Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-35/2024 17.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs 5 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Quba rayonu, Xaroşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Xaroşa kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1998-ci ildə Quba rayonu, Xaroşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada işləyən, subay, məhkum olunmamış, Quba rayonu, Xaroşa kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 fevral 2023-cü il tarixdə, Quba rayonu Xaroşa kəndində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi 5 saylı X9 X2 2 saylı dolayı sahəsində 3 ədəd 34 sm, 2 ədəd 36 sm, 4 ədəd 45 sm, 2 ədəd 50 sm, 3 ədəd 54 sm ölçülərində olmaqla cəmi 14 ədəd palıd cinsli, yaş köküstə işliyə yararlı ağacları qanunsuz kəsərək X12 xeyli miqdarda yəni, 1184.60 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 fevral 2023-cü il tarixdə, Quba rayonu Xaroşa kəndində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi 5 saylı X9 X2 2 saylı dolayı sahəsində 3 ədəd 34 sm, 2 ədəd 36 sm, 4 ədəd 45 sm, 2 ədəd 50 sm, 3 ədəd 54 sm ölçülərində olmaqla cəmi 14 ədəd palıd cinsli, yaş köküstə işliyə yararlı ağacları qanunsuz kəsərək X12 xeyli miqdarda yəni, 1184.60 manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Xaroşa kəndində yaşayır və 14 fevral 2023cü il tarixdə həmkəndlisi Asimlə görüşüb qabaqcadan razılaşmışlar ki, birlikdə yaşadığı kəndin kənarında yerləşən meşə sahəsinə gedib oradan odun kimi istifadə etmək üçün bir neçə ağac kəssinlər. Bu məqsədlə 14 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində hər biri balta və mişar götürüb özlərinə məxsus atlarla meşə sahəsinə gedib orada müxtəlif ölçülərdə olan palıd cinsli ağacları kökdən kəsmişlər. Ağacları kəsdikdən sonra, həmin ağaşları yaşadıqları evə aparmaq üçün onlarla bir kənddə yaşayan Kənanı köməyə çağırmışlar. Kənan gələnədək Asimlə hərəyə bir ağacı atlara bağlayıb yaşadıqları Xaroşa kəndi istiqamətində daşımağa başlamışlar. Həmin günü axşam saat 18:30 radələrində meşə ərazisindən çıxdıqları zaman yolda Səxavət adlı meşə gözətçisi onları görüb, telefonla zəng edib həmin yerə meşə idarəsinin iki əməkdaşını çağırmışdır. Meşə idarəsinin əməkdaşları gəlib onların daşıdıqları ağacların foto şəkillərini çəkmişlər. Həmin vaxtı o, və Asim hərəyə yalnız bir ədəd ağac kəsib daşıdıqlarını söyləmişlər. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində Vəlvələ meşəbəyiliyinin 2 saylı dolaylarından ağacları kəsmək üçün onların icazəsi və qırma biletinin olmadığını, yaşadıqları kəndə təbii qaz verilmədiyi üçün evlərini qızdırmaq üçün ağacları kəsdiklərini, ağaçların qanunsuz kəsilməsində Kənanın iştirakı olmadığını, əməlindən peşiman olmasını və vurulmuş ziyanı zərərçəkiş şəxsə ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Xaroşa kəndində yaşayır və 14 fevral 2023cü il tarixdə həmkəndlisi Gündüzlə görüşüb qabaqcadan razılaşmışlar ki, birlikdə yaşadığı kəndin kənarında yerləşən meşə sahəsinə ağac kəsməyə getsinlər. Bu məqsədlə 14 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində hər biri balta və mişar götürüb özlərinə məxsus atlarla həmin meşə sahəsinə getmişlər. Meşə sahəsində müxtəlif ölçülərdə olan palıd cinsli ağacları kökdən kəsmişlər. Sonradan onlarla bir kənddə yaşayan Kənanı ağacları daşımaqda kömək etməyə çağırmışlar. Kənan gələnədək Gündüzlə hərəyə bir ağacı atlara bağlayıb yaşadıqları Xaroşa kəndi istiqamətində daşımağa başlamışlar. Həmin günü axşam saat 18:30 radələrində meşə ərazisindən çıxdıqları zaman yolda Səxavət adlı meşə gözətçisi onları görüb, telefonla zəng edib həmin yerə meşə idarəsinin iki əməkdaşını çağırmışdır. Meşə idarəsinin əməkdaşları gəlib onların daşıdıqları ağacların foto şəkillərini çəkmişlər. Həmin vaxtı o və Gündüz yalnız hərəyə bir ədəd ağac kəsib daşıdıqlarını söyləmişlər. X13 X7 əməkdaşları kəsilmiş ağaclar olan yerə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində Vəlvələ meşəbəyiliyinin 2 saylı dolaylarından ağacları kəsmək üçün onların icazəsi və qırma biletinin olmadığını, yaşadıqları kəndə təbii qaz verilmədiyi üçün evlərini qızdırmaq üçün ağacları kəsdiklərini, ağaçların qanunsuz kəsilməsində Kənanın iştirakının olmadığını, əməlindən peşiman olmasını, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və vurulmuş ziyanı zərərçəkiş şəxsə ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs 5 saylı X8 Mərkəzinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, nümayəndəsi olduğu mərkəzin Vəlvələ Meşəbəyiliyinin 2 saylı dolayının Quba rayonu Xaroşa kəndi ərazisində 14 fevral 2023-cü il tarixdə Quba rayonu Xaroşa kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən müxtəlif diametrlərdə cəmisi 14 ədəd işliyə yararlı yaş köküstə palıd ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində X12 1184,60 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllərdə yetkinlik yaşına çatmayan dövrdə qanunsuz ağac kəsdiyi üçün Quba rayon İcra Hakimiyyətinin müvafiq Komissiyası tərəfindən ona xəbərdarlıqlar olunduğunu, lakin onun icazəsiz odun tədarükünü apardığını bildirmişdir. Əlavə edərək təmsil etdiyi Mərkəzin ağacları qanunsuz kəsmiş həmin şəxslərdən şikayət və tələblərinin olmadığını, belə ki, həmin şəxslərin dəymiş maddi ziyanı ödədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əli oğlu ifadəsində bildirmişdir ki, 2005-cı ildən Quba X9 X2 2 saylı dolaylarında meşə gözətçisi işləyir və 14 fevral 2023-cü il tarixdə həmin meşəbəyiliyinin 2 saylı dolayının ərazisində, Xaroşa kəndində olan meşə sahəsinə getdiyi zaman həmin kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərində olan mişar və balta ilə palıd cinsindən olan yaş köküstə işliyə yararlı ağacların qanunsuz kəsmələrini və kəsilmiş ağacları bir-bir atlara bağlayıb daşımalarını aşkar etmişdir. O həmin şəxslər barədə ərazinin meşəbəyisi Şahid2 Aslan oğluna məlumat vermiş, sonuncu həmin əraziyə mərkəzin mühafizə mühəndisi X5 ilə gəldikdən sonra orada baxış keçirmişlər. Kəsilmiş ağacları ölçmüş və müəyyən etmişlər ki, kəsilmiş 14 ağac palıd cinsli ağaclar: 3 ədəd 34 sm, 2 ədəd 36 sm, 4 ədəd 45 sm, 2 ədəd 50 sm, 3 ədəd 54 sm ölçülərində olmuşdur. Bununla bağlı, ağacları qanunsuz kəsmiş həmin şəxslərin iştirakı ilə yazılı akt tərtib olunmuş, onların meşə sahəsinə cəmi 1184,60 manat məbləğində maddi ziyan vurması müəyyən edildikdən sonra toplanmış sənədlər Quba RPŞ-nə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 5 saylı Regional X7 meşəbəyisi Şahid2 Aslan oğlu və həmin mərkəzin mühafizə mühəndisi X5 Şahid1 Əli oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X9 Mərkəzindən təqdim edilmiş 14 fevral 2023-cü il tarixli 005655 №-li aktdan görünür ki, mərkəzin əməkdaşları X10 X3 2 sayı, Payında baxış Keçirərkən orada müxtəlif diametrli yəni 3 ədədi 54 sm, 2 ədədi 51 sın, 4 ədədi 45 sm, 2 ədədi 36 sm, 3 ədədi 34 sm ölçülərində olan cəmi 14 ədəd yaş köküstə işliyə yararlı palıd cinsli ağacların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən balta ilə qanunsuz kəsilərək atlarda daşınmasını aşkar etmişlər. İş üzrə təyin təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünasiıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/1428 P-ii rəyində göstərilmişdir ki, Vəlvələ meşəbəyiliyinin 2 saylı meşə dolayında aşkar edilmiş və Quba X9 Mərkəzi tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli akt və ona əlavə edilmiş Cədvələ, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 saylı əlavəsinə əsasən müxtəlif diametrli, yəni 3 ədədi 54 sm, 2 ədədi 50 sm, 4 ədədi 45 sm, 2 ədədi 36 sm, 3 ədədi 34 sm ölçülərində olan cəmi 14 ədəd yaş köküstə palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində X12 dəymiş ziyanın ümumi məbləği 1184,60 manat müəyyən edilir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs kimi meşədə ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 259.3-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların qeyd edilən cinayət əməllərini törətmələri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən foto material və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmamışlar. İş materiallarında olan Quba RHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2023-cü ii tarixli 740 №-li arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin nümayəndəliyin Quba rayonu Xaroşa kəndində qeydiyyatda olmaqla hazırda orada yaşayır, subaydır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 517 №-li arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həmin nümayəndəliyin Quba rayonu Xaroşa kəndində qeydiyyatda olmaqla hazırda orada yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs 5 saylı X8 Mərkəzinin 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 594 (beş yüz doxsan dörd) manat olmaqla, cəmi 1188 manat X8 Mərkəzinin hesabına ödənişlər etmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə vurmuş olduğu maddi ziyanı ödəyərək barışıq əldə etmsini, zərər çəkmiş şəxin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə vurmuş olduğu maddi ziyanı ödəyərək barışıq əldə etməsini, zərər çəkmiş şəxin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsinə əsasən Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurması qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, onlara ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Qeyd edilən Qərarın 11-ci bəndəinə əsasən yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon məhkəməsinin 16 yanvar 2024-cu il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 yanvar 2024-cü il tarixdə tutularaq Quba rayon polis şöbəsinin MSY təhvil verilmişdir. Quba rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi nəzərə alınmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi nəzərə alınmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nın 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlər əsasən məhkəm hesab edir ki, iş üzrə maddi subut olan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı X9 Mərkəzində saxlanılan 3 ədədi 54 sm, 2 ədədi 50 sm, 4 ədədi 45 sm, 2 ədədi 36 sm, 3 ədədi 34 sm ölçülərində olan cəmi 14 ədəd palıd ağacı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı X1ytarılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonu, Şabran rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonu, Şabran rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi subut olan və 5 saylı X9 Mərkəzində saxlanılan 3 ədədi 54 sm, 2 ədədi 50 sm, 4 ədədi 45 sm, 2 ədədi 36 sm, 3 ədədi 34 sm ölçülərində olan cəmi 14 ədəd palıd ağacı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin5 saylı X1ytarılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-35/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-35/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver