Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-34/2024 16.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Goranboy rayonu, Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki uşağı olan, məhkumluğu olmayan, Goranboy rayonu, Safıkürd kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi sahibkar Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən mebel sexində şifahi razılaşma əsasında sürücü işləyərkən 08 sentyabr 2023-cü il tarixdə Şabran şəhər sakini Şahid1 sifariş verdiyi 3000 manat dəyərində, Qusar şəhər sakini Şahid5 sifariş verdiyi 510 manat dəyərində, Quba şəhər sakini Şahid3 sifariş verdiyi 500 manat dəyərində, Quba şəhər sakini Şahid2 sifariş verdiyi 450 manat dəyərində mebel əşyalarını etibarnamə əsasında idarə etdiyi “Mercedes 410 D” markalı “99-XR- 296” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müvafiq rayon ərazilərində müştərilərə çatdırıb həmin malların dəyərini alaraq 08 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Quba şəhərində yerləşən bazar ərazisində olarkən özgə əmlakını vahid qəsdlə mənimsəyərək talama məqsədilə ona etibar edilmiş ümumilikdə müştərilərin ona verdiyi mebellərin dəyəri olan 4460 (dörd min dörd yüz altmış) manat məbləğində pul vəsaitini və istifadəsi üçün ona etibar edilmiş dəyəri 120 (yüz iyirmi) manat olan 01 ədəd “Samsung” markalı “Galaxy A03 Core” modelli mobil telefonu Zərərçəkmiş şəxs təhvil verməməklə qeyd olunan pul vəsaitindən 100 (yüz) manat məbləğində pulu xərcləməsi üçün Şahid4 verərək qalan 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul vəsaitini və dəyəri 120 (yüz iyirmi) manat olan 01 ədəd “Samsung” markalı” “Galaxy A03 Core” modelli mobil telefonu mənimsəyərək talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin əvvəllərindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Membran” mebel sexində fəaliyyət göstərən sahibkar Rauf adlı şəxslə sürücü kimi xidmət göstərilməsi bağlı razılığa gəlmiş, ona etibarnamə əsasınada Raufa məxsus “Mercedes 410 D” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili və bir ədəd üzərində ***- ***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon verilmişdir. Hazırlanmış mebel əşyalarını mebel mağazalarına və şifariş yerlərinə çatdırmışdır. 08 sentyabr 2023-cü il tarixdə sexdə usta işləyən Məhərrəm adlı şəxslə Şabran şəhərinə getmiş və bazar ərazisində yerləşən mebel mağazasında Arif adlı şəxsə mebel əşyalarını təhvil verdikdən sonra, sonuncudan 3000 manat pul almışdır. Arif əşyaların bir hissəsini Şabran rayonunda adını bilmədiyi kəndə müştərisinə çatdırmağı xahiş etdiyi üçün o, Aldığı 3000 manat puldan 100 manatının Məhərrəmə verərək mebeli quraşdırması üçün sonuncunu həmin kəndə düşürüb oradan Quba şəhərinə gəlib bazar ərazisində yerləşən mebel mağazasında işləyən Laçın adlı şəxsə sifariş etdiyi mebel əşyalarını təhvil verərək 500 manat pul almışdır. Bundan sonra o, Qusar şəhərinə gedərək Nizami adlı şəxsə sifariş etdiyi mebel əşyalarını təhvil verərək 510 manat alaraq yenidən Quba şəhərinə qayıdıb bazar ərazisində yerləşən mebel mağazasında işləyən Fuad adlı şəxsə sifariş etdiyi mebel əşyalarını təhvil verərək 450 manat almışdır. O hər dəfə mebelləri təhvil verərək pulları götürməsi barədə telefonla Raufa məlumat vermişdir. Rauf həmin puldan yanacaq pulu kimi 30 manat və zəhmət haqqı 20 manat götürməsini, qalan pulu isə ona məxsus bank kartı hesabına göndərməsini bildirmişdir. Pula ehtiyacı olduğuna görə satılan mebel əşyalarının pullarını Raufa verməyərək həmin pulu Raufun kart hesabına göndərməmiş və sonra Raufun ona verdiyi avtomobili Quba şəhəri, köhnə avtovağzal dairəsində yerləşən parklanma yerində saxlayıb Bakı şəhərinə qayıtmışdır. Bir neçə gün sonra, Raufun verdiyi ***-***-**-** mobil nömrəsini qırıb ataraq, “Samsung" markalı mobil telelonu Bakı şəhəri, metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsə 80 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfədə qızına toy etmək üçün pula ehtiyacı olduğundan, sifariş əsasında Şabran, Qusar və Quba rayonlarına aparıb təhvil verdiyi mebellərin pulunu sexin sahibi Raufa verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı taş şəkildə ödəyərək onunla barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən ********** VÖEN (vergi ödəyicisinin eyniləşdirməsi nömrəsi) ilə vergi ödəyicisi kimi uçota alınaraq fərdi sahibkar kimi “Membran” mebel sexində fəaliyət göstərir və 2023-cü ilin əvvəllərindən Təqsirləndirilən şəxs ilə sürücü kimi xidmət göstərməsi barədə razılığa gəlmişlər. Özünə məxsus “Mercedes 410 D” markalı, 99- XR-296 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Eldənizə vermiş və bir ədəd 315 manata aldığı “Samsung” markalı, “Galaxy A03 Core” modelli mobil telefonu ***-***-**-** mobil nömrə ilə istifadə üçün ona vermişdir. Eldəniz mebel əşyalarını müvafiq ünvanlara çatdırmış və zəhmət haqqı 20 manat olmuşdur. 08 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Eldəniz sexdə usta işləyən Məhərrəm adlı şəxslə birlikdə müştərilərin sifariş etdikləri mebel əşyalarını ünvanlara çatdırmaq üçün şimal bölgəsində yerləşən rayonlara yola düşmüşlər. Məhərrəm ünvanların birində mebel quraşdırmış və Eldəniz mebel əşyalarını təhvil verdikdən sonra ona məlumat vermişdir. Eldəniz həmin gün zəng edərək Şabran şəhərində bazar ərazisində yerləşən mebel mağazasında Arif adlı şəxsə sifariş edilmiş mebel əşyalarını təhvil verərək 3000 manat aldığını bildirmişdir. Arif əşyaların bir hissəsini Şabran rayonunda adını bilmədiyi kənddə yaşayan müştərisinə çatdırmağı tələb etdikdə, mebel əşyalarını quraşdırması üçün Məhərrəmi də həmin kənddə düşürmüş və Bakıya qayıdanda götürəcəyini bildirmişdir. Bir müddət sonra Eldəniz yenidən ona zəng edərək Quba şəhərində yerləşən bazar ərazisindəki mebel mağazasında işləyən Laçın adlı şəxsə sifariş edilmiş mebel əşyalarını təhvil verərək 500 manat aldığını, Qusar şəhərində yaşayan Nizami adlı şəxsə sifariş verdiyi mebel əşyalarını təhvil verərək 510 manat aldığını bildirmişdir. Həmin gün saat 15 radələrində Eldənizə zəng edərkən o, Qusar şəhərindən Quba şəhərinə qayıdaraq bazar ərazisində yerləşən mebel mağazasında işləyən Fuad adlı şəxsə sifariş edilmiş mebel əşyalarını təhvil verərək 450 manat aldığını və işi bitirdiyi üçün Məhərrəmi də yolüstü götürüb Bakıya qayıdacağını bildirmişdir. Eldənizə satılan mebel əşyalarının pullarını ona məxsus bank kartı hesabına göndərməsini dedikdə, Eldəniz pulu göndərməmiş və Eldənizə zəng çatmamışdır. Eldənizin yaşadığı evə getmiş, həyat yoldaşı onun evdə olmadığını bildirmiş, bir qədər Eldənizi yaşadığı evin qarşısında gözləmiş, gəlmədiyi üçün oradan Quba şəhərinə getmək qərarına gəlmiş və Quba şəhərinə çatanda köhnə avtovağzal dairəsinin qarşısında yerləşən parklanma yerində Eldənizə sürmək üçün verdiyi yük avtomobilini görmüş, avtomobilə yaxınlaşanda qapılarının kilitli olmadığını və açarın da üzərində olduğunu aşkar etmişdir. Avtomobildə satılan malların qeydiyyatı dəftəri olsa da, satılan mebel əşyalarının pullarının və istifadə etmək üçün verdiyi mobil telefonun olmadığını aşkar etmişdir. Bundan sonra Eldənizin satılan mebel məhsullarının pullarını və mobil telefonu mənimsəyərək ələ keçirdiyini anlamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 08 dekabr 2023-cü il tarixli 9/9099 nömrəli rəyindən görünür ki, analoji malların markası, modeli və digər texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Samsung” markalı “Galaxy A03 Core” model mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 120,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi, habelə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Bayramov X4 Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti hesab edilmişdir. 19 may 2015-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi’’ PHŞ-nın 05 dekabr 2023-cü il tarixli 6708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Bakı Baş Səhiyyə Mərkəzi’* PHŞ 11 Nömrəli Şəhər Poliklinikasının 06 dekabr 2023-cü il tarixli 2550 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın məlumat bazasında ruhi-əsəb xəstəlikləri ilə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Bakı şəhər Sabunçu RİHB-nın Zabrat qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ələsgər Ələkbərov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamış, ailə tərkibi arvadı X2, oğlu X3 və qızı X1 ibarət olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 16 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyan tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Qeyd edilən Məcəllənin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin və o, cinayət məsuliyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilsin və o məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-34/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-34/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver