Məhkəmə qərarları › İş №1(027)-40/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-40/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-40/2025 04.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Quba rayonunda anadan olmuş, orta təhsilli, evli, evdar qadın, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Rustov kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Quba rayonu, Rustov kəndində, yaşadıqları evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs üz nahiyyəsindən əlindəki ağac kötüyü ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sifətində sağ alın nahiyyəsində qançır-hematoma və həmin hematomanın ortasında əzilmiş yara, burunun üstündə və sol əlin 3-cü barmağının arxa səthində sıyrıqlardan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, barəsində Quba RPŞ-nə şikayət etdiyi Məryəm adlı xanım onun qonşuluğunda yaşayır. O, bu zamana qədər onun və həyat yoldaşı İmranın qonşuluğunda yaşayan Məryəm adlı xanım ilə dəfələrlə mübahisələrinin olduğunu, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində qonşuluğunda yaşayan Məryəm adlı şəxsin onun yaşadığı evin qarşısına çirkab suyu tökdüyünü və həyətinin çəpərini əzdiyi üçün aralarında mübahisə yarandığını və mübahisə əsnasında Məryəm adlı şəxsin onu nalayiq ifadələr ilə söyüb təhqir etdiyini və həmin ərəfədə onun saç nahiyyəsindən yapışaraq onu döydüyünü, həmin zaman onun da həmin şəxsi özünü müdafiə məqsədi ilə vurduğunu. Məryəm adlı şəxsin onun üzərinə əlində ağac kötüyü ilə gəldiyi zaman onun da özünü müdafiə etmək məqsədi ilə həmin ağac kötüyündən tutduğu zaman itələşdiklərini, itələşən zaman həmin ağac kötüyünün həm onun, həm də Zərərçəkmiş şəxs baş nahiyyəsindən dəydiyini, mübahisə əsnasında heç bir nalayiq ifadə işlətmədiyini, onların arasındakı münaqişənin yaranmasına səbəbin Məryəm adlı şəxsin onun yaşadığı evin qarşısına çirkab su tökməsi olduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, bu vaxta kimi onunla aralarında heç bir mübahisə olmamışdır, xx.xx.2025-ci il tarixdə, saat təqribən 12 radələrində həyətdə inək südü sağmaq üçün istifadə etdiyi vedrəni yumaq məqsədi ilə yaşadığı evdən təqribən 15 metr sağ tərəfdə boş sahədə yerləşən kəndin bulaq suyundan istifadə etmək məqsədi ilə oraya getdiyi zaman qonşuluğuda yaşayan Vəsilənin yaşadığı evin pəncərisindən onun ünvanına səbəbsiz yerə nalayiq ifadə səsləndirdiyini, həmin zaman ona əhəmiyyət verməyərək yoluna davam etdiyini, bir neçə dəqiqə sonra yaşadığı evə geri qayıtdığı zaman Vəsilənin yaşadığı evin qarşısında dayandığını gördüyünü. Vəsilənin onu görən kimi ünvanına nalayiq ifadə səsləndirərək üzərinə hücum çəkdiyini və onun saç nahiyəyəsindən yapışdığını, həmin zaman özünü müdafiə etmək məqsədi ilə ona qarşılıq verdiyini və həmin zaman ona qarşı əsəbi olduğu üçün və ona qarşı səbəbsiz yerə nalayiq ifadələr səsləndirdiyi və onu döydüyü üçün onun da ona qarşı yalnız bir nalayiq ifadə səsləndirdiyini, bundan sonra Vəsilənin əlində tutduğu ağac kötüyü ilə onun sağ göz və alın nahiyəsindən vurduğunu, nəticədə onun huşunu itərərək yerə yıxıldığını və onu Quba RMX-ya çatdırdıqlarını bildirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 yanvar 2025-ci il tarixli 30 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sifətində sağ alın nahiyyəsində qançır-hematoma və həmin hematomanın ortasında əzilmiş yara, burunun üstündə və sol əlin 3-cü barmağının arxa səthində sıyrıqlardan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur və həmin xəsarət qərarda göstərilən tarixə, yəni xx.xx.2025-ci tarixinə uyğun gəlir. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Rustov kəndində qeydiyyatdadır və yaşayır, həmin şəxsin barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxs Quba Rayon X5 Hüquqi Şəxsin 30 yanvar 2025-ci il tarixli 18-1-56/2-106/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar