Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-43/2022 01.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 33 ədəd bükümdə təmiz çəkisi 13,432 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, ondan 2,172 qram qurudulmuş marixuananı üzərində gəzdirməklə, qalan 11,26 qram qurudulmuş marixuananı isə ünvan 2 ünvanında yerləşən yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10.08.2021-ci il tarixdə saat 21 radələrində Quba şəhəri, Sahil küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən qanunsuz əldə edərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd bükümdə ümumi çəkisi 2,172 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmçinin ünvan 2 ünvanında yerləşən yaşadığı evə baxış zamanı yataq otağında saxladığı paltarların arasından şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli parça eynək kisəsinin içərisindən 28 ədəd bükümdə ümumi çəkisi 11,26 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, narkotik vasitəni 2021-ci ilin iyul ayında Xaçmaz şəhərində olan tanışından şəxsi istifadəsi üçün almışdır. Belə ki, o, daimi olmasa da, bir iki dəfə narkotik vasitələrdən istifadə etmişdir. İşlədiyi vaxtlarda iş yoldaşından Nemət adında şəxsin nömrəsini almışdır. 2021-ci ilin iyul ayında Nemətə zəng edərək, şəxsi istifadəsi üçün narkotik vasitə almaq istədiyini və cəmi 50 manat pulunun olmasını demişdir. Nemət də ona narkotik vasitə olan qurudulmuş marixuana satmağa razılaşmış və günortadan sonra Xaçmaz şəhərinə gəlməyini demişdir. O, Xaçmaz şəhərinə gedib Nemətlə görüşmüş, sonuncu ona 50 manat müqabilində bir ədəd bağlamanın içərisində 34 ədəd kağız bükülüdə narkotik vasitə marixuana vermişdir. O, bağlamanı aldıqdan sonra Quba şəhərinə yaşadığı evə gəlmiş və bükümlərdən 5 ədədini götürüb cibinə qoymuşdur ki, az-az istifadə edər, qalan bükümləri isə yaşadığı evdə gizlətmişdir. 10.08.2021-ci il tarixdə dostu ilə birlikdə dincəlməyə getməyə hazırlaşmış və həmin 5 büküm narkotik vasitəni orada çekəcəyi üçün cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində dostu ilə birlikdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində olan narkotik vasitələri könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Sorğu əsnasında yaşadığı evdə də, narkotik vasitə saxladığını etiraf etmişdir. Polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı evə getmiş, yataq otağında paltarlarının arasında saxladığı bir ədəd qara rəngli parça eynək kisəsini təqdim etmişdir. Təqdim etdiyi kisəyə baxış keçirilən zaman içərisində olan bükümdəki qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı evdə və üzərində aşkar olunmuş bükümlərin hamısını 50 manata Xaçmaz rayon sakini Nemət adlı şəxsdən almışdır. Bükümlərin hamısı, 33 ya 34 büküm bir kisədə olmuşdur. Bükümlərin dəqiq sayını xatırlamır. Narkotik vasitənin Nemət adlı şəxsdən alması barədə istintaq orqanına məlumat vermişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, aldığı narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Adətən istifadə etdiyi zaman hər dəfə iki saat ara verməklə bir dəfəyə bir büküm narkotik vasitə çəkmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu Quba şəhəri ərazisində taksi sürücüsü işləyir. 10.08.2021-ci il tarixdə təxminən saat 18 radələrində o, restorandan çıxıb Rəşidin yanına getmişdir. O, həmin vaxt içkili olduğu üçün Rəşid onun maşınını idarə etmişdir. Rəşidlə birlikdə olan zaman polis əməkdaşları onları saxlamış və Rəşidə üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra onların hər birinin üzərinə və avtomobilə baxış keçirilmişdir. Onun üzərindən və avtomobilindən qanunsuz heç bir şey aşkar edilməsə də, Rəşidin cibindən içərisində, öz deməsinə görə narkotik vasitə olan bükümlər aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, restoranda Rəşidlə birlikdə olmamışdır. İçkili olduğu üçün Rəşidlə görüşmüşdür ki, sonuncu onu evə aparsın. O, Rəşidi uzun zamandır tanıyır və sonuncunun narkotik vasitələrdən istifadə etdiyini və yaxud narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmişdir. Polis əməkdaşları tərəfindən Rəşidin üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan şalvarın sol yan cibində bükümlərdə yaşıl rəngdə otabənzər kütlə aşkar edilmişdir. Aşkar edilən kütlə kağızlara bükülmüş vəziyyətdə olmuş, lakin bükümlərin dəqiq sayını bilmir. İstintaq hərəkətləri polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı aparılmış və videoçəkilişlə qeydə alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Quba rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, istifadə etməsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə saat 21 radələrində Quba şəhəri, Sahil küçəsində saxlanılaraq ona narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə müdafiəçi təqdim edilmişdir. Baxış zamanı Rəşid əynində olan şalvarın sol yan cibində saxladığı 05 ədəd bükümdəki narkotik vasitə sayılan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bükümlər birlikdə elektron tərəzidə ölçülmüş və ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Rəşiddən üzərində aşkar olunan narkotik vasitədən başqa əlavə narkotik vasitə olması barədə soruşulduqda, sonuncu etiraf edərək yaşadığı evdə 28 ədəd bükümdə marixuana saxladığını bildirmişdir. Müdafiəçi ilə birlikdə Rəşidin yaşadığı evə baxış keçirilmiş, sonuncu yaşadığı evdə yataq otağında paltarlarının arasında saxladığı bir ədəd qara rəngli parça kisəni təqdim etmişdir. Təqdim etdiyi kisəyə baxış keçirilən zaman içərisindən 28 ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər elektron tərəzidə ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olara şahid bildirdi ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Rəşid saxlanılan zaman yanında Şahid3 da olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etdiyini soruşulduqda, sonuncu yaşadığı evdə və üzərində aşkar olunmuş bükümlərin hamısını Xaçmaz rayon sakini Nemət adlı tanışından 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi ilə bağlı istintaq hərəkətləri polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə aparılmış və videoçəkilişlə qeydə alınmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, sonuncu digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, ümumi müddəti 08 dəqiqə 49 saniyə video yazıda Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Cəlal Sultanov, Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis leytenantı Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Abdulmanafov, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və hazırda diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs qaranlıq havada küçədə, açıq ərazidə dayanmışdırlar. Cəlal Sultanov özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, ona üzərində olan əşyaları təqdim etməsini bildirir. Rəşid Məmmmədov əynində olan qara rəngli şalvarının sol yan cibindən 5 ədəd ağ rəngli kağız bükülünü və sağ yan cibindən isə bir ədəd mobil telefon və 1 ədəd Winston markalı siqaret qutusunu Cəlal Sultanova təqdim edir. Ağ rəngli kağız bükülülər açıldıqda içərisində ota bənzər kütlələr görünür. Həmin kütlələri hardan əldə etdiyini soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlələri Xaçmaz şəhərində dayanacağın yanından tapdığını bildirir. Aşkar olunmuş 5 ədəd büküm elektron tərəzidə ölçülür və ümumi çəkisi 2.9 qram olduğu görünür. Aşkar olunmuş bükümlər kağız zərfə qoyularaq qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs evdə daha 28 ədəd büküm olduğunu bildirir və bu barədə video çəkiliş başa çatır. Ümumi müddəti 11 dəqiqə 50 saniyə olan video yazıdan görünür ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Cəlal Sultanov, Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 və polis leytenantı Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Abdulmanafov, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və hazırda diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs küçədə darvazanın yanında dayanmışlar. X16 Məmmədovdan yaşadığı evə daxil olmasına etiraz etməsi barədə soruşur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmir və baxışda iştirak edən şəxslərlə birlikdə darvazadan içəri daxil olub evin giriş qapısının qarşısına gəlirlər. Evin giriş qapısını Təqsirləndirilən şəxs atası İkram Məmmədov açır və onları qarşılayır. İkram Məmmədov baxış keçirilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı yeri göstərməsi təklif edilir. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə otağa daxil olur və həmin otaqda stulun üzərindəki paltarların arasında olan bir ədəd qara rəngli parçadan düzəldilmiş eynək kisəsini Cəlal Sultanova təqdim edir. Cəlal Sultanov həmin kisəni açdıqda içində 28 ədəd ağ rəngli kağız bükülü olduğu görünür. Ağ rəngli kağız bükülülər açıldıqda içərisində ota bənzər kütlələr aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümləri üzərində aşkar edilmiş 5 ədəd bükümlərlə birlikdə Xaçmaz şəhərində Nemət adlı şəxsdən aldığını bildirir. Aşkar olunmuş 28 ədəd büküm elektron tərəzidə ölçülür və ümumi çəkisi 14.9 qram olduğu görünür. Aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılır. Video çəkiliş başa çatır (DVD disk). İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 10.08.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhərinin Sahil küçəsində yerləşən avtomobil təmiri emalatxanasının qarşısında Quba rayon Alekseyevka kəndində qeydiyyatda olmaqla ünvan 4-da yaşayan, 17.03.1993cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 05 ədəd xırda kağız parçalarında bükümlər çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu və səhər saatlarında Xaçmaz şəhəri ərazisindən tapdığını, 28 büküm marixuananı isə yaşadığı Ə.Mustafyev küçəsi, ev 9 ünvanındakı evində saxladığını bildirmişdir. Baxış zamanı kağız bükümlər bir-bir açılaraq içərlərinə baxılmış, içərlərində yaşıl rəngli marixuanaya oxşar ot kütlələri aşkar edimişdir. Həmin 05 ədəd kağız bükümlərdəki kütlələr bir yerdə “Constant” markalı qramlıq elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri kağız qarışıq 2,9 qram gəlmiş və həmin kütlələr zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən “Winston” markalı, içində 08 ədəd siqaret gilizi olan siqaret qutusu və bir ədəd qara rəngli, “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmiş, mobil telefon araşdırma zərurəti ilə əlaqədar götürülmüş, siqaret qutusu isə özünə qaytarılmışdır (iş vər.: 26); “baxış keçirilməsi barədə” 10.08.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhərinin Sahil küçəsində yerləşən avtomobil təmiri emalatxanasının qarşısında saxlanılaraq üzərindən 05 ədəd bükümdə narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmiş, Quba rayon Alekseyevka kəndində qeydiyyatda olmaqla ünvan 4-da yaşayan, 17.03.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 4 ünvanında, sonuncunun öz otağındakı paltarları arasından götürərək təqdim etdiyi qara rəngli parçadan düzəldilmiş eynək kisəsinə baxış keçirilmişdir. Baxış zamanı kisənin içində 28 ədəd kağız bükümdə yaşıl rəngdə, narkotik vasitə marixuanaya oxşar ot kütlələri aşkar edilmiş və həmin kütlələr bir yerdə “Constant” markalı qramlıq elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri kağız qarışıq 14,9 qram gəlmiş və həmin kütlələr zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin bükümləri haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bu bükümləri üzərində aşkar olunan 05 ədəd bükümlə bir yerdə Xaçmaz rayon sakini Nemət adlı şəxsdən 50 manata aldığını, aldıqlarından birini də çəkdiyini bildirmişdir (iş vər.: 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 11.08.2021-ci il tarixli 7/775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazıları və imzalar olan 01(bir) ədəd kağız paketdəki 05 (beş) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 0,444 qram, 0,425 qram, 0,462 qram, 0,510 qram, 0,331 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən ...” yazıları və imzalar olan 01 (bir) ədəd kağız paketdəki 28 (iyirmi səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,419 qram, 0,490 qram, 0,351 qram, 0,458 qram, 0,429 qram, 0,290 qram, 0,526 qram, 0,319 qram, 0,487 qram, 0,438 qram, 0,442 qram, 0,347 qram, 0,406 qram, 0,482 qram, 0,409 qram, 0,434 qram, 0,418 qram, 0,470 qram, 0,412 qram, 0,294 qram, 0,271 qram, 0,334 qram, 0,324 qram, 0,386 qram, 0,416 qram, 0,396 qram, 0,461 qram, 0,351 qram olan bitki mənşəli kütlələr olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 13,432 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 13432 qram (1-33 nömrəli obyekt), tədqiqata cəmi istifadə olundu - 0,66 qram (hər obyektdən 0,02 qram), qalıq - 12,772 qram (iş vər.: 37-41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X3 (ambulator məhkəmə-narkoloji ekspertizası) 02.09.2021-ci il tarixli 3212 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 122,123). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “maddi sübut hesab edilmə haqqında” 13.08.2021-ci il tarixli qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan 2 ədəd kağız paketdə 12,772 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. (iş vər.: 76,77); “sübutların qiymətləndirilməsi haqqında” 17.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ünvan 2 ünvanında yaşadığı evdə baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş ümumi tutumu 1,82 GB olan 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 11.08.2021-ci il tarixli 7/775 nömrəli ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 02.09.2021-ci il tarixli 3212 nömrəli ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində aşkar olunmuş 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın elektron tərəzidə çəkilərkən çəkisinin 2,9 qram olması, materialların bioloji ekspertizasının 11.08.2021-ci il tarixli 7/775 nömrəli rəyi ilə həmin bükümlərdə olan qurudulmuş marixuananın 2,172 olması tərəzi fərqi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş 28 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın elektron tərəzidə çəkilərkən çəkisinin 14,9 qram olması, materialların bioloji ekspertizasının 11.08.2021-ci il tarixli 7/775 nömrəli rəyi ilə həmin bükümlərdə olan qurudulmuş marixuananın 11,26 olması tərəzi fərqi kimi qiymətləndirilmişdir (iş vər.: 195-201). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 13,432 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10.08.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 23-25); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 51,52); Quba Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli 4(027)-78/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10.08.2021-ci il tarixdən saat 21:00dan hesablanmışdır (iş vər.: 68-72); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 139,140); “ittiham aktı təsdiq edilmədən cinayət işini əlavə ibtidai istintaq aparılması üçün göstərişlə müstəntiqə qaytarılması barədə” 10.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 28.10.2021-ci il tarixli qərar ləğv edilmiş, cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə davam etdirilmişdir (iş vər.: 166-169); “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 11.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11.11.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 171,172); “cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26.01.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Quba Rayon Məhkəməsinin 29.01.2022-ci il tarixli 4(027)-9/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən X2 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər.: 97); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 19.10.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X8 və anası X4 ibarət ailə tərkibi vardır. X11 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 120,121). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 2 ədəd kağız paketdə qalıq çəkisi 12,772 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-biloji ekspertizalarının xərci olan 78,82 (yetmiş səkkiz manat seksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 78,82 (yetmiş səkkiz manat seksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd kağız paketdə 12,772 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-43/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-43/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver