Məhkəmə qərarları › İş №1(027)-31/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-31/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-31/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X7 qızının, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1959-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, orta təhsill, məhkum olunmammış, Quba şəhəri, M.B.Tahirov küçəsi, ev 50-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx xxxxxx 1998-ci ildə Quba rayonu, Tüləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Tüləkəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 27 iyun 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz şəkildə iribuynuzlu malların otladığını görüb özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus 1300 manat dəyərində bir baş erkək, 1300 manat və 1400 manat dəyərində iki baş dişi dananı, ümumilikdə 4000 (dörd min) manat dəyərində 3 baş heyvanını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2021ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz buraxılmış, X4 məxsus 1300 (min üç yüz) manat dəyərində 1 baş dişi dananı gizli olaraq talamaqla təkrar oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2021 ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz buraxılmış, Zərərçəkmiş şəxs3 məxsus 1250 (min iki yüz əlli) manat dəyərində 1 baş inəyi gizli olaraq talamaqla təkrar oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 27 iyun 2021-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz şəkildə iribuynuzlu malların otladığını görüb özgə əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1la danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus 1300 manat dəyərində bir baş erkək, 1300 manat və 1400 manat dəyərində iki baş dişi dana, ümumilikdə 4000 (dörd min) manat dəyərində 3 baş heyvanını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2021ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz buraxılmış, X4 məxsus 1300 (min üz yüz) manat dəyərində 1 baş dişi dananı gizli olaraq talamaqla təkrar oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2021ci il tarixdə saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən taxıl sahəsində nəzarətsiz buraxılmış, Zərərçəkmiş şəxs3 məxsus 1250 (min iki yüz əlli) manat dəyərində 1 baş inəyi gizli olaraq talamaqla təkrar oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanıyır. Belə ki, onlar əvvəllər müxtəlif fərdi evlərdə bir yerdə fəhlə kimi işləmişlər. O, Dəvədabanı yaşayış massvində müxtəlif şəxslərdən 6 hektar torpaq sahəsi icarəyə götürüb taxıl əkmişdir. Həmin ərazidə yaşayan və heyvan saxlayan şəxslər öz heyvanlarını nəzarətsiz buraxdıqları üçün heyvanlar onun əkin sahələrinə girib taxılı yeyib zay etmişlər. 27 iyun 2021-ci il tarixdə saat 19 radələrində Ruhidlə birlikdə özünə məxsus taxıl sahəsində olarkən 3 baş dananın ona məxsus taxıl sahəsində otladığını görüb, Ruhidə təkif etmişdir ki, həmin danaları kəsib ətini sataraq pul qazansınlar. Ruhid onun təklifi ilə razılaşdıqdan sonra, onlar həmin 3 baş dananı tutub bir bir kəsmişlər. Sonra o, yoldan keçən dövlət nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə kəsdikləri danaların ətlərini Siyəzən rayonunun ərazisində yerləşən Beşbarmaq pirinin qarşısına aparıb ətin kilosunu 6-7 manata satmışlar. Səhəri gün əldə etdiyi puldan 260 manat və sata bilmədiyi ətin qalığından bir qədərini Ruhidə vermişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində o, Ruhidlə birlikdə yenidən özünə məxsus taxıl sahəsində olarkən, taxıl sahəsində bir neçə baş sahibsiz iri buynuzlu heyvanın otladığını görüb yenidən Ruhidə təklif etmişdir ki, həmin inəklərdən birini tutub kəsib satsınlar. Ruhid onunla razılaşmışdır. Bundan sonra, onlar köməkləşib sahədə otlayan inəklərdən birini tutub kəsmişlər. O, Ruhidə həmin inəyin ətindən 5 kiloqram ət verib, ətin qalan hissəsini yoldan keçən dövlət nömrə nişanını xatırlamadığı taksi avtomaşınına yükləyib Siyəzən rayonunun ərazisində olan Beşbarmaq pirinin qarşısına gedib ətin kilosunu tanımadığı şəxslərə 6-7 manata satmışdır. Səhərisi gün o, Ruhidlə görüşüb əldə etdiyi pulundan ona 200 manat pul vermişdir. Sonuncu dəfə 12 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində o, Ruhidlə işdən nahara qayıdarkən ona məxsus taxıl sahəsində bir neçə baş sahibsiz iri buynuzlu heyvanın otladığını görüb Ruhidə təklif etmişdir ki, heyvanlardan birini kəsib ətini satsınlar. Ruhid onunla razılaşdıqdan sonra, .onlar orada olan heyvanlardan birini tutub kəsmişlər. Sonra o, yoldan keçən dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla kəsdiyi heyvanın ətini Siyəzən rayonunun ərazisində olan Beşbarmaq pirinin qarşısına aparıb ətin kilosunu 6-7 manata tanımadığı müştərilərə satmışdır. Əldə etdiyi pudan 200 manatını səhərisi gün Ruhidə vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır. O, 27 iyun 2021-ci il tarixdə saat 19 radələrində işdən evə gələrkən Quba rayonunun Dəvədabanı yaşayış massivində Bəhramla rastlaşmışdır. Taxıl əkdiyi sahəyə tanımadıı şəxslərə məxsus iri buynuzlu heyvanların girib onun sahəsinə ziyan vurduğu üçün Bəhram ona təklif etmişdir ki, həmin heyvanlardan bir neçəsini tutub kəsərək ətini satıb pul qazansınlar. O, Bəhramın etdiyi təkliflə razılaşdıqdan sonra, onlar köməkləşib sahədə otlayan üç baş dananı tutub kəsmişlər. Sonra Bəhram kəsdikləri danaların ətini yoldan keçən dövlət nömrə nişanı xatırlamadığı taksi avtomobilinə yükləyib satmaq üçün Siyəzən rayonuna aparmışdır. Səhərisi gün Bəhram ona 260 manat pul və 5-6 kiloqram ət vermişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Bəhram onun mobil telefonuna zəng vurub Dəvədabanı yaşayış massvinə çağırmışdır. O, həmin yerə gedib Bəhramla görüşdükdən sonra, görmüşdür ki, Bəhrama məxsus taxıl sahəsində nəzarətsiz iri buynuzlu heyvalar otlayır. Bənram ona təklif etmişdir ki, əvvəlki qaydada həmin heyvanlardan birini kəsib ətini satsınlar. O, Bəhramın etdiyi təkliflə razılaşdıqdan sonra, onlar köməkləşib taxıl sahəsində otlayan bir baş inəyi tutub kəsmişlər. Heyvanın dərisini soyduqdan sonra, Bəhram inəyin ətindən ona 5 kiloqram ət verib ətin qalan hissəsini satmaq üçün dövlət nömrə nişanını xatırlamadığ taksi avtomobilii ilə Siyəzən rayonuna aparmışdır. Səhəri gün Bəhram ona 200 manat pul vermişdir. Sonuncu dəfə 12 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində o, Bəhramla birlikdə sonuncuya məxsusus Quba rayonunun Dəvədabanı yaşayış massivində olan taxıl sahəsində olarkən, taxıl sahəsində otlayan sahibsiz iri buynuzlu heyvanlardan birini tutub kəsdikdən sonra, Bəhram heyvanın ətini tanımadığı taksi avtomaşınına yükləyib satmaq üçün Siyəzən rayonuna aparmışdır. Səhəri gün Bəhram onunla görüşərək, təxminən 3-4 kiloqram ət və əldə etdiyi pulundan 200 manat ona vermişdir. Oğurladıqları bütün inəkləri kəsdikdən sonra həmin inəklərin hamısının ətini Bəhram özü satmışdır. İnəkləri oğurlayıb kəsərkən onlara başqa şəxslər kömək etməmiş və onları heç kəs görməmişdir. İnəkləri kəsib satdıdqdan sonra əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 4 baş inəyi olmuşdur. O, inəkləri hər gün səhər saatlarında küçəyə buraxmışdır. İnəklər axşama qədər küçədə otlayıb axşam həyətə qayıtmışlar. 27.06.2021-ci il tarixdə saat 07 radələrində o, yenə də özünə məxsus 4 baş inəyini həyətdən çıxarıb yaxınlıqdakı yaşıllıq sahəsinə otlamaq üçün aparmışdır. O, günortaya qədər inəkləri otarıb, nahar etmək üçün evinə getmişdir. Həmin gün axşam saatlarında küçədən heyvan səsini eşidib həyətə şıxıb görmüşdür ki, bir baş qara rəngli inəyi evin qapısına gəlmişdir. Lakin digər 3 baş inək gəlmədiyindən onları axtarmağa başlamışdır. İnəklərini tapmadığı bir neçə gündən sonra, Quba RPŞ-nə inəklərinin itməsi barədə ərizə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin inəkləri Quba şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb kəsərək heyvanların ətini satmışlar. Qğurlanmış heyvanlarının ikisinin çəkisi təxminən 110 kiloqram, birinin çəkisi 120 kiloqram olmaqla ümumilikdə ona 4000 manat ziyan vurulmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba şəhəri Dəvədabanı yaşayış massivində yaşayır. Həyətdə 4 baş iribuynuzlu heyvanı saxlayır. Bir baş dişi inəyi hər gün səhər saatlarında yaşadığı evin yaxınlığında yerləşən örüş sahəsinə aparıb otarır. İnək hər axşam örüşdən həyətə qayıdır. 12 sentyabr 2021 -ci il tarixdə səhər saatlarında o, həmişə olduğu kimi həmin bir baş inəyi örüş sahəsinə aparıb ötürmüşdür. Sonra o, evə qayıtmışdır. Həmin gün axşam inək həyətə qayıtmamışdır.13 sentyabr 2021-ci il tarixdə inəyini axtarmaq üçün örüş sahəsini, meşəni, əkinləri, Quba rayonu Amsar kəndininin ərazisini axtarmağa başlamışdır. Lakin inəyini tapa bilməmişdir. Ona görə də Quba RPŞ-nə gəlib inəyinin oğurlanması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki həmin inəyi Quba şəhər sakinləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb kəsib satmışlar. Ona məxsus olan inək 120 kiloqram olmaqla oğurluq nəticəsində ona 1250 manat ziyan vurulmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətindəki tövlədə beş baş iri buynuzlu heyvan saxlayır. O, hər gün səhər saatlarında inəkləri yaşadığı evin yaxınlığında olan örüş sahəsinə ötürüb evə qayıdır. İnəklər hər gün axşam saatlarında həyətinə qayıdır. 01.09.2021-ci il tarixdə saat 11 radələrində o, beş baş inəyini otlamaq üçün yaxınlıqda olan örüş sahəsinə ötürmüşdür. Həmin gün inəklərindən dördü axşam saatlarında həyətə gəlmişdir. Bir baş inək isə qayıtmamışdır. O, həmin inəyi tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng vurub inəyinin oğurlanması barədə məlumat vermişdir. Ona məxsus oğurlanmış inəyin təxminən 130 kq əti olmaqla qiyməti 1300 manata olmuşdur. Quba rayon polis şöbəsində aparılmış araşdırmadan sonra məlum olmuşdur ki, onun inəyini Quba şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb kəsmişlər. İfadəsinin sonunda X5 ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 9/7740 nömrəli rəyindən görünür ki, 27 iyun 2021-ci il tarixə Zərərçəkmiş şəxs1 məxsus-1 illik 110 kiloqram ağırlığında erkək dana 610 manat, 1 il iki aylıq 110 kiloqram ağırlığında dişi dana 550 manat, 1 il 6 aylıq 120 kiloqram ağırlığında dişi dana-600 manat. 01 sentyabr 2021-ci il tarixə Dürdanə Babayevaya məxsus-2 il 6 aylıq 130 kiloqram ağırlığında dişi dana -600 manat. 12 sentyabr 2021-ci il tarixə Zərərçəkmiş şəxs3 məxsus 120 kiloqram ağırlığında dişi inək-500 manat məbləğdə qiymətləri müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 25 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İinzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri M.B.Tahirov küçəsi 50 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 25 oktyabr 2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs2 Quba rayonunun Tüləkəran kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş zərəri tam ödədiklərindən onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş zərəri tam ödədiklərindən onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş zərəri tam ödədiklərindən onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmasrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 İsmayı oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 63 (altmış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 63 (altmış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba şəhəri, M.B.Tahirov küçəsi, ev 50-də yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Tüləkəran kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 İsmayı oğlu və Təqsirləndirilən şəxs2, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 İsmayı oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 63 (altmış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 63 (altmış üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar