Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-35/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakları ilə, 0xx.xx.1938-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, Quba rayonu, Susay kəndində qeydiyyatda olmuş və yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 12 oktyabr 2020-ci il tarixdə saat 11:00 radələrində Quba ayonu, Susay kəndində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlindəki dəmirdən hazırlanmış çəliklə qohumu Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuraraq sonuncuya fiziki ağrı yetirmiş, daha sonra evindən gətirdiyi soyuq silah hesab edilməyən kustar isulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyyəsindən bir dəfə vurub löş qəfəsinin sol tərəfində ön qoltuq xətti üzrə İV qabırğaarası sahədə döş »boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaradan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən Yüngül zərər vurmuşdur. Məhkəmədə iştirak edən zaman təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci addəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun əmisinin mərhum oğlu Rəcəbəli Piroğlanovun arvadı olmuş, bir-birinin evinə gediş-gəlişi olmaqla münasibətləri yaxşı olmuşdur. 2015-ci ildə Rəcəbəli vəfat etdikdən sonra Məlahət hazırki vaxtadək tək yaşamışdır. Həmin vaxtdan təxminən 4 il müddətində Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, son bir il ərzində Məlahət ona və ailə üzvlərinə cadu etdirdiyi üçün aralarında tez-tez söz mübahisəsi yaranmış, bununla bağlı Məlahətə həmişə iradını bildirmişdir. 12.10.2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı kəndin içində yolla gedərkən Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxtı ətrafda heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs etdiyi əməllərə görə iradını bildirmiş, həmin vaxt sonuncu onu söyüb təhqir etdiyi üçün əlində olan dəmirdən hazırlanmış çəliklə Məlahətin başından bir dəfə vursa da, ona heç bir bədən xəsarəti yetirməmişdir. Bundan sonra yaranmış səs-küyə hadisə yerinə gələn oğlu Şahid onu evinə aparmışdır. Bu zaman hirsli olduğundan evə daxil olub mətbəxdən bıçaq götürərək Məlahəti qorxutmaq məqsədilə yenidən küçəyə çıxmışdır. Kənd içi yolda evinə doğru gedən Məlahətin qarşısını kəsmiş və aralarında yaranmış nübahisə zəminində əlində olan bıçaqla bir dəfə sonuncunun sol döş nahiyyəsindən vurub xəsarət yetirmişdir. Bundan sonra Məlahət yerdən götürdüyü daş parçası ilə onun başından bir dəfə vurmuş və o, yerə yıxılmışdır. Bu zaman ətrafda heç kim olmasa da, yaranmış səs-küyə hadisə yerinə gələn oğlu Şahid onu yerdən qaldırıb evinə aparmış, Məlahət isə öz evinə getmişdir, sonradan eşitdiyinə görə Zərərçəkmiş şəxs ağrılar hiss etdiyindən təcili tibbi yardıma müraciət etmiş və bir qədər sonra kəndə gəlmiş təcili tibbi yardım maşını ilə Qusar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Məlahətə xəsarət yetirdiyi bıçağı özü ilə evinə aparmış, sonradan yaşadığı ünvana gəlmiş polis məkdaşlarına təqdim etmişdir. Hadisə zamanı onun Zərərçəkmiş şəxs əlində olan bıçaqla yenidən vurmaq imkanı olsa da, niyyətini başa çatdırmasına hər hansı səbəblər mane olmasa da, onun sonuncunu öldürmək və ya daha ağir xəsarətlər yetirmək niyyətini olmadığından Zərərçəkmiş şəxs əlavə bədən xəsarətləri yetirməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı Rəcəbəli Piroğlanovun əmisi oğludur.. 2015-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra tək yaşayır. Həmin vaxtdan təxminən 4 il müdddətində Bəyəhmədlə münasibətləri yaxşı olsa da, son bir il ərzində Bəyəhmədlə münasibəti pisləşmişdir. Belə ki, Bəyəhməd ona və ailə üzvlərinə cadu etdirdiyini bildirib hər dəfə onunla mübahisə etmişdir. 12.10.2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı kənd içində yolla ərzaq mağazasına gedərkən yolda Bəyyəhməd Piroğlanovla rastlaşmış, həmin vaxtı ətrafda heç kim olmamışdır. Yenə cadu etdirmək mövzusunda onunla aralarında mübahisə yaranmış və həmin vaxt Bəyəhməd əlində olan çəliklə onun başından bir dəfə vuraraq fiziki ağrı yetirsə də, o, hər hansı bir bədən xəsarəti almamışdır. Hadisə Bəyəhmədin evin qarşısında baş verdiyindən onların səsini eşidən sununcunun oğlu Şahid hadisə yerinə gələrək atasını evlərinə aparmışdır. O, isə yoluna davam etmişdir. Bir qədər sonra geri qayıdıb evinə doğru gedərkən Bəyəhmədin əlində bıçaqla ona tərəf gəldiyini görüb qaçmağa başlamış, lakin kənd içi yolda Bəyəhməd ona çatıb üzbəüz dayanaraq əlində olan bıçaqla onun sol döş nahiyyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Həmin vaxt özünü müdafiə etmək üçün yerdən götürdüyü daş parçası ilə Bəyəhmədin başından bir dəfə vurmuş və sonuncu yerə yıxılmışdı. Bu zaman ətrafda heç kəs olmasa da, yaranmış səs-küyə gələn Şahid atasının yerdə yıxılmış vəziyyətdə olduğunu və başından qan axdığını görüb, Bəyəhmədi yerdən qaldırıb evlərinə aparmış, o isə öz evinə getmişdir. Sonradan ağrılar hiss etdiyindən təcili tibbi yardıma müraciət etmiş və bir qədər sonra kəndə gəlmiş tibbi yardım maşını ilə Qusar rayon mərkəzi xəstəxanasına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, Zərərçəkmiş şəxs mərhum yoldaşı Rəcəbəli Piroğlanov atasının əmisi oğludur. Onların ailələri arasında heç vaxt münaqişə olmamışdır. Son bir il ərzində atası ilə Məlahətin münasibətləri pisləşmiş, atası hər Məlahəti gördükdə ona və ailəsinə cadu etdirdiyini, onun ölməsini istədiyini bildirərək Məlahətlə mübahisə etmişdir. Sonuncu dəfə 12 oktyabr 2020-ci il tarixdə yaşadığı həyətdə olarkən küçədən səs gəldiyini eşitmiş, küçəyə çıxdıqda atası ilə Məlahətin mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq atasını evinə aparmış, Məlahət isə yoluna davam etmişdir. Həmin vaxtı küçədə heç kim oİmamışdır. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evə girmiş, o, isə siqaret çəkmək üçün evin arxasına keçmişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra o, həyətdə dayandığı yerdən küçədə atası ilə Məlahətin dalaşdığını görüb dərhal həmin yerə getmiş, bu zaman atasının yerdə uzanmış vəziyyətdə başından qan axdığını görmüşdür. Atasından niyə o vəziyyətdə olduğunu soruşduqda atası onu Məlahətin vurduğunu bildirmişdir, Həmin vaxt atasının yanında yerdə bir ədəd bıçaq olmuşdur. O, atasını evə aparmış, Məlahət isə öz evinə getmişdir. Başı qan içində olmasına baxmayaraq atası ona yardım göstərməsinə imkan verməmiş və bir qədər sonra otağından çıxaraq polis şöbəsinə gedəcəyini bildirib evi tərk etmişdir. Sonra ona məlum olmuşdur ki, mübahisə zamanı atası evdən götürdüyü bıçaqla Məlahətin sol döş nahiyyəsindən vurub ona xəsarət yetirmiş, Məlahət isə özünü müdafiə etmək üçün yerdən götürdüyü daşla atasının başından bir dəfə vurub ona xəsarət yetirmişdir. Hadisə zamanı küçədə onlardan başqa kənar şəxslər olmamışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2020-ci il tarixli 1153 nömrəli ekspet rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin sol tərəfində ön qoltuq xətti üzrə İV qabırğaarası sahədə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni, 12 oktyabr 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-soyuq silah ekspertizasının 06 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş bıçaq kustar üsülla hazırlanmış deşiçi, kəsiçi xassəyə malik təsərrüfat-məişət mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə dəyişikliklər edilməmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin 27.05.2021 tarixli, 1130 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən “paranoid tip şəxsiyyət pozuntusu” öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. B.B. Piroğlanov anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqridarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə psixiatrik, məhkəmə-tibb və məhkəmə-soyuq silah ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilmişdir.. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşə əlavə edilmiş AZ-İİ N 181212 nömrəli, 23 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə ürəyin hipertoniya xəstəliyi səbəbindən ölmüşdür. Məhkəmədə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış X3 məhkəməyə ərizə təqdim edərək, atası-Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi X4 təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır İşdə olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Susay inzibati ərazi dairəsi üzrə imayəndəliyindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Susay kəndində yaşayır. Quba rayon Mərkəzi xəstəxananın 30 noyabr 2020-ci il tarixli 4213 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xstəxananın Konsultativ Poliklinika şöbəsinin psixatrik kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən,şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilməsiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərədə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3.1 və 106-1.4-cü maddələrinə əsasən xitam verilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan 01 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-nin 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin maddi subutların saxlanc anbarında saxlanılan bir ədəd bıçaq qərar qanini qüvvəyə mindikdən sonra məhv edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.5, 43.3.1, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi subut olan və Quba rayon PŞ-nin maddi subutların saxlanc anbarında saxlanılan bir ədəd bıçaq qərar qanini qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-35/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-35/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver