Məhkəmə qərarları › İş №1(027)-37/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-37/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-37/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonu Qımıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Quba rayonu Qımıl kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Zərərçəkmiş şəxs sonuncunun xəstə oğlu Kamran Mustafayevə əlillik dərəcəsi ilə pensiya təyin etdirəcəyini və müharibə veteranı vəsiqəsi düzəldəcəyini vəd edib aldadaraq vahid niyyətlə 05 iyul 2019-cu il tarixdə Quba şəhəri bazar ərazisində yerləşən “Xınalıq” kafesində ondan 1200 manat, 11 iyul 2019-cu il tarixdə həmin kafedə 3000 manat, 2019-cu ilin oktyabr ayının sonlarında “Xınalıq” kafesində 1000 manat və bu müddət ərzində müxtəlif vaxtlarda yol pulu və s. xərclər adı ilə 300 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 5500 (beş min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə CM-nin 178-ci maddəsinin müxtəlif bəndləri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2018-ci ilin avqust ayında Xaçmaz rayon məhkəməsinin hökmü ilə 02 il 7 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hazırda həmin cəzanı çəkib qurtarmışdır. Quba rayon Zeyid kənd sakini Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. 2019-cu ilin iyul ayında Yusif Quba şəhər bazarı ərazisində tanışı ilə söhbət edərkən, oğlu Kamran üçün əlillik sənədi düzəldə bilmədiyini dedikdə o, Yusifə onlara kömək edə biləcəyini bildirmişdir. Həmin vaxt Yusif ona oğlu Kamranın xəstə olduğunu, pensiya ala bilmədiyini deyərək, əlilliklə pensiyaya çıxmağa kömək etməyini xahiş etmişdir. O da Yusifə kömək edə biləcəyini və bu işin müqabilində 1200 manat pul lazım olduğu bildirmişdir. Növbəti gün Yusif, oğlu Eminlə birlikdə onunla Quba şəhər Bazar ərazisinə yerləşən Xınalıq kafesində görüşmüşlər. Görüş zamanıYusif oğlu Kamranın xəstəlik sənədlərini və 1200 manat məbləğində pulu ona vermişdir. 10 iyul 2019-cu il tarixdə Yusiflə telefonda danışaraq oğlu Kamrana əlillik təqaüdünün düşdüyünü bildirmişdir. Yusif də işin düzələcəyi təqdirdə ona artıqlaması ilə hörmət edəcəyini demişdir. Həmin vaxt o, Yusifə əlavə 3000 manat xərcin çıxacağını demişdir. Bundan sonra Yusiflə 11 iyul 2019-cu il tarixdə Xınalıq kafesində ona 3000 manat pul vermişdir. Pulu götürərkən o, Yusifi inandırmaq üçün “mən, Təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 4200(dörd min iki yüz) manat pul borc avqustun 5-nə kimi götürdüm” yazılarını yazmış və 2019-cu ilin avqust ayının 5-nə kimi bu işi yekunlaşdıracağını qeyd etmişdir. Sonra Kamranın xəstəlik sənədlərini alıb Sosial Müdafiə fonduna, Əlillər Mərkəzinə və müxtəlif qurumlara Kamranın adından ərizələr yazıb xəstəlik kağızlarını ərizələrinə əlavə edib göndərmiş, lakin müsbət nəticə çıxmamışdır. Artıq o başa düşmüşdür ki, heç bir nəticə əldə edə bilməyəcək. Buna baxmayaraq, Yusif təqaüdün hazır olub-olmadığını soruşduqda, o Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytına Kamranın təqaüd alması üçün lazım olan sənədləri elektron qaydada yerləşdirdiyini, təqaüdün verilməsilə bağlı Kamranın mobil telefonuna mesaj gələcəyini bildirmişdir. 2019-cu ilin avqust ayının sonunda Yusiflə görüşüb təqaüdün yaxın vaxtlarda düzələcəyini vəd edib, bundan əlavə Kamrana müharibə veteranı vəsiqəsini hazırlayacağını, buna görə də əlavə 1000 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, Yusifdən oğlu Kamran üçün müharibə veteranı vəsiqəsi düzəltməhk üçün əlavə 1000 manat da almışdır. İş uzandığı üçü Yusif ona zəng edib sənədlərin nə üçün hazır olmadığını soruşduqda o karantin rejimi ilə əlaqədar sənədlərin hazır olsa da götürməyin mümkün olmadığını bildirmişdir. 2020-ci ilin sonlarında Yusif verdiyi pulları ondan geri tələb etmiş və işini görməsi üçün başqa bir adam tapdığını bildirmişdir. O isə bu iş üçün puldan xərclədiyini qeyd etmişdir. Yusif isə ona 2500 manatı qaytarmağını, qalanını istəmədiyini bildirmişdir. Həmin vaxt pulu öz ehtiyaclarına xərclədiyi üçün pulu 2021-ci ilin aprel-may ayına kimi az-az geri qaytara biləcəyini demişdir. Yusif onun barəsində şikayət etdikdən sonra, Bakı şəhərinə gedib Kamranla görüşüb sənədləri götürmək üçün X3 getmişdir. O, vaxt qazanmaq üçün belə bir addım atmışdır. Daha sonra Kamrana xəstəlikləri ilə bağlı müəyyən analizlər verməli olduğunu bildirmişdir. Kamranla birlikdə Respublika mərkəzi xəstəxanasına getmişdir. Orada Kamran bir neçə yoxlanışdan keçdikdən sonra Kamrana bir neçə günə təqaüdün hazır olacağını bildirmiş və oradan ayrılmışdır. O Zərərçəkmiş şəxs 4200 manat məbləğində pulu Yusifin oğlu Kamran Mustafayevə əlillik sənədlərini düzəltmək üçün, 1000 manat məbləğində pulu isə müharibə veteranı vəsiqəsi düzəltmək üçün almışdır. Ümumilikdə o Zərərçəkmiş şəxs 5200 manat məbləğində pul vəsaitini alıb Yusifə yalan vəd verərək oğlu Kamran Mustafayevə əlillik təqaüdü və müharibə veteranı vəsiqəsi düzəldəcəyini bildirmişdir. Əslində isə onun əlillik təqaüdü və müharibə veteranı vəsiqəsi düzəltmək üçün hər hansı bir səlahiyyəti və imkanı olmamışdır. Zərərçəkmiş şəxs aldığı pulları öz şəxsi xərcləri üçün istifadə etmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu 1975-ci il təvəllüdlü X2 1993-cü ildən 1996-cı ilə kimi Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən N saylı hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Kamran əsgərlikdən qayıtdıqadan sonra səhhhətində problemlər yaranmış, hazırda ayaqlarında “qızıl yel” xəstəliyi, “ürək genişlənməsi”, “böyrək çatışmazlığı” xəstəliklərindən əziyyət çəkir. O, Kamranı dəfələrlə müalicəyə aparsa da xəstəlikləri sağalmamışdır. Bir müddət sonra Kamran əmək qabiliyyətini itirdiyi üçün əskərlikdən qayıtdıqdan sonra işlədiyi Quba rayonu, Zeyid kəndində yerləşən ümumi orta məktəbin “ mühafizəçisi” işindən 2017-ci ilin mart ayından azad olunmuşdur. O bu barədə bir neçə dəfə müxtəlif qurumlara müraciət etsə də, oğlu Kamrana əlillik dərəcəsi düzəldə bilməmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində o Quba şəhər Bazarının yanında kənd avtobusları dayandığı yerdə, Quba rayonu Qımıl kənd sakini Təqsirləndirilən şəxs ilə aralarında söhbət zamanı Vüqara oğlunun əmək qabiliyyətini itirməsini, bu barədə müvafiq qurumlara müraciət etdiyini, lakin işinin bu günə kimi düzəlmədiyini bildirmişdir. Vüqar ona oğlunun xəstəliklə bağlı hər hansı sənədi varsa həmin sənədləri və bu işin müqabilində 1200 manat pul gətirməsini, oğlu Kamranın təqaüd almasına yardım edə biləcəyini bildirmişdir. Bundan sonra o, oğlu Şahid1 ilə birlikdə Kamranın xəstəlik sənədlərini və əlavə 1200 manat pulu 05 iyul 2019-cu il tarixdə Quba şəhəri ərazisində olan “Xınalıq” kafesində Təqsirləndirilən şəxslə görüşüb pulu və sənədləri sonuncuya vermişdir. Vüqar da həmin sənədlərə baxıb ona “tanışıma bu sənədləri göstərib sənə bir söz deyəcəm” demişdir. 2019-cu ilin iyul ayının 10-da Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəyə istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vurub görüşmək istədiyini və oğlu Kamrana 1-ci qrup əlilik təqaüdü düzəldə biləcəyini və buna görə 1200 manatdan əlavə 3000 (üç min) manat da lazım olduğunu bildirmiş, o da Vüqarla bir gün sonra 11 iyul 2019-cu il tarixdə səhər saatlarında Quba şəhər mərkəzi bazarın ərazisində çayxanada görüşmüşdür. Vüqar ona görüş zamanı ondan götürdüyü sənədləri öz tanışına göstərdiyini, oğlu Kamrana 1-ci qrup əlilik təqaüdü düşməsini və əlavə 3000 manat pul lazım olduğunu bildirmişdir. O da Vüqarla razılaşıb 3000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmiş, ümumilikdə o Vüqara 4200 (dörd min iki yüz ) manat pul vermişdir. O Vüqara 3000 manat məbləğində pulu verərkən oğlu Şahid1 və qardaşı oğlu Şahid2 də yanında olmuşdur. X7 notariusa getməyi və müqavilə imzalamağı təklif etmiş, lakin Vüqar şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bəhanə edib notariusa getməkdən imtina etmişdir. Buna baxmayaraq Vüqar, onun və qardaşı oğlu İlkinin imzası ilə öz xətti ilə vərəqdə “mən, Təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 4200(dörd min iki yüz) manat pul borc avqustun 5-nə kimi götürdüm” yazılarını yazmış və 2019-cu ilin avqust ayının 5-nə kimi bu işi yekunlaşdıracağını qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan 4200 manat pul almasına baxmayaraq, söz verdiyi vaxta oğlu Kamrana heç bir təqaüd düzəltməmiş, bununla bağlı hər dəfə Vüqarla telefon vasitəsilə danışdıqda ona sənədlərin artıq hazır olduğunu, tez bir zamanda oğlu Kamranın telefonuna təqaüdün verilməsi ilə bağlı mesaj gələcəyini bildirirmiş. 2019-cu ilin avqust ayının sonunda Vüqar onunla görüşmüş və təqaüdün yaxın vaxtlarda düzələcəyini vəd edib, bundan əlavə oğluna müharibə veteranı vəsiqəsini düzəldə biləcəyini bildirmişdir. O da Vüqara həmin veteran vəsiqəsini düzəltməsini bildirmişdir, Vüqar həmin vəsiqəyə görə ondan 1000 manat pul istəmiş, o Vüqara vəsiqəni hazır edib ona təqdim etdiyi zaman 1000 manat pulu verəcəyini söz vermişdir, Vüqar da onunla razılaşmışdır. Təxminən iki ay sonra Vüqar ona zəng vurub vəsiqənin hazır olmasını bildirmiş, lakin 1000 manat pulu təqdim etdikdən sonra ona veteran vəsiqəsini verəcəyini bildirmişdir. O həmin vaxt Vüqarla görüşüb 1000 manat da pul vermişdir. Bundan əlavə Vüqar ayrı-ayrı vaxtlarda da ümumi olaraq yol pulu və digər xərcələrə görə 300 manat pul almışdır. Ümumilikdə o Təqsirləndirilən şəxs 5500 (beş min beş yez) manat pul vermişdir. Vüqar bu günə qədər oğlu Kamrana heç bir təqaüd və veteran vəsiqəsi düzəltməmiş, guya sənədləşmə işləri ilə bağlı gecikmələr yarandığını bəhanə gətirib vədinə əməl etməyərək ondan 5500 manat alaraq onu aldatmışdır. O, Vüqara 05 iyul 2019-cu il tarixdə 05 iyul 2019-cu il tarixdə 1200 manat, 11 iyul 2019-cu il tarixdə 3000 manat, 2019-cu ilin oktyabr ayının sonlarında 1000 manat, bundan əlavə görəcəyi işə görə yol pulu və s. xərclər üçün də 300 manat, ümumilikdə 5500 manat pulu Quba şəhəri bazar ərazisində oğlu Kamran Mustafayevə 1-ci qrup əlillik təqaüdü və müharibə veteranı vəsiqəsi düzəldəcəyini vəd etiyinə görə 5200 manat pul və görəcəyi işə görə yol pulu və sair xərclər üçün də 300 manat, ümumilikdə 5500 manat pul vermişdir. Oğlu bir neçə ay əvvəl vəfat etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini və onunla barışıq əldə etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, X2 isə qardaşıdır, Kamran, 1993-cü ildən 1996-ci ilə kimi Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən N saylı hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqadan sonra Kamranın səhhətində problemlər yaranmış, ayaqlarında "qızıl yel" xəstəliyi, sonradan isə "ürək genişlənməsi", daha sonra "böyrək" çatışmazlığı xəstəliyi əmələ gəlmişdir. Kamranı dəfələrlə müalicəyə aparsalar da, hələlik xəstəlikləri sağalmamışdır. Bir müddət sonra Kamran, əmək qabiliyyətini itirdiyi üçün işlədiyi Quba rayonu, Zeyid kəndində yerləşən ümumi orta məktəbin mühafizəçisi" işindən azad olunmuşdur. Müxtəlif qurumlara müraciət etsələr də, Kamrana əlillik dərəcəsini düzəldə bilməmişdirlər. 2019-cu ilin iyul ayının əvvəllərində atası Zərərçəkmiş şəxs Quba rayonu Qımıl kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu biləndə ki, atası Yusif Kamrana əlillik dərəcəsini düzəltmək istəyir, Vüqar atası Yusifə bu işi düzəldə biləcəyini bildirmiş və ondan Kamranın xəstəliyi ilə bağlı sənədləri istəyərək, bu işin müqabilində əvvəlcə 1200 manat pul istəmişdir. Atası da Vüqara Quba RMX-nın poliklinika şöbəsində saxlanılan Kamranın xəstəlik sənədlərini və 1200 manat pulu 05 iyul 2019-cu il tarixdə Quba şəhər "Xınalıq" mehmanxanasının alt mərtəbəsində yerləşən çayxanada onunla birlikdə Təqsirləndirilən şəxslə görüşüb onun yanında Vüqara vermişdir. Vüqar da həmin sənədlərə baxıb "tanışıma bu sənədləri göstərib sənə bir söz deyəcəm" deyə bildirmişdir. 2019-cu ilin iyul ayının 10-da Təqsirləndirilən şəxs atasına zəng vurub görüşmək itədiyini və Kamrana 1-ci qrup əlillik təqaüdü düzəldə biləcəyini və buna görə 1200 manatdan əlavə 3000 üç min manat da lazım olduğunu bildirmişdir. Bundan sonra, atası Yusif onunla birlikdə bir gün sonra, yəni 11 iyul 2019-cu il tarixdə səhər saatlarında Quba şəhər mərkəzi bazarın ərazisində olan çayxanada Vüqarla görüşmüşüb. əlavə 3000 manat pulu Vüqara vermişdir. Həmin vaxt onların yanında əmisi oğlu Şahid2 olmuşdur. Beləliklə atası Vüqara ümumilikdə cəmi 4200 (dörd min iki yüz ) manat pul verilmişdir. Atası Vüqara 3000 manat pulu verərkən o, Vüqara notariusa getməyi və müqavilə imzalamağı təklif etmiş, lakin Vüqar şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bəhanə edib notariusa getməkdən imtina etmişdir. Lakin Vüqar orada atası və əmisi oğlu İlkinin imzası ilə öz xətti ilə bir kağız vərəqəsində atasından 4200 manat pulun 2019-cu ilin avqust ayının 5-nə kimi borc götürməsi barədə qəbz yazıb imzalayıb atasına vermişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra qardaşı Kamrana heç bir təqaüd düzəltməmiş, 2019-cu ilin avqust ayının sonunda atası ilə görüşüb və təqaüdün yaxın vaxtlarda düzələcəyini vəd etmiş, bundan əlavə Kamrana müharibə veteranı vəsiqəsini də düzəldə biləcəyini bildirmişdir. Vüqar həmin vəsiqəyə görə atasından əlavə 1000 manat pul istəmişdir. Təxminən 2 ay sonra Vüqar bir daha atasına zəng vurub vəsiqənin hazır olmasını bildirmiş, lakin 1000 manat pulu təqdim etdikdən sonra Kamranın veteran vəsiqəsini verəcəyini bildirmişdir. Atası da həmin vaxt onun iştirakı ilə Vüqarla görüşüb 1000 manat da əlavə pul vermişdir. Bundan əlavə Vüqar ayrı-ayrı vaxtlarda da ümumi olaraq yol pulu və digər xərcələrə görə ümumilikdə cəmi 300 manat pul atasından almışdır. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə atası Yusif 5500 (beş min beş yez) manat pul vermiş, Vüqar isə vədinə əməl etməyərək atasından 5500 manat alaraq onu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisidir. Yusifin oğlu Kamran uzun illərdir ki, xəstəliklərdən əziyyət çəkir. 11 iyul 2019-cu il tarixdə Quba şəhəri bazar ərazisdində olarkən əmisi Zərərçəkmiş şəxs və onun oğlu Eminlə Quba şəhəri bazar ərazisində yerləşən “Xınalıq” mehmanxanasının alt mərtəbəsində yerləşən kafedə görmüşdür.Həmin vaxt onların yanında tanımadığı bir nəfər şəxsdə olmuşdur. əmisi onu kafeyə oturduqları masaya dəvət etmişdir. Əmisi Yusif ona yanında əyləşən şəxsin Təqsirləndirilən şəxs olduğunu, oğlu Kamrana 1-ci qrup əlillik təqaüdü düzəldəcəyini, bunun müqabilində həmin şəxsə 1200 manat pul verdiyini, hal-hazırda 3000 manat pul da lazım olduğu üçün Vüqara həmin məbləği verdiyini, buna görə də şahidlik etməsini xahiş etmişdir. Vüqar görüş zamanı götürdüyü sənədləri öz tanışına göstərdiyini və Kamrana 1-ci qrup əlillik təqaüdü düşdüyünü və əlavə 3000 manat pul lazım olmasını demişdir. Əmisi də Vüqarla razılaşıb onun və əmisi oğlu Şahid1 yanında 3000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmiş, beləliklə Vüqara ümumilikdə cəmi 4200 (dörd min iki yüz ) manat pul verilmişdir. Həmin vaxt əmisi oğlu Emin Təqsirləndirilən şəxs notariusa getməyi və müqavilə imzalamağı təklif etsədə, Vüqar şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bəhanə edib notariusa getməkdən imtina etmişdir. Buna baxmayaraq Vüqar orada onun və əmisi Yusifin imzası ilə öz xətti ilə bir kağız vərəqəsində ondan 4200 manat pulun 2019-cu ilin avqust ayının 5nə kimi götürməsi barədə yazı yazaraq imzalayıb əmisi Yusifə vermişdir. Vüqar avqust ayının 5-dək söz verdiyi sənədləri düzəldəcəyini bildirmişdir. Bundan sonra o kafedən çıxıb getmişdir, sonradan bu barədə əmisi ilə söhbət etməmişdir, sənədlərin hazırlanması və ya pulun qaytarılması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl istintaq orqanı tərəfində Azərtbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 16.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, 09.06.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 08.05.2007-ci il tarixli amnistiya aktına əsasən cərimə cəzasından azad edilmişdir. Bundan başqa o, Xaçmaz rayon məhkəməsinin 20.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 20.06.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.01.2022-ci il tarixli 09 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Qımıl kəndində yaşayır. İş materiallarında olan Quba RİHB-nın Quba rayon Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4 -cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətəazadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Çünki Təqsirləndirilən şəxs əvvələr eyni cinayəti törətməsinə görə məhkum olunmuş, ona maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin olunmuş lakin o, islah olmamış və yenidən cinayət törətmişdir. Ona görə də, ona azadlıqdan məhrumetmə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20.12.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 04.04.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.05.2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11.05.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar