Məhkəmə qərarları › İş №1(027)-38/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-38/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-38/2021 11.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı ildə Quba rayonu, Xucbala kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan və yaşayan– Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən evlərində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, Zərərçəkmiş şəxs qəsdən yumruqla üz və baş nahiyəsinə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir oğlu var. X7 hal-hazırda hərbi xidmətdədir. Vüsal Mənzərin istifadəsində olan mobil nömrəyə zəng vuraraq hərbi hissədə qalıb gizir kimi işləmək istəməsini bildirmiş, lakin arvadı Zərərçəkmiş şəxs ondan evə qayıtmasını istəmiş və hərbçi kimi qalıb işləməsinə narazılıq etmişdir. O, isə Vüsalın hərbçi kimi qalıb işləməsini istəmişdir. Bu səbəbdən xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində Mənzərlə arasında söz mübahisəsi yaranmış və sərxoş vəziyyətdə olduğu üçün yaşadığı Quba rayon Xucbala kəndində evinin içində əsəbləşərək arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla vrmuş, nəticədə Mənzər otağda olan divanın üzərinə yıxılmış və ayağa duraraq evdən getmişdir. Həmin vaxt gəlini X1 evdə olmuş, lakin hadisəni görüb-görməməsindən dəqiq xəbəri olmamış, çünki o sərxoş vəziyyətdə olmuşdur. Əvvəllər onunla həyat yoldaşı Mənzərin arasında xırda söz-söhbətlər olmuşdur. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını qeyd edərək cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 23 il əvvəl Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir uşağı var. Oğlu, 2001 -ci il təvəllüdlü X2 hal-hazırda N saylı hərbi hissədə hərbi xidmətdədir. Vüsal işlədiyi yerdə qalıb müddətdən artıq xidmət etmək istəmiş və bu barədə zəng vuraraq ona məlumat vermişdir. O, oğlu Vüsalın hərbçi kimi müddətdən artıq qalıb işləməsinə narazılığını bildirərək hərbi xidmətini bitirdikdən sonra evə qayıtmasını tələb etmişdir. Lakin, əri Təqsirləndirilən şəxs oğlu Vüsalın hərbçi kimi qalıb işləməsini istəmişdir. Buna görə də, onun əri Təqsirləndirilən şəxs ilə aralarında söz mübahisəsi yaranmış və nəticədə xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində yaşadıqları Quba rayonu, Xucbala kəndində yerləşən evdə əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onu söyüb təhqir edərək ona yaxınlaşıb yumruqla üz və baş nahiyəsinə vuraraq onu döymüşdür. Əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək onunla əsasız mübahisələr yaradır. Həmin vaxt hadisənin şahidi onlarla birgə yaşayan gəlini X1 olmuşdur. Təqsirləndirilən şəxs onu əvvəllər də döymüşdür. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və tibbi arayışdakı məlumatlar əsasında onun bədəni üzərində olan xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz orbiti ətrafında qançır-hematoma, alt çənədə solda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2021-ci il tarixə uyğun gəlir, xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Quba rayonu, Xucbala kəndi ərazisində yerləşən evlərində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı, Zərərçəkmiş şəxs qəsdən yumruqla üz və baş nahiyəsinə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Çünki hazırkı cinayət təqibi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin ibdidai istintaqda və məhkəmə iclaslarında iştirak etdiyi 17 saat vaxtı üçün Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən 102 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq, Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən ümumilikdə 17 saat üçün 102 (bir yüz iki) manat tutulub, Quba rayon Vəkil Bürosunun hesabına köçrülsün. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar