Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-46/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, xx.xx.1991-cı ildə Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmüş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Quba RMX-nın Gənclər kənd tibb məntəqə müdiri işləyən, məhkum olunmamış, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, qohumları Şahid2 və Şahid1 xx xxxxxxx 2020-ci il tarixdən “COVİD-19 virus pandemiyası” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuş anaları X7 ilə bunun üçün heç bir səlahiyyəti olmadığı halda görüşdürəcəyini vəd edərək bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə həmin şəxsləri və özünü çalışdığı rayon mərkəzi xəstəxanasının X2 Yardım şöbəsində xüsusi qoruyucu geyimlə təmin edərək Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxmuş xəstələrin müalicə aldıqları və xəstəxananın rəhbərliyi tərəfindən qeyd olunan xəstəliyin müalicəsi ilə əlaqədar inzibati binaya girişinə icazə verilmiş həkim, tibb və ya qeyri tibb işçilərinə aid olmadığı halda saat 00:10 radələrində həmin şəxsləri xəstəxananın inzibati binasının dördüncü mərtəbəsində yerləşən kənar şəxslərin girişi qadağan olunmuş Yoluxucu xəstəliklər şöbəsinə apararaq Gülnar Əlimova ilə yaxın məsafədə görüşdürüb xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü il tarixdən Quba RMX-nin TTTYŞ-də böyük tibb qardaşı vəzifəsində gündəlik iş rejimində çalışmış, iş saatı isə bazar günü istisna olunmaqla həftə içi saat 09:00-dan saat 15:00-dək olmuşdur. Bibisi qızı X7 COVİD-19” virusuna yoluxduğu üçün xx.xx.2020-ci il tarixdən işlədiyi xəstəxananın terapiya şöbəsində stasionar müalicə almışdır. xx xxxxxx 2020-ci il tarixdə onunla qonşuluqda yaşayan Gülnarın yoldaşı Şahid3 onunla mobil telefonla əlaqə saxlayaraq Gülnarın vəziyyəti ilə maraqlandıqdan sonra həmin günü saat 22 radələrində sonuncunun evinə getmişdir. Aralarında olan söhbət zamanı Şahid3 həmin tarixdə qonşusunun “COVİD-19” virusundan əziyyət çəkdiyini və nəticədə həmin gün vəfat etdiyini dedikdə, sonuncunun qızları Gülnar və Fatimə analarını görmək istədiklərini israrla ona bildirmişlər. O, qızların analarından narahat qaldıqlarını görüb, Gülnarın həmin vaxtı telefonla danışacaq halda olmadığını nəzərə alaraq qızları bir neçə dəqiqəlik anaları ilə görüşdürəcəyini onlara bildirmişdir. Həmin gün saat 23 radələrində Şahid3 qızları ilə birlikdə öz avtomobilinə əyləşdirib Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısına aparmışdır. Fuad onları avtomobildə gözləmiş, o isə Günel və Fatiməni isə özü ilə xəstəxanaya aparmış, xəstəxananın həyətinə daxil olduqda qapıda dayanmış adını bilmədiyi mühafizəçiyə həmin şəxslərin xəstə olduqlarını və onları TTTYŞ-nə apardığını bildirib qapıdan keçirmişdir. Qeyd olunan şöbəyə çatdıqda içəridə heç kim olmamış və o, şöbədə saxlanılan 3 ədəd xüsusi qoruyucu tibbi geyimi götürüb Günel və Fatiməyə verib onları geyinmələrini istəmişdir. Həmin formanı özü də, geyindikdən sonra qızlarla birlikdə xəstəxananın birinci mərtəbəsinə daxil olmuşdur. Binanın giriş qapısında dayanmış Mətləb Mursəliyev adlı mühafizəçiyə həmin şəxslərin TTTYŞ-nin işçilərini olduqlarını və birlikdə “COVİD-19” virusunun yoxlanılması üçün analiz verəcəklərini bildirmiş və dəhlizə doğru maneəsiz hərəkət etmişdir. Birinci mərtəbənin gözləmə zalında Günel və Fatiməyə orada dayanmalarını, özünün yuxarı qalxaraq Gülnar Əlimovanı onlarla görüşdürmək üçün aşağı düşürəcəyini bildirmiş və özü təkcə liftlə binanın dördüncü mərtəbəsinə qalxmışdır. Həmin mərtəbənin xəstələr müalicə olan hissəsinə giriş qapısı bağlı olduğundan bir mərtəbə aşağı düşərək orada həmin vaxtı növbədə olan təsərrüfat bacısı Şahid5 dördüncü mərtəbənin qapısının niyə bağlı olduğunu soruşduqda, Reyhan xəstəxananın həmin hissəsinin bağlı olduğunu demişdir. O, bundan sonra birinci mərtəbəyə geri dönmüşdür. Fatimə və Günelə anaları ilə görüşməyin mümkün olmadığını, Gülnarı yalnız yaxına çağıra biləcəyi təqdirdə bağlı olan şüşə qapıdan görə biləcəklərini bildirmişdir. Qızlar analarını uzaqdan da, olsa görməyə razı olduqlarını bildirdikləri üçün birlikdə pilləkən vasitəsi ilə binanın dördüncü mərtəbəsinə qalxmışlar. Gülnar Əlimovanın müacilə aldığı şöbəyə daxil olmaq üçün nəzərdə tutulmuş şüşədən olan qapı bağlı olduğundan onlar “COVİD-19” virusundan müacilə alan xəstələrin yatdıqları şöbəyə daxil ola bilməmişlər. Gülnarla mobil telefonla əlaqə saxlayıb onu görmələri üçün qapı tərəfə gəlməsini istəmişlər. Həmin vaxtı saat təxminən 00:30 radələri olmuş və Gülnar Əlimova qapıya tərəf yaxınlaşdıqdan sonra bağlı şüşə qapının arxasından Fatiməni və Güneli Gülnarla görüşdürmüşdür. Qapı bağlı olduğundan onların yaxın məsafədə görüşmələri mümkün olmamışdır. Təxminən 3-5 dəqiqə ərzində Gülnar Əlimovanın səhhəti ilə maraqlandıqdan sonra onlar birlikdə birinci mərtəbəyə enmişlər. Çıxış qapısına yaxınlaşdıqda qapının bağlı olduğunu görüb mühafizəçini gözləmişlər. Bir neçə dəqiqə sonra Şahid5 qışqıraraq onlara tərəf yaxınlaşmış və “burda nə işin var, bunlar kimdir” deyə ondan soruşmuşdur. O, Şahid5 qışqırmamasını və öz işi ilə məşğul olmasını bildirmişdir. Həmin vaxt xəstəxananın mühafizəyə dəstək xidmətində çalışan, əvvəlcədən aralarında şəxsi mübahisələri olmuş Anar Həmzəyev və Şahid6 oraya yaxınlaşmış, Anar oradakı mühafizəçiyə qapının açmamasını və onları orada saxlamasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra onlar xəstəxaya çağırılmış polislərlə birlikdə rayon polis şöbəsinə getmişlər. O, özü və digərləri xüsusi qoruyucu forma geyindikləri üçün hər hansı bir real təhlükə olmadığını düşünərək Gülnar Əlimovanı qızları ilə təmənnasız görüşdürmək istəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xususatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, 1999-cu ildə X7 ilə ailə qurmuş və həmin nikahdan üç övladı vardır. X11 son vaxtlar nəfəs çatışmazlığından əziyyət çəkdiyi üçün xx xxxxxxx 2020-ci il tarixdə onu X8 Mərkəzinə aparmışdır. Orada rentgen müayinəsindən keçdikdən sonra həkim Gülnar Əlimovanın “Covid-19” infeksiyasına yoluxmasını müəyyən etmək üçün analiz verməsini tövsiyyə etmişdir. Həmin gün Quba Rayon Mərkəzi Xəstəxanasına gedərək orada Gülnar yaxma analizi vermişdir. Həmin vaxtı analizin cavabının göndərilməsi üçün o, öz istifadəsində olan ***-***-**-** mobil nömrəsini qeyd etdirmişdir. xx.xx.2020-ci il tarixdə mobil telefonuna göndərilmiş ismarıcda Gülnar Əlimovanın verdiyi analizin nəticəsinin “Neqativ” olduğu qeyd olunmuşdur. Yoldaşı evdə müalicə olunmasına baxmayaraq nəfəs almasında çətinlik yarandığından ona evdə qulluq edən tibb bacısının tövsiyyəsi ilə Gülnar Əlimovanı xx.xx.2020-ci il tarixdə Quba RMX-na aparmışdır. Xəstəxanada arvadı Gülnarı stasionar müalicəyə qəbul etmişlər. Həmin vaxtı da, Gülnar Əlimovadan analiz götürülmüş bir gün sonra mobil telefonuna göndərilmiş ismarıcda həmin analizin də, nəticəsinin “Neqativ” olduğu qeyd olunmuşdur. Lakin yoldaşı pnevmaniya xəstəliyindən əziyyət çəkdiyi üçün onu xəstəxanada saxlamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Gülnar Əlimovanın dayısı oğlu olan Quba RMX-in TTTYŞ-də böyük tibb qardaşı vəzifəsində çalışan Təqsirləndirilən şəxs onun evinə gəlmişdir. Aralarında olan söhbət zamanı həmin tarixdə qonşusunun “COVİD-19” virusdan əziyyət çəkdiyini və nəticədə həmin gün vəfat etdiyini dedikdə, qızları Günel və Fatimə analarını görmək istədiklərini israrla Bəhrəmxana bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onun qızlarını anaları ilə görüşdürəcəyini demişdir. Həmin gün saat 23 radələrində o, qızları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Quba RMX-nin qarşısına getmişdir. O, Bəhramxanın avtomobilində gözləmiş, qızları isə Bəhrəmxanla birlikdə xəstəxanaya getmişlər. Sonradan bildiyinə görə Bəhrəmxan Günel və Fatiməyə xüsusi qorucuyu paltarlar verərək onları geyinmələrini bildirmiş, özü də, həmin paltardan geyinmişdir. Həmin vaxtı Gülnar Əlimovanın müalicə aldığı mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş lift işləmədiyindən onlar pilləkən vasitəsi ilə yuxarı mərtəbəyə qalxmışlar. Lakin həmin vaxtı Gülnar Əlimovanın müalicə aldığı şöbənin şüşədən olan qapıları bağlı olduğundan Bəhrəmxan və onun qızları içəriyə daxil ola bilməmiş və onlar Gülnarla şüşə arxasından bir neçə dəqiqəlik bir-birilərini görmüşlər. Təxminən iki saat sonra xəstəxanada xidmətdə olan adını bilmədiyi polis əməkdaşının bildirməsi ilə o, rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində qızları izahat verdikdən sonra birlikdə evinə qayıtmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs və qızları xəstəxanaya qanunsuz daxil olduqlarını və oraya girişin qadağan olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki o, 2020-ci ildən hazırki vaxtadək Quba Rayon Mərkəzi Xəstəxanasının dəstək xidmətləri şöbəsinin təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində çalışır. Quba RMX-in inzibati binasında hazırda “Covid-19” xəstələri müalicə olunduğundan oraya xəstələri müalicə edən həkim və digər müəyyən əməkdaşlardan başqa kənar şəxslərin girişinə xəstəxananın rəhbərliyi tərəfindən qadağa qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:00-da xəstəxanada xidmətdə olduğu zaman RMX-nin TTTYŞ-də böyük tibb qardaşı vəzifəsində çalışan Təqsirləndirilən şəxs iki nəfər qızla içəri daxil olmuşdur. Həmin vaxtı onlar üçü də, xüsusi qoruyucu geyimdə olmuş və Bəhrəmxandan hara getdiyini soruşduqda o, yanındakı şəxslərin TTTYŞ-nin əməkdaşları olduqlarını və “Covid-19” infeksiyasından analiz vermək üçün gəldiklərini bildirmişdir. Həmin analizi Təqsirləndirilən şəxs və xəstəxananın digər işçilərinin verməsi üçün binanın birinci mərtəbəsinə girməsinə icazəsi olduğundan onları içəri buraxmışdır. Sonra bu barədə müdiri Anar Həmzəyev və RMX-nin direktor köməkçisi Şahid6 telefonla məlumat vermişdir. Bundan bir qədər sonra binanın üçüncü mərtəbəsində olan Anar Həmzəyev ona mobil telefonla xəbər verib Bəhrəmxan və yanında olan şəxsləri binadan çıxmasına icazə verməməsini, qapını bağlı saxlamasını və polislər gələnədək açmamasını bildirmişdir. O, lift vasitəsilə binanın üçüncü mərtəbəsinə qalxmış, orada heç kimi görmədiyindən yenidən birinci mərtəbəyə, çıxış qapısı olan hissəyə enmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında iki nəfər qızla orada olduğunu və qapını açmağa çalışdığını görmüşdür. Bəhrəmxan ondan qapının açarını istədikdə o, açarın özündə olmadığını bildirmişdir. Bu zaman xəstəxanada baş təsərrüfat bacısı vəzifəsində çalışan Şahid5 həmin yerə gəlmiş, Bəhrəmxandan yanındakı şəxslərin kimliyini soruşmuş və onlardan üzlərini açmalarını tələb etmişdir. Bəhrəmxanla tibb bacısı Reyhanın arasında həmin vaxt sözlə mübahisə yaranmışdır. Sonra Şahid5 çıxıb getmişdir. Həmin vaxtı Anar Həmzəyev və Şahid6 həmin yerə gəlmişdir. Sonra xəstəxanaya gəlmiş polis əməkdaşları onları rayon polis şöbəsinə aparmışlar. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs heç bir icazəsi olmadan həmin gün qohumları olan adlarını bilmədiyi iki nəfər qızları özü ilə xəstəxananın dördüncü mərtəbəsinə, girişi kənar şəxslərə qadağan olunmuş hissəsinə aparmış, həmin qızlarla birlikdə binanın dördüncü mərtəbəsində yerləşən və həmin vaxtı “COVİD-19” xəstələrinin müalicə aldıqları Terapiya şöbəsinə aparmış və orada müalicə alan qohumu X7 ilə görüşdürmüşdür. Təqsirləndirilən şəxs xəstəxananın birinci mərtəbəsinə və inzibati hissəsinə giriş üçün icazəsi olsa da, həmin vaxtı xəstəxananın “COVİD-19” xəstələrinin müalicə aldıqları şöbəyə daxil olmasına qabaqcadan icazəsi olmamışdır. Xəstəxananın rəhbərliyi tərəfindən həmin icazə yalnız “COVİD-19” xəstələrinin müalicəsi ilə məşğul olan həkimlərinə verilmişdir. Təqsirləndirilən şəxs çalışdığı TTTYŞ-nə məxsus xidməti otaqlara giriş isə binanın digər qapılarından mümkündür ki, bunun üçün də, xüsusi icazə verilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən hazırki vaxtadək Quba Rayon Mərkəzi Xəstəxanasında baş təsərrüfat bacısı vəzifəsində çalışır. Quba RMX-in inzibati binasında hazırda “COVİD-19” xəstələri müalicə olunduğundan oraya xəstələri müalicə edən həkim və digər müəyyən əməkdaşlardan başqa kənar şəxslərin girişinə xəstəxananın rəhbərliyi tərəfindən qadağa qoyulmuşdur. İcazə verilmiş şəxslər də, xəstəxaya daxil olarkən xüsusi qoruyucu geyimlərdən istifadə edilərək müvafiq jurnala imza etməklə binaya daxil olur. xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində xəstəxanada növbədə olduğu zaman xəstəxanın üçüncü mərtəbəsində yerləşən təsərrüfat bacılarının növbətçi otağında oturmuşdur. Bu zaman RMX-nin TTTYŞdə böyük tibb qardaşı vəzifəsində çalışan Təqsirləndirilən şəxs ona oturduğu mərtəbədə yaxınlaşaraq binanın dördüncü mərtəbəsində İbrahim həkimin müalicə etdiyi xəstələrin yatdığı şöbəyə giriş qapısının niyə bağlı olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs xəstəxananın birinci mərtəbəsində yerləşən digər pilləkən vasitəsilə yuxarı qalxmalı olduğunu bildirib onu yola salmışdır. Həmin vaxtı aralarında heç bir mübahisə baş verməmişdir. Bundan bir qədər sonra dördüncü mərtəbədən səs-küy gəldiyini eşitmiş və bir mərtəbə yuxarı qalxmışdır. Bu zaman dəhlizdə Bəhrəmxanın əynində olan xüsusi qoruyucu paltarının qabağını açdığını, başının açıq olduğunu, xüsusi eynəyi gözündən çıxardığını, lakin tibbi maskadan istifadə etdiyini, yanında xüsusi geyimdə iki nəfər şəxsin olduğunu görmüşdür. O, dərhal bununla bağlı xəstəxananın rəhbərliyinə telefonla əlaqə saxlayıb bildirmiş və birinci mərtəbəyə enmişdir. Bu zaman xəstəxanda dəstək xidmətləri şöbəsinin müdiri işləyən Anar Həmzəyev və mühafizəçi Şahid4 binanın giriş qapısı olan yerdə dayandıqlarını, Mətləbin qapını qıfılladığını görmüşdür. Həmin vaxt Bəhram da, yanında olan iki nəfər şəxslə birlikdə aşağı enmişdir. O, Bəhrəmxana iradını bildirərək binaya daxil olmağa icazəsinin olmadığını deyib yanında olan iki nəfər şəxsin kimliyini soruşmuşdur. Bəhrəmxan yanındakı iki nəfər şəxsin bibisi qızları olduğunu və onları xəstəxanada “COVİD-19” xəstəliyindən müalicə alan anaları ilə görüşdürmək üçün gətirdiyini bildirmişdir. O, həmin şəxsləri tanımağı üçün qızları üzlərini açmaları üçün məcbur etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən hazırki vaxtadək Quba Rayon Mərkəzi Xəstəxanasının dəstək xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışır. Quba RMX-in inzibati binasında hazırda “COVİD-19” xəstələri müalicə olunduğundan oraya xəstələri müalicə edən həkim və digər müəyyən əməkdaşlardan başqa kənar şəxslərin girişinə xəstəxananın rəhbərliyi tərəfindən qadağa qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:00-da xəstəxanada xidmətdə olduğu zaman xəstəxananın rəhbərliyi ona zəng edərək RMX-nin TTTYŞ-də böyük tibb qardaşı vəzifəsində çalışan Təqsirləndirilən şəxs iki nəfər qızla xəstəxanaya daxil olduğunu və binanın dördüncü mərtəbəsinə qaldığını bildirmişdir. Həmin vaxtı o, binanın üçüncü mərtəbəsində olmuş və dərhal binanın giriş qapısında xidmətdə olan mühafizəçi Şahid4 mobil telefonla xəbər verib Bəhrəmxanın binanın içərində olduğunu və qapıları bağlayaraq polislər gələnədək çıxmasına icazə verməməsini bildirmiş, sonra birinci mərtəbə düşmüşdür. Bu zaman Mətləbin Təqsirləndirilən şəxs ilə birlikdə xüsusi qoruyucu paltarlar geyinmiş iki nəfər qızları binanın içərisində saxladığını görmüşdür. Həmin vaxtı Şahid6 da, orada olmuşdur. Hadisə barədə maraqlandıqda Təqsirləndirilən şəxs heç bir icazəsi olmadan həmin gün qohumları olan adlarını bilmədiyi iki nəfər qızı özü ilə xəstəxanaya gətirərək qızları xüsusi qoruyucu paltarlarla təmin edərək özü ilə birlikdə xəstəxananın girişindən keçirdiyini, qızlarla birlikdə binanın dördüncü mərtəbəsində yerləşən və həmin vaxtı “COVİD-19” xəstələrinin müalicə aldıqları Terapiya şöbəsində müalicə alan qohumu X7 ilə görüşdürmək üçün qeyd etdiyi mərtəbəyə qalxdığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X12 rayon X3 Hüquqi şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 3377 nömrəli məktubundan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasında “COVİD-19” pandemiyası ilə əlaqədar əsnəkdən yaxma analizi vermiş, xx.xx.2020-ci il tarixdə analizin cavabı nəticə olaraq “şübhəli” çıxdığı üçün xx.xx.2020-ci il tarixədək xəstəxananın Yoluxucu Xəstəliklər Şöbəsində “COVİD-19 virus pandemiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 135 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi Xəstəxanasında “COVİD-19” əsnəkdən yaxma analizi vermiş və xx.xx.2020-ci il tarixlərdə testin nəticəsi “Neqativ” çıxmış, “Covid-19” pandemiyası ilə əlaqədar stasionar və ambulator müalicə almamışdır. Həmçinin Şahid1 və Şahid2 “COVİD-19” pandemiyası ilə əlaqədar stasionar və ambulator müalicə almayıblar. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 184 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildən RMX-nin TTTY şöbəsində böyük tibb qardaşı vəzifəsində həftə içi saat 09:00-dan saat 17:00-dək çalışmış, xx.xx.2020-ci il tarixdən X6 məntəqə müdiri vəzifəsinə təyin olunmuşdur. Ümumilikdə xəstəxananın böyük tibb bacısı/qardaşının iş saatı saat 09:00-dan saat 17:00dəkdir. xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs iş saatı olmamışdır. Quba Rayon Mərkəzi Xəstəxanası “COVİD-19” pamdemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində stasionar fəaliyyət göstərdiyi üçün xəstəxanaya yalnız “Covid-19”-la çalışan həkim və tibb, eləcə də qeyri tibb heyəti üçün siyahıya uyğun şəxslərin buraxılmasına icazə verilir. Xəstələrlə kontakda olan tibb heyəti yalnız qrafikə uyğun şəxslərə aiddir. Digər şəxslərin stasionara daxil olması qadağandır. Təqsirləndirilən şəxsTəvəkkül oğlunun xəstə ilə görüşməsi qəti qadağandır və heç bir icazəsi yoxdur. İş materialarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 192 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli 4117 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qohumları Şahid2 və Şahid1 xx xxxxxxx 2020-ci il tarixdən “COVİD-19 virus pandemiyası” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuş anaları X7 ilə bunun üçün heç bir səlahiyyəti olmadığı halda görüşdürəcəyini vəd edərək bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə həmin şəxsləri və özünü çalışdığı rayon mərkəzi xəstəxanasının X2 Yardım şöbəsində xüsusi qoruyucu geyimlə təmin edərək Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxmuş xəstələrin müalicə aldıqları və xəstəxananın rəhbərliyi tərəfindən qeyd olunan xəstəliyin müalicəsi ilə əlaqədar inzibati binaya girişinə icazə verilmiş həkim, tibb və ya qeyri tibb işçilərinə aid olmadığı halda saat 00:10 radələrində həmin şəxsləri xəstəxananın inzibati binasının dördüncü mərtəbəsində yerləşən kənar şəxslərin girişi qadağan olunmuş Yoluxucu xəstəliklər şöbəsinə apararaq Gülnar Əlimova ilə yaxın məsafədə görüşdürüb xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və ya karantin rejimlərini pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadələri ilə yanaşı şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutduğu əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, Zərdabi qəsəbəsi ünvanında - yaşadığı evi axşam saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-46/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-46/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver