Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-33/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Quba rayonu, Barlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-13/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Allahverdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Quba rayonu, Barlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısından keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hasarı aşmaqla həyətə keçib, evin pəncərəsini fiziki güc tətbiq etməklə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin yataq otağındakı saxlanc yeri hesab olunan qarderobun içərisindən Zərərçəkmiş şəxs2 məxsus 132 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Quba rayonu, Barlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısından keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evin həyətinə girərək evin giriş qapısının yanında olan açarı götürüb qıfılı açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin qonaq otağındakı televizorun üstündən Zərərçəkmiş şəxs3 məxsus 132 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Quba rayonu, Barlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısından keçərkən həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evin həyətinə girərək evin giriş qapısının yanında olan açarı götürüb qıfılı açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin qonaq otağındakı televizorun üstündən Zərərçəkmiş şəxs3 məxsus 10 manat pulu və evin yataq otağındakı saxlanc yeri hesab olunan qarderobdakı fincanın içərisindən Zərərçəkmiş şəxs3 məxsus dəyəri 350 manat olan 1 ədəd qızıl üzüyü, ümumilikdə Zərərçəkmiş şəxs3 360 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarix saat 13 radələrində Quba rayonu, Barlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 Kərim qızına məxsus fərdi yaşayış evinin qarşısından keçərkən darvazanın qıfılla bağlandığını görüb evin nəzarətsiz qaldığına əmin olaraq həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hasarı aşmaqla həyətə keçib, evin zirzəmisində olan stulu götürüb üstünə çıxaraq ikinci mərtəbədəki açıq pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin-yataq otağındakı qarderobun üstündə olan 1 ədəd kauçuk materialdan hazırlanmış saxlanc yeri hesab olunan qabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 421 manat dəyərində, üzərində 1 ədəd çəhrayı rəngli korund daşı olan, qırmızımtıl-sarı rəngli, 5,62 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzüyü, 1 ədəd dəyəri 264 manat olan, 3,52 qram kütləli, damla formalı, qırmızımtıl-sarı rəngli, 583/585 əyarlı qızıldan hazılranmış qırmızımtıl-sarı rəngli kulonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 685 manat dəyərində ziyan vuraraq oğurluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq əməli etdiyinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə xərcləmək üçün pulu olmadığından və borcları çox olduğundan oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısından keçən zaman evi qarşısında sonuncuya məxsus traktorun olmadığını görüb evdə heç kimin olmadığını düşünmüşdür. Buna görə həmin evin darvazasından aşmaqla həyətə girmişdir. Daha sonra evin yan hissəsinə keçərək orada olan plastik pəncərəni bərk itələyib pəncərəni açmış və evə daxil olub evin yataq otağına keçmişdir. Yataq otağında üzərində şüşələri olan paltar qarderobunun qapısını açdıqda orada müxtəlif məbləğli əskinaslardan ibarət 1 dəstə pul görmüşdür. Həmin pulu saymadan götürərək evə girdiyi eyni qaydada geri çıxmış, pəncərə isə açıq vəziyyətdə qalmışdır. Oradan uzaqlaşan zaman oğurladığı pulu saymış və 132 manat olduğunu bilmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün müxtəlif yerlərdə xərcləmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı kənddə gəzişərkən həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evdən çıxdığını görmüş və sonuncunun evindən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs3 evinin darvazası olmadığından rahatlıqla həyətə daxil olmuş və evin giriş qapısına doğru getmişdir. Evin giriş qapısı nazik taxtadan olmaqla qıfılla bağlı olmuşdur. Bir qədər qapını yerindən tərpətdikdən sonra qapının yaxınlığında mismara işdiriİmiş vəziyyətdə kiçik ölçülü qapı açarı görmüşdür. Tapdığı açarla qıfılı açmış və pilləkənlərlə yuxarıya doğru qalxmışdır. Orada qarşısına 2 qapı çıxmış, o, soldan 1-ci qapını açıb otağa daxil olmuşdur. Həmin qapı kilidsiz olduğundan o, əli ilə qapını itələyib açmış və içəri daxil olmuşdur. Həmin otaqda televizorun üstündə olan 132 manat pulu götürüb gəldiyi qaydada evdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı küçədən keçən zaman, sonuncunun yaşadığı evdən əvvəl də oğurluq etdiyindən artıq həmin evə daxil olmağın onun üçün rahat olacağını bildiyi üçün yenidən onun evindən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs3 yaşadığı evin darvazasının olub-olmadığını yoxlamaq üçün onun evinin qarşısına getmişdir. Həmin evin darvazasının olmadığını görərək yenidən həmin həyətə daxil olmuşdur. Sonra evin giriş qapısını qarşısına gəlmiş və əvvəlki qaydada qapını içəri daxil olmuşdur. Evə daxil olub pilləkənlə yuxarıya doğru qalxmış və soldan 1-ci otaqda əvvəl pul oğurladığından yenidən həmin otağa girmişdir. Qapıda kilid olmadığından əli ilə itələyib qapını açmışdır. Otağa daxil olaraq yenidən televizorun üstünə baxanda orada 2 ədəd 10 manatlıq əskinazın olmasını görmüşdür. Evdə oğurluq olmasından ev sahibi şübhələnməsin deyə həmin əskinazlardan birini götürüb digərini olduğu yerində saxlayaraq otaqdan çıxmışdır. Otaqda başqa heç bir axtarış aparmamış və otağın səliqəsi pozmamışdır. Həmin otaqdan çıxdıqdan sonra növbəti otağın qapısı da açıq olduğundan qapını itələyərək içəriyə daxil olmuşdur. Qarşısına çıxan qarderobun şüşəli qapısını açaraq qiymətli əşya və pul axtarmağa başlamışdır. Orada olan fincanın içərisində 1 ədəd qızıl üzük görüb həmin üzüyü götürmüşdür. Otaqda heç bir axtarış aparmamış və başqa heç bir əşyaya toxunmamışdır. Bu hərəkətləri etməkdə məqsədi ev sahibində hər hansı hadisənin olmaması barədə təsəvvür yaratmaq olmuşdur. Oğurluq etdikdən sonra evin qapısının qıfılını bağlayıb qıfılın açarını götürdüyü yerinə qoyub evin həyətindən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Qızıl üzüyü isə həmin gün Quba şəhərinə gedərək H.Əliyev prospektindəki 5 mərtəbə adlanan ərazi ilə üzbəüz yerləşən qızıl alğısatqısı və təmirini həyata keçirən mağazalardan birinə adını xatırlamadığı şəxsə 233 manat məbləğinə satmışdır. Qızılı ondan alan şəxsə ehtiyacı səbəbindən üzüyü satdığını demişdir. Həmin şəxs ona məxsus olan şəxsiyyət vəsiqəsinin surətini çıxarmışdır. Həmin surətin arxasına qızıl üzüyü ona satdığı və bunun müqabilində 233 manat pul aldığı barədə öz xətti ilə qeyd edərək imza etmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı kənddə gəzən zaman tanımadığı şəxsə məxsus evin giriş qapısında qıfıl olduğunu görüb evdə heç kimin olmadığını düşmüşdür. Evə oğurluğa girərək əldə etdiyi qənimətlə kredit borclarını ödəməyi fikirləşmişdir. Evin daş hasarından aşmaqla həyətə daxil olmuşdur. Evin 2-ci mərtəbəsindəki pəncərənin açıq olduğunu görmüş və evin zirzəmisində olan taxta stulu gətirib ayağının altına qoyaraq açıq pəncərədən evə daxil olmuşdur. Sonra birbaşa evin yataq otağına girmiş və içərisində kitablar olan qarderoba yaxınlaşıb içərisində axtarış aparmışdır. Həmin qarderobun üst tərəfində kiçik ölçüdə kauçuk qutunun içindən bir neçə ədəd sırğa, üzük və digər əşyalar görmüşdür. Onların içərisindən 1 ədəd qızıl kulon və 1 ədəd qızıl üzüyü götürüb əynində olan qara rəngli cins şalvarın arxa sağ cibinə qoymuşdur. Həmin qutunun içərisində olan digər əşyalar qiymətli metal olmadığından qaytarıb qutunun içərisinə və qutunu da götürdüyü yerə qoymuşdur. Otaqdan çıxmış və evdə başqa heç bir yerdə axtarış aparmamışdır. Evə girdiyi pəncərədən də evin həyətinə düşmüş və evə girmək üçün istifadə etdiyi stulu zirzəmiyə qoymuşdur. Bu vaxt həmkəndlisi Şahid1 həmin evin daş hasarından evin həyətinə doğru boylanaraq ondan həmin həyətdən çıxmağını tələb etmişdir. O da evin daş hasarından aşaraq küçəyə çıxmış və Şahid1 ona həyətindən çıxdığı Zərərçəkmiş şəxs1 Kərim qızının evindən nə oğurladığını soruşanda o cavabında heç bir şey oğurlamadığını demişdir. Bundan bir neçə dəqiqə sonra yaşadığı kəndin polis sahə rəisi Elşən Ağamirzəyev gələrək onu rayon polis şöbəsinə aparmışdır. Orada törətdiyi oğurluq əməlini etiraf edərək əynindəki qara rəngli cins şalvarın arxa sağ cibində olan 1 ədəd qızıl kulon və 1 ədəd qızıl üzüyü çıxarıb könüllü təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Raman Mirəyev bildirdi ki, törətdiyi oğurluq əməlindən heç kimin xəbəri olmamış, oğurluq etdiyi evlərə tək girmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs3 evindən iki dəfə oğurluq etmişdir. Bir dəfə 132 manat pul, ikinci dəfə isə 1 ədəd qızıl kulon və 1 ədəd qızıl üzü oğurlamışdır. İfadəsində göstərdiklərindən başqa hər hansı əşya oğurlamamışdır. Hazırda törətdiyi əməldən peşmandır, maddi vəziyyəti pis olduğundan bu cür addım atmışdır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödənilmişdir. Göstərdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarix saat 12 radələrində yaşadığı kənddə olan yas mərasiminə getmək üçün yaşadığı evin giriş qapısını kilidləmiş və darvazasını qıfılla bağlayaraq evdən çıxmışdır. Həmin gün saat 13:30 radələrində yas mərasimində olan zaman həmkəndlisi Şahid1 ona digər həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus olan evə oğurluğa girməsindən şübhələndiyini və Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətindən səsləyərək çölə çıxardığını demişdir. Bundan sonra o, yaşadığı evə qayıtmış və evə daxil olduqda evdə dağıntı olmadığını görüb evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı qarderobun üstündə olan, içərisində qızıl-ziynət əşyalarını saxladığı kauçuk qutunu açıb içərisinə baxmış və ona məxsus 1 ədəd 400 manat dəyərində olan qızıl kulon və 1 ədəd 500 manat dəyərində olan qızıl üzüyün olmadığını aşkarlamışdır. Bu zaman həmin qızıl-zinyət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başa düşüb bu barədə ərizə ilə Quba RPŞ-yə müraciət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və sonuncu barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, gündəlik tələbat mallarını almaq üçün istifadə olunan pulu evdə masanın üzərinə qoymuş və onunla bərabər ailə üzvləri də ehtiyac olduqca həmin puldan istifadə etmişdir. xx.xx.2020-ci il tarix səhər saatlarında ona məxsus olan 132 manat pulu yataq otağındakı qarderobun içərisindəki rəfin üzərinə qoymuşdur ki, gündəlik tələbat mallarının alınması üçün istifadə olunsun. Bundan sonra ailə üzvləri ilə birlikdə işləmək üçün bağa getmişdir. Həmin gün saat 12 radələrində ailə üzvləri ilə birlikdə geri qayıtdığı zaman səhər saatlarında qarderoba qoyduğu 132 manat pulun orada olmadığını görmüşdür. Əvvəlcə pulun harada olmasını başa düşmədiyindən ailə üzvləri ilə birlikdə həmin pulu axtarmağa başlamışlar. Həmin zaman masa olan otağın pəncərənin açıq olduğunu və döşəmənin pəncərəyə yaxın olan ərazisi və ümumilikdə döşəmədə ayaqqabı izləri görəndə həmin pulun oğurlanmasını başa düşmüşdür. Ailə üzvləri mövsümi işlərdə çalışdığından, həmin pulun tapılmasına sərf olunacaq vaxt zamanı bir o qədər də işdən kənar qalaraq pul itirəcəyini və 132 manat pulun onun maddi vəziyyətinə ciddi zərər vurmadığını fikirləşdiyindən bu barədə şikayət etməmişdir. Ancaq kənd camaatından ondan başqa digər həmkəndlilərinin də evində oğurluq olması barədə şübhələrin olmasını eşitdikdən sonra hadisə barədə Quba RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində ona 132 manat maddi ziyan dəymiş, lakin sonradan həmin pul ona qaytarılmışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmış və sonuncu barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qonşuya olan borcunu ödəmək üçün 132 manat pul toplamış və həmin pulu yaşadığı evin qonaq otağındakı televizorun üzərində saxlamışdır. Sonradan həyat yoldaşı qonşuya olan borcu ödəmək üçün pulu götürmək istədikdə həmin pulu qoyduğu yerdə tapa bilməmişdir. Pulu başqa yerə qoyduğunu və qoyduğu yeri unutduğunu düşünmüşdür. Ona görə bu barədə şikayət etməmişdir. Adətən gündəlik tələbat mallarını almaq üçün istifadə olunan pulu qonaq otağındakı televizorun üzərinə qoyurmuş. xx.xx.2020-ci il tarixdə səhər saatlarında televizorun üzərinə 2 ədəd 10 manatlıq əskinazı qoyaraq ailə üzvləri ilə birlikdə işləməyə getmişdir. Həmin gün axşam saatlarında ailə üzvləri ilə birlikdə yaşadığı evə qayıtmış və televizorun üzərinə qoyduğu 2 ədəd 10 manatlıq əskinazlardan 1-nin orada olmadığını görmüşdür. Bu zaman daha əvvəl tapa bilmədiyi 132 manatı və 10 manat oğurlandığını anlamışdır. Sonra ailə üzvləri ilə birlikdə evdən başqa əşyaların oğurlanıb-oğurlanmamasını dəqiqləşdirmək üçün evdə axtarış aparmış, nəticədə qonaq otağındakı şüşəli dolabda saxladıqları qızıl üzüyün də yerində olmadığını öyənmişdir. Yaşadığı evdən bir neçə dəfə oğurluq edilməsindən əmin olduqdan sonra Quba RPŞ-yə şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs iki dəfə ayrı-ayrı tarixlərdə onun evinə girmiş, hər iki hadisə nəticəsində ona ümumilikdə 492 manat maddi ziyan vurmuşdur. Lakin sonradan Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda o, təqsiləndirilən şəxslə barışmış və sonuncu barəsində heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 8-10 ildir ki Quba şəhəri köhnə avtovağzal dairəsi ərazidəki 5 mərtəbə deyilən yaşayış binası ilə üzbəüz yerdə yerləşən emalatxanada zərgərlik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bir dəfə xx.xx.2020-ci il tarixdə görmüşdür. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs işlədiyi emalatxanaya gələrək özünə məxsus olan qızıl qadın üzüyünü satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin üzüyü almış və sonradan üzüyü əridərək qızıl-zinyət əşyalarının təmiri zamanı istifadə etmişdir. Təqsirləndirilən şəxs aldığı üzüyün cinayət yolu ilə əldə olunduğunu polis əməkdaşları xx.xx.2020-ci il tarixdə ona dedikdən sonra bilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o, Təqsirləndirilən şəxslə əvvəllər heç yerdə rastlaşmamışdır. Sonuncu daha əvvəl heç vaxt onun emalatxanasına gəlməmiş və satmaq üçün hər hansı qızıl-zinət əşyası gətirməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə onun emalatxanasına gəlmişdir və özünü şübhəli aparmamışdır. Ona görə o, adi qaydada Təqsirləndirilən şəxs təqdim etdiyi üzüyə baxmış və almağa qərar vermişdir. Adətən o, aldığı qızıl-zinət əşyaları barədə şəxsiyyət vəsiqələinin arxa tərəfində qeydlər aparır. Belə ki, qızılı satmaq istəyən şəxs öz şəxsiyyət vəsiqəsinin kresosurətinin arxa tərəfində öz xətti ilə satdığı əşya barədə ümumi məlumatı və əşyanı zərgərə neçəyə satdığını qeyd edir, sonra isə qeyd etdiklərini imzası ilə təsdiqləyir. Həmin qeydlərə əsasən, Təqsirləndirilən şəxs ona təqdim etdiyi 1 ədəd qadın üzüyünün çəkisi 4,4 qram olmaqla 233 manat məbləğində dəyərləndirilmişdir. Sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və vəsiqənin arxa tərəfində üzüyün alınması ilə bağlı qeydlər aparmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı kənddə keçirilən yas mərasimində olan zaman tanışı Zaur Məmmədov ona zəng edərək, həmkəndlisi Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus evə daxil olduğunu demişdir. O, Təqsirləndirilən şəxs İmamətin evinə oğurluğa girdiyini düşündüyü üçün yas mərasimindən çıxıb İmamətin evinə doğru getmişdir. İmamətə məxsus evin daş hasarından həyətə boylananda Təqsirləndirilən şəxs evin həyətində görmüş və səsləyib həyətdən çıxmasını tələb etmişdir. O, Ramandan evə niyə girdiyini və nə oğurladığını soruşduqda, sonuncu evdən heç nə oğurlamadığını bildirmişdir. O, yenidən yas mərasimi keçirilən yerə qayıdıb yasda iştirak edən Zərərçəkmiş şəxs1 bu barədə məlumat vermişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizasını) xx.xx.2020-ci il tarixli 6/2523-9/5145 nömrəli rəyindən görünür ki, 5,62 qram kütləli, halqasının iç tərəfində “OCЮ” və “c*583’'' damğaları həkk edilmiş, üzərində 1 ədəd çəhrayı rəngli qaş olan, qırmızımtıl-sarı rəngli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşı qiymətli qaşlara aid deyildir, korunddur. 3,52 qram kütləli, asılqan hissəsində “Б*583” damğası həkk edilmiş, damla formalı, asılqan hissəsinə sarı rəngli kilid birləşdirilmiş, qırmızımtıl-sarı rəngli kulon 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş 1 ədəd üzük və 1 ədəd kulon zərgərlik məmulatı kimi istifadəyə yararlıdır. 5,62 qram kütləli üzük - 421 manat, 3,52 qram kütləli kulon - 264 manat məbləğində dəyərləndirilmişdir (iş vər.: 213-217); İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 21,22); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vər.: 48); Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(027)-58/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetnəbib əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. (iş vər.: 63-66); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (iş vər.: 120,121); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 151); Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-129/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli biliərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər.: 157-163); Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 66.5, 69.3-cü maddələrə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.: 168-187); Quba rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmü xx.xx.2020-ci il tarixdə Quba rayon İcra və probasıya şöbəsinin icraatına daxil olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 il 11 ay 09 gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13 saylı hökmü ilə təyin edilmiş cəzasını çəkib qurtarmamışdır. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması, ön tərəfində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin köçürüldüyü, arxa tərəfində “30 10 2020 mənə məxsus 1 ədəd qızıl qadın üzüyü çəkisi 4.4 qram olan əşyanı 233 manata satdım imza” sözləri yazılmış 01 (bir) ədəd kağız parçası cinayət işinin materiallarında əlavə edilməsi, 01 (bir) ədəd qızıl kulon, 01 (bir) ədəd qızıl üzüyün sahibinə qaytarılması qərara alınmışdır (iş vər.: 218-225); xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 evindən oğurlanmış 1 ədəd qızıl üzük və 1 ədəd qızıl kulon ekspertiza tədqiqatından sonra Zərərçəkmiş şəxs1 qaytarılmışdır (iş vər.: 249). Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1098 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı qəsəbəsində yaşayır. Ailə tərkibi, anası-1975-ci il təvəllüdlü X5 qızından və qardaşı-1998-ci il təvəllüdlü X2 ibarətdir (iş vər.: 164); Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 166). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayət əməlini 2020-ci ilin oktyabr-noyabr aylarında törədərkən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmü ilə yaranmış məhkumluğu nəinki ödənilməmiş, o, həmin əməlləri cəza çəkdiyi müddətdə törətmişdir. Lakin bununla yanaşı, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmü ilə yaranmış məhkumluğu hazırda residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nın 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-129/2019 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli biliərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra sonuncu hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yenidən, yaşayış yerinə qanunsuz daxil olmaqla təkrarən eyni xarakterli cinayət əməllərini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-13/2020 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza onun islah olunmasına təsir etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməli və üzərində azadlıqdan məhrumetmə növündə qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qızıl kulon, 01 (bir) ədəd qızıl üzüyün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, ön tərəfində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin köçürüldüyü, arxa tərəfində “30 10 2020 mənə məxsus 1 ədəd qızıl qadın üzüyü çəkisi 4.4 qram olan əşyanı 233 manata satdım imza” sözləri yazılmış 01 (bir) ədəd kağız parçası cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 90 (doxsan) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün hazırki hökmlə təyin olunmuş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlu hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd qızıl kulon, 01 (bir) ədəd qızıl üzüyün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, ön tərəfində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin köçürüldüyü, arxa tərəfində “30 10 2020 mənə məxsus 1 ədəd qızıl qadın üzüyü çəkisi 4.4 qram olan əşyanı 233 manata satdım imza” sözləri yazılmış 01 (bir) ədəd kağız parçası cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 90 (doxsan) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-33/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-33/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver