Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-3/2025 07.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X9 hüquqi varisi X11 və onun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri X10 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi “Mersedes-Bens E350” markalı AZ **-EE-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba rayonu Zərdabi qəsəbəsi ərazisindən keçən Quba-Xaçmaz yolunda, Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, saatda 90 km sürətlə hərəkət edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq və həmin qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə ötməyə başlamamışdan qabaq qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasına əmin olmaqla ötmə hərəkəti etməli olduğu halda, cinayətkarçasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək onunla eyni hərəkət zolağında və qabağında hərəkət edən Şahid1 Şərafəddin oğlunun saatda 60 km sürətlə idarə etdiyi “Chevrolet Niva LC” markalı AZ **-DP-*** qeydiyyat nişanlı minik avtomobilini qırıq xətdən, soldan ötmə edərkən həmin maşını sol arxa tərəfindən vurmaqla, “Mersedes- Bens E350” markalı maşını yolun əks hərəkət zolağına yəni, yolun soluna çıxartmış, bu zaman Şahid1 idarə etdiyi “Chevrolet Niva LC” markalı avtomobilin ona arxa sol yandan dəyməsi nəticəsində sonuncunun idarəetməni itirərək maşını yolun sağ kənarına çıxarıb dayandırmalı olmuş, əks zolaqda hərəkətə davam edən Təqsirləndirilən şəxs sürdüyü “Mersedes-Bens E350” markalı avtomobilin isə qırıq xətlərin qurtaracağında əvvəlki hərəkət zolağına yəni öz yoluna qayıtması, bu məqamda əks istiqamətdən gələn X2 110 km sürətlə idarə etdiyi VAZ 2107 markalı AZ **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin isə qarşısında ötmə manevri edən “Mersedes-Bens E350” markalı avtomobili görüb bütöv düz xətdən sola dönmə edərək əks hərəkət zolağına yəni, “Mersedes-Bens E350” markalı maşının yoluna çıxaraq onunla toqquşması nəticəsində, “Mersedes-Bens E350” markalı avtomobildə sərnişin olan zərərçəkmiş şəxs X9 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və hər iki qulaq keçəcəyində qanlı ifrazat, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alının və sifətin sol yarısının geniş sıyrılmış yarası, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın-təpə nahiyəsində qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma ilə müşayiət olunan xəsarətlər almaqla, ehtiyatsızlıqdan ölməsinə, həmçinin Zərərçəkmiş şəxs alnında solda, əzilmiş yara, döş qəfəsinin sol tərəfində İ və İİ qabırğaların onurgayani xətt üzrə qapalı sınıqları, İİ və İİİ bel fəqərələrinin sol çıxıntılarının sınıqları, sağ dizin yumşaq toxumalarının əziyi ilə müşayiət olunan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 sentyabr 2023-cü il tarixdə axşam saat 18 radələrində əmisi oğlu Rahil ona zəng edərək Xaçmaz şəhərində yerləşən “Yeni Bağ” adlı restoranda dostları ilə oturub yeyib içdiyini demiş və ondan özünün avtomobilı ilə gəlib onları həmin restorandan götürməsini xahiş etmişdir. Belə olub həmin vaxt idarə etdiyi “Mersedes-Bens E350” markalı AZ **-EE-*** qeydiyyat nişanlı minik avtomobillə “Yeni Bağ” adlı restorananın olduğu yerə gəlmiş və Rahilgillə oturmuşdur. O gələndə Rahil orada Amin və Sərhəd adlı oğlanlarla oturub yeyib içmişdir. O, da masaya otursa da, biraz yemək yemiş, lakin spirtli içki qəbul etməmişdir. Daha sonra Rahil, Sərhəd və Amin Qubaya getməyi təklif etmişlər. Onlar onun idarə etdiyi “Mersedes-Bens” markalı avtomobilə əyləşərək Qubaya getmişlər. Qubada yerləşən “Şişa” adlı çay evinə gəlmiş, orada təxminən 20 dəqiqə oturub çay içmişlər. Sonra isə Xaçmaza yola düşmüşlər. Avtomobildə Amin qabaq oturacaqda, dayısı oğlu Rahil və Sərhəd avtomobilin arxa oturacağında, Sərhəd onun arxa tərəfində əyləşmişlər. Qubadan çıxıb Quba-Xaçmaz yolu ilə Xaçmaz şəhəri istiqamətində saatda 90 km sürətlə avtomobilı idarə etmişdir. Quba rayonu Zərdabi qəsəbəsinin ərazisinə çatarkən hərəkət etdiyi yolda, ondan qabaqda hərəkətdə olan “Cevrolet Niva LC” markalı AZ **-DP-*** qeydiyyat nişanlı minik avtomobilı soldan ötmək qərarına gəlmişdir. Yolda qırıq xət nişanlarının başladığı yerdə “Cevrolet Niva LC” markalı avtomobili soldan ötüb keçəndə, birdən onun sürdüyü avtomobil “Cevrolet Niva LC” markalı avtomobilin arxa sol tərəfinə dəymişdir. Həmin anda “Cevrolet Niva LC” markalı avtomobil sağa yönələrək yolun kənarına çıxmışdır. O, avtomobilı saxlaya bilməmiş və idarə etdiyi avtomobilı yolun əks hərəkət hissəsinə yəni, sol hərəkət zolağına çıxarmışdır. “Mersedes-Bens” avtomobilin idarəetməsini bərpa edib, yenidən öz yoluna qaytarmışdır. Lakin bu zaman əks hərəkət zolağından gələn “VAZ 2107” markalı avtomobil qəflətən yolda bütöv düz nişanlanma xəttini kəsərək onun avtomobilin hərəkət yoluna çıxmış və idarə etdiyi “Mersedes-Bens” avtomobilin ilə qabaq soldan tərəfi ilə toqquşmuşdur. Dalınca isə həmin VAZ 2107 markalı avtomobili yolun sağ kənarına çıxıb aşmışdır. Onun idarə etdiyi avtomobil isə yolun sağ hərəkət hissəsində qabaqdan və soldan əzilib dağılmış vəziyyətdə dayanıb qalmışdır. Toqquşmanın təsirindən o, sol ayağında və bədəninin müxtəlif yerlərindən ağrılar hiss etmişdir, avtomobilın qabaq aynasını sındırıb özü çıxmış və özündən getmişdir. Onun avtomobilində arxada oturmuş Sərhəd adlı oğlan da toqquşmadan sonra ölmüşdür. Əmisi oğlu Rahil və Amin xəsarətlər almışlar. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hadisə baş verməzdən əvvəl qarşıdan gələn avtomboilin işığını görsə də, markasını ayırd edə bilməmişdir. Qubadan Xaçmaza qayıdan zaman surəti təxmini saatda 80 km olmuşdur. “Cevrolet Niva LC” markalı avtomobili vurmasına səbəb məsafəni düzgün seçməməsi olmuşdur. Ötmə əməliyyatından bir müddət sonra qarşıdan avtomobilin işıqlarını görmüş və həmin an toqquşmuşdur. Həmin avtomobilin markasını görməmişdir. Aralarında təxmini 50 metr məsafə olmuşdur. Restoranda işçi içməmişdir. Ona içməyi təklif etsələr də, namaz qılması və üstəlik sükan arxasında olduğundan spirtli içki qəbul etməmişdir. Meyvə şirəsi içmişdir. Hadisə zamanı özü də ciddi xəsarətlər almış, sol ayağı çatlamışdır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X9 hüquqi varisi X16 ilə barışıq əldə etməyə dəfələrlə cəhd göstərməsinə baxmayaraq, buna nail ola bilməmişdir. Sonda təqsirləndirilən şəxs səmimi peşman hissi keçirdiyini, zərərçəkmiş hüquqi varisindən üzr istəyərək, maddi və mənəvi dəstək olmağa hazır olduğunu bildirdi və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 hüquqi varisi X16 bildirmişdir ki, hadisədən sonradan xəbər almışdır. 10 sentyabr 2023-cü il tarixdə axşam vaxtı ona məlum olmuşdur ki, oğlu Sərhəd tanışı Zamiqin sürdüyü “Mersedes-Bens” markalı maşında olarkən maşının Quba rayonu ərazisində başqa maşınla toqquşması nəticəsində aldığı xəsarətlərin təsirindən vəfat etmişdir. Sonradan bilmişdir ki, oğlu Sərhədlə dostları ilə Xaçmazda yerləşən “Yaşıl Bağ” restoranında oturub yeyib içmişlər, sonra Qubaya gəlmişlər. Qubadan Xaçmaza qayıdan zaman isə hadisə baş vermişdir. Oğlu Sərhəd dostu ilə Zamiqin idarə etdiyi avtomobilin arxa oturacağında, qardaşı oğlu Amin isə qabaq oturacaqda əyləşmişdir. Maşının içində çəkiliş etmişlər. Çəkilişdən də görünür ki, avtomobildə olan hər kəs işkilidir və oğlu Sərhəd sürücüyə asta sürməsini xahiş edir. Hadisə anını görən olmamışdır. Verilən əlavə suallara cavab olaraq, bildirmişdir ki, Zamiq və ailəsi oğlunun yasında iştirak etmişlər. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi bildirmişdir ki, hadisə ilə bağlı heç bir maddi tələbi olmasa da, təqsirləndirilən şəxslə barışmamış, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, mərhum X14 doğma əmisi oğludur. 10 sentyabr 2023-cü il tarixdə axşam 17-18 radələri arasında o, mərhum əmisi oğlu Sərhədlə birlikdə yol taksisi ilə Xaçmaz şəhərinə gəlmiş, dostu Rahiblə görüşüb Xaçmaz şəhərində yerləşən “Yaşıl bağ” adlı restorana getmişlər. Sonra Rahib telefonla danışmış və bibisi oğlu Zamiqi də ora dəvət etmişdir. Zamiq restorana gəlmiş və onlarla oturub yeyib içmişdir. Bundan sonra çay içmək üçün Qubaya getmək qərarına gəlmişlər. Zamiq öz maşını ilə getməyi təklif etmişdir. Onlar Zamiqin avtomobilinə əyləşib Quba şəhərinə getmişlər. Yolda Zamiq maşını bərk idarə etdiyindən Sərhəd avtomobili saxlatmış və Zamiqə maşını bərk sürməsinə narazılıqda edib avtomobildən düşmək istəmişdir. Zamiq Sərhədə maşını bərk sürməyəcəyinə dair söz vermişdir. Bundan sonra, yola davam edib Qubada yerləşən “Şişa” adlı çay evində oturmuşlar. Təxminən 20 dəqiqə oturub çay içmiş və yenidən Zamiqin maşını ilə Xaçmaza yola düşmüşlər. Qubadan çıxıb Xaçmaz istiqamətində getdiklərində 4-5 km getmişdilər ki, Zamiq qabaqda gedən Niva markalı avtomobili ötmək üçün sol zolağa çıxmış, qarşıdan VAZ 2107 markalı avtomobil görüb yenidən sağ zolağa qayıtmaq istəyən zaman Niva markalı avtomobilə dəymiş, sonrakı hadisələr isə yadında deyildir. Çünki həmin vaxt huşunu itirmiş və Quba rayon Diaqnostika Mərkəzində ayılmışdır. Hadisə zamanı xəsarətlər almışdır. Əmisi oğlu Sərhəd isə hadisə nəticəsində ölmüşdür. Hadisə baş verən gün onlar spirtli içki işmişlər. Xaçmazdan Qubaya gedən zaman da Zamiq avtomobili yüksək surətlə idarə etmiş, hətta əmisi oğlu Sərhəd ona irad bildirərək avomobildən düşəcəyini də bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, o Zamiqin sürdüyü maşında qabaq oturacaqda, Rahib sürücü oturacağı arxasında, əmisi oğlu Sərhəd isə onun arxa tərəfində əyləşmişdir. O, avtomobilin qabaq oturacağında əyləşdiyi üçün bilavasitə spidometrin göstəriçisini görmüşdür, surət təxminən saatda 160-170 km olmuşdur. “VAZ-2107” markalı avtomobilin surətini bilmir. Sonda bildirdi ki, təqsirləndirilən şəxslə barışmamış, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. 10 sentyabr 2023-cü il tarixdə axşam saat 18 radələrində Zamiqə zəng edib bildirmişdir ki, Xaçmaz şəhərində yerləşən “Yeni Bağ” adlı restoranda dostları ilə oturub yeyib içir. Həmin vaxt restoranda dostları Amin və onun qohumu Sərhədlə oturmuşdur. Zamiq idarə etdiyi “Mersedes-Bens E350” markalı AZ **- EE-*** qeydiyyat nişanlı minik maşınla “Yeni Bağ” adlı restorana gəlmişdir. Restoranda Zamiq onlarla birlikdə oturub yemək yemiş, lakin spirtli içki qəbul etməmişdir. Sonra onlar Zamiqin avtomobili ilə Qubaya çay içməyə getmişlər. Orada yerləşən “Şişa” adlı çay evinə gəlib təxminən 20 dəqiqə oturub çay içmişlər və sonra Zamiqin idarə etdiyi “Mersedes- Bens” markalı avtomobili ilə Xaçmaza yola düşmüşlər. Həmin vaxt Amin qabaq oturacaqda, o və Sərhəd isə arxada əyləşmişlər. Quba rayonu Zərdabi qəsəbəsinin ərazisinə çatarkən Zamiq sürəti artırmış və avtomobil əvvəl qabaqda hərəkətdə olan “Cevrolet Niva LC” markalı avtomobilə dəymiş, sonra qarşıdan sürətlə gəlib onların yoluna çıxan “VAZ 2107” markalı minik avtomobillə toqquşmuşdur. Sonrasını xatırlamır, çünki o, huşunu itirmişdir. Zamiq onlarla birlikdə içki içməmişdir və avtomobili idarə edən zaman sərxoş olmamışdır. Zamiqlə Sərhəd arasında yolda heç bir narazılıq da olmamışdır. Özü arxa oturacaqda olduğu üçün həm də uzanıqlı vəziyyətdə olduğu üçün spidometrin göstəricisini görməmişdir. Hadisə Quba-Xaçmaz yolunda olmuşdur. Zamiq qabaqda hərəkətdə olan “Chevrolet Niva LC” markalı avtomobili ötmək üçün sol zolağa çıxmış, qarşıdan gələn VAZ 2107 markalı avtomobil görüb yenidən sağ zolağa qayıtmaq istəyən zaman hansısa avtomobillə toqquşmuşdir. Həmin vaxt səhv etmirsə Cevrolet Niva LC markalı avtomobilə toxunmuşlar. Lakin yenə də dəqiq hansı avtomobillə toqquşmalarını xatırlamır. Yanlız xatırlayır ki, bir avtomobillə toqquşmuşlar, hansı avtomobil olmasını görməmişdir. Həmin gün onlar ümumilikdə 1 litr spirtli içki qəbul etmişlər. Zamiq isə ümumiyyətlə içməmişdir. Zamiq ötmə əməliyyatı keçirmək üçün qarşı yola çıxmışdır. Surət həddini dəqiq bilmir. Təxmini saatda 80-90 km olmuşdur. Özü yolda olanda hadisəyə qədər telefonla videoçəkiliş etmişdir Videoçəkilişin aparmasında heç bir məqsədi olmamışdır. Zamiqin niyyəti “Chevrolet Niva LC” markalı avtomobili ötüb keçmək olmuşdur. “Chevrolet Niva LC” markalı avtomobil ötmək üçün ona şərait yaradıb yol versə də, ara məsafə dar olmuş və ötmə əməliyyatına başlamazdan əvvəl Zamiqin idarə etdiyi avtomobil “Chevrolet Niva LC” markalı avtomobilin arxa hissəsinə sürtülmüş, Zamiq həmin avtomobili sürtdükdən sonra ötüb yoluna davab etmək istəyən zaman hansısa avtomobillə toqquşmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şarafaddin oğlu ifadəsində bildirmişdir ki, “Chevrolet Niva LC” markalı AZ **-DP-*** qeydiyyat nişanlı minik avtomobilin ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus Niva markalı avtomobillə yaşadığı Hacıhüseynli kəndinə gedərkən, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisindən Xaçmaz rayonu istiqamətində hərəkətdə olan zaman onun hərəkət zolağında hərəkətdə olan tanımadığı avtomobil onun avtomobilini arxadan vurmuş, o da idarəetməni itirib yoldan çıxmış, sonra avtomobil yolun sağ kənarında dayanmışdır. O, avtomobildən çıxmadan yanına iki nəfər yaxınlaşmış və ona “dayı, sənin maşınıvı vurdular” demişdir. O, həmin şəxslərlə danışan zaman görmüşdür ki, onun avtomobili qəzaya düşdüyü yerdən təxminən 50 metr aralıda yolun sağ kənarında yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, arxadan gələn avtomobil onun avtomobilin arxa sol tərəfindən vurmuşdur. Həmin avtomobilin markasını görməmiş, hansı surətlə gəldiyini də bilmir. Arxadan gələn avtomobil onun yanından ötüb keçməmişdir. Nə qarşısında nə də kənardan ötüb keçən avtomobil ümumiyyətlə görməmişdir. Anidən olduğu üçün hadisənin təfərrüatlarını bilmir. Hansı avtomobillərin toqquşmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, əvvəllər Xaçmaz şəhəri Xudat yolunun kənarında yerləşən “Yaşıl Bağ” adlı restoranda ofisiant işləmişdir. 10 sentyabr 2023-cü il tarixdə gündüz vaxtı sonradan adlarının Rahil, Amin və Sərhəd olduğunu bildiyi oğlanlar işlədiyi “Yaşıl Bağ” restoranına gəlmişlər, onlar ayrıca kabinetdə yerləşdikdən sonra o, həmin şəxslərin masasına xidmət göstərmişdir. Hər üç şəxsdə yeyib içdikdən sonra onları aparmaq üçün “Mersedes-Bens” markalı maşını sürən, sonradan adını Zamiq bildiyi şəxs gəlmişdir. Zamiq də yemək yemiş, təxminən 30 dəqiqə sonra onları aparmışdır. Sürücü Zamiqin içki içməyini görməmişdir. Həmin vaxt Zamiqin oturduğu yerdə yanlız şirə bokalı görmüşdür. Spirtli içki qəbul etməsinə dair hər hansı əlamət görməmişdir. İttiham tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin DYP-nin inspektoru vəzifəsində işləyən X13 ifadəsində bildirmişdir ki, hadisə yerinə özü çıxmışdır. Hadisə Quba-Xaçmaz yolunun 13-cü km-də baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Bens E350” markalı AZ **-EE-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba rayonu Zərdabi qəsəbəsi ərazisindən keçən Quba-Xaçmaz yolunda, Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən onunla eyni hərəkət zolağında və qabağında hərəkət edən Şahid1 Şərafəddin oğlunun idarə etdiyi “Chevrolet Niva LC” markalı AZ **- DP-*** qeydiyyat nişanlı minik avtomobilini soldan ötmək üçün əks yola çıxmış, qarşıdan VAZ 2107 markalı avtomobilin gəldiyini görüb yenidən öz hərəkət zolağına qayıtmış, VAZ 2107 markalı AZ avtomobil də “Mersedes-Bens E350” markalı avtomobil olan zolağa qayıtmış, nəticədə toqquşma baş vermişdir. O, hadisə yerinə çatanda hər iki avtomobil yolun solunda olmuşdur. Verilən suallara cavab olaraq, şahid bildirdi ki, hadisə yerində sürücülərin hər biri alkotester müayinəsindən keçirilmiş, heç biri sərxoş olmamışdır. İttiham tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin İBnin müstəntiqi X3 ifadəsində bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə Quba-Xaçmaz yolunun 13-cü km-də baş vermişdir. Hadisə yerinə gedəndə “Chevrolet Niva LC” markalı AZ **-DP-*** qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şahid1 və “Mersedes-Bens E350” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Bens E350” markalı AZ **-EE-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba rayonu Zərdabi qəsəbəsi ərazisindən keçən Quba-Xaçmaz yolunda, Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən onunla eyni hərəkət zolağında və qabağında hərəkət edən Şahid1 Şərafəddin oğlunun idarə etdiyi “Chevrolet Niva LC” markalı AZ **- DP-*** qeydiyyat nişanlı minik avtomobilini soldan ötmək üçün qırıq-qırıq xətt olan yerdə əks yola çıxmış və qırıq-qırıq xətt bitdikdən sonra öz yoluna qayıtmış, həmin vaxt qarşıdan gələn “VAZ 2107” markalı avtomobil onu çaşdırmış, “Mersedes-Bens E350” markalı avtomobilin hərəkət zolağına çıxaraq hadisəyə səbəb olmuşdur. Hadisə ilə bağlı keçirilmiş ekspertizanın nəticələrinə görə hər iki sürücünün yol-hərəkəti qaydalarını pozması müəyyən edilmişdir. “VAZ 2107” markalı avtomobil çox yüksək surətlə hərəkətdə olduğu üçün toqquşmadan sonra yanaraq deformasiya olmuşdur. “Mersedes-Bens E350” markalı avtomobil öz yoluna qayıdan zaman aralarında 100 metr məsafə olmuşdur. Bu faktlar hər iki sürücünün özlərinin verdiyi ifadələri, ekspertiza mərkəzinin rəyləri ilə təsdiq olunur. Hadisə “Mersedes-Bens E350” markalı avtomobil zolağında baş vermişdir. Ekspert nəticəsinə görə Təqsirləndirilən şəxs öz avtomobilində olan sərnişinlərin təhlükəsizliyini təmin etməli idi, Təqsirləndirilən şəxs təhlükəli manevr etməsi səbəbindən və avtomobili surətli idarə etməsinə günahkardır. DYP əməkdaşları hadisə yerində olmuşlar. Təqsirləndirilən şəxs alkotesterdən keçirilən zaman sərxoşluğu müəyyən edilməmişdir. Bundan sonra onun iştirakı ilə sürücülərin hər birinin qan nümunələri götürülmüş və mötəbər sübut kimi qəbul edilmişdir. Alkotesterin cavabları isə əhəmiyyət kəsb etmədiyindən iş materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxsla bağlı şübhələri aradan qaldırmaq üçün onun olduğu restorana gedib baxış keçirmiş və xidmət edən ofisiantla danışmış və müəyyən etmişdir ki, Zamiq spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs ifadəsin alan zaman sonuncu bildimişdir ki, “VAZ 2107” markalı avtomobil saatda 110 km surətlə hərəkət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsi hakimin qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (yolnəqliyyat hadisələri ekspertizası) 09 yanvar 2024-cü il tarixli 8/3651 saylı rəyindən görünür ki, “Mersedes-Bens E350” markalı AZ **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mersedes-Bens E350” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cevrolet Niva LC markalı AZ **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 Şərafəddin oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İbtidai araşdırma orqanı tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2023-ci il tarixli 742 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər alnında solda əzilmiş yara, döş qəfəsinin sol tərəfində İ və İİ qabırğaların onurğayan xətti üzrə qapalı sınıqları, İİ və İİİ bel fəqərələrinin sol çıxıntılarının sınıqları, sağ dizin yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 10 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu avtomaşın qəzaya uğrayarkən yarana bilərdi. Həmin xəsarətlər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İbtidai araşdırma orqanı tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2023-ci il tarixli 52 saylı rəyindən görünür ki, X1 meyidinin xarici müayinəsi zamanı onun gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və hər iki qulaq keçəcəyində qanlı ifrazat, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alının və sifətin sol yarısının geniş sıyrılmış yarası, bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində sol alın-təpə nahiyəsində qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 10 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşının salonunda olarkən yarana bilərdi. Həmin xəsarətlər həyat üçün təhlükəli olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X9 ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınmasından baş-beyin toxumasına qansızma törənməsi olmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxsin, digər zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 50-ci maddəsinin 1 hissəsinin əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir 64-cü maddəsinin 1 hissəsinin əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilir ki, X5 110 km/sürətlə idarə etdiyi VAZ 2107 markalı AZ **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili bütöv düz xətdən sola dönmə edərək əks hərəkət zolağına yəni, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Bens E350” markalı maşının yoluna çıxaraq onunla toqquşmuş və nəticədə VAZ 2107 markalı maşının yanması zamanı Turan Məlikov həlak olmuşdur. Turan Məlikov idarə etdiyi VAZ 2107 markalı avtomobillə yol hərəkəti qaydasını pozmaqla özünün sükan arxasında ölümünə səbəb olmuşdur. Onun ölümündə “Mersedes-Bens E350” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs heç beç bir təqsiri olmadığından Təqsirləndirilən şəxs barəsində CM-nin 263.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi ‘Mersdes-Bens E350” markalı avtomobildə yol-nəqliyyat hadisəsi törədərkən həmin avtomobildə sərnişin olmuş qohumu Şahid2 da ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olsa da, 18 oktyabr 2023-cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət etmiş Şahid2 aldığı xəsarətlərə görə Təqsirləndirilən şəxsla barışdığını və ondan şikayətçi olmadığını bildirdiyi üçün Təqsirləndirilən şəxs barəsində 263.1-1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində sərnişini olduğu “Mersedes-Bens E350” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs sərxoş halda olmasını bildirsə də onun söylədikləri iş üzrə Təqsirləndirilən şəxs ifadəsi və alınmış şahid ifadələri, götürülmüş qan nümunələrinin məhkəmə-bioloji ekspertizasının rəyi ilə təkzib olunduğundan Zərərçəkmiş şəxs ifadəsində sərnişini olduğu “Mersedes-Bens E350” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs sərxoş halda olmasını bildirdiklər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Həmçinin cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, yol-nəqliyyat hadısəs yerinə baxış protokolu, məhkəmə-tibb və məhkəmə yolnəqliyyat hadisəsi ekspert.zaarının rəyləri və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsının 29 yanvar 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır.” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəməbioloji ekspertizasının 04 oktyabr 2023-cü il tarixli nömrəli rəylə müəyyən edilmişdir ki, onun qan nümunələrində etil spirti aşkar edilməmişdir; Bakı şəhər Nizami RİHB-nın 113 saylı MKİS-dən alınmış 29 yanvar 2023-cü il tarixli 24 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır; BA 423681 nömrəli sürücülük vəsiqəsinin əslindən görünür ki, Təqsirləndirilən şəxs B1, B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır; AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mersedes-Bens E350” markalı AZ **-EE-*** qeydiyyat nişanlı minik avtomobil X4 məxsusdur; xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X7 “Mersedes-Bens E350” markalı AZ **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2032-cü il tarixinə kimi idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir; Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs BA 423681 saylı, B1, B dərəcəli sürücülük vəsiqəsi vardır və o sürücülük hüququndan məhrum olunmamışdır; Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edib, səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə və dəymiş zərəri aradan qaldırmağa cəhd etməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində göstərilir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-3/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-3/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver