Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-4/2021 25.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Quba rayonu, Qımıl-qazma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qımıl-qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Hacıhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1995-ci il tarixdə Quba rayonu, Qımıl-qazma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Qımıl-qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Qımıl-Qazma kəndində yerləşən orta məktəb binasının yaxınlığında küçədə həmkəndlisi Zərərçəkmiş şəxs Ramazan oğlunun qardaşı Şahid2 ilə örüş sahəsi üstündə mübahisə etməsini bəhanə edərək Zərərçəkmiş şəxsla mübahisə edib qarşılıqlı olaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış mübahisənin şəxsi münasibətlər zəminində baş versə də, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq, həmin mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə oğlu Təqsirləndirilən şəxs2 və qardaşı oğlu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yumruq və təpikləri ilə üz-bədən nahiyyələrindən qəsdən vurub yerə yıxmış və yerdə onu təpikləri ilə vurmağa davam edərək sonuncunun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən baş beyin silkələnməsi ilə müşayiət olunan sağ qaşın bayır bucağında əzilmiş yara, sağ göz orbiti ətrafında qançır-hematoma, belində sağda və sağ dirsəkdə hərəsində bir yerdə sıyrıqdan ibarət xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Qımıl-Qazma kəndində yerləşən orta məktəb binasının yaxınlığında küçədə həmkəndlisi Zərərçəkmiş şəxs Ramazan oğlunun əmisi Şahid2 ilə örüş sahəsi üstündə mübahisə etməsini bəhanə edərək Elşan Ramazanovla mübahisə edib qarşılıqlı olaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış mübahisənin şəxsi münasibətlər zəminində baş versə də, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq həmin mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə atası Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında Elşan Ramazanovu yumruq və təpikləri ilə üz-bədən nahiyyələrindən qəsdən vurub yerə yıxmış və yerdə onu təpiklə vurmağa davam edərək sonuncunun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən baş beyin silkələnməsi ilə müşayiət olunan sağ qaşın bayır bucağında əzilmiş yara, sağ göz orbiti ətrafında qançır-hematoma, belində sağda və sağ dirsəkdə hərəsində bir yerdə sıyrıqdan ibarət xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Qımıl-Qazma kəndində yerləşən orta məktəb binasının yaxınlığında küçədə həmkəndlisi Zərərçəkmiş şəxs Ramazan oğlunun atası Şahid2 ilə örüş sahəsi üstündə mübahisə etməsini bəhanə edərək Elşan Ramazanovla mübahisə edib qarşılıqlı olaraq bir-birilərini nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış mübahisənin şəxsi münasibətlər zəminində baş versə də, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq həmin mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına, səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə əmisi Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Elşan Ramazanovu yumruq və təpikləri ilə üz-bədən nahiyyələrindən qəsdən vurub yerə yıxmış və yerdə onu təpiklə vurmağa davam edərək sonuncunun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən baş beyin silkələnməsi ilə müşayiət olunan sağ qaşın bayır bucağında əzilmiş yara, sağ göz orbiti ətrafında qançır-hematoma, belində sağda və sağ dirsəkdə hərəsində bir yerdə sıyrıqdan ibarət xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edənfşəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs3 – hər birinin əməllərində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu, Qımıl- Qazma kəndində yaşayır. Elşan və Şahid3lar onun həmkəndliləri olmaqla, həm də qohumlarıdır. Hadisə olan günədək aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 14-15 radələrində o, Şahid3la görüşüb, sonuncunun qardaşı Şahid5 məxsus heyvanların onun otlaq sahəsinə girməsini irad tutmuş, Elmar isə ona məhəl qoymayaraq heyvanları həmin əraziyə buraxacağını bildirmiş və telefonla qardaşları Ədalət, Elşan və Şahid4lara zəng edərək yanına çağırmışdır. Telefon zəngindən sonra ilk olaraq Əfqan gəlmiş və onları sakitləşdirmək məqsədi ilə çay içməyə aparmışdır. Lakin Elmar onlarla getməmişdir. Onlar birlikdə oturub çay içən zaman Elşan Ramazanov onun qardaşı Cahangirə zəng edərək, nalayiq söyüşlərlə təhqir etmiş və kəndin girəcəyinə çağırmışdır. O, Əfqanın maşınına minib Əfqan və qardaşı Cahangirlə birlikdə kəndin içinə, oradan isə evinə getmişdir. Öz həyətinə çatdıqda səs-küy eşitmiş və kəndin girəcəyində olan qardaşı Cahangirin yanına getmişdir. Hadisə yerinə çatanda orada Elşan , Əfqan, Elmar və Şahid5ları görmüşdür. Elşan Cahangiri yerə yıxdığı üçün, o Elşana yaxınlaşıb bir dəfə təpiklə Elşanın bədəninə vurmuşdur. Həmin vaxt ərazidə olan oğlanları Tamerlan və Emin gəlmişlər. Lakin onların Elşanı vurub-vurmadıqlarını dəqiq bilmir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mübahisə olan gün Zərərçəkmiş şəxs ayaqdan əlil olan qardaşı Cahangiri yerə yıxdığı üçün, o, Elşanla mübahisə edib, sonuncunu döymüşdür. Hadisə zamanı ətrafa çox sayda insanlar yığışmışdır. Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma atasıdır. Elşan və Şahid3lar isə həmkəndliləri olmaqla, həm də qohumlarıdır. O, xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində evdən küçəyə çıxdıqda məktəb tərəfindən səs-küy, dava-dalaş səslərini eşitmişdir. Səs-küyə tərəf getdikdə məktəbin 150 metrliyində asfalt yolunun kənarında əmisi Cahangirlə Zərərçəkmiş şəxs bir-birilərinə söyərək münaqişə etdiklərini görmüşdür. Elşan Ramazanov əmisi Cahangiri söydüyü üçün, sonuncu əlindəki əsa ilə Elşanı özündən uzaqlaşdırmağa çalışmışdır. Bunu gördükdə o, Elşana yaxınlaşıb itələmiş və sonuncu yıxılmışdır. Həmin vaxt ola bilsin ki, Elşana bir-iki dəfə yumruq və ya təpiklə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bir ayağı olmayan əmisi Cahangiri vurduğu üçün, əsəbləşib Elşanı sinəsindən itələyib vurmuşdur. Hadisə olan zaman ətrafda çox sayda kənd sakini olmuşdur. Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid2 onun doğma atasıdır, lakin uşaq vaxtından onu övladlığa babası Cəlal Ağasiyev götürdüyünə görə sənəddə atasının adı Cəlal kimi qeyd olunur. Atası Şahid2 müharibə veteranıdır. Bir ayağını itirdiyi üçün əsadan istifadə edir. Hadisə olan gün, xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində o, işdən evə qayıdan zaman küçədə məktəbin yaxınlığından, məktəbinin 150 metrliyində səs-küy eşitmişdir. Həmin yerə yaxınlaşdıqda, Şahid2 yerə yıxılmış vəziyyətdə və əsasını isə Elşan Ramazanovun əlində görmüşdür. O, Cahangiri yerdən qaldırmış, Elşanın əlindən əsaları alıb atasına vermiş və Elşan Ramazanovu sinəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Elmar və digərləri onları ayırmışdır. Hadisə zamanı orada həmkəndliləri Şahid1 və məktəbin direktoru Vüqar olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Zərərçəkmiş şəxs Cahangiri vurduğu üçün, o da Elşanı yumruqla vurmuşdur. xx.xx.2020-ci il tarixdən İİ-ci Qarabağ müharibəsində iştirak etmiş və Ölkə Başçısının Sərəncamına əsasən, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aslan, Əflatun, Emin və Şahid2lər onun həmkəndliləri və qohumlarıdır. Onların arasında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qardaşı Şahid3 ona zəng edərək, yaşadıqları Quba rayonu, Qımıl-Qazma kəndində həmkəndliləri Aslan və Şahid2 qardaşları tərəfindən hədələndiyini bildirmiş, o da öz avtomobili ilə hadisə olan yerə getmişdir. Kəndə çatdıqda mərkəzdə yolun kənarında qardaşı Şahid3la qarşılaşmışdır. Sonuncunun deməsinə görə digər qardaşı Şahid5 qoyunlarının Aslanın özünün hesab etdiyi açıq otlaq sahəsinə girməsinə görə, Aslan Elmarı təhqir etmişdir. Bundan sonra o, əsəbləşmiş və Şahid2 zəng edərək söymüş və görüşə çağırmışdır. Təxminən 10 dəqiqə sonra Cahangir gəlmiş və onlar münaqişə edərək, bir-birilərini söymüşlər. Daha sonra isə Cahangir əlindəki əsanı qaldırıb onu vurmaq istəyərkən, o, Cahangirin əlindən əsanı alıb yerə çırpmış və onlar bir-biriləri ilə tutaşaraq yerə yıxılmışlar. Bundan sonra Cahangirin qardaşı Təqsirləndirilən şəxs1 onu və ailə üzvlərini ucadan söyüb təhqir etmiş, o, da cavab qaytardığı üçün Aslan, Tamerlan və Əflatun onu döymüşlər. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə olan zaman Aslan qollarından tutmuş, yerə yıxılanda da üstünə çıxmış, digərləri də əllərini tutmuş, bəziləri isə təpik, yumruqlarla onu vurmuşlar. Əsasən Tamerlan və Əflatun ayaq üstündə olanda yumruqları ilə, yerə yıxılanda isə təpikləri ilə möhkəm döymüşlər. Onu yerə yıxdıqdan sonra üz, baş və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişlər. Həmin vaxt qardaşı Elmar və həmkəndliləri orada olmuş, döyənləri ondan ayırmağa çalışmışlar, dava-dalaşın səsküyünə xeyli sayda kənd sakinləri toplaşmışdır. Hazırda onlar barışmış və o, təqsirləndirilən şəxslərin hər birini bağışlamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elşan və Şahid3lar onun həmkəndliləri həm də qohumlarıdır. Onlarla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Şahid2 xx.xx.2020-ci il tarixdə saat 14-15 radələrində yaşadığı Quba rayonu, Qımıl-Qazma kəndində qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Şahid3la söhbət etdiklərini görmüşdür. Şahid5 heyvanlarını otlatmaq məqsədi ilə Aslanın qaynatasına məxsus olan otlaq sahəsinə buraxması barədə iradlarını Aslanla birlikdə Elmara bildirmişlər. İradlara cavab olaraq Elmar Aslana söymüşdür. Aslan buna əhəmiyyət verməyib evinə getmişdir. Həmin vaxt oralara gəlmiş Elmarın qardaşı Əfqan ilə çay içməyə getmişlər. Elmarın digər qardaşı Elşan Ramazanov ona zəng edərək, söyüşlü ifadələrlə məktəbin yanına çağırmışdır. O, Əfqanın maşını ilə həmin yerə getmiş, Əfqan onu düşürüb çıxıb getmişdir. O, Elşana yaxınlaşıb, söyüş söyməsinin səbəbini soruşmuş və əlindəki əsa ilə onu özündən uzaqlaşdırmağa çalışmışdır. Elşan əsanı əlindən alıb gırağa atdığına görə o, yerə yıxılmışdır. Səs-küyə qardaşı Aslan, Tamerlan, Emin və Əflatun gəlmişlər. Oğlu Əflatun onu yerdən qaldırmışdır. Elşan onu vurduğuna görə onlardan kimsə Elşana bir-iki sillə vurmuşdur. Yaranmış səs-küyə ətrafda bir çox adam toplaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirmişdir ki, mübahisə otlaq sahəsi üstündə olmuşdur. İlk olaraq Elmarla aralarında mübahisə yaranmışdır. Elmar sonradan qardaşı Elşana zəng edib, döyüldüyü demişdir. Elşən də ona zəng edib söyüşlə görüşə dəvət etmişdir. Görüş zamanı o, Elşana söyüş söyməsinə görə irad bildirmiş, həmin vaxt Elşan əsəbiləşib onun ayağından vurub yerə yıxmışdır. Mübahisə zamanı Elşanın qardaşlarına hər kimsə tərəfindən hər hansı xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 qardaşı Təqsirləndirilən şəxs2 göstərdiklərinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aslan və Şahid2lər həmkəndliləri olmaqla həm də qohumlarıdır. Onların arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Şahid3 xx.xx.2020-ci il tarixdə saat təxminən 17-18 radələrində həmkəndliləri Aslan və Cahangirlə Quba rayonu, Qımıl-Qazma kəndi ərazisində kəndin içində dayanıb söhbət edən zaman Aslan qaynatasından ona qalan otlaq sahəsinə mal-qaranı salaraq ziyan vuran şəxsin ünvanına söymüşdür. Aslana həmin yerin çəpərsiz olduğunu və özünün və qardaşı Ədalətin mal-qarası həmin otlaq sahəsinə daxil olduğuna görə Aslana söyüb təhqir etməməsini bildirmişdir. Lakin buna baxmayaraq Aslan qardaşı Ədaləti və onun nəslini söyüb təhqir etmişdir. Qohumlarını söydüyünə görə Aslanla biraz mübahisə etdikdən sonra həmin yerə yaxınlaşan Cahangir əlində olan əsa ilə sinəsinə toxunmuşdur. O, qardaşı Elşana zəng vurub köməyə çağırmışdır. Biraz sonra hadisə olan yerə Elşan gəlmiş və olanları ətraflı öyrəndikdən sonra Cahangirə zəng edib yanına çağırmışdır. Cahangiri qardaşı Əfqan avtomobili ilə gətirib düşürüb getmişdir. Cahangir kəndin içində yerləşən məktəbin yanında küçədə, asfalt yolun kənarında onun qardaşı Elşana yaxınlaşmış və onlar mübahisə etmişlər. Mübahisə zamanı Cahangir əlindəki əsa ilə Elşanı vurmaq istədikdə, Elşan onun əlindən əsanı alıb yerə atmış və tutaşdıqda onları ayırmışlar. Daha sonra hadisə yerinə gələn Aslan özü və oğlu Tamerlan və Cahangirin oğlu Əflatun Elşanı yumruq və təpiklə döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Elşan və Şahid3lar qardaşları, Aslan və Şahid2lər həmkəndliləri olmaqla həm də qohumlarıdır. Bundan əvvəl aralarında heç vaxt düşmənçilik və ya narazılıq olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində qardaşı Ədalətin evinin həyətyanı sahəsində olduğu vaxtı küçədən kənd orta məktəbi tərəfindən səs-küy eşitmiş və Ədalətlə birlikdə səs-küy gələn yerə getdikdə kənd məktəbinin yaxılığında qardaşı Elşanı huşunu itirmiş, yerdə uzanmış, döyülmüş, üzü qanlı vəziyyətdə görmüşdür. Həmin vaxt orada olan Aslan, oğlanları Emin və Tamerlan, Cahangir oğlu Əflatunla dayanıb Elşanı və nəsillərini söymüşlər. Ətrafa səs-küyə təxminən 30 nəfər kənd camaatı toplaşmışdır. Sonradan öyrənmişdir ki, Elşanı orada Aslan, Tamerlan, Əflatun birlikdə yumruq və təpikləri ilə döymüşlər. Emin və Elmar da orada olmuşdur. Elşanı ayıltdıqdan sonra Elmar DİN-nin 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. O, dava-dalaşın bilavasitə şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qardaşı Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu Qımıl-Qazma kəndində yaşayır, Elşan və Şahid3lar, Aslan və Şahid2lər həmkəndliləridir, hər iki tərəflə münasibəti yaxşıdır. Şahid7 xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Quba rayon Qımıl-Qazma kəndində dükandan evə ərzaq aldıqdan sonra həyətinə qayıtdıqda oğlu Pənah həyətə gəlmişdir. Pənah bir an əvvəl məktəbin yanında Cahangir, Təqsirləndirilən şəxs1lər və onların oğulları Zərərçəkmiş şəxsla dalaşmağı barədə məlumat vermişdir. O, həmin dava-dalaş zamanı orada olmamış və davanı görməmiş, dava-dalaş qurtardıqdan sonra küçəyə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 analoji ifadə verərək, bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Quba rayonu, Qımıl- Qazma kəndində yerləşən evinin həyətyanı sahəsində təsərüffat işləri ilə məşğul olan zaman evinin yaxınlığında məktəbin yanında səs-küy, söyüşlər eşitmiş və səs gələn istiqamətdə getmişdir. Hadisə yerinə çatanda həmkəndliləri Şahid2, Elmar və Elşan Ramazanovların bir-biri ilə münaqişə etdiyini görmüşdür. Cahangir həmin vaxt yerdə uzanığlı vəziyyətdə olmuş, Elşan Elmarla bir tərəfdən, Cahangir digər tərəfdən qarşılıqlı bir-birlərini söyüb təhqir etmişlər. Ara sakitləşən zaman həmin əraziyə Cahangirin qardaşı Təqsirləndirilən şəxs1 və onların oğulları Emin, Əflatun, Tamerlan gəlmişlər. Emin də orada olmuşdur. Biraz sonra həmin dava-dalaş olan yerə Aslan, Əflatun, Tamerlan və Şahid6lər yaxınlaşmışlar. Onların arasında yenidən mübahisə yaranmış və onlar Elşanı döymüşlər. Dava-dalaş zamanı Cahangir və Aslanla birlikdə Elşana qarşı onların oğlanları da dava etmiş, lakin həmin vaxt orada çox adam olduğuna görə onu dəqiq kimin vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 atası Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, atasının ifadəsində göstərdiyi bütün xüsusatları təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid8 ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə saat 15-16 radələrində yaşadığı Quba rayonu, Qımıl-Qazma kəndində evinin qarşısında dayandığı zaman Şahid3, Cahangir və Təqsirləndirilən şəxs1lər kəndin ortasında yolda evlərin yanında dayanıb torpaq məsələsinə görə bir-biriləri ilə mübahisə etmiş, bir-birlərini söyüb təhqir etmişlər. Biraz sonra həmin əraziyə Elmarın qardaşı Elşan Ramazanov gəlmiş və onlar Elmarla birlikdə kəndin yuxarı hissəsinə məktəbdən təxminən 150 metrlik yuxarıya qalxmışlar. O, təxminən 15-20 dəqiqə sonra onların arxası ilə qalxıb nə baş verəcəyi ilə maraqlanmışdır. Onların yanına çatandan biraz sonra Cahangir onlara yaxınlaşmış və sonuncu ilə Elşan arasında söz mübahisəsi yaranmış, onlar bir-biriləri ilə tutaşmışlar. Cahangir əlindəki əsa ilə Elşanı vurmaq istədiyən zaman Elşan onun əlindən əsanı alıb yerə atmışdır. O, kənd sakinləri ilə birlikdə yaxınlaşıb onları ayırmışlar. Biraz sonra həmin dava-dalaş olan yerə Aslan, Əflatun, Tamerlan və Şahid6lər yaxınlaşmışlar. Onların arasında yenidən mübahisə yaranmış və onlar Elşanı döymüşlər. Dava-dalaş zamanı Cahangir və Aslanla birlikdə Elşana qarşı onların oğlanları da dava etmiş, lakin həmin vaxt qarışıqlıq və adam çox olduğuna görə onu dəqiq kimin vurmasını görməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid11 oğunun ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, o, ailəsi ilə birlikdə Quba rayonu Qımıl-Qazma kəndində yaşayır, Elşan və Şahid3lar, Aslan və Şahid2lər həmkəndliləridir. xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Quba rayonu, Qımıl-Qazma kəndinin mərkəzində məktəbin yanında qardaşı Turalla dayandığı vaxtı təxminən 40-50 metr aralı məsafədən dükanın yanında dava-dalaşın getdiyini, səs-küy, söyüş səslərinə kənd camaatının yığışdığını, Cahangir, Aslan, onların oğlanları Emin, Tamerlan, Əflatun Elşan və Şahid3larla dalaşdığını görmüş, lakin ətrafa çoxlu həmkəndliləri yığışdığına görə kim-kimi vurduğunu görmək mümkün olmamış, sadəcə qıraqdan həmin dava-dalaşı 40-50 metrədən seyr etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid10 ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, o, qardaşı Şahid11 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 – hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və aşağıda qeyd olunan digər iş materialları ilə tam təsdiq edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) xx.xx.2020-ci il tarixli 440 nömrəli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ramazan oğlunun bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sağ qaşın bayır qucağında əzilmiş yara, sağ göz orbiti ətrafında qançır-hematoma, belində sağda və sağ dirsəkdə hərsində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 34,35); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər.: 115-122). Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onların əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddələri ilə düzgün tövsif edildiyindən, həmin maddələrlə məsuliyyət daşımalıdırlar. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuş, xx.xx.2020-ci tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.: 125, 126, 142); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir (iş vər.: 112); Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun arvadı X9 və oğlu Təqsirləndirilən şəxs2 ibarət ailə tərkibi vardır (iş vər.: 51); Quba RlHB-nın Qəcrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 58) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuş, xx.xx.2020-ci tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.: 175, 176, 192); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 114); Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun atası Təqsirləndirilən şəxs1 və anası X3 ibarət ailə tərkibi vardır (iş vər.: 52); Quba RlHB-nın Qəcrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 56). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ittiham elan olunmuş, xx.xx.2020-ci tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vər.: 150,151,167); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 113); Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun atası Şahid2, anası X6, qardaşı X7 və bacısı X1 ibarət ailə tərkibi vardır (iş vər.: 55); Quba RlHB-nın Qəcrəş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Quba rayonu, Qımıl-Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vər.: 60); Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, X10 Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad edilməsi uğunda iştirak etməklə, döyüşlərdə fərqlənməsini, ilk dəfə az ağır cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs3 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs3 Calal oğluna təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Calal oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Calal oğlunun qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmalıdır. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 Calal oğlunun aylıq qazancindan ilk dəfə 15% dövlət nəfinə tutulduğu gündən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs3 Calal oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs3 Calal oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Calal oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Calal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs3 Calal oğlu aylıq qazancindan ilk dəfə 15% dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs3 Calal oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs3 Calal oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-4/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-4/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver