyən hissəsi daşlıq olan ərazi göstrərilmişdir. İmran qeyd etmişdir ki, ona 200 ha torpaq sahəsi vəd edilsə də, 170-180 ha yer vermişlər. Yaylağın alınması üçün torpaq rüsumu ödənilir, rüsumun məbləği isə vergidən bilinir. Həmin rüsum da İcra hakimiyyətinin hesabına köçürülür, rüsum əlbəəl alınmır. Şahid2la heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ramin İcra hakimiyyətindən onu yaxşı tanıyır. O, 2014-cü ildə kənd bələdiyyəsinin sədri olanda Ramin icra nümayəndəsi olmuşdur. Ola bilər onu yaxşı tanıdığı üçün onun adını çəkərək, pulu ona verdiyini demişdir. Raminlə iki dəfə görüşmüşdür. Birinci dəfə Arif, Elnur, Raminlə birlikdə “Yaşıl bağ” restoranında görüşmüşdür. Görüş zamanı Arif, Elnur və Ramin ona bildirmişlər ki, İmran onlardan şikayətçi olmaq istəyir, ona görə də xahiş etmişlər ki, İmranı şikayət etmək fikrindən döndərsin. Onlar xahiş etdiyi üçün o, Ramin, Elnur və İmran “Dostluq” restoranında görüşmüş və İmrana şikayət etməsinə ehtiyac olmadığını, sənədlərinin tezliklə düzəldib veriləcəyini demişdir. O, işlədiyi müddətdə İmranı yalnız bir dəfə iş otağında qəbul etmiş, qalan görüşlərdə isə o, artıq müavin vəzifəsində işləməmişdir. İmrana heç vaxt zəng etməmişdir. İmran və Arifin ifadələrində onun barəsində bildirdikləri yalandır. O, mart ayının 5-də ərizəsini yazıb məzuniyyətə getmiş, məzuniyyətdə olduğu zaman polis əməkdaşları zəng edərək, İmran adlı şəxsin onun barəsində şikayətçi olduğunu bildirmişlər. O, bu barədə İcra hakimiyyətindən zəng eləyib maraqlanan zaman məlum olmuşdur ki, İmran ilk olaraq İcra hakimiyyətinə gedərək güya ona pul verdiyini demişdir. Bu doğru deyil. Əslində kimsə İmranı ondan şikayət etməsi üçün öyrətmişdir. Prokurorluqda izahat verərkən əsəbi olduğu üçün izahatında pulu alması və sonra kiməsə verməsini göstərsə də, sonradan yalan olduğunu bildirmişdir. O, əvvəllər İmranı tanımamışdır. Ramin ondan xahiş etdiyi üçün “Dostluq” restoranında İmranla və digərləri ilə görüşmüşdür. O, heç kimdən pul almamış, pulun alınmasında iştirak etməmiş, heç bir sənəddə də, onun imzası yoxdur. O, Raminlə telefonla danışıb “pulu tez gətir” sözlərini deməmiş, bu yalandır. O, İmrana pulun qaytarılacağını da deməmiş, sadəcə şikayət eləməməyini, gözləməyini, sənədlərinin veriləcəyini demişdir. Belə ki, birinci dəfə o, görüşə dəvət ediləndə bu məsələnin ona aidiyyəti olmadığını bildirsə də, bu məsələdə adı hallandığı üçün ikinci görüşdə İmrana demişdir ki, şikayətçi olmasın. Ramin ona müraciət edən zaman o, Ramindən kimdən nə qədər aldığını, kimə nə qədər verdiyini soruşmamışdır. İmranın İcra hakimiyyətinə iki dəfə müraciəti olmuş və sonuncuya iki dəfə məktub verilmişdir. Bir dəfə Allahverdinin, bir dəfə də başçının imzası ilə. İcra hakimiyyətində həftənin 2-ci günləri başçı qəbul edir, qalan günlər isə vətəndaşları onlar otaqlarında qəbul edirlər. İmran onun otağında qəbulunda olmuşdur. İmran onun otağında olanda aldadıldığını demiş, o da baçşı gələndən sonra sənədlərin hazırlanacağını demişdir. Otağında olan zaman İmran ona kiməsə nə qədər pul verməsini deməmişdir. O, İmrana otağında xəritə göstərməmişdir. O, kimdənsə pul alıb, kiməsə çatdırmamışdır. Sonda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, bildirdi ki, o, kənd təsərrüfatı ilə məşğul olur. 2019-cu ildə Şahid4la sonuncunun təşəbbüsü ilə görüşmüş, tanışının olmadığını deyərək ona kömək etməyini xahiş etmişdir. Kimsə İmrana tövsiyyə etmişdir ki, onunla görüşsün. Söhbət əsnasında İmran ona mal-qara saxladığını, mal-qarasını hər il qışlaqdan yaylağa gətirdiyini, bunun üçün də hər dəfə İcra hakimiyyəti orqanlarında müqavilə bağladığını bildirmişdir. O, bu sahə üzrə heç bir məlumatının olmadığını İmrana bildirmiş, yəni yaylağın harda, necə, hansı üsulla verildiyini bilməmişdir. Lakin İmrana köməklik edəcəyini demişdir. Bir müddətdən sonra yaşadığı Quba rayonu, Vəlvələ kənd icra nümayəndəliyində mühasib işləyən Şahid1 zəng edərək tanımadığı bir şəxsin yaylaqla bağlı ondan köməklik istədiyini bildirmişdir. Şahid1 ona kiminləsə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Elnurla görüşmüş, görüş zamanı Elnur, İcra hakimiyyətində ikinci müavin tərəfindən bağlanan müqavilədi deyərək 17000 manata əmələ gəldiyini demişdir. O da bu barədə İmrana demiş, ancaq bir yaylaqdan ötrü bu qədər pulun verilməsinə təəcüblənmişdir. Lakin İmran ona hər il bu qaydada müqavilə bağladığını qeyd etmişdir. İmran 16500 manatla razılaşmış, lakin pulu iki dəfəyə verəcəyini bildirmişdir. İmran pulun bir hissəsini gətirmiş, o da pulu saymadan Elnura vermişdir. Bir iki gün sonra İmran ona qalan məbləği vermiş, o da pulu Elnura vermişdir. Sənədlərin hazırlanması üçün VÖEN açılmış və İmran İcra hakimiyətinə ərizə yazmışdır. Elnur bildirmişdir ki, bu sənədlər kadastra gedəcək ordada həll ediləcək. Bir müddətdən sonra yerin üstündə mübahisələr baş vermiş, xəritələrlə İmran razılaşmamış və mübahisələrdən sonra İmran torpaqdan imtina etmişdir. Bununla bağlı o, İmranı Elnurla tanış etmiş və pulun qaytarılmasını demişdir. Elnur onu əvəllər tanımadığı Şahid2la tanış edərək, pulu ona verdiyini bildirmişdir. O da Şahid2 demişdir ki, pulu qaytarmaq lazımdır. Şahid2 isə pulu İcra hakimiyyətində Xanlara verdiyini demişdir. Həmin ərəfələrdə İmran bir neçə defə İcra hakimiyyətinə Xanların yanına getmişdir. Sonradan məlum olmuşdur ki, Ramin 12000 manat pulu Xanlara vermiş, qalan 4500 manat pulu isə kadastrla bağlı sənədlərin düzəldilməsi üçün özlərində saxlamışlar. Vəziyyət belə olandan sonra artıq İmran bu barədə polisə şikayət etmişdir. Onun İmranın polisə şikayət etməsindən xəbəri olmamışdır. Bu barədə polis şöbəsinə dəvət olunduqdan sonra bilmişdir. Polis şöbəsində İmranın ona 16500 manat pul verdiyini, həmin pulu da dərhal Elnura verdiyini bildirmişdir. O, polis şöbəsində niyə məhz 16500 manat deyil 12000 manat yazıldığını soruşduqda, ona şikayətdə 12000 manat göstərildiyini demişlər. İstintaq prosesləri başladıqdan sonra məsələni həll etmək məqsədilə o, Ramin, Elnur və Xanlar ilə “Yaşıl bağ” adlanan restoranda görüşmüşdür. Ona pul çatmasa da, təklif etmişdir ki, sözügedən pulu 4 nəfərin arasında bölünsün və İmrana verilsin. Görüş zamanı Raminlə Elnur özlərində saxladıqları 4500 manat pul qaytaracaqlarını bildirmişlər, Xanlar isə 12000 manat pulu rəhbərliyə verdiyini bildirmişdir. Beləliklə onlar razılığa gələ bilməmişlər. İkinci dəfə onlar eyni qaydada “Dostluq” restoranında görüşmüşlər. İmrandan alınan puldan ona heç nə çatmasa da, pulu özü alıb verdiyindən yenidən düzəltib İmranın pulunu qaytarılması barədə təklif irəli sürmüşdür. Raminlə Elnur yenə də 4500 manat pulu qaytaracaqlarını, Xanlar isə yenə pulu qaytarmayacağını, həmin pulu rəhbərliyə veridyini demişdir. Bir müddət sonra, Xanların təşəbbüsü ilə görüşmüşlər. Görüş zamanı Xanlar pulu qaytarmağa hazır olduğunu bildirmişdir. O, İmrana zəng etmiş və görüş təyin etmişdir. O, İmrana Xanlar tərəfindən pulun qaytarılmasını deyərək, şikayətini geri çəkməsini xahiş etmişdir. İmran razılaşmış və pulu qaytarılacağı təqdirdə ərizə verib şikayətini götürəcəyini bildirmişdir. Lakin görüş vaxtı Xanlar pulu rəhbərliyə verdiyini, həmin puldan ona heç nə çatmadığını deyərək, pulu qaytarmayacağını demişdir. Daha sonra o, Elnurla Raminə 4500 manat pulu İmrana qaytarmalarını bildirmişdir. Elnurla Ramin həmin pulun əvvəlcə bir hissəsini, daha sonra qalan hissəsini İmrana qaytarmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, alqı-satqı ilə bağlı kim müraciət edibsə o, köməklik etmişdir. İmranı yaylaq məsələsindən əvvəl tanımamışdır. Onun bu işdə heç bir marağı olmamış, İmrana köməklik etməyində məqsədi, köməklik etmək olmuşdur. İmran ona sonradan işi düzələndən sonra qonaqlıq verəcəyini bildirmişdir. O, Şahid1 pulu verdikdən sonra əvvəlcə 2 gün vaxt istəmiş, sonra kimləsə məsləhətləşib yaylağın verilməsinin həlli mümkün olacağını demişdir. Şahid1 ilk dəfə 17000 manata istəsə də, İmran 16500 manata razılaşmışdır. O da həmin pulu İmrandan 2 dəfəyə alıb Elnura vermişdir. Elnur əvvəldən ona kadastrla bağlı pulu özündə saxlayacağını deməmiş, o, bu barədə sonradan Xanlar ona 12000 manat pul verildiyini deyəndən sonra bilmişdir. Ümumiyyətlə Elnur ona pulun hara, niyə, kimə veriləcəyi barədə heçnə deməmişdir. İmran torpaqdan imtina edəndən sonra o, bilmişdir ki, Elnur 4500 manatı hansısa sənədlərin düzəldilməsi üçün özündə saxlamış, qalan 12000 manatı pulu da Xanlara vermişdir. Lakin ona da niyə verməsi barədə heçnə deməmişdir. Xanlarla üç görüşdə sonuncu etiraf etmişdir ki, 12000 manat pul almış, iki dəfəyə 10000 manatını bir, 2000 manatı da bir rəhbərliyə vermişdir. O, Xanlara pul verməmişdir. Yaylağın alınması ilə bağlı Xanlarla heç bir ünsiyyəti olmamışdır. Elnurla da əvəllər bu növ işlər etməmişdir. Sonda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid4 Mövlüdağa oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, uzun müddətdir ki, 2019-cu ildə özünə məxsus olan xırda buynuzlu heyvanları otarmaq üçün otlaq sahəsini icarəyə götürmək qərarına gəlmiş, bunun üçün Quba rayonu, Vəlvələ kənd sakini uzaqdan tanıdığı Təqsirləndirilən şəxs2 yaxınlaşaraq ona məqsədini bildirmişdir. Eşitdiyinə görə Arif bu sahədə bir neçə şəxsə köməklik edərək otlaq sahəsi təşkil etmişdir. Arif ona otlaq sahəsi tapdığını bildirmiş, o da həmin otlaq sahəsinə baxıb bəyənmiş, lakin həmin sahədə onun uzaq qohumu olan Şahid3 öz mal qarasını saxladığını öyrənmişdir. O, bu barədə Arifə bildirdikdə, Arif qeyd etmişdir ki, göstərilən 346 ha ərazi əvvəllər Vazehə məxsus olmuş, hal-hazırda isə həmin sahənin 170 ha Vazehə verilməklə yerdə qalan 180 ha boş qalmışdır. O, bu fikirlə razılaşaraq həmin 180 ha sahəni götürmək istədiyini bildirdikdə Arif qeyd etmişdir ki, bu işlə Quba rayon İcra Hakimiyyəti məşğul olmaqla 16500 manata bu işi həll edir. Arifin bu təklifi ilə razılaşaraq işini həll etməsini bildirmişdir. Bu məqsədlə ilkin olaraq 2019-cu ilin təxminən may ayının axrında Quba rayonundakı Quba Sentral restoranının qarşısında özünə məxsus olan “Pajero” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilin içərisində Arifə 7000 manat pul vermişdir. Həmin günün axşamı tanışlardan pul toplayaraq əlavə 5000 manatı həmin yerdə Arifə əlavə olaraq özünün avtomobilində vermişdir. Növbəti gün isə qalan 4500 manat pulu da Arifə həmin yerdə öz avtomobilində əlbəəl vermişdir. Beləliklə Arifə ümumilikdə 16500 manat pul vermiş və Arif ona bir qədər gözləməyini bildirmişdir. Təxminən 1 ay gözlədikdən sonra Arif onu Quba rayon İcra Hakimiyyətinə göndərərək Təqsirləndirilən şəxs1 yaxınlaşıb sənədi ondan götürməyini bildirmişdir. O, deyilən yerə getmiş və Xanlar ona 180 ha torpaq sahəsinin ona verilməsinə dair Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Allahverdi Xudaverdiyevin imzası ilə olan məktub vermişdir. O da həmin məktubu Arifə vermişdir ki, gedib əmlakdan buna dair çıxarış alsın. Lakin həmin hadisədən 3 ay keçməsinə baxmayaraq sənədləşmədən heç bir xəbər çıxmamış və bunun üçün Arif ilə əlaqə saxlamış və ona sənədlərinin Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid2 olduğunu və tez bir zamanda həll olunacağını bildirmişdir. Əslində o, orada verilən torpaq sahəsinin bəzi hissələri yararsız olduğundan buna narazılıq etmiş, bu səbəbdən həmin məktub Ramində qalmışdır. Bu zaman o, Ramin ilə telefon vasitəsi ilə əlaqə saxladıqda sonuncu ona bildirmişdir ki, əmlaka gec müraciət olunmadığından yenidən müraciət hazırlanır. Daha sonra qeyd edilən məktubu Ramindən soruşub və Raminin ona deməsinə görə həmin sənədi İcra Hakimiyyətinə verərək elə orada da qalmışdır. Sonra ona Quba rayon İcra Hakimiyyəti başçısının adından ikinci məktub verilmişdir. O da yenə torpaq sahəsi ilə bağlı narazıçılıq etdiyindən həmin məktubun da vaxtı keçmişdir. Daha sonra Ramin ona narahat olmamağını, işinin həll olunacağını bildirsə də heç bir dəyişiklik olmadığı üçün o, şikayət etmək qərarına gəlmişdir. Daha sonra Arif ona bildirmişdir ki, işinin həll edilməsi üçün verdiyi 16500 manat pulun 12000 manatını tanışı Şahid1 vermiş, o da öz növbəsində həmin pulu ərazi dairə nümayəndəsi Şahid2 vasitəsi ilə İcra Hakimiyyəti başçısının müavini işləmiş Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir, 4500 manat pul isə sənədləşmə üçün Elnur ilə Ramində qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, ona torpaq verilmədiyindən, bu barədə aidiyyatı üzrə şikayət etmişdir. 16500 manat pulu Arifə üç dəfəyə 7000, 5000 və 4500 manat olmaqla vermişdir. Pulu Arifə verməzdən əvvəl aralarında yaylaqla bağlı söhbət olmuşdur. Arif telefonla kiminləsə danışıb mümkün olacağını bildirmişdir. Torpağın sənədləşməsi ilə bağlı heç yerə getməmişlər. Bir dəfə sənədlərlə bağlı Təqsirləndirilən şəxs1 yanına getmiş, orada demişlər sənəd Ramindədir. Yaylağın ona icarəyə verilməsi ilə bağlı heç bir sənəd verilməmişdir. Ona vurulan ziyandan sonuncu dəfə ödədiyi 4500 manat puldan 4300 manatı ödənilmiş, 200 manat, bir də 12000 manat pul qalmışdır. 4300 manat pulu ona Raminlə Elnur qaytarmışdır. O, pulu Arifə vermiş, Raminlə Elnuru sonradan tanımışdır. Elnur Zarat postunda əvvəlcə 2000 manat, sonra, səhv etmirsə, 06.05.2020-ci il tarixdə 2300 manat qaytarmışdır. Torpaqla bağlı sənədin surətini Ramindən almışdır. Başçı həmin vaxt məzuniyyətdə olduğundan sənəd birinci müavini Allahverdi Xudaverdiyevin imzası ilə olmuş, 2-ci dəfə verilən sənəddə isə başçının imzası olmuşdur. O, yaylaq sahələrinin sərəncamla verilməsini bilmişdir. Arif ona demişdir ki, sərəncamı təşkil edəcək. Ariflə görüşəndə Xanlar olmamışdır. Xanlarla heç bir danışığı olmamış, sonuncunu həmin vaxtadək tanımamışdır. O, Arifə pulu verəndə yanlarında heç kim olmamışdır. O, sonradan bilmişdir ki, Arif pulu Elnura vermiş, Ramin və Elnurla Arifin vasitəsi ilə tanış olmuşdur. Bir aya, ya da ay yarıma sənədin hazır olacağına Arif söz vermiş, lakin mümkün olmamışdır. Elnur və Raminlə olan danışıqlarında Xanlar iştirak etməmişdir. Ramin sənədlərin hazır olduğunu, kadastr olunub veriləcəyini demişdir. Ona sənədin surətini Ramin vermiş və həmin torpağın ona aid olduğunu bildirsə də, deyilən yaylağa gedəndə orda Vazeh adında biri həmin yaylağın özünə məxsus olduğunu demişdir. Ramin ona Xanların yanına getməsini tapşıraraq, sonuncunun ona xəritəni göstərəcəyini demişdir. Xanlar işləyən vaxt o, bir dəfə otağında olmuş, həmin vaxt Xanlar ona xəritəni göstərmişdir. Bir dəfə də Xanlar başqa telefonla ona zəng eləmişdir. O, Xanların otağında olanda pul barədə heç bir söhbət olmamış, pul barədə həmçinin Elnur və Raminlə də aralarında heç bir söhbət olmamışdır. Bir müddət keçdikdən sonra o, şikayət etmiş, Xanlara pul verməyi barədə dedikdə Xanlar puldan xəbəri olmadığını demişdir. O, Arifdən qabaq bir dəfə İcra hakimiyyətində olmuş, daha sonra isə Arifə müraciət etmişdir. O, əvvəl pulunu Arifdən tələb etmiş, sonra Arif pulu Elnura verdiyini demişdir. Arif ona verdiyi pulun necə bölünəcəyi barədə heçnə deməmişdir. Savadı olmadığına görə yaylaqla bağlı Arifi tanıdığından ona yaxınlaşmışdır. Arif ona işin həlli üçün adamın olduğunu bildirmiş, lakin kim olduğunu deməmişdir. Polis şöbəsində izahatında 12000 manat pul ona görə göstərmişdir ki, Ramin ona qalan 4500 manatı özü qaytaracağını demişdir. Elnur 4300 manat pulu ona vermiş, 200 manatı da ödəyəcəyi barədə əlyazısında qeyd etmişdir. Ramin 4500 manat pulu torpağın kadastra salınmasına görə özündə saxlamışdır. O, pulu tam Arifə vermiş, sonradan Elnur təsdiq etmişdir ki, pul onlarda olmuşdur. Ramin ona dəfələrlə demişdir ki, o, pulu Xanlara vermişdir. Xanlar, Elnur və Raminlə “Dostluq” kafesində bir dəfə görüşmüşlər. Sonradan həmin kafeyə Arif də gəlmişdir. Kafedə söhbət əsnasında ona demişlər ki, pulu qaytarılmayacaq, lakin növbəti dəfə Arif ona Xanlar tərəfindən pulun qaytarılacağını deyərək görüşməyi təklif etmişdir. O, Arif və Xanlar Nügədi yolunda görüşmüşlər. Bu vaxt Xanlar pulu almasını deməsə də, pulun qaytarılması üçün köməklik edəcəyini bildirmişdir. “Dostluq” kafesində görüşdükləri vaxt Ramin Xanların yanında 12000 manat pulu Xanlara verdiyi demişdir. Xanlar isə pulu harasa verdiyini demişdir. O, polisdə izahat verəndə Ramin ona bildirmişdir ki, sənədləşməyə görə 4500 manat pul özlərində saxlamışlar. O, bilavasitə Xanlara pul verməmiş, torpağın verilməsi ilə bağlı Xanlarla söhbəti olmamışdır. O, ümumilikdə 16500 manat pulu Arifə vermişdir. Ramin ona dəfələrlə demişdir ki, həmin puldan 12000 manat pulu Xanlara vermiş, ona görə də o, 12000 manat pulu Xanlardan istəmişdir. Sonda şahid bildirdi ki, məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənildiyindən sonunculardan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, 06 iyun 2014-cü il tarixdən 18 fevral 2018-ci il tarixədək Quba rayon İcra Hakimiyyəti başçısının Vəlvələ kənd İƏD üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləmişdir. Öz ərizəsi ilə işdən azad olunmuş, həmin vaxtdan fərdi təsərrüfatla məşğul olur. Vəlvələ kənd sakini Təqsirləndirilən şəxs2 də xeyli müddətdir tanıyır, onun torpaq alqı-satqı işləri ilə məşğul olduğunu bilir. Şahid4 isə ümumiyyətlə tanımamışdır. 2019-cu ilin may ayının əvvəllərində Ariflə Xaçmaz yolunda yerləşən “Quba Central” restoranında olan zaman Arif ona bir nəfər şəxsin 10 illik yaylaq icarəyə götürmək istədiyini bildirmiş və həmin şəxsə köməklik göstərilməsini xahiş etmişdir. O da elə həmin vaxt Zərdabi qəsəbə nümayəndəsi, dostu Raminə zəng edib maraqlanmasını xahiş etmişdir. Bir neçə saat sonra Ramin ona zəng edərək torpaq istəyən şəxsin, yəni İmranın istədiyi Haput kəndi ərazisində boş yaylaq yeri olduğunu demiş, həmin gün zəng edərək torpaq sahəsinin 15000 manata düzələcəyini demişdir. O bu barədə Arifə məlumat vermiş, sonuncu isə ona torpaq icarəyə götürmək istəyən şəxsin 12000 manat pulu olduğunu demişdir. O, bu barədə Raminə demişdir. Ramin bir neçə gün sonra ona zəng edərək 12000 manata həll olunacağını bildirmişdir. May ayının axırlarında Arif İmranla görüşüb pulu aldıqdan sonra Quba «ASAN Xidmət» mərkəzinin qarşısında görüşərək 10000 manat pulu Raminə vermiş, qalan 2000 manatı bir iki günə Bakı şəhərindən göndəriləcəyini demişdir. Həmin günün səhəri Ariflə yenidən Quba şəhərində yerləşən «ASAN Xidmət» mərkəzinin qarşısında görüşmüş və Arif ona 2000 manat vermişdir. O, eyni qaydada «ASAN Xidmət» mərkəzinin arxasında yerləşən dayanacaqda 2000 manat pulu Raminə vermişdir. Ramin də həmin pulu Xanlara çatdıracağını demişdir. Həmçinin Raminə 2000 manatı verən zaman Raminə zəng gəlmişdir ki, pulu tez gətirsin. Raminlə Xanların nə danışdığını bilməmişdir. Sonra Ramin ona Allahverdinin imzası olan məktub vermiş ki, həmin məktub əsasında kadastr idarəsinə müraciət edərək “xəritə plan ölçü” alınsın. Həmin məktubda torpağın ölçüsü 180 ha yazılmışdır. Ondan sonra o, Ariflə görüşüb söhbət edən zaman İmran gəlmiş, sonuncunu həmin vaxt tanımışdır. İmran məktuba baxdıqda 180 ha ilə razı olmadığını, 200 ha olmalı olduğunu və ona 200 ha deyildiyini bildirmişdir. Ona görə də o, həmin məktubu Raminə vermiş, Ramin də Xanlara çatdırdığını bildirmişdir. Daha sonra Ramin yenidən ona məktub vermişdir. O, Arif və İmran restoranda görüşüb məktubu verəndə İmranın yenidən narazıçılıq etdiyini görmüşdür. Bu vaxt ona məlum olmuşdur ki, İmrana qayalıq sahədən 180 ha torpaq sahəsi verilmişdir. Bu söhbətə son qoymaq üçün o, Raminə zəng edib həmin yerə çağırmışdır. Ramin gəlmiş və məktub yenidən Raminə qaytarılmışdır. O, özü kadastra baxmış və görmüşdür ki, həmin 180 ha yaylaq sahəsi həqiqətən də qayalıqdadır. İcra hakimiyyətindən xəritəni çıxardıqdan sonra İmran özü sərbəst Xanların yanına gedərək danışmış və bilmişdir ki, həmin işin alınması 8-9 ay çəkmişdir. Sonra narazıçılıqlar olmuşdur. Məktub alınmamışdır. İmran sürüsünü deyilən yaylaq sahəsinə apardıqda orada Vazeh adlı şəxsin olduğu məlum olmuşdur. Vazeh adlı şəxsdə həmin yerə dair icarə müqaviləsi olmuşdur. Həmin yerə İmrana ikinci dəfə sənəd verilmişdir. Bununla bağlı Vazehlə İmranın arasında mübahisə yaranmış və “102” xidmətinə zəng edərək şikayətçi olmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, onun bu işdə marağı ondan ibarət olmuşdur ki, İmran özü ona hörmət edəcəyini bildirmişdir. İmranın Arifə nə qədər pul verməsindən məlumatı yoxdur. O, Arifdən 12000 manat almışdır. Bir də kanastrda sənədlərin düzəldilməsi üçün sonradan 4500 manat pul alınmışdır. 4500 manat pulu İmran Arifə vermişdir. Arif də həmin pulu ona vermişdir, o da həmin pulu özündə saxlamışdır ki, kadastr idarəsində rüsumlar üçün istifadə etsin. 4500 manat pulun hansı tarixdə verilməsi yadında deyil. 4500 manat pul 12000 manatdan sonra verilmişdir. Sözügedən 4500 manat pulu o, İmrana qaytarmışdır. Xanlarla torpağın alınıb verilməsi ilə bağlı yox, pulun qaytarılması ilə bağlı görüşmüşlər. O, Ramin, Arif bir də Xanlar “Yaşıl bağ” restoranında görüşmüşlər. Görüşün məqsədi İmrana pulun qaytarılması olmuşdur. Görüş vaxtı Xanlarla Arif arasında söz mübahisəsi olmuş və həmin vaxt Xanlar əsəbiləşib çıxıb getmişdir. Görüş vaxtı Xanlar pulu özü verəcəyini deməmişdir. Bir dəfə də Qaraçayda “Dostluq” restoranında o, Arif, Ramin və Xanlar görüşərək İmranı da çağırmışlar. İmrana söhbətin böyüməməsi üçün hərəsi 2000 manat pul təklif etmişlər ki, Xanlar da 6000 manat versin. Xanlar isə 3000 manat verə biləcəyini demişdir. O, şəxsən Xanlara pul verməmişdir. O, Raminin Xanlara pul verməsini gözü ilə görməmişdir. Ramin ona zəng edib demişdir ki, pulu çatdır. “Asan” xidmətin qarşısında Arif pulu ona vermişdir. O da pulu vermək üçün Raminin avtomaşınına əyləşəndə Raminə həmin vaxt Xanlardan zəng gəlmişdir. Xanlar Raminə zəng edən zaman eşitmişdir ki Xanlar Ramindən pulun nə zaman çatacağını soruşur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər, yəni 26 noyabr 2012-ci il tarixdən 14 aprel 2014-cü il tarixədək Quba RİH başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsinin müavini, 14 aprel 2014-cü il tarixdən 26 dekabr 2017-ci il tarixədək Quba RİH Alekseyevka kənd İƏD üzrə nümayəndəsi, 11 yanvar 2019-cu il tarixdən 03 iyun 2020-ci il tarixədək Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi kənd İƏD üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Bununla bağlı 2012-ci ildən Xanlarla səmimi münasibətləri olmuşdur. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyyədin Əliyevin əmri ilə işdən azad olunmuş, həmin vaxtdan fərdi təsərrüfatla məşğul olur. Vəlvələ kənd sakini Təqsirləndirilən şəxs2 tanısa da onunla heç bir əlaqəsi olmamışdır. Şahid4 isə ümumiyyətlə tanımamışdır. İmranı 2019-cu ilin may ayında yaylaq söhbəti ilə əlaqədar dostu Şahid1 vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin may ayının əvvəllərində dostu Elnur ona zəng edərək bildirmişdir ki, bir nəfər var yaşadığı Haput kəndi istiqamətində yaylaq icarəyə götürmək istəyir, həmin ərazidə bir dənə boş yer var oranı istəyir. O, da Elnura bu məsələlərin başçının müavini Təqsirləndirilən şəxs1 kurasiyasında olduğunu, onunla yaxın münasibəti olduğunu, bu barədə ona deyib cavab aldıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bu barədə Xanlara məlumat verdikdə sonuncu həmin ərazidə boş yerin olduğunu, lakin 200 ha yox, 170-180 ha civarında vermək olacağını bildirmişdir. O da Elnura 160-170 ha torpaq verilə biləcəyini demişdir. Xanlar ona bildirmişdir ki, başçıya desin, sonra cavab verər. Daha sonra Xanlar bu işin həll olunması üçün ondan 15000 manat pul istəmiş, o, bu barədə Elnura məlumat vermiş, Elnur daha sonra həmin şəxsin cəmi 12000 manat pulu olduğunu bildirmişdir. O, da Xanlara bildirmişdir ki, həmin adamın 12000 manat pulu var. Xanlar da eyni qaydada başçı ilə məsləhətləşdikdən sonra məlumat verəcəyini demişdir. Həmin ərəfədə Xanlar ona 12000 manata razı olduğunu bildirmişdir. O, da bunu telefonla Elnura demişdir. Təxminən 2019-cu ilin may ayının sonlarında Elnur ona zəng edib bildirmişdir ki, pul hazırdır. O, da özünə məxsus Niva markalı avtomobili ilə gedib X13 Xidmət Mərkəzinin arxasında görüşmüş, həmin vaxt Elnur ona 10000 manat pul verib demişdir ki, qalan pulu da tezliklə çatdıracaqlar. O, Elnurdan pulu alıb dərhal İcra Hakimiyyətinə getmiş, Xanların otağında sonuncuya vermişdir. Səhv etmirsə səhəri gün Elnur yenə ona zəng edərək bildirmişdir ki, pulun qalan hissəsi də hazırdır. O, yenə də, Elnurla görüşə getmiş, Quba-Bakı yolunda onunla görüşmüş və 2000 manat pulu alıb aparıb Xanlara iş otağında vermişdir. O, pulu Elnurdan alarkən Xanlarla telefonda danışmış, Xanlar ona pulu tez gətirməyini demişdir. Xanlara hər iki dəfə pulu verərkən yanlarında heç kəs olmamışdır. O, daha sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 İmrandan 12000 manat alıb Elnura vermiş, Elnur da qeyd etdiyi kimi həmin pulları ona vermişdir. Pulu Xanlara çatdırdıqdan sonra 2019-cu ilin iyun ayının axırlarında Xanlar ona bildirmişdir ki, İmran rayon İcra Hakimiyyətində sənədləşmə işinə görə onun yanına gəlsin, o da bu barədə Elnura məlumat vermişdir. Həmin vaxt İmran İcra Hakimiyyətinə getmiş və icra başçısı Ziyəddin Əliyevin adına ərizə yazmışdır. Sonra isə bildiyinə görə sənədləşdirmə işləri başlanaraq X1 Təşkili üzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Həmin məktubu DƏDRX-nin Xaçmaz şöbəsinə təqdim etmək üçün verilmiş məktubu İmran təyinatı üzrə çatdırmamışdır. Onu da qeyd etmək istəyir ki, İmran istədiyi yaylaq sahəsini əvvəlcədən bilirmiş. Belə ki, həmin yer əvvəllər bir nəfərdə olub, lakin 2016-cı ildə müqaviləsi başa çatmasına baxmayaraq müqavilə müddətini uzatmamışdır. Sənədlər hazır olarkən İmran xəritəyə baxıb torpağın koordinatlarını dəyişdirməklə əlavə yer istəmişdir. Elnur da zəng edərək bu barədə onunla danışdıqdan sonra qərara gəlmişlər ki, görüşüb bu məsələni müzakirə etsinlər. Xanların ona verdiyi xəritəni orada İmrana vermişdir. İmran xəritəni görüb buranın qayalıq olduğunu, həmin yerdə Vazeh adlı birinin olduğunu, Vazehə yaşıllığın daha çox qaldığını, ona daşlıq yerin düşdüyünü bildirmişdir. O, Xanlardan həmin torpaq sahəsinin biraz artırılmasını təklif etdikdə sonuncu çalışıb edəcəyini bildirmiş, lakin bu məsələlər uzandığından İmranın hərəkətləri şiddətlənmişdir. Bu barədə İmran ona tez-tez zəng vurmuş, o, da Xanlara məlumat vermişdir. Sonra Elnur, Arif, İmran və o, Quba şəhər ərazisində, Quba-Xaçmaz dairəsi adlanan yerin yaxınlığında yerləşən “Quba-Central” restoranında görüşüb bu məsələni müzakirə etmişlər. Həmin vaxt İmran xəritəni göstərib bildirmişdir ki, ona verilən yaylaq əsasən qayalıq ərazilərə düşür, o, isə başqa yeri istəyir. O da demişdir ki, Xanlara deyər. İmranına verilən məktubun vaxtı ötdüyünə görə, o, həmin məktubu Xanlara qaytarmışdır ki, İmran narazıdır, Xanlar da məktubu alıb bildirmişdir ki, “baxarıq”. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Şahid4 4500 manat pulun alınmasından onun sonradan xəbəri olmuşdur. Bildiyinə görə Elnur həmin pulu kadastrda sənədlərin düzəldilməsi üçün alıb özündə saxlamışdır. Bildiyinə görə həmin pulu Şahid1 İmrana qaytarmışdır. O, Xanlara pulu otağında vermiş, lakin bununla bağlı təsdiqi yoxdur. Xanların otağında xəritələr olmuşdur. Xanlar həmin xəritəni ona, o da İmrana vermişdir. Xanlar iqtisadi məsələlər üzrə müavin olmuş, rayon ərazisində fəaliyyət göstərən daş karxanalarının hərəkətinin nizamlanması, yaylaq sahələrinin verilməsi, rayonda fəaliyyət göstərən iqtisadi idarələrin işinə nəzarəti birbaşa başçının iqtisadi məsələlər üzrə müavini həyata keçirmiş və nəzarət etmişdir. Pulu Xanlara verdikdən və İmran şikayətçi olduqdan sonra Xanlarla görüşü olmamışdır. O, Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1la Şabran ərazisindəki yerləşən “Yaşıl bağ” restoranında görüşən zaman Təqsirləndirilən şəxs1 12000 manat pulu aldığını etiraf etsə də, pulu qaytarmayacağını bildirmişdir. O, sonradan bilmişdir ki, 4500 manat pul kadastr adı altında rüsumlarla bağlı Şahid4 alınmış, Şahid1 həmin pulu iki dəfəyə İmrana qaytarmışdır. Elnurun avtomaşını olmadığından pulun bir hissəsinin qaytarılmasında o da iştirak etmişdir. Belə ki, Elnurla onun maşını ilə getmişlər, lakin Elnurun İmrana nə verməyindən məlumatı olmamışdır. Pulu Xanlara verməyi ilə bağlı aralarında telefon danışıqları olmuşdur. Xanlar icra başçısına bu barədə deyəcəyini bildirsə də, deməsini görməmişdir. Arifi Şahid1 vasitəsilə tanımışdır. Ona pulu Elnur vermiş, kimdən aldığını deməmiş, o, 4-5 aydan sonra bilmişdir ki pulu Elnur Arifdən almışdır. Pulu da iki dəfəyə Xanların otağında Xanlara vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən edildi ki, Quba rayonu, Haput kəndinin ərazisindəki “Bəlliolan” adlı torpaq sahəsini 04.09.2001-ci il tarixdən sərəncam əsasında 15 il müddətinə icarəyə götürərək 2016-cı ilə kimi həmin sərəncam əsasında hazırlanmış müqavilə əsasında istifadə etmişdir. Belə ki, qeyd edildiyi kimi 2016-cı ildə onun İcra Hakimiyyəti ilə arasında olan icarə müqaviləsinin müddəti bitdiyi üçün Quba rayon İcra Hakimiyyətinə müraciət etsə də orada ona bildirmişlər ki, bəzi idarələrin strukturu dəyişdiyi üçün hal-hazırda həmin rəsmiləşdirilmənin aparılması dayandırılmışdır. Bu səbəbdən ona elə əvvəlki qaydada mal-qaranı həmin otlaq sahəsində saxlaya biləcəyi bildirilmişdir. Daha sonra Siyəzən rayonunda qışlaqda olan zaman qardaşı Şərəh Hüseynov ona zəng edərək Quba rayonunda istifadə etdiyi “Bəlliolan” adlı torpaq sahəsində kənar şəxslərin heyvanlarının olduğunu bildirmiş və bu məqsədlə Quba rayon İcra Hakimiyyətinə yaxınlaşaraq bu işə baxan Təqsirləndirilən şəxs1 ilə görüşmək istədikdə həmin şəxsin işdən azad edildiyini bildirməklə bu işlə başçının müavini olan Allahverdi Xudaverdiyevin məşğul olduğu demişdir. Daha sonra həmin şəxs ilə görüşərək baş verənləri ona bildirmiş, və o, sənədlərini tələb edərək baxdıqda onun ərazisinə kənar müdaxilənin olduğunu bildirməklə aidiyyəti üzrə polis idarəsinə şikayət etməyini tövsiyyə etmişdir. O da otlaq sahəsinin zəbt olunması barədə ərizə ilə Quba rayon polis şöbəsinə müraciət edərək orada araşdırma aparılmağa başlayıb və ona məlum olmuşdur ki, istifadə etdiyi otlaq sahəsinin bir hissəsi onun uzaq qohumu olan Şahid4 istifadəsinə verilmişdir. Araşdırma zamanı Şahid4 ilə söhbət edərkən İmran ona həmin otlaq sahəsindən istifadəyə dair icazəni Quba rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Təqsirləndirilən şəxs1 adlı şəxsin verdiyini bildirmişdir. Hal-hazırda həmin otlaq sahəsi, yəni 346 ha torpaq sahəsinin icarəsi onun adına rəsmiləşdirilir. Nə ilkin vaxtda, nə də ki, sonrakı təzələmə müddətində torpaqdan istifadəyə dair ondan heç vaxt pul tələb olunmayaraq alınmamışdır. Ona təqdim olunan, yəni onun adından Quba rayon İcra Hakimiyyəti başçısına müraciət edərək təsərrüfatında olan davarların saxlanılması və sahibkarlığın inkişafı məqsədilə rayon ərazisində yerləşən “Bəlliolan” yay otlaq sahəsindən 170 ha ərazinin müvəqqəti istifadəsinə verilməsi məqsədilə müvafiq köməklik göstərilməsini xahiş etməsi ilə bağlı ərizə ilə tanış olmuşdur. O, belə bir ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Sənədləşmə işlərində ona imza etdirəndə baxmadan həmin ərizəyə imza etmişdir. Həmin imzanın onun olub-olmamasını dəqiq deyə bilmir, lakin həmin ərizədə 346 ha ərazinin içində 170 ha yararlı yazılmalı idi. Həmçinin qeyd etdiyi kimi 2001 -ci ildən hal-hazırki vaxta kimi rayon ərazisində yerləşən “Bəlliolan” yay otlaq sahəsinin 346 hanı istifadə etdiyi üçün elə həmin ölçüdəki sahəsi üzrə icarəni davam etdirmək məqsədilə rayon İcra Hakimiyyətinə müraciət etsə də ona müəyyən qurumlardakı struktur dəyişikliyi ilə əlaqədar olaraq gözləməyi və eləcə də köhnə icarəsinə əvvəlki qayadada davam etməyi bildirilmişdir. Həmin ərazinin bir hissəsini icarəyə götürməyi ilə bağlı heç vaxt ərizə ilə müraciət etməmişdir. Şahid4 16500 manat pulu kimə və necə verməsi, ümumiyyətlə onun torpaqdan istifadəsi ilə, həmçinin pul vermə məsələsi ilə bağlı heç vaxt məlumatı olmamışdır. Bu haqda araşdırmanın gedişində eşidərək məlumatlanmışdır. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Şahid4 Mövlüdağa oğlunun istintaqa təqdim etdiyi CD və iş üzrə maddi sübut qismində tanınmış diskə məhkəmədə baxış keçirilən zaman aşağıdakılar məlum oldu: - Ad hissəsində "call_08-50-02_OUT_+**********88.amr” yazılmış 59 saniyəlik səs yazısından görünür ki, Yusifov X3 Ramin Rasif oğluna zəng edərək “Ramin müəllim sabahınız xeyir, Xanlar müəllim gəlməyibki” deyir, Şahid2 “gəlməyib?! Səhərin gözü açılsın da” deyir, Şahid4 “saat 8-də hamı işdə olur da” deyir, Şahid2 “bilmirəm, abeddən sonra danışaram mən, sən Arifgilnən danışdın?” deyir, Şahid4 “yox, zəng çatmadı da, Elnurnan danışmışdım, Elnur dedi ki, mən onunla görüşsəm deyərəm” deyir, Şahid2 isə “hə bildim, bildim, olsun, bi baxım görüm zəng vuraram birazdan” deyir, Şahid4 “olmasa gedib çıxacam Ruslanın yanına, o da olmasa gedəcəm məhkəməyə, başqa çarə yoxdu” deyir, Şahid2 “olsun, nətər istəyirsən elə” deyir. - Ad hissəsində "call_09-14-04_OUT_+**********88.amr” yazılmış 1 dəqiqə 24 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edərək “nə oldu dünən görüşdüzmü?” deyir, Şahid2 “yox, görüşə bilmədim, ona görə yığmadım səni, xəstəxanadadı müəllim, Xanlar müəllim, Bakıda Respublikanskidə, danışdım, dedi valla təziqim qalxıb, gəlmişəm iki günlük deyir, bir dünənçün, bir də bugünçün, sabah da Allah qoysa işində olacaq” deyir, Şahid4 “axı demədi ki, nəsə hazırdı yoxsa yox?!” deyir, Şahid2 “yox vallah, dorusu nə yalan deyim, özüm demədim o söhbəti, bildin də, deyir pis oldum, bir başa Quba xəstəxanasına getdim, ordan dedilər ki, yox təziq çox yuxarıdı Bakıya ged, indi-indi düzəlmişəm deyir, onun dediyinə görə dünənçün, birdə bugünçün olmayacaq işdə” deyir. - Ad hissəsində "call_09-22-59_OUT_**********.amr” yazılmış 1 dəqiqə 36 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edərək “nə xəbər ay müəllim?” deyir, Şahid2 “sağlığın ay İmran, sənin sənədin bizi dala salır qardaş, valla başqa heç bir şey yoxdur orda” deyir, Şahid4 “nolduye dedin 5-ci gün düzələcək” deyir, Şahid2 “dedime dedim, bu Xanların sözünü deyirəm də mən sənə, dedim ay Xanlar müəllim nətər düzüb-qoşursan bunu, bular bilirsəndə hesabatlar varda gündə iki kənddə olurlar, sizin kəndə də gəlməmiş olmazlar, hə hesabatlar var, onunla əlaqədardır, bu gün də bu gün də 20 yanvardı, sən ürəyini buz kimi saxla İmran, heç nədən narahat olma, qardaş” deyir, Şahid4 “mənim bir ildi buz kimidi” deyir, Şahid2 “olarda olan mərhələləri mən deyə bilmərəm, bu məsələdə deyirəm ürəyini buz kimi saxla, heç nədən narahat olma, sənə mən deyirəm bu sözü” deyir, Şahid4 “onda səhərə bir şeynən gəlim Qubaya, mən indi şəhərdəyəm, Bakıdayam, səhər də birisigün də gələcəm Qubaya, Xanlar müəllimə sənlə çıxım, ya tək özüm çıxım?” deyir, Şahid2 “problem yoxdu, bir yerdə çıxaq” deyir. - Ad hissəsində "call_09-51-41_QUT_+**********88.amr” yazılmış 1 dəqiqə 34 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edib salamlaşdıqdan sonra “neynədiz, dünən görüşə bildiz, yoxsa yox?” deyir, Şahid2 “Valla mən danışdım Allahverdi müəllimlə, dedi ki, orda 4-5 dənə sənəd var, olarnan birgə o veriləcək, Xanlar deyən sözü” deyir, Şahid4 “Arif müəllimlə görüşmədiz?” deyir, Şahid2 “yo, yo mən onla niyə görüşüme, borcun versin də o” deyir, Şahid4 “yoxe, Elnur dedi ki, indi biz Ramin müəllimlə də görüşəcik, günortadan sonra” deyir, Şahid2 “yox, mənə onlardan zəng gəlməyib, nabarod mən Arifə yığdım mənə cavab vermədi, vallah hə, ***-**- ** yığdım cavab vermədi mənə” deyir, Şahid4 “Elnurda zəng eləmiyib?!” deyir, Şahid2 “yo Elnur zəng eləyib ancaq görüşməmişik də yəni, indi mən hüzür yerindən çıxım qalxacam Qubaya yığacam Elnuru deyəcəm Arifi də gətir görək” deyir, Şahid4 “hə gəl mən də Qubadayam da burda, gəl oturaq bir yerdə məsləmizi həll edək” deyir. - Ad hissəsində "call_10-06-08_OUT_+**********88.amr” yazılmış 1 dəqiqə 6 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edib salamlaşdıqdan sonra “nə oldu? Dünən səs soraq çıxmadı" deyir, Şahid2 “vallah xəbər yoxdu, sən getdin başçının yanına?” deyir, Şahid4 “hə, mən getmişdim” deyir, Şahid2 “aha, elə olanda de də mənə” deyir, Şahid4 “dedi ki, Ramin gəlib, narahat olma mən gələn həftə, yəni bu həftə üçün kağızları verəcəm Raminə" deyir, Şahid2 “yo, hələ deməyib mənə, bu gün saat 3-də bizim iclasımız var icrada, iclasa girib-çıxandan sonra girəcəm yanına” deyir, Şahid4 “bir maraqlan da” deyir, Şahid2 “maraqlanacam, narahat olma, onsuzda saat 3-də iclasımızdı bizim, qurtarandan sonra girəcəm yanına maraqlanacam” deyir. - Ad hissəsində "call_11-19-58_OUT_+**********08-elnur.amr” yazılmış 1 dəqiqə 7 saniylik səs yazısından görünür ki, Şahid4 Şahid1 zəng edib salamlaşdıqdan sonra Şahid1 “demişəm Ramin müəllimə dünən, axşam görüşdüm demişəm ona, həftənin ya 1ci günü iş olsa, olmasa 2-ci günü gəlib Xanlar müəllim verəcək sizə kopyanı” deyir, Şahid4 “kopyanı?” deyir, Şahid1 “hə, hə, Allahverdi müəllimin yanından, həftənin sonunacan da, növbəti həftə yekunlaşdıracaqlar onları, özü gələcəkdə danışmağa ora” deyir, Şahid4 “Ramin?” deyir, Şahid1 “Xanlar müəllim” deyir, Şahid4 “hə, gəlib Allahverdi ilə danışacaq?!” deyir, Şahid1 “danışacaq, həm də sənədin surətin alıb verəcək sizə, demişəm ağsaqqal ona” deyir, Şahid4 “1-ci günü?” deyir, Şahid1 “hə də indi iş olsa 1, olmasa 2-ci gün” deyir. - Ad hissəsində "call_12-22-46_İN_+**********08-xanlar.amr” yazılmış 1 dəqiqə 50 saniyəlik səs yazısından görünür ki, Təqsirləndirilən şəxs1 “mən deyəni eləginən, gəl ələlə verək bu məsələni həll edək” deyir, Şahid4 “yox müəllim, görürəm, çətindiyə, dəyişə bilməyəcəm” deyir, Təqsirləndirilən şəxs1 “gəl sən imana gəl, dinə gəl, boş yerə” deyir, Şahid4 “müəllim indi bu dünən olardı, sırağa gün olardı, 3-4 gün bundan qabaq məsləhət eliyərdik, indi bu basa-basda nə deyim” deyir, Təqsirləndirilən şəxs1 “ay İmran mən sənə deyirəm ki, mən sənə bax bu gün deyirəm, onunçün zamində mən dayanmışam, başqası yox, mən o şeyi alacam verəcəm sənə, indi boşboşuna sən məni “başa düşülmür” bizim nə günahımız var, bizim sənə nə pisdiyimiz keçib, mən sənə danışdım axı, dedim axı” deyir, Şahid4 “bildime müəllim, mən heç kimə pislik eləmək istəmirəm, mən istəyirəm bəyəm?!” deyir, Təqsirləndirilən şəxs1 “istəmirsən, özün özün edirsən axı, gəl sən dinəimana gəl, mən sənə deyirəm olmasa əgər biz sənin əllərini kəsmirik ki, yenə yazdə nətər istəyirsən, özün müraciət elə ərizə ilə, sonra özün müraciət elə, əgər kömək eləməsək, özün öz əlinlə müraciət elə ki, deginənki belə deyil, lap deginən ki, filan yerdə məni aldatdılar, belə elədilər, elə elədilər, mən deyirəm sənə ki, danışılıb, deyilib ona, sənədlərdə hazır, tapıblar, sən izahatını ver, düzəlib” deyir, Şahid4 “nə bilim müəllim, indi gedirəm görüm (başa düşülmür)” deyir, Təqsirləndirilən şəxs1 “sən əgər (başa düşülmür” burdan deyim sənə” deyir, Şahid4 “yo hələ gedim baxım görümdə, görüm nə deyəcəklər, bilmirəm axı” deyir, Təqsirləndirilən şəxs1 “baxdə bax” deyir. - Ad hissəsində "call_13-12-20_İN_+**********08-elnur.amr” yazılmış 14 saniyəlik səs yazısından görünür ki, Şahid1 “icradadı, çıxıb gəlir yanıma, Raminə zəng eləmişdim, mən yığacam indi sizi” deyir, Şahid4 “hə, deyim gəlsin adam şeyi götürməyə, yoxsa yox?” deyir, Şahid1 “gözdədə hələ, qoy gətirsin, mən zəng edəcəm sizə” deyir. - Ad hissəsində "call_15-13-58_OUT_+**********88.amr” yazılmış 2 dəqiqə 21 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edərək “Ramin müəllim nə oldu, nə xəbər çıxdı?” deyir, Şahid2 “heçnə getdim məndə olduğu kimi dedim, 12 verib mənə filankəslər məndə filankəsə vermişəm, yazıb çıxdım məndə” deyir, Şahid4 “sən dediyin adama kağızları göstərdin?” deyir, Şahid2 “götürdü kağızları, dedi rəhbərə göstərəcəm, da bilmirəm, materialı göndərəcəklər prokurorluğa” deyir, Şahid4 “nə olacaq axırı?” deyir, Şahid2 “Allah bilir, onu kim bilər ki?! Xanlarda gəlməli idi ora məndən sonra, mən dedim ki, mən belə yazmışam” deyir, Şahid4 “bayaq dedi ki, ancaq Xanlar gəlib gedib” deyir, Şahid2 “yo izahat verməmişdi də, izahat verməmişdi bayaqları, indi gələcək məndən sonra” deyir, Şahid4 “Xanlar nə dedi, Xanlar dedi ki, mən deyəcəm almışam?” deyir, Şahid2 “Xanlar dedi ki, nahaq eliyib yazıb belə, dedim İmran neynəsin axı, yazmazdı dedi gərək elə, sənəd veriləcək idi də ona niyə yazırki elə” deyir, (.Yusifov “bir ildi sənəd verilir, hələ veriləcək?!” deyir, Şahid2 “helə deyirdə nə deyim, mən üzərimə düşəni elədim, bildin?! Sən nətər eləmisənsə olarda, Arifdə mənim adımı göstərib, mən də Xanları” deyir. - Ad hissəsində "call_15-35-22_İN_+**********88.amr” yazılmış 1 dəqiqə 44 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edərək “neynədiz, nə iş gördüz?” deyir, Şahid2 “iş gördüz deyəndə bu gün çağırmışdı məni, getdim ora məndə izahat verdim, məndən qabağda hamısı gedibdə ora, mən də verdimdə” deyir, Şahid4 “bildime, Xanlar müəllim verib izahatı?” deyir, Şahid2 “verib hə, o dünən yox sırağa gün olub orda deyesen” deyir, Şahid4 “deyib almışam, yoxsa nətər?” deyir, Şahid2 “hə, hə, hə, başqa söhbət ola bilməzki, deyib almışam vermişəm ona, o biri pullar məsələsi nə olacaq bəs? Bular kadast madastr bunlar qayıdacaq yoxsa?” deyir, Şahid2 “olar indi olarlıqdı əlbətdə ki” deyir, Şahid4 “oları hardasa qeyd edək, yoxsa neynəyək?” deyir, Şahid2 “məncə ehtiyac yoxdu, burda onu danan nakişi olarki, əgər Arifgil dansalar onu” deyir, Şahid4 “yo o gün Arif deyib ki, and içib ki, Bəxtiyarın yanında çörək kəsib atıb ki, nə almışam hamısını Elnurla Raminə vermişəm” deyir, Şahid2 “Elnurla Ramin deyəndə ki, Arif görməyib məni, mənə Elnur verib” deyir, Şahid4 “yəni belə deyibdə, bilmirəm da” deyir, Şahid2 “yo (başa düşülmür) söhbət getdi, dedi bular 12-ni şey eləsinlər bizdə, öz aralarında mənim yanımda danışdılar, Elnurla Arif, yəni baxaq bu 12 söhbətinə, görək nə olur hələ” deyir. - Ad hissəsində "call_16-18-09_OUT_+**********88.amr” yazılmış 43 saniyəlik səs yazısından görünür ki, Yusifov X4 Ramin Rasif oğluna zəng edərək “müəllim mən gəldime Qubadayam, hansı tərəfdəsiz bir görüşərdik” deyir, Şahid2 “mən idarəmdəyəm olmağına, savxozdayam, Zərdabidəyəm, mən qalxacam Qubaya” deyir, Şahid4 “sən 1 saata zada qalxarsan, yoxsa?” deyir, Şahid2 “yo,yo 20 dəqiqəyə, yarım saata uzağı” deyir, Şahid4 “harda gözləyim sizi” deyir, Şahid2 “Asan Xidmət tərəflərdə olarsandə” deyir. - Ad hissəsində "call_19-26-10_İN_+**********88.amr” yazılmış 1 dəqiqə 04 saniyəlik səs yazısından görünür ki, Şahid2 “İmran, danışdım Xanlar müəllimlə, indi mənim borcumduda mən başqa vətəndaşla gedirəmsə deməliyəm ki, vətəndaşda var yanımda, Xanlar müəllim dedi ki, gəlməyə ehtiyac yoxdu, səndə olan sənədləri sabah tezdən gətir, bayaq sənə göstərdiklərimi, gətir hazırlayım verim tezdən, heç bir problem yoxdu, dedim oldu, səhər tezdən gələcəm” deyir, Şahid4 “indi mən də ordayam da axı” deyir, Şahid2 “olsun, indi ehtiyac görmədidə İmran sənə, gənə gedəriyee problem yoxdu, yəni (başa düşülmür) indi başçının müavinidi də mən vətəndaşla gedirəmsə ona məlumat verməliyəm əvvəldən ki, belə-belə də, yəni səhər tezdən mən verəcəm onları sən heç narahat olma, dedim də, bax bu dəqiqə danışdım qurtardım, dedi səndə olanları gətir ki, mən təzədən başçıya məruzə edim, təzədən hazırlatdırağ onu, dedim olsun, sabah tezdən gətirib verəcəm” deyir. - Ad hissəsində "call_19-27-28_İN_+**********88-ramin.amr” yazılmış 2 dəqiqə 14 saniyəlik səs yazısından görünür ki, Şahid4 Şahid2la salamlaşdıqdan sonra Şahid2 “yanımda başqa adam var idi danışa bilmirdim, bayaqları görüşmüşəm Xanlar müəllimlə, bayaqları, indi yox, dedim Xanlar müəllim bu adam narahatdırdə, təsərrüfatı batır bunun orda, gedə bilmir təsərrüfatına, başqa bir şərikidə var, İmran tək deyil yəni, yadındadıda Bəxtiyar bi dəfə gedmişdi axı yanına, tək bu deyil, olarda təsərrüfatı atıb gəliblər rayondadı qayıtmaq istəyirlər, sənədləri alıb geri qayıtmaq istəyirlər, dedi ki, arxayın olsunlar, heç bir problem yoxdu, da başa düşdük ki, itib onlara sənəd veriləcək, dedim ki, nə vaxt veriləcək ay Xanlar müəllim, dedi ki, yəqinki gələn həftənin əvvəllərinə hazırlayıb verəcik, heç bir problem yoxdu, arxayın denən mənim adımdan” deyir, Şahid4 “bəlkə çıxım görüşüm bir səhər Xanlar müəllimlə, yoxsa nətər?!” Şahid2 “görüş, necə istəyirsən İmran, heç bir problem yoxdu” deyir, Şahid4 “bilirsən bizimdə işimiz gücümüz var” deyir, Şahid2 “bildim, bilir onları, vallah dedim onları, onları istəyirsən öz dilinlə de, denən Xanlar müəllim vallah bidənə ona görə tələsirik ki” deyir, Şahid4 “bilirssiz nətərdi Ramin indi bax biz əslində bu vaxtı əgər bu alınmasa biz hardasa yaylaq tapmalıyıq ki” deyir, Şahid2 “yüz faiz, siz işinizi bilməlisiz də əlbətdə ki, düzdü”, Şahid4 “bu belə olanda biz heç olmasa özümüzə yer tapaq, yer axtaraq, ona görə biz” deyir, Şahid2 “vaxt gedir, bilirəm qardaş bilirəm, başa düşürəm, heç bir problem yoxdu İmran, istəyirsənsə sabah bir qalx yanına”, Şahid4 “helə qalxsam yaxşıdı, bəlkə biraz tezləşdirər” deyir, Şahid2 “münasib vaxt, məsləhətdi ki, abeddən sonra gedəsən, bir qalx yanına, denən ki, ba belə-belə, onsuzda mən onları danışmışam da ona, ba biz təsərrüfatı qoyub gəlmişik denən, qalmışı ki, belə neyniyək, necə edək, biz istəyirik ki, ay Xanla müəllim bu sənədi tez alaq Xaçmazdan da işimizi tez həll edək, bilək yerimiz varda, təsərrüfatım qalıb başdı-başına özüm də rayondayam, ba belə mən danışan şeyləri sən də denən qoy görsün ki, öz dilindəndə eşitsin sənin, oldu heç bir probıem yoxdu, sabah abeddən sonra gedsən daha yaxşı olar” deyir (cild 1, iş vər.: 174-178) “Azercell” mobil operatorundan daxil olmuş CD diskə məhkəmədə baxış keçirilən zaman aşağıdakılar məlum oldu: diskdə 1 ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “20626-22.09.2020.zip” yazılmışdır. Həmin qovluğu açdıqda sms mətnləri olan 16 ədəd faylın və ad hissəsində “abuneciler.xlsx”, “antenna2019.xlsx” və “antenna2020.xlsx” yazısı olan fayllar vardır. Sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. - Ad hissəsində “abuneciler.xlsx” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. - Ad hissəsində “antenna2019.xlsx” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 Mövlüdağa oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 16.09.2019-cu il tarixdə, saat 17:40:34 dəqiqədə zəng gələrək 191 saniyə danışıq olmuşdur. Şahid4 Mövlüdağa oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi arasında 25.09.2019-cu il tarixdə, saat 17:34:34 dəqiqədə zəng gələrək 79 saniyə, həmin tarixdə saat 19:26:03 dəqiqədə zəng gələrək 15 saniyə, 26.09.2019-cu il tarixdə, saat 11:15:34-cü dəqiqədə zəng gələrək 44 saniyə, həmin tarixdə saat 12:41:26-cı dəqiqədə zəng gələrək 22 saniyə, həmin tarixdə saat 13:04:56-cı dəqiqədə zəng gələrək 13 saniyə, həmin tarixdə saat 13:26:41-ci dəqiqədə 30 saniyə, həmin tarixdə saat 17:23:42-ci dəqiqədə zəng gələrək 82 saniyə, 30.09.2019-cu il tarixdə saat 09:59:30-cu dəqiqədə zəng gələrək 25 saniyə, həmin tarixdə saat 15:59:59-cu dəqiqədə zəng gələrək 11 saniyə, 01.10.2019-cu il tarixdə saat 11:04:56-cı dəqiqədə zəng gələrək 41 saniyə, 03.10.2019-cu il tarixdə saat 14:48:37-ci dəqiqədə zəng gələrək 102 saniyə danışıq olmuşdur. - Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 09.08.2019cu il tarixdə saat 12:38:07-ci dəqiqədə zəng gələrək 35 saniyə, 10.08.2019-cu il tarixdə saat 09:41:40-cı dəqiqədə zəng gələrək 206 saniyə, həmin tarixdə saat 10:00-cu dəqiqədə 54 saniyə, həmin tarixdə saat 19:54:42-ci dəqiqədə zəng gələrək 85 saniyə, 11.08.2019cu il tarixdə saat 13:16:43-cü dəqiqədə zəng gələrək 2 saniyə, həmin tarixdə saat 21:02:31-ci dəqiqədə zəng gələrək 91 saniyə, 13.08.2019-cu il tarixdə saat 10:17:33-cü dəqiqədə zəng gələrək 196 saniyə, həmin tarixdə saat 13:26:38-ci dəqiqədə zəng gələrək 26 saniyə, 15.08.2019-cu il tarixdə saat 11:02:17-ci dəqiqədə zəng gələrək 26 saniyə, həmin tarixdə saat 11:03:27-ci dəqiqədə zəng gələrək 80 saniyə, 16.08.2019-cu il tarixdə saat 17:27:36-cı dəqiqədə zəng gələrək 53 saniyə, 18.08.2019, 28.09.2019, 04.10.2019, 11.10.2019, 21.10.2019, 04.11.2019, 12.11.2019, 19.11.2019, 25.11.2019, 06.12.2019, 29.09.2019, 06.10.2019, 14.10.2019, 22.10.2019, 05.11.2019, 13.11.2019, 20.11.2019, 27.11.2019, 12.12.2019, 30.09.2019, 07.10.2019, 15.10.2019, 23.10.2019, 06.11.2019, 14.11.2019, 21.11.2019, 28.11.2019, 16.12.2019, 01.10.2019, 08.10.2019, 16.10.2019, 29.10.2019, 07.11.2019, 15.11.2019, 22.11.2019, 03.12.2019, 17.12.2019, 02.10.2019, 09.10.2019, 17.10.2019, 30.10.2019, 08.11.2019, 17.11.2019, 23.11.2019, 04.12.2019, 18.12.2019, 03.10.2019 10.10.2019 18.10.2019 01.11.2019 11.11.2019 18.11.2019 24.11.2019 05.12.2019 19.12.2019 20.12.2019, 30.12.2019 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. - Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 11.04.2019-cu il tarixdə saat 10:49:54-cü dəqiqədə zəng gələrək 27 saniyə, həmin tarixdə saat 13:42:22ci dəqiqədə 27 saniyə, 13.11.2019-cu il tarixdə saat 11:42:50-ci dəqiqədə 75 saniyə, 27.11,2019-cu il tarixdə saat 12:43:09-cu dəqiqədə 27 saniyə, həmin tarixdə saat 14:07:35-ci dəqiqədə 15 saniyə, həmin tarixdə saat 14:20:42-ci dəqiqədə 22 saniyə, 02.12.2019-cu il tarixdə saat 11:34:10-cu dəqiqədə 30 saniyə, 06.12.2019-cu il tarixdə saat 12:33:45-ci dəqiqədə 150 saniyə, 13.12.2019-cu il tarixdə saat 14:53:44-ci dəqiqədə 39 saniyə, 19.12.2019-cu il tarixdə saat 12:33:37-ci dəqiqədə 61 saniyə danışıqlar olduğu görünür. - Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 12.12.2019-cu il tarixdə saat 15:06:12-ci dəqiqədə 16 saniyə, 14.12.2019-cu il tarixdə saat 17:40:33-cü dəqiqədə 53 saniyə, 15.12.2019-cu il tarixdə saat 15:00:25-ci dəqiqədə 15 saniyə, həmin tarixdə saat 15:31:33-cü dəqiqədə 14 saniyə, 16.12.2019-cu il tarixdə saat 09:19:12-ci dəqiqədə 92 saniyə, 17.12.2019-cu il tarixdə saat 14:32:44-cü dəqiqədə 74 saniyə, 18.12.2019-cu il tarixdə saat 16:34:16-cı dəqiqədə 156 saniyə, həmin tarixdə saat 17:03:25-ci dəqiqədə 304 saniyə, 26.12.2019-cu il tarixdə saat 09:08:07-ci dəqiqədə 36 saniyə, 28.12.2019-cu il tarixdə saat 17:07:02-ci dəqiqədə 52 saniyə danışıqlar olduğu görünür. - Ad hissəsində “antenna2020.xlsx” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 Mövlüdağa oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 18.05.2020-ci il tarixdə saat 10:55:57-ci dəqiqədə 370 saniyə, həmin tarixdə saat 12:14:05-ci dəqiqədə 102 saniyə danışıqlar olduğu görünür. - Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 09.01,2020-ci il tarixdə saat 15:24:33-cü dəqiqədə 08 saniyə, 15.01.2020-ci il tarixdə saat 10:26:04-cü dəqiqədə 55 15.06.2020, 16.06.2020, 17.06.2020, 18.06.2020, 19.06.2020, 21.06.2020, 22.06.2020, 23.06.2020, 24.06.2020, 27.06.2020, 28.06.2020, 30.06.2020, 04.07.2020, 05.07.2020, 07.07.2020, 08.07.2020, 09.07.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur (cild 1, iş vər.: 251-254); “Bakcell” mobil operatorundan daxil olmuş CD diskə məhkəmədə baxış keçirilən zaman aşağıdakılar məlum oldu: diskdə 16 ədəd fayl vardır. 8 ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. - Ad hissəsində “Zənglərin_Detallaşması_**********1656_5********.rar” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. - Ad hissəsində “Zənglərin_Detallaşması_**********1656_5********.rar” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs1 adına olan 055- ***-**-** mobil nömrəsi barədə məlumtaların olduğu, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmadığı müəyyən edildi. - Ad hissəsində “Zənglərin_Detallaşması_**********2137_5********.rar” yazısı olan fayla daxil olduqda Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 09.08.2019-cu il tarixdə saat 12:38:07-ci dəqiqədə 35 saniyə, 10.08.2019-cu il tarixdə saat 09:41:40-cı dəqiqədə 206 saniyə, həmin tarixdə saat 10:00-cu dəqiqədə 54 saniyə, həmin tarixdə saat 19:54:42-ci dəqiqədə 85 saniyə, 11,08.2019-cu il tarixdə saat 13:16:43-cü dəqiqədə 2 saniyə, həmin tarixdə saat 21:02:31-ci dəqiqədə 91 saniyə, 13.08.2019-cu il tarixdə saat 10:17:33-cü dəqiqədə 196 saniyə, həmin tarixdə saat 13:26:38-ci dəqiqədə 26 saniyə, 15.08.2019-cu il tarixdə saat 11:02:17-ci dəqiqədə 26 saniyə, həmin tarixdə saat 11:03:27-ci dəqiqədə 80 saniyə, 16.08.2019-cu il tarixdə saat 17:27:36-0 dəqiqədə zəng gələrək 53 saniyə, 18.08.2019-cu il tarixdə saat 17:01:03-cü dəqiqədə zəng gələrək 73 saniyə, həmin tarixdə saat 17:16:41-0 dəqiqədə zəng gələrək 48 saniyə, 19.08.2019-cu il tarixdə saat 09:06:32-ci dəqiqədə zəng gələrək 76 saniyə, həmin tarixdə saat 10:16:59-cu dəqiqədə zəng gələrək 56 saniyə, həmin tarixdə saat 10:27:29-cu dəqiqədə zəng gələrək 10 saniyə, həmin tarixdə saat 10:47:16-0 dəqiqədə zəng gələrək 63 saniyə, həmin tarixdə saat 12:01:54-cü dəqiqədə zəng gələrək 63 saniyə, həmin tarixdə saat 12:27:09-cu dəqiqədə zəng gələrək 16 saniyə, həmin tarixdə saat 13:10:47-ci dəqiqədə zəng gələrək 12 saniyə, həmin tarixdə saat 15:36:04-cü 20.02.2020, 04.03.2020, 07.05.2020, 01.06.2020, 21.02.2020, 05.03.2020, 08.05.2020, 10.06.2020, 25.02.2020, 06.03.2020, 15.05.2020, 18.06.2020, 26.02.2020, 10.03.2020, 20.05.2020, 20.06.2020, 02.03.2020, 13.03.2020, 21.05.2020, 24.06.2020, 03.03.2020, 05.05.2020, 22.05.2020, 02.07.2020, 03.07.2020, 21.07.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. - Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 Mövlüdağa oğlunun adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 23.05.2020-ci il tarixdə saat 16:25:34 dəqiqədə 61 saniyə danışıq olmuşdur. - Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**- ** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**- ** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 26.06.2019-cu il tarixdə saat 10:08:02 dəqiqədə 307 saniyə, həmin tarixdə saat 13:54:46 dəqiqədə 112 saniyə, həmin tarixdə saat 14:19:25 dəqiqədə 111 saniyə, həmin tarixdə saat 14:24:28 dəqiqədə 148 saniyə, həmin tarixdə saat 13:54:46 dəqiqədə 112 saniyə, həmin tarixdə saat 14:30:08 dəqiqədə 8 saniyə, həmin tarixdə saat 14:32:16 dəqiqədə 11 saniyə, həmin tarixdə saat 14:37:12 dəqiqədə 15 saniyə, həmin tarixdə saat 14:38:25 dəqiqədə 17 saniyə, həmin tarixdə saat 15:21:30 dəqiqədə 118 saniyə, həmin tarixdə saat 19:49:02 dəqiqədə 24 saniyə, həmin tarixdə saat 19:52:46 dəqiqədə 19 saniyə, həmçinin 01.07.2020, 02.07.2019, 10.07.2019, 23.07.2019, 30.08.2019, 22.09.2019, 23.09.2019, 26.09.2019, 08.10.2019, 10.08.2019, 10.12.2019, 15.12.2019, 22.12.2019, 28.12.2019, 08.01.2020, 09.01.2020, 17.04.2020, 08.05.2020, 11.05.2020, 12.05.2020, 15.05.2020, 20.05.2020, 23.05.2020, 27.05.2020, 28.05.2020, 30.05.2020, 06.06.2020, 10.06.2020, 14.06.2020, 15.06.2020, 16.06.2020, 17.06.2020, 18.06.2020, 19.06.2020, 21.06.2020, 22.06.2020, 23.06.2020, 24.06.2020, 27.06.2020, 27.06.2020, 28.06.2020, 30.06.2020, 03.07.2020, 04.07.2020, 05.07.2020, 07.07.2020, 08.07.2020, 09.07.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. - Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**- ** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**- ** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 14.08.2019-cu il tarixdə saat 20:49:10 dəqiqədə 62 saniyə, 19.08.2019-cu il tarixdə saat 17:14:59 dəqiqədə 43 saniyə, həmçinin 13.09.2019, 18.09.2019, 19.09.2019, 20.09.2019, 21.09.2019, 24.09.2019, 25.09.2019, 26.09.2019, 27.09.2019, 30.09.2019, 01.10.2019, 02.10.2019, 03.10.2019, 04.10.2019, 05.10.2019, 07.10.2019, 08.10.2019, 17.10.2019, 18.10.2019, 21.10.2019, 23.10.2019, 24.10.2019, 28.10.2019, 01.11.2019, 06.11.2019, 07.11.2019, 09.11.2019, 17.11.2019, 20.11.2019, 27.11.2019, 28.11.2019, 29.11.2019, 02.12.2019, 03.12.2019, 04.12.2019, 09.12.2019, 11.12.2019, 12.12.2019, 13.12.2019, 15.12.2019, 16.12.2019, 17.12.2019, 20.12.2019, 22.12.2019, 28.12.2019, 06.01.2020, 17.01.2020, 25.02.2020, 22.05.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. - Ad hissəsində “Zənglərin_Detallaşması_**********4207_5********.rar” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 21.05.2019-cu il tarixdə saat 12:10:12 dəqiqədə 90 saniyə, həmin tarixdə saat 12:13:36 dəqiqədə 13 saniyə, həmin tarixdə saat 22:28:10 dəqiqədə 25 saniyə, 25.05.2019-cu il tarixdə saat 19:47:37 dəqiqədə 46 saniyə, həmin tarixdə saat 19:56:26 dəqiqədə 45 saniyə, 06.06.2019-cu il tarixdə saat 14:18:09 dəqiqədə 53 saniyə, həmin tarixdə saat 18:58:09 dəqiqədə 5 saniyə, həmin tarixdə saat 18:58:32 dəqiqədə 38 saniyə, 07.06.2019-cu il tarixdə saat 09:00:54 dəqiqədə 77 saniyə, 10.06.2019-cu il tarixdə saat 09:31:45 dəqiqədə 72 saniyə, həmin tarixdə saat 17:22:34 dəqiqədə 45 saniyə, həmçinin 11.06.2019, 12.06.2019, 14.06.2019, 17.06.2019, 18.06.2019, 19.06.2019, 22.06.2019, 24.06.2019, 26.06.2019, 28.06.2019, 29.06.2019, 09.07.2019, 11.07.2019, 12.07.2019, 13.07.2019, 15.07.2019, 17.07.2019, 10.10.2019-cu il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında 06.08.2019-cu il tarixdə saat 12:34:37 dəqiqədə 47 saniyə, 15.08.2019-cu il tarixdə saat 12:58:25 dəqiqədə 420 saniyə, 26.08.2019-cu il tarixdə saat 13:24:30 dəqiqədə 80 saniyə, həmin tarixdə saat 21:33:50 dəqiqədə 793 saniyə, 29.10.2019-cu il tarixdə saat 14:21:01 dəqiqədə 40 saniyə, 30.10.2019-cu il tarixdə saat 11:51:17 dəqiqədə 27 saniyə danışıq olmuşdur. - Ad hissəsində “Zənglərin_Detallaşması_**********41431_7********.rar” yazısı olan fayla daxil olduqda Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında yuxarıda qeyd edilənlərdən başqa 12.12.2019-cu il tarixdə saat 15:06:12 dəqiqədə 16 saniyə, 14.12.2019-cu il tarixdə saat 17:40:33 dəqiqədə 53 saniyə, həmçinin 15.12.2019, 16.12.2019, 17.12.2019, 18.12.2019, 26.12.2019, 28.12.2019, 15.01.2020, 30.01.2020, 09.02.2020, 11.02.2020, 29.02.2020, 06.05.2020, 08.05.2020, 14.05.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***- ***-**-** mobil nömrəsi arasında 04.11.2019-cu il tarixdə saat 10:49:54 dəqiqədə 27 saniyə, həmin tarixdə saat 13:42:22 dəqiqədə 27 saniyə, həmçinin 13.11.2019, 27.11.2019, 02.12.2019, 06.12.2019, 13.12.2019, 19.12.2019, 13.02.2020, 17.02.2020, 17.04.2020, 14.05.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 Mövlüdağa oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** 05.10.2019-cu il tarixdə saat 15:18:08 tarixdə saat 14:34:07 dəqiqədə 32 dəqiqədə 14 saniyə, həmin tarixdə həmçinin 22.10.2019, 28.11.2019, 26.12.2019, 11.02.2020, 26.02.2020, 10.03.2020, 18.05.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. 30.11.2019, 07.01.2020, 12.02.2020, 27.02.2020, 06.05.2020, 15.11.2019, 04.12.2019, 09.01.2020, 13.02.2020, 29.02.2020, 07.05.2020, dəqiqədə 140 saniyə, həmin saat 16:33:04 16.11.2019, 13.12.2019, 13.01.2020, 19.02.2020, 02.03.2020, 08.05.2020, mobil nömrəsi arasında saniyə, 08.10.2019-cu il tarixdə saat 16:23:33 dəqiqədə 19.11.2019, 23.12.2019, 14.01.2020, 20.02.2020, 04.03.2020, 11.05.2020, 100 saniyə, 26.11.2019, 25.12.2019, 20.01.2020, 24.02.2020, 09.03.2020, 15.05.2020, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 Mövlüdağa oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***- **-** mobil nömrəsi arasında 05.10.2019-cu il tarixdə saat 13:18:40 dəqiqədə 169 saniyə danışıq olmuşdur. Diskdə olan digər 4 fayl mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatların olduğu görünür (cild 2, iş vər.:120-126); “Azerfon” mobil operatorundan daxil olmuş CD diskə məhkəmədə baxış keçirilən zaman məlum oldu ki, diskdə 8 ədəd fayl vardır. 4 ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. 2 ədəd faylda zənglər və digər 2 ədəd faylda zənglərin məxsusluğu vardır (cild 2, iş vər.: 127-128). Bundan başqa, cinayət işinin materiallarında olan: İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 21.10.2020-ci il tarixli, 4/856 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Quba rayon İcra Hakimiyyəti başçısının adına Şahid3 adından ünvanlanmış torpaq sahəsinin istifadəyə verilməsi haqqında tarixsiz ərizənin kserosurətində “İmza: Şahid3” yazıları qarşısında əks olunmuş imza - Şahid3 tərəfindən icra olunmuşdur (cild 2, iş vər.: 115-118). Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 20.11.2020-ci il tarixli qərardan görünür ki, Şahid4 Mövlüdağa oğlunun istintaqa təqdim etdiyi, səs yazıları olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 2, iş vər.: 164-204); Quba rayon İcra Hakmiyyətinə aid jurnallara 12.11.2020-ci il tarixli baxış protokolundan görünür ki, Quba rayon İcra Hakimiyyətinin inzibati binasında sənədlərlə iş şöbəsinin müdirinin xidməti otağında ilkin olaraq 2019-cu ili əhatə edən “Vətəndaş müraciətlərinin qeydiyyatı” kitabına baxış keçirilmiş, jurnalın üz qabığı qırmızı rəngdə olmaqla üzərində “RİHB, Vətəndaş müraciətlərinin qeydiyyatı kitabı, 2019” sözləri yazılmışdır. Baxış zamanı həmin jurnalın 116-cı səhifəsində qeydə alınma nömrəsi altında “Y-9-” və “104” rəqəmləri, qeydə alınma tarixi altında “02.07.19” rəqəmləri, sənədin adı və ya qısa məzmunu olan qrafanın altında isə “Haput k/s, Şahid4” sözləri yazıldığı görünür. Bundan sonra 2019-cu ili əhatə edən “Göndərilən sənədlərin qeydiyyat” kitabına baxış keçirdim. Jurnalın üz qabığı qırmızı rəngdə olmaqla üzərində “Quba RİHB, Göndərilən sənədlərin qeydiyyat kitabı, 2019” sözləri yazılmışdır. Baxış zamanı həmin jurnalın 88-ci səhifəsində sənədin göndərilmə nömrəsi altında “1441/1” rəqəmləri, göndərilmə tarixi altında “28.06.19” rəqəmləri, kimə göndərilmiş qrafasının altında “Az.Resp.ƏMDK yanında TDİT üzrə DA-nın direktoru-Mohuma Heraçiyevə” sözləri, Qısa məzmunu qrafasının altında isə “Şahid3 müraciəti ilə bağlı” sözləri yazıldığı görünür. Jurnalın 90-cı səhifəsində sənədin göndərilmə nömrəsi altında “1485/2” rəqəmləri, göndərilmə tarixi altında “02.07.19” rəqəmləri, kimə göndərilmiş qrafasının altında “Az.Resp.ƏMDK yanında TDİT üzrə DA-nın direktoru Mohuma Heraçiyevə” sözləri, Qısa məzmunu qrafasının altında isə “Şahid4 müraciəti ilə bağlı” sözləri yazıldığı görünür. Jurnalın 117-ci səhifəsində sənədin göndərilmə nömrəsi altında “1931/1” rəqəmləri, göndərilmə tarixi altında “21.08.19” rəqəmləri, kimə göndərilmiş qrafasının altında “Az.Resp.ƏMDK yanında TDİT üzrə DA-nın direktoru-Mohuma Heraçiyevə” sözləri, Qısa məzmunu qrafasının altında isə “Şahid4 müraciəti ilə bağlı” sözləri yazıldığı görünür (cild 2, iş vər.: 133-141); Quba rayon İcra Hakimiyyətindən daxil olmuş 2695/1 nömrəli, 15 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Quba rayonu, Əlik kənd İƏD-nin ərazisində yerləşən, dövlət mülkiyyətində olan 346 ha “Bəlliolan” adlı yay otlaq sahəsi ilə əlaqədar hazırda Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir sərəncam verilməmişdir (cild 2, iş vər.: 87); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10.09.2020-ci il tarixli **********81 nömrəli məlumatından görünür ki, Quba rayonu, Talabıqışlaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsi 19.12.2019-cu il tarixli ********** nömrəli qeydiyyatla Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətinə verilmişdir (cild 1, iş vər.: 192, 207); Təqsirləndirilən şəxs1 xüsusi mülkiyyətində olan Quba rayonu, Talabıqışlaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 24.11.2020-ci il tarixli rəyindən görünür ki, Quba rayonu, Talabıqışlaq kəndində 0,12 ha həyətyanı torpaq sahələrinin 20.11.2020-ci il tarixinə orta bazar dəyəri təxminən 13200 (on üç min iki yüz) manat təşkil edir (cild 2, iş vər.: 288-290); Binəqədi Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 5(001)-1105/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Quba rayonu, Talabıqışlaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə həbs qoyulmuşdur (cild 2, iş vər.: 205, 206); Quba rayon İcra Hakimiyyətindən daxil olan 11.02.2019-cu il tarixli 19 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 11.02.2019-cu il tarixdə RİH başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir (cild 2, iş vər.: 107); Quba rayon İcra Hakimiyyətindən daxil olan 11.03.2020-ci il tarixli 16 nömrəli əmrin surətindən görünür ki, RİH başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 11 mart 2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (cild 2, iş vər.: 108). Beləliklə iş üzrə təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda vürilən ittiham üzrə özlərini təqsirli bilməsələr də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Eyni Qərarın 36-cı bəndi izah edir ki, «dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır». Beləliklə toplanmış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini qəsdən təhrik etmişdir. Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, cinayət əməli baş verən tarixə o, Quba RİH başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmiş və həmin dövrə münasibətdə vəzifəli şəxs hesab edilməlidir. Lakin, bununla yanaşı, rayon ərazisinə daxil olan torpaq sahələrinin icarəyə verilməsi, buna dair müvafiq sərəncam verilməsi onun vəzifə səlahiyyətlərinə daxil deyildir. Yuxarıda qeyd olunan Qərara əsasən, “Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Азярбайъан Республикасы Конститусийа Мящкямяси Пленумунун 19 iyul 2013-cü il тарихли гярарында гейд едилир ки, “вəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir.” Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən dələduzluq cinayətini törətmək və başqasını rüşvət verməyə qəsdən təhrik etmək üçün istifadə etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əldə etdiyi pul vəsaitinin başqa şəxslərə çatdırmadığı və şəxsi ehtiyaclarına sərf etdiyi və sübutların qiymətləndirilməsi qərarında digər şəxslərin əməlində cinayət tərkibinin və bu cinayətə aidiyyətinin olmadığı qənaətinə gəlmişdir. Bu da öz növbəsində həmin məbləğin Təqsirləndirilən şəxs1 tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və başqasını rüşvət verməyə təhrik etməklə dələduzluq yolu ilə ələ keçirildiyinə dəlalət edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməklə ümumiyyətlə bu məsələ ilə bağlı heç bir şəxsdən hər hansı bir məbləğdə pul almadığını bildirir. Məhkəmə onun bu cür ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş kimi qiymətləndirir və buna tənqidi yanaşır. Belə ki, məhkəmədə dindirilən şahidlərin ifadələrindən, iş üzrə maddi sübut olan səs yazılarından və danışıqlar barədə mobil operatorlardan əldə edilmiş məlumatlardan aydın olur ki, Şahid4 Mövlüdağa oğluna məxsus xeyli miqdarda, yəni 12000 manat məbləğində pul vəsaiti bilavasitə ona verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində hadisədən sonra Şahid4 özünün deməsinə görə almadığı pulun müqabilində özünə məxsus 12 sot həyətyani torpaq sahəsini təklif etdiyini bildirmişdir. Buradan sual çıxır ki, hansı səbəbdən Təqsirləndirilən şəxs1 almadığı pulun əvəzinə öz torpaq sahəsini təklif etmiş olur. Həmçinin məlum olduğu kimi, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı həmin 12000 manatı tam həcmdə Şahid4 ödəmişdir. Bu da öz növbəsində dolayı yolla onun təqsirini təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 tərəfindən həmin cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əsl həqiqətdə məqsədi öz həqiqi niyyətini gizlədərək, Şahid4 yalan vədlərin köməyi ilə pul şəklində əmlakını ələ keçirmək və onu rüşvət verməyə təhrik etmək olmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, 07.10.2020-ci il tarixdə iş üzrə Şahid4 iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 4500 manat və Təqsirləndirilən şəxs1 12000 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir (cild 2, iş vər.: 21). Bununla bağlı Şahid4 cinayət işi üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Şahid4 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, tələbini və iddiası yoxdur, sonuncu ilə barışmışdır. Həmçinin Şahid4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyindən, sonunculara qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən Şahid4 mülki iddiasından imtina etmişdir. Quba Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli 1(027)-28/2021 saylı qərardadı ilə, mülki iddiaçı Şahid4 mülki iddiasından imtinası qəbul edilmiş və mülki iddia üzrə icraata xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan olunmuşdur (iş vər.: 207-210); “qətimkan tədbirinin seçilməsi haqqında” 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 235,236); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild 1, iş vər.: 147); Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyin 12.11.2020-ci il tarixli 470 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.:147); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 28.08.2020-ci il tarixli 5387 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanada müalicə olunmayıb (cild 1, iş vər.: 182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 01.09.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vər.: 181). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, iş üzrə vurulmuş zərərin tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Təqsirləndirilən şəxs1 verilmiş ittihamda CM-nın 178.2.3 və 178.2.4-cü maddələri də yer tapsa da, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən həmin epizod üzrə Şahid4 zərərçəkmiş şəxs qismində tanınmadığından, dəymiş ziyanın ödənilməsi və zərər vurulan şəxslə barışması Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsini istisna edir. Halbu ki, CM-nın 73-1.2. maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Başqa sözlə, Şahid4 iş üzrə zərərçəkmiş şəxs statusunda olmaması Təqsirləndirilən şəxs1 cinayət məsulliyyətindən azad edilməsinə şərait yaratmır. Eyni hallar iş üzrə digər Təqsirləndirilən şəxs2 da şamil edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1ci maddəsinə əsasən müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Təyin ediləcək əsas cəzaları qismən, əlavə cəzanı isə tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini qəsdən təhrik etmişdir. Həmin hallar onun məhkəmədə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin həmin məbləğdən hər hansı bir hissəsini özünə götürməməsi barədə ifadələri cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir: “Bir dəfə də Qaraçayda “Dostluq” restoranında o, Arif, Ramin və Xanlar görüşərək İmranı da çağırmışlar. İmrana söhbətin böyüməməsi üçün hərəsi 2000 manat pul təklif etmişlər ki, Xanlar da 6000 manat versin.” Təqsirləndirilən şəxs2 isə şahidin bu ifadəsinə etiraz etməmiş və öz ifadəsində də oxşar fikirlər bildirmişdir. Belə olduğu halda ortaya çıxan məqam ondan ibarət olur ki, İmranın pulundan ona hər hansı bir məbləğ çatmadığı halda, hansı səbəbdən Təqsirləndirilən şəxs2 özü 2000 manat qaytaracağını təklif etmiş olur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrini qeyri səmimi qəbul edərək inandırıcı hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan olunmuşdur (iş vər.: 248-251); “qətimkan tədbirinin seçilməsi haqqında” 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 273,274); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkəməsinin 07.08.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (cild 1, iş vər.: 152); Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 1(027)-95/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vər.: 78- 85); Quba rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 1(027)-95/2019 saylı hökmü 26.11.2019-cu il tarixdə Quba rayon İcra və probasıya şöbəsinin icraatına daxil olmuşdur. Məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzası qalmışdır. Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyin 12.11.2020-ci il tarixli 470 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerində müsbət xarakterizə olunur (cild 1, iş vər.: 238); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 28.08.2020-ci il tarixli 5387 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada müalicə olunmayıb (cild 1, iş vər.: 182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 01.09.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vər.: 181); Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair forma 88 arayışından görünür ki, Təqsirləndirilən şəxs2 dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, hər iki ağ ciyərlərinin fibroz-kavernoz vərəmi, infiltrasiya və ətrafa səpilmə fazasında, qanhayxırmaya meyilli ağ ciyər vərəmi xəstəliyinə görə ikinci dərəcəli əlildir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ikinci dərəcəli əlliyinin olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, iş üzrə vurulmuş zərərin tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və CM-nın 61-ci maddəsinə əsasən onun əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Eyni zamanda, Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzalara tam toplamaq yolu ilə birləşdirilməli, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması və cərimə cəzası saxlanılmalı, həmçinin Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə üzərinə qoyulmuş vəzifələr nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 44.1-ci maddəsinə əsasən, “cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir”. 44.2-ci maddəsinə əsasən, “cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. İş üzrə maddi sübut kimi tanınmış Şahid4 Mövlüdağa oğlunun istintaqa təqdim etdiyi, səs yazıları olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə hökmü icra edilənədək onun mülkiyyətində olan Quba rayonu, Talabıqışlar kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs qüvvədə saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9000 (doqquz min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində 6000 (altı min) manat məbləğində cərimə cəzası saxlanılsın. Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzalara tam toplamaq yolu ilə birləşdirilsin üzərində qəti olaraq 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması və 6000 (altı min) manat məbləğində cərimə cəzası saxlanılsın. Quba Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələr nəzərə alınsın. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə hökmü icra edilənədək onun mülkiyyətində olan Quba rayonu, Talabıqışlar kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs qüvvədə saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Şahid4 Mövlüdağa oğlunun istintaqa təqdim etdiyi, səs yazıları olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar