Məhkəmə qərarları › İş №1(027)-30/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-30/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-30/2024 24.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Quba rayon vəkil bürosunun vəkili X3, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs ştirakları ilə 17 avqust 1984-cü ildə Quba rayonu Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən başlayaraq övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlilərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin, həmçinin Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi, yəni xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 9125,00 manat məbləğində, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)- 629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6240,00 manat məbləğində, ümumilikdə 15365,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən başlayaraq övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlilərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin, həmçinin Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən, ondan hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)- 629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 9125,00 manat məbləğində, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6240,00 manat məbləğində, ümumilikdə 15365,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Aliment pulunun ödəməməsinin səbəbi daimi iş yerinin olmaması olmuşdur. Beləki o, dövlət özünüməşğulluq (arıçılıq üzrə) proqramına cəlb olunmaqla, xx.xx.2021-ci il tarixli 142 saylı müqavilə üzrə X4 tərəfindən ona 20 pətək arı ailəsi verilmiş, həmin arı ailəsini yaşadığı ünvanda saxladığı müddətdə təsərrüfatından bir qismi tələf olmuşdur. Hazırda 6 arı ailəsi təsərrüfatındadır. Son 2 il ərzində, yəni 2020-2023-cü illər ərzində 40 kq yaxın bal məhsulu əldə etmiş, həmin bal məhsulundan yarısını qohum və tanışlarına sovqat olaraq vermiş, qalan məhsulun hər kiloqramını isə təxminən 35,00 manata satmışdır. Eyni zamanda öz həyətində xırda təsərrüfatla məşğul olmaqla, ayda təxminən 100,00-200,00 manat məbləğində əldə etdiyi qazancı öz dolanışığına çətinliklə çatdığı səbəbindən, həmçinin yuxarı instansiya məhkəmələrinə verdiyi şikayətlət təmin olunmadığına baxmayaraq, məhkəmə qətnamələri ilə razı olmadığı, həmin məhkəmələr tərəfindən onun faktiki imkanları nəzərə alınmadan yüksək məbləğdə aliment pulu kəsildiyi səbəbindən aliment borcunu ödəmədiyini qeyd edərək, 2022-ci ildən etibarən Quba Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olduğunu, lakin ona təklif edilən işlər üzrə əmək haqqı 400,00 manata yaxın olduğu üçün, onu qane etmədiyindən, həmçinin təklif olunan işlər üzrə iş yeri yaşadığı ərazidən uzaq məsafədə olduğu üçün, iş rejimi ağır, iş saatı isə çox olduğu səbəbindən, öz təsərrüfatını genişləndirərək, həmin işlə məşğul olmağa üstünlük verdiyindən, Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərdən imtina etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, özünü ona görə təqsirli bilmir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən qərəzli olaraq yayınmamışdır. İki dəfə əsassız olaraq inzibati qaydada həbs edilmişdir. İşsiz olduğundan alimenti imkanı olan qədər ödəmişdir. Alimenti ödəməkdən imtina etmir. Alimenti ödəmək üçün bütün vasitələrdən istifadə etmişdir. İşlə təmin olunmadığından aliment borcu yığılmışdır. Hazırda peşə hazırlığına dəvət almış, yaxın aylarda borcunu ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlilərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin, həmçinin Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023cü il tarixədək Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 9125,00 manat məbləğində, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6240,00 manat məbləğində, ümumilikdə 15365,00 manat məbləğində aliment borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs aliment üzrə toplanmış pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlilərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin, həmçinin Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 9125,00 manat məbləğində, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6240,00 manat məbləğində, ümumilikdə 15365,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri və iş materialları ilə də tam subuta yetirilir. Cinayət işinin materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlilərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30,00 manat olmaqla, cəmi 60,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı icra sənədindən görünür ki, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi xx.xx.2017-cı il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2017-cı il tarixdə icraya yönəldilmişdir. İşin materiallarında olan xx.xx.2017-cı il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; İşin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi, yəni 18 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı icra sənədindən görünür ki, olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(105)-629/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İşin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(027)- 855/2018 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2497/2017 saylı icra sənədinə əsasən iş üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)- 1000/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsinə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)- 149/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsinə 12 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İşin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1 (hazırki 528.1)-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1 (hazırki 528.1)-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında vurğulanır: “göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir”. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qətnaməsini icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qətnaməsinin icrası üçün yetərli tədbirlərin görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkəmədə tədqiq edilən sübutlardan aydın olduğu kimi, birgə nikahdan doğulmuş övladlarının saxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunun ödənilməsinə dair üzərinə qoyulmuş vəzifəni yenə də icra etməmiş və aliment borcunu ödəməmişdir. Yaranmış aliment borcunun dəqiqləşdirilməsi ilə əlaqədar mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(027)-4/2024 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və əmək haqqının hissəsi kimi müəyyən olunan aliment üzrə borc hesablanarkən Təqsirləndirilən şəxs gəlir vergisi çıxılmadan əvvəl müəyyən olunmuş məbləğ qazanc kimi hesaba alınmaqla həmin məbləğin 1/3 hissəsi üzrə ödənilməyən məbləğlər aliment öhdəliyinə daxil edildiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı icra sənədləri üzrə xx.xx.2024-cü il tarixə aliment borcu azaldılaraq 14375 (on dörd min üç yüz yetmiş beş) manat 05 qəpik məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(105)-47/2024 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(027)-4/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan Quba rayon İcra və pobasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 2497 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə (təqdimat verilən tarixə) aliment borcu Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(027)-4/2024 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(105)-47/2024 saylı qərardadlarına əsasən 14375,05 manat olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixə (təqdimat verilən tarixə) aliment borcunun 14375,05 manat olması müəyyən edildiyi üçün verilmiş ittihamın həcmi müvafiq həcmdə azaldılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır; Həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında tızam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında tızam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar