Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-36/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs X6 hüquqi varisi X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Aamirzə oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Quba rayonu, Möhüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Quba rayonu Möhüc kənd tam orta məktəbində çağırışa qədər hərbi hazırlıq müəllimi vəzifəsində işləyən, məhkumluğu olmayan, Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.1968-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il saat 11:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “UAZ-31512-01 minik” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Dəvədabanı yaşayış massivində, Quba- Qonaqkənd yolunun 1-ci km-də Quba şəhəri istiqamətindən Amsar kəndi istiqamətində 25-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək sürücü üçün təhlükə, yəni onun hərəkət hissəsinin yol çiynində dayanmış Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz 5320 yük” markalı **-AL-*** qeydiyyat nişanlı avtomobilin ban hissəsindən 1,8 metr yolun hərəkət hissəsinə doğru çıxmış uzunluğu 9,5 metr olan 2 ədəd beton dirəkləri 49 metr aralı məsafədən görərək avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda ehtiyatsızlıqdan cinayətkarcasına etinasızlıq edərək avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayaraq idarə etdiyi avtomobilin dam hissəsinin beton dirəklərlə toqquşması nəticəsində idarə etdiyi avtomobilin sərnişinləri X1 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və sol qulaq keçəcəyində qanlı ifrazat, alnın və sifətin əzilmiş-cırılmış yaraları, başın yumşaq toxumalarının alt səthində sağ alın gicgah nahiyəsində geniş qansızma, sağ tərəfdən sərt beyin qişasının cırılması, kəllə qapağı və əsası, üz skeleti sümüklərinin çoxqəlpəli sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədədlərinə qansızma kimi ağır dərəcəli zərər vurmaqla ölməsinə, Zərərçəkmiş şəxs1 sağlamlığına sağ dizdə qançır kimi dərəcəsi təyin olunmayan zərər, X2 sağ qaşüstü və alt dodağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin yumşaq toxumalarının əziyi kimi yüngül zərər, Zərərçəkmiş şəxs3 sağlamlığına komatoz-huşsuz vəziyyət və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan açıq kəllə-beyin travması, başın təpə nahiyəsinin, sol qaşüstü və çənəaltı nahiyənin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthində sağ yan tərəfdə, sağ mil-bilək nahiyəsində əzilmiş-didilmiş cırılmış yaralar, sağ tərəfdən İV-V-V1 qabırğaların sınığı, sol əlin İİ daraq sümüyünün sınığı kimi ağır zərər yetirilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 icarə müqaviləsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 5320 yük” markalı **-AL-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə 2 ədəd uzunluğu 9,5 metr olan beton dirəkləri avtomobilin ban hissəsindən yolun hərəkət hissəsinə doğru 1,8 metr çıxan halda yükləməklə heç bir tanınma nişanı ilə işarələməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 5-ci hissəsinin yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən- qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfindən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir kimi və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərinə riayət etməyərək cinayətkarcasına özünəgüvənmə edib Quba şəhəri Dəvədabanı yaşayış massivində, Quba-Qonaqkənd yolunun 1-ci kilometrliyində avtomobilini idarə edib Quba şəhəri istiqamətində yolun sol çiynində dayandırması səbəbindən yük yerində olan beton dirəklərin Quba şəhərindən Amsar kəndi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “UAZ-31512-01 minik” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin dam hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin sərnişinləri X1 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və sol qulaq keçəcəyində qanlı ifrazat, alnın və sifətin əzilmiş-cırılmış yaraları, başın yumşaq toxumalarının alt səthində sağ alın gicgah nahiyəsində geniş qansızıma, sağ tərəfdən sərt beyin qişasının cırılması, kəllə qapağı və əsası, üz skeleti sümüklərinin çoxqəlpəli sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədədlərinə qansızma kimi ağır dərəcəli zərər vurmaqla ölməsinə, Zərərçəkmiş şəxs1 sağlamlığına sağ dizdə qançır kimi dərəcəsi təyin olunmayan zərər, Zərərçəkmiş şəxs2 sağlamlığına sağ qaşüstü və alt dodağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin yumşaq toxumalarının əziyi kimi yüngül zərər, Zərərçəkmiş şəxs3 sağlamlığına komatoz-huşsuz vəziyyət və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan açıq kəllə-beyin travması, başın təpə nahiyəsinin, sol qaşüstü və çənəaltı nahiyənin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthində sağ yan tərəfdə, sağ mil-bilək nahiyəsində əzilmişdidilmiş-cırılmış yaralar, sağ tərəfdən İV-V-Vİ qabırğaların sınığı, sol əlin İİ daraq sümüyünün sınığı kimi ağır zərər, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 sağlamlığına sol çiyində arxada sıyrıq, sağ əlin İİ barmağının arxa səthində səthi əzilmiş yara kimi dərəcəsi təyin olunmayan zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobillə Quba şəhərində olarkən xalası oğlu X13, X12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onun idarə etdiyi avtomobilə əyləşmiş və o, Quba rayonu, Möhüc kəndi istiqamətində hərəkətə başlamışdır. Bu zaman Bəhram İsayev ön sərnişin oturacağında, Zərərçəkmiş şəxs1 arxa oturacaqda sol tərəfdə, Zərərçəkmiş şəxs3 arxa sağ oturacaqda və Nafıq Rəşidov arxa orta oturacaqda əyləşmişlər. Quba-Qonaqkənd yolunun 1-ci km-də Quba şəhəri Dəvədabanı yaşayış massivində idarə etdiyi avtomobillə 25-30 km/saat sürətlə öz hərəkət istiqamətində hərəkətdə olarkən, təxminən 40-50 metr məsafədə onun hərəkət hissəsinin yol çiynində “Kamaz” markalı avtomobili görmüşdür. Həmin avtomobil yol kənarı ilə yolun hərəkət hissəsinə doğru hərəkət etmişdir. Həmin “Kamaz” markalı avtomobil yolun hərəkət hissəsinə girməmiş, yol kənarında avtomobili çəp şəkildə saxlamış, avtomobilin qabaq sol təkəri yol kənarında olmuşdur. O, hərəkətdə olarkən avtomobilin üzərində olan beton dirəkləri görməmişdir. Həmin avtomobil yol kənarında olsa da, onun hərəkəti üçün təhlükə törətmədiyini fikirləşib eyni sürətlə hərəkətini davam etdirmişdir. Hərəkətdə olarkən həmin “Kamaz” markalı avtomobilin ban hissəsini ötüb keçdikdən sonra həmin avtomobilin yük yerindən yolun hərəkət hissəsinə çıxan beton dirəklər idarə etdiyi avtomobilin damına dəymiş və avtomobilin damı qoparaq dirəklərin üzərində qalmışdır. O, bir neçə metr hərəkət etdikdən sonra avtomobili saxlamışdır. Hadisə nəticəsində onun əli sıyrılmış, beli əzilmiş, avtomobildə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Nafıq Rəşidov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, Bəhram İsayev isə hadisə yerində ölmüşdür. O, yaralıları xəstəxanaya çatdırmaq üçün avtomobili yenidən işə salaraq təxminən 20-30 metr Qonaqkənd qəsəbəsi istiqamətində hərəkət etmişdir. Bu zaman ətrafda olan tanımadığı şəxslər avtomobili saxlamağını və xəstələri xəstəxanaya çatdırmaq üçün TTYŞ-yə çağırış etməyini demişlər. O, avtomobili yolun hərəkət hissəsi ilə yol çiyninin üzərində saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobili idarə edərkən “Kamaz” markalı avtomobilin yol kənarında olmasını görmüş, lakin gözünə günəş şüaları düşdüyündən, həm də “Kamaz” markalı avtomobilin yük hissəsinin yan tərəfindən çıxan beton dirəklərin rəngi asfaltın rənginə bənzədiyindən, yolun hərəkət hissəsinə çıxan beton dirəklərini görə bilməmişdir. Orada beton dirəklərin ola biləcəyini ağlına gətirməmişdir. Beton dirəklərə çırpılandan sonra həmin dirəkləri görmüşdür. Buna görə hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisədən sonra o, özü və ailə üzvləri mərhumun ailəsinə maddi və mənəvi dəstək olmuş, dəfn və hüzür mərasimlərində iştirak etmiş, digər zərərçəkmişlərin də müalicə xərclərini qarşılamışdır. Hazırda zərərçəkmişlərlə və zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Əməlindən peşiman olduğunu, ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1989-cu ildən “Azərelektromaş EİB”-yə məxsus “Kamaz 5320 yük” markalı **-AL-*** qeydiyyat nişanlı avtomobili idarə edirdi. Həmin avtomobillə fərdi qaydada yük daşımaqla məşğul olurdu. xx.xx.2020-ci il saat 10 radələrində “xxxx” ASC-nin işçisi Əflatun adlı şəxs ona zəng edərək müəyyən pul müqabilində Quba şəhəri Dəvədabanı yaşayış massivində olan elektrik stansiyasında olan beton dirəklərini Quba şəhərində yerləşən “xxxx” ASC-yə məxsus anbara aparmağı təklif etmişdir. O, idarə etdiyi avtomobillə həmin elektrik stansiyasının yanına getmiş, orada “xxxx” ASC-yə məxsus kran avtomobili 2 ədəd 9,50 metr uzunluğunda olan beton dirəkləri idarə etdiyi avtomobilin yük yerinə diaqonal vəziyyətdə qoymuşdur. Həmin beton dirəklər avtomobilin qabaq və arxa tərəfindən kənara çıxmışdır. Dirəklər avtomobilə yükləndikdən sonra hərəkətə başlayaraq yol kənarında olan sarı xəttin üzərində dayanmışdır. Avtomobilin qabaq təkərləri yol çiynini göstərən sarı xəttin üzərində olmuş, lakin avtomobilin üzərində olan dirəklər avtomobilin ban hissəsindən ön tərəfə, yolun hərəkət hissəsinə doğru çıxmışdır. O, avtomobili saxlayıb Quba şəhəri və Qonaqkənd qəsəbəsi tərəfdən gələn avtomobillərin gəlib-gəlmədiyini izləmişdir ki, yol boş olan halda yolun hərəkət hissəsinə çıxaraq hərəkət etsin. Bir neçə avtomobil yolun hərəkət hissəsi ilə keçdikdən sonra hərəkət edə bilməyin çətin olduğunu başa düşərək avtomobildən düşərək avtomobilin arxa tərəfində olan, həmin dirəkləri avtomobilə yükləmiş kran avtomobilinə yaxınlaşaraq sürücüsünə ona yolun hərəkət hissəsinə girmək üçün kömək etməsini demişdir. Bundan sonra yenidən avtomobilə əyləşmiş və həmin anda toqquşma səsi eşidib avtomobildən düşmüşdür. “TJaz-31512-01” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin Quba-Qonaqkənd istiqamətində hərəkət etdiyini görmüşdür. Həmin avtomobil 30-40 metr getdikdən sonra yol çiynində dayanmışdır. Avtomobilin yük yerində olan beton dirəklərə baxanda **-BF-*** qeydiyyat nişanlı avtomobilin damının idarə etdiyi avtomobilin yük yerində olan dirəklərin üzərində görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, hadisə baş verən gün “Azərelektromaş EİB”-yə məxsus “Kamaz 5320 yük” qeydiyyat nişanlı **-AL-*** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 2 ədəd 9,50 metr uzunluğunda olan beton dirəkləri idarə etdiyi avtomobilin yük yerinə diaqonal vəziyyətdə qoyulmuşdur. Avtomobilin qabağı Quba şəhəri itiqamətində olmuşdur. O, dirəkləri əsas asfalt yolla deyil, torpaq yolla aparmaq fikrində olmuşdur. Dirəklərlə yüklənmiş maşını lazım olan istiqamətdə döndərə bilmədiyi üçün maşını asfalt yolun kənarında torpaq yolun üstündə saxlamış və kömək istəmək üçün maşından düşüb yaxında olan kran avtomobilini idarə edən şəxsə doğru getmişdir. Qayıdıb yenidən avtomobilə əyləşdikdən sonra toqquşma səsi eşitib avtomobildən düşmüşdür. Həmin vaxt **-BF-*** qeydiyyat nişanlı avtomobilin damını idarə etdiyi avtomobilin yük yerində olan beton dirəklərin üstündə, **-BF-*** qeydiyyat nişanlı avtomobilin özünü isə 30-40 metr aralıda yolun çiynində görmüşdür. Hadisə baş verən zaman o, idarə etdiyi avtomobilin içində olduğu üçün, **-BF-*** qeydiyyat nişanlı avtomobilin beton dirəklərə çırpılmasının şahidi olmamışdır. Buna görə hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur. Beton dirəklərin kənara çıxan hissəsinə hər hansı bir işarəedici nişan vurmamışdır. Beton dirəklər toqquşmadan sonra daha da çöx dönüb köndələn dayanmışlar. Hazırda zərərçəkmişin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş maddi zərəri qarşılamışdır. Əməlindən peşiman olduğunu, ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X6 hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum X12 onun əridir. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Bəhram evdən çıxaraq ərzaq almaq məqsədilə Quba şəhərinə getmişdir. Həmin gün saat 12-13 radələrində qaynı Kazım İsayev yaşadığı evə gələrək həmkəndlisi Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Quba şəhərində yol-nəqliyyat hadisəsi törətdiyini, ərinin də həmin avtomobildə olmasını və hadisə nəticəsində öldüyünü demişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Çiçək İsayeva bildirmişdir ki, hadisə olan gün o, evdə olmuş və hadisənin şahidi olmamışdır. Qaynı Kazım əri Bəhramın yol-nəqliyyat hadisəsində nəticəsində öldüyünü demişdir. Bəhramın təqsirləndirilən şəxslərə heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxslər mərhumun dəfn mərasimində iştirak etmiş, ona maddi və mənəvi dəstək olmuşlar. Hadisəni törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncularla barışmışdır. İş üzrə zərərçəkmiş şəxs X6 hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərin hər birinə qarşı şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Quba şəhərindən yaşadıqları Möhüc kəndinə getmək üçün həmkəndlisi X14, qardaşı X12, qaynı Zərərçəkmiş şəxs3 ilə birlikdə həmkəndliləri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Uaz-31512-01” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs1 avtomobili idarə etmiş, Bəhram İsayev ön sərnişin oturacağında, Zərərçəkmiş şəxs1 arxa oturacaqda sol tərəfdə, Zərərçəkmiş şəxs3 arxa sağ oturacaqda, Natiq Rəşidov isa arxa orta oturacaqda əyləşmişdir. Quba- Qonaqkənd yolunun 1-ci km-də Quba şəhəri, Dəvədabanı yaşayış massivində hərəkətdə olarkən hərəkət hissəsinin yol çiynində “Kamaz” markalı avtomobili görmüşdür. “Kamaz” markalı avtomobilin ban hissəsini ötüb keçdikdən sonra əyləşdikləri avtomobilin dam hissəsində bərk gurultu səsi eşitmişdir. Avtomobilin damı üzərindən ayrılmış və təxminən 10-20 metr avtomobili hərəkət etdirdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili yol çiyni ilə yolun hərəkət hissəsinin üzərində saxlamışdır. Geriyə dönüb nə baş verdiyini aydınlaşdırmaq üçün baxanda həmin “Kamaz” markalı avtomobilin yük yerində olan beton dirəklərin üzərində onların mindiyi avtomobilin dam hissəsini görmüşdür. Hadisə nəticəsində qardaşı Bəhram İsayev hadisə yerində ölmüş, özü dizindən xəsarət almış, avtomobildə olan digər sərnişinlər də müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmədə verilən suallara cavab olaraq, bildirmişdir ki, “Uaz-31512-01” markalı **-BF- *** qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, sürücünü arxasında oturmuşdur. X19 isə qabaq oturacaqda oturmuşdur. Yolda gedərkən o, öndə, yolun kənarında dayanmış “Kamaz” markalı avtomobili görsə də, həmin avtomobilin yük hissəsində olan beton dirəklərini görməmişdir. Hadisə zamanı o xəsarət alsa da, hazırda səhhəti normaldır. Təqsirləndirilən şəxslər tərəfindən ona maddi və mənəvi dəstək olunmuşdur. Hazırda hadisəni törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncularla barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 digər şahid Zərərçəkmiş şəxs1lə eyni məzmunda ifadə verərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman “Uaz-31512-01” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağında oturmuşdur. Yolda gedərkən öndə, yolun kənarında dayanmış “Kamaz” markalı avtomobili görsə də, həmin avtomobilin yük hissəsində olan beton dirəkləri görməmişdir. Hadisə zamanı o xəsarət almış, lakin hazırda səhhəti yaxşıdır. Təqsirləndirilən şəxslər tərəfindən ona maddi və mənəvi dəstək olunmuşdur. Hazırda təqsirləndirilən şəxslər barəsində hər hansı bir şikayəti və ya tələbi yoxdur, sonuncularla barışmışdır. İş üzrə zərərçəkmiş şəxs X14 məhkəməyə ərizə təqdim edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 digər şahid Natiq Rəşidovla eyni məzmunda ifadə verərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmiş və məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı “Uaz-31512-01” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağında X17 arxasında oturmuşdur. Yolda gedərkən yolun kənarında dayanmış “Kamaz” markalı avtomobili görsə də, həmin avtomobilin yük hissəsində olan beton dirəkləri görməmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlar barədə hər hansı bir şikayəti və ya tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən “xxxx” ASC-nin “xxxx” MMC-də sürücü vəzifəsində çalışmışdır. 2011-ci il tarixdən "KC-35714k-2-10 Kamaz-43118 ş/ü” markalı qaldırıcı kran tipli ** AC *** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx xxxxxxx 2020-cil tarixdə çalışdığı idarənin rəhbər heyətinin göstərişi ilə Quba şəhərində yerləşən yarımstansiyada çalışmaq üçün idarə etdiyi avtomobillə saat 08:30 radələrində Xaçmaz şəhərindən yola düşmüşdür. Həmin gün saat 09:20 radələrində Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən elektrik yarımstansiyasının həyətinə çatmışdır. Yarımstansiyanın həyətində həmin yarımstansiyanın məsul şəxsi Əflatun Xantəmirovun göstərişi ilə beton panellər doğrandıqdan sonra onları kran vasitəsilə yerə qoymuşdur. Daha sonra Əflatun Xantəmirov yerdə olan 2 ədəd 9,50 metr uzunluqda olan beton dirəkləri kran vasitəsi ilə yerdən qaldırıb “Kamaz” markalı ** AL *** qeydiyyat nişanlı avtomobilə yükləmək lazım olduğunu dedikdən sonra sonuncu yarımstansiyanın həyətinə qayıdıb işləməyə başlamışdır, idarə etdiyi avtomobillə həmin beton dirəkləri götürüb həmin avtomobilin yük yerinə şaquli istiqamətdə qoymuşdur. “Kamaz” markalı avtomobilin oxuna düşən yükün ağırlığından avtomobilin qabaq hissəsi qalxmış, yəni ön təkərləri yerdən üzülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 beton dirəklərin yükünün avtomobil üçün ağır olduğundan dirəkləri həmin avtomobillə daşımaq mümkün olmayacağını demişdir. Təqsirləndirilən şəxs2 cavabında dirəkləri çarpaz şəkildə avtomobilin yük yerinə qoysa onu apara biləcəyini və yükün yaxın yerə daşınacağını demişdir. Buna görə həmin dirəkləri avtomobilin yük yerindən götürüb bu dəfə avtomobilin yük yerinə diaqonal şəkildə qoymuşdur. Yüklədikdən sonra həmin beton dirəklər diaqonal şəkildə “Kamaz” markalı avtomobilin ön və arxa tərəflərindən avtomobilin yük yerindən kənara çıxmışdır. Dirəkləri yüklədikdən sonra “Kamaz” markalı avtomobil hərəkətə başlamışdır. Ardınca kranın ehtiyat hissələrini yığışdıraraq avtomobilə həmin avtomobilin arxasınca gedib “xxxx” ASCnin Quba şəhəri Sahil küçəsində olan işçi həyətinə aparması üçün əyləşmişdir. “Kamaz” markalı avtomobil hərəkətə başlamış və yolun hərəkət hissəsinə girməyərək yol kənarını göstərən sarı xətdən geridə dayanmışdır. Avtomobili saxladıqdan sonra sürücü Təqsirləndirilən şəxs2 avtomobildən düşərək onun yanına gəlib yük təhlükəli olduğundan yola çıxmaqda çətinlik çəkdiyini deyərək istiqamət vermək üçün ondan kömək istəmişdir. Bu sözləri dedikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin sükanı arxasına oturmaqla Quba şəhəri istiqamətindən gələn “Uaz” markalı avtomobilin həmin avtomobilin üstündə olan beton dirəklərə dəyməsi eyni anda baş vermişdir. Yəni, heç Təqsirləndirilən şəxs2 avtomobili hərəkət etdirməyə imkanı olmamışdır. Toqquşma ilə “Uaz” markalı avtomobilin dam hissəsi qoparaq dirəklərin üstündə qalmışdır. “Uaz” markalı avtomobil isə 30-40 metr hərəkət etdikdən sonra dayanmışdır. Hadisə nəticəsində “Uaz” markalı avtomobildə olan sərnişinlərdən biri ölmüş, sürücü və digər sərnişinlər isə xəsarət almışlar. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, 2 ədəd 9,50 metr uzunluqda olan beton dirəklərini kran vasitəsi ilə yerdən qaldırıb “Kamaz” markalı ** AL *** qeydiyyat nişanlı avtomobilin 6 metr uzunluqda olan yük hissəsinə əvvəl şaquli istiqamətdə qoymuş, sonradan dirəkləri həmin avtomobillə daşımaq mümkün olmadığından dirəkləri avtomobilin yük yerindən götürüb bu dəfə avtomobilin yük yerinə diaqonal şəkildə qoymuşdur. Bundan sonra o, yarımstansiyanın həyətinə qayıdıb işləməyə başlamışdır. Hadisənin bilavasitə şahidi olmamışdır. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (meyitin məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 35 nömrəli rəyindən görünür ki, X17 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızına, hər iki burun dəliyində və sol qulaq keçəcəyində qanlı ifrazat, alnın və sifətin əzilmiş-cırılmış yaraları, daxili müayinsəi zamanı başın yumuşaq toxumalarının alt səthində sağ alın gicgah nahiyəsində geniş qansızına, sağ tərəfdən sərt beyin qişasının cırılması, kəllə qapağı və əsası, üz skeleti sümüklərinin çoxqəlpəli sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəcilərinə ansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlar qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda olan zaman əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X17 meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X17 ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur (iş vər.: 128,129); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 1141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət-sağ dizdə qançır küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 1142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər - sol çiyində arxada sıyrıq, sağ əlin İİ barmağının arxa səthində səthi əzilmiş yara küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 1143 nömrəli rəyindən görünür ki, X10 bədəni üzərində aşkar olunan xəsarətlər- sağ qaşüstü və alt dodağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin yumşaq toxumalarının əziyi küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 1147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərinə obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadı (iş vər.: 51); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 1144 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Abgiil oğlunun bədəni üzərində aşkar olunan xəsarət- komatoz-huşsuz vəziyyət və baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan açıq kəllə-beyin travması, başın təpə nahiyəsinin, sol qaşüstü və çənəallı nahiyənin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthində sağ yan tərəfdə, sağ mil-bilək nahiyəsində əzilmiş-didilmiş-cırılmış yaralar, sağ tərəfdən İV-V-V1 qabırğaların sınığı, sol əlin 11 daraq sümüyünün sınığı küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir (iş vər.: 65,66); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 534/KEŞ nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 almış olduğu “Ağır açıq kəllə-beyin travması, başbeyin əzilməsi, subaraxnoidal, subdural, hematomadan sonra nevroloji olaraq travmanın qalıq əlamətləri-yüngül sol tərəfli hemiparez və astenik vəziyyətin olduğu müəyyən edildi, travmadan sonra qeyd edilən xəstəliklər uzun sürən xroniki gedişlidir. Zərərçəkmiş şəxs3 hazırki nevroloji vəziyyəti ilə əlaqədar onun müalicəyə ehtiyacı var. Zərərçəkmiş şəxs3 almış olduğu travmadan sonra vəziyyətinin kafi olduğunu və fikirlərini sərbəst ifadə etməsini nəzərə alaraq hazırki sağlamlıq durumu ilə əlaqədar onun istintaq hərəkətlərində iştirakı mümkündür (iş vər.: 140-145); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası) xx.xx.2020-ci il tarixli 8/2067 nömrəli rəyindən görünür ki, “UAZ-21512-01” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Kamaz 5320” markalı, **- AL-*** qeydiyyat nişalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 “Kamaz 5320” markalı avtomobil yük yerində olan yükün “İri qabarit yük” tanınma nişanı ilə işarələmədiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vər.: 130-134). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. xx.xx.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Quba-Qonaqkənd yolunun Quba şəhəri Dəvədabanı yaşayış massivindən keçən 1-ci km-də elektrik yarımstansiyasının qarşısında şaquli düz, 13,60 metr enində olan asfaltbeton hərəkət hissəsinin yol çiynində baş vermişdir. “Kamaz” markalı avtomobilin üzərində olan iki ədəd beton dirək kuzasından 3,65 m yolun hərəkət hissəsinə doğru kənara çıxmışdır. Avtomoilin kuzasında və beton dirəklərin üzərində 0,65 m sürtünmə izləri vardır. Avtomobilin ban hissəsinin qurtaracağında beton dirək yolun hərəkət hissəsinə doğru 1,80 m çıxmışdır. Baxış zamanı heç bir əşya götürülməmişdir. Baxış zamanı protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir (iş vər.: 9-12); xx.xx.2020-ci il tarixli “baxış aparılması haqqnda” protokollarından görünür ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Uaz-31512-01 minik” markalı **-BF- *** qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz 5320 yük” markalı **- AL-*** qeydiyyat nişanlı avtomobillərə baxış keçirilmiş və foto-şəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir (iş vər.: 10-21); xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibini yarandığından, onların hər birinin təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ittiham edilməsi qərara alınmışdır (iş vər.: 154- 161). Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər X6 ölümünə, Zərərçəkmiş şəxs1 sağlamlığına dərəcəsi təyin olunmayan, X3 yüngül zərər vurmaya aid və Zərərçəkmiş şəxs3 Abgiil oğlunun sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmələrinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam təsdiq edililr. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin 1 hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 50-ci maddəsinin 1 hissəsinin əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir; 57-ci maddəsinin 5-ci hissəsinə əsasən, yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 169,170); “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.:203,204); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 72); Quba RMX-nın xx.xx.2020-ci il tarixli 3274 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 67); AE seriyalı 618623 nömrəli xx.xx.2017-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs1 “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 35); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, DİN-nin BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs1 “BC” kateqoriyalı AC 451060 nömrəli sürcülük vəsiqələri vardır və o sürücülük hüququndan məhrum edilməmişlər (iş vər.: 86); xx.xx.2020-ci il tarixli 528 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs1 ayıq olmuşdur (iş vər.: 24); Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quba rayonu Möhüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 ailəsi həyat yoldaşı – xx.xx.1970-ci il təvəllüdlü Qərənfil Bədirova, oğulları – xx.xx.1992-ci il təvəllüdlü Rəhman Bədirov və xx.xx.1993-cü il təvəllüdlü Cəmil Bədirov, nəvələri – xx.xx.2015-ci il təvəllüdlü Tərgül Bədirova və xx.xx.2018-ci il təvəllüdlü Bahar Bədirovadan ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 135-137). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə edilməsini və vurduğu zərəri aradan qaldırmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 207,208); “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 241); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxsdir (iş vər.: 73); Quba RMX-nın xx.xx.2021-ci il tarixli 15 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 164); AC seriyalı 451060 nömrəli xx.xx.2013-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs2 “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 27); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, DİN-nin BDYPİ mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs2 “BC” kateqoriyalı AE 618623 nömrəli sürcülük vəsiqələri vardır və o sürücülük hüququndan məhrum edilməmişlər (iş vər.: 85); xx.xx.2020-ci il tarixli 529 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs2 ayıq olmuşdur (iş vər.: 25); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 ailəsi atası xx.xx.1937-ci il təvəllüdlü Nadir Səfərov, anası - xx.xx.1945-ci il təvəllüdlü Məmləkət Səfərova, həyat yoldaşı - xx.xx.1974-cü il təvəllüdlü Mehriban Səfərova, qızları xx.xx.1999-cu il təvəllüdlü Nərmin Səfərova və xx.xx.2009-cu il təvəllüdlü Mələkxanım Səfərovadan ibarətdir. Təqsirləndirilən şəxs2 Quba şəhərində yaşadığı müddət ərzində müsbət xarakterizə olunur (iş vər.: 68-71). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışıq əldə edilməsini, vurduğu zərəri aradan qaldırmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 59.1.11-59.1.13-cü maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, təqsirləndirilən şəxslərin hər biri nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 (otuz bir) iş saatına görə 185 (bir yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 (otuz bir) iş saatına görə 185 (bir yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 (otuz bir) iş saatına görə 185 (bir yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 (otuz bir) iş saatına görə 185 (bir yüz səksən beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-36/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-36/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver