Məhkəmə qərarları › İş №1(027)-3/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-3/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-3/2023 25.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 xx xxxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz şəhəri Səid Qurbanov küçəsi ev 46, mənzil 28-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri Səid Qurbanov küçəsi ev 41, mənzil 1-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1963-cü ildə Xaçmaz rayonu Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2021 -ci il tarixdə saat 12:30 radələrində sonuncunun idarə etdiyi VAZ 2106 markalı AZ **-BR-*** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərindən Quba şəhəri “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən Zərərçəkmiş şəxs Zeynal oğluna məxsus inşaat malları mağazası olan yerə gəlib Təqsirləndirilən şəxs3 mağazanın kənarında maşını saxlayıb onları gözləyərkən Təqsirləndirilən şəxs1la birlikdə mağazaya daxil olub oradan hər biri 1 top olmaqla 95 manat dəyərində və 100 metr uzunluğunda olan, cəmi 180 manat dəyərində 2 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqillərini gizli yolla ələ keçirib Zərərçəkmiş şəxs məxsus həmin mağazadan cəmisi 180 manat dəyərində elektrik naqillərini talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs3 ilə danışıb sonuncunun əvvəllər sürücü qismində işlədiyi Quba şəhəri “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən Zərərçəkmiş şəxs Zeynal oğluna məxsus inşaat malları mağazasından oğurluq etmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə saat 11:20 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ 2106 markalı AZ **-BR-*** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərindən Quba şəhərinə gəlib Zərərçəkmiş şəxs məxsus həmin mağazanın qarşısında dayanaraq Təqsirləndirilən şəxs3 avtomobildə gözləmiş, o isə mağazaya daxil olub oradan bir cərgə ilə düzülmüş, satış qiyməti 95 manat və 100 metr uzunluğunda olan, 1 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqilini gizli yolla ələ keçirib Təqsirləndirilən şəxs3lə birlikdə Xaçmaz şəhərinə qayıtmış, bundan sonra vahid niyyətlə törətdikləri cinayət əməlini davam etdirmək məqsədilə növbəti dəfə Təqsirləndirilən şəxs3 və sonradan onlara qoşulmuş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2021-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə həmin mağazanın yaxınlığına gəlib Təqsirləndirilən şəxs2lə birlikdə mağazaya daxil olub oradan hər biri 1 top olmaqla 95 manat dəyərində və 100 metr uzunluğunda olan, cəmi 180 manat dəyərində 2 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqillərini gizli yolla ələ keçirib mağazadan çıxdıqdan sonra onları avtomobildə gözləyən Təqsirləndirilən şəxs3lə birlikdə Xaçmaz şəhərinə qayıtmış, bundan sonra da vahid niyyətlə törətdikləri cinayət əməlini davam etdirmək məqsədilə sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə saat 12:05 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə həmin mağazanın yaxınlığına gəlib sonuncu onu mağazanın kənarında maşında gözləyərkən mağazaya daxil olub oradan bir cərgə ilə düzülmüş, satış qiyməti 95 manat, 100 metr uzunluğunda olan, 1 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqili gizli yolla ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 380 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb əvvəllər sürücü qismində işlədiyi Quba şəhəri “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən Zərərçəkmiş şəxs Zeynal oğluna məxsus inşaat malları mağazasından oğurluq etmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə saat 11:20 radələrində özünün idarə etdiyi VAZ 2106 markalı AZ **-BR-*** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərindən Quba şəhərinə gəlib Zərərçəkmiş şəxs məxsus həmin mağazanın qarşısında dayanaraq avtomobildə Təqsirləndirilən şəxs1 gözləmiş, sonuncu mağazaya daxil olub oradan bir cərgə ilə düzülmüş, satış qiyməti 95 manat və 100 metr uzunluğunda olan, 1 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqilini gizli yolla ələ keçirib gəldikdən sonra birlikdə Xaçmaz şəhərinə qayıtmış, bundan sonra vahid niyyətlə törətdikləri cinayət əməlini davam etdirmək məqsədilə növbəti dəfə Təqsirləndirilən şəxs1 və sonradan onlara qoşulmuş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2021-ci il tarixdə saat 12:30 radələrində onun idarə etdiyi avtomobillə həmin mağazanın yaxınlığına gəlmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazaya daxil olub sonuncuların oradan hər biri 1 top olmaqla 95 manat dəyərində və 100 metr uzunluğunda olan, cəmi 180 manat dəyərində 2 top Türkiyə istehsallı, “Sədəf Kablo" markalı elektrik naqillərini gizli yolla ələ keçirib mağazadan çıxmalarından sonra onlarla birlikdə Xaçmaz şəhərinə qayıtmış, bundan sonra da vahid niyyətlə törətdikləri cinayət əməlini davam etdirmək məqsədilə sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə saat 12:05 radələrində idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1la birlikdə həmin mağazanın kənarına gəlib özü avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 mağazaya daxil olub oradan bir cərgə ilə düzülmüş, satış qiyməti 95 manat, 100 metr uzunluğunda olan, 1 top Türkiyə istehsallı, “Sədəf Kablo” markalı elektrik naqili gizli yolla ələ keçirməklə gəldikdən sonra birlikdə Xaçmaz şəhərinə qayıtmış bununla da ümumilikdə Zərərçəkmiş şəxs məxsus 380 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 30 dekabr 2021-ci il tarixdə yaşadığı küçədə digər qonşusu Bəxtiyarla görüşəndə sonuncu ona bir gün qabaq Quba rayonunda yerləşən “Sədərək bazan”ndan elektrik naqili oğurladığından və oraya qonşuları Məhsim və Tofiqlə getməsindən danışmış, Bəxtiyar növbəti dəfə üçün onunla birlikdə həmin naqillərdən oğurluğa getməyi təklif etmişdir. O, pula ehtiyacı olduğundan həmin oğurluqda iştirak etməyə razılaşmışdır. Belə olub 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bəxtiyarla gedib Məhsim və Tofiqi də götürərək Məhsimin maşınında Quba rayonunda yerləşən “Sədərək bazan”ndakı satış obyektinə elektrik naqili oğurluq etməyə getmişlər. Oraya çatdıqda Bəxtiyarın istəyi ilə Məhsim idarə etdiyi maşını həmin satış obyektinin arxasında saxlamışdır. Məhsim və Tofiq onları maşında gözləyən zaman Bəxtiyarla ikisi tikinti materialları satılan obyektin içərisinə keçmişlər. Onlar içəriyə keçəndə satıcının başının qarışıq olmasından faydalanmışlar. Əvvəlcə Bəxtiyar, sonra isə onun özü elektrik naqilləri olan cərgədən adama bir ədəd bağlama qutudakı elektrik naqili ələ keçirib paltarı altında gizlədərək çolə çıxmışlar Mağazadan oğurluq edib çıxanda, Məhsimin maşınına minməmişdən qabaq Bəxtiyar ona demişdir ki, “naqilləri satdıqdan sonra onun pulunu verəcək”. Həmin vaxtı o da oğurladığı elektrik naqilini Bəxtiyara vermişdir. Həmin vaxt Bəxtiyar ona bildirmişdir ki, oğurladıqları naqilləri Bakı şəhərinə aparıb satacaqdır Lakin kimə satacağı barədə ona bir söz deməmişdir. Sonra oradan Tofiqlə Məhsimin yanına gəlib Məhsimin maşınına əyləşmişlər və Məhsimin maşınında Xaçmaza evə gəlmişlər. Yolda qayıdarkən Bəxtiyar Məhsimə “yol xərcini də sonra ödəyəcəyini” demişdir. Bir neçə gündən sonra yaşadığı küçədə Bəxtiyarla görüşəndə sonuncu, oğurladıqları naqillərin satışından ona 25 manat vermişdir. Sonralar Bəxtiyarla daha oğurluq etməyə getməmişdir. O törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, o, Quba rayonunda yerləşən tikinti materialları mağazasından yalnız bir dəfə 30 dekabr 2021-ci il tarixdə Bəxtiyarla birlikdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Məhsim və Tofiq onlarla Quba rayonunda yerləşən tikitnti materialları satılan mağazaya kimi gəlsələr də birbaşa mağazada oğurluqda iştirak etməmiş və kabelləri oğurlamaq üçün içəriyə girməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə qonşuları Təqsirləndirilən şəxs3 və Şahid1la söhbət edərkən qərara gəlmişlər ki, Quba şəhərində yerləşən Sədərək Ticarət Mərkəzinə gedib Məhsimin əvvəl işlədiyi tikinti matariallarının satışı mağzasından elektrik naqilləri oğurlasınlar. Bundan sonra onlar həmin gün, yəni 29 dekabr 2021-ci il tarixdə saat 11 radələrində o, Tofiq və Məhsim sonuncunun idarə etdiyi VAZ 2106 markalı AZ **-BR-*** qeydiyyat nişanlı minik avtomobili ilə Xaçmaz şəhərindən Quba şəhərində yerləşən Sədərək Ticarət Mərkəzinə gəlmişəlr. Məhsim və Tofiqdən maşında qalmış o, isə Məhsimin işlədiyi əvvəl işlədiyi tikinti materiallarının satışı mağzasına getmışdir. Həmin vaxtı mağazada xeyli sayda müştəri olduğu üçün satıcının başı onlara qarışdığını görüb vitrində boyaların çərkəsində olan bir top elektrik naqilini götürüb paltarının altında gizlədərək mağazadan çıxıb obyektin arxasında onu gözləyən Məhsimin maşınına minərək üçü birlikdə Xaçmaz rayonuna evə qayıtmışlar. Yolda Məhsimə və Tofiqə oğurladığı 01 ədəd bağlama qutudakı elektrik naqilini göstərib bildirmişdir ki, növbəti günlərdədə kabel oğurladıqdan sonra, kabelləri cəm şəklində Bakı şəhərinə aparıb satandan sonra, onlar pul verəcək. Həmin vaxt Məhsim və Tofiq onunla razılaşmışlar. Daha sonra, 30 dekabr 2021-ci il tarixdə digər qonşusu İlhamla görüşəndə ona bir gün qabaq, Tofiq və Məsimlə birlikdə Quba rayonundan elektrik naqili oğurladığlarını danışmışdır. O, ilhama da onlarla birlikdə elektrik naqili oğurllamağı təklif etdikdə İlham onunla razılaşmışdır. Bundan sonra 30 dekabr 2021ci il tarixdə o, Tofiq, İlham və Məhsim sonucunun idarə etdiyi avtomaşınla Xaçmaz rayonundan Quba şəhərində yerləşən həmin Sədərək bazarındakı satış obyektinə elektrik naqili oğurluq etməyə getmişlər. Məhsim maşını bazarın arxa hissəsində saxlamışdır. Məhsim və Tofiq maşında gözləyən zaman o, İlhamla birlikdə tikinti materiallarının satışı mağazasına getmişdir.Onlar satıcının başı qarışıq olmasından istifadə edərək, əvvəlcə onun özü, sonra isə İlham elektrik naqilləri olan çərgədən adama bir ədəd elektrik naqili bükümünü ələ keçirib paltarlarının altında gizlədərək çölə çıxmışlar. Aralarındakı danışığa əsasən İlham oğurladığı elektrik naqilini ona vermişdir ki, satdıqdan sonra pulun versin. Mağazadan çıxdıqdan sonra, onlar Tofiqlə Məhsimin yanına gəlib Məhsimin maşınına əyləşdikdən sonra onlar Xaçmaz rayonuna qayıtmışlar.. Axırıncı dəfə isə o, eyni satış obyektindən 02 yanvar 2022-ci il tarixdə oğurluq etmişdir. Yenə oraya Məhsimin maşınında Tofiqlə getmişdir. Lakın bu dəfə İlham yanlarında olmamışdır. Oraya çatdığında Məhsim həmişə olduğu kimi maşını mərkəzin arxa tərəfində saxlamışdır. Məhsim və Tofiq onu maşında gözləyən zaman o, tikinti materiallarının satışı mağazasına gedib satıcının baş qarışıqlığından faydalanaraq elektrik naqilləri olan çərgədən bir ədəd bağlama qutudakı elektrik naqili ələ keçirib paltarının altında gizlədərək çölə çıxmışdır. Çölə çıxdıqdan sonra, onu gözləyən Məhsimin maşınına minib Xaçmaz rayonuna qayıtmışdır. Onlar cəmi 03 dəfə olmaqla eyni mağazadan elektrik kabelləri oğurlamışlar. Axırıncı oğurluğundan sonra 2022-ci ilin yanvar ayında o, Bakı şəhərinə gedərək Əhmədli qəsəbəsində yerləşən “8-ci km” adlanan yerdə olan bazarda həmin 04 ədəd bağlamadakı elektrik kabellərini tanımadığı şəxsə 160 manata satmışdır. Həmin puldan o, Məhsimə 60 manat, İlhama 50 manat vermişdir. Tofiqə isə pul verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Quba şəhərində “Sədərək bazan” ərazisində yerləşən tikinti materialları mağazasında oğurluq etməyi ona Məhsim təklif etmişdir. Məhsim ona həmin mağazada əvvəllər işlədiyini, bu mağazada tərkibində mis olan elektrik kabelləri satılmasını bildirdikdən sonra qərara gəlmişlər ki, həmin mağazadan elektrik kabelləri oğurlayıb sataraq pul əldə etsinlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatında olsa da ünvan 1 ünvanında yaşayır. O, əvvəllər Quba şəhərində yerləşən Sədərək Ticarət Mərkəzində yerləşən tikinti materiallarının satışı mağazasında sürücü işləmişdir. Həmin mağaza Quba rayon sakini Zərərçəkmiş şəxs məxsus olmuşdur. Həmin mağazada Laçın və Əli adlı satıcılarla birlikdə işləmişdir. Spirli içki qəbul etdiyi üçün bir müddət əvvəl onu işdən çıxarmışlar. Hazırda özünə məxsus VAZ 2106 markalı AZ **-BR- *** qeydiyyat nişanlı minik avtomobilində taksi sürücülüyü edir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. 29 dekabr 2021-ci ıl tarixdə səhər vaxtı yaşadığı küçədə digər qonşusu və yaxın tanışı Tofiqlə birlikdə olarkən qərara gəlmişlər ki, Quba şəhərinə gedib əvvəl işlədiyi mağazadan oğurluq etsinlər. Bundan sonra onlar üçü bilrlidə həmin gün Quba şəhərində yerləşən Sədərək Ticarət mərkəzinə gəlmişlər. O, maşını Ticarət Mərkəzinin arxa tərəfində saxladıqdan sonra, Bəxtiyar maşından düşüb ticarət mərkəzinə girmişdir. Onunla Tofiq maşında qalmışlar. Bir qədər keçdikdən sonra, Baxtiyar onların yanına qayıtmışdır. Yolda olarkən Bəxtiyar bildirmişdir ki, onun əvvəl işlədiyi tikinti materialları mağazasından cəmi bir top kabel götürə bilmişdir. Bəxtiyar həmçinin onlara bildirmişdir ki, növbəti günlərdədə həmin mağazaya gəlib kabel götürdükdən sonra, oğurladıqları kabeli Bakı şəhərinə aparıb satandan sonra onlara pul verəcək. Növbəti gün yəni, 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı küçədə olarkən Bəxtiyar digər qonşuları İlham adlı şəxslə onun yanana gəldikdən sonra, o, Tofiq, Bəxtiyar və İlham yenidən Quba şəhərində yerləşən Sədərək Ticarət mərkəzinə gəlmişlər. İdarə etdiyi maşını mərkəzin arxasında saxladıqdan sonra Bəxtiyar və İlham maşından düşüb ticarət mərkəzinin içərisinə girmişlər. Bir qədər keçdikdən sonra, onlar hərəsi bir top kabel götürüb onların yanına qayıtmışlar. Axırıncı dəfə o, 02 yanvar 2022-cı il tarixdə Bəxtiyar və Tofiqlə həmin Ticarət mərkəzinə getmişdir. Həmişə olduğu kimi o, maşını mərkəzin arxa hissəsində saxladıqdan sonra, Bəxtiyar maşından düşüb mərkəzin içərisində fəaliyyət göstərən tikinti materiallarının satışı mağazasına getmışdir. Bir qədər keçdikdən sonra, Bəxtiyar əlində bir top elektrik kabeli onların yanına qayıtmışdır. Ümumilikdə onlar 3 dəfə həmin mağazadan cəmi 4 top kabel oğurlamışlar. Bu hadisədən bir neçə gün sonra Bəxtiyar ona 60 manat pul vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən oeşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhəri Sədərək bazarında yerləşən tikinti materialları mağazası ona məxsusdur. Şahid2 həmin mağazada satıcı işləyir. 2022-ci ilin yanvar ayının əvvəlində Laçın ona bildirmişdir ki, Xaçmaz rayon sakinləri Bəxtiyar, İlham və Məhsim adlı şəxslər müxtəlif vaxtlarda tərəfindən oğurluq edilərək müxtəlif vaxtlarda Türkiyə istehsalı olan cəmi 04 ədəd bağlamada olan elektrik naqili oğurlamışlar. Oğurluq hadisəsinin necə baş verdiyini görməmiş və həmin vaxt rayon ərazisində olmamışdır. Oğurlu nəticəsində ona ümumilikdə 380 manat məbləğində maddi ziyan vurulmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyi bildirərək onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Quba şəhəri Sədərək bazarında yerləşən tikinti materiallarının satışı mağazasında satıcı işləyir.i. Həmin mağazada yalnız xırdavat tikinti materialları satmaqla məşğul olur. Mağaza saat 08:00-da açılır və 17:00-da bağlanır. Mağazada ondan başqa Şahid3 da işləyir. 03 yanvar 2022-ci il tarixdə mağazada satılan malları yoxladıqda aşkar etmişdir ki, bir cərgə üzrə qoyulmuş 04 ədəd bağlama qutulardakı Türkiyə istehsalı olan “Sedef-Kablo" adlanan, 100 metr ölçüsündə elektrik naqilləri yoxdur. Həmin vaxtı mağazanın kassa aparatında 04 ədəd elektrik naqillərinin satılıb- satılmamasını yoxladıqda məlum olmuşdur kı, bu naqillər satılmamışdır. Onda həmin naqillərin kimsə tərəfindən oğurlana biləcəyi ilə şübhələnmişdir. Belə olub mağazanın kamera görüntülərinə baxmağa başlamışlar. Onda birinci dəfə 29 dekabr 2021-ci il tarixdə saat 11:20 radələrində çalışdığı mağazaya iş vaxtı hündür boylu, üzünün altında qara rəngli tibbi maskası və bığı olan, sarı “kurtka” və göy rəngli “kepka” geyinmiş təxminən 50-55 yaşlarında olan tanımadığım şəxsin gələrək mağazada başlarının digər işlərə qarışmasından istifadə edərək elekrtik naqilləri cərgəsindən 01 ədəd bağlama qutudakı Türkiyə istehsalı olan “Sedef-Kablo" adlanan, 100 metr ölçüsündə elektrik naqilini oğurlayıb paltarının altında gizlətməklə mağazadan çıxdığını, ikinci dəfə 30 dekabr 2021 -ci il tarixdə saat 12:30 radələrində mağazadakı iş vaxtında həmin şəxsin bu dəfə yanında orta boylu, çatma qaşlı, üzündə qara rəngdə tibbi maskası olan, eləcə də bığı və saqqalı olmayan, əynində cins şalvar, qara “kurtka” və qarışıq rəngdə “kepka” geyinmiş bir nəfər şəxslə mağazaya gəlib əvvəlcə özü 01 ədəd, dalınca da yanındakı şəxs 01 ədəd olmaqla mağazadakı cəmi 02 ədəd bağlama qutuda Türkiyə istehsalı olan “Sedef-Kablo” adlanan, 100 metr ölçüsündə elektrik naqillərini oğurlayıb paltarlarının altında gizlədib mağazadan çıxmalarını, axırıncı dəfə isə 02 yanvar 2022-ci ıl tarixdə saat 12:05 radələrində çalışdığı mağazaya iş vaxtı həmin hündür boylu şəxsin tək gələrək mağazada elektrik naqilləri cərgəsində 01 ədəd bağlama qutudakı Türkiyə istehsalı olan “Sedef-Kablo” adlanan, 100 metr ölçüsündə elektrik naqilini oğurlayıb paltarının altında gizlətməklə mağazadan çıxmasını aşkar etmişlər. Yadına düşmüşdür ki, həmin şəxs mağazada olarkən ona da yaxınlaşmış, elekrtik naqillərinin qiyməti ilə maraqlanmışdır. Ona qiyməti dedikdə isə həmin şəxs “bu dəqiqə maşın çağırım gələn kimi alasıyam” demişdir. O həqiqətdə telefonu qulağına alıb kənara çəkilməklə harasa zəng etdiyini göstərmiş, onun telefonla danışacağını gördükdə isə özü başqa işlərlə məşğul olmuşdur. Sonra həmin şəxsi görməmiş və necə çıxıb getməsinə fikir verməmişdir. Ümumiyyətlə naqillərin oğurlanması hər dəfəsində iş vaxtında baş vermiş və hər dəfəsində onlar mağazada olmuşlar Bu hadisə ardıcıl olaraq 03 dəfə olmaqla 29- 30 dekabr 2021-ci il və 02 yanvar 2022-ci il tarixlərdə törədilmişdir. Oğurluq edən şəxslər hər dəfəsində mağazada onların başqa işlərə başlarının qarışıq olmasından istifadə etmişlər. Onların necə naqilləri götürüb aparmasını görməmişlər. O, həmin şəxslərin birdə mağazaya oğurluğa gələ biləcəklərini ehtimal edib onları özü yaxalamasını düşündüyü üçün əvvəldən polisə məlumat verməmişdir. Lakin həmin şəxslərdən xəbər çıxmayınca Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonralar polis şöbəsində ona məlum olmuşdur kı, mağazasında həmin oğurluq hadisəsini törətmiş şəxslər Xaçmaz rayon sakinləri olmuşdur. Polis, Təqsirləndirilən şəxs1 adlı şəxsin başqa şəxslə içəridə elektrik naqillərini ələ keçirib oğurlamasını, Şahid1 və Təqsirləndirilən şəxs3 adlı şəxslərində onları maşınında daşıyıb aparmaqda köməklik etməsini müəyyn etmişdir. Həmin şəxslər barədə polis şöbəsində ona məlumat verildikdə Təqsirləndirilən şəxs3 şəxsən tanımışdır. Çünki, Məhsim əvvəllər onun işlədiyi mağazada sürücü işləmişdir. Məhsim spritli içkilərə meylli olduğu üçün onu işdən çıxarmışlar. Lakin mağazanın video kameralarına baxdıqda həmin görüntülərdə Məhsim olmamışdır. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, mağazada 01 ədəd bağlama qutudakı Türkiyə istehsalı olan “Sedef-Kablo” adlanan, 100 metr ölçüsündə elektrik naqilinin qiyməti 95 manat edir. Yəni 04 ədəd oğurlanmış həmin naqillərə görə mağazaya ümumilikdə 380 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xusutları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2022-ci il tarixli 9/580 №-li rəyində görünür ki, 01 top 100 metr uzunluğunda olan, Türkiyə istehsallı, “Sedef Kablo” markalı elektrik kabelinin 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında olan orta bazar qiyməti 95 manat olaraq müəyyən edilmişdir. Bununla da oğurlanmış 04 top elektrik kabellərinin ümumilikdə qiyməti 380 manat təşkil etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istinaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. .Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublakası DİN-nin BƏİSİ-si tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Nəsimi rayon məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 ıl müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qərarına əsasən həmin hökmü dəyişdirilərək cəzası 1 ilə endirilməklə 11 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz RİHB-nın Xaçmaz rayon Mənzil-Komunal Təsərüfatı İdarəsi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli 381 №-li arayış və arayışa əlavə edilmiş 10 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz şəhəri Səid Qurbanov küçəsi ev 46, mənzil 28-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublakası DİN-nin BƏİSİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz rayon Mənzil-Komunal Təsərüfatı İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci ıl tarixli 369 №-li arayış və arayıça əlavə olunmuş 09 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz şəhəri Səid Qurbanov küçəsi ev 41, mənzil 1-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz rayon Mənzil-Komunal Təsərüfatı İdarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli 303 №-li arayış və arayışa əlavə edilmiş 304 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanıda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, oğurluq nəticəsində ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarınada olan şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyinə görə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutularaq Quba rayon PŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarınada olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarınada olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür Təqsirləndirilən şəxs3 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarına gəlmədiyinə görə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutularaq Quba rayon PŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu 2 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 3 ay 28 gün, cəmi 4 ay müddət, Təqsirləndirilən şəxs1 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 16 gün, cəmi 18 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə onların barələrində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə iclas zalında həbsdən azad edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azdlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə müsadirə ediləsi əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 04 (dörd) ay müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 08 (səkkiz) ay çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 4 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Xaçmaz rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad azad edilsin və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 5 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Xaçmaz rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 18 (on səkkiz) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 01 (bir) ay, 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə ünvan 1 ünvanda yaşayan evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Xaçmaz rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad azad edilsin və barəsində hökm qanuni quvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə müsadirə ediləsi əmlak, maddi sübut və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar