Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-29/2022 18.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Şahbalayeva Ruziyyə Əmin qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 08.12.1990-cı ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Quba rayonu, Davidoba kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı X5 təpiklə vuraraq ona sol göz orbiti ətrafında qançır- hematoma və alt dodaqda sıyrıq yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək qəsdən sonuncunun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Ruziyyə Şahbalayeva ilə birgə nigahlarından iki övladları var. Fərdi əməklə məşğul olaraq ailəsinin dolandırır. 08 dekabr 2021 -ci il tarixdə saat 21 radələrində yaşadıqları Quba rayonu Davıdoba kəndində olan evlərində olarkən arvadı Ruziyyə mobil telefonunda başqa qadın nömrəsinin olduğunu gördükdən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək arvadı Ruziyyə Şahbalayevanın oturduğu vəziyyətdə sifət nahiyəsinə təpiklə vurmuşdur. Zərbənin təsirindən Ruziyyənin ağzı qanamış və o, sol gözündən xəsarət almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Şahbalayeva Ruziyyə Əmin qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar Quba rayonunun Davıdoba kəndində yaşayırlar. 08 dekabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları evdə əri Təqsirləndirilən şəxs mobil telefonunda başqa qadın nömrəsi gördüyü üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri onu təpiklə oturduğu vəziyyətdə onun sifət nahiyyəsindən vuraraq sol gözünə xəsarət yetirmişdir. Bundan sonra o, əsəbləşərək şikayət ərizəsi ilə Quba rayon polis şöbəsinə müraciət etmişdirMübahisələri təxminən 30 dəqiqə davam etmiş, evdə başqa heç kim olmamışdır. İfadəsinin sonunda Ruziyyə Şahbalayeva təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2021 -ci il tarixli 1174 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X4 bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbiti ətrafında qançır-hematoma və alt dodaqda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən 08 dekabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa qəsdən yüngül zərər vurmaya aiddir. İşdə olan Quba RMX-nin 17 dekabr 2021 -ci il tarixli 2635 nömrəli məktubundan görünür ki, Quba rayonu, Davidoba kənd sakini Təqsirləndirilən şəxs RMX-nin X3 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 20 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba RİHB-nin Hacıhüseynli kənd İƏD Üzrə Nümayəndəliyinin 13 dekabr 2021 -ci il tarixli 1076 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonununn Davıdoba kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs Şahbalayeva Ruziyyə Əmin qızı ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Şahbalayeva Ruziyyə Əmin qızının ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-29/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-29/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver