Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-44/2024 12.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi “AAA” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan, 04 noyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 04 dekabr 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə əldə etdiyi çətənə toxumlarını yaşadığı evin həyətində əkib, aqro-texniki qulluq göstərməklə həmin toxumlardan yetişmiş 04 ədəd narkotik təbiətli çətənə bitkilərini yığaraq yaşadığı ünvanda qurutmaqla, əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək qeydiyyatda olduğu özünə məxsus Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilinin divar sütunun içərisində saxlamış, daha sonra 30 noyabr 2023-cü il tarixdə özünün də razılığı ilə həmin ünvana baxış keçirilən zaman həmin yerdən 01 ədəd dəftər kağızı bükümündə təmiz çəkisi 5,51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, əvvəllər atasına məxsus Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən evdə yaşamış, hazırda Quba rayonu, Timiryazev qəsəbəsində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır, evlidir, iki uşağı vardır. Hadisə olan zaman öz evində Quba rayonu, Timiryazev qəsəbəsində yaşamış və narkotik vasitəni həmin ünvanda əkib becərmişdir. Hadisə ilə bağlı bildirdi ki, əvvəl o başqa hadisə ilə bağlı şahid qismində dindirilmişdir. Belə ki, şahid qismində ifadəsi alınan zaman onun Renad və Namik adlı şəxslərə narkotik vasitənin satması barədə məlumat əsasında əvvəllər yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən evdə baxış keçirilmiş, lakin həmin vaxt qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirləndirilən şəxs qismində cəlb edilən zaman o, heç kimə narkotik vasitə satmadığını, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən yaşadığı evin həyətində əkib becərdiyi narkotik vasitədən Renad və Namik adlı şəxslərə təmənnasız verdiyini bildirmiş, eyni zamanda narkotik vasitəni Quba rayonu, Timiryazev qəsəbəsində əkib becərsə də, qurudulmuş marixuananı atasına məxsus Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən evdə gizlətdiyini etiraf etmişdir. Bundan sonra atasına məxsus evdə onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı o, Quba rayonu, Qımılqışlaq kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilinin divar sütunun içərisində saxladığı 01 ədəd dəftər kağızı bükümündə narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndiilən şəxs bildirdi ki, cəmi 4 ədəd çətənə bitkisinin kollarını tapmış və gətirib yaşadığı evin həyətində əkmişdir. Həmin kollardan cəmi 1 ədədi yetişmiş, qalanlar əmələ gəlmədiyi üçün yandırmışdır. Yetişən 1 ədəd çətənə kolunun yarpaqlarını yığıb qurutmuş və şəxsi istifadə üçün saxlamışdır. Əvvəllər “Quba Palas”da iş yoldaşı olmuş Qusar rayon sakini Renad adlı şəxslə tanış olduğu zaman Renadın marixuanadan istifadə etdiyini öyrənmiş, sonradan birlikdə istifadə etməyə başlamışlar. Namiki isə Renadın vasitəsilə tanımışdır. Bütün istintaq hərəkətləri videokamera ilə qeydə alınmış, həmin vaxt vəkil onun yanında olmuşdur. Aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 bildirdi ki, o Təqsirləndirilən şəxs iş yerində saxlanılmasında və polis şöbəsinə gətirilməsində iştirak etmişdir. Evinə baxışın keçirilməsində iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Qusar rayonu, Balaqusar kənd sakini Şahid4 narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olması barədə məlumat daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid4 Qusar rayonu, Çiləgir kəndi ərazisində saxlanmış, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olması, hüquq və vəzifələri izah olunmuş və Renadın üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Renadın üzərindən 03 bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Şahid4 narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs aldığını bildirdiyindən əməliyyat qrupu yaradılmış və Ramil işlədiyi “Quba Palas”da saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə Ramil narkotik vasitələrdən istifadə etdiyi və saxladığımı etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Renad ifadə verən zaman narkotik vasitəni Ramil adlı şəxsdən Quba rayonu ərazisində təmənnasız aldığını bildirmişdir. Narkotik vasitənin satışı faktı öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin rəisi Şahid3 analofi ifadəsi ilə Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi və məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, lakin evində axtarışda işirak etmişdir. Ramil narkotik vasitəni Şahid4 X3 vasitəsi ilə göndərmişdir. Narkotik vasitənin satışı ilə bağlı hər hansı məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 bildirdi ki, Təqsirləndirilən şəxs Şahid4 vasitəsi ilə tanımışdır. O, işdən çıxan zaman Renad ona zəng edib Ramildən 2 büküm nakotik vasitə qurudulmuş marixuananı götürüb ona gətirməsini xahiş etmişdir. O Ramilin Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən evinə getmiş, qapının ağzında Ramildən 2 büküm narkotik vasitəni almış və Qusar rayonunda Renada vermişdir. Narkotik vasitəni Renada verməzdən əvvəl həmin narkotik vasitədən bir qədər özü üçün götürmüş, Renada isə bu barədə heç nə deməmiş, Renada yalan deyərək Ramildən özü üçün də pul müqabilində narkotik vasitə aldığını demişdir. Polis şöbəsində də yalandan ifadə vermişdir. Renadın malından oğurluq etdiyini bilməməsi üçün yalandan pul müqabilində aldığını demişdir. Əvvəlki ifadəsi həqiqəti əks etdirmir. Ramillə aralarında hər hansı danışıq olmamış, o Ramilə narkotik vasitə üçün pul verməmiş, Ramilin kart hesabına pul köçürməmiş, nə də Renadın ona pul verməsini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə barəsində Qusar rayon X6 Bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan Quba şəhər sakini Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, atası Şahid6, eləcə də hal şahidlərinin iştirakları ilə daxil olmuş əməliyyat məlumatı əsasında Ramilə məxsus Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə və həyətdə evə bitişik halda inşa olunmuş köməkçi tikiliyə baxış keçirilmiş, baxış zamanı yeni tikilmiş evdə qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra köməkçi tikiliyə baxış keçirilmiş, baxış zamanı mişar daşından hörülmüş divarda daşların hörülməsi nəticəsində yaranmış gizli yerdə 01 ədəd dəftər kağızı bükümündə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs 2019cu il tarixdən tanıyır, birlikdə “Quba Palace”da işləmişlər, eyni zamanda dostluq münasibətində olmuşlar. Narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər bir yerdə istifadə etmişlər. Belə ki, birlikdə işlədiyi vaxtlarda Ramil onun narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş, ona görə də birlikdə istifadə etmişlər. Ramildən öz istifadəsi üçün təmənnasız bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. xx.xx.2023cü il tarixdə Ramilə mesaj yazaraq özü üçün qurudulmuş marixuana təşkil etməsini xahiş etmiş, Ramildə göndərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, özü Qusarda yerləşən “Village Pro” restoranında işləyirdi. Ramil ona narkotik vasitəni tanışı X5 vasitəsilə göndərmişdir. Belə ki, o Ramildən narkotik vasitə istəmiş, sonuncu Qusar rayonuna gələ bilməyəcəyini demiş, Ramilə Qusar şəhərinə gələn olsa tanıdığı adamla narkotik vasitə qurudulmuş marixuana göndərməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ramilə zəng etmiş, sonuncu tanışı Samiddinin özünün yanına gələcəyini demiş, o da həmkəndlisi Namikə zəng edərək Samiddinlə birlikdə Ramilin yanına getməsini, Ramildən narkotik vasitə qurudulmuş marixuananı götürüb gətirməsini xahiş etmişdir. Təxminən 40 dəqiqə sonra Samiddin ilə Namik onun işlədiyi “Village Pro” restoranının yanına gəlmiş, o, restoranın qarşısında, avtomobilin arxa şüşəsindən Namikdən iki ədəd içərisində qurudulmuş marixuana olan falqa bükümlərini götürmüşdür. O Ramildən narkotik vasitəni təmənnasız almışdır. Onlar əvvəldən bir-birinə təmənnasız narkotik vasitə vermişlər. Ramillə aralarında dostluq münasibəti olduğundan aralarında pul söhbəti olmamışdır. Ramildən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə işlədiyi yerin yaxınlığında istifadə etmiş, restorandan çıxıb saat 22 radələrində kənarda gəzişən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin yerdə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın cibindən 02 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Ramilin kart hesabına narkotik vasitə üçün 40 manat məbləğində pul köçürməmişdir. O, polis əməkdaşları tərəfindən tutulan zaman elə bilmişdir ki, Ramil onun barəsində polisə verdiyi məlumat əsasında tutulmuşdur. Bu səbəbdən Ramilə qarşı qəzəblənmiş və ifadəsi alınan zaman guya Ramildən narkotik vasitəni pul müqabilində aldığını bildirmişdir. Lakin sonradan istintaq müddətində yalanın üzə çıxacağını düşündüyü üçün ifadəsini dəyişərək həqiqətləri demiş, yəni Ramildən narkotik vasitəni təmənnasız aldığını demişdir. Namik də Ramil kimi onun iş yoldaşı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, taksi fəaliyyəti məşğul olan zaman onları bir iki dəfə aparıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı kənddə olduğu zaman həmkəndlisi Namik ona yaxınlaşaraq özünü Quba şəhərinə aparmasını xahiş etmişdir. O da Namiki idarə etdiyi “Mercedes Benz” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobillə Quba şəhərində yerləşən “Asan xidmət” mərkəzinin yanında düşürmüş və maşında oturub Namikin qayıtmasını gözləmişdir. Təxminən 10 dəqiqə sonra Namik gəlib maşına oturnuş və onunla Qusara geri qayıtmışdır. Həmin vaxt o Namikin dəqiq olaraq hara getdiyi, nə iş gördüyünü və kiminlə görüşdüyünü görməmişdir. Bundan iki gün sonra Namik narkotik vasitələrin istifadəsi şübhəsi ilə saxlanılmış və o, şahid qismində şöbəyə dəvət edilən zaman bilmişdir ki, Namik iki gün əvvəl narkotik vasitə almışdır. Namikin narkotik vasitəni kimdən və haradan aldığını bilməmişdir. Namik onu Qusardan Qubaya aparmasını istəyən zaman Qubaya nə üçün getdiyini deməmişdir. Onun yanında bu barədə kiminləsə danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 8 ildir ki, oğlu öz ailəsi ilə ayrı yaşayır. Oğlu Ramilin narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli kimi tutulmasını öyrəndikdən özü könüllü olaraq məlumat verərək yaşadığı evə baxış keçirilməsini xahiş etmişdir. Belə ki, o Ramilin narkotik vasitələrdən istifadə etməsindən əvvəldən şübhələnmişdir. Yaşadıqları Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən evin həyətində Ramil özü üçün ev tikmiş, lakin orada tam təmir işləri aparılmadığından orada yaşamamış, lakin tez-tez gəlib getmişdir. Ramilin həmin tikilidə narkotik vasitə saxlamasından şübhələnmiş və bu barədə könüllü olaraq məlumat vermiş və Ramilə məxsus fərdi yaşayış evinə baxış keçirilməsini xahiş etmişdir. Məlumatı əsasında onun yaşadığı evə gəlib əvvəl onun evinə baxış keçirmişlər, daha sonra həyətində olan oğlu Ramilə məxsus yarımtikiliyə baxış keçirilən zaman narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, narkotik vasitənin aşkar olunduğu ev yarımikilidir və oğluna məxsusdur. Oğlunun onlara gələndə hər dəfəsində həmin yarımtikiliyə girib-çıxmasından şübhələnmiş və gələcəkdə ailəsinin adına xələl gəlməsindən qorxduğu üçün özü könülü olaraq oğlu barədə məlumat vermişdir. Oğlunun tutulmasından məlumatlı olsa da, evdə nə gizlətdiyini bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid9 və Şahid8 bildirdilər ki, Təqsirləndirilən şəxs qonşuları olaraq Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evində keçirilən baxışda iştirak etmişlər. Baxış zamanı Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilidə divarın arasında 01 bükümdə kağıza bükülmüş otabənzər kütlə aşkar edilmişdir. Baxış zamanı ondan başqa şəxslər iştirak etmiş, Təqsirləndirilən şəxs həmin vaxt baxışda iştirak etmişdir. Ramil özü narkotik vasitənin saxladığı yeri göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 01 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1642 nömrəli rəyindən görünür ki, üzərində “vət.Təqsirləndirilən şəxs məxsus evin...” sözləri yazılan zərfdə olan bir ədəd kağız bükülüdə təmiz çəkisi 5,51 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuana vət. Şahid4 üzərindən aşkar edilmiş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 13 dekabr 2023-cü il tarixli 8167 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evində axtarış və götürmənin aparılması qərara alınmışdır; “axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evində axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Quba rayonu, Qımıl-qışlaq kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış zamanı həmin ünvanda bir köhnə və bir yeni tikilmiş fərdi yaşayış evi müşahidə olunmuş, Təqsirləndirilən şəxs mişar daşından yeni tikilmiş evin özünə məxsus olmasını, həyətdə yerləşən köməkçi tikilidə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmiş, həmin köməkçi tikilidə divarın hörülməsi zamanı hörülmüş sütünün daşının arasında 01 bükümdə kağıza bükülmüş halda marixuana saxladığını etiraf etmişdir. Qeyd olunan yerə baxış keçirilən zaman 01 bükümdə dəftər kağızına bükülmüş halda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş və ekspertiza təhqiqatından sonra qalıq qalmış -5,46 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın və Qusar rayon məhkəməsi tərəfindən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması, məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1642 saylı rəyi sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmənarkoloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli 8167 saylı rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış - 5,46 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus Quba rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evinə və həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirilməsi fotoçəkilişlə lentə alınmış, həmin protokol və fotolar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi və sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibi başlanılmaması və barəsində cinayət işindən material ayrılaraq, Azərbaycan Respublikası Baş Prokurorunun 30 iyun 2020-ci il tarixli N10/82 nömrəli “X9” əmrin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanılmaması və Azərbaycan Respublikası Baş Prokurorunun 30 iyun 2020-ci il tarixli N10/82 nömrəli “X9” əmrin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, X5 və Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşmə protokolları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 5,51 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(029)-29/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətmkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 ay 24 gün həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır; “cinayət əməlinin tövsif edilməsi hqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs yenidən ittiham elan olunmuşdur; Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(029)-34/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri əvəz edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılması müddəti həbsdə saxlanma müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək hesablanmışdır; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Hachüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ayarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Timiryazev qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur; AZ-İİİ 601923 və AZ-İV 029868 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2017ci il təvəllüdlü Günəş adında uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində qeyd olunur ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən 04 dekabr 2023-cü il tarixədək həbsdə olduğu və 04 dekabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixədək ev dustaqlığında olduğu 04 (dörd) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay 16 (on altı) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 5,46 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən 04 dekabr 2023-cü il tarixədək həbsdə olduğu və 04 dekabr 2023-cü il tarixdən 12 mart 2024-cü il tarixədək ev dustaqlığında olduğu 04 (dörd) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay 16 (on altı) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 09 (doqquz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 5,46 qram qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-44/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-44/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver