Məhkəmə qərarları › İş №1(027)-38/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-38/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-38/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən: Təqsirləndirilən şəxs1 20 sentyabr 2022-cİ il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında Təqsirləndirilən şəxs2 90 manata aldığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində saxlanılıb həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümdə xalis çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram narkotik vasitə heroini əldə edərək 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında Təqsirləndirilən şəxs1 90 (doxsan) manata satmışdır. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,900 qram narkotik vasitə heroini və 0,450 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 22 sentyabr 2022-ci il tarixdə, saat 00:00 radələrində, Xaçmaz şəhəri ərazisində saxlanılaraq Quba RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə xalis çəkisi 0,900 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə xalis çəkisi 0,450 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bu vaxta kimi iki dəfə narkotik vasitədən istifadə etmiş, bu üçündü dəfə idi ki, istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə Xaçmaz şəhərində parkda tanış olmuşdur. Belə ki, Quba rayonu, Nügədi kənd sakini kimi tanıdığı Hacı ilə söhbət zamanı narkotik vasitə istəmiş, Hacı ona narkotik vasitəni Ruslan adlı şəxsdən ala biləcəyi və Ruslanın adətən Xaçmaz şəhərində olan parkda olduğunu bildirərək ora getməsini demişdir. O, Ruslanın nömrəsini Hacıdan almış və Xaçmazda yerləşən həmin parka getmişdir. Parkda olan zaman Fuad ona yaxınlaşmış və oturub birlikdə söhbət etmişlər. Söhbət zamanı o, Ruslan barədə danışmış, Fuad ona “Ruslandan niyə alırsan, mən sənə elə belə verərəm” demiş və təmənnasız narkotik vasitə vermişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxsdən almışdır. Hər dəfəsində narkotik vasitəni siqaretə doldurub çəkməklə istifadə etmişdir. O, Quba rayonu, Amsar kəndində yolun kənarında polis əməkdaşları tərəfindən saxlanılan zaman qorxduğu üçün narkotik vasitəni Fuaddan pul müqabilində aldığını demişdir. Ruslan ona Fuad barədə bir söz deməmişdir. Xaçmaza gedən zaman üzərində pul götürmüşdür. Məhkəmə iclasında təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitənin satışı üzrə özünü təqsirli bilmir. O, İlqara narkoik vasitə satmamış, görüşüb elə belə vermişdir. Xaçmaz şəhərində Nərimanov heykəlinin yanında polis əməkdaşları tərəfindən narkotik vasitə istifadəçisi kimi saxlanılaraq Quba RPŞ-nə gətirilmişdir. Polis əməkdaşlarının ona yaxınlaşdığını görüb əlində saxladığı narkotik vasitəni yerə atmış, polis əməkdaşları bunu görüb götürmüşlər. Polis şöbəsində olan zaman üzərində baxış keçirilmişdir. O, əvvəl də narkotik vasitə olan kokosdan istifadə etmişdir. Tutulandan sonra istifadə etməmişdir. Kokosu online olaraq iranlı şəxsdən 20-50 manata almış, tanışları isə gətirmişdir. Parkda olan zaman İlqar ona yaxınlaşıb narkotik vasitə istəmiş, o da təmənnasız vermişdir. Telefonunda olan sms-lərlə bağlı isə təqsirləndirilən şəxs bildirdi ki, telefonunda narkotik vasitənin kiməsə satılması ilə bağlı sms-lər olmuşdur. Lakin o İlqara satmamış, başqasına satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 22 sentyabrda baş əməliyyat müvəkkili Şahid1 Quba rayonu, Nügədi kəndindən 1 nəfərin saxlanılması barədə məlumat vermişdir. Həmin şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Saxlanılan şəxsin deməsinə görə narkotik vasitəni Xaçmazdan Fuad adlı şəxsdən almışdır. O Şahid1la Xaçmaz şəhərinə getmiş, tanımadığı küçədə Fuad adlı şəxsə yaxınlaşmışlar. Fuad 1 gün əvvəl narkotik vasitəni İlqara satdığını etiraf etmişdir. X5 RŞ-nə gətirmişlər. Şöbədə üzərinə baxış keçirilmiş, o baxışda iştirak etmişdir. Baxış zamanı Fuadın şalvarının cibindən 2 büküm narkotik vasitə çıxmış, onlardan 1 bükümdə metamfetamin, digəri isə heroin olmuşdur. Fuad saxlanılan zaman ona heç bir təzyiq olmamışdır. Fuad 1 gün əvvəl İlqara narkotik vasitə verdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumata əsasən əməliyyat tədbirləri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs1 saxlanılmış, təhqiqatçı və çəkiliş qrupu gələndən sonra üzərində axtarış keçirilmiş, axtarış zamanı cibindən narkotik vasitə aşkar edilmişdir. İlqar narkotik vasitəni Xaçmaz şəhərində Fuad adlı şəxsdən 80-90 manata aldığını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “yetkinlik yaşına şatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd olunan cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə ittiham aktı Quba rayon prokuroru Namiq Muradov tərəfindən təsdiq edilərək iş baxılması üçün Quba rayon məhkəməsinə göndərilmişdir. 28 dekabr 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəqiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvvəlüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. CM-nin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs2 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında xx.xx.2005-ci il təvvəlüdlü yetkinlik yaşına çatmayan X1 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram çəkidə narkotik vasitə heroini 90 (doxsan) manata satmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsə narkotik vasitə satması daha ağır cinayətin, yəni CM-in 234.3-1-ci maddəsinin tərkib əlamətlərinin olmasının göstəriciləridir. Təqsirləndirilən şəxs2 əməlində daha ağır cinayətin, yəni CM-in 234.3-1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatətlə razı olmadığı qeyd edərək, bildirdi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını bilməmişdir. Həmçinin İlqar yaşını Təqsirləndirilən şəxs2 bildirməmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.3-1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Müdafiəçi vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 həmçinin vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsin narkotik vasitənin satması ilə bağlı yetkinlik yaşına çatmayan şəxsin zahiri görünüşünə görə yaşının müəyyən edə bilməməsi onu cinayət məsuliyyətindən azad etmir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Quba rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Şükür Hacıyev tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən aydın olur ki, - “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Quba Rayon prokuroru vəzifəsi icra edən İsbəndiyar İskəndərov xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad olunaraq barəsində “yetkinlik yaşına çaymayanı nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir; - “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın hissəvi ləğv edilməsi, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur; - “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; İşin materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvəllüdlü olmaqla Təqsirləndirilən şəxs2 ittiham olunan tarixdə o, yetkinlik yaşına çatmamışdır. Təqsirləndirilən şəxs2 verilən ittihama görə, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,285 qram narkotik vasitə heroini əldə edərək 20 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nərimanov” heykəlinin yanında Təqsirləndirilən şəxs1 90 (doxsan) manata satmışdır. Azərbaycan Respublikası 234.3-1-ci maddəsində yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsindən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutaraq, məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı) Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Dövlət ittihamçısı vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. O cümlədən, Təqsirləndirilən şəxs1 qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar