Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-35/2022 02.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində, Quba rayon Möhüc kəndi ərazisində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifətinin sağ tərəfinə qəsdən yumruq zərbələri vuraraq ona sağ göz orbiti ətrafında və sağ qulaq seyvanında qançır hematoma və sağ əlində olan avtomobil açarı ilə iki dəfə qəsdən boynunun sol tərəfindən vuraraq ona boynunda solda iki yerdə deşilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 4 ildir ki, yaşadığı kəndin mərkəzində çayxana işlədir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Ədil ilə aralarında əvvəllər düşmənçiliy və ədavət olmayıb. Ədil 2021-ci ilin noyabr ayında həmkəndlisi Həsən ilə birlikdə onun çayxanasının qarşısında çayxana açıb. Kənd balaca kənd olduğundan və yeni açılan çayxana onun alverinə təsir etdiyi üçün Ədilə və oğlanlarına bir neçə dəfə xəbərdarlıq etmişdir ki, çayxananı bağlasınlar. Lakin Ədil çayxananı bağlamamışdır. 31 dekabr 2021-ci il tarixdə, axşam saatlarında 250 qrama yaxın araq içdikdən sonra, saat 21:30 radələrində idarə etdiyi “Vaz 2107” markalı avtomobili ilə Ədilin çayxanasının qarşısına getmişdir. Çayxanaya daxil olanda görmüşdür ki, Ədil Həsənlə araq içib yemək yeyir. Ədili söhbət etməyə çölə çağırmışdır. Onlar söhbət etmək üçün əvvəlcə Ədilə məxsus olan “Mitsubishi Pajero” markalı avtomobilə minmişlər. Çayxananın bağlanması mövzüsunda söhbət edərkən, Ədil ona təhqiredici ifadələrlə kobud cavab vermiş və qapını açıb aşağı düşmüşdür. Bundan sonra onlar onun idarə etdiyi avtomaşına minmişlər. Avtomobildə olarkən, Ədil onu nalayiq formada formada söymüşdür. O, da əsəbləşib həmin vaxt yumruqla Ədilin sifət nahiyyəsinə 3-4 dəfə ardıcıl yumruq zərbələri vurmuşdur. Ədil tez qapını açıb aşağı düşmüş o, da aşağı düşüb Ədilə yaxınlaşaraq əlində olan avtomobulin açarı ilə onun boyun nahiyyəsinə vurmuşdur. Bundan sonra Ədil qaçıb çayxanaya daxil olmuşdur. O, İsə avtomobilinə minib evinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşaman olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, zərçəkmişlə barışmağa cəhd etsə də, zərərçəkmiş onunla danışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2021-ci ilin noyabr ayında yaşadığı kəndin ərazisində çayxana açıb işlətməyə başlamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs ilə əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Rüstəm də kənd ərazisində çayxana işlədir. O, çayxananı açandan sonra Rüstəm bir neçə dəfə ona, oğlanları Novruza və Bəhruza demişdir ki, çayxananı bağlasın, yoxsa dava salacaq, onun üçün yaxşı olmayacaq, çayxananı bu kənddə yalnız özünün işlədəcəyini bildirmişdir. 31 dekabr 2021-ci il tarixdə isə, saat 21:30 radələrində işlətdiyi çayxanada şəriki Həsənlə oturub yemək yeyən zaman Rüstəm idarə etdiyi “Vaz 2107” markalı avtomobili ilə çayxananın qarşısına gəlmiş və düşüb içəri daxil olaraq onu çölə söhbət etməyə dəvət etmişdir. Onlar əvvəlcə ona məxsus olan “Mitsubishi Pajero” markalı abtomobilə minmişlər. Həmin vaxt onların aralarında mübahisə yaranmışdır. Bundan sonra onlar onun idarə etdiyi avtomaşından düşüb çayxananın qarşısında mübahisələrini davam etdirmişlər. Həmin vaxt Rüstəm avtomobilini göstərib onun maşınında oturmağı təklif etmişdir. O, avtomobilinə əyləşmək istəməyəndə, Rüstəm -“otur qorxma, səninlə işim var” deyərək onu maşınına mindirmişdir. Avtomaşına oturan kimi Rüstəm qəfildən yumruqla onun sifət nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Bundan sonra o, qapını açıb yerə düşmüş və çayxanaya tərəf qaçmaq istədikdə Rüstəm də düşüb onun üstünə gəlmiş və sağ əlində tutduğu, uc hissəsi vintaçan dəmirinə oxşayan alətlə iki dəfə sol boyun nahiyyəsindən vurmuşdur. Sonra o, 102 xidmətinə zəng edib polis çağırmışdır. Həmin vaxt Rüstəmin atası Gülağa da ora gəlmiş və Rüstəmi aparmışdır. İfadəsinin sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaq istəmədiyini bildiərək ona ağır cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki o, iki aya yaxındır ki, yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus çayxanasında çayçı işləyir. 31 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində çayxanada Ədillə yemək yeyən zaman, həmkəndlisi Təqsirləndirilən şəxs çayxanaya gəlib Ədilə söhbət etmək üçün sonuncunu çölə dəvət etmişdir. Ədil çölə çıxdıqdan sonra onlar Ədilə məxsus “Pajero” markalı avtomobilinə əyləşmişlər. Təxminən 5 dəqiqə sonra çölə çıxdıqda görmüşdür ki, Rüstəm idarə etdiyi “Vaz 2107 markalı” avtomobilə minir, Ədil isə çayxanaya tərəf qaçır. Həmin vaxt o, görmüşdür ki, Ədilin üz-gözü qan içindədir, sol boyun tərəfində kəsilmiş- deşilmiş yara var, qan axır. Bundan sonra, onlar çayxanaya keçmişlər. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 04.01.2022-ci il tarixli, 06 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş boynunda solda iki yerdə deşilmiş yara deşici əşyanın, sağ göz orbiti ətrafında və sağ qulaq seyvanında qançır hematoma küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddətləri 31.12.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində, Quba rayon Möhüc kəndi ərazisində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sifətinin sağ tərəfmə qəsdən yumruq zərbələri vuraraq ona sağ göz orbiti ətrafında və sağ qulaq seyvanında qançır hematoma və sağ əlində olan avtomobil açarı ilə iki dəfə qəsdən boynunun sol tərəfindən vuraraq ona boynunda solda iki yerdə deşilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon RİHB-nin Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan isə görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Möhüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olanQuba MRX-nın 07.01.2022-ci il tarixli, 17 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba MRX-nın X6 psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 17.08.2008-ci il təvəllüdlü X9, 08.01.2012-ci il təvəllüdlü X10 və 25.08.2016-ci il təvəllüdlü X11 adında azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının həddini və növünü müəyyən edərkən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində üç azyaşlı uşaqının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törədilməsində təsqirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 8 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinisin və aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-35/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-35/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver