Məhkəmə qərarları › İş №1(027)-44/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-44/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-44/2022 15.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, xx.xx.1967-ci il tarixdə Quba rayonu, Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olunmayan, evli, işsiz, Quba rayonu, Qarxun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə xx.xx.1983-cü il tarixdə Laçın rayonu, Pircahan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, işsiz, Laçın rayonu, Pircahan kəndində qeydiyyatda olmaqla Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 01 ədəd üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “ДЕ 506” nömrəli karabini, həmçinin məlum olmayan tarixdə və mənbədən 01 ədəd üstündə “80726” rəqəmləri həkk olunmuş, zavod üsulu ilə hazırlanmış, 5,6 mm kalibrli, “ТОЗ-8” modelli, 80726 nömrəli saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odlu idman silahı olan tüfəngi, dib hissələrində “188-85" və "188-75” rəqəmləri həkk olunmuş 64 (altmış dörd) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, hamin kalibrə malik 1891/30-cu il nümunəli “Мосин” sistemli tüfəngdə, 1931-ci il nümunəli və "Драгунов” (CBD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik "Симонов” tüfəngində, 1938-ci (CBT-38) və 1940-cı (CBT- 40") illər nümunəli özüdolduran "Токарев” sistemli tüfənglərdə, “Мосин” sistemli 1938-ci il və 1944-cü il nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə "Дектярев” (ДП- 24", "ДТ", "ДТМ") sistemli, "Максим", "Горюнов” (СГ-43, СГМ, СГМТ dəzgahlı pulemyotlarda, rota pulemyotunda (РП-46), "Калашников" (ПК, ПКМ, ПКТ, ПКС) konstruksiyali pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 62 ədədi izburaxan, 01 ədədi polad özəkcikli, 01 ədədi isə adi gülləli atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində "539-87", "711- 83”, “539-И”, “539-Г” hərf va rəqəmləri həkk olunmuş 05 (beş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik "Калашников" konstruksiyalı "AK" (AKM", "AKC", AKMC) markalı avtomat silahlarda, "РПК” (РПКС) markalı əl pulemyotlarında, "CKC” karabinində və s. yivli odlu döyüş silahlarında, istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində “3-81, "17-79, "270-81" "3- 85" rəqəmləri həkk olunmuş 5 (beş) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, "Калашников" konstruksiyalı “AK-74" (“AKC-74", "АКС-74У”) markalı avtomat silahlarda, "РПК-74” (РПКС-74") markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 04 ədədi adi gülləli, 01 ədədi isə izburaxan gülləli, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, örtüksüz güllələrə maik 22 (iyirmi iki) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik "ТОЗ-8 (ТОЗ-8М), ТОЗ-7" (T03- 7A), T03-11", TOЗ-16, T03-17", ТОЗ-18", "ТОЗ-21-1", "ТОЗ-29 və s. modelli idman-ov tüfəng və karabinlərində, “T03-35", "ИЖ-1” markalı idman tapançalarında, "Смирин” markalı revolverlərdə, "Amerikan 180” markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları yaşadığı Quba rayonu, Qarxun kəndindəki evinə gətirərək həmin evin damında və yataq otağında saxlamış, 27.04.2021-ci il tarixdə saat 16 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin evə baxış zamanı evin damından və yataq otağından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və mənbədən 01 ədəd üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “ДЕ 506” nömrəli karabini əldə edərək, 2019-cu ilin dekabr ayının əvvəllərində Quba rayonu 2-ci Nügədi kəndində tanışı Quba rayonu, Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs1 vermiş, 27.04.2021-ci il tarixdə saat 16 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən həmin silah sonuncunun yaşadığı evin damından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməllərində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2018-ci ildə yaşadığı kəndə ov etməyə gələn tanımadığı şəxsdə “ТОЗ-8” markalı tüfəngi görmüş və sonuncudan tüfəngi ona verməsini xahiş etmişdir. Həmin şəxs özünə məxsus “ТОЗ-8” markalı tüfəngi və həmin tüfəngə aid patronları ona vermiş, o da tüfəngi və patronları evinə aparıb saxlamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Quba rayonu, İİ Nügədi kəndində olan zaman Təqsirləndirilən şəxs2 ilə qarşılaşmış, söhbət əsnasında Emin özündə olan, lakin istifadə etmədiyi bir ədəd karabin tüfəngi təmənnasız ona verməyi təklif etmiş, o da razılaşmışdır. Emin karabin tüfəngini əvəzsiz olaraq ona vermişdir. 2020ci ilin yay aylarında isə karabin tüfənginə aid 64 ədəd dolu və 21 ədəd atılmış patronları vermişdir. 2020-ci ilin axırlarında o, yaşadığı ərazidə yaylaq sahəsində heyvan otardığı zaman yerdə tüfəng görmüş, həmin füfəngi götürüb evinə aparmış və evində saxlamışdır. 2021-ci ilin əvvəllərində yaylaq sahəsində heyvan otardığı zaman 64 ədəd 7,62 mm-lik patronları və 05 ədəd 5,45 mm-lik patronları tapmışdır. Bundan başqa 27.04.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində heyvanlara baxan zaman polis əməkdaşları gəlmiş ona evində qanunsuz olaraq silah və döyüş sursatının saxlaması barədə əməliyyat məlumatı olduğunu bildirərək yaşadığı evə baxış keçirmişlər və saxladığı silah və sursatları onlara təqdim etməsini bildirmişlər. Baxış zamanı yaşadığı evin damında saxladığı 01 ədəd “ТОЗ-8” markalı, 01 ədəd karabin, 01 ədəd “ИЖ” markalı təklüləli, 01 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng və həmin silahlara dair patronlar, evinin baş tərəfində olan otaqdakı şkafın içərisindəki şüşə su qabında həmin silahlara dair patronlar aşkar edilərək götürülmüşdür. Həmin silahlara və patronlara onun iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt onun yaşadığı evdən ümumilikdə karabin tüfəngə aid 64 ədəd dolu, 21 ədəd atılmış boş giliz, “ТОЗ-8” markalı tüfəngə məxsus 22 ədəd dolu patron, 64 ədəd “Калашников” avtomatına məxsus patron, 05 ədəd “АКС” avtomatına məxsus 5,45 mm çaplı patron, 16 mm çaplı tüfəngə məxsus 50 ədəd dolu patron, 37 ədəd boş giliz, 34 ədəd böyük kürəşəkilli və 09 ədəd kiçik kürəşəkilli qırmalar aşkar olunmuşdur. Aşkar olunmuş silah və sürsatlar onun iştirakı ilə videoçəkiliş aparılaraq protokollaşdırımış və götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 bildirdi ki, sözügedən silah və sursatları evində saxlamaqda məqsədi ev heyvanlarını vəhşi heyvanlardan qorumaq olmuşdur. Onun yaşadığı ev Qubanın ən ucqar kəndlərindən biri olan Qarxun kəndinin meşəliklə sərhəddində yerləşir və ısasın qış vaxtlarında yırtıcı heyvanlar həyətində girərək qoyun-quzuya hücum edir. O, mal-qaranı həyətində açıq havada saxlayır və adətən gecə vaxtı canavarlar mal-qaraya hücum edərək onları tələf edir. Evində silah sursatları da məhz mal-qaranı vəhşi heyvanlardan qorumaq məqsədi ilə saxlamışdır. Canavarları həyətindən uzaqlaşdırmaq üçün silahdan istifadə edərək havaya bir neçə dəfə atəş açmışdır. Həmin tüfənglərdən atəş açarkən onlara aid patronlardan bir neçə dəfə istifadə etmişdir. O, əvvəllər ovçular ittifaqının üzvləri ilə ova getsə də, özü ovçular ittifaqının üzvü deyil və heç vaxt olmamışdır. Həmçinin ailə üzvlərindən kimsə ovçular ittifaqının üzvü deyildir. Tüfənglərdən biri atasından qalmış, digərləri isə birini qeyd etdiyi kimi Təqsirləndirilən şəxs2 təmənnasız almış, digərini isə tanımadığı şəxsdən almışdır. Tüfənglərdən biri dəyişikliyin olunması ilə bağlı suala cavab olaraq təqsirləndirilən şəxs qeyd etdi ki, dəyişiklik olunan silah elə Eminin silahı olmuşdur. Yəni o, həmin silaha heç bir dəyişiklik etməmiş, Emindən silahı aldığı kimi saxlamışdır. Emin həmin silahı ona təmənnasız vermişdir. Həmin silahlarla kiməsə ziyan vurmaq niyyəti olmamışdır. Yaşadığı evə baxış keçirilməsi ilə bağlı istintaq hərəkətləri polis əməkdaşları tərəfindən ilə aparılmış və videoçəkilişlə qeydə alınmışdır. O, törətdiyi əməlin cinayət olduğunu bilməmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıyır. 2019cu ilin iyun ayının ortalarında Quba rayonu, Xınalıq kəndi ərazisinə tanımadığı bir şəxslə qarşılaşmış, söhbət əsasında həmin şəxs karabin tüfəngini ona bağışlamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə görüş zamanı ona bağışlanmış karabin tüfəngi Eldara təklif etmiş, Eldar da razılaşmışdır. O, 01 ədəd karabin tüfəngi əvəzsiz olaraq Eldara vermişdir. Özü həmin tüfəngdən heç vaxt istifadə etməmişdir. Yaşadığı evdə heç bir odlu silah və döyüş sursatı saxlamamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirdi ki, tanımadığı şəxsdən aldığı karabin tüfəngdən istifadə etmədiyi üçün tanışı Təqsirləndirilən şəxs1 təmənnasız vermişdir. Belə ki, həmin tanımadığı şəxs də istifadə etmədiyi üçün ona təmənnasız vermişdir. Hərəkətlərinin qanunazidd olduğunu təxmin etsə də, nəticələrindən qorxduğu üçün onda döyüş sursatının olması barədə polis əməkdaşlarına məlumat verməmişdir. Bu vaxta qədər həmin döyüş sursatını özündə saxlamaqda onlardan istifadə etmək məqsədi olmamışdır. Tanımadığı şəxsin ona verdiyi tüfəngi öz evinə gətirmişdir. Həmin tüfənglə kiməsə ziyan vurmaq kimi bir niyyəti olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, 27.04.2021-ci il tarixdə Quba rayonu, Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda odlu silahlar və döyüş sursatları saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılaraq 27.04.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Quba rayonu, Qarxun kəndində yerləşən yaşadığı evə getmişlər. Orada Təqsirləndirilən şəxs1 evində qanunsuz olaraq odlu silah və döyüş sursatlarının saxlaması barədə əməliyyat məlumatı olduğunu bildirib saxladığı odlu silahları və döyüş sursatlarını təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 evində odlu silah və döyüş sursatları olduğunu etiraf etmiş və onlar Təqsirləndirilən şəxs1 razılığı əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin damında saxladığı 01 ədəd “ТОЗ-8” markalı, 01 ədəd karabin, 01 ədəd “ИЖ” markalı təklüləli, 01 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng aşkar olunaraq götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 evinin baş tərəfində olan otaqdakı şkafın içərisindəki şüşə su qabında həmin silahlara dair patronlar aşkar edilərək götürülmüşdür. Həmin silahlara və patronlara Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş, patronlar sayılmışdır. Həmin vaxt evdən ümumilikdə karabin tüfənginə dair 64 ədəd dolu, 21 ədəd atılmış boş giliz, “ТОЗ-8” markalı tüfənginə məxsus 22 ədəd dolu patron, 64 ədəd “Калашников” markalı avtomatına məxsus patron, 05 ədəd “AKS” avtomatına məxsus 5,45 mm çaplı patron, 16 mm çaplı tüfəngə məxsus 50 ədəd dolu patron, 37 ədəd boş giliz, 34 ədəd böyük kürəşəkilli, və 09 ədəd kiçik kürəşəkilli qırmalar aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətləri Təqsirləndirilən şəxs1 iştirakı ilə videoçəkiliş aparılmaqla protokollaşdırımışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda saxladığı 4 ədəd - “ТОЗ-8” markalı, 01 ədəd karabin, 01 ədəd “ИЖ” markalı təklüləli, 01 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng və həmin silahlara aid patronlar aşkar edilmişdir. Onlardan ikisi ov tüvəngi, biri karabin, digəri isə yivli idman-ov silahı idi. Təqsirləndirilən şəxs1 dediyinə görə silahları ov məqsədi ilə evində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, digər Şahid1 ifadəsinə uyğun ifadə verdi və əlavə suallara cavab olaraq bildirdi ki, 27.04.2021-ci il tarixdə Quba rayonu, Qarxun kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda odlu silahlar və döyüş sursatları saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılaraq 27.04.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Quba rayonu, Qarxun kəndində yerləşən yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 evinə baxış zamanı evdən 04 ədəd silah aşkar olunmuş, biri karabin tüfəngi, digər üç silah 16 kalibrli silahlar olmuş, onlardan biri nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng olmuşdur. Silahları nə məqsədlə saxladığını bilmir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə vəhşi heyvanların olması təsdiq etdi və onların kənd sakinlərinin mal-qarasına hücüm etməsini istisna etmədi. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən götürülmüş silah, onun komplekt hissələri, döyüş sursatları ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmış, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan: Təqsirləndirilən şəxs1 yaşadığı ünvana keçirilən baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba RPŞ-nin CАВ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Sadıq Pənahov, Quba RPŞ-nin CАВ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Quba RPŞ-nin polis nəfəri Fuad İslamov, Quba RPŞ-nin təhqiqatçısı X10 rayonu, Qarxun kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək özlərini təqdim edir və Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini xahiş edirlər. Təqsirləndirilən şəxs1 özünü təqdim etdikdən sonra polis əməkdaşı X4suz silah və döyüş sursatlarının olması barədə məlumatın daxil olması bildir və evə baxış keçirilməsinə icazə istəyir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsinə etiraz etmir. X5 Təqsirləndirilən şəxs1 evdə silahın olubolmamasını soruşur. Eldar bildirir ki, evində 04 ədəd silah vardır onları evin damında saxlayır. Təqsirləndirilən şəxs1 iştirakı ilə evin damına baxış keçirilir. Evin damından 04 ədəd silah və içərisində patronlar olan parça bel çantası aşkar edilir. Aşkar olunan silah sursata baxışın davam etdirilməsi üçün həmin silah sursat evin damından evin eyvanına düşürülür. Silahlar evin eyvanında yerdə palazın üstünə düzülür, parça bel çantasının içərisindən isə patronlar olan selofan paketlər çıxarılır. Patronlar paketlərdən çıxarılır və sayılır. Sorğu əsnasında Eldar patronları tanımadığı şəxsdən aldığını bildirir. 01 ədəd karabin üzərində DE506 1943 rəqəmləri olan və 01 ədəd “ТОЗ-8” modelli üzərində 80726 nömrə olan karabinləri tanımadığı şəxsdən aldığını, 01 ədəd təklüləli xəzinəsində 01 ədəd patronu olan tüfəngi keçən il tapdığını, 01 ədəd təklüləli ov tüfəngini atasından qaldığını deyir. Bundan sonra evin baş tərəfində olan otaqdakı şkafın rəfində, şüşə bankada, ayrıca selofanda və qutuda boş gilizlər və patronlar aşkar edilərək götürülür. Bundan sonra pantonlar sayılır. Sayılandan sonra müəyyən edilir ki, patronlar müxtəlif çaplı 64 ədəd “ПК”, 22 ədəd kiçik “ТОЗ-8” markalı tüfəngə məxsus patronlar, 06 ədəd 7,62 mm kalibrli avtomat, 05 ədəd 5,45 mm kalibrli avtomat, bundan başqa 12, 16 və 20 kalibrli 50 ədəd ov tüfənginə məxsus dolu patronlar, 21 ədəd boş olmalqa, 2 ədən 5,45 mm, 11 ədəd böyük ölçüdə pulyemota məxsus güllələr, 8 ədəd snayper güllələri, 36 ədəd ov tüfənginə məxsus boş patronlar, 9 ədəd pulemyota məxsus “xolostoy” güllələr aşkar edildi. Bundan əlavə həmin əski bel çantasında kiçik plastmas qabda 34 ədəd böyük kürəşəkilli, 9 ədəd kiçik kürəşəkilli qırmalar aşkar edildi. Silahlara bir daha yaxından baxış keçirilir və müəyyən edilir ki, silahlar: 01 ədəd “ТОЗ-8” modelli üzərində 80726 nömrə olan karabin, üzərində DE506 1943 rəqəmləri olan karabin, 01 ədəd üzərində nömrəsi oxunmayan 16 mm çaplı təklülə tüfəng və üstündə “07627” rəqəmləri həkk olunmuş təklüləli tüfəngdir. Aşkar olunan patronlar ayrı-ayrı selofanlara yığılır və yenidən parça çantaya qoyulur. Patronlar olan çanta silahlarla birgə polis əməkdaşları tərəfindən götürülür və izahatının alınması məqsədilə Təqsirləndirilən şəxs1 Quba RPŞ-nə dəvət olunur (işin materialrına əlavə edilmiş DVD disk); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə ballistik ekspertizası üzrə) 21.05.2021-ci il tarixli, 3/808,809 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üstündə “80726” rəqəmləri həkk olunmuş silah - zavod üsulu ilə hazırlanmış, 5,6 mm kalibrli, “ТОЗ-8” modelli, 80726 №-li tüfəngdir - yivli odlu idman-ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş, üstündə “07627” rəqəmləri həkk olunmuş silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “ИжК” modelli, 07627 №-li, lüləsi həmin modeldən olan P 41858 №-li silahdan götürülüb komplektləşdirilmiş, xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş, üstündə “H 2449” rəqəmləri həkk olunmuş silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “3K” modelli, H 2449 №-li xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş, üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş silah - zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, ДЕ 506 №-li karabindir, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmişdir, digər detalları və eləcə də ballistik xüsusiyyətləri dəyişməmişdir - yivli odlu silahdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. - Ekspert-ballistin səlahiyyətinə aid olmadığına görə, ekspertiza təyin edilməsi haqqında qərarda, təqdim edilmiş 5,6 mm kalibrli, “ТОЗ-8” modelli, 80726 №-li idman- ov tüfənginə, 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, ДЕ 506 №-li karabinə, 16 kalibrli, “ИжК” modelli, 07627 №-li, lüləsi P 41858 №-li silahdan götürülüb komplektləşdirilmiş ov tüfənginə və 16 kalibrli, “3K” modelli, H 2449 №-li ov tüfənginə dair qoyulmuş “-təqdim olunmuş silahdan əvvəllər törədilmiş cinayətlərdə istifadə olunubmu?” sualları üzrə tədqiqat aparılmadı və həmin suallara cavab verilmədi. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “188-85” və “188-75” rəqəmləri həkk olunmuş 64 (altmış dörd) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Мосин” sistemli tüfəngdə, 1931-ci il nümunəli və “Драгунов” (“СВД”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Симонов” tüfəngində, 1938-ci (“CBT-38”) və 1940-cı (“CBT-40”) illər nümunəli özüdolduran “Токарев” sistemli tüfənglərdə, “Мосин” sistemli 1938-ci il və 1944-cü il nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə “Дектярев” (“ДП-24”, “ДТ”, “ДТМ”) sistemli, “Максим”, “Горюнов” (“СГ-43”, “СГМ”, “СГМТ”) dəzgahlı pulemyotlarda, rota pulemyotunda (“РП- 46”), “Калашников” (“ПК”, “ПКМ”, “ПКТ”, “ПКС”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 62 ədədi izburaxan, 01 ədədi polad özəkcikli, 01 ədədi isə adi gülləli patronlardırlar - döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “539-87”, “711-83”, “539-И”, “539-Г” hərf və rəqəmləri həkk olunmuş 6 (altı) ədəd patronun: 05 ədədi - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı “AК” (“AКМ”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardılar – döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar; 01 ədədi isə - həmin tipli patronun hissələridirlər - gilizi və gülləsidir, atəş komponentləri olmadığına görə, hal-hazırda istifadəyə (atəşə) yararsızdır. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “3-81”, “17-79”, “270-81”, “3-85” rəqəmləri həkk olunmuş 5 (beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Калашников” konstruksiyalı “AK-74” (“AKC-74", “АКС-74У”) markalı avtomat silahlarda, “РПК-74” (“РПКС-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 04 ədədi adi gülləli, 01 ədədi isə izburaxan gülləli patronlardırlar döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “60-72” rəqəmləri həkk olunmuş 9 (doqquz) ədəd gülləsiz patronlar - zavod üsulu ilə hazırlanmış, 7,62x39 mm kalibrli, “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 7,62 mm kalibrli, 1943-cü il nümunəli, təlim-məşq təyinatlı, səs-işarəverici patronlardırlar - döyüş sursatı hesab olunmurlar və təyinatları üzrə istifadəyə (atəşə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, örtüksüz güllələrə maik 22 (iyirmi iki) ədəd patron -zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “ТОЗ-8” (“ТОЗ-8м”), “ТОЗ-7” (“ТОЗ-7А”), “ТОЗ-11”, “ТОЗ-16”, “ТОЗ-17”, “ТОЗ-18”, “ТОЗ-21-1”, “ТОЗ-29” və s. modelli idman-ov tüfəng və karabinlərində, “ТОЗ-35”, “HJ-1” markalı idman tapançalarında, “Смирин” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “16” rəqəmləri həkk olunmuş 28 (iyirmi səggiz) patron - 16 kalibrli olmaqla, həmin kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, 21 ədədi zavod üsulu ilə doldurulmaqla hazırlanmış, plastmas gövdəli 06 ədədi və metal gövdəli 01 ədədi isə zavod üsulu ilə hazırlanmış gilizlərə malik olmaqla, yivsiz odlu ov silahlarında istifadə olunan atəş komponentləri ilə kustar üsulla doldurulmaqla hazırlanmış patronlardırlar, 27 ədədi atəşə (istifadəyə) yararlıdırlar, 01 ədədində piston olmadığına görə atəş üçün yararsızdır. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “12” rəqəmləri həkk olunmuş 14 (on dörd) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “20” rəqəmləri həkk olunmuş 5 (beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 20 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, dib hissələrində “28” rəqəmləri həkk olunmuş 3 (üç) ədəd patron - 28 kalibrli olmaqla, həmin kalibrli, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizlərə malik olmaqla, yivsiz odlu ov silahlarında istifadə olunan atəş komponentləri ilə kustar üsulla doldurularaq hazırlanmış patronlardırlar və atəşə (istifadəyə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş.dimetrləri 17 mm olan 33 (otuz üç) ədəd kürəşəkilli metal predmetlər – zavod üsulu ilə hazırlanmış, 12, 16 və 20 kalibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, 28 ədədi “Sputnik”, 05 ədədi isə “Dairəvi” tipli güllələrdirlər – döyüş sursatı hesab edilmirlər, təyinatları üzrə istifadəyə yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, diametrləri 8,5 mm olan 9 (doqquz) ədəd kürəşəkilli metal predmetlər – zavod üsulu ilə hazırlanmış, müxtəlif klibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, diametrləri təxminən 8,5 mm olan karteçlərdirlər – döyüş sursatı hesab edilmirlər, təyinatları üzrə istifadəyə yararlıdırlar. - Təqdim edilmiş 5,6 mm kalibrli, “ТОЗ-8” modelli 80726 nömrəli idman – ov tüfənginin, 7,62 mm kalibrli, “Мосин” sistemli 1938-ci il nümunəli, ДЕ 506 №-li karabinin, 16 kalibrli, “ИжК” modelli, 07627 №-li, lüləsi P 41858 №-li silahdan götürülüb komplektləşdirilmiş ov tüfənginin və 16 kalibrli, “3K” modelli, H 2449 №-li ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, atəş(lər)in vaxtını müəyyən etmək mümkün deyildir (iş vər.: 26- 37); Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 13.01.2022-ci il tarixli qərardan görünür ki, istintaqa məlum olmayan Nadir adlı şəxsin və X3 əməlində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə təyin olunmuş məhkəməballistik ekspertizasının 21.05.2021-ci il tarixli 3/808, 809 nömrəli rəyi sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, baxış protokoluna əlavə olunmuş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, aşkar edilərək götürülmüş odlu silahlar və döyüş sursatları (01 ədəd üstündə “80726” rəqəmləri həkk olunmuş, zavod üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, “ТОЗ-8” modelli 80726 nömrəli saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odlu idman silahı olan tüfəngi, 01 ədəd üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “ДЕ 506” nömrəli karabini, dib hissələrində “188-85" və "188-75 rəqəmləri həkk olunmuş 64 (altmiş dörd) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, hamin kalibrə malik 1891/30-cu il nümunəli “Мосин” sistemli tüfəngdə, 1931-ci il nümunəli va "Драгунов” (CBD) konstruksiyalı snayper tüfənglərində, 1936-ci il nümunəli avtomatik "Симонов” tüfəngində, 1938-ci (CBT-38) və 1940-cı (CBT- 40") illər nümunəli özüdolduran "Токарев” sistemli tüfənglərdə, “Мосин” sistemli 1938-ci il və 1944-cü il nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə "Дектярев” (ДП- 24", "ДТ", "ДТМ") sistemli, "Максим", "Горюнов (СГ-43, СГМ", СГМТ dəzgahlı pulemyotlarda, rota pulemyotunda (РП-46"), "Калашников" ("ПК, ПКМ, ПКТ, ПКС) konstruksiyali pulemyotlarda va s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 62 ədədi izburaxan, 01 ədədi polad özəkcikli, 01 ədədi isə adi gülləli atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində "539-87", "711- 83”, “539-И”, “539-Г” hərf va rəqəmləri həkk olunmuş 05 (beş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik "Калашников" konstruksiyalı "AK" (“AKM", "AKC", "AKMC”) markalı avtomat silahlarda, "РПК”(РПКС) markalı əl pulemyotlarında, "CKC” karabinində və s.yivli odlu döyüş silahlarında, istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, dib hissələrində “3-81”, "17-79”, "270-81", "3-85" rəqəmləri həkk olunmuş 05 (beş) ədəd, zavod üsulu ile hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, "Калашников" konstruksiyalı “AK-74" (AKC-74", "AKC-74У) markalı avtomat silahlarda, "РПК-74” (РПКС-74") markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 04 ədədi adi gülləli, 01 ədədi ise izburaxan gülləli, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları, örtüksüz güllələrə malik 22 (iyirmi iki) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonlanı yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik "ТОЗ- 8” (ТОЗ-8М), “ТОЗ-7" (T03-7A), “ТОЗ-11", “T03-16”, “T03-17", “ЮЗ-18", "ТОЗ-21-1", "ТОЗ-29” ve s. modelli idman-ov tüfəng və karabinlərində, “T03-35", "ИЖ-1” markalı idman tapançalarında, "Смирин” markalı revolverlərdə, "Amerikan 180” markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronlar) maddi sübut kimi tanınmışdır (iş vər.: 116-123). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 odlu və Təqsirləndirilən şəxs2 odlu silah və döyüş sursatlarını qanunsuz olaraq əldə edib saxlamaqda və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq özündə saxladığı silahı Təqsirləndirilən şəxs1 verməkdə təqsirli olması özlərinin etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyi və iş üzrə maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25.12.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 63-65); “qətimkan tədbirinin seçilməsi haqqında” 25.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 75,76); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 38); Quba RİHB-nın Rük İƏD üzrə nümayəndəliyin 17.12.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Quba rayonu, Qarxun kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 ailəsi həyat yoldaşı – Nailə Şirvanova, qızları – Gülnaz Şirvanova və Leyla Şirvanova, oğlu – Rayil Şirvanovdan ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 79-81). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 100,101); “qətimkan tədbirinin seçilməsi haqqında” 12.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 109, 110); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 39); Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyin 12.01.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 ailəsi həyat yoldaşı – Səidə Quluyeva, oğulları – Nəsib Quluyev və Laçın Quluyevdən ibarətdir. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vər.: 113-115). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd üstündə “80726” rəqəmləri həkk olunmuş, zavod üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, “ТОЗ-8” modelli 80726 nömrəli saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odlu idman silahı olan tüfəngi, 01 ədəd üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “ДЕ 506” nömrəli karabini; dib hissələrində “188-85" və "188-75 rəqəmləri həkk olunmuş 62 (altmiş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli döyüş sursatları olan patronları; dib hissələrində "539-87", "711-83”, “539-И”, “539-Г” hərf va rəqəmləri həkk olunmuş 05 (beş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli döyüş sursatları olan patronları; dib hissələrində “3-81”, "17-79”, "270-81", "3-85" rəqəmləri həkk olunmuş 05 (beş) ədəd, 04 ədədi adi gülləli, 01 ədədi ise izburaxan gülləli, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları; örtüksüz güllələrə malik 20 (iyirmi) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonlanı yandan alışan, 5,6 mm kalibrli döyüş sursatları olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 177 (bir yüz yetmiş yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd üstündə “80726” rəqəmləri həkk olunmuş, zavod üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, “ТОЗ-8” modelli 80726 nömrəli saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odlu idman silahı olan tüfəngi, 01 ədəd üstündə “ДЕ 506” rəqəmləri həkk olunmuş zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, “Мосин” sistemli, 1938-ci il nümunəli, sandıqçası çıxarılmaqla və lüləaltı yatağı ilə bütövlük təşkil edən qundağı dəyişdirilməklə ilkin konstruksiyasında dəyişiklik edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı yivli odu silah olan “ДЕ 506” nömrəli karabini; dib hissələrində “188-85" və "188-75 rəqəmləri həkk olunmuş 62 (altmiş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli döyüş sursatları olan patronları;dib hissələrində "539-87", "711-83”, “539-И”, “539-Г” hərf va rəqəmləri həkk olunmuş 05 (beş) ədəd zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli döyüş sursatları olan patronları; dib hissələrində “3-81”, "17-79”, "270-81", "3-85" rəqəmləri həkk olunmuş 05 (beş) ədəd, 04 ədədi adi gülləli, 01 ədədi ise izburaxan gülləli, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan patronları; örtüksüz güllələrə malik 20 (iyirmi) ədəd, zavod üsulu ilə hazırlanmış, pistonlanı yandan alışan, 5,6 mm kalibrli döyüş sursatları olan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 177 (bir yüz yetmiş yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar