Məhkəmə qərarları › İş №1(027)-32/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-32/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-32/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçilər Müdafiəçi1, X8 iştirakları ilə xx.xx.1977-ci ildə Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil, Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.1966-cı ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 14.09.2021-ci il tarixdə təxminən saat 14 radələrində Quba rayonu Zərdabi qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd kibrit qutusunda ümumilikdə 16,75 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək, daşımaqla Quba rayonu Birinci Nügədi kəndində yaşadığı evinə gətirərək orada saxlamış, 14 sentyabr 2021-ci il tarixdə saat 21:20 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayonu Birinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin giriş qapısının qarşısında olan pilləkənin altındakı spot lampanın yerləşdiyi yerin arxasından 4 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda çəkisi 3,872 qram, 4,419 qram, 3,941 qram və 4,116 qram olmaqla ümumi çəkisi 16,348 qram narkotik vasitə qurudulmuş marixuana, həmin evin yataq otağında olan paltar şkafının üzərindən 2 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,174 qram və 0,228 qram olmaqla, ümumi təmiz çəkisi 0,402 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumilikdə 21,89 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşıyıb Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evində saxlamış, 14.09.2021-ci il tarixdə saat 14 radələrində Quba rayonu Zərdabi qəsəbəsində evinin yaxınlığında həmin narkotik vasitədən 16,75 qramını 350 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, həmin gün saat 23 radələrində Quba RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evinə baxış keçirilən zaman qonaq otağında stulun üzərində olan özünə məxsus gödəkcənin sol iç qoltuq cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,14 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 14.09.2021-ci il tarixdə Quba rayonu Zərdabi qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 zəng edərək şəxsi istifadəsi üçün qurudulmuş marixuana almaq istəmiş, Təqsirləndirilən şəxs2 da hazırda özündə marixuana olmasını və 1 ədəd kibrit qutusu ölçüsündə qurudulmuş marixuananı 70 manata satdığını demişdir. O da qərara gəlmişdir ki, 5 qutu qurudulmuş marixuana alıb evdə saxlayıb bir neçə müddət istifadə edər. Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşmış və Təqsirləndirilən şəxs2 5 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 350 manata almağa razılıq vermiş, evdən çıxıb Quba rayonu Zərdabi qəsəbəsinə Təqsirləndirilən şəxs2 evinin yaxınlığına gəlmişdir. Təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə yaşadığı evin yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs2 ona 5 ədəd kibrit qutusunda qurudulmuş marixuananı vermiş, o da əvəzində Təqsirləndirilən şəxs2 350 manat pul vermişdir. Marixuananı aldıqdan sonra yaşadığı evə qayıtmışdır. 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanadan siqaretin içərisinə doldurub istifadə etmiş və həmin kibrit qutusunda qalan qurudulmuş marixuananı özü 2 ədəd ağ rəngli kağıza büküb yaşadığı evdə yataq otağında paltar şkafının üzərinə qoymuşdur. Qalan 4 ədəd qutunu isə evin giriş qapısının yanındakı pilləkənin altındakı spotun içərisində gizlətmişdir. Təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş və darvazanı açıb küçəyə çıxmışdır. Polis əməkdaşları özlərini təqdim edərək onun üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ondan yaşadığı ünvana baxış keçirmək üçün icazə istəmişlər. O da baxış keçirilməsinə etiraz etməmiş və evinə baxış keçirilən zaman hər hansı narkotik vasitə saxlamağı haqqında soruşulduqda, o da pilləkənin altında işıq spotunnun arxasındakı yerdə saxladığı bir ədəd sellofan torbada olan 4 ədəd qutuda qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polis əməkdaşı ona şübhəli şəxs qismində saxlanılmağının əsaslarını izah edərək, müdafiəçisi Anar müəllimi ona təqdim etmişlər. Vəkilin Müdafiəçi1 olmasına və hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə yataq otağında saxladığı 2 ədəd kağız bükülüdə olan qurudulmuş marixuanada polis əməkdaşları tərəfindən götürülüb baxış keçirilmiş, həmçinin üzərində şəxsi axtarış aparılmışdır. Ondan narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyi soruşulduqda, səmimi etiraf edərək həmin narkotik vasitələri Zərdabi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 14.09.2021-ci il tarixdə 350 manat pula şəxsi istifadəsi üçün aldığını demişdir. Aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılmış və müdafiəçisi ilə birlikdə imzalamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı Quba rayonu Zərdabi qəsəbəsindən keçən Qudyalçayın kənarındakı zibilxananın ərazisində 2 ədəd marixuana kolu görüb həmin kolları dərib özü ilə yaşadığı evə aparmışdır. Kolun yarpaqlarını qırıb qurutmuşdur. Həmin yarpaqlarıdan ümumilikdə 10 ədəd kibrit qutusu yığmış, həmçinin kollardan əldə etdiyi toxumları da saxlamışdır. Həmin qutulardan 4 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı özü istifadə etmişdir. 14.09.2021-ci il tarixdə Quba rayonu Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs1 ona zəng edərək istifadə etməyi üçün qurudulmuş marixuana axtardığını bildirmişdir. O da özündə olan 5 ədəd kibrit qutusunda olan marixuananı hər bir qutusunu 70 manata olmaqla sata biləcəyini demişdir. İlqar da razılaşmış və həmin gün təxminən saat 14 radələrində Quba rayonu Zərdabi qəsəbəsində yaşadığı evin yaxınlığında İlqarla görüşmüş və özündə qalan 6 ədəd kibrit qutusundan 5 ədəd kibrit qutusunda olan marixuananı İlqara 350 manata satmışdır. Qalan 1 ədəd kibrit qutusunda olan marixuananı isə əynində olan gödəkcənin sol iç qoltuq cibində saxlamışdır. 14.09.2021-ci il tarixdə saat 23 radələrində Zərdabi qəsəbəsində yaşadığı evdə olan zaman qapı döyülmüş və qapını açdıqda polis əməkdaşları özlərini ona təqdim edərək narkotik vasitələrin satışında və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ondan yaşadığı evə baxış keçirilməsinə icazə verməyini soruşduqda, etiraz etməmişdir. Ona vəkili təqdim təqdim edoldikdən sonra üzərində şəxsi axtarış aparılmış və hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra, ondan yaşadığı ünvanda narkotik vasitə saxlamağı barədə soruşulduqda, stolun üzərində olan gödəkcənin sol qoltuq cibindən 1 ədəd kibrit [utusunda olan qurudulmuş marixuananı və güldanın içərisində kağız bükümdə saxladığı toxumları polis əməkdaşlarına təqdim etmişdir. Yaşadığı evdə aşkar olunmuş narkotik vasitələri haradan və necə əldə etməyi, həmin narkotik vasitələrdən kiməsə satmağı haqqında polis əməkdaşları soruşan zaman narkotik vasitə olan marixuananı və toxumlarım zibilliyin yanından tapdığım, 14.09.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 05 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 350 manata satdığını etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu Birinci Nügədi kənd sakini “İlqar” adlı şəxsin narkotik vasitə üzərində gəzdirməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbov və Şahid3, İTB-nin polis sahə nəfəri Şahid2 və KTQ-nun baş inspektor- kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Quba rayonu Birinci Nügədi kəndinə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gəlmişlər və Təqsirləndirilən şəxs1 çağırıb evinə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşmuşlar. İlqar heç bir etiraz etməmiş, İlqara saxlanılmasının səbəblərini izah edərək müdafiəçisi Müdafiəçi1 ona təqdim etmişlər. İlqarın evinə baxış keçirilən zaman hər hansı narkotik vasitə saxlamağı haqqında soruşulduqda, İlqar da pilləkənin altında işıq spotunun arxasında saxladığı bir ədəd sellofan torbada olan 4 ədəd qutuda qurudulmuş marixuanam çıxarıb təqdim etmişdir. Bundan başqa İlqar Məmədli yataq otağında saxladığı 2 ədəd kağız bükülüdə olan qurudulmuş marixuananıda təqdim etmişdir. İlqarın yaşadığı evdən aşkar olunmuş 2 ədəd kağız bükülüdə olan maddə və həmçinin 4 ədəd kibrit qutusu elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda, səmimi etiraf edərək həmin narkotik vasitəni 14.09.2021-ci il tarixdə Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs2 350 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3, X9 və X1 Samir Ramiz oğlunun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə Quba rayon, Zərdabi kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satması barədə Quba rayon polis şöbəsinə daxil olmuş məlumatın yoxlanılması Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyov, CAB-nin əməliyyat müvəkkili Nihat Həsənli, Quba RPŞ-nin PPXB-nin taqım komandiri Şahid5 və ƏRQ-nun kiçik inspektoru polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Quba rayon, Zərdabi qəsəbəsində yaşadığı evdə saxlanılaraq narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamada və satmada şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 ona təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 evində özünə məxsus göy rəngli gödəkçənin sol iç qoltuq cibində saxladığı 1 ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusuna baxış zamanı qutunun içərisində yaşıl rəngli ota bənzər kütlənin olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütləni 2021-ci ilin avqust ayının əvvəllərində piyada böyürtkən yığmaq üçün gedən zaman böyürtkən kollarının yanındakı zibillik ərazidə 2 ədəd çətənə kolunun olduğunu görüb, kökündən qoparıb yarpaqlarını sellofan torbaya yığaraq evə gətirdiyini və həmin yarpaqları qurudub istifadə üçün kibrit qutularında saxladığını bildirmişdir. Həmin kibrit qutularındaki marixuanadan ağrılarını azaltmaq üçün 20-25 gün ərzində siqaretə doldurub çəkdiyini, qalan 6 qutunu da evdə saxlamışdır. 14 sentyabr 2021-ci il tarixdə Quba rayonu Birinci Nügədi kənd sakini İlqar adlı şəxsin ona zəng edərək onunla görüşməsi və İlqara 5 qutu marixuananı hər qutunu 70 manat olmaqla cəmi 350 manata satdığını bildirmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs2 yığıb saxladığı çətənə tumlarını da çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd kibrit qutusu və çətənə tumları elektron tərəziyə qoyularaq çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının 15.09.2021-ci il tarixli 7/936 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən ...” yazı və mizalar olan zərfdə 4 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,872 qram, 4,419 qram, 3,941 qram və 4,116 qram olmaqla ümumi çəkisi 16,348 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) ; bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır, Üzərində“Vət.Təqsirləndirilən şəxs1 yaşadığı evdən ...2 ədəd ...” yazı və imzalar olan zərfdə 2 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,174 qram və 0,228 qram olmaqla, ümumi çəkisi 0,402 qram birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirilər. Qeyd: Marixuananın ümumi çəkisi 16,750 qram, cəmi tədqiqata sərf edildi -0,18 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq-16,570 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının 15.09.2021-ci il tarixli 7/935 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs2 evindən götürülmüş təmiz çəkisi 3,291 qram olan toxumlar yararlı olub, çətənə (kannabis) bitkisinə aiddir. Toxumların tərkibində narkotik komponenet yoxdur və onlar narkotik vasitələrə aid deyil. Vət.Təqsirləndirilən şəxs2 evindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,14 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindn kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,14 qram, istifadə olundu 0,02 qram, qalıq 5,12 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 05.10.2021-ci il tarixli 3770 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006- cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 05.10.2021-ci il tarixli 3771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 üzərinə və yaşadığı Quba rayonunun Birinci Nügədi kəndində yerləşən evinə baxışın keçirilməsini özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, evin giriş qapısının qarşısında olan pilləkənin altındakı spot lampanın yerləşdiyi yerin arxasından 4 ədəd kibrit qutusunda, evin yataq otağında olan paltar şkafının üzərindən 2 ədəd kağız bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı Quba rayonu Zərdabi qəsəbəsində yerləşən evinə baxış keçirilməsin özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, evin qonaq otağında stulun üzərində olan Təqsirləndirilən şəxs2 məxsus gödəkcənin sol iç qoltuq cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər və onların təqsiri özlərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuş və onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfmə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan 13.12.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərarından görünür ki, Quba rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materialında olan Quba RİHB-nm Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayaı və onun 1988-ci il təvəllüdlü arvadı X5, 2008-ci il təvəllüdlü oğlu Tunar Məmmədov, 2013-cü il təvəllüdlü oğlu Turqay Məmmədovdan ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nm Birinci Nügədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi seriya AZE N 11658045 və seriya AZE M 11658014 görünür ki, Təqsirləndirilən şəxs1 30.12.2008-ci il təvəllüdlü Tunar və 21.05.2013-cü il təvəllüdlü Turqay adlı övladları var. İş materiallarında olan N 095477 nömrəli, 23.12.2015-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 2-ci qrup əlildir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nın Zərdabi qəzəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Zərdabi qəzəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır və onun 1969-cu il təvəllüdlü arvadı X6, 1995-ci il təvəllüdlü qızı Nərgiz Əlağayeva, 1998-ci il təvəllüdlü oğlu Eminağa Əlağayevdən ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi kənd İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını və əlil olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 16 sentyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 14 sentyabr 2021-ci il tarixdən 16 senntyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 17 sentyabr 2021-ci qərardan görünür ki, həmin tarixdən 15 dekabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seşilmişdir. 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyi üçün 16 dekabr 2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki. Təqsirləndirilən şəxs2 oğlunun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbsdə və dustaqlığında olduğu 3 ay müddət Azərbaycan Respublikası CPMnin 158-ci maddəsinə əsasən nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69-cü maddələrinə əsasən ona təyin olunacaq cəzadan çıxılmaqda Təqsirləndirilən şəxs2 qəti cəza tətin edilməlidir. Məhkkəmə həmçinin hesab edirki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq İsmayı Əliağa oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 160 (yüz altmış) manat 70 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qıx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 evindən aşkar edilb götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16, 570 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 evindən aşkar edilbi götürülmüş 3,291 qram çətənə toxumu və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,12 qram olan qurudulmuş marixuana hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya Şöbəsinə və Təqsirləndirilən şəxs2 aid hissədə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu Birinci Nügədi kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeidiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 sentyabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət və 17 sentyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 ay 28 gün cəmi 3 ay müddət, ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərinə qəti olaraq 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 160 (yüz altmış) manat 70 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 evindən aşkar edilb götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16, 570 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 evindən aşkar edilbi götürülmüş 3,291 qram çətənə toxumu və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,12 qram olan qurudulmuş marixuana hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və Probasiya Şöbəsinə və Təqsirləndirilən şəxs2 aid hissədə Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar