Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-43/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkib qurtarmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-jazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan сахланылан Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə törətdiyi cinayətə görə məhkum olunmadan, məhkumluğu götürülmədən və ya ödənilmədən, yaxud cinayət məsuliyyətindən azad olunmadan yenidən tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 23 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən X1 məxsus marketin qapısını özü ilə gətirdiyi lom və avtomobil təkəraçanı vasitəsilə sındırmaq yolu ilə içəri - saxlanc yerinə qanunsuz daxil olaraq kassa kimi istifadə olunan yerdən 1 manatlıq, 10, 20 və 50 qəpiklikdən ibarət olmaqla cəmi 100,4 manat pulu, vitirinlərdən 01 ədəd 2,8 manat dəyərində 0,5 litr həcmində “Baltika 9” markalı pivə, 01 ədəd 2,2 manat dəyərində 0,5 litr həcmində “Xırdalan” markalı pivə, 01 ədəd 1 manat dəyərində 0,5 litr həcmində “Sirab” markalı qazlı içki, 03 ədəd hər biri 1,2 manat olmaqla 3,6 manat dəyərində 80 qram “Safeguad” markalı sabun, 02 ədəd hər biri 6 manat olmaqla 12 manat dəyərində dəmir qutuda olan “Macckoffee” markalı kofe, 02 ədəd hər biri 4,6 manat olmaqla 9,2 manat dəyərində 320 qram çəkidə “Qusarskaya” markalı mal əti konservi, 04 ədəd hər biri 6,2 manat olmaqla 24,8 manat dəyərində 490 qram çəkidə “Blendo” markalı mal əti konservi, 02 ədəd hər biri 2,2 manat olmaqla 4,4 manat dəyərində 2,4 qram çəkidə “Sardina” markalı balıq əti konservi, 03 ədəd hər biri 0,6 manat olmaqla 1,8 manat dəyərində “Dirol” markalı saqqız, 21 ədəd hər biri 0,2 manat olmaqla 4,2 manat dəyərində “Super Glue” markalı super kley, 01 ədəd 1,6 manat dəyərində “Moment Kley” markalı kley, 01 ədəd 6,2 manat dəyərində dəmir qutuda olan “Mycoffee” markalı kofe, 01 ədəd 8,2 manat dəyərində İran ölkəsinə məxsus bal, 01 ədəd 5,4 manat dəyərində 500 qram çəkidə “Shokki Mokki” markalı şokalad, 01 ədəd 11 manat dəyərində 0,7 litr həcmində yerli istehsallı “Jack Daniels” markalı viski, 01 ədəd 11 manat dəyərində 0,7 litr həcmində yerli istehsallı “Black Bridge” markalı viski, 01 ədəd 12 manat dəyərində 0,7 litr həcmində yerli istehsallı “Moroşa” markalı araq, 01 ədəd 13 manat dəyərində 0,7 litr həcmində yerli istehsallı “Original” markalı araq, 02 qutu hər biri 1,6 manat olmaqla 3,2 manat dəyərində içərisində 50 ədəd olan “Final” markalı atma çay, 01 ədəd 6 manat dəyərində əl fənəri, 01 ədəd 2,4 manat dəyərində 3,2 qram çəkidə “Yaşkino” markalı vafli, 02 ədəd hər biri 1,2 manat olmaqla 2,4 manat dəyərində oyuncaq tapanca, 01 ədəd 11 manat dəyərində 0,7 litr həcmində “Jack Daniels” markalı viski, 01 ədəd 10 manat dəyərində “Catherina” markalı qadın ətiri, 02 ədəd hər biri 3,6 manat olmaqla 7,2 manat dəyərində “AXE” markalı dezodarant, 01 ədəd 5 manat dəyərində əl tərəzisi, 07 qutu hər biri 2,4 manat olmaqla 16,8 manat dəyərində olan “want silver” (nazik) markalı siqaret, 06 qutu hər biri 2,8 manat dəyərində 16,8 manat dəyərində “Senate” (compact) markalı siqaret, 03 qutu hər biri 3 manat olmaqla 9 manat dəyərində “west” (qalın) markalı siqaret, 07 qutu hər biri 2,2 manat olmaqla 15,4 manat dəyərində “Vıceroy” (nazik) markalı siqaret, 04 qutu hər biri 2,5 manat olmaqla 10 dəyərində “İMPERİAL CLASSİK blue” (compact) markalı siqaret, 11 qutu hər biri 3,8 manat olmaqla 41,8 manat dəyərində “Kent 8” (qalın) markalı siqaret, 07 qutu hər biri 3,8 manat olmaqla 26,6 manat dəyərində “Kent 4” (qalın) markalı siqaret, 14 qutu hər biri 2,5 manat olmaqla 35 manat dəyərində “İMPERİAL CLASSİK silver” (compact) markalı siqaret, 07 qutu hər biri 2 manat olmaqla 14 manat dəyərində “Kingston silver” (compact) markalı siqaret, 07 qutu hər biri 0,6 manat olmaqla 4,2 manat dəyərində “Piramida” markalı siqaret (filtersiz), 09 qutu hər biri 3 manat olmaqla 27 manat dəyərində “LD silver” (nazik) markalı siqaret, 03 qutu hər biri 2,4 manat olmaqla 7,2 manat dəyərində “Keno blue” (nazik) markalı siqaret, 07 qutu hər biri 2,4 manat olmaqla 16,8 manat dəyərində “want blue” (nazik) markalı siqaret, 10 qutu hər biri 3 manat olmaqla 30 manat dəyərində “LD white” (nazik) markalı siqaret, 10 qutu hər biri 3,8 manat olmaqla 38 manat dəyərində “Kent 1” (nazik) markalı siqaret, 04 qutu hər biri 2 manat olmaqla 8 manat dəyərində “Argo white” (qalın) markalı siqaret, 03 ədəd hər biri 10,5 manat olmaqla 31 manat dəyərində Rusiya istehsallı Skumbriya balığı, 01 ədəd 3 manat dəyərində böyük qayçı, 01 ədəd 1,6 manat dəyərində oyuncaq işıq lazeri, 04 ədəd hər biri 0,5 manat olmaqla 2 manat dəyərində “Ozmo ayı” markalı uşaq konfeti, 05 ədəd hər biri 1 manat olmaqla 5 manat dəyərində “Snıcers” markalı konfet, 05 ədəd hər biri 1 manat olmaqla 5 manat dəyərində “Mars” markalı konfet, 05 ədəd hər biri 1 manat olmaqla 5 manat dəyərində “Bounty” markalı konfet, 01 ədəd 7 manat dəyərində qulaqcıq, 09 ədəd 09 manat dəyərində "xxxx" MMC-yə aid “1 manatlıq” və 04 ədəd 04 manat dəyərində "xxxx" MMC-yə aid “1 manatlıq” mobil telefon danışıq kartı götürüb gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 671,7 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində anası və qardaşı ilə birlikdə yaşayır. 2013-cü ildə arvadından boşanmışdır. Özünə məxsus olan VAZ 2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olmaqla yanaşı metal məmulatları alıb-satmaqla da məşğul olmuşdur. 22 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində Quba-Bakı avtomobil yolunun Sumqayıt şəhərinin girişinə düşən hissəsindəki dayanacaqdan Xaçmaza rayonuna getmək üçün dayanmış tanımadığı üç nəfər şəxsi idarə etdiyi VAZ 2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri kimi götürərək Xaçmaz şəhərinə yola düşmüşdür. 23 sentyabr 2022-ci il tarixdə, saat 00 radələrində Xaçmaz şəhərinə çatıb müştəriləri düşürüb doğulub boya-başa çatdığı Quba rayonuna yola düşmüşdür. Xaçmaz- Quba avtomobil yolunun kənarını müşahidə edərək yavaş sürətlə hərəkət etmişdir ki, münasib bir yer olsa, yolüstü həmin yerdən oğurluq etsin. 23 sentyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Quba-Xaçmaz avtomobil yolunun Quba rayonu, Timiryazav qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi VAZ 2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarında saxlamışdır. Avtombildən düşəndən sonra, piyada gəzişərək oğurluq etmək üçün yaxın ətrafda münasib market axtarmağa başlamışdır. Həmin yolun kənarında yerləşən bir neçə marketə yaxınlaşmış, lakin siqnalizasiyaya aid kameraları görüb həmin marketləri oğurluq etmək üçün münasib bilməmişdir. Sonra yoldan qəsəbəyə daxil olmuşdur ki, qəsəbənin içərisində münasib market düşsə, oradan oğurluq edər. Yoldan qəsəbənin içəri hissəsinə təxminən 50 metr məsafə qət etdikdən sonra, üzərində böyük hərflərlə "MARKET" sözləri yazılmış bir market görmüş və bu marketdən oğurluq etməyi özü üçün əlverişli hesab etmişdir. Bu məqsədlə avtomobilinin yanına qayıtmış, avtomobildən lom və avtomobil təkər açanını götürüb yenidən həmin marketin yanına gəlmişdir. Özündə olan maskanı geyinmişdir ki, üzü marketin kamerasına düşməsin. Ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra özümlə gətirdiyi lomla marketin plastik materialdan ibarət qapısının üzərindəki dəmir barmaqlıqdan ibarət qoruyucu qapının qıfıl açarını qıraraq qapını açmışdır. Dəmir barmaqlıqdan ibarət qapının altındakı plastik qapısı da kilitli olduğu üçün özü ilə gətirdiyi 17 nömrəli avtomobil təkər açanı vasitəsilə qapını aralayaraq kilidini açıb içəri daxil olmuşdur. Marketə daxil olduqdan sonra. əvvəlcə kassa kimi istifadə olunan yerdən sellofana bükülmüş qəpik pulları götürmüşdür. Sonra marketdən götürdüyü iki ədəd boş sellofana vitrinlərdən müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarını, yəni təxminən 50 ədəd müxtəlif markalı siqaretlər, bir neçə ədəd şüşə butulkada pivə, bir ədəd sirab markalı mineral su, bir neçə ədəd əl sabunu, iki ədəd dəmir qutuda kofe, bir neçə ədəd konserv qutusu, təxminən 20 ədəd super kley, bir banka bal, bir ədəd qutuda soyuq kofe içkisi, iki ədəd viski, iki ədəd final çayı, bir ədəd dezodorant, üç ədəd yağlı balıq, bir ədəd əl fənəri, bir ovuc saqqız, bir qədər müxtəlif konfet və şirniyyatlar, bir ədəd telefon qulaqcıq, 1 manatlıq sim və cin danışıq kartları, bir ədəd mağazanın əl tərəzisi və xatırlamadığı digər məhsullar, həmçinin kassadan sellofana bükülməmiş qəpik pulları götürürərək iki ədəd boş sellofana doldurmuşdur. Kassadan götürdüyü sellofana bükülmüş qəpik pulları əynindəki pencəyin cibinə qoymuşdur. İçərisi dolu sellofan torbalar, özü ilə gətirdiyi lom və avtomobil təkər açanı ilə marketdən çıxıb Quba-Xaçmaz avtomobil yoluna gəlmişdir. Torbaları, lomu və təkər açanı yolun kənarındakı kolluğun yanına qoymuşdur ki, marketə qayıdsın. Onları qoyduğu yerlə avtomobili arasında təxminən 50 metr məsafə qalmışdır. O, torbaları aparıb avtomobilə ona görə qoymamışdır ki, avtomobilin yanından keçən kimsə avtomobildə torbaları görə bilərdi. Yoldan keçə biləcək şəxslərin marketin qapılarını açıq halda görüb şübhlənməməsi üçün qapıları bağlayıb əvvəlki vəziyyətinə gətirmək üçün torbaları kolluğun yanına qoyandan sonra marketə qayıtmışdır. Marketin içərisini səliqə-səhmana salaraq bir ədəd 1 litr həcmində "Original" markalı araq götürüb marketdən çıxmış və qapılarını bağlayaraq əvvəlki vəziyyətinə gətirmək istəyəndə Quba-Xaçmaz avtomobil yolundan keçən şəxslərin danışıq səslərini eşitmişdir. Marketdən aralaşıb bir qədər yola tərəf gedəndə uzaqdan görmüşdür ki, həmin şəxslər torbaları qoyduğu kolluğun yanında fənərlə dayanıb "bunlar mağaza mallarıdır ki" deyirlər. O, başa düşmüşdür ki, həmin şəxslər "bunlar mağaza mallarıdır ki" deməklə onun oğurlayaraq kolluğun yanına qoyduğu sellofan torbaları nəzərdə tuturlar. Onların onu görə biləcəklərini düşünərək geri qayıdıb marketlə üzbə-üz yerləşən, yaşayış olmayan evin həyətinə hasarın açıq qalan hissəsindən daxil olaraq gizlənmişdir. Danışıq səslərindən hiss etmişdir ki, həmin şəxslər marketə tərəf gəlirlər. Həmin şəxslər gələrkən sağa-sola, həmçinin onun gizləndiyi evin həyətinə fənər işığı tuşladıqları üçün həyətin Quba-Xaçmaz avtomobil yoluna tərəf hissəsinə doğru qaçıb gedərək mişar daşından hörülmüş hasarın üstündən aşmaqla həmin yola çıxmışdır. Quba- Xaçmaz avtomobil yolunda dayanıb marketə tərəf baxanda görmüşdür ki, həmin şəxslər marketin qarşısında danışırlar. Qaçıb gələrkən başındakı papaq ağacların budaqlarına ilişib yerə düşərək, geyindiyi çəkələyin bir tayı ayağından çıxaraq və oğurladığı araq əlindən düşərək gizləndiyi həyətdə qalmışdır. Avtomobilə çatıb onu işə salaraq Quba şəhərinə gəlib Asan Xidməti ilə üzbə-üz yerləşən yeni binanın həyətinə girmişdir. Binanın həyətində avtomobildə təxminən 20 dəqiqə dayandıqdan sonra, papağını və çəkələyini götürmək üçün oradan hadisə yerinə qayıtmışdır. Hadisə yerinə çatmağa təxminən 1 km məsafə qalmış sayrışan işıqları görərək başa düşmüşdür ki, hadisə barədə polisə məlumat verilib. Tutulmaqdan ehtiyat edərək oradan birbaşa Abşeron rayonu, Novxanı qəsəbəsinə qayıtmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonunun Timiryazev qəsəbəsində yaşayır. Yaşadığı qəsəbədə yerləşən ata evinin qarşısında üzərində böyük hərflərlə "MARKET" sözləri yazılmış marketi işlədir. Marketdə müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları satılır. 23 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində yaşadığı evdə yatarkən qonşuları Vahid və Elxanın çağırış səslərinə yuxudan oyanmışdır. Vahid və Orxan ona küçədə gəzişən zaman marketin qapısının sındırıldığını və uzaqdan bir nəfər şəxsin marketlə üzbə-üz yerləşən evin həyətinə keçdiyini gördüklərini bildirmişlər. O, dərhal marketin qarşısına gəlmiş və görmüşdür ki, həqiqətən də marketdən qapısını sındırmaq yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib. O, DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi marketə daxil olub baxmamışdır ki, əl və ayaq izləri düşə bilər. Ona görə də marketin qarşısında dayanıb polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gələndən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı görmüşdür ki, marketdən müxtəlif ərzaq və qeyriərzaq məhsulları oğurlanıb. Onlar marketlə üzbə-üz yerləşən qonşunun həyətinə baxarkən bir ədəd kepka papaq, bir tay çəkələk və bir ədəd "original" markalı araq tapmışlar. Başa düşmüşlər ki, bunlar marketə daxil olan şəxsə məxusdur. Quba-Xaçmaz avtomobil yolunun kənarındakı kolluğun yanında isə iki ədəd içərisi dolu sellofan torba aşkar etmişlər. Torbaları açarkən içərisində marketdən oğurlanmış ərzaq və qeyri-ərzaq məhsullarının olduğunu görmüşlər. Onlar başa düşmüşlər ki, oğurluq etmiş şəxs torbaları kolların yanında gizlətmiş və hanısısa səbəbdən aparmamışdır. Polis əməkdaşları ilə birlikdə torbalardan aşkar edilmiş məhsullara baxış keçirərkən, müəyyən olunmuşdur ki, torbalarda 2,8 manat dəyərində 01 ədəd 0,5 litr həcmində “Baltika 9” pivəsi, 2,2 manat dəyərində 01 ədəd 0,5 litr həcmində “Xırdalan” pivəsi, 1 manat dəyərində 01 ədəd 0,5 litr həcmində “Sirab” markalı qazlı su, hər biri 1,2 manat dəyərində olan 03 ədəd 0,8 qram “Safeguad” markalı sabun, hər biri 6 manat dəyərində olan 02 ədəd “Macckoffee” markalı kofe, hər biri 4,6 manat dəyərində olan 02 ədəd 320 qram çəkidə “Qusarskaya” markalı mal əti konservisi, hər biri 6,2 manat dəyərində olan 04 ədəd 490 qram çəkidə “Blendo” markalı mal əti konservisi, hər biri 2,2 manat dəyərində olan 02 ədəd 2,4 qram çəkidə “Sardina” markalı balıq konservihəri, hər biri 0,6 manat dəyərində olan 03 ədəd “Dirol” markalı saqqız, hər biri 0,2 manat dəyərində olan 21 ədəd “Super Glue” markalı super kleyləri, hər biri 1,6 manat dəyərində olan “Moment Kley” markalı kleyhər, hər biri 6,2 manat dəyərində “Mycoffee” markalı kofelər, 8,2 manat dəyərində olan 01 banka bal, 5,4 manat dəyərində 500 qram çəkidə “Shokki Mokki” markalı 01 ədəd şokolad, 9,8 manat dəyərində 01 ədəd 0,7 litr həcmində “Jack Daniels” markalı viski, 11 manat dəyərində 01 ədəd 0,7 litr həcmində “Black Bridge” markalı viski, 12 manat dəyərində 01 ədəd 0,7 litr həcmində “Moroşa” markalı araq, 13 manat dəyərində 01 ədəd 0,7 litr həcmində “Original” markalı araq, hər biri 1,6 manat dəyərində 02 qutu, “Final” markalı çay, 6 manat dəyərində 01 ədəd əl fənəri, 2,4 manat dəyərində olan 01 ədəd “Yaşkino” markalı vafli, hər biri 1,2 manat dəyərində olan 02 ədəd oyuncaq tapanca, 9,8 manat dəyərində 01 ədəd 0,7 litr həcmində “Jack Daniels” markalı viski, 10 manat dəyərində 01 ədəd “Catherina” markalı qadın ətiri, 3,6 manat dəyərində 02 ədəd “AXE” markalı dezodarant, 5 manat dəyərində bir ədəd əl tərəzisi, 9 ədəd 1 manatlıq Cin danışıq kartı, 4 ədəd 1 manatlıq Sim danışıq kartı, hər biri 2,4 manat dəyərində olan 7 qutu “Vant silver” (nazik) markalı siqaret, hər biri 2,8 manat dəyərində olan 6 qutu “Senate” (compact) markalı siqaret, hər biri 3 manat dəyərində olan 3 qutu “Vest” (qalın) markalı siqaret, hər biri 2,2 manat dəyərində olan 7 qutu “Vıceroy” (nazik) markalı siqaret, hər biri 2,5 manat dəyərində olan 4 qutu “İMPERİAL CLASSİK blue” (compact) markalı siqaret, hər biri 3,8 manat dəyərində olan 11 qutu “Kent 8” (qalın) markalı siqaret, hər biri 3,8 manat dəyərində olan 7 qutu “Kent 4” (qalın) markalı siqaret, hər biri 2,5 manat dəyərində olan 14 qutu “İMPERİAL CLASSİK silver” (compact) markalı siqaret, hər biri 2 manat dəyərində olan 7 qutu “Kingston silver” (compact) markalı siqaret, hər biri 0,6 manat dəyərində olan 7 qutu “Piramida” markalı siqaret (filtersiz), hər biri 3 manat dəyərində olan 9 qutu “LD silver” (nazik) markalı siqaret, hər biri 2,4 manat dəyərində olan 3 qutu “Keno blue” (nazik) markalı siqaret, hər biri 2,4 manat dəyərində olan 7 qutu “want blue” (nazik) markalı siqaret, hər biri 3 manat dəyərində olan 10 qutu “LD white” (nazik) markalı siqaret, hər biri 3,8 manat dəyərində olan 10 qutu “Kent 1” (nazik) markalı siqaret, hər biri 2 manat dəyərində olan 4 qutu “Argo white” (qalın) markalı siqaret, 1 kq çəkisi 8,8 manat olmaqla cəmi 1,2 qram çəkidə olmaqla 03 ədəd Rusiya istehsallı Skumbriya balığı, 4 manat dəyərində 1 ədəd böyük qayçı, 1,6 manat dəyərində oyuncaq işıq lazeri, 0,5 manat dəyərində 04 ədəd "Ozmo ayı" markalı uşaq konfeti, hər biri 1 manat dəyərində olan 05 ədəd “Snıcers” markalı konfet, hər biri 1 manat dəyərində olan 05 ədəd “Mars” markalı konfet, hər biri 1 manat dəyərində olan 05 ədəd “Bounty” markalı konfet, 01 ədəd 7 manat dəyərində qulaqcıq, sellofana bükülmüş 85 manat nağd pul var. Torbalardan aşkar edilmiş ərzaq və qeyri ərzaq məhsulları polis əməkdaşları tərəfindən sıyahılaşdırıldıqdan sonra, oğurlanmış əmlak tez xarab olan ərzaq məhsulları və gündəlik tələbat olan qeyri-ərzaq məhsulları olduğundan, həmçinin həmin məhsulları müxtəlif firmalaradan nisyə alaraq satdığını nəzərə alaraq ona qaytarılmışdır. Polis əməkdaşları tərəfindən oğurluq cinayəti açılanda bilmişdir ki, oğurluq etmiş şəxs əslən Quba rayonu, Rustov kəndindən olan və Abşeron rayonunda yaşayan Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalanmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Timiryazev qəsəbəsində anası və iki qardaşı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 23 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində evinə qonaq gəlmiş qonşusu Şahid2 ilə birlikdə çay içdikdən sonra siqaret çəkmək üçün qapının qarşısına, yəni küçəyə çıxmışlar. Bu zaman qonşu küçədən itlərin hürməsini eşidərək həmin istiqamətdə getmişlər. Quba-Xaçmaz avtomobil yolunun kənarında dayanarkən uzaqdan görmüşlər ki, yoldan təxminən 50 metr məsafə qəsəbənin içərisində yerləşən Cəlalın işlətdiyi marketin qapısının qarşısında bir nəfər şəxs dayanıb. Marketin işığı qarşısına düşdüyü üçün onlar həmin şəxsi görə bilmişlər. Məsafə uzaq olduğundan həmin şəxs onları görə bilməsə də, danışıq səslərini hiss edib qaçaraq marketlə üzbə-üz yerləşən evin həyətinə keçmişdir. Onlar həmin şəxsdən şübhələnərək nə baş verdiyini öyrənmək üçün marketə tərəf getməyə başlamışlar. Əllərindəki fənərin işığını həmin şəxsin daxil olduğu evin həyətinə tuşlamışlar ki, kim olduğunu aydınlaşdırsınlar. Lakin həmin şəxsi görə bilməmişlər. Marketin qarşısına gəlib çatanda görmüşlər ki, qapısı sındırılaraq kimsə içəri daxil olub. Başa düşmüşlər ki, gördükləri həmin şəxs marketdən oğurluq edib. Lakin onlar həmin şəxs marketin qarşısından qaçıb gedərkən əlində heç nə görməmişlər. Bundan sonra onlar dərhal Cəlalın yaşadığı evə gedərək hadisə barədə məlumat vermişlər. Onlar Cəlal ilə birlikdə marketin qarşısına qayıtmışlar. Cəlal DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşaları gələnə kimi marketə daxil olub baxmamışlar ki, əl və ayaq izləri düşə bilər. Ona görə də marketin qarşısında dayanıb polisin gəlməsini gözləmişlər. Polis əməkdaşları gələndən sonra hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Cəlal marketin içərisinə baxaraq bildirmişdir ki, marketdən müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları, həmçinin az məbləğdə pul oğurlanıb. Marketlə üzbə-üz yerləşən qonşunun həyətinə baxarkən bir ədəd kepka papaq, bir tay çəkələk (yay ayaqqabısı) və bir ədəd "original" markalı araq tapılmışdır. Polis əməkdaşları ilə birlikdə baxış keçirilən zaman Quba-Xaçmaz avtomobil yolunun kənarındakı kolluğun yanında isə iki ədəd içərisi dolu sellofan torba aşkar edilmişdir. Torbaları açarkən içərisində marketdən oğurlanmış ərzaq və qeyri-ərzaq məhsullarının olduğunu görmüşlər. Onlar başa düşmüşlər ki, oğurluq etmiş şəxs torbaları kolların yanında gizlətmiş, hanısısa səbəbdən aparmamış və marketə qayıdıb gəlmişdir. Torbalardan aşkar edilmiş məhsullara baxış keçirilərkən polis əməkdaşları ilə yanaşı, Cəlal özü də oğurlanmış əmlakın hamısını vərəqə yazaraq özü üçün qeydiyyatını aparmışdır. Baxış başa çatandan sonra marketdən oğurlanmış əmlak Cəlalın özünə təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, hadisə ilə bağlı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 9/8033 nömrəli rəyindən görünür ki, 01 ədəd 0,5 litr həcmində “Baltika 9” markalı pivə 2,8 manat, 01 ədəd 0,5 litr həcmində “Xırdalan” markalı pivə 2,2 manat, 01 ədəd 0,5 litr həcmində “Sirab” markalı qazlı içki 1 manat, 80 qram “Safeguad” markalı sabun 1,2 manat, dəmir qutuda olan “Macckoffee” markalı kofe 6 manat, 320 qram çəkidə “Qusarskaya” markalı mal əti konservi 4,6 manat, 490 qram çəkidə “Blendo” markalı mal əti konservi 6,2 manat, 2,4 qram çəkidə “Sardina” markalı balıq əti konservi 2,2 manat, “Dirol” markalı saqqız 0,6 manat, “Super Glue” markalı super kley 0,2 manat,“Moment Kley” markalı kley 1,6 manat, dəmir qutuda olan “Mycoffee” markalı kofe 6,2 manat, 500 qram çəkidə “Shokki Mokki” markalı şokalad 5,4 manat, 0,7 litr həcmində “Jack Daniels” markalı viski yerli istehsal 11 manat, 0,7 litr həcmində “Black Bridge” markalı viski yerli istehsal 11 manat, 0,7 litr həcmində “Moroşa” markalı araq yerli istehsal 12 manat, 0,7 litr həcmində “Original” markalı araq yerli istehsal 13 manat,01 qutu içərisində 50 ədəd olan “Final” markalı atma çay 1,6 manat, 3,2 qram çəkidə “Yaşkino” markalı vafli 2,4 manat, oyuncaq tapanca - aydın deyil, 0,7 litr həcmində “Jack Daniels” markalı viski 11 manat, “AXE” markalı dezodarant 3,6 manat, əl tərəzisi 5 manat, 01 qutu “want silver” (nazik) markalı siqaret 2,4 manat, 01 qutu “Senate” (compact) markalı siqaret 2,8 manat, 01 qutu “west” (qalın) markalı siqaret 3 manat, 1 qutu “Vıceroy” (nazik) markalı siqaret 2,2 manat, 01 qutu “İMPERİAL CLASSİK blue” (compact) markalı siqaret 2,5 manat, 01 qutu “Kent 8” (qalın) markalı siqaret 3,8 manat, 01 qutu “Kent 4” (qalın) markalı siqaret 3,8 manat, 01 qutu “İMPERİAL CLASSİK silver” (compact) markalı siqaret 2,5 manat, 01 qutu “Kingston silver” (compact) markalı siqaret 2 manat, 01 qutu “Piramida” markalı siqaret (filtersiz) 0,6 manat, 01 qutu “LD silver” (nazik) markalı siqaret 3 manat, 01 qutu “Keno blue” (nazik) markalı siqaret 2,4 manat, 01 qutu “want blue” (nazik) markalı siqaret 2,4 manat, 01 qutu “LD white” (nazik) markalı siqaret 3 manat, 01 qutu “Kent 1” (nazik) markalı siqaret 3,8 manat, 01 qutu “Argo white” (qalın) markalı siqaret 2 manat, 01 ədəd 1,2 qram çəkidə Rusiya istehsallı Skumbriya balığı 10,5 manat, 1 ədəd böyük qayçı 3 manat, "Ozmo ayı" markalı uşaq konfeti 0,5 manat, “Snıcers” markalı konfet 1 manat, “Mars” markalı konfet 1 manat, “Bounty” markalı konfet 1 manat təşkil edir. Qeyd olunan 44 adda malların 2022-ci ilin sentyabr ayına olan orta baza qiyməti ümumi nəzəri hesablama yolu ilə təxminən 523,10 manat müəyyən edilir. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi üzrə qəbul edilmiş subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən qiymətləndirmə aparılması mümkün olmayan 6 adda malların, həmçinin qiymətləri üzərində qeyd olduğundan dəyərinin müəyyən edilməsi barədə məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında sual qoyulmasına lüzum olmamış 09 ədəd "xxxx" MMC-yə aid “1 manatlıq” mobil telefon danışıq kartı və 04 ədəd "xxxx" MMC-yə aid “1 manatlıq” mobil telefon danışıq kartının dəyəri zərərçəkmiş şəxsin göstərdiyi qiymətlərə uyğun qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində hadisə yerindən götürülmüş papağın içərisindəki bioloji mənşəli materialların və yay ayaqqabısının (çəkələyin) üzərindəki qan nümunəsi 07 dekbar 1981-ci il təvvəlüdlü Təqsirləndirilən şəxs məxsusdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəşunaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün maddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 11 ay 02 gün hissəsini çəkməmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Novxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Nizami küçəsi 19C məhəllə 6-da qeydiyyatda olmaqla Abşeron rayonunun Novxanı qəsəbəsi Bağlar massivində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzsı təyin edildikdə cəzanın məqsədlərinə nail ola bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 23 sentyabr 2022-ci il tarixdə, yəni Sumqayıt şəhər məhkəməsinin 18 iyul 2022-cı il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazərki hökmlə təyin edilmiş cəza CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 03 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 571 manat 70 qəpik məbləğində ərzaq və qeyri ərzaq məhsullarının və 85 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Sumqayıt şəhər məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 11 ay 02 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan 571 manat 70 qəpik məbləğində ərzaq və qeyri ərzaq məhsullarının və 85 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-43/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-43/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver