Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-30/2021 26.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə, xx.xx.1980-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmış, həmçinin qanunsuz olaraq odlu silahın komplekt hissəsini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,955 qramdan artıq miqdarda narkotik vasitə heroini, səthlərində “F/M40” yazısı həkk olunmuş, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan, narkotik vasitə hesab olunan 2 ədəd metadon preparatının həbini və 0,217 qram çəkidə psixotrop maddə metafetamini, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq odlu silah hesab olunan 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanın komplekt hissəsi olan, üzərindəki zavod nömrə-nişanları silinmiş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı çaxmağı əldə edib onları daşıyaraq yaşadığı ünvan 2 ünvanına gətirməklə saxlamış, 30.09.2020-ci il tarixdə saat 21 radələrindən sonrakı vaxtda Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında heroindən 0,033 qramını 10 (on) manat məbləğində pul müqabilində tanışı Şahid3 satmış, qalan heroini, metadonu və psixotrop maddə metamfetamini satış məqsədilə evində saxlamış, 02.10.2020-ci il tarixdə saat 22:50-də Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanında yerləşən yaşadığı evdə tutularaq həmin evə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus yataq otağındakı masanın üzərinə qoyulmuş bir ədəd qara rəngli üzük qabının içindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metafetamin, 0,204 qram, 0,575 qram və 0,143 qramlıq 3 ədəd polietilen bükümlərdə olmaqla ümumi təmiz çəkisi 0,922 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yataq otağında yerləşən çarpayının üzərindəki yastığın altından səthlərində “F/M40” yazısı həkk olunmuş, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan, narkotik vasitə hesab olunan 2 ədəd metadon preparatının həbi və odlu silahın komplekt hissəsi sayılan zavod nömrə-nişanları silinmiş, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanın komplekt hissəsi olan çaxmaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki o, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə o, cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə əlaqədar məhkum olunmuşdur. 02.02.2020-ci il tarixdə saat təxminən 22:30 radələrində polis əməkdaşları atasına məxsus olan ünvan 3 ünvanında yerləşən yaşadığı evə gələrək, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək üzərinə və yaşadığı evə vəkilinin iştirakı ilə baxış keçirəcəklərini demişlər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis şöbəsində saxlanılan hansısa şəxsin üzərindən çıxmış narkotik vasitənin ondan aldığını deyildikdə, o, heç kimə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitənin istifadəçisi olsa da, narkotikin satışı ilə məşğul olmadığını demişdir. Sonra evində narkotik vasitənin olub-olmaması barədə ondan soruşulduqda evində hər hansı narkotik vasitənin olmadığını demiş, polis əməkdaşları ona üzərində olan əşyaları çıxarmağını təklif edildikdə o, əynində olan qara rəngli gödəkçənin bütün ciblərini tərsinə çevirərək içində heçnə olmadığını, əynində olan qara rəngli şalvarı göstərərək ümumiyyətlə şalvarında ciblərin olmadığını bildirmişdir. Polis əməkdaşlarını biraz da, inandırmaq üçün əynində olan şalvarı da, çıxarıb alt paltarını onlara göstərmiş və üzərində heçnə olmadığını hamı görmüşdür. Sonra onun yataq otağında olan jurnal masasının üzərindəki əşyaların nə olması ondan soruşulduqda o, həmin əşyaların “Sitramon” dərmanı, ətir və digər lazımsız əşyalar olduğunu demişdir. Polis əçəkdaşları tərəfindən masanın üzərində olan qara rəngli, kub şəkilli üzük qabı açılaraq içindən 2 ədəd büküm aşkar edilmiş, həmin bükümlərin ona aid olub-olmaması soruşulduqda o, həmin bükümlərin ona heç bir aidiyyətinin olmadığını, üzük qabının içinə necə düşməsindən xəbərinin olmadığını demişdir. Bundan sonra atası polis əməkdaşlarından narkotik vasitəni kiməsə satıbsatmadığını soruşanda polis əməkdaşları bunu təsdiq edərək narkotik vasitələrin satışı ilə məşğul olmağı ilə əlaqədar dəqiq məlumatın olduğunu demişlər. Bu zaman atası hər şeyin aydın olduğunu onun bu işlərlə məşğul olduğunu təxmin etdiyini demiş, o, isə narkotik vasitəni heç kimə satmadığını israrla bildirmiş, üzük qabının içindən çıxanların isə onun olmadığını demişdir. Sonra üzük qabının içindən aşkar edilmiş kütlələr boz rəngli elektron tərəzidə çəkilmiş, elektron tərəzinin ekranına baxmasa da, polis əməkdaşları həmin çəkiləri səsləndirmiş, lakin hansı kütlənin hansı çəkidə olması yadında qalmamışdır. Sonra masanın üzərindən 2 ədəd aspirin həbi şübhəli peredmet olduğu üçün götürülmüş, ondan həmin həblərin nə olduğunu soruşulduqda o, həmin dərmanların aspirin olduğunu deməmiş, ekspertin daha yaxşı biləcəyini bildirmişdir. Götürülmüş kütlələr ağ rəngli zərfə qoyulduqdan sonra ona üzərini imzalamağını təklif etsələr də, o, həmin kütlələrin ona aid olmadığını deyib imzalamaqdan imtina etmişdir. Sonra polis əməkdaşları onun yatdığı çarpayının üzərində olan yastığın altına baxdıqda oradan iki ədəd üzərində “metadon” sözü yazılmış həb aşkar etmişlər. Həmin həblər onun olmasa da, həblərin qadağan olub-olmamasını polis əməkdaşlarından soruşduqda, polis əməkdaşları həblərin qadağan olduğunu demişlər. Daha sonra yataq otağının qapısının sağ tərəfində yerləşən paltar dolabının içindəki rəflərə baxıldıqda aşağı rəfdən bir ədəd “makarov” tapancasının yuxarı hissəsi aşkar edilmişdir. Yaşadığı evdən aşkar edilmiş əşyalardan bircə tapancanın hissəsi ona aid olduğunu, həmin hissəni qaya kənarı deyilən yerdən tapdığını polis əməkdaşlarına demişdir. Sonra polis əməkdaşları ona həmin tapancanın odlu silahın bir hissəsinə oxşadığını izah etmişlər, bundan sonra həmin silahın digər hissələrinin evdə olub-olmaması ondan soruşulduqda o, evdə ondan başqa sihalın digər hissəsinin olmadığını bildirmişlər. Ondan niyə həmin silahın hissəsini evində saxlamağını soruşanda o, silahın digər hissələrini tapacağı təqdirdə silahı bütöv şəkildə yığaçağını demişdir. Sonra həmin silahın hissəsi zərfə qoyulan zaman o, həmin zərfin üzərini imzalamış, bundan sonra sənədləşmə işlərinin aparılması üçün onu polis şöbəsinə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hec bir vaxt Şahid3 narkotik vasitə satmadığını bildirərək, məhkəmədən onun barəsində bəraət hökmünün çəxarılmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirdi ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Xaçmaz şəhər sakini Şahid3 üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün Quba rayonu ərazisində saxlanılaraq üzərinndə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Şahid3 üzərindən siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik basitə hesab olunan bir büküm heroin aşkar edilmişdir. Sorğu sual zamanı Şahid3 bildirmişdir ki, həmin narkotik vasitəni Quba şəhər sakini Azad adlı şəxsdən 10 manata almışdır. Azad adlı şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün onun, Quba rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Bəhruz Bədəlovun, Quba rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Cəlal Hacıyevin, Quba RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, Quba RPŞinin CAB-nin əməliyyat müvəkkiləri Samir Abbasovun və Şahid2 və Quba RPŞ-nin KTO-nin baş inspektor kriminalisti Fuad İslamovun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 02.02.2020-ci il tarixdə saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı və atası Şahid4 məxsus olan Quba şəhəri C.Cabbarlı küçəsi 80 saylı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanıldıqdan sonra, ona Xazmaz şəhər sakini Şahid3 narkotik vasitə satmaqda şübhəli olduğu bildirilərək üzərinə və yaşadığı evə baxış keçiriləcəyi bildirildikdə, Təqsirləndirilən şəxs hec bir kəsə narkotik vasitə satmadığını bildirərək öz yataq otağına keçmək istədikdə o və digər polis əməkdaşları Azadın yataq otağına keçmişlər.Bunda sonra, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə hər hansı narkotik vasitənin olmadığını bildirərək əynində olan qara rəngli gödəkçənin bütün ciblərini tərsinə çevirərək içində heçnə olmadığını, əynində olan qara rəngli şalvarı göstərərək ümumiyyətlə şalvarında ciblərin olmadığını bildirmişdir. Polis əməkdaşlarını biraz da, inandırmaq üçün əynində olan şalvarı da, çıxarıb alt paltarını onlara göstərmiş və üzərində heçnə olmadığını hamı görmüşdür. Sonra Təqsirləndirilən şəxs yataq otağında olan jurnal masasının üzərindəki əşyaların nə olması ondan soruşulduqda o, həmin əşyaların “Sitramon” dərmanı, ətir və digər lazımsız əşyalar olduğunu demişdir. Sonra masanın üzərində olan qara rəngli, kub şəkilli üzük qabı açılaraq içindən 2 ədəd büküm aşkar edilmiş, həmin bükümlərin ona aid olub-olmaması soruşulduqda o, həmin bükümlərin ona heç bir aidiyyətinin olmadığını, üzük qabının içinə necə düşməsindən xəbərinin olmadığını demişdir. Sonra masanın üzərindən aspirin həbinə oxşar 2 ədəd dərman şübhəli peredmet olduğu üçün götürülmüş, ondan həmin həblərin nə olduğunu soruşulduqda o, həmin dərmanların aspirin olduğunu deməmiş, ekspertin daha yaxşı biləcəyini bildirmişdir. Baxış zamanı onun yatdığı çarpayının üzərində olan yastığın altına baxdıqda oradan iki ədəd üzərində “metadon” sözü yazılmış həb aşkar edilmişdir.. Təqsirləndirilən şəxs həmin həblər ona məxsus olmadığını bildirərək həblərin qadağan olub-olmamasını onlarda soruşmuşdur. Daha sonra yataq otağının qapısının sağ tərəfində yerləşən paltar dolabının içindəki rəflərə baxıldıqda aşağı rəfdən bir ədəd “makarov” tapancasının yuxarı hissəsi aşkar edilmiş, evindən aşkar edilmiş əşyalardan bircə tapancanın hissəsinin ona aid olduğunu, həmin hissəni qaya kənarı deyilən yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxs silahın digər hissələrinin evdə olub-olmaması soruşulduqda o, evdə ondan başqa sihalın digər hissəsinin olmadığını bildirmişlər. Ondan niyə həmin silahın hissəsini evində saxlamağını soruşanda o, silahın digər hissələrini tapacağı təqdirdə silahı bütöv şəkildə yığaçağını demişdir. Baxış tamamlandıqdan sonra aşkar edilmiş narkotik vasitələr və silah hissəsi qablaşdırılmış və zərfə qoyulduqdan sonra Təqsirləndirilən şəxs zərflərə imza atmaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahid3 məcburi qaydada məhkəmə iclasına gətirilməsinə dair Quba rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar Quba rayon polis şöbəsinin 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz şəhəri, Tusi küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla yaşayan Şahid3 həmin ünvanda yaşamır və cinayət təqibi ilə bağlı Qusar RPŞ-də onun barəsində axtarış elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. Quba şəhər sakini Azad adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olduğu üçün o, 30 sentyabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində Quba şəhər sakini Azad adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsini əldə edərək özünə məxsus olan ***-***-**-** və ***-***-**-** nömrələrindən zəng vuraraq Azada narkotik vasitə lazım olduğunu demişdir. Azad onun kimliyini soruşduqda özünü təqdim etdikdən sonra, Azad ona “gəl bir şey düzüb qoşarıq” demişdir. O, da, 30.09.2020-ci il tarixdə axşam saatlarında tanımadığı taksi avtomaşını ilə Xaçmaz şəhərindən Quba şəhərinə gəlib Azada təkrar zəng vurduqdan sonra, onunla Quba şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında görüşmüşdür. Azad ona 1 “çet” narkotik vasitə sayılan heroini 10 manata sata biləcəyini dedikdə Azadla razılaşmış, 10 manat çıxarıb Azada vermiş, əvəzində Azad ona sağ əlinin ovuc hissəsində saxladığı bir neçə siqaret kağızına bükülmüş kütlələrdən bir ədədini vermişdir. Həmin bükülünü o, Azaddan alıb əynində olan tünd boz rəngli şalvarın sağ cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almış, narkotikin həmin günü yarısını istifadə etmiş, yəni siqaret falqasına qoyub yandırıb burun nəfəs vasitəsi ilə daxilə iyləyib qəbul edərək Xaçmaz şəhərinə qayıtmışdır. 01.10.2020-ci il tarixdə saat saat 12:30 radələrində özünə xırda buynuzlu malqara almaq üçün Quba şəhərinə gəlmişdir. Həmin vaxt Azaddan aldığı narkotik vasitənin bir hissəsi də, cibində olmuşdur. Saat 15:30 radələrində Quba şəhər Fətəlixan küçəsində piyada hərəkət edərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Sonra ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan tünd göy rəngli qollu köynəyin sağ yan cibindən 1 ədəd “ZTE” markalı qara rəngli mobil telefonu, tünd boz rəngli şalvarın arxa cibində olan 6 manat pulu, şalvarın sağ cibindən bir ədəd qızılı siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qızılı qəngli siqaret kağızına bükülmüş kağız bükülü polis əməkdaşları tərəfindən açılaraq baxılmış, sorğu zamanı həmin bükülüdə nə olması ondan soruşulduqda o, həmin bükülüdəki olan narkotik vasitə olan heroini 30 sentyabr 2020-ci il tarixdə Quba şəhər sakini Azad adlı şəxsdən 10 manata aldığını etiraf etmişdir. Bunadan sonra üzərindən aşkar edilmiş bükülü polis əməkdaşları tərəfindən tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmışdır. İş üzrə şahd qismində dindirilmiş Şahid4 teleqram ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, əsl adı Məmmədhəsən olsa da, Quba camaatı onu Əzizağa kimi tanıyır. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün dəfələrlə məhkumluq həyatı yaşamışdır. 02.10.2020-ci il tarixdə saat təxminən 22:30-radələrində yaşadığı ünvan 6 ünvanında olan evində olarkən Quba rayon polis şöbəsinin əməkdaşları onun evinə gələrək onunla bir evdə yaşayan oğlu Azadın narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmçinin satışında şübhəli olduğunu deyərək evə baxış keçirmək istədikləri bildirmişlər. O, icazə verdikdən sonra, polis əməkdaşları evə daxil olub həmin vaxt yataq otağında olan Azadın yanına keçmişlər. Polis əməkdaşı oğlu Azada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib video çəkilişdən istifadə olunmaqla üzərinə və yaşadığı evə vəkilinin iştirakı ilə baxış keçiriləcəyini bildirmişdir. Azadın üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları polis şöbəsində saxlanılan bir şəxsin üzərindən çıxmış narkotik vasitənin ondan aldığını oğlu Azada dedikdə, Azad heç kimə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi olsa da, narkotikin satışının ona aidiyyətinin olmadığını və yaşadığı evdə narkotik vasitə saxlamadığını bildirmişdir. Azada üzərində olan əşyaları çıxarmağını təklif edildikdə Azad “baş üstə” deyərək əynində olan qara rəngli gödəkçənin bütün ciblərini çevirib içində heç bir əşyanın olmadığını, əynində olan qara rəngli şalvarı göstərərək ümumiyyətlə şalvarında ciblərin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən azadın yataq otağına baxış keçirildikdə, yataq otağında olan jurnal masasının üzərində olan qara rəngli üzük qabının açılaraq içindən iki büküm aşkar edilmişdir, həmin bükümlərin ona aid olub-olmaması soruşulduqda Azad həmin bükümlərin ona heç bir aidiyyətinin olmadığını, üzük qabının içinə necə düşməsindən xəbərinin olmadığını bildirmişdir. Həmin bükümlər açıldıqda bükümlərdən birində qəhvəyi rəngli digərində isə şəffaf kristal şəkilli kütlələr aşkar edilmişdir. Üzük qabının içindən aşkar edilmiş kütlələr boz rəngli elektron tərəzidə çəkildikdən sonra ekspertiza baxışı üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Götürülmüş kütlələr ağ rəngli zərfə qoyulduqdan sonra Azada imzalamaq təklif edilsə də, Azad həmin kütlələrin ona aid olmadığını deyib zərfi imzalamaqdan imtina etmişdir. Sonra otaqda olan çarpayının üzərindəki yastığın altına baxıldıqda oradan iki ədəd üzərində “metadon” sözü yazılmış həb aşkar edilmişdir. Daha sonra yataq otağının qapısının sağ tərəfində yerləşən paltar dolabının içindəki rəflərə baxıldıqda aşağı rəfdən bir ədəd “Makarov” tapancasının yuxarı hissəsi aşkar edilmişdir. Azad, evdən aşkar edilmiş əşyalardan bircə tapancanın hissəsinin özünə aid olduğunu, onu qaya kənarı deyilən yerdən tapdığını bildirmişdir. Sonra Azada, həmin hissənin odlu silahın komplekt hissəsi olması izah edilərək silahın digər hissələrinin evdə olub-olmaması Azaddan soruşulduqda Azad evdə başqa silah hissəsisinin olmadığını bildirmişdir. Sonra həmin silahın hissəsi zərfə qoyularaq qablaşdırılmış və oğlu Azad həmin zərfi imzalamışdır. 02.10.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş istintaq hərəkətləri tam obyektiv şəkildə aparılmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2020-ci il tarixli, 6/2040 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün N°67 dairəvi möhür əksi “Şahid3” və s. yazılar, imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.033 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli, 6/2049 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş:-üzərində “bir ədəd sellofan bükümdə ağ maddə” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram ağ rəngli kritalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində “bir ədəd kağız bükümdə qəhvəyi maddə” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd kağız bükümdə qoyulmuş 03 ədəd p/etilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,204 qram; 0,575 qram; 0,143 qram; ümumi təmiz çəkisi 0,922 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -üzərində “2 ədəd Methadon həbləri” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metodon preparatı müəyyən edildi. -üzərində “2 ədəd həb” və s. yazılar, imzalar olan zərfdə açıq vəziyyətdə 02 ədəd üzərində heç bir yazı olmayan açıq qəhvəyi rəngli tabletlərin tərkibində aspirin (titramon) təsiredici maddəsi müəyyən edildi. -üzərində “Ekspert rəyi N° 6/2040...02 oktyabr 2020-ci il..” yazıları olan MEM-nə məxsus kağız paketə qablaşdırılmış üzərində “Şahid3..” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə qalıq təmiz çəkisi 0.013 qram heroinlə təqdim edilmiş üzərində “bir ədəd kağız bükümdə qəhvəyi maddə...” yazıları olan zərfdəki 03 ədəd p/etilen bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. İş üzrə təyin olunmuş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 19.10.2020-ci il tarixli 2884 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-ballistik ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 05 oktyabr 2020-ci il tarixli, 20/503R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd üzərindəki zavod nömrə-nişanları silinmiş metal əşya keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanın komplekt hissəsi olan çaxmaqdır, odlu silah hesab edilmir. Çaxmaq texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş 29.10.2020-ci il tarixli AZF/LGL11050/20 nömrəli məktuba əlavə olunmuş DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, Şahid3 istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 30-09- 2020-ci il tarixdə, saat 20:31:15-də mesaj göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-dən daxil olmuş 29.10.2020-ci il tarixli 22410 nömrəli məktuba əlavə olunmuş DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, Şahid3 istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng daxil olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə narkoloji və məhkəmə-balistik ekspertizaların müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azəraycan Respublikası Məhkəməsinin 09.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına və əmək haqqının 100 misli miqdarında cərimə cəzasına, Quba rayon Məhkəməsinin 13.03.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına, Quba rayon Məhkəməsinin 29.12.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına, Quba rayon Məhkəməsinin 05.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 315.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına, Quba rayon Məhkəməsinin 09.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına və Quba rayon Məhkəməsinin 30.03.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.11.2017-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 6 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: Atası-Şahid4 Qəzəmfər oğlu, anası-X6. İşdə olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və onun barəsində nümayəndəliyə heç bir şikayət və narazıçıİıq daxil olmamışdır. İşdə olan Quba rayon X9 Hüquqi Şəxsdən daxil olmuş 07.10.2020-ci il tarixli 3212 nömrəli məktubda, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Quba RMX-nın Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmadığı, Narkoloji kabinetində isə 2004-cü ildən “Tiryək narkomaniyası” diaqnozu ilə qeydillatda olduğu göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıdan məhrum etmə növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 04 oktybar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən həbs etmənin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 oktybar 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Quba RMX-nın Narkoloji kabinetində 2004-cü ildən “Tiryək narkomaniyası” diaqnozu ilə qeydillatda olduğu nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs, 218 (iki yüz on səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan, 0,832 qram narkotik vasitə olan heroin, 0,167 qram psixotrop maddə metafetamin, 0,08 qram (iki ədəd), narkotik vasitə hesab olunan metadon, 0.002 qram narkotik vasitə olan heroin, 1 ədəd nömrənişanları silinmiş çaxmaq (vurucu mil, qoruyucu və tullayıcı mexanizm ilə birlikdə) məhv edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Quba RMX-nın Narkoloji kabinetində 2004-cü ildən “Tiryək narkomaniyası” diaqnozu ilə qeydillatda olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs, 218 (iki yüz on səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan, 0,832 qram narkotik vasitə olan heroin, 0,167 qram psixotrop maddə metafetamin, 0,08 qram (iki ədəd), narkotik vasitə hesab olunan metadon, 0.002 qram narkotik vasitə olan heroin, 1 ədəd nömrənişanları silinmiş çaxmaq (vurucu mil, qoruyucu və tullayıcı mexanizm ilə birlikdə) məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-30/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-30/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver