Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-32/2021 14.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4, Zərəçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri A.Hüseynzadə küçəsi ilə M.Ə.Rəsulzadə küçəsi istiqamətindən hərəkət etməklə həmin küçənin Fətəlixan küçəsi ilə yol ayrıcına çatdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək “2.5-Dayanmadan keçmək qadağandır” yol nişanının təsir sahəsində olmasına baxmayaraq dayanmadan saatda 10 kilometr sürətlə yol ayrıcına daxil olub ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin vaxt Fətəlixan küçəsi ilə Qəçrəş yolu istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olmaqla yolayrıcına daxil olan Şahid idarə etdiyi “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq toqquşmuş, toqquşmadan sonra idarəetməni itirən “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin yolayrıcını keçdikdən sonra Fətəlixan küçəsində yolun sağ kənarında yerləşən səkiyə çıxıb oradakı piyada-zərərçəkmiş şəxs X7 vurması nəticəsində sonuncunun sağlamlığına alnında solda qançır və ənsə nahiyəsində sağda hematoma, döş qəfəsinin ön səthində və qarnın ön divarında, sağ yuxarı ətrafda və belində sağda sıyrıqlar, belində sağda əzilmiş-cırılmış yara, sağ baldırın aşağı 1/3-nin arxa səthində qançır və həmin nahiyədə hər iki baldır sümüyünün qapalı sınığı, sağ baldırında sıyrıqlar, sağ çiynində qançır, sağ dizində əzilmiş-cırılmış yara, sağ baldırın ön səthində səthi əzilmişdidilmiş yara, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızına ocaqları, döş boşluğunda 1300 ml-ə yaxın sərbsət qan, sol və sağ ağ ciyərin yuxarı payının toxumasının cırılıb-dağılması, qabırğaların hər iki tərəfdən çoxlu qapalı sınığı, sol körpücük və döş sümüyünün sınıqları, çanaq sümüklərinin, sol bazu və sağ baldır sümükülərinin aşağı 1/3-dən qapalı sınıqları kimi ağır dərəcəli zərər vurmaqla ölməsinə, “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobilin sərnişini-Zərərçəkmiş şəxs3 sağlamlığına sağ əlin V barmağının arxa səthində sıyrılmış yara kimi dərəcəsi təyin olunmayan, “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin sərnişini- Zərərçəkmiş şəxs2 sağlamlığına sol körpücük sümüyünün orta 1/3nin sınığı kimi az ağır dərəcəli zərər, həmçinin “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə 3863(üç min səkkiz yüz altımış üç) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X14 məxsus “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobili xx xxxxxxxx 2020ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. Aralarında olan şifahi razılaşmaya əsəsən o, həmin avtomobili xx xxxxxxxx 2020-ci il tarixdə Samir əsədovdan 14000 manata almışdır. xx xxxxxxx 2020-ci il tarix saat 11 radələrində tanışı Zərərçəkmiş şəxs3 onun idarə etdiyi avtomaşında olarkən Quba şəhəri A.Hüseynzadə küçəsi ilə Fətəli xan küçəsi istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətində olan “Stop” nişanını görüb sürəti təxminən 10 km/saat həddinə endirərək həmin sürətlə hərəkətdə olduğu küçə ilə Fətəli xan küçəsinin kəsişməsindəki yolayrıcına daxil olub Qəçrəş kəndi istiqamətinə, yəni yolayrıcından sola tərəf dönmək istəyəndə Fətəli xan küçəsindən ağ rəngli avtomobilin gəlməsini görüb yolayrıcını keçə biləcəyini fikirləşərək avtomaşını idarə etməkdə davam etdikdə X9 idarə etdiyi “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra ** JM *** qeydiyyat nişanlı avtomobil Fətəli xan küçəsində yerləşən qaz borularına sonra isə zibil qutusuna dəymiş və zibil qutusunun yanında olan, sonradan adının X10 olduğunu bildiyi şəxsi vurub sonuncunun idarə etdiyi avtomobilin altına salmışdır. Hadisədən sonra, hadisə yerinə toplaşmış şahidlərin köməkliyi ilə həmin qadını “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobil avtomobilin altından çıxarmışlar. Sonra TTY avtomobili gələrək Xanım Fərhadovanı xəstəxanaya aparmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 və ** JM *** qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, mərhum X10 onun doğma anasıdır. X4 və X1 Quba rayonu Mənzil Kommunal İstismar idarəsində süpürgəçi işləmişlər. xx xxxxxxx 2020-ci il saat 08:00-da anası adəti üzrə işlədiyi idarəyə getmişdir. Həmin gün saat 11:30 radələrində tanımadığı bir nəfər şəxs onun mobil telefon nömrəsinə zəng edərək anasının yol-nəqliyyat hadisəsi zamanı yaralandığını və onun Quba müalicə diaqnostika mərkəzində olduğunu demişdir. Dərhal Quba MDM-ə getmişdir. Həmin gün saat 12:30 radələrində anası həmin xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin gün saat 11 radələrində Quba şəhəri Fətəli xan küçəsi ilə A.Hüseynzadə küçələrinin kəsişməsində X3 idarə etdiyi “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobil Şahid idarə etdiyi “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşmadan sonra ** JM *** qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək Fətəli Xan küçəsindəki səkinin üzərinə çıxaraq həmin vaxt səkidə olan anasını vurmuşdur. İfadəsinin sonunda X11 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təxminən 4 ildir ki, “xxxx QSC”-də satış təmsilçisi işləyir. Şahid isə satış təmsilçisinin köməkçisi vəzifəsində işləyir. Onlar birlikdə şirkətə məxsus dəftərxana ləvazimatlarının satışı ilə məşğul olmuşlar. xx xxxxxxx 2020-ci il tarix saat 11 radələrində. “xxxx QSC”-nə məxsus ** JM *** qeydiyyat nişanlı avtomobili Şahid idarə etmiş o, isə onun yanında əyləşmişdir. Quba-Qəçrəş yolunda yerləşən mağazaya dəftərxana ləvazimatları vermək üçün Quba şəhəri Fətəli xan küçəsi ilə üzü Ə.Orucov küçəsi istiqamətində hərəkətdə olarkən A.Flüseynzadə küçəsi ilə kəsişməyə çataraq yolayrıcına daxil olmuşlar. Eyni anda M.Ə.Rəsulzadə küçəsi istiqamətində, Şahid hərəkət istiqamətinə nəzərən soldan sağa doğru hərəkətdə olan sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşmuşlar. Toqquşmadan sonra, onların olduğu ** JM *** qeydiyyat nişanlı avtomobil Fətəli xan küçəsində yolun sağında yerləşən qaz borularına sonra isə zibil qutusuna dəyib dayanmışdır. Avtomobildən düşdükdən sonra yuxarı ətraflarında ağrıların olduğunu bilmişdir. Bu zaman ətrafda olan tanımadığı şəxslər onların olduğu ** JM *** qeydiyyat nişanlı avtomobilin altında qadın olduğunu bildirmişlər. Dərhal avtomobilin altında qalan tanımadığı yaşlı qadını avtomaşının altından çıxardaraq onu təcili tibbi yardım maşınında xəstəxanaya göndərmişlər. Hadisə nəticəsində körpücük sümüyü sınmışdır. ** NX *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun sərnişini Zərərçəkmiş şəxs3 da müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir ki tanıyır. Onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobillə meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Hadisə baş verən gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Təqsirləndirilən şəxsla Quba-Qəçreş yolu istiqamətində görüşərək sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək Qəçrəş kəndi istiqamətinə getmək istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən hərəkət istiqamətində olan “Stop” nişanını görüb sürəti aşağı həddə qədər endirmişdir. Təxminən 10 km/saat sürətlə hərəkətdə olduğu küçə ilə Fətəli xan küçəsinin kəsişməsindəki yolayrıcına daxil olub Qəçreş kəndi istiqamətinə dönmək istəyərkən Fətəli xan küçəsindən gələn sonradan X17 olduğunu bildiyi şəxsin idarə etdiyi “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobill Təqsirləndirilən şəxs idarə etdiyi ** NX *** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşmadan sonra ** JM *** qeydiyyat nişanlı avtomobil Fətəli xan küçəsində yerləşən qaz borularına sonra isə zibil qutusuna dəymiş, zibil qutusunun yanında olan sonradan X10 olduğunu bildiyi şəxsi vurub idarə etdiyi avtomobilin altına salmışdır. Hadisə zamanı onun başı avtomobilin qabaq sağ qapısının şüşəsinə dəymiş və sağ əlinin barmağı kəsilmişdir. Sonra hadisə yerində olan şəxslərin köməkliyi ilə Xanım Fərhadovanı avtomobilin altından çıxardaraq təcili yardım maşınında onu xəstəxanaya göndərmişlər. Baş vermiş yol nəqliyyat hadisə nəticəsində ** JM *** qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 və sürücü Famil İsrafılov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş hüququ şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobi llə işlədiyi cəmiyyətə məxsus olan və şirkətin işçisi Şahid tərəfindən yol vərəqəsi əsasında idarə olunan “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində toqquşmaları nəticəsində “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində işlədiyi cəmiyyətə 3863 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, təxminən 4 ildir ki, “xxxx QSC”-də satış təmsilçisinin köməkçisi vəzifəsində işləyir. Yol vərəqəsi əsasında həmin şirkətə məxsus “X21 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobili təxminən 1 ildən artıq müddətdə idarə edir. Onun vəzifəsi idarə etdiyi avtomobillə şirkətə məxsus dəftərxana ləvazimatlarını mağazalara çatdırmaqdan ibarət olmuşdur. Hadisə baş verən gün yəni, xx xxxxxxx 2020-ci il saat 11 radələrində Quba-Qəçrəş yolunda yerləşən mağazaya ləvazimat vermək üçün idarə etdiyi avtomobillə Quba şəhəri Fətəli xan küçəsi ilə hərəkət etmişdir. Yanında şirkətin satış təmsilçisi Zərərçəkmiş şəxs2 əyləşmişdir. 50-60 km/saat sürətlə idarə etdiyi avtomobillə Quba şəhəri Fətəli xan küçəsi ilə üzü Ə.Orucov küçəsi istiqamətində hərəkətdə olarkən A.Hüseynzadə küçəsi ilə kəsişməyə çataraq yolayrıcına daxil olmuşdur. Həmin vaxt onunla eyni anda M.Ə.Rəsulzadə küçəsi istiqamətində, onun hərəkət istiqamətinə nəzərən soldan sağa doğru hərəkətdə olan sonradan X5 olduğunu bildiyi şəxsin idarə etdiyi “Ford transit yük” markalı ** NX *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobilin qabaq sol tərəfi Famil İsrafılovun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə dəymişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobil Fətəli xan küçəsindəki yolun sağ kənarında yerləşən qaz borularına sonra isə zibil qutusuna dəyib dayanmışdır. Avtomobildən düşən zaman ətrafda olan tanımadığı şəxslər onun idarə etdiyi avtomobilin altında qadın olduğunu dedikdən sonra dərhal avtomobilin altına əyilmişdir. Zərərçəkmiş şəxs2la birlikdə sonradan X10 olduğunu bildiyi şəxsi avtomobilin ön təkərlərinin yanından çölə çıxarmışlar. Sonra TTY avtomobili gələrək Xanım Fərhadovanı xəstəxanaya aparmışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Ancaq onun avtomobilində əyləşən sərnişin Zərərçəkmiş şəxs2, ** NX *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Famil İsrafılov və onun sərnişini Zərərçəkmiş şəxs3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilin əzilməsi nətisəsində işlədiyi cəmiyyətə ziyan aktına əsasən 3863 manat məbləğində maddi ziyan dəymişdir. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/2066 nömrəli rəyindən görünür ki, 1. Ford transit markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. 2. Hərəkət üçün təhlükə yaranan anda X21 markalı 99 .İM 567 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 36- 47,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində aşkar olunan xəsarətlər- alnında solda qançır və ənsə nahiyəsində sağda hematoma, döş qəfəsinin ön səthində və qarnın ön divarında, sağ yuxarı ətrafda və belində sağda sıyrıqlar, belində sağda əzilmiş-cırılmış yara, sağ baldırın aşağı 1/3-nin arxa səthində qançır və həmin nahiyədə hər iki baldır sümüyünün qapalı sınığı, sağ baldırında sıyrıqlar, sağ çiynində qançır, sağ dizində əzilmiş-cırılmış yara, sağ baldırın ön səthində səthi əzilmiş-didilmiş yara, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızına ocaqları, döş boşluğunda 1300 ml-ə yaxın sərbsət qan, sol və sağ ağ ciyərin yuxarı payının toxumasının cırılıb-dağılması, qabırğaların hər iki tərəfdən çoxlu qapalı sınığı, sol körpücük və döş sümüyünün sınıqları, çanaq sümüklərinin, sol bazu və sağ baldır sümükülərinin aşağı 1/3-dən qapalı sınıqları həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə yetirilən anda həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurmaya aiddir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1112 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər- sağ bazu saidin arxa səthində çoxsaylı xırda sıyrıq küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1113 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarət- sağ əlin V barmağının arxa səthində sıyrılmış yara küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi ləyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1114 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarət- sol körpücük sümüyünün orta 1/3-dən sınığı küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə nazirliyi Məhkəmə tibbi ekspertizası və PA ET və TB-nin Quba rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 1111 nömrəli rəyindən görünür ki, Şahid bədəni üzərində obyektiv olaraq hər hansı xəarət və onun izi aşkar olunmamışdır. İş materialında olan Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli, 513 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına AE606571 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarına olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla Quba şəhəri H.Əliyev prospekti 227 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materialında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materialında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materialında olan zərərçəkmiş hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini və dəymiş zərəri ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-32/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-32/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver