Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-44/2021 07.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1956-cı ildə Dəvəçi şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra qanunla müəyyən edilmiş özünütəcrid müddətinin bitməsini gözləmədən xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evi tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından, həmin gün saat 14:10-da respublikada olan pandemiya ilə bağlı qurulmuş Quba-Bakı yolundakı stasionar postda Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə halsızlığı olduğundan Şabran RMX-dan evə həkim dəvət etmiş və evdə ondan Covid-19 xəstəliyi ilə bağlı yaxma götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixdə oğlu Şahid1 ***-***-**-** mobil nömrəsinə mesaj gələrək həqiqətən “COVİD-19” virusu daşıyıcısı olması bildirilmişdir. Özü ümumiyyətlə mobil telefon işlətmədiyindən yaxma analizi verən zaman həkimlərə oğlu Elşadın mobil nömrəsini vermiş, 2020-ci ilin noyabr ayının təxminən 23-də səhhətində problemlər daha da, gücləndiyi üçün oğlu Elşadın idarə etdiyi “Opel” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba rayon Mərkəzi Xəstəxanasına getmək üçün yaşadığı evi tərk etmişdir. Quba-Bakı yolunda quraşdırılmış postdan keçən zaman portal sistemi vasitəsi ilə adı yoxlanılarkən portal sistemində adının karonavirus xəstəsi kimi qeydiyyata götürüldüyü ona deyilmiş və bundan sonra oraya polis əməkdaşları və tibb işçiləri gələrək onu Quba rayon Mərkəzi Xəstəxanasına aparmışrlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və yaşlı olmasını nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsi xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək atası Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə pandemiya ilə bağlı Quba-Bakı yolunda qurulmuş stasionar postda xidmət apararkən saat təxminən 12 radələrində “Opel” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba istiqamətində postu keçmək istədikdə həmin avtomobildə olan sürücü və sərnişinin icazələrinin olub-olamamasını yoxlamaq məqsədilə portal sistemi vasitəsi ilə yoxlanılmış, avtomobildə sürücüdən başqa avtomobilin qabaq sərnişin oturacağında bir nəfər Ələşrəf adlı yaşlı kişi əyləşmiş, həmin kişinin şəxsiyyət vəsiqəsi portal sistemi vasitəsi ilə yoxlanıldıqda Ələşrəfin “COVİD-19” infeksiyası daşıyıcısı olduğu müəyyən olunmuş, bu barədə kişinin və özünü həmin kişinin oğlu kimi təqdim edən sürücüdən soruşduqda onlar bu barədə məlumatlarının olduğunu, müayinə olunmaq üçün Quba rayon Mərkəzi Xəstəxanasına getmək istədiklərini bildirmişlər. Daha sonra həmin vaxt stasionar posta nəzarət etmək üçün gəlmiş Quba RPŞ-nin İstintaq bölməsinin rəisi polis polkovnik-leytenantı Zahir İsmayılova məlumat vermiş və sonuncu da, bu barədə dərhal Quba RPŞ-nin NH-nə məlumat vermişdir. Bir qədər sonra polis şöbəsindən və Quba RMX-dan əməkdaşlar gələrək Təqsirləndirilən şəxs Quba RMX-yə aparılmasını təmin etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Şabran rayon X2 Hüquqi şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid- 19” virus infeksiyasına görə analiz vermiş və xx.xx.2020-ci il tarixdə SMS vasitəsi ilə ona analizin cavabı “COVİD-19” pozitiv (+) gəldiyi haqqında cavab verilmişdir və ona 14 gün evdə müalicə yazılmışdır. İş üzrə Azerfon MMC-dən daxil olmuş AZF/LGL-25/21 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş məlumat cədvəlində ***-***-**-** mobil nörməyə xx.xx.2020-ci il tarixdə saat 17:24-də İTS.GOV.AZ-dan SMS məlumatı daxil olmuş, həmin SMS-in mətnində Təqsirləndirilən şəxs “COVİD-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması, yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi göstərilmişdir. İş üzrə Azerfon MMC-dən daxil olmuş AZF/LGL-25/21 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş CD diskə əsasən Təqsirləndirilən şəxs və Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin hadisənin baş verdiyi xx.xx.2020-ci il tarixdə günorta saatlarında quba-Bakı yoluna quraşdırılmış stasionar postun ərazisində aktiv olması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. İş materiallarına əalvə olunmuş Şabran rayon X3 Hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran rayon Mərkəzi Xəstəxanasında psixo-nevroloji və narkoloji kabinetlərdə qeydiyyatlarında yoxdur. İşdə olan Şabran RİHB-nın Şabran şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 5547 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əalvə olunmuş Şabran rayon X3 Hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü X1 RMX PHŞ-in onkoloji kabinetdə aşağıda göstərilən diaqnozla dispanser qeydiyyatındadır. Diaqnozu: Sağ süd vəzisinin CR-i, Sağ tərəfli mastektomiyadan sonrakı vəziyyət, Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından sonrakı vəziyyət, Şəkərli diabet İİ tip orta ağır dərəcə, Hipertoniya xəstəliyi İİ m. xəstə müntəzəm olaraq müalicə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün, şahid ifadələri, işdə olan sənədlər ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, şahid ifadələri və işin digər sənədləri ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun tutduğu əməldən peşman olmasını, yaşlı olmasını və həyat yoldaşının onkoloji xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut olan Azerfon MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 25/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd DVD disk cinayət içinin materiallarında saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs AR CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında - yaşadığı evi axşam saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Şabran rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-44/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-44/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver