Məhkəmə qərarları › İş №1(027)-46/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-46/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-46/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə 3 dekabr 1984-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Tüləkəran kəndində qeydiyyatda olan, faktiki Quba şəhəri Hacıtağı Rüstəmov küçəsi ev 14-də yaşayan, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Quba şəhəri, Vaqif küçəsində olan «Çay-House» kafesində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək kafenin normal iş fəaliyyətini 15-20 dəqiqə ərzində pozmaqla həmin kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs2 saçından dartaraq onunla bir stol arxasında oturmasını tələb etmiş, sonuncu buna etirazını bildirəndə onu söyərək kafedə işləməyə qoymayacağı ilə hədələmiş, əlindəki pivə bakalını kafenin döşəməsinə vurub sındırmış, təkrar olaraq ondan pivə gətirməsini və bir daha onunla oturmasını tələb etmiş, Zərərçəkmiş şəxs2 bir daha ona etiraz edib kafenin barında olan həmin kafenin sahibi Zərərçəkmiş şəxs1 yanına getdiyindən o, stolun üstündə olan qəndqabını görütürüb onların üstünə tullamış, Zərərçəkmiş şəxs1 onun qərəzli hərəkətlərinin qarşısını almaq məqsədi ilə yola çıxaraq həmin ərazidə xidmət aparan Quba rayon Polis şöbəsinin Post patrul xidməti əməkdaşlarını çağırmış, polis əməkdaşlarına da məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 söyərək barın vitrinində yığılmış spirtli içkilərdən 15 ədəd araq, viski, pivə şüşələrini, 9 ədəd energetik içki qablarını əlləri ilə vurub yerə salıb sındırmaqla və barın qarşısında olan səsgücləndirici qurğunu zədələməklə Zərərçəkmiş şəxs1 1000 manat maddi ziyan vuraraq xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə dindirilən cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, 20 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Quba şəhər köhnə avtovoqzal ərazisində kafelərin birində dostları Rüfət və Ramazanla birlikdə yemək yeyib bir şüşə də araq içəndən sonra saat 21 radələrində Quba şəhəri Vaqif küçəsində Zərərçəkmiş şəxs1 işlətdiyi «Çay- House» kafesinə gəlmiş, orada özünə pivə sifariş edib sonra da kafedə ofisand işləyən əvvələr tanıdığı Zərərçəkmiş şəxs2 onun yanında oturmasını tələb etmiş, lakin sonuncu onunla stol arxasında oturmaqdan imtina etdiyindən onun ünvanına nalayiq söyüş işlədərək əlində olan pivə bakalını kafenin döşəməsinə vurub sındırmış, sonradan yenidən pivə sifariş edib pivəni gətirən Agün Dadaşovaya oturmasını və onunla söhbət etməsini bildirmiş, sonuncu isə ona etiraz edib kafenin bar adlanan hissəsində Zərərçəkmiş şəxs1 yanına getdiyiyndən və stolun üstündə olan qəndqabını görütürüb onların üzərinə tullamış, onun hərəkətlərini qarşısının alınması üçün sonuncunun polis əməkdaşlarını çağırdığına görə isə onların ünvanına nalayiq söyüşlər söyərək kafenin bar adlanan hissəsində və vitrində yığılmış spirtli içkilər, evergetik içkiləri qəsdən əlləri vurub dağıdaraq sındırmışdır.Həmin vaxt kafedə olan Səmayə, Aygün, Məhəmməd və sonradan kafeyə gələn iki nəfər polis əməkdaşları hadisənin şahidi olmuşlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki o, Quba şəhəri Vaqif küçəsində yerləşən «Çay-House» kafesini icarə əsasında işlədir. 20 yanvar 2022-ci il tarixdə saat 21 radələrində kafedə olarkən Quba şəhər sakini Təqsirləndirilən şəxs kafeyə gələrək özünə pivə sifariş edəndən sonra ofisiant işləyən Zərərçəkmiş şəxs2 saçından dartaraq oturduğu stola çağırmışdır. Aygün Xanların oturduğu stolda oturmadığı üçün Xanlar onun ünvana nalayiq söyüşlər söyərək, onu kafedə işləməyə qoymayacağı ilə hədələyib əlində olan pivə bakalını yerə vuraraq sındırdıqdan sonra, yenidən pivə sifariş edib ona pivəni aparan Aygünə yenidən yanıda oturmasını tələb etmişdir. Aygün isə onun yanında oturmayıb kafenin bar adlanan hisəsinə onun yanına gəlmiş, Xanların isə stolun üzərində olan qəndqabını götürüb onlara tərəf atmışdır. Xanların onları döyəcəyindən qorxaraq küçədə olan polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları kafeyə gələndən sonra Xanların onun polisləri çağırmasından əsəbiləşib kafenin bar hisəsində vitrində olan coxsaylı spirtli və energetik içkiləri, bir ədəd maqnitofonun səsgücləndiricisini əli ilə vurub dağıdaraq sındırmaqla ona 1000 manatadək madldi ziyan vurmuşdur. Kafedə olan mübahisə 15-20 dəqiqə müddətində davam etmişdir. Baş vermiş hadisəni, kafedə olan Məhəmməd, Aygün və sonradan kafeyə gələn iki nəfər polis əməkdaşları görmüşlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 və Şahid3 Zərərçəkmiş şəxs1 göstərdiyi xususatları təsdiq etmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki o, Quba şəhəri Vaqif küçəsində yerləşən «Çay-House» kafesinində ofisand işləyir. 20 yanıvar 2022-ci il tarixdə saat 21 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs işlədiyi kafeyə gələrək piyvə sifariş edib onunla bir stol arxasında oturmasını ondan tələb etmişdir. Xanlarla bir masa arxasında oturmadığı üçün Xanlar onun ünvanına nalayiq söyüşlər söyərək onun saçından yolaraq, kafedə işləməyə qoymayacağı ilə hədələyib əlində olan pivə bakalını kafenin döşəməsinə vurub sındırmışdır. Bundan sonra, Xanlar təkrar bir bakal piyvə sifariş edərək bir daha onunla oturmasını tələb etdiyindən o, sonuncunun tələbini rədd edib kafenin bar hissəsində olan kafenin işlədən Səmayənin yanına getmişdir. Həmin vaxt Xanlar ,masanın üzərində olan qənd qabını onlara tərəf atmışdır. Xanların sakitləşmədiyini görüb Səmayə bayırda xidmət aparan polis əməkdaşlarını köməyə çağırmışdır. Səmayə polis əməkdaşlarını çağırdığına görə Xanlar dahada əsəbləşib onların ünvünına nalayiq söyüşlər söyərək vitrində olan çoxsaylı spirtli və energetik içkiləri, kafedə olan maqnitofonun səsgücləndiricisini əli ilə vurub sındırmışdır. Xanların hərəkətləri təxminən 15-20 dəqiqə davam etmişdir. İş materiallarında olan 28.01.2022-ci il tarixli məktubdan görünür ki, 1 ədəd 0.5 lt Xırdalan piyvəsinin pərakəndə satış qiyməti – 1,80 manat, 0.5 energetik işkilərin pərakəndə satış qiyməti 1 manat, 0.7 lt orqanik arağının pərakəndə satış qiyməti 9 manat, 0.5 lt viskilərin qiyməti 40-45 manat, 1 lt tekila sprtli içkisinin pərakəndə satış qiyməti 60 manat dəyərindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsTəqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.01.2022-ci il tarixli 40 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsTəqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X5 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 8 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və hökmün icrasının əvvəli qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pulun tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar