Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-45/2020 09.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, 25-ci kvartal, Vaqif küçəsində yaşayan, barəsində polis nəzarəti altma vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust-oktyabr aylarında Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ünvan 3 ünvanında yerləşən 0,5348 ha torpaq sahəsinin 0,056 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla tutmuşdur. Bundan başqa, o, 2019-cu ilin avqust-oktyabr aylannda Zərərçəkmiş şəxs məxsus olmaqla ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin özbaşına tutduğu 0,056 ha hissəsinin üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hündürlüyü 0,6 metr, tikintialtı sahəsi 0,0144 ha olan yarımçıq tikili inşa edərək özbaşına tikinti işlərini aparmışdır. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,o, 2013-cü ildən ailəsi ilə birlikdə Quba şəhəri, 25-ci kvartal, Vaqif küçəsində yaşayır, həmin yerdə öz evi vardır. O, öz həyətinin yaxınlığında yaşayış binasının bünövrəsini tikmiş, həmin tikinti apardığı sahəyə hələlik sənədlər almamış, bələdiyyədən həmin sənədləri sonradan amağa düşünmüş, bələdiyyəyə və ya Əmlak Məsələləri Dövlət Komitəsinə həmin ərazinin ona satılması üçün ərizə ilə müraciət etməmiş, tikinti işlərini apardığı sahəyə həmin vaxtı və hal-hazırda sənədi yoxdur, həmin sahədə tikinti aparmaq üçün hələlik icazə almamışdır. Həmin yerdə binanın bünövrəsini qardaşı üçün qoymuş, bundan sonra Zərərçəkmiş şəxs gəlib həmin yerin ona məxsus olmasını bildirmişdir.O, həmin tikinti işlərini 2019-cu ilin avqust-sentyabr aylarında aparmışdır.Əlavə olaraq bildirdi, apardığı tikinti işlərini sökmüş və torpaq sahəsini sahibinə qaytarmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tğrətdiyi əməldən peşiman olmasını və zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsi xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə Quba şəhəri, Vaqif küçəsi, 139A ünvanında yerləşən 0,5348 ha torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsindən satın almış, həmin torpaq sahəsinə dair xx xxxxxxx 2019cu il tarixli, ********** nömrəli çıxarışı vardır. Həmin vaxtdan sonra torpaq sahəsinin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs tanımış, torpaq sahəsini alanda torpaq sahəsinin yanında Kənanın 0,035 ha torpaq sahəsi olduğunu öyrənmişdir. Sonradan Kənan həmin torpaq sahəsinin 0,02 ha hissəsini Samir Sultanov adlı şəxsə satmışdır. Kənanla əvvəllər heç bir düşmənçüiyi və ədavəti olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla heç bir razılığa gəlmədən, xəbər vermədən həmin torpaq sahəsinin mülkiyyətində olan 0,056 ha hissəsində qazıntı tikinti işləri aparmaqla qanunsuz zəbt etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs dəfərlərlə xəbərdarlıq edərək, qanunsuz əməl tutduğu barədə məlumat versədə, Kənan qanunsuz əməlindən əl çəkməmiş, ona deyilən iradlarına məhəl qoymayaraq, orada tikinti işlərini aparmışdır. Zərərçəkmiş şəxs hər dəfə irad bildirəndə, Təqsirləndirilən şəxs işləri dayandıracağını söz versə də, bu vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan ərazi boşaldırılaraq ona qaytarılmışdır və bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2015-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsində həmin vəzifədə işləyir. Şahid1 2019-cu ilin təxminən mart-aprel aylarında həmin zaman Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olan, hal-hazırda isə Natik Bəkmirəzyevin mülkiyyətində olan “Ümid” kiçik müəssisənin torpaq sahəsinə baxış keçirdikdə həmin torpaq sahəsi ilə qonşulqda yaşayan Təqsirləndirilən şəxs özünün torpaq sahəsindən kənara çıxaraq, “Ümid” kiçik müəssisəsinin sahəsində sahəyə gedən yolu bağlayan mişar daşından barı tikməyə başladığını aşkar etmiş, həmin zaman Təqsirləndirilən şəxs həmin “Ümid”kiçik müəssisəsi olan torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olmasını izah etmiş, həmin barını tikilməsini dayandırmasım və təzəcə tikdiyi bannı sökməsini bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs gəlib xərracda iştirak edib, qanuni yolla həmin sahəni sənədləşdirdikdən sonra həmin yerdə istədiyi işləri aparmasını təklif etmişlər. Təqsirləndirilən şəxs təzəcə tikməyə başladığı bannı sökəcəyini söz vermiş və hərracda iştirak etmə təklifinə baxacağını bildirmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs həmin “Ümid” kiçik müəssisəsinin hərracı zamanı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməmiş, Komitəyə müraciət edən X4 həmin müəssisəni hərracda alaraq, öz mülkiyyətinə sənədləşdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2019-cu il tarixli 21 nömrəli sərəncamı ilə hərraca çıxanlmış ünvan 5 A ünvanında yerləşən ümumi faydalı sahəsi 47.6 kv.m, ümumi torpaq sahəsi 5 348.0 kv.m olan “Ümid” kiçik müəssisəsinin xx xxxx 2019-cu il tarixdə keçirilmiş hərracın nəticəsinə əsasən qalibi olmuş Natiq Bəkmirəzyevə xx xxxx 2019-cu il tarixli 4383 saylı müqaviləsinə əsasən satılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixdə Komitə və N.Bəkmirəzyev arasında təhvil-təslim işləri apanlaraq, müvafiq akt tərtib olunmuşdur. Həmin tarixdə təhvil-təslim aktı tərtib olunan vaxtı artıq Zərərçəkmiş şəxs məxsus həmin sahədə Təqsirləndirilən şəxs tərəfindən hələm heç bir tikinti işləri aparılmamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs həmin sahənin artıq Zərərçəkmiş şəxs mülkiyyətində olması və orada onun tərəfindən daş barının və ya başqa tikinti işlərinin aparılması qanunsuz olması izah edilmişdir. Təqsirləndirilən şəxs “Ümid” kiçik müəssisəsinin sahəsinin hərraca çıxarılmasından əvvəl hərracda iştirak etmək təklifinə ramən Komitəyə müraciət etməmiş və bu səbəbdən həmin hərracda iştirak etməmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz bildirməmiş, onlarla razılaşmışdır. Lakin 2019-cu ilin oktyabr ayında X9 Məsələləri Dövlət Komitəsinə yemdən müraciət edərək, Komitədən aldığı ünvan 5 A ünvanında yerləşən ümumi faydalı sahəsi 47.6 kv.m, ümumi torpaq sahəsi 5 348.0 kv.m olan “Ümid” kiçik müəssisəsinin ərazisində Təqsirləndirilən şəxs tikinti işlərini apardığına görə həmin sahəni istifadə edə bilmədiyini bildirmişdir. Şahid1 iş yoldaşı Şahid2 və digər əməkdaşlarla yenidən həmin sahəyə baxış keçirdikdə “Ümid” kiçik müəssisənin giriş hissəsi, yol kimi nəzərdə tutulan sahədə Quba şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən sahəsi 11.50x11.50 olmaqla 132 kv.m olan binanın özül hissəsi inşa edilməklə, bir tərəfi üç cərgə, digər tərəfi isə iki cərgə mişar daşı ilə hörülməsi aşkar edilmişdir. Həmin vaxtı orada tikinti işləri davam etdiyinə və fəhlələr işlədiyinə görə həmin işləri saxlatdıraraq, aşkar etdiklərinə dair həmin tarixli, yəni xx xxxxxxx 2019-cu il tarixli akt tərtib etmişlər. Həmin aktda Təqsirləndirilən şəxs tikilməkdə olan 132 kv.m torpaq sahəsi Zərərçəkmiş şəxs mülkiyyətində olması qeyd olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli **********51 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin 0.056 ha hissəsi hasarlanmışdır. Həmin hasar daxilində tikintialtı sahəsi 144 kv.m olan yarımçıq tikili mövcuddur. Tikili üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsinin xx.xx.2019-cu il tarixli ********** saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan “Ümid” kiçik müəssisəsi əvvəllər dövlət əmlakı olmuş, özəlləşdirilməsi üçün xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclarda Təqsirləndirilən şəxs tərəfindən heç bir rəsmi və ya şifahi müraciət olunmamışdır. İşdə olan Quba Bələdiyyəsinin sədri Anar Murtuzovun xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubundan görünür ki, Quba şəhəri, 25-d Məhəllə, Vaqif küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvana bitişik və ya qonşuluğunda olan torpaq sahələrini almaq məqsədilə Quba şəhər Bələdiyyəsinə müraciət edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün, zərərçəkmiş şəxsin ifadələri, işdə olan sənədlər ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər sənədləri ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarınad olan Quba rayon lHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Quba şəhəri, SMU-30, ev 13 ünvmnda qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi, 1986-cı il təvəllüdlü arvadı- X3, 2009-cu il təvəllüdlü oğlu- X6, 2018-ci il təvəllüdlü qızı - X2 ibarətdir. İş materiallarınad olan Quba rayon lHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ilmüddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalari qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün 06:00-dək yaşadığı Quba şəhəri, 25-kvartal, Vaqif küçəsində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altma vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia , ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-45/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-45/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver