Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-41/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 16 iyun 2024-cü ildə saat 12:00-da idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero İO” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Quba- Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən 153cü kilometrliyində, yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, sükan arxasında yuxuladığından idarəetməni itirərək avtomobili əks hərəkət hissəsinə çıxartmış və qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkət edən X6 idarə etdiyi Hyundai Santafe markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra «Mitsubihsi Pajero İO» markalı avtomobilin qabaq tərəfi ilə Quba istiqamətində yolun hərəkət hissəsinin sağ ehtiyat hissəsinə birləşdiyi yerdə dayanmış, sürücü Şahid1 idarə etdiyi “Mercedes Benz E 200” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı arasında toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz E 200” markalı avtomobilin sərnişini X1 dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən “Bl, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. Mülkiyyətində olan «Mitsubishi Pajero İO» markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili 03 avqust 2021-ci il tarixdən idarə edir. 16 iyun 2024-cü il tarixdə Quba rayonu Amsar kəndində ailə üzvləri ilə birlikdə səhər sübhdən yuxudan oyanıb bağda gilas yığmağa başlamışdır. Yuxusuz və yorğun olmasına baxmayaraq həmin gün saat 11 radələrində yaşadığı Xırdalan şəhərinə getmək üçün idarə etdiyi «Mitsubishi Pajero İO» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Quba rayonu Amsar kəndindən çıxıb Bakı istiqamətində hərəkətə başlamışdır. Avtomobildə yük olmasa da, üç nəfər sərnişin olmuş, arvadı Şahid4 qabaq sağ oturacaqda, oğlu Şahid5 arxa oturacağın sağ hissəsində, qızı Şahid6 arxa oturacağın sol hissəsində əyləşmişdir. Saat 12:00-da texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi Pajero İO» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80 km/saat sürətlə hərəkətdə olmuş, Yolun Quba rayonu Mirzəqışlaq kəndi ərazisindən keçən 153-cü kilometrində Bakı istiqamətində düzünə hərəkətdə olduğu zaman yorğun olduğu üçün onu qəfildən yuxu tutmuş və idarəetməni itirmişdir. Arvadı Türkanə onu ayıldanda görmüşdür ki, avtomobili Quba istiqamətində yolun sağ ehtiyat hissəsi üzərində üzü Quba istiqamətində dayanmış vəziyyətdədir. Türkanənin deməsinə görə onu yuxu tutarkən idarəetmədən çıxmış avtomobili yolun Quba istiqamətindəki əks hərəkət hissəsinə çıxmış, avtomobilinin qabaq sol tərəfi ilə Quba istiqamətində hərəkətdə olan, adını sonradan bildiyi sürücü X6 idarə etdiyi «Hyundai Santafe» markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi arasında toqquşma baş vermiş, həmin toqquşma səbəbindən avtomobili yolun hərəkət hissəsində fırlanarkən avtomobilinin qabaq tərəfi ilə Quba istiqamətində hərəkətdə olub dayanmış, adını sonradan bildiyi sürücü Şahid1 idarə etdiyi «Mercedes Benz E 200» markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı arasında toqquşma baş vermiş, daha sonra avtomobilinin arxa hissəsi ilə Quba istiqamətində hərəkətdə olub dayanmış, adını sonradan bildiyi sürücü Şahid3 idarə etdiyi «Hyundai Genesis» markalı 90-AA- 544 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində «Mercedes Benz E 200» markalı avtomobillin sərnişini X3 müxtəlif bədən xəsarətləri almışlar. Hadisə yerində olan şəxslər xəsarət almış Ofelya Əliyevanı yoldan keçən tanımadığı bir minik avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün X9 Mərkəzinə göndərsələrdə Ofelya Əliyeva yolda ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti 80 km/saatdan çox olmamış, hadisə vaxtı yorğun olduğu üçün yuxulamağı diqqətini yol şəraitindən yayındırmış, səhhəti ilə bağlı heç bir problem olmamış, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, idarə etdiyi avtomobildə yük olmasa da, üç nəfər sərnişin olmuş, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirib ona yüngül cəza verilməməsi xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 bildirmişdir ki, mərhum qızı X3 evdar qadın olmuşdur. Ofelya 2023-cü ilin noyabr ayında Şahid8 ilə ailə həyatı qurmuş, dini nikahları olsa da, rəsmi nikahları olmamışdır. Ofelya əri Kamranla birlikdə Quba şəhərində yaşamışdır. Onların övladı olmamışdır. Mərhum qızı Ofelya fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. 16 iyun 2024-cü il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində yaşadığı evdə olarkən ona telefon zəngi ilə xəbər verilmişdir ki, 16 iyun 2024-cü il tarixdə saat 12 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən 153-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızı Ofelya xəsarət almışdır. Bundan sonra o, ailə üzvləri ilə birlikdə dərhal yaşadığı ünvandan çıxıb Quba şəhərinə gəlmişdir. Quba şəhərinə çatandan sonra onlara demişlər ki, qızı Ofelya yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər səbəbindən xəstəxanada ölmüş, onun meyiti məhkəmə tibbi müayinədən keçirilməsi üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Quba rayon şöbəsinin meyitxanasına göndərilmişdir. Bundan sonra onlar Quba rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya getmişlər. Ora çatandan sonra ona məlum olmuşdur ki, 16 iyun 2024-cü il tarixdə saat 12:00-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində qızı Ofelyanın sərnişini olduğu, sürücü Şahid1 idarə etdiyi avtomobillə, digər avtomobil toqquşmuşdur. Mərhum qızı Ofelyanın meyiti məhkəmə- tibbi müayinədən keçirildikdən sonra həmin gün saat 16 radələrində Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Quba rayon şöbəsinin meyitxanasından çıxarılaraq dəfn edilməsi üçün onlara təhvil verilmişdir. Ofelyanın cənazəsini 17 iyun 2024-cü il tarixdə saat 12 radələrində Xaçmaz şəhər qəbristanlığında dini adətlərə uyğun dəfn etmişlər. İfadəsinin sonunda X5 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının şahidin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 1989-cu il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2019-cu il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yolnəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X4 mülkiyyətində olan «Mercedes Benz E 200» markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 oktyabr 2022-ci il tarixdən etibarnamə əsasında idarə etmiş, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 16 iyun 2024-cü il tarixdə saat 12:00-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Mercedes Benz E 200» markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsi ilə həmin hərəkət hissədə sıxlıq olduğu üçün 20-30 km/saat sürətlə düzünə hərəkətdə olarkən idarə etdiyi avtomobildə yük olmasa da, üç nəfər sərnişin olmuşdur. Şahid8 qabaq sağ oturacaqda, Şahid7 arxa oturacağın sağ hissəsində, X3 arxa oturacağın sol hissəsində əyləşmişdir. Yolun Quba rayonu Mirzəqışlaq kəndi ərazisindən keçən 153cü kilometrində Quba istiqamətində düzünə hərəkətdə olduğu zaman yolun Bakı istiqamətindəki əks hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mitsubishi Pajero İO» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobildən qarşıda eyni istiqamətdə hərəkət edən, adını sonradan bildiyi sürücü X6 idarə etdiyi avtomobilin yanından ötüb keçməsinə az qalmış qəfildən idarəetmədən çıxaraq hərəkət istiqamətində sol tərəfə yönəlmişdir. «Mitsubishi Pajero İO» markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə «Hyundai Santafe» markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi arasında toqquşma baş vermişdir. «Mitsubishi Pajero İO» markah avtomobilin sol tərəfə istiqamətləndiyi anda o, idarə etdiyi avtomobili hərəkəti istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxarıb saxlamışdır. İlk toqquşma səbəbindən «Mitsubishi Pajero İO» markah avtomobil yolun hərəkət hissəsində fırlanmış və həmin avtomobilin qabaq tərəfi ilə idarə etdiyi «Mercedes Benz E 200» markah **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı arasında toqquşma baş vermiş, daha sonra «Mitsubishi Pajero İO» markah, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə idarə etdiyi avtomobildən arxadakı, adını sonradan bildiyi sürücü Şahid3 idarə etdiyi «Hyundai Genesis» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində onun avtomobilində olan sərnişin Ofelya Əliyeva müxtəlif bədən xəsarətləri almışdır. Odur ki, hadisə yerində olan şəxslər vəziyyəti çox ağır olan Ofelya Əliyevanı yoldan keçən tanımadığı bir minik avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü Quba rayon mərkəzi xəstəxanasına göndərmişlər. Sonradan ona məlum olmuşdur ki, göstərilən tibbi yardımlara baxmayaraq Ofelya Əliyeva xəstəxanaya çatanda ölmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid8 Qaraçay oğlu, X11, Şahid9 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdikləri barədə məlumat vermişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının şahidin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadələri elan edilmiş Şahid3, Şahid8 Qaraçay oğlunun, X7 və Şahid9 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 15 iyul 2024-cü il tarixli 37 saylı rəyindən görünür ki, müayinə zamanı X1 meyitinin bədən səthində gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, burun sümüklərinin və sol əng sümüyünün sınıqları, sifətin sol tərəfinin sıyrılmış yarası, bədənin çoxlu qançırı, başın yumşaq toxumalarının alt səthində sol təpə-gicgah nahiyəsində qansızma baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur. 16 iyun 2024-cü ıl tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhdlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum O.A.Əliyevanın meyitindən götürülən qanda məhkəmə-kiməyəvi müayinə zamanı qanda etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Ölümünə səbəb baş vermiş yol-nəqliyyat qəzası nəticəsində başın küt travmasından törənən baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 17 dekabr 2024-cü il tarixli 8/3211 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mitsubishi Pajero İO markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16 iyun 2024-cü il tarixli, 44 nömrəli ilə “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. İş materialına əlavə olunmuş BDYPİ Qİİ-dən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16/2- 121291/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı BA seriyalı 408536 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə onun nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X1 ölümünə səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs Şahid4 ilə nikahdadır və həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü Şahid5 və xx.xx.2015-ci il təvəlüdlü Şahid6 adlı uşaqları vardır. İş materiallarında olan Abşeron Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, şikayətin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, “müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-41/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-41/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver