Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-3/2020 06.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X1, müdafiəçisi X7 iştirakları ilə xx.xx.2002-ci ildə Quba rayonu, İkincı Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmayan, işləməyən, Quba rayonu, İkincı Nügədi kəndində qeydiyyatda olan və yaşayan,barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama niyyəti ilə Quba rayonu, ikinci Nügədi kəndində yerləşən X6 məxsus “Panorama" kafesinin yaz-yay mövsümündə fəaliyyət göstərməklə qış aylarında işləmədiyini bilib, xx xxxxxx 2019-cu il tarixdə həmin kafenin həyətinə gələrək saat 14:15 dəqiqədən 15:27 dəqiqəyədək müşahidə aparmaqla kafenin nəzarətsiz qaldığına əmin olduqdan sonra, vahid niyyətlə kafedə olan əmlakı talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 14:46-da kafenin qarşısına gəlib, ön tərəfdəki pəncərənin şüşəsini sındırmaqla kafeyə qanunsuz daxil olaraq oradan 15 manat dəyərində beş ədəd ağ rəngli bulud boşqab, 5,40 manat dəyərində 18 ədəd limon çəngəli, 4 manat dəyərində 5 ədəd kül qabı, 2 manat dəyərində 4 ədəd plastik bulud, 18 manat dəyərində 6 ədəd mürəbbə qabı, 10 manat dəyərində 6 ədəd dondurma qabı, 15 manat dəyərində 3 ədəd çaynik, 1.5 manat dəyərində 4 ədəd plastik meyvə qabı, 13 manat dəyərində 2 ədəd süfrə, 10 manat dəyərində 18 ədəd nəlbəki, 6 manat dəyərində 12 ədəd armudu stəkan, 2 manat dəyərində 1 ədəd süfrəni gizli talayaraq sellofan torbalara yığıb içəridən qapını açıb çıxmaqla kafeni tərk etmiş, bundan sonra cinayətkar hərəkətlərini davam etdirərək eyni niyyətlə xx.xx.2019-cu ildə saat 14:40-da kafeyə gəlib bir gün əvvəl açıq qoyub getdiyi qapıdan içəri qanunsuz daxil olmaqla oradan 7,50 manat dəyərində 5 ədəd dərin boşqab, 31 manat dəyərində 31 ədəd iri boşqab, 1.50 manat dəyərində 2 ədəd limon qabı, 4 manat dəyərində 4 ədəd külqabı, 37 manat dəyərində 37 ədəd boşqab, 46 manat dəyərində 92 ədəd çəngəl, 3,50 manat dəyərində 7 ədəd bıçaq, 3 manat dəyərində 3 ədəd külqabı, 38 manat dəyərində 38 ədəd balaca boşqab, 28,40 manat dəyərində 71 ədəd çay qaşığı, 12 manat dəyərində 10 ədəd piyalə, 18 manat dəyərində 56 ədəd xörək qaşığı, 1,20 manat dəyərində 4 ədəd taxta qaşığı gizli talayaraq sellofan torbaya yığaraq aparmış və sonuncu dəfə eyni niyyətlə həmin gün saat 16 radələrində yenidən kafeyə qayıdaraq açıq vəziyyətdə olmuş qapıdan içəri qanunsuz daxil olaraq oradan 5 manat dəyərində 4 ədəd çömçə, 0,80 manat dəyərində 2 ədəd duz qabı, 70 manat dəyərində 1 ədəd yeddi litr həcmli deformasiya olmuş samovar, 3 manat dəyərində 1 ədəd süzgəc, 1 manat dəyərində 2 ədəd plastik çüyün, 1 manat dəyərində 1 ədəd dəmir çüyün, 8 manat dəyərində 1 ədəd emallı qapaqlı qazan, 12 manat dəyərində 1 ədəd araq, 45 manat dəyərində 1 ədəd viski, 20 manat dəyərində 1 ədəd konyak, 4 manat dəyərində 1 ədəd qapaqlı istifadə edilmiş tava, 1 manat dəyərində 3 ədəd plastik çüyün, 12 manat dəyərində 3 ədəd qazan, 1,20 manat dəyərində 2 ədəd çörək qabı, 8 manat dəyərində 2 ədəd qrafini özü ilə gətirdiyi sellofan torbalara yığaraq Zərərçəkmiş şəxs cəmi 525,0 (beş yüz iyirmi beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus və yaşadıqları kənddə yerləşən “Panarama” kafesinə 2019-cu ilin yanvar ayının əvvəlində bir neçə dəfə daxil olaraq oradan müxtəlif çeşidli qab-qaçaq əşyaları oğurlamışdır. İlk dəfə xx.xx.2019-cu il tarixdə saat 14- 15 radələrində hasarı aşaraq kafenin ərazisinə daxil olaraq ərazisini gəzərək müşahidə aparmışdır. İkinci dəfə xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində yenidən eyni yerdən kafenin ərazisinə daxil olaraq kafenin binasına yaxınlaşmış, ön pəncərəsinin şüşəsini yerdən götürdüyü daşla sındıraraq pəncərəni açaraq içəri daxil olmuş, kafenin giriş qapısına doğru gedərək qapını çəftəsindən açmışdır. Kafedən beş ədəd ağ rəngli bulud, on səkkiz ədəd limon çəngəli, beş ədəd kül qabı, dörd ədəd plastik bulud, altı ədəd mürəbbə qabı, altı ədəd dondurma qabı, üç ədəd çaynik, dörd ədəd plastik meyvə qabı, iki ədəd süfrə, on səkkiz ədəd nəlbəki, on iki ədəd sadə şüşə armudu stəkan, bir ədəd süfrəni götürərək qapıdan çxmış, onları özü ilə götürdüyü sellofan paketə yığaraq bir daha kafeyə qalan əşyaları da oğurlamaq üçün qayıtmaq niyyəti ilə kafenin ərazisindən çölə çıxaraq oğurladığı əşyaları hissə-hissə yaşadığı evə aparmışdır. xx.xx.2019-cu ildə saat təxminən 14:40 radələrində əvvəlcədən planlaşdırdığı eyni niyyətlə qalan əşyaları da oğurlamaq üçün kafenin ərazisinə eyni yerdən daxil olmuş, kafenin binasına yaxınlaşaraq əvvəlki açıq qoyduğu giriş qapısından içəri girmiş, beş ədəd dərin boşqab, otuz bir ədəd iri boşqab, iki ədəd limon qabı, dörd ədəd külqabı, otuz yeddi ədəd orta boşqab, doxsan iki ədəd çəngəl, yeddi ədəd bıçaq, üç ədəd külqabı, otuz səkkiz ədəd balaca boşqab, yetmiş bir ədəd çay qaşığı, on ədəd piyalə, əlli altı ədəd xörək qaşığı, dörd ədəd taxta qaşığı sellofan torbaya yığaraq aparmışdır. Həmin gün saat 16 radələrində qalan əşyaları da oğurlamaq niyyəti ilə yenidən kafeyə eyni üsulla daxil olmuş, kafedən dörd ədəd çömçə, iki ədəd duz qabı, bir ədəd yeddi litr həcmli deformasiya olmuş samovar, bir ədəd süzgəc, iki ədəd plastik çüyün, bir ədəd dəmir çüyün, bir ədəd emallı qapaqlı qazan, bir ədəd araq, bir ədəd viski, bir ədəd konyak, bir ədəd qapaqlı istifadə edilmiş tava, üç ədəd plastik çüyün, üç ədəd qazan, iki ədəd çörək qabı və iki ədəd kampot qrafinkasını özü ilə gətirdiyi iki ədəd sellofan paketlərə yığaraq yaşadığı evə aparmışdır. Oğurladığı əşyalardan heç kimə verməmiş və satmamışdır. Oğurluq etməsi barədə heç kimin məlumatı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı kənddə “stansiya” deyilən ərazidə qardaşı Şahid1 adına olan və ona məxsus bir mərtəbəli 60 kv/metr sahəli “Panarama” adlı kafesi vardır. Həmin kafe 1 ha torpaq sahəsində, demir torla hasarlanmış erazidə olmuşdur. Kafe 2017-ci il tarixdən fəaliyyət göstermiş, kafedə yemək və içmək verilmişdir. Kafe bütün avadanlıqlarla təmin edilmişdir. Həmin kafe yalnız isti yay aylarında fəaliyyət göstərmiş, soyuq qış aylarında müştərilər olmadığından işləməmişdir. Qış ayları olduğuna görə de kafe bağlı olmuşdur. Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə həmin kafedə olarkən hər şeydə qaydasında olmuşdur. xx.xx.2019-cu il tarixdə axşam saatlarında oğlu Fuad kafeyə getdiyi zaman kafenin giriş qapısının açıq vəziyyətdə olduğunu, ön pəncərəsinin sındırıldığını İgörmüş və dərhal ona zəng edərək məlumat vermişdir. Kafedən naməlum şəxslər tərəfindən qab-qacaq, samovar və diger mətbəx əşyaları oğurlanmışdır. Bu barədə həmin gün polis şöbəsinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək arşadırma aparmışlar. Polis əməkdaşları tərəfindən ilk növbədə əhəmiyyət kəsb edəcək təhlükəsiz kamera görüntüləri götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə oğurluq hadisəsini törədən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması barədə ona məlumat verilmişdir. Müəyyyən olunmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının əvəllində bir neçə dəfə ona məxsus “Panarama” kafesinə qanunsuz yolla daxil olaraq, oradan oğurluq etmişdir. Kafedən təxminən 38 ədəd balaca boşqab, 10 ədəd piyalə,71 ədəd çay qaşığı, 56 ədəd xörək qaşığı, 04 ədəd taxta qaşığı, 04 ədəd çömçə, 02 ədəd duz qabı, 03 ədəd qazan, 18 ədəd nəlbəki, 38 ədəd orta boşqab, 92 ədəd çəngəl, 07 ədəd bıçaq, 03 ədəd külqabı, 06 ədəd dərin boşqab, 31 ədəd iri boşqab, 02 ədəd limon qabı, 04 ədəd kül qabı, 02 ədəd çörək qabı ,02 ədəd kampot qrafinkası, 12 ədəd armudu stəkan, 01 ədəd süfrə, 01 ədəd tava, 03 ədəd plastik çüyün, 04 ədəd plastik meyvə qabı, 02 ədəd süfrə, 06 ədəd dondurma qabı, 01 ədəd araq, 01 ədəd viski, 01 ədəd konyak, 05 ədəd bulud, 10 ədəd limon çəngəli, 01 ədəd qazan, 05 ədəd kül qabı, 04 ədəd plastik bulud, 06 ədəd mürəbbə qabı, 01 ədəd samovar, 01 ədəd süzgəc, 02 ədəd plastik çüyün, 01 ədəd dəmir çüyün oğurlanmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyini və ona qarşı şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 3068 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin 2019-cu ilin yanvar ayına olan orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimidir: beş ədəd ağ rəngli bulud 15 manat, on səkkiz ədəd limon çəngəli 5.4 manat, beş ədəd kül qabı 4 manat, dörd ədəd plastik bulud 2 manat, altı ədəd mürəbbə qabı 18 manat, altı ədəd dondurma qabı 10 manat, üç ədəd çaynik 15 manat, dörd ədəd plastik meyvə qabı 1,5 manat, iki ədəd süfrə 13 manat, on səkkiz ədəd nəlbəki 10 manat, on iki ədəd sadə şüşə armudu stəkan 6 manat, bir ədəd süfrə 2 manat, beş ədəd dərin boşqab 7,5 manat, otuz bir ədəd iri boşqab 31 manat, iki ədəd limon qabı 1.5 manat, dörd ədəd külqabı 4 manat, otuz yeddi ədəd orta boşqab 37 manat, doxsan iki ədəd çəngəl 46 manat, yeddi ədəd bıçaq 3,5 manat, üç ədəd külqabı 3 manat, otuz səkkiz ədəd balaca boşqab 38 manat, yetmiş bir ədəd çay qaşığı 28,40 manat, on ədəd piyalə 12 manat, əlli altı ədəd xörək qaşığı 18 manat, dörd ədəd taxta qaşıq 1,2 manat, dörd ədəd çömçə 5 manat, iki ədəd duz qabı 0,80 manat, bir ədəd yeddi litr həcmli deformasiya olmuş samovar 70 manat, bir ədəd süzgəc 3 manat, iki ədəd plastik çüyün 1 manat, bir ədəd dəmir çüyün 1 manat, bir ədəd emallı qapaqlı qazan 8 manat, bir ədəd araq 12 manat, bir ədəd viski 45 manat, bir ədəd konyak 20 manat, bir ədəd qapaqlı istifadə edilmiş tava 4 manat, üç ədəd plastik çüyün 1 manat, üç ədəd qazan 12 manat, iki ədəd çörək qabı 1,2 manat, iki ədəd kampot qrafinkası 8 manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat təşkil edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olumamışdır. Təqsirləndirilən şəxs yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri yüngül ifadə olunduğundan onun törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxsona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 520 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu ikinci Nügədi kəndində yaşayır. Ailəsi aşağıdakı tərkibdən ibarətdir. xx.xx.1964-cü il təvəllüdlü anası X3 və qardaşı X9 İş materiallarında olan Quba rayon İHB-nın ikinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayətin daxil olmamışdır. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2019-cu il tarixli 836 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materialında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir.Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.3-cümaddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcridedilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi subut olan beş ədəd ağ rəngli bulud, on səkkiz ədəd limon çəngəli, beş ədəd kül qabı, dörd ədəd plastik bulud, altı ədəd mürəbbə qabı, altı ədəd dondurma qabı, üç ədəd çaynik, dörd ədəd plastik meyvə qabı, üç ədəd süfrə, on səkkiz ədəd nəlbəki, on iki ədəd sadə şüşə armudu stəkan, beş ədəd dərin boşqab, otuz bir ədəd iri boşqab, iki ədəd limon qabı, dörd ədəd külqabı, otuz yeddi ədəd orta boşqab, doxsan iki ədəd çəngəl, yeddi ədəd, üç ədəd külqabı, otuz səkkiz ədəd balaca boşqab, yetmiş bir ədəd çay qaşığı, on ədəd piyalə, əlli altı ədəd xörək qaşığı, dörd ədəd taxta qaşıq, dörd ədəd çömçə, iki ədəd duz qabı, bir ədəd yeddi litr həcmli deformasiya olmuş samovar, bir ədəd süzgəc, iki ədəd plastik çüyün, bir ədəd dəmir çüyün, bir ədəd emallı qapaqlı qazan, bir ədəd araq, bir ədəd viski, bir ədəd konyak bir ədəd qapaqlı istifadə edilmiş tava, üç ədəd plastik çüyün, üç ədəd qazan, iki ədəd çörək qabı, iki ədəd kampot qrafinkası Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan 07:00-dək yaşadığı Quba rayonu 2-ci Nügədi kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası X11 yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. X10 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi subut olan beş ədəd ağ rəngli bulud, on səkkiz ədəd limon çəngəli, beş ədəd kül qabı, dörd ədəd plastik bulud, altı ədəd mürəbbə qabı, altı ədəd dondurma qabı, üç ədəd çaynik, dörd ədəd plastik meyvə qabı, üç ədəd süfrə, on səkkiz ədəd nəlbəki, on iki ədəd sadə şüşə armudu stəkan, beş ədəd dərin boşqab, otuz bir ədəd iri boşqab, iki ədəd limon qabı, dörd ədəd külqabı, otuz yeddi ədəd orta boşqab, doxsan iki ədəd çəngəl, yeddi ədəd, üç ədəd külqabı, otuz səkkiz ədəd balaca boşqab, yetmiş bir ədəd çay qaşığı, on ədəd piyalə, əlli altı ədəd xörək qaşığı, dörd ədəd taxta qaşıq, dörd ədəd çömçə, iki ədəd duz qabı, bir ədəd yeddi litr həcmli deformasiya olmuş samovar, bir ədəd süzgəc, iki ədəd plastik çüyün, bir ədəd dəmir çüyün, bir ədəd emallı qapaqlı qazan, bir ədəd araq, bir ədəd viski, bir ədəd konyak bir ədəd qapaqlı istifadə edilmiş tava, üç ədəd plastik çüyün, üç ədəd qazan, iki ədəd çörək qabı, iki ədəd kampot qrafinkası Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-3/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-3/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver