Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-31/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəməlirində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba şəhəri, Tutu Bikə küçəsi, ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən “Nizami parkı’”na gələrək orada Xurşudbanı Natavanın heykəlinin yanında qoyulmuş, Quba rayonu İcra Hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan işıq dirəyindən başlanan elektrik naqillərinin hava xəttindən bir metri 3 manat olmaqla 48 metr uzunluğunda mis materialından olan naqilləri özü ilə gətirdiyi kəlbətinlə kəsərək “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus 144 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Quba şəhəri, Qələbə küçəsində yerləşən “Quba meydanı” adlanan parka gələrək, parkın girişindən 5 metr solda yerləşdirilmiş, Quba rayonu İcra Hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan işıq transfarmotorundan başlanan yer xəttindən bir metri 3 manat olmaqla 148 metr uzunluğunda mis materialından olan naqilləri özü ilə gətirdiyi kəlbətinlə kəsərək “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus 444 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, Mədəniyyət evinin qarşısına gələrək, orada Quba rayonu İcra Hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan işıq dirəklərinin yer xəttindən bir metri 3 manat olmaqla 160 metr uzunluğunda mis materialından olan naqilləri özü ilə gətirdiyi kəlbətinlə kəsərək “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus 480 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzana məhkum olunmuşdur. Heç bir yerdə işləmədiyindən gündəlik xərclərini təmin etmək üçün ilk öncə xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Quba şəhərində Nizami Parkına daxil olaraq, orada qadın heykəlinin yanında olan işıq dirəyindən başlayan 40 metrə yaxın elektrik kabeli dirəyin altından dartaraq çıxartmış və özü ilə gətirdiyi kəlbətinlə kabeli kəsmişdir. Həmin kabeli sonradan yaxınlıqda olan bir qadın salonun arxasındaki çöllük kimi yerdə üst örtüyü olan rezin hissəsini yandırmış, qalan mis kabelini Quba şəhərində metal qəbulu məntəqəsinə həmin məntəqəni işlədən Laçın adlı şəxsə 18 manata satmışdır. xx xxxxxxx 2020-ci il tarixdə yenidən axşam saat 22 radələrində Quba şəhəri Meydan adlanan ərazidə parkda elektrik paylayıcı qutudan, yəni transfarmatordan başlayan təxminən 140-150 metr uzunluğunda elektrik kabelini özü ilə gətirdiyi kəlbətinlə kəsmiş, kabelin metal hissəsini təkrar həmin məntəqəyə Laçın adlı şəxsə 53 manata satmışıdır. Sonuncu dəfə isə xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Quba meydanı ərazisində Mədəniyyət evinin qarşısından barının dibi ilə gedən elektrik kabellərini təxminən 150-160 metr uzunluqda kəsmiş və iç dəmir hissəsini yenə Laçın adlı şəxsə dəmir qəbulu məntəqəsinə aparıb 20 manata satmışdır. Laçın adlı şəxsə kabellərin iç metal hissəsini satanda hər dəfə həmin şəxsə rəhmətlik atasından evdə elektrik kabel topası qaldığını, kabel şəklində sata bilmədiyi üçün ehtiyacı olanda üst rezin hissəsini yandırıb, metal şəklində ancaq sata bildiyini demiş, Laçın adlı şəxsin kabellərin oğurluq olması barədə məlumatı olmamışdır. Kabelin iç hissəsinin satışından əldə etdiyi pulları öz gündəlik tələbatı, yemək-içməyi üçün xərcləmiş, həmin 3 oğurluq hadisəsini özü tək halda törətmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ilin fevral ayından Quba rayonu İcra hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təssərufat Birliyində baş mühəndis işləyir. xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində müəssisələrinə telefon zəngi ilə Quba şəhəri N.Nərimanov küçəsində Nizami parkında işıqların yanmadığı barədə şikayət daxil olduqda növbətçi-elektriklər həmin yeri yoxladıqları zaman Nizami parkında hava xəttinin 48 metrlik 4x4-lük miss materialdan olan elektrik naqillərin kəsilərək oğurlandığını müəyyən etmişlər. Həmin 48 metr miss materialından olan naqillərin dəyər qiyməti metrəsi 3 manatdan hesablanmaqla 144 manat təşkil etmişdir. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 22-23 radələrindən Quba şəhəri Quba meydanı adlanan ərazidə də işıq dirəklərin işıqların yanmadığı barədə məlumat daxil olduqdan sonra, səhər həmin yerə gedən növbətçi elektriklər Quba meydanında yer xəttinin 148 metrlik miss materialdan olan 4x4-lük elektrik naqillərin kəsilib oğurlanmasını aşkar etmişlər. Həmin 148 metr miss materialından olan naqillərin dəyər qiyməti metrəsi 3 manatdan hesablanmaqla 444 manat təşkil etmişdir. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 23-24 radələrindən Quba şəhəri Mədəniyyət evinin qarşısında olan işıq dirəklərində də işıq kəsildiyinə görə səhərsi günü elektriklər həmin sahədən yer xətti olan 160 metrlik 4x4-lük elektrik naqillərin oğurlanmasını aşkar etmişlər. Həmin 160 metr miss materialından olan naqillərin dəyər qiyməti metrəsi 3 manatdan hesablanmaqla 480 manat təşkil etmişdir. Beləliklə, həmin 3 oğuluq hadisəsi nəticəsində elektrik naqillərin oğurlanması ilə bağlı müəssisəyə 1068 manat məbləğində maddi ziyan dəymişdir. Polisə rəsmi qaydada müraciət etdikdən sonra polis əməkdaşları apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin elektrik naqillərin 3 oğurluq cinayətini əvvəllər də oğurluq cinayətini törədən Quba şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs etdiyini müəyyən etmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxs tərəfindən idarələrinə vurulmuş ziyannın 410 manat hissəsinin ödənildiyini bildirmişdir. Məhkəmədə Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır, 2012-ci ildən Quba şəhəri “X5 Qəbulu” məntəqəsini yaradıb sahubkar kimi həmin məntəqəni işlədir, O, əvvəllər Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, onu xx xxxxxxx 2020-ci il tarixdə ilk dəfə dəmir qəbulu məntəqəsinə gələndə tanımışdır. Həmin günü saat təxminən 11-12 radələrində Təqsirləndirilən şəxs adlı cavan oğlan onun məntəqəsinə gəlib mis metalından olan kabeli gətirmiş və həmin kabeli evdən gətirdiyini, mərhum atasından qalan kabel olduğunu bildirmişdir. Ondan şəxsiyyət vəsiqəsini istədikdə şəkilsiz olan vəsiqəni təqdim etmiş, həmin şəxsiyyət vəsiqəsindən onun adı Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Əlidən həmin mis kabelini götürüb çəkəndən sonra təxminən 6 kq çəkisinə görə ona 40 manat pul vermişdir. Bundan təxminən iki gün sonra Təqsirləndirilən şəxs bir daha məntəqəyə gələrək, yenidən dediyinə görə evindən gətirdiyi mis kabeli təqdim etmiş, misin çəkisi bu dəfə 2,5 kq gəlmiş, buna görə Əliyə 18 manat pul vermişdir. 27 və a xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs bir daha saat təxminən 12 radələrində məntəqəyə gələrək, çəkisi təxminən 8 kq. olan mis kabeli gətirmiş, Əli hər dəfə kabelin üstünü yandırıb, içindəki mis şəkildə həmin kabeli gətirmiş, həmin mis kabelinə görə bu dəfə Əliyə 50-55 manat arasında pul vermişdir. Təqsirləndirilən şəxs həmin mis kabelini gətirəndə hər dəfə evində rəhmətlik atasından qalan elektrik kabel topası olduğunu, ehtiyacı olanda həmin kabeli bütöv sata bilmədiyi üçün metal kimi ancaq sata bilmişdir. Onun Əlinin həmin mis kabellərini oğurladığı barədə heç bir məlumatı olmamış, həmin kabelin atasından qalan kabel olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X8 xx.xx.2020-ci il tarixli 3335 nömrəli rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. 1. Ə.Aağabəyovda aşkar olunan şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 2. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs cinayət edərkən və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərketmək və onu idarə etmək iqtidarına malikdir. 3. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Əlavə: Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız şəxsiyyət ozuntusu” müəyyən edilir. Onda aşkar edilən şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Quba rayonu İcra Hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin xx xxxxxx 2020-ci il tarixli 181 saylı məktubundan oğurlanmış işıq xətlərinin qiymətləri aşağıda göstərilən məbləğlərdə göstərilmişlər : 1.Mədəniyyət evinin qarşısı: 160 m mis kabel- (4x4) 160 metr x 3 manat = 480 manat; .Nizami parkı: 48 m mis kabel- (4x4) 48 metr x 3 manat = 144 manat; 3.Quba meydanı: 148 m mis kabel- (4x4) 148 metr x 3 manat = 444 manat. İşdə olan Quba RİHB-nın Quba şəhər İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Tutu Bikə küçəsi, ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tələbnamədən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs həbsdə olduğu üçün Quba rayon İcra və probasiya şöbəsində qeydiyyata durmamışdır. Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə, əvvəllər məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni 23, 24 və xx xxxxxxx 2020-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azdlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Quba rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan gürünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şühəli şəxs qismində tutulmüşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seşilməsi haqqında Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki Ağabəyov X6 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs oğluna Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-31/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-31/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver