Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-31/2025 04.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.4-cü maddələrinə əsasən 4300 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Xaçmaz şəhəri, X9 küçəsi, ev 75də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Quba rayonu Mirzəqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi evin həyətindəki mağazadan oğurluq etmək qərarına gəldikdən sonra 16 oktyabr 2024-cü il tarixdə, saat 05 radələrində mağazaya daxil olmaq üçün darvaza qapının üzərindən aşaraq həyətə keçib, mağazanın həyət tərəfdəki açıq vəziyyətdə qoyulmuş pəncərəsinin üzərindəki dəmir barmaqlığı dartıb üst tərəfini yerindən çıxarmaqla aşağı salıb açıq pəncərədən içəri saxlanc yeri hesab olunan mağazaya qanunsuz olaraq daxil olmuş, əvvəlcə mağazada vitrinin arxasındakı piştaxtanın üzərindən Azercell, Bakcell və Nar mobil operatorlarına aid 200 manat məbləğində olan danışıq kartlarını, sonra həmin kartların yanında olan qara rəngli pul qabının içərisindən kağız və dəmir pullardan ibarət 250 manat pulu, sonra həmin piştaxtanın arxası ilə üzbəüz yerləşən divardakı vitrində olan pul kisəsinin içərisindən 2 ədəd 100 manatlıqdan ibarət 200 manat pulu, daha sonra isə vitrindən və yerdə olan kağız qutudan 678,6 manat dəyərində müxtəlif markalı siqaretləri, yəni bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Rothmans göy” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Rothmans boz” markalı siqaret, bir qutusu 2,8 manat olmaqla 01 blok (10 qutu) 28 manat dəyərində “Class nazik uzun göy” markalı siqaret, bir qutusu 2,8 manat olmaqla 01 blok (10 qutu) 28 manat dəyərində “Want qara nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Keno göy kompakt” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Keno platinium nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 03 blok (30 qutu) 78 manat dəyərində “Maqna boz, qara ağ nazik” markalı siqaret, bir qutusu 4 manat olmaqla 01 blok (10 qutu) 40 manat dəyərində “Winston boz compact” markalı siqaret, bir qutusu 4 manat olmaqla 01 blok (10 qutu) 40 manat dəyərində “Winston boz nazik” markalı siqaret, bir qutusu 4,5 manat olmaqla 01 blok (10 qutu) 45 manat dəyərində “Sobranie ballı compact” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Prima sarı” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Prima göy” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Wincester compact boz” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 06 qutu 18,6 manat dəyərində “Wincester nazik” markalı siqaret, bir qutusu 3 manat olmaqla 02 blok (20 qutu) 60 manat dəyərində “LD compact boz” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Viceroy boz nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Viceroy göy nazik” markalı siqaret, bir qutusu 4,2 manat olmaqla 01 blok (10 qutu) 42 manat dəyərində “Kent 8 qalın” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Arqo qalın göy” markalı siqaret, bir qutusu 2,4 manat olmaqla 01 blok (10 qutu) 24 manat dəyərində “Bakı qalın ağ” markalı siqareti götürüb saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1328,6 manat (min üç yüz iyirmi səkkiz manat, altımış qəpik) məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, X9 küçəsi, ev 75-də arvadı və 2 azyaşlı uşağı ilə birlikdə yaşayır. Müxtəlif yerlərdə fəhlə işləməklə pul qazanıb ailəsini dolandırır. 2 ay əvvəldən başlayaraq heç bir yerdə iş tapa bilmədiyindən maddi imkanı çox zəifləmişdir. Buna görə də o, hər hansı yerdən oğurluq etmək qərarına gəlmişdir. Mütəmadi olaraq ana babasının yaşadığı Quba rayonu, Mirzəqışlaq kəndinə gedib-gəlmişdir. Həmin kəndə gedib-gəldiyi zaman orada olan mağazalardan biri diqqətini cəlb etmişdir. Həmin mağaza kəndin mərkəzindən keçən yolun kənarında yerləşmişdir. 15 oktyabr 2024-cü il tarixdə Quba rayonu, Mirzəqışlaq kədində yerləşən həmin mağazadan oğurluq etmək fikrinə düşmüşdür. Həmin mağazadan necə oğurluq edəcəyini planlaşdırdıqdan sonra, 16 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində Xaçmaz şəhərindən Quba rayonuna gedən tanımadığı avtomobillərdən biri ilə Quba-Xaçmaz rayonlarını bir-birindən ayıran su kanalının yanına gəlmişdir. Oradan piyada təxminən 4 kilometr gedərək Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən oğurluq etməyi planlaşdırdığı mağazanın qarşısına gəlmişdir. Mağaza qarşısı küçəyə tərəf, arxası isə fərdi yaşayış evinin həyətinə baxmaqla həyətin daxilində yerləşmişdir. Mağazanın küçəyə baxan qapısı seyf tipli, pəncərəsi isə dəmir barmaqlı olduğundan, eləcə də həmin yerdən oğurluq etsə, kimsənin onu görəcəyindən ehtiyat edərək mağazaya küçə tərəfdən deyil, həyətə daxil olaraq həyətə baxan pəncərə və qapıdan daxil olmaq qərarına gəlmişdir. Ətrafa nəzər salıb kiminsənin olmadığını müəyyən etdikdən sonra, 16 oktyabr 2024-cü il tarixdə, saat 05 mağazanın yerləşdiyi həyətin darvazasının üzərindən aşaraq həyətə daxil olmuşdur. Əvvəlcə mağazanın evin həyəti tərəfində yerləşən qapısına tərəf gəlmiş və buradakı plastik qapının bağlı olduğunu gördükdə qıfılını açmaq üçün əlindəki alışqandan istifadə etməklə qıfıla yaxın hissəni yandırmağa başlamışdır. Lakin həmin ikiqat plastik qapının bir qatı yanaraq dəlik açılsa da, ikinci qatı yandırıb əlini həmin yerdən salıb qapının kilidini içəridən aça bilməmişdir. Ona görə də mağazanın həyətə açılan pəncərəsinin üzərində olan dəmir barmaqlığı dartıb üst tərəfini yerindən çıxararaq aşağı salmışdır. Həmin pəncərə açıq vəziyyətdə olduğu üçün rahat şəkildə oradan içəri, yəni mağazaya daxil olmuşdur. Əvvəlcə vitrinin arxasındakı piştaxtanın üzərində olan Azercell, Bakcell və Nar mobil operatorlarına aid müxtəlif məbləğlərdə olan danışıq kartlarını, sonra həmin kartların yanında olan kağız pulları və qəpikləri götürmüşdür. Daha sonra həmin piştaxtanın arxası ilə üzbə-üz yerləşən divardakı vitrindəki qadın üçün olan pul kisəsinin içərisindəki 2 ədəd 100 manatlığı götürmüşdür. Sonda isə vitrində və yerdəki kağız qutuda olan müxtəlif markalı siqaret qutularını götürərək boş sellofan paketə doldurmuşdur. Mağazanın küçəyə baxan qapısının kilidini içəridən açaraq həmin qapıdan küçəyə çıxmışdır. Təxminən piyada iki-üç kilometr gedib kənddən çıxaraq Quba şəhəri istiqamətində gedən tanımadığı avtomobillərdən birini saxladaraq əyləşmişdir. Quba şəhərində Xaçmaz şəhərinə gedən taksilərdən birinə əyləşərək saat 07 radələrində Xaçmaz şəhərində yerləşən "Xəzər" otelinə gəlmişdir. Evə getməmişdir ki, oğurladığı əşyaları ailə üzvlərim görməsin. Həmin oteldə günü 25 manat olan otaq sifariş vermiş və iki günün pulunu əvvəlcədən ödəmişdir. Oteldə tutduğu otağa qalxdıqdan sonra pulları, siqaret qutularını və danışıq kartlarını yerbəyer etməyə başlamışdır. Oğurladığı kağız və qəpik pullar ümumilikdə 250 manat təşkil etmişdir. Oğurladığı danışıq kartları təxminən 60-70 manat dəyərində olmuşdur. Siqaret qutularını sayarkən 78 ədəd təşkil etmiş və həmin qutulardan birini özü istifadə etmək üçün götürmüş, qalan qutuları isə təcili satıb pula çevirmək qərarına gəlmişdir. Həmin gün, saat 09 radələrində su almaq üçün otelin zalına düşmüşdür. Burada oteli işlədən Samir adlı şəxsi görərək siqaretləri satmaq barədə təklif etmişdir. Samirə özünü firma işçisi kimi təqdim edərək bildirmişdir ki, guya siqaret alış-verişi ilə məşğul olur və mağazalara topdan satış qiymətlərinə siqaret paylamışdır. Həmçinin Samirə əlində satdığı mallardan artıq qalan siqetlər olduğunu və onları təcili pul lazım olduğundan dəyər-dəyməzinə satmaq istədiyini bildirmişdir. Samir əvvəlcə razılaşmamış və siqaretləri almaqdan imtina etmişdir. O, bildirmişdir ki, onu digər mağazalardan da soruşub maraqlana bilər. Bundan sonra Samir ona inanaraq siqaretləri almaq istədiyini bildirmişdir. O, 77 qutu siqareti sayaraq Samirə 140 manata satmışdır. Siqaretlərin isə konkret olaraq markaları yadında qalmayıb. Günorta saatlarına yaxın Quba RPŞ-nin əməkdaşları gələrək onu oteldə saxlamışlar. O, törətdiyi əməli səmimi etiraf edərək polis əməkdaşları ilə birlikdə Quba RPŞ-yə getmişdir. Oğurladığı pulları və danışıq kartlarını polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Samiri inandırdığı üçün həmin siqaretlərin oğurluq olduğunu sonuncu bilməmişdir.. Oğurlayaraq əldə etdiyi pullardan 50 manatını oteldə ikigünlük otaq tutmağa vermişdir. Təxminən 10 manat pulu isə yeməyə və içdiyi suya xərcləmişdir. Qalan pulları danışıq kartları ilə birlikdə polisə təqdim etmişdir. O, bundan başqa Quba rayonunda və respublikanın digər ərazilərində oğurluq və başqa bir cinayət etməmişdir. Etdiyi oğurluq barədə əvvəlcədən və ya sonradan heç kimin məlumatı olmamış, oğurluq etmək barədə qabaqcadan heç kimlə razılaşmamış, oğurluğu tək etmişdir. O, oğurladığı əşyaları və pulları olduğu kimi göstərmişdir. Zərərçəkmiş şəxsin oğurlanmış əmlaka aid göstərdiyi say və məbləğlər ilə razı deyil. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman oluduğunu bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Mirzəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 15 ilə yaxın müddətdir ki, yaşadığı evin həyətində yerləşən mağazanı işlədir. Mağazada müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları satılır. Mağaza bir otaqdan ibarət olmaqla iki giriş qapısı vardır. Qapıların biri küçədən, digəri isə həyətin içərisindəndir. Küçə tərəfdəki plastik qapının sol tərəfində bir ədəd plastik pəncərə var. Həyətdəki plastik qapının sol tərəfində də bir ədəd plastik pəncərə var. Pəncərələrin üzərlərində dəmir barmaqlıq var. Mağazada 4 ədəd özü tərəfindən qoyulmuş video müşahidə kamerası var. Kameraların biri mağazanın küçə tərəfdən olmaqla qarşında, ikisi həyət tərəfdən olmaqla arxasında, digər biri isə mağazasının içərisində qoyulmuşdur. Mağazanı hər gün saat 07 radələrində açır və saat 22 radələrində bağlayır. Mağazada satıcı kimi özü və ya oğlu Cəmil olur. 15 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində hər gün olduğu kimi mağazanın qapılarını açarla bağlayıb evə getmişdir. Növbəti gün, yəni 16 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində mağazanı açmağa gedərkən həyət tərəfdəki qapısının dəstəyinə yaxın hissənin yandırıldığını və həmçinin həyətə açılan pəncərənin üzərindəki dəmir barmaqlığın qırıldığını görmüşdür. Dərhal evdə olan oğlu Cəmili səsləyərək çağırmışdır. Onlar başa düşmüşlər ki, gecə vaxtı mağazadan oğurluq ediblər. . Dəmir barmaqlığın qırıldığı pəncərəni axşamdan özü açıq qoymuşdur ki, içəri hava işləsin. Oğurluq etməyə gələn şəxs əvvəlcə yandırıb qapıda dəlik açaraq həmin dəlik vasitəsilə qapının kilidini açıb mağazaya daxil olmaq istəmiş, lakin bu yolla içəri girə bilmədiyi üçün pəncərənin dəmir barmaqlığını qıraraq içəri daxil olmuşdur. Onlar mağazaya daxil olub baxarkən içəridə dağınıqlıq görmüşlər. Əvvəlcə siqaretlərin yerində olmadığını gözünə sataşmışdır. Sonra mağazada saxladığı qara rəngli pul qabının içərisindən 250 manat, digər sarı rəngli əl çantasında olan 200 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra isə vitrində olan mobil telefon danışıq kartlarının da oğurlandğını aşkar etmişdir. O, DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələndən sonra oğlu Cəmilin və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Mağazaya özü tərəfindən qoyulmuş video müşahidə kameraları tərəfindən qeydə alınan görüntüləri baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları görüntüdəki oğurluq edən şəxsin Xaçmaz şəhər sakini X3 olduğunu müəyyən etmişlər. Nazim Xaçmaz şəhər sakini olsa da, mağazadan oğurluq etməsinə təəcüblənməmişdir. Çünki Nazim onların kəndində yaşayan qohumlarıgilə gəlib-getdiyi üçün kəndlərini yaxşı tanıyır. Aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, hadisə zamanı ona məxsus mağazadan aşağıdakı əmlakı oğurlanmışdır. Bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Rothmans göy” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Rothmans boz” markalı siqaret, bir qutusu 2,8 manat olmaqla 01 blok (10 qutu) 28 manat dəyərində “Class nazik uzun göy” markalı siqaret,bir qutusu 2,8 manat olmaqla 01 blok (10 qutu) 28 manat dəyərində “Want qara nazik” markalı siqare, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Keno göy kompakt” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Keno platinium nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Maqna ağ nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Maqna qara nazik” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Maqna boz nazik” markalı siqaret,. bir qutusu 4 manat olmaqla 01 blok (10 qutu) 40 manat dəyərində “Winston boz compact” markalı siqaret, bir qutusu 4 manat olmaqla 01 blok (10 qutu) 40 manat dəyərində “Winston boz nazik” markalı siqaret, bir qutusu 4,5 manat olmaqla 01 blok (10 qutu) 45 manat dəyərində “Sobranie ballı compact” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Prima sarı” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Prima göy” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 01 blok (10 qutu) 31 manat dəyərində “Wincester compact boz” markalı siqaret, bir qutusu 3,1 manat olmaqla 06 qutu 18,6 manat dəyərində “Wincester nazik” markalı siqaret, bir qutusu 3 manat olmaqla 02 blok (20 qutu) 60 manat dəyərində “LD compact boz” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Viceroy boz nazik” markalı siqaret,bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Viceroy göy nazik” markalı siqaret, bir qutusu 4,2 manat olmaqla 01 blok (10 qutu) 42 manat dəyərində “Kent 8 qalın” markalı siqaret, bir qutusu 2,6 manat olmaqla 01 blok (10 qutu) 26 manat dəyərində “Arqo qalın göy” markalı siqaret, bir qutusu 2,4 manat olmaqla 01 blok (10 qutu) 24 manat dəyərində “Bakı qalın ağ” markalı siqaret, Azercell, Bakcell və Nar mobil operatorlarına aid 200 manat məbləğində olan danışıq kartları və 450 manat məbləğində nəğd pul Bununla da, ona məxsus ümumilikdə 678,6 manat dəyərində siqaret, 200 manatlıq mobil telefon danışıq kartı və 450 manat pul oğurlanaraq ona vurulan ziyanın məbləği 1328,6 manat təşkil etmişdir. Əvvəlki ifadəsində oğurlanmış siqaretlərin ümumi qiymətinin 698 manat təşkil etdiyini göstərərkən hadisə baş verən zaman orta bazar satış qiymətini deyil, mağazada satdığı faktiki qiymətləri nəzərdə tutmuşdur. Onların orta bazar satış qiyməti 678,6 manatdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq ifadəsində həmçinin göstərmişdir ki, mağaza rəsmi olaraq ona məxsusdur. Lakin qadın olduğundan istəməmişdir ki, hadisə yerinə baxış keçirilərkən şəkilə düşsün, ərizə və izahat yazmaq üçün polisə gedib-gəlsin. Ona görə də hadisə yerinə baxış keçirilərkən, ərizə və izahat verərkən oğlu Cəmil iştirak etmişdir. Sonradan müstəntiq tərəfindən mağazaya aid rəsmi sənəd tələb edilərkən mağaza onun adına olduğundan zərərçəkmiş şəxs kimi o, tanınmışdır. Nazim özünü müdafiə etmək və dəymiş ziyanı ödəməmək üçün yalan danışır. Belə ki, Nazim mağazadan 78 qutu deyil, 22 blok və 6 qutu olmaqla 226 qutu siqaret, 200 manat dəyərində mobil telefon danışıq kartı, 450 manat pul oğurlamışdır. Onun Nazimlə hər hansı düşmənçilik və ədavəti yoxdur. O, cinayət açılmamışdan, yəni oğurluğun Nazim tərəfindən törədilməsi müəyyən edilməmişdən əvvəl oğurlanmış bütün əmlakını olduğu kimi göstərmişdir. Yəni oğurluğun Nazim tərəfindən törədilməsini biləndən sonra nəyisə əlavə edərək artıq şəkildə göstəməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənilmədiyini bildirərək, onun barəsində qanunvericilik ilə müəyyən edilmiş qaydada ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Həmid Sultanov küçəsi, ev 19-da ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir və himayəsində 2 azyaşlı övladı vardır. Xaçmaz şəhərində yerləşən atasının işlətdiyi “Xəzər” otelinə nəzarət edir. Həmin otel, hostel kimi fəaliyyət göstərir. X1 əvvəlcədən tanımamışdır. Onunla 16 oktyabr 2024-cü il tarixdə tanış olmuşdur. Belə ki, Nazim 16 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində otelə gələrək oteldən iki günlükr otaq tutmuşdur. Həmin gün, səhər saat 08 radələrində o, işə gəlmiş və saat 09 radələrində Nazimlə otelin zalında, qeydiyyatdan keçmə yerində qarşılaşmışlar. Bir qədər sonra, Nazim ona yaxınlaşaraq özünü firma işçisi kimi təqdim edərək siqaret alveri etdiyini və adının Nazim olduğunu bildirmişdir. Nazim həmçinin ona bildirmişdir ki, onda, topdan satış qiymətinə müxtəlif çeşidli siqaretlər vardır. Bundan sonra Nazim qaldığı otağa qalxaraq siqaretləri götürüb onun yanına gətirmişdir. Nazim həmçinin ona bildirmişdir ki, siqaretləri ona çox ucuz qiymətə satacaqdır. O, həmin siqaretləri almağa razılaşmışdır. Siqaretləri sayıb baxdıqda 77 ədəd müxtəlif markalı siqaretlər olduğunu görmüşdür. Nazim bunların hamısının müqabilində ondan 140 manat pul istəmiş və o, Nazimə həmin pulu ödəmişdir. Lakin həmin siqaretlərin oğurluq olub-olmamasından şübhələnməmişdir. Həmin gün otelə polis əməkdaşları yaxınlaşmış və oteldə bir nəfər oğurluq etmiş şəxsin qaldığını demişlər. Onlar həmin şəxsin Nazim olduğunu bildirmişlər. Bundun sonra isə onu da polisə dəvət etmişlər. Şahid1 ona verilmiş suallara cavab olaraq ifadəsində həmçinin göstərmişdir ki, o, Nazimdən yalnız 77 qutu müxtəlif markalı siqaret almış, Nazim ona başqa heç bir əşya satmamışdır. Həmin siqretləri də könüllü olaraq polisə qaytarmışdır. Nazim özünü şirkət satıcısı kimi təqdim etdiyindən həmin malları oğurladığını düşünməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2024-cü il tarixdə Quba rayonu, Mirzəqışlaq kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in "102" zəng mərkəzinə müraciət edərək, yaşadığı kənddə yerləşən mağazasına naməlum şəxs və ya şəxslərin pəncərənin dəmir barmaqlığını qırma yolu ilə daxil olaraq oğurluq edilməsi barədə etdiyi müraciətlə bağlı işlədiyi Quba RPŞ-nin Cinayətaxtarış bölməsinin əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və Təqsirləndirilən şəxs Xaçmaz şəhərinə getməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz şəhərində konkret olduğu yerin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilərək onun Xaçmaz şəhərində yerləşən "Xəzər" otelində qaldığı müəyyən olunmuşdur. O, işlədiyi bölmənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 16 oktyabr 2024-cü il tarixdə, günorta saatlarından sonra Xaçmaz şəhərinə gedərək Təqsirləndirilən şəxs qaldığı həmin oteldə saxlamışlar. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs hansı səbəbdən saxlandığını izah etdikdə, Təqsirləndirilən şəxs oğurluq etdiyini səmimi şəkildə etiraf etdərək, oğurladığı müxtəlif markalı 77 ədəd siqaret qutularını qaldığı "Xəzər" otelini işlədən və əvvəllər tanımadığı Samir adlı şəxsə 140 manata satdığını, müxtəlif operatorlara aid danışıq kartlarını və oğurladığı pulları oteldəki qaldığı otaqda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Quba RPŞ-nə getməli olduğu izah olunarkən sonuncu oğurladığı pulları və danışıq kartlarını oteldə qaldığı otaqdan götürüb onlarla birlikdə Quba rayon polis şöbəsinə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş üzrə təyin edilərək keçirilmiş və nəhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış əmlakın 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “Rothmans göy" markalı siqaret -3,1 manat, 01 ədəd “Rothmans boz” markalı siqaret - 3,1 manat, 01 ədəd “Class nazik uzun göy” markalı siqaret - 2,8 manat, 01 ədəd “Want qara nazik” markalı siqaret - 2,8 manat, 01 ədəd “Keno göy kompakt” markalı siqaret - 2,6 manat, 01 ədəd “Keno platinium nazik” markalı siqaret - 2,6 manat, 03 ədəd “Maqna boz, qara ağ nazik” markalı siqaret - 7,8 manat, 01 ədəd “Winston boz compact” markalı siqaret - 4 manat, 01 ədəd “Winston boz nazik” markalı siqaret-4 manat, 01 ədəd “Sobranie ballı compact” markalı siqaret-4,5 manat, 01 ədəd “Prima sarı” markalı siqaret - 2,6 manat 01 ədəd “Prima göy” markalı siqaret - 2,6 manat, 01 ədəd “Wincester compact boz” markalı siqaret - 3.1 manat, 06 ədəd “Wincester nazik” markalı siqaret - 18,6 manat , 02 ədəd “LD compact boz” markalı siqaret-6 manat, 01 ədəd “Viceroy boz nazik” markalı siqaret - 2,6 manat, 01 ədəd “Viceroy göy nazik” markalı siqaret - 2,6 manat, 01 ədəd “Kent 8 qalın” markalı siqaret - 4,2 manat, 01 ədəd “Arqo qalın göy” markalı siqaret - 2,6 manat və 01 ədəd “Bakı qalın ağ” markalı siqaret - 2,4 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1 və 69.4-cü maddələrinə əsasən qəti olaraq 4300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə təyin edilmiş 4300 manat məbləğində cərimə cəzasının 4065 manat hissəsini ödəmiş və üzərində 235 manat məbləğində ödənilməmiş cəriməsi qalmışdır. İş materialında olan Xaçmaz Rayon İcra hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, X9 küçəsi ev 75-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin əvvəllər iki dəfə eyni xarakterli, yəni tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə saxlanc yerinə daxil olmaqla oğurluq cinayətləri törədərək iki halda cərimə cəzasına məhkum olunduğunu, təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan nəticə çıxarmadığını, hazırda da barəsində Xaçmaz rayon X7 Bölməsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair icraat aparıldığını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4300 manat məbləğində cərimə cəzasının 4065 manat hissəsini ödəmiş, 235 manat hissəsini isə ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci madəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü təyin edilmiş və ödənilməmiş qalan 235 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seşilmiş və seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 306 manat 65 qəpik (üç yüz altı manat, altımış beş qəpik) məbləğində pul və 43 (qırx üç) manat məbləğində mobil telefon danışıq kartları və 77 (yetmiş yeddi) qutu siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 (on) iş saatına görə 60 (altımış) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4300 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 235 manat hissəsi ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 235 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 235 manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs, 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan 306 manat 65 qəpik (üç yüz altı manat, altımış beş qəpik) məbləğində pul və 43 (qırx üç) manat məbləğində mobil telefon danışıq kartları və 77 (yetmiş yeddi) qutu siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-31/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-31/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver