Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-43/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Cəmaləddin oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 01 il 07 ay 12 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və onun həmin məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.2020-ci il tarixdə barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, o, özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2019- cu il tarixdə saat 17:00 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Miss Mod” ticarət mərkəzinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “VAZ- 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürücü və sərnişinin düşərək uzaqlaşdıqlarını və avtomobilin nəzarətsiz qaldığını görüb özgə əmlakını gizli yolla talamaq qərarına gələrək ətrafdakı şəxslərin diqqətini cəlb etmədiyinə əmin olduqdan sonra həmin məqsədlə avtomobilin kilidlənməmiş arxa sağ qapısını açaraq arxa otucaqda olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 70 manat dəyərində istifadə olunmuş boz rəngli kişi paltosunu, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 10 manat dəyərində istifadə olunmuş iki tutacaqlı, qara rəngli, üzərində “Fashion” sözləri olan qadın çantasını, 1 manat dəyərində bir ədəd uzun müddət istifadə olunmuş, üzərində qüsurlar olan, kiçik ölçülü pul kisəsini, 1 manat dəyərində bir ədəd istifadə olunmuş naqqaşı, 1 manat dəyərində bir ədəd 15 ml tutumlu, üzərində “Cairuo” sözləri olan dırnaq boyasını, 0,50 manat dəyərində bir ədəd üzərində “Jev” sözləri olan, karandaş tipli, dodaq boyasını, 1 manat dəyərində bir ədəd istifadə olunmuş kiçik ölçülü güzgünü, 5 manat dəyərində bir ədəd istifadə olunmuş kosmetika qabını və pul kisəsindəki 100 (yüz) manat pulunu, ümumilikdə 189,5 (yüz səksən doqquz manat 50 qəpik) manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talama niyyəti ilə xx.xx.2019-cu il tarixdə saat 13:00 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Birja” Ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs3 Cəmaləddin oğluna məxsus VAZ-2106 markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq sürücünün avtomobildən düşüb uzaqlaşdığını və avtomobilin nəzarətsiz qaldığını görüb ətrafdakı şəxslərin diqqətini cəlb etmədiyinə əmin olduqdan sonra avtomobilin kilidlənməmiş arxa sol qapısını açaraq arxa otucaqda olan sonuncuya məxsus 01 ədədinin qiyməti 2,10 manat olmaqla 35,7 manat dəyərində 17 ədəd 125 mq-lıq “Feverimol”, 01 ədədinin qiyməti 12 manat olmaqla 48 manat dəyərində 04 ədəd “Singa vit tablet”, 01 ədədinin qiyməti 37 manat olmaqla 74 manat dəyərində 02 ədəd 30 kapsulalı “Krill Oil”, 19,7 manat dəyərində 01 ədəd 30 ml “Sun drops”, 22,2 manat dəyərində 01 ədəd 20 kapsulalı “Vinkabral”, 20,5 manat dəyərində 01 ədəd 30 ml “Dream Drops”, 18 manat dəyərində 01 ədəd 2 ml 10 ampulalı “Nikomeks”, 19 manat dəyərində 01 ədəd 2 ml 10 ampulalı “Neyrovit”, 20,9 manat dəyərində 01 ədəd 10 kapsulalı “Symbiotic+”, 17,8 manat dəyərində 01 ədəd 30 tabletli “Zintox” və 47,6 manat dəyərində 01 ədəd 60 kapsulalı “FlexiForce plus” markalı dərman pereparatlarını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 343,4 (üç yüz qırx üç manat qırx qəpik) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki,xx.xx.2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığındakı kafelərdən birində spirtli içki qəbul edərək sərxoş olmuşdur. Həmin vaxt pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və avtomobillərin sıx saxlandığı yerə getmək üçün piyada yola düşmüşdür. Həmin gün saat təxminən 17 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Miss Mod” ticarət mərkəzinin qarşısında, “Unibankın” yanında Quba istiqamətində dövlət qeydiyyat nişanına fikir vermədiyi sarı rəngli jiquli markalı avtomobilin yolun sağında saxladığını və içərisindən sonradan adlarını bildiyi Asif və Sonaxanımın düşdüyünü və yolun Bakı istiqamətindəki sağında yerləşən “Miss mod” adlı ticarət mərləzinə girdiklərini görmüşdür. O da bundan istifadə edərək avtomobilə yaxınlaşaraq kilitlənməmiş arxa qapısını açmış, arxa oturacaqda qoyulmuş sellofan torbanın içərisində olan bir ədəd istifadə olunmuş boz rəngli kişi paltosunun, bir ədəd istifadə olunmuş iki tutacaqlı, qara rəngli, qadın çantasını oğurlayıb hadisə yerindən uzaqlaşraq yaşadığı evin yaxınlığındakı ətrafında hasar olmayan və açıq olan yarımtikiliyə girmişdir. Orada oğurladığı qadın çantasını açaraq içərisinə baxmışdır və içərisində Sonaxanıma məxsus tələbə biletinin, bir ədəd istifadə olunmuş, kiçik ölçülü pul kisəsinin, bir ədəd istifadə olunmuş naqqaşın, bir ədəd dırnaq boyasının, 5-6 ədəd dəftərin, kapitalbanka məxsus qəbzlərin, bir ədəd karandaş tipli dodaq boyasının, bir ədəd istifadə olunmuş kiçik ölçülü güzgünün, bir ədəd istifadə olunmuş kosmetika qabının olduğunu aşkar etmiş və ona yalnız pul lazım olduğundan pul kisəsinin içərisinə baxmış və orada iyirmi, on və bir manatlıqlardan ibarət cəmi 100 (yüz) manat pul olduğunu müəyyən etmişdir. Həmin pulu götürərək cibinə qoymuş və digər əşyaları da çantanın içərisinə yığaraq həmin yarımtikilidə gizlətmişdir. Oradan ayrılaraq evinin yaxınlığındakı kafeyi yollanmış və oğurladığı pulun bir hissəsini orada xərcləmişdir. Həmin gün saat 20 radələrində kafedən çıxarkən Quba rayonu Qaraçay kəndində yaşayan Xalidi görmüş və Xalidə yaxınlaşıb satılıq kişi paltosu olduğunu bildirmişdir. Xalid də paltonu göstərməyini xahiş etmiş və o da həmin paltonu saxladığı yarımtikilidən gətirərək Xalidə yaxınlaşmış, sonuncuya paltonu evdən gətirdiyini bildirmiş və paltonu Quba şəhər “Univermağından” aldığını və ölçüsünün ona balaca gəldiyini bildirmiş və 40 manata sata biləcəyini qeyd etmişdir. Xalid də paltoya yerindəcə baxmış və əyninə geyinərək yoxlamış və ona 40 manat pul verərək paltonu satın almışdır. Xalidin paltonun oğurluq olmasından məlumatı olmamışdır. O da 40 manat pulu götürərək yenidən kafeyə qayıtmış, 40 manatı və cibində qalan digər pulları tam xərclədikdən sonra evinə getmişdir. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə səhər saatlarında yaşadığı evin küçə qapısının qarşısında siqaret çəkərkən polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. O da etdiyi oğurluğu etiraf etmiş və yarımtikilidə saxladığı qadın çantası və içərisindəki əşyaları təhqiqatçıya təqdim etmişdir. Bundan sonra o pula ehtiyacı olduğundan avtomobildən təkrar eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sümbül” marketin arxasındakı “Birja Ticarət” mərkəzinin yaxınlığına getmiş, orada dövlət qeydiyyat nişanına fikir vermədiyi göy rəngli “jiqulu” markalı avtomobilin “Birja Ticarət” mərkəzinin sol tərəfində dayandığını görmüşdür. Sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs3 düşərək ticarət mərkəzinə girdiyini görmüşdür. O da bundan istifadə edərək gizli olaraq avtomobilə yaxınlaşmış, arxa qapısını açaraq arxa oturacaqda saxlanılan içərisində sellofan torba olan kardon qutunu götürərək oradan uzaqlaşmışdır. Yol gedərkən sellofan torbaya baxanda görmüşdür ki, orada dərman qutuları olmuşdur. Əlavə böyük sellofan torba satın alaraq həmin dərmanları sellofan torbaya boşaltmışdır və yaşadığı evin yaxınlığındakı “NZS” kafesinə getmişdir. Orada dərmanları saymışdır və onların müxtəlif adlarda 31 ədəd olduğunu müəyyən etmişdir. Çay içdikdən bir neçə saat sonra qonşusu Elşənə zəng vurmuş və sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Elşən yaşadığı evin küçəsindəki “Manqal” kafedə olduğunu bildirmiş və o da ora getmişdir. Orada Elşənə demişdir ki, “Xaçmaz şəhərində yaşayan tanışım dərmanlar verib ki onları satım”. Bunun üçün Elşənə təklif etmişdir ki. onunla birlikdə dərmanları “Şikar” adlı aptekə göstərsinlər. Elşən də razılaşmışdır və birlikdə “Şikar” adlı aptekə getmişlər, orada satıcı Mərcanəyə yaxınlaşıb, dərmanları sonuncuya göstərərək satmaq istədiyini bildirmişdir. Mərcanə də bildirmişdir ki, “aptekin müdiri Şikar yoxdur, saat 21 radələrində gələcək, dərmanları burda saxlayın, özü gəlib baxar”. O da razılaşmışdır və 5-6 ədəd dərmanı özü ilə götürərək qalanları həmin aptekdə saxlamışdır və Elşənlə birlikdə Quba şəhəri Vaqif küçəsində yerləşən NZS kafesinə getmişlər. Həmin vaxt saat 21 radələrində, polis əməkdaşları onu gəldiyi həmin kafedə tutmuşlar və Quba rayon polis şöbəsinə aparmışlar. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını, zərərçəkmiş şəxslərlə barışmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24.11,2019-cu il tarixdə saat 17 radələrində idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Miss mod” adlı ticarət mərkəzinin yaxınlığına gedərək avtombili ticarət mərkəzinin qarşısında saxlayıb qapılarını kilidləmədən alış-veriş etmək üçün həmin ticarət mərkəzinə yollanmışlar. Həmin vaxt avtomobilin arxa oturacağının üzərində ona məxsus bir ədəd 90 manat dəyərində istifadə olunmuş boz rəngli kişi paltosu, arvadı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd istifadə olunmuş iki tutacaqlı, qara rəngli, qadın çantası, qadın çantasının içərisində Sonaxanıma məxsus tələbə bileti, bir ədəd uzun müddət istifadə olunmuş, kiçik ölçülü pul kisəsi, bir ədəd istifadə olunmuş naqqaş, bir ədəd 15 ml tutumlu, dırnaq boyası, bir ədəd, karandaş tipli, dodaq boyası, bir ədəd istifadə olunmuş kiçik ölçülü güzgü, bir ədəd istifadə olunmuş kosmetika qabı və pul kisəsində 100 (yüz) manat pul olmuşdur.10-15 dəqiqədən sonra ticarət mərkəzindən qayıdarkən, avtomobildə saxladıqları yuxarıda qeyd etdiyi əşyalar və pul kisəsinin içərisindəki 100 manat pulun omadığını müəyyən etmişlər. Həmin vaxt anlamışlar ki, avtomobilindən naməlum şəxs və ya şəxslər oğurluq etmişdir. Ona görə də bu barədə Quba RPŞ-yə ərizə ilə müraciət etmişlər. Sonradan bilmişlər ki, avtomobilindən həmin oğurluğu edən şəxs Təqsirləndirilən şəxs Firudin oğlu olumuşdur və sonuncu qeyd edilən əşyları Quba RPŞ-yə təqdim etmişdir və pulu isə xərclədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindəgöstərmişdirki,Zərərçəkmiş şəxs1 onun əridir. Təqsirləndirilən şəxs Firudin oğlunu əvvəllər tanımamışdır. 24.11,2019-cu il tarixdə saat 17 radələrində əri Asifin idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri H.Əliyev prospektində yerləşən “Miss Mod” adlı ticarət mərkəzinin yaxınlığına gedərək avtombili orada saxlayıb qapılarını bağlamadan alış-veriş etmək üçün ticarət mərkəzinə yollanmışlar. Həmin vaxt avtomobilin arxa oturacağının üzərində ərinə məxsus bir ədəd 70 manat dəyərində istifadə olunmuş boz rəngli kişi paltosu, ona məxsus bir ədəd istifadə olunmuş iki tutacaqlı, qara rəngli, qadın çantası, qadın çantasının içərisində Sonaxanıma məxsus tələbə bileti, bir ədəd uzun müddət istifadə olunmuş, kiçik ölçülü pul kisəsi, bir ədəd istifadə olunmuş naqqaş, bir ədəd 15 ml tutumlu, dırnaq boyası, bir ədəd, karandaş tipli, dodaq boyası, bir ədəd istifadə olunmuş kiçik ölçülü güzgü, bir ədəd istifadə olunmuş kosmetika qabı və pul kisəsinin içərisində 100 (yüz) manat pul olmuşdur. 10-15 dəqiqədən sonra ticarət mərkəzindən qayıdarkən, avtomobildə saxladıqları yuxarıda qeyd etdiyi əşyalar və pul kisəsinin içərisindəki 100 manat pulun omadığını müəyyən etmişlər. Həmin vaxt anlamışlar ki, əri Asifə məxsus avtomobilin arxa oturacağından naməlum şəxs və ya şəxslər oğurluq etmişdir. Ona görə də bu barədə Quba RPŞ-yə ərizə ilə müraciət etmişlər. Sonradan bilmişlər avtomobildəm oğurluq edən şəxs Təqsirləndirilən şəxs Firudin oğlu olumuşdur və qeyd edilən əşyları Quba RPŞ-yə təqdim etmişdir və pulu isə xərclədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Cəmaləddin oğlu ifadəsindəgöstərmişdirki,xx.xx.2019-cu il tarixdə saat 13 radələrində ona məxsus idarə etdiyi **- BA-*** dövlət qeydiyyat nişanlı VAZ-2103 markalı avtomobili ilə yaşadığı evdən çıxaraq Quba şəhər “Birja” ərazisinə getmişdir. Avtomobili “Birja Ticarət” mərkəzinin sol tərəfində saxlamışdır. Avtomobilinin arxa oturacağında kardon qutunun içərisində olan sellofan torbada şəxsi istifadəsi üçün saxladığı ona məxsus 17 ədəd “Feverimol”, 04 ədəd “Singa vit tablet”, 02 ədəd “Krill Oil”, 01 ədəd “Sun drops”, 01 ədəd “Vinkabral”, 01 ədəd “Dream Drops”, 01 ədəd “Nikomeks”, 01 ədəd “Neyrovit”, 01 ədəd “Symbiotic+”, 01 ədəd “Zintox” və 01 ədəd “FlexiForce plus” adlı dərman preparatları olmuşdur. “Birja” ərazisinə getməyinin məqsədi şirkətin dərmanlarını apteklərə gedərək təbliğ etmək olmuşdur. Ona görə də avtomobilindən düşmüş və qapılarını kilidləmədən yaxınlıqdakı apteklərə baş çəkmək üçün getmişdir. Bir neçə aptekə baş çəkmişdir və 25-30 dəqiqədən sonra geri qayıtmışdır və avtomobilinə yaxınlaşanda arxa qapısının aralı olduğunu görüb şübhələnmişdir və arxa oturacağa baxanda orada saxladığı dərmanların kardon qutu ilə birlikdə olmadığını aşkar etmişdir. Dərhal anlamışdır ki, naməlum şəxs və ya şəxslər dərmanları oğurlamışdır. Buna görə də Quba RPŞ-yə gələrək naməlum şəxsin avtomobilinin arxa oturacağından ona məxsus 14 adda 318 manat dəyərində dərman preparatlarının oğurlmasını bildirmişdir. Həmin vaxt zənn etmişdir ki, dərmanlar 14 addadır, lakin sonradan dəqiqləşdirmişdir ki, oğurlanan dərmanlar 11 adda və cəmi 31 ədəd olmuşdur. Sonradan bilmişdir ki, avtomobilindən həmin oğurluğu edən şəxs Təqsirləndirilən şəxs Firudin oğlu olumuşdur və oğurladığı ona məxsus dərman preparatlarını Quba RPŞ-yə təqdim etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 Cəmaləddin oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Firudun oğlu Azərbaycan Respublikası CM- nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilərək, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 31126 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2019-cu ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilmişdir: Zərərçəkmiş şəxs3 Cəmaləddin oğluna məxsus 17 ədəd 125 mq-lıq “Feverimol” markalı dərman pereparatı 35,7 manat, 04 ədəd “Singa vit tablet” markalı dərman pereparatı 48 manat, 02 ədəd 30 kapsulalı “Krill Oil” markalı dərman pereparatı 74 manat, 01 ədəd 30 ml “Sun drops” markalı dərman pereparatı 19,7 manat, 01 ədəd 20 kapsulalı “Vinkabral” markalı dərman pereparatı 22,2 manat, 01 ədəd 30 ml “Dream Drops” markalı dərman pereparatı 20,5 manat, 01 ədəd 2 ml 10 ampulalı “Nikomeks” markalı dərman pereparatı 18 manat, 01 ədəd 2 ml 10 ampulalı “Neyrovit” markalı dərman pereparatı 19 manat, 01 ədəd 10 kapsulalı “Symbiotic+” markalı dərman pereparatı 20,9 manat, 01 ədəd 30 tabletli “Zintox markalı dərman pereparatı 17,8 manat və 01 ədəd 60 kapsulalı “FlexiForce plus” markalı dərman pereparatı isə 47,6 manat-dır. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd istifadə olunmuş boz rəngli kişi paltosu 70 manat, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd istifadə olunmuş iki tutacaqlı, qara rəngli, üzərində “Fashion” sözləri olan qadın çantası 10 manat, 01 ədəd uzun müddət istifadə olunmuş, üzərində qüsurlar olan, kiçik ölçülü pul kisəsi 1 manat, 01 ədəd istifadə olunmuş naqqaş 1 manat, 01 ədəd 15 ml tutumlu, üzərində “Cairuo” sözləri olan dırnaq boyası 1 manat, 01 ədəd üzərində “Jev” sözləri olan, karandaş tipli, dodaq boyası 0,50 manat, 01 ədəd istifadə olunmuş kiçik ölçülü güzgü isə 1 manatdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X1 arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 29.01,2019-cu il tarixli hökmü ilə Azərbaycan respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 07 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmününün surətindən görünür ki, Təqsirləndirilən şəxs Firudun oğlu Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla Təqsirləndirilən şəxs Firudun oğlunun 2(iki) ay 9 (doqquz) gün həbsdə saxlanılma müddəti 4 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxmaqla, Təqsirləndirilən şəxs Firudun oğlunun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 68 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Firudun oğlunun ünvan 2 ünvanında daimi qeydiyyatda olması və həmin ünvanda arvadı 1979-cu il təvəllüdlü X2 və 2016-cı il təvəllüdlü qızı X3 ilə birlikdə yaşaması göstərilmiş və Təqsirləndirilən şəxs Firudun oğlu haqqında Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və narazıçılığın daxil olmaması qeyd edilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Firudun oğlunun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 adlı azyaşlı övladı vardır. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-4/2019 saylı hökmü xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 02 gün hissəsini çəkmiş, 03 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonu xx.xx.2020-ci il tarixdə bitir. Zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək, onlara dəymiş maddi ziyanın tamamilə ödənildiyini, bununla bağlı şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.2–ci maddəsinin cinayət tərkibi var.Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2019- cu il tarixdə saat 17:00 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Miss Mod” ticarət mərkəzinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus VAZ- 2106 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən sürücü və sərnişinin düşərək uzaqlaşdıqlarını və avtomobilin nəzarətsiz qaldığını görüb özgə əmlakını gizli yolla talamaq qərarına gələrək ətrafdakı şəxslərin diqqətini cəlb etmədiyinə əmin olduqdan sonra həmin məqsədlə avtomobilin kilidlənməmiş arxa sağ qapısını açaraq arxa otucaqda olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 70 manat dəyərində istifadə olunmuş boz rəngli kişi paltosunu, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 10 manat dəyərində istifadə olunmuş iki tutacaqlı, qara rəngli, üzərində “Fashion” sözləri olan qadın çantasını, 1 manat dəyərində bir ədəd uzun müddət istifadə olunmuş, üzərində qüsurlar olan, kiçik ölçülü pul kisəsini, 1 manat dəyərində bir ədəd istifadə olunmuş naqqaşı, 1 manat dəyərində bir ədəd 15 ml tutumlu, üzərində “Cairuo” sözləri olan dırnaq boyasını, 0,50 manat dəyərində bir ədəd üzərində “Jev” sözləri olan, karandaş tipli, dodaq boyasını, 1 manat dəyərində bir ədəd istifadə olunmuş kiçik ölçülü güzgünü, 5 manat dəyərində bir ədəd istifadə olunmuş kosmetika qabını və pul kisəsindəki 100 (yüz) manat pulunu, ümumilikdə 189,5 (yüz səksən doqquz manat 50 qəpik) manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və o, təkrarən özgə əmlakını gizli yolla talama niyyəti ilə xx.xx.2019-cu il tarixdə saat 13:00 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Birja” Ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs3 Cəmaləddin oğluna məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq sürücünün avtomobildən düşüb uzaqlaşdığını və avtomobilin nəzarətsiz qaldığını görüb ətrafdakı şəxslərin diqqətini cəlb etmədiyinə əmin olduqdan sonra avtomobilin kilidlənməmiş arxa sol qapısını açaraq arxa otucaqda olan sonuncuya məxsus 01 ədədinin qiyməti 2,10 manat olmaqla 35,7 manat dəyərində 17 ədəd 125 mq-lıq “Feverimol”, 01 ədədinin qiyməti 12 manat olmaqla 48 manat dəyərində 04 ədəd “Singa vit tablet”, 01 ədədinin qiyməti 37 manat olmaqla 74 manat dəyərində 02 ədəd 30 kapsulalı “Krill Oil”, 19,7 manat dəyərində 01 ədəd 30 ml “Sun drops”, 22,2 manat dəyərində 01 ədəd 20 kapsulalı “Vinkabral”, 20,5 manat dəyərində 01 ədəd 30 ml “Dream Drops”, 18 manat dəyərində 01 ədəd 2 ml 10 ampulalı “Nikomeks”, 19 manat dəyərində 01 ədəd 2 ml 10 ampulalı “Neyrovit”, 20,9 manat dəyərində 01 ədəd 10 kapsulalı “Symbiotic+”, 17,8 manat dəyərində 01 ədəd 30 tabletli “Zintox” və 47,6 manat dəyərində 01 ədəd 60 kapsulalı “FlexiForce plus” markalı dərman pereparatlarını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 343,4 (üç yüz qırx üç manat qırx qəpik) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbayjan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edlərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni xx xxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il il tarixlərdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi tamamilə və ya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası CMin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 10 gün müddət çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməldir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 10 gün müddət çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxsqəti olaraq 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında - yaşadığı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-43/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-43/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver