Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-4/2024 28.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Quba rayonu, İsnovqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, məhkum olunmayan, Şabran rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi «Ford» markalı «Transit yük» modelli furqon tipli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İlə Quba rayonu, Alekseyevka kəndində saatda 30 km sürəti İlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib Alekseyevka kənd tam orta məktəbinin qarşısında yolu soldan sağa doğru keçən piyada - Quba rayonu, Alekseyevka kənd sakini X7 avtomobilinin qabaq sol hissəsi İlə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ baldırın aşağı 1/3-nin ön səthində əzilmiş-cırılmış yara və hər iki sağ baldır sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı kimi xəsarətlərlə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Ramin Talıbov hadisə zamanı aldığı xəsarətlərdən sağ aşağı ətraf sümüklərinin açıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmazlığı va hipoksiya mənşəli ensefalopatiyaya görə 13 yanvar 2023-cü il tarixdə X13 Mərkəzində ölmüş, bununla da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilərək, lakin zərərçəkmiş şəxsin ölümündə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə idarə etdiyi Ford markalı Transit yük modelli furqon tipli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Quba rayonu Alekseyevka kəndinə gəlmişdir. Yolda gələn zaman avtomobili o idarə etmiş, tanışı Şahid isə sərnişin oturacağında əyləşmişdir. Quba rayonu Alekseyevka kəndində soyuducu anbarından avtomobilə meyvə yüklədikdən sonra, yenidən Bakı şəhərinə doğru yola düşmüşdür. 21 dekabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində Quba rayonu Alekseyevka kəndində hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən azyaşlı piyadanı vurub xəsarət yetirmişdir. Zərbənin təsirindən uşaq yolun hərəkət hissəsinə yıxılmışdır. Uşağı vurduqdan sonra avtomobilindən enmiş və vurduğu piyadanı öz avtomobili İlə Quba RDM-na aparmışdır. Quba RDM-da vurduğu azyaşlı piyadaya ilkin tibbi yardım göstərilmişdir. Bir qədər keçdikdən sonra isə polis əməkdaşları ilə birlikdə hadisəni törətdiyi yerə baxış keçirilmişdir. Hadisəni törətdikdən sonra Quba RDM-də gündəlik olaraq vurduğu piyada X8 ilkin tibbi yardım göstərilmişdir. Hadisədən sonra vurduğu piyada Ramin Talıbov bir dəfə əməliyyat olunmuşdur. Həmin əməliyyatdan sonra uşağın səhhətində heç bir problem yaranmamışdır. Həkimlər də ona uşağın səhhəti İlə bağlı problem olmayacağını, uşağın sağalacağını bildirmişlər. Lakin sonradan ikinci əməliyyat girdikdən sonra uşağın səhhəti pisləşmiş, ona görə də uşağı əməliyyat edə bilməmişlər. Həmin gündən həkimlərin düzgün müalicə aparmamasının səbəbindən vurduğu piyada Ramin Talıbov koma vəziyyətinə düşmüş, 13 yanvar 2023-cü il tarixdə axşam saatlarında vurduğu azyaşlı piyada X12 ölmüşdür. Hadisə baş verən gündən uşaq ölən günə qədər həmin uşağın müalicəsi ilə bağlı bütün xərcləri qarşılamağı öz üzərimə götürmüş və hər gün də mütəmadi olaraq xəstəxanada uşağın səhhəti ilə maraqlanmışdır. Həkimlərin məsuliyyətsizliyi nəticəsində vurduğu azyaşlı uşaq sonradan xəstəxanada ölmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi və sonuncunun ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X12 onun oğludur. 21 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olan zaman telefonla zəng edərək ona məlumat vermişlər ki, 21 dekabr 2022-ci il tarixdə Quba rayonu Alekseyevka kəndində kənd məktəbinin qarşısında yol-nəqliyyat hadisəsi zamanı oğlu Ramini maşın vurmuşdur və o, xəsarət aldığı üçün onu Quba RDM-na yerləşdirmişlər. Xəbəri eşitdikdən sonra o, dərhal Bakı şəhərindən Quba rayonuna xəstəxanaya getmişdir. O, xəstəxanaya çatıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi «Ford» markalı «Transit yük» modelli furqon tipli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İlə Quba rayonu, Alekseyevka kəndi ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı oğlu Ramini maşınla vurmuşdur. Baş vermiş hadisə zamanı oğlunun hər iki ayağı sınmışdır. Həkimlər bir müddət keçdikdən sonra oğlunu əməliyyat edəcəklərini və heç bir problem olmayacağını demişlər. Hadisədən sonra sürücü də oğlunun səhhəti ilə maraqlanıb həkimlərlə söhbət etmişdir. Hadisədən sonra oğlu Ramin Talıbov bir dəfə əməliyyat olunmuşdur. Əməliyyatdan sonra oğlunun səhhətində heç bir problem yaranmamışdır. Həkimlər də ona oğlunun səhhəti İlə bağlı problem olmayacağını, uşağının sağalacağını demişlər. Lakin sonradan ikinci əməliyyata girdikdən sonra oğlunun səhhəti pisləşmiş, oğlunu əməliyyat edə bilməmişlər. Həmin gündən həkimlərin düzgün müalicə aparmamasının səbəbindən oğlu Ramin Talıbov koma vəziyyətinə düşmüş, 13 yanvar 2023-cü il tarixdə axşam saatlarında oğlu X12 ölmüşdür. İfadəsinin sonuda X10 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Ford markalı Transit yük modelli furqon tipli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Quba rayonu Alekseyevka kəndinə gəlmişdir. Yolda gələn zaman avtomobili Səxavət idarə etmiş, o isə sağ sərnişin oturacağında əyləşmişdir. Quba rayonu Alekseyevka kəndində soyuducu anbarından avtomobilə meyvə yüklədikdən sonra, yenidən Bakı şəhərinə doğru yola düşmüşlər. 21 dekabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində Quba rayonu Alekseyevka kəndində hərəkətdə olan zaman Səxavət idarə etdiyi avtomobillə yolu soldan sağa doğru keçən azyaşlı piyadanı vurub xəsarət yetirmişdir. Zərbənin təsirindən uşaq yolun hərəkət hissəsinə yıxılmışdır. Uşağı vurduqdan sonra İkisi də avtomobildən enib vurulan piyadanı avtomobilləri ilə Quba RDM-n aparmışlar. Quba RDM-da vurduqları azyaşlı piyadaya ilkin tibbi yardım göstərilmişdir. Bir qədər keçdikdən sonra İsə polis əməkdaşları ilə birlikdə hadisə baş verən yerə baxış keçirilmişdir. Hadisəni törətdikdən sonra Quba RDM-də gündəlik olaraq vurulan piyada X8 ilkin tibbi yardım göstərilmişdir. Hadisədən sonra piyada Ramin Talıbov bir dəfə əməliyyat olunmuşdur. Həmin əməliyyatdan sonra uşağın səhhətində heç bir problem yaranmamışdır. Həkimlər də onlara uşağın səhhəti ilə bağlı problem olmayacağını, uşağın sağalacağını bildirmişlər. Lakin sonradan ikinci əməliyyata girdikdən sonra uşağın səhhəti pisləşmiş və 13 yanvar 2023-cü il tarixdə axşam saatlarında X12 ölmüşdür. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 06 yanvar 2023-cü il tarixli 1086 nömrəli rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X4 bədəni üzərində aşkar olunan xəsarətlər sol bud sümüyünün orta 1/3-dən qapalı yerdəyişmiş sınığı, sağ baldırın aşağı 1/3-nin ön səthində əzilmiş-cırılmış yara və hər iki sağ baldır sümüyünün orta 1/3dən açıq sınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib əlavə məhkəmə tibb ekspertizasının 24 fevral 2023-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, X16 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində sol bud sümüyünün orta üçdə birdən qapalı sınığı, sağ baldırın aşağı üçdə birinin ön səthində əzilmiş-cırılmış yara və hər iki sağ baldır sümüyünün aşağı üçdə birdən açıq qəlpəli sınığı aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə, yəni avtomaşınla vurulma nəticəsində əmələ gələ bilər, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X16 ölüm səbəbində həkim məsuliyyətsizliyi, həkim səhvi, səhlənkarlıq və s. sualları cavablandırmaq MTE və PA birliyinin komission ekspertizalar şöbəsinin səlahiyyətinə aiddir. X16 ölümünün bilavasitə səbəbi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ aşağı ətraf sümüklərinin açıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı və hipoksiya mənşəli ensefalopatiya olmuşdur, Ölüm 13 yanvar 2023-cü il tarixdə saat 18-20-də xəstəxanada baş vermişdir, ölümün həmin vaxtda baş verməsi təşrih zamanı inkar olunmamışdır. İş üzrə təyin olunmuş komisyon məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsinin 13 mart 2023-cü il tarixli KEŞ-133 nömrəli ekspert rəyindən görünür ki, Ramin Talıbovun meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində - dol bud sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ baldırın aşağı 1/3-nin ön səthində əzilmiş-cırılmış yara və hər iki sağ baldır sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 21 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qərarda göstərilən vəziyyətdə, yəni avtomaşınla vurulma nəticəsində əmələ gələ bilər, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Ramin Talıbovun meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ aşağı ətraf sümüklərinin açıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar İnkişaf etmiş kəskin tənəffüs çatmazlığı və hipoksiya mənşəli ensefalopatiyanın olduğu müəyyən edilmişdir. “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ndə Ramin Talıbovun adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Müştərək travma. Döş qəfəsinin və qarın boşluğunun qapalı küt travması. Sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş, sağ baldır sümüyünün açıq yerdəyişmiş sınıqları, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının əzilməsi. Travmatik şok” diaqnozu aparılmış müayinələr əsasında düzgün təyin edilmişdir. Aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. "Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ndə Ramin Talıbova göstərilmiş ixtisaslı tibbi yardımlar səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Ramin Talıbovun müalicəsi zamanı inyeksiya edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İş üzrə təyin olunmuş əlavə komisyon məhkəmə tibbi ekspertizasının 19 iyun 2023cü il tarixli KEŞ-309 nömrəli rəyindən görünür ki, Ramin Talıbovun meyiti müayinə olunmuş və onun ölümünə bilavasitə səbəb paş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ aşağı ətraf sümüklərinin acıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı və hipoksiya mənşəli ensefalopatiya”nın olduğu qeyd edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X21 RMX HŞ-də stasionar müalicəsi zamanı onun vəziyyəti ağır kimi qiymətləndirilmiş, nevroloqun müayinəsi zamanı kəskin hipoksik ensefalopatiya və beyin ödeminin əlamətləri qeyd edilmişdir. Baş beynin KT müayinəsinə əsasən, diffuz ödemin artması ilə likvor sirkulyasiyasının pozulması öz təsdiqini tapmışdır. Xəstənin huşunun koma tipİi pozulması və ümumi vəziyyətini nəzərə alaraq bununla əlaqədar müvafiq müalicələr (tənəffüsün təmin edilməsi üçün STA, infuzion terapiya və s.) aparılmışdır. Lakin inkişaf etmiş ağır patoloji vəziyyət adekvat müalicələrə tabe olmamış və getdikcə proses dərinləşərək ölümə gətirib çıxarmışdır. İş üzrə təyin olunmuş əlavə komisyon məhkəmə tibbi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsinin 21 noyabr 2023-cü il tarixli KEŞ-835 nömrəli rəyindən görünür ki, Ramin Talıbovun adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə “Quba Rayon Mərkəzi Xəstəxanası”na daxil olduqdan sonra ona “Müştərək travma. Döş qəfəsinin və qarın boşluğunun qapalı küt travması. Sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş, sağ baldır sümüyünün açıq yerdəyişmiş sınıqları, baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının əzilməsi. Travmatik şok” diaqnozu təyin edilmişdir. Stasionar müalicə müddətində və travmanın ağırlığı fonunda yanaşı olaraq nevroloji pozğunluqlar inkişaf etmişdir. Bu istiqamətdə müvafiq tibbi tədbirlər (tənəffüsün təmin edilməsi üçün STA, infuzion, transfuzion, antibakterial terapiya və s.) göstərilmiş, lakin piy emboliyası ilə əlaqədar kəskin tənəffüs çatışmazlığı və hipoksiya mənşəli ensefalopatiyanm qarşısının alınması mümkün olmamışdır. Ramin Talıbova “Quba Rayon Mərkəzi Xəstəxanası”nda aparılmış müayinə və müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. Yanaşı olaraq sanaviasiya xətti ilə ETPİ-dan həkim reanimatoloq dəvət edilmiş və müalicə tədbirlərinə əlavələr edilmişdir. Ramin Talıbovun meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi “baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ aşağı ətraf sümüklərinin acıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı və hipoksiya mənşəli ensefalopatiya”nın olduğu müəyyən edilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 01 fevral 2023-cü il tarixli 8/84 saylı rəyindən görünür ki, “X22” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BC 454827 nömrəli, xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman spirtli içki qəbul etməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Şabran RİHB-nın Ağalıq kənd İƏD üzrə nümayəndəsinin 25 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun arvadı X5, qızı X3 və oğlu X2 ibarət ailə tərkibi vardır. İş materialında olan Şabran RİHB-nın Ağalıq kənd İƏD üzrə nümayəndəsinin 25 yanvar 2023-cü il tarixli xasiyyətnaməsindən görünüür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxrışdan görünür ki, X12 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası xx.xx.1985-ci il təvəllüdlü X11, anası xx.xx.1990-cı il təvəllüdlü X1r. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi subutun, müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-4/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-4/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver