Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-33/2022 08.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əlövsət oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs X4 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Quba Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, 24.09.2021-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə yuxarıda göstərilən hökm ilə təyin olunmuş azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün hissəsi 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Quba rayon Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla Quba şəhəri 29-cu məhəllədə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 13.09.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs Əlövsət oğlunun Quba şəhəri, “Əli Ticarət Mərkəzi”nin ərazisində icarə əsasında işlətdiyi bir mərtəbəli çay evinin nəzarətsiz qaldığına əmin olduqdan sonra özgənin əmlakını gizli yolla talama niyyəti ilə çay evinin arxa tərəfində yerləşən pəncərəsinin şüşəsini təpiklə vurub sındırmaqla çay evinin binasına qanunsuz daxil olmuş, çay evinin mətbəxindəki saxlanc yeri hesab olunan dolabın şüşəsini sındırmaqla oradan 5.40 manat dəyərində üç qutu “Argo” markalı, 19.50 manat dəyərində səkkiz qutu “Palma” markalı, 11 manat dəyərində beş qutu “Classic” markalı, 22.50 manat dəyərində doqquz qutu “Rothmans” markalı, 18.70 manat dəyərində on bir qutu “King” markalı, 10 manat dəyərində dörd qutu “Vest” markalı, 28 manat dəyərində on dörd qutu “Magna” markalı, 14 manat dəyərində yeddi qutu “Viceroy” markalı, 7.20 manat dəyərində iki qutu “Kent” markalı, 26.40 manat dəyərində on iki qutu “Vant” markalı, 12 manat dəyərində dörd qutu “LD” markal, 13.60 manat dəyərində dörd qutu “Vinston” markalı, 12.60 manat dəyərində yeddi qutu “Bakı” markalı, 3.90 manat dəyərində bir qutu “Sobranie” markalı siqretləri, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 204 (iki yüz dörd) manat 80 (səksən) qəpik dəyərində 91 qutu müxtəlif növlü siqaretləri gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə bir neçə dəfə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunmuşdur. 13.09.2021-ci tarixdə pula ehtiyacı olduğu üçün, həm də spirtli içki qəbul etdiyinə görə Quba şəhəri, “Əli Ticarət Mərkəzi”-də yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafedən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır, onun işlətdiyi kafedə də dəfələrlə yeyibişmişdir. Buna görə də, Nazimin kafedə spirtli içki və siqaret satdığını bilirmiş. 13.09.2021ci il tarixdə, gecə saat 02 radələrində kafenin yerləşdiyi “Əli Ticarət Mərkəzi”-nə giriş hissədən daxil olub kafeyə tərəf yaxınlaşmışdır. Kafenin içəridə heç kimin olmadığına əmin olduqdan sonra, kafenin arxa hissəsində olan pəncərənin şüşəsini təpiklə vuraraq sındırmışdır. Şüşə tam sınmamış, çərçivənin kənarlarında qırıntıları qalmışdır, buna görə də içəri daxil olarkən şüşə qırıntıları hər iki qolunu kəsmişdir. İçər daxil olduqdan sonra siqaret qutularının olduğu dolaba tərəf yaxınlaşmışdır. Dolabın qapısı bağlı olduğundan dolabın qapısında olan şüşəni yumruqla sındırarq orada olan təxminən 100-ə yaxın müxtəlif növ siqaret qutularını mətbəxdən tapdığı ağ rəngli iri ağ sellofan torbaya doldurduqdan sonra, çay evinə daxil olduğu pəncərənin yanında olan giriş qapısını işəridən açaraq çölə çıxmışdır. Kafedən çıxdıqdan sonra, köhnə avtovağzal dairəsinə tərəf gedib orada olan taksilərdən birinə əyləşərək Xaçmaz şəhərinə getmişdir. Oğurladığı siqaretləri Xaçmaz şəhərində yerləşən və 24 saat fəaliyyət göstərən “Nabran Market” mağazasına satmaq qərarına gəlmişdir. Mağazaya daxil olaraq satıcıya cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı üçün siqaret topladığını, lakin siqaretləri tanışına çatdıra bilmədiyini, buna görə də həmin siqaret qutularını yarı qiymətinə satdığını bildirmişdir. Lakin satıcı onun təklifini qəbul etməyərək mağazaya malların yanlız firmalar tərəfindən gətirildiyini bildirmişdir. Bundan sonra o, marketin önündə dayanaraq yoldan keçən şəxslərə təxminən 50-60 qutu siqaret sataraq 80 manata yaxın pul əldə etmişdir. Bundan sonra, Xaçmaz dairəsinə tərəf gedərək orada dayanan taksı sürücülərinə və qarşısına çıxan şəxslərə qalan siqret qutularını satmışdır. Oradan da 35-40 manat məbləğində pul əldə edib Opel markalı taksi ilə Bakı şəhərinə getmişdir. O, artıq Bakı şəhərinə çatdıqda səhər açılmışdır. Cibində qalan 90 mant məbləğində pulu Bakı şəhərində yerləşən kafelərdə yemək və spirtli içkilərə xərcləmişdir. Pulu bitdiyi üçün həmin gün axşam saatlarında Quba şəhərinə qayıtmışdır. Oğurladığı siqaretləri Xaçmaz şəhərində satarkən oğurluq olması barədə heç kimə bir söz deməmişdir. İfadəsinin sonunda X7 əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı imkanı olduğu təqdirdə ödəyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlövsət oğlu ifadəsində göstərmişdir ki, 15 ilə yaxın müddətdir ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən “Əli Ticarət Mərkəzi”-nə məxsus kafeni icarə əsasında işlədir. İşlətdiyi kafeni hər gün səhər saat 09 radələrində açır və gecə saat 24 radələrində bağlayır. 13.09.2021-ci il tarixdə adəti üzrə səhər saat 09 radələrində kafeyə gedib giriş qapısından içəri daxil olduqda mətbəxin pəncərə şüşəsinin sındığını, pəncərənin yanındakı qapının açıq olduğunu görmüşdür. Bundan sonra o, bufetə keçərək içərisində siqaret qutuları olan dolaba baxmış, dolabın şüşəsi sındırıldığını və içərisində olan xeyli sayda siqaret qutularının oğurlandığını görmüşdür. Sonra o, işlətdiyi kafedən oğurluq olması barədə Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları kafeyə gələrək hadisə yerinə baxış keçirmişlər. Kafedən 5.40 manat dəyərində üç qutu “Argo” markalı, 19.50 manat dəyərində səkkiz qutu “Palma” markalı, 11 manat dəyərində beş qutu “Classic” markalı, 22.50 manat dəyərində doqquz qutu “Rothmans” markalı, 18.70 manat dəyərində on bir qutu “King” markalı, 10 manat dəyərində dörd qutu “Vest” markalı, 28 manat dəyərində on dörd qutu “Magna” markalı, 14 manat dəyərində yeddi qutu “Viceroy” markalı, 7.20 manat dəyərində iki qutu “Kent” markalı, 26.40 manat dəyərində on iki qutu “Vant” markalı, 12 manat dəyərində dörd qutu “LD” markal, 13.60 manat dəyərində dörd qutu “Vinston” markalı, 12.60 manat dəyərində yeddi qutu “Bakı” markalı, 3.90 manat dəyərində bir qutu “Sobranie” markalı siqaretlər oğurlanmışdır. Kafedən yanlız 91 ədəd müxtəlif növ siqaret qutuları oğurlanmış, həmin siqaret qutularının ümumi dəyəri 204 manat 40 qəpik olmuşdur. Polis əməkdaşları tərəfindən aparılan araşdırmadan sonra məlum olmuşdur ki, kafedən oğurluq edən şəxs Quba rayon sakinin X5r. Əmrah Əmrahovla arasıda heç bir düşmənçilik və ədavət olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Əlövsət oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini bildirsədə ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki o, Xaçmaz şəhərində yerləşən “Nabran Market”-də iki ilə yaxın müddətdir ki satıcı işləyir. Market 24 saat fəaliyyət göstərir. O, marketdə gecə növbəsində, yəni axşam saat 20:00-dan səhər saat 08:00-dək çalışır. 13.09.2021-ci il tarixdə, saat 04-05 radələrində marketdə olarkən bir nəfər sonradan adını bildiyi Əmrah adlı şəxs əlində sellofan torbada çoxlu sayda siqaret qutuları ilə marketə yaxınlaşaraq həmin siqaret qutularını cəzaçəkmə müəssisəsində cəza çəkən yaxını üçün yığdığını, lakin həmin siqaretləri tanışına verə bilmədiyini, buna görə də siqaretləri yarı qiymətinə yol xərci çıxsın deyə satdığını, həmin siqaretlərdən ona da almağı təklif etmişdir. O, həmin şəxsə marketin siqaret alışını yanlız firmalardan etdiyini, ondan marketdə satmaq üçün siqaret ala bilməyəcəyini, yanlız özü üçün iki-üç qutu siqaret ala biləyəcəyini demişdir. Əmrah ondan əlində olan siqaretləri haraya sata biləcəyini, yəni insanların daha çox harada olduğunu soruşduqda, o Əmraha həmin siqaretləri yanlız küçədə, insanların daha çox olduğu Xaçmaz dairəsində sata biləcəyini bildirmişdir. Həmin şəxs marketdən bir ədəd tərkibində spirt olan “GO” enerji içkisi almış və marketin önünə çıxıb yoldan keçən və marketə gəlib-gedən müştrilərə siqaretləri yarı qiymətinə satmışdır. Əmrah təxminən 15-20 dəqiqə mağazanın önündə siqaret satdıqdan sonra o, həmin şəxsə marketin önündə dayanmamasını, müştərilərə mane olmamasını bildirmişdir. Bundan sonra Əmrah Bakı- Xaçmaz taksilərinin dayandığı hissəyə tərəf getmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.12.2021-ci il tarixli, 9/8718 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əlövsət oğluna məxsus kafedən oğurlanmış siqaretlərin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti-üç qutu “Argo” markalı siqaretinin qiyməti 5 manat 40 qəpik, səggiz qutu “Palma” markalı siqaretinin qiyməti 19 manat 50 qəpik, beş qutu “Classic” markalı siqaretinin qiyməti 11 manat, doqquz qutu “Rothmans” markalı siqaretinin qiyməti 22 manat 50 qəpik, on bir qutu “King” markalı siqaretinin qiyməti 18 manat 70 qəpik, dörd qutu “Vest” markal siqaretinin qiyməti 10 manat, on dörd qutu “Magna” markalı siqaretinin qiyməti 28 manat, yeddi qutu “Viceroy” markalı siqaretinin qiyməti 14 manat, iki qutu “Kent” markalı siqaretinin qiyməti 7 manat 20 qəpik, on iki qutu “Vant” markalı siqaretinin qiyməti 26 manat 40 qəpik, dörd qutu “LD” markal siqaretinin qiyməti 12 manat, dörd qutu “Vinston” markalı siqaretininin qiyməti 13 manat 60 qəpik, yeddi qutu “Bakı” markalı siqaretinin qiyməti 12 manat 60 qəpik, bir qutu “Sobranie” markalı siqretininin qiyməti 3 manat 90 qəpik dəyərində müəyyən edilməklə göstərilən siqaretlərin ümumi dəyəri nəzəri 204 manat 80 qəpik müəyyən edilir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs Əlövsət oğlunun işlətdiyi çay evindən edilmiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin müqayisəli tədqiqati nəticəsində əl izlərindən 01 ədədi 28.08.1997-ci il tarixdə Quba rayonunda anadan olmuş X1 əlinin şəhadət və sağ əlinin çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Əlövsət oğlunun işlətdiyi çay evindən edilmiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd qan nümunəsinin müqayisəli molekuliyar-genetik identifikasiya tədqiqatı nəticəsində 01 ədəd qan nümunəsi X6 məxsus olması müəyyən edilmiş, digər qan nümunəsi isə müqayisəli tədqiqatın keçirilməsi üçün yararsız olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahidin məhkəmə iclasında elan olunmuş ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizalarının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. X4 hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X4 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.12.2021-ci il tarixli tələbnamədən və işə əlavə edilmiş hökmlərin və qərarların surətindən görünür ki, X2 rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancında 10% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, təyin edilmiş 01 il müddətinə islah işləri cəzası Quba rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırması cəzası ilə əvəz olunmuş, Quba rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli biinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, təyin edilimş 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 12 gün hissəsi Quba rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qərarı ilə 01 il 01 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzaı ilə əvəz edilmiş, X4 cəzacəkmə müddətinin əvvəli Quba rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 ay müddətinə inzibati həbsin qurtardığı 14.10.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərfindən verilmiş 16.12.2021-ci il tarixli 572 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, X2 rayon Qonaqkən qəsəbəsində qeydiyyatda olmaqla Quba şəhərində 29-cu məhəllədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə X6 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə X4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X6 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, X7 hazırki iş üzrə törətdiyi cinayət əməlini Quba rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmündən sonra, yəni 13 sentyabr 2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X6 hökmlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X4 cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə X4 barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X3 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Quba rayon polis şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən X6 Quba rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 7(027)-73/2021 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 12 (on iki) gün hissəsi, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə X6 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X7 cəzaçəkmə müddətinin əvvəli 08.02.2022-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə həvalə edilsin. İş üzrə müsadirə olunası əmlakın, maddi subutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-33/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-33/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver