Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-36/2022 06.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Quba rayonu, Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə birtkisinin toxumunu əldə edib 2021-ci ilin yaz aylarında yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən evin həyətində əkərək 1 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərib hissələrini toplayaraq ümumilikdə narkotik vasitə hesab olunan ümumi çəkisi 8,767 qram qurudulmuş və ümumi çəkisi 28,241 qram qurudulmamış marixuanı satış məqsədilə əldə edərək yaşadığı evdə saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində bir ədəd bükümdə ümumi çəkisi 1,273 qram qurudulmuş marixuananı tanışı X4 20 manat borcunun müqabilində satmış, bundan başqa həmin tarixdə axşam saatlarında Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ləzzət” restoranında yemək masası arxasında olarkən tanışı Şahid9 bir ədəd salfet kağızı bükümündə ümumi çəkisi 0,571 qram qurudulmuş marixuananı əvəzsiz olaraq vermiş, 15 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı “Ləzzət” adlanan restoranda saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sol arxa cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 0,995 qram qurudulmuş marixuana, həmçinin Quba rayonu Üçgün kəndində yaşadığı evə baxış keçirilən zaman talvarın altında olan qutunun içərisindən bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 28,241 qram qurudulmamış və 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,928 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki o, bir müddətdir ki narkotik vasitə istifadə edir. 2021-ci ilin yaz aylarında istifadə etdiyi marixuananın bir ədəd toxumu yaşadığı evin həyətində əkib yetişdirmişdir. Öz istifadəsi üçün həmin kolun üzərində olan yarpaqları yığıb qurutmuşdur. Həmin kütləni sellofan torbaya yığıb talvarın altında qutunun içərisində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxan zaman, saxladığı marixuanadan bir ədəd kibrit qutusuna və bir qədərdə selofan bükülüyə büküb üzərində götürmüşdür. Təxminən saat 18 radələrində Quba şəhərində həmkəndlisi Səday ilə görüşərkən, Səday ona olan 20 manat borcunu qaytarmağını xahiş etmişdir. Həmin vaxt o, cibində olan bir ədəd sellofan bükümdəki marixuananı 20 manat borcuna qarşılıq olaraq Sədaya vermişdir. Səday da ondan bir ədəd içərisində qurudulmuş marixuana olan bükülünü götürüb getmişdir. Daha sonra o, tanışları Məmməd və Xəlil ilə birlikdə Quba şəhərində yerləşən Ləzzət kafesində əyləşib yemək yeyərkən o, cibində olan bir ədəd kibrit qutusunda olan marixuanadan bir qədərini salfet kağızına büküb Məmmədə vermişdir. Bir qədər sonra, oturduqları kafeyə Quba rayon polis şöbəsinin əməkdaşları gələrək özlərini təqdim edərək narkotik vasitələri gəzdirməkdə və satışında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən ona müdafiəçi təqdim edildikdən sonra, üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, cibində olan bir ədəd kibrit qutusundakı qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar" olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Daha sonra, Məmmədin üzərində şəxsi axtarış aparıılarkən, ona əvəzsiz olaraq verdiyi narkotik vasitə onun üzərindən aşkar olunmuşdur. Məhəmmədin üzərindən aşkar olunmuş qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Ondan narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, səmimi olaraq etiraf etmişdir ki, əkdiyi çətənə kolundan əldə etdiyi qurudulmuş marixuanannın bir qisminini yaşadığı evdə saxlayır. Bundan sonra. polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin talvarının altında qutunun içərisində saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Evindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonra o, polis əməkdaşlarına yaşadığı evin həyətində əkdiyi narkotik vasitənin yerini göstərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdirki, xx.xx.2021-ci il tarixdə Quba rayon, Üçgün kənd sakini Səday Murtuzəliyevin qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Səday Murtuzəliyev xx.xx.2021-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən Badə çay evində saxlanılmışdır. S.Murtuzəliyevə narkotik vasitələri üzərində saxlamaqda şübhəli olması bildirilərək, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Azad Vəliyev ona təqdim edilmişdir. Sədaya üzərində olan qanunla qadağan olunmuş əşyaları çıxarıb təqdim etməsi bildirilmiş və Səday əynində olan cins şalvarın sol ön cibindən bir ədəd “Classic” markalı siqaret qutusunu, 1 ədəd alışqanı və bir ədəd ətiri, cins şalvarın sağ ön cibindən isə 808 (səkkiz yüz səkkiz) manat kağız pulu və bir ədəd açarı təqdim etmişdir. Siqaret qutusuna baxış zamanı qutunun içərisində sellofan bükümdə yaşıl ota bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, Səday həmin kütlənin “nəşə” olduğunu və 20 manat pulun əvəzində Üçgün kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Əməliyyat tədbirinin davami olaraq həmin gün Təqsirləndirilən şəxs və onun yanında olan Məhəmməd Cəfərov və Şahid10 Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ləzzət” restoranında saxlanılmışlar. İlk olaraq Təqsirləndirilən şəxs Quba rayon vəkil büosunun vəkili Müdafiəçi təqdim edildikdən sonra, ona şübhəli şəxs qismində saxlanılmasının əsasları izah edilməklə, hüquq və vəzifələri izah edilmişdir. Baloğlana üzərində qadağan olunmuş əşyaları təqdim edilməsi təklif edildikdə, Baloğlan əynində olan şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda olan marixuananı çıxarıb təqdim etmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütləni haradan əldə etdiyini soruşduqda, həmin kütləni yaşadığı evin həyətində əkdiyi narkotik bitkidən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış sonlandıqdan sonra Şahid9 şübhəli kimi saxlanılmasının əsasları izah edilməklə ona müdafiəçisi Abusalat Şahmirzəyev təqdim edilərək, hüquq və vəzifələri izah edilməklə üzərində narkotik vasitələri saxlamaqda şübhəli olması bildirildi və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Məmməd əynində olan qara rəngli idman şalvarının sol cibindən 245 manat pul, əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd salfet kağızma bükülmüş bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükülü açılıb baxıldıqda içərisində yaşıl rəngli otabənzər kütlə aşkar olunmuşdur. Şahid9 üzərindən aşkar olunmuş kütlənin nə olması və haradan əldə etdiyini soruşduqda, həmin bükümdə narkotik vasitə marixuana olmasını və Təqsirləndirilən şəxs ona hədiyyə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdırş və salfet kağızı ilə birlikdə çəkisi 0,07 qram olması görünmüşdür, həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Xəlil Ələskərova üzərində qanunsuz əşya və predmet olması barədə soruşulduqda, X.Ələskərov könüllü olaraq üzərində olan əşyaları çıxarıb təqdim etmiş və qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, X11, Şahid5 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Quba rayonunun Üçgün kəndində yaşayan Baloğlan Fərfadovu tanıyır, onunla dostluq münasibətində olmuşdur. xx.xx.2021ci il tarixdə saat 18 radələrində Quba şəhərində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt o, Baloğlandan ona olan 20 manat məbləğində borcunu qaytarmasını xahiş etmişdir. Borcunu istədikdə, Baloğlan cibindən bir ədəd sellofan büküm çıxarıb ona vermiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni ona olan 20 manat borcunun əvəzində verdiyini və istifadə etməyini demişdir. O da Baloğlanla razılaşmış və 20 manat pulun əvəzində ona verdiyi bir ədəd balaca bükülüdə olan marixuananı götürmüşdür. Sonra o, Baloğlanla sağollaşıb Quba şəhərində fəaliyyət göstərən Badə çay evinə getmişdir. Çay evində tanışı Emil ilə çay içən zaman Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirmişdrilər. Həmin vaxt təhqiqatçı Şahin Məmmədov özünü və iştirakçıları təqdim edərək ona üzərində şəxsi axtarış aparılacağına görə müdafiəçi təqdim etmişdir. Bundan sonra, videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarş aparılmışdır. Axtarış zamanı o, əynində olan cins şalvarın sol ön cibindən bir ədəd “Classic” markalı siqaret qutusunu, 1 ədəd alışqanı və bir ədəd ətiri, şalvarın sağ ön cibindən isə 808 (səkkiz yüz səkkiz) manat kağız pulu və bir ədəd açarı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi siqaret qutusuna baxış keçirilərkən, qutunun içərisində sellofan bükümdə olan narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmin kütlənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, həmin kütlənin “nəşə” olduğunu və 20 manat pulun əvəzində Quba rayonunun Üçgün kənd sakini tanışı Təqsirləndirilən şəxs aldığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Fərhad və Xəlil ilə birlikdə Quba şəhərində yerləşən Ləzzət kafesində əyləşib yemək yemişlər. Narkotik vasitə istifadə etdiyi üçün həmin vaxt Baloğlan cibində olan bir ədəd kibrit qutusunda olan marixuanadan bir qədərini salfet kağızına büküb ona vermişdir. O, da həmin bükümü cibinə qoymuşdur. Bir qədər sonra yanlarına polis əməkdaşları gələrək özlərini təqdim edib Baloğlana üzərində narkotik vasitələri gəzdirməkdə və satışında şübhəli olduğunu bildirib hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim etmişlər. Bundan sonra, videoçəkiliş ilə Baloğlanın üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Baloğlan cibindən bir ədəd kibrit qutusunda olan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra ona üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilməklə müdafiəçi təqdim edilmişdir. Axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sol cibindən 245 manat pul, əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd salfet kağızına bükülmüş bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində olan marixuana aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş kütlənin nə olması və haradan əldə etdiyi soruşduqda, həmin bükümdə narkotik vasitə marixuana olmasını və Təqsirləndirilən şəxs ona hədiyyə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Xəlil Ələskərovun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Şahid10 üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X1 Məmməd İsmət oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/1059 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, - tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan 1 №-li kağız paketdə l(bir) ədəd kibrit qutusunda təmiz çəkisi -0,995 qram bikti mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - tədqiqata təqdim olunmmuş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan 2 №-li kağız paketdə sarı rəngli sellofan torbada təmiz çəkisi -28,241 qram bikti mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuana və həmin torbada bir ədəd kibirt qutusunda təmiz çəkisi -5,928 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır - tədqiqata təqdim olunmuş üzərində “Vət. X2 üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan 3 №-li kağız paketdə təmiz çəkisi -1,273 qram bikti mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid9 üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan 4 №-li kağız paketdə 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi -0,571 qram bikti mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Vət. Təqsirləndirilən şəxs, X2 və Şahid9 üzərlərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd : Marixuanaların təmiz çəkiləri - 0,995 qram (1 №-li obyekt), 28,241 qram (2 №-li obyekt), 5,928 qram (3№-li obyekt), 1,273 qram (4 №-li obyekt), 0,571 qram (5 №-li obyekt), tədqiqata istifadə olundu hər obyektdən-0,02 qram, qalıqlar-0.975 qram, 28,221 qram, 5,908 qram, 1,253 qram, 0,551 qram. İş materiallarından olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nm Küpçal kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Üçgün kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 17.10 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 65,0 (altmış beş ) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0.975 qram, 28,221 qram, 5,908 qram, 1,253 qram və 0,551 qram olan narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübutlar olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0.975 qram, 28,221 qram, 5,908 qram, 1,253 qram, 0,551 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-36/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-36/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver