Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-45/2024 29.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - X4, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 istintaqa məlum olmayan mənbədən və müəyyən olmayan çəkidə 06 ədəd bükümdə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla üzərində saxlamış, həmin istintaqa müəyyən olmayan çəkidə 06 ədəd bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tanışı Şahid4 20 iyul 2023-cü il tarixdə axşam saatlarında Quba şəhəri Həsən Əliyev küçəsində yol kənarında 60 manat qarşılığında satmışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Quba bazarında tərəvəz satışı ilə məşğul olur və narkotik vasitə qurudulmuş marixuanadan istifadəçisidir. 2021-ci ildə tarixdə Quba rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şahid4 ilə 7 nömrəli tam orta məktəbində birlikdə təhsil almışlar. Ceyhunla münasibətləri normal deyil, məktəbdə təhsil aldıqları vaxtlardan bir-birlərindən xoşları gəlməmiş, heç vaxt normal qaydada qarşılıqlı ünsiyyət qura bilməmişlər. Ona görə də Ceyhunla mütəmadi əlaqə saxlamamışdır. Ceyhunun kiməsə və hansı miqdarda narkotik vasitə verdiyini bilmir, lakin Ceyhunun dedikləri yalandır. O, Ceyhuna narkotik vasitə verməmiş, nədə ki, Ceyhun ondan narkotik vasitə almamışdır. İfadəsinin sonunda X9 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək, barəsində başlanmış cinayət işi üzrə ona bəraət verilməsini ona xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ilkin ifadələrində Şahin Şahkərimovun ona narkotik vasitə satmadığını, üzərində aşkarlanmış narkotik vasitəni Şahin Şahkərimovdan almadığını bildirsədə də, sonrakı məhkəmə iclaslarında ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadəçisidir və Şahid3la qohumluq münasibəti vardır. Nicatla birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. 20 iyul 2023-cü il tarixdə axşam saatlarında Nicat onunla əlaqə saxlayıb nəşə lazım olduğunu demiş, o da təşkil edə biləcəyini cavab vermişdir. Sonra tanışı Təqsirləndirilən şəxsla əlaqə saxlayıb nəşə istəmiş və Şahin neçə dəqiqə sonra təkrar onunla əlaqə saxlayıb narkotik vasitəsinin olduğunu demişdir. O da təkrar Nicatla əlaqə saxlayıb narkotik vasitə təşkil edə biləcəyini deyib özünə məxsus 4098-0944-2289-8930 nömrəli plastik kartın şəklini Nicata göndərmiş və narkotik vasitənin pulunu həmin karta göndərilməsini demişdir. Həmin karta 30 manat pul gəlmiş və o, 30 manat pulu çıxarıb üzərinə də əlavə 30 manat pul qoyub tanışı Təqsirləndirilən şəxs 60 manat qarşılığında 6 büküm nəşə almışdır. Daha sonra həmin nəşələrdən 03 ədədini Nicata verib qalan 03 bükümü də öz istifadəsi üçün saxlamışdır. Həmin qalan 03 ədəd nəşənin iki bükümünü Nicatla birlikdə istifadə etmişdir. Nicat getdikdən bir müddət sonra yenidən onunla əlaqə saxlayıb bir büküm də nəşə lazım olduğunu demişdir. Daha sonra Nicatla görüşüb qalan 01 büküm nəşəni də Nicata vermişdir. Bundan sonra 21 iyul 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana yaxınlaşıb onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadəçisidir. 20 iyul 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitədən istifadə etmək qərarına gəlmiş, tanışı Quba şəhər sakini Şahid2la daha əvvəl birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etdiyindən Elvindən narkotik vasitə istəmişdir. Özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Elvinə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib Elvindən narkotik vasitə istəmişdir. Elvin, tanışı ilə əlaqə saxlayacağını və narkotik vasitə olarsa, xəbər edəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Elvin əlaqə saxlayıb narkotik vasitə təşkil edə biləcəyini demiş, özünə məxsus 4098-5844-9715-9705 nömrəli plastik kart nömrəsini göndərmiş və o, 20 iyul 2023-cü il tarixdə saat 20:33-də həmin karta 15 manat pul göndərmişdir. Narkotik vasitənin qiymətinin 10 manat olduğunu bilmişdir. 5 manat pulu isə Elvinə taksi pulu kimi göndərmişdir. O, Elvinə pulu atdıqdan bir müddət keçdikdən sonra Elvinlə görüşüb bir büküm narkotik vasitə qurudulmuş marixuananı Elvindən götürüb cibinə qoymuşdur. Həmin günü axşam saatlarında Elvindən aldığı narkotik vasitədən istifadə etmək istəyən zaman polis əməkdaşları yolda ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitələ saxlamağında şübhəli olduğunu bildirib onu şubhəli şəxs qismində saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər bir neçə dəfə tanışı Tofiqlə birlikdə narkotik vasitədən istifadə etmişdir. 20 iyul 2023-ü il tarixdə axşam saatlarında Tofiq özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus 055-434- 44-31 saylı mobil nömrəyə zəng edib narkotik vasitəyə ehtyacı olduğunu demiş və o, tanışı ilə əlaqə saxlayacağını, olarsa Tofiqə deyəcəyini bildirmişdir. Sonra tanışı və sinif yoldaşı Şahid3 ilə əlaqə saxlayıb nəşə lazım olduğunu demiş, Nicat ona 4098-0944- 2289-8930 nömrəli plastik kart göndərib narkotik vasitə üçün pulu həmin karta göndərməsini istəmişdir. Bundan sonra o, Tofiqin onun kartına atdığı 10 manat pulun üzərinə 20 manat da qoyub özünə məxsus “Leo bank” mobil sistemindən 30 manat pulu 4098-0944-2289-8930 nömrəli plastik karta göndərmişdir. Daha sonra isə Quba şəhəri, Vaqif küçəsində yerləşən “Qarabağ” əyləncə mərkəzinin qarşısında Nicatla görüşüb Nicatdan ümumilikdə 03 büküm narkotik vasitə götürmüşdür. Həmin narkotik vasitələrdən iki bükümünü öz istifadəsi üçün saxlamış və bir bükümünü isə Tofiqə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Şahid2la bir məktəbdə oxumuş və birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər. 20 iyul 2023-ü il tarixdə axşam saatlarında Şahid2 onunla əlaqə saxlayıb nəşə lazım olduğunu dedikdə o, həmin vaxt Elvinə nəşə təşkil edə biləcəyini bildirmişdir. Elvinlə danışdıqdan sonra o, tanışı Şahid4la mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan narkotik vasitə nəşə istəmiş, Ceyhun təşkil edə biləcəyini demiş və Ceyhun 4098-0944-2289-8930 nömrəli plastik kart göndərib pulunu həmin karta göndərməyi ondan xahiş etmişdir. O, Ceyhunun göndərdiyi həmin kartı Elvinə atmış, sonra Elvin əlaqə saxlayıb həmin kart hesabına 30 manat pul göndərdiyini demişdir. Sonra Ceyhunla əlaqə saxlayıb 3 büküm narkotik vasitə qurudulmuş marixuananı Ceyhundan götürmüşdür. Quba şəhəri, Vaqif küçəsində yerləşən “Qarabağ” əyləncə mərkəzinin qarşısında Elvinlə görüşüb 03 büküm narkotik vasitəni Elvinə vermişdir. Bundan sonra o, Ceyhunla yenidən görüşüb ondan bir büküm narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. Həmin narkotik vasitəni Elvinə verməmişdən əvvəl Quba şəhəri “Asan Xidmət” mərkəzinin qarşısında polis əməkdaşları onu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirmişdir ki, Quba şəhər sakini Şahid1 üzərində qanunsuz narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilmiş və 20 iyul 2023-cü il tarixdə gecə saatlarında Şahid1 Quba şəhəri, Fətəlixan küçəsində saxlanılmışdır. Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən bir büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu edilərkən Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəni 15 manat qarşılığında Elvin adlı tanışından aldığını bildirmiş və verdiyi 15 manat pulun 5 manatını taksi pulu kimi verdiyini 10 manatı isə narkotik vasitə üçün verdiyini qeyd etmişdir. Əməliyyatın davamı olaraq daha sonra, Şahid1 narkotik vasitəni verən Şahid2 Oktay oğlu “Quba istirahət mərkəzi”nin həyətində saxlanılmışdır. Şahid2 saxlanılarkən üzərində deyil, avtomobilində narkotik vasitə olduğunu bildirmiş və narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı Şahid2 həmin narkotik vasitələri sinif yoldaşı və tanışı Şahid3 adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid2, Tofiq adlı tanışının xahişi əsasında Tofiqin onun kartına atdığı pul əsasında həmin narkotik vasitələri əldə etdiyini bildirmişdir. Sonra Şahid3 adlı şəxs saxlanılan zaman da üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Şahid4 aldığını bildirmişdir. Həmin tədbirin davamında 21 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Quba şəhər sakini Şahid4 Quba RPŞ-yə dəvət edilmiş və narkotik vasitələrin satışında şübhəli olduğu üçün müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Sorğu zamanı Şahid4 Şahid3 narkotik vasitə verdiyini və həmin narkotik vasitənin qarşılığında özünə məxsus plastik karta 30 manat pul göndərildiyini və həmin pulun qarşılığında da tanışı və onunla eyni məktəbdə oxuyan Şahin adlı şəxsdən narkotik vasitələri alıb Şahid3 verdiyini bildirmişdir. Həmin vaxt Şahid4 üzərinə və yaşadığı evə baxış keçirilsədə onun üzərindən və yaşadığı evdən dövriyyəsi qadağan edilən əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə gecə saatlarında Quba şəhər sakini Şahid1 oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərəık saxlanılıb üzərində şəxsi axtarış aparılarkən sonuncunun üzərində bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid1 həmin narkotik vasitəni Quba şəhər sakini Elvin adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin adlı şəxsin Quba şəhər sakini Şahid2 olduğu müəyyən edilmişdir. Bindan sonra, Şahid2 “Quba istirahət mərkəzi”nin həyətində saxlanılmışdır. Həmin vaxt onun üzərində şəxsi axtarı keçirilsədə Şahid2 üzərindən devriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Sorğu zamanı Şahid2 üzərində deyil, avtomobilində narkotik vasitə olduğunu bildirib avtomobildə saxladığı kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı olduğunu etiraf etmişdir. Bundan sonra, Şahid2 avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 avtomobilin saxlanc yerində saxladığı bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı onlara təqdim etmişdir. Sorğu zamanı Şahid2 həmin narkotik vasitələri sinif yoldaşı və tanışı Şahid3 adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid2, Tofiq adlı tanışının xahişi əsasında Tofiqin onun kartına atdığı pul əsasında həmin narkotik vasitələri əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 21 iyul 2023cü il tarixdə gecə saatlarında Quba şəhər sakini Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və Şahid2 həmin narkotik vasitəni Quba şəhər sakini Nicat adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat adlı şəxsin Quba şəhəri sakini Şahid3 olduğu müəyyən edilmişdir. Şahid3 Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət Mərkəzi”nin yanında saxlanıldıqdan sonra dəvət edilmiş əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilən zaman Şahid3 üzərində saxladığı bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sorğu zamanı Şahid3 sinif yoldaşı və tanışı Şahid2 adlı şəxsə 03 ədəd narkotik vasitə verdiyini bildirmişdir. Elvinin ondan narkotik vasitə istəməsinə görə dostu Ceyhun adlı şəxslə danışdığını, Ceyhundan bir ədədi 10 manat olmaqla narkotik vasitə aldığını, Elvinin Ceyhun adlı şəxsin kart hesabına 30 manat pul atdıqdan sonra özünün gedib Ceyhun adlı şəxsdən narkotik vasitəni alıb Elvinə verdiyini bildirmişdir. Sorğu zamanı Şahid3 Ceyhun adlı tanışının Şahin adlı şəxsdən narkotik vasitələr aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid9 da şahid Fuad Vəliyevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 22 iyul 2023-cü il tarixli 3- 16-16/2-7/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "Şahid1 şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə kütlələr..." yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,276 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7,035 qram olmaqla ümumi çəkisi 7,311 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixunanın ümumi çəkisi 7,311 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 7,211 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 22 iyul 2023-cü il tarixli 3- 16-16/2-7/1054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid2 baxış ... 2 bükümdə kütlə..." yazı və imzalar olan zərfdə 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,167 qram vo 0,352 qram olmaqla, ümumi çəkisi 0,519 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Şahid2 aşkar edilərək götürülmüş 2 ədəd bükümdə olan marixuana ilə Şahid1 aşkar edilərək götürülmüş 2 ədəd bükümdə marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi çəkisi 0,519 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq-0,419 qram. Marixuananın ümumi çəkisi 7,211 qram, cəmi tədqiqata sarf edildi - 0,1 qram, qalıq 7,111 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 22 iyul 2023-cü il tarixli 3- 16-16/2-7/1056 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şahid3 aşkar edilmiş 0,54 qr çəkidə narkotik vasitə marixuanaya oxşar kütlə " yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,407 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim Şahid3 üzərində aşkar edilmiş marixuana ilə Şahid1 və Şahid2 üzərindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: 1№-li obyektin təmiz çəkisi 0,407 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,357 qram, 3 №-li obyektin ümumi çəkisi 7,111 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq -7,011 qram, 4№-li obyektin ümumi çəkisi 0,419 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,319 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 dekabr 2023-cü il tarixli 8406 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması görülür. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş 3(027)-2366/2024 inzibati iş üzrə məhkəmə iclası audio-video yazıdan görünür ki, Şahid4 narkotik vasitəni Təqsirləndirilən şəxs pul qarşılığında aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla və qanunsuz olaraq narkotik vasitələri satmaqla Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X4 qeyd edilən cinayət əməlini törətməsi şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, X9 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. X4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 7(027)-77/2023 saylı qərarından görünür ki, Quba rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(027)-178/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Tutmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, Quba şəhəri SMU 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs anası - 1962-ci il təvəllüdlü X6, arvadı -1995-ci il təvəllüdlü X10, qızı - X7, oğlu - 2018-ci il təvəllüdlü X11 və qızı - 2023-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs himayəsində 24.08.205-ci il təvəlüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X4 himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə ilə cəzalandırılır. Məhkəmə X5 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, X9 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Quba rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi nəzərə alınmışdır. İş materiallarında olan subutların qiymətləndirilməsi haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Quba rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X5 azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, X9 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 210 manat X3 tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 5 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,687 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmuş qaydada həyata keçirilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddii sübut olan 5 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Quba RPŞdə saxlanılan maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,687 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-45/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-45/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver