Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-42/2023 01.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 191,259 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib bir hissəsini üzərində və digər hissəsini idarə etdiyi avtomobildə daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, idarə etdiyi “VAZ 2109” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, 30-cu məhəllədə “Kəklikotu” çay evinin yaxınlığında dayanarkən saxlanılaraq Quba RPŞ-yə dəvət edilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalavarın sol yan cibindən bir ədəd kibrit qutusunda xalis çəkisi 6,259 qram, Quba RPŞ-nin həyətində yerləşən avtomobil duracağında özünə məxsus həmin avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin ortasındakı boşluqdan qara rəngli sellofan torbada xalis çəkisi 185,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında Quba rayonu, Ərməki kəndində yerləşən meşə ərazisində iki ədəd çətənə bitkisinin toxumunu əkmiş və əmələ gəlmiş iki ədəd çətənə bitkisini 2022-ci ilin avqust ayında qurudaraq özü üçün qurudulmuş marixuana əldə etmiş və idarə etdiyi “VAZ 2109” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə saxlamışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Quba şəhəri, 30-cu məhəllədə “Kəklikotu” çay evinin yaxınlığında yerləşən avtomobil təmiri yerinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu, pencəyinin ciblərindən mobil telofonu və digər şəxsi əşyaları təqdim etmişdir. Həmin kibrit qutusunu açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Şəxsi axtarış başa çatandan sonra iştirakçılar ilə birlikdə Quba RPŞ-nin həyətindəki avtomobil duracağında saxladığı özünə məxsus “VAZ 2109” markalı, 90-ZH- 819 dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində olan ehtiyat təkərin ortasındakı boşluqda qara rəngli sellofan torbada saxladığı bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı o, şəxsi axtarış zamanı üzərindən və baxış zamanı avtomobilindən aşkar edilmiş həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, meşədə əkərək əldə etdiyini, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Ayağında beş yerdən sınıq olduğunda ağrılarını azaltmaq üçün narkotik vasitədən istifadə etmişdir. Üzərindən aşkar olunmuş marixuanadan heç kimə satmamış və yaxud verməmişdir. Evdə ailəsi olduğundan narkotik vasitəni avtomobilində saxlamışdır ki, kimsə görməsin. O, polis əməkdaşları tərəfindən tutulan zaman və RPŞ-nə gətirildikdən sonra ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, səhhətini, törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, 30-cu məhəllədə “Kəklikotu” çay evinin yaxınlığında olmasını müəyyən edilmiş və 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində həmin çay evinin yaxınlığında yerləşən avtomobil təmiri yerinin qarşısında idarə etdiyi “VAZ 2109” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq usta növbəsi gözləyən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər və Quba RPŞ-yə dəvət edilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalavarın sol yan cibindən bir ədəd kibrit qutusunu, həmçinin patlarlarının digər ciblərindən mobil telofonu, açarı və başqa əşyaları çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunu açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Şəxsi axtarış başa çatandan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerində olan ehtiyat təkərin ortasındakı boşluqdakı qara rəngli sellofan torbanı açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən və baxış zamanı avtomobilindən aşkar edilmiş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, meşədə əkərək əldə etdiyini, öz şəxsi istifadəsi məqsədilə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsi ilə analoji ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış Quba RPŞ-də keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər şahidlərin ifadələrinə oxşar ifadə vermiş və verilən suallara əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana sellofan torbada olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Quba RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantl Şahid3 və vəkil Müdafiəçi iştirakı ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 1 ədəd kibrit qutusunu çıxardıb təqdim edir. Sorğu zamanı kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün meşədə əkib əldə etdiyini, ayaqlarında olan ağrıları azaltmaq üçün istifadə etdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs gödəkcənin sağ cibindən “Nokia” markalı mobil telefon, şalvarın sağ cibindən isə “Samsung” markalı telefon, 30 manat pul, narkotik vasitənin istifadəsi üçün olan kağızları çıxardıb təqdim etdi. Kibrit qutusuna baxış keçirildikdə içərisində yaşıl rəngli, narkotik vasitəyə oxşar kütlə marixuanna aşkar edildi. Aşkar olunmuş kütlə elektron vasitəsilə ölçüldü. Yaşıl rəngli narkotik vasitəyə bənzər kütlənin ümumi çəkisi 7,8 qram oİduğu müəyyən olundu. Narkotik vasitə zərfdə qablaşdırıldı, zərf möhürləndi və baxış iştirakçıları hər biri tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, özünə məxsus avtomobilində də narkotik vasitə marixuana vardır, həmin kütlə də özünə məxsusdur. Müdafiəçinin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs bildirir ki, ona məxsus avtomobil polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Özü polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə günorta saatlarında avtotəmir sexinin yanında saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, baxış keçirilən “Vaz 2109” markalı, **-ZH-*** dövlət-qeydiyyat nişanlı avtomobil Quba RPŞ-nin həyətində yerləşən duracaqdadır. Əvvəlcə avtomobilin salonuna baxış keçirilmək üçün bütün qapıları açılır. Salonda baxış ön tərəfdən yəni qabaq oturacaqlar olan hissədən aparılır. Qabaq sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerinə, sürətlər qutusunun dəstəyinin arasında olmaqla maqnitafon üçün nəzərdə tutulmuş yerin alt hissəsində yerləşən külqabıya, qabaq ayaqaltıların və oturacaqların altına, qapıların üzərində olan boşluqlara, sərnişin və sürücü üçün nəzərdə tutulmuş günlüyün altına, sonra arxa ayaqaltıların və oturacaqların altına, qabaq oturacaqların arxa hissəsində yerləşən ciblərə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilmədi. Avtomobilin arxa hissəsində yerləşən yük yerinin qapısı açılaraq baxış keçirilərkən ehtiyyat təkərin ortasındakı boşluqda qara rəngli sellofan torba aşkar edildi. Həmin torbanı açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bu kütlənin özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu, meşədə əkərək əldə etdiyini, öz şəxsi istifadəsi məqsədi ilə avtomobilində saxladığını bildirdi. Aşkar edilmiş bitki kütləsinin olduğu sellofan torba elektron tərəzidə çəkilərkən 226,7 qram təşkil etdi. Həmin torba zərfə qoyularaq qablaşdırıldı, zərf möhürləndi və baxış iştirakçıları hər biri tərəfindən imzalandı. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 2112.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri 30-cu məhəllədə saxlanılaraq Quba RPŞ-уə gətirilmiş və narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün tutulmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 01 ədəd kibrit qutusunda olan yaşıl rəngli, narkotik vasitəyə oxşar kütlə marixuanna aşkar edilmişdir. Gödəkcənin sağ cibindən “Nokia” markalı mobil telefon, şalvarın sağ cibindən isə “Samsung” markalı telefon 30 manat pul, narkotik vasitənin istifadəsi üçün olan kağızlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olduğunu, özünə məxsus oİduğunu, öz istifadəsi üçün çoxdan əkib əldə etdiyini və həmin narkotik maddədən idarə etdiyi avtomobildə də olduğunu bildirmişdir. O, narkotik vasitəni özü üçün istifadə etdiyini, satmadığını qeyd etmişdir. Aşkar olunmuş kütlə “CONSTANT 14192-33” markalı elektron vasitəsilə ölçülmüşdür. Yaşıl rəngli narkotik vasitəyə bənzər kütlələnin ümumi çəkiləri 7.8 qram oİduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) xx.xx.2022-ci il tarixli, 7/1222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs Bayramquiu oğlunun üzərinən aşkar olunmuş....” yazısı və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,259 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs Bayramquiu oğlunun avtomobilindən aşkar olunmuş....” yazısı və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri soçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 185,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərinən və avtomobilindən aşkar olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların təmiz çəkiləri: 6,259 və 185,0 qram, tədqiqata sərf olundu: hər obyektdən 0,02 qram, qalıqlar 6,239 və 184,98 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2022-ci il tarixli 6592 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış hissələri cinayət işi üzrə maddi sübut hesab edilmiş, qablaşdırılaraq möhürlənmiş iki ədəd kağız paket saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkiləri 6,259 və 185,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə xx.xx.2019-cu i tarixdə azad edilmişdir; Təqsirləndirilən şəxs verilmiş yeni BD606420 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yeni sürücülük vəsiqəsi verilmişdir. Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1070 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır; Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1069 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X1, anası X7, bacısı X4, həyat yoldaşı X9 və oğlu X3 ibarət ailə tərkibi vardır; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterize olunur; Məhkəmənin elektron bazasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, onun xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Ruslan adlı oğlu var; Xəstənin tibbi kartasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs sol bud sümüyünün sınması ilə əlaqədar 2014-2021-cı illər aralığında stasionar mualicələr almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, səhhətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan 2 ədəd kağız paketdə qalıq çəkiləri 6,239 qram və 184,98 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan 2 ədəd kağız paketdə qalıq çəkiləri 6,239 qram və 184,98 qram olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-42/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-42/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver