Məhkəmə qərarları › İş №1(027)-46/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-46/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-46/2023 13.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair X23 Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2002-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 29,181.3.2, 181.2.2, 181.2.3, 182.2.5 və 181.3.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 12 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd bükümdə 9,510 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 07 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quba şəhəri Dağıstan küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli folqa bükümündə ümumi təmiz çəkisi 9,510 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Quba rayonun Vladimirovka kəndində olan qəbiristanlığından bir ədəd kümüşü rəngli kağızda içərisində narkotik vasitə olan qurudulmuş marixuana tapıb, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 07 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba rayonunun Dağıstan küçəsilə piyada gedərkən ona mülki geyimdə bir neçə nəfər yaxınlaşraq özlərini Quba rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirdiyi üçün şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən hadisə yerinə dəvət olunmuş təhqiqatçı tərəfindən hüquqları müdafiə olunması üçün ona vəkil təqdim edildikdən sonra, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı bir neçə gün əvvəl tapıb üzərində gəzdirdiyi narkotik vasitə olan bir büküm qurudulmuş marixuananı əynində olan gödəkcəsinin sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə ölçüldükdən sonra, ağ zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. İfadəsinin sonunda X8 əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 noyabr 2022-ci il tarixdə Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Qərara əsasən onun və Quba RPŞ-nin CAB-nin əməliyyat müvvəkili X7, Quba RPŞ-nin İTB-nin sahə rəisi X22 və Quba RPŞ-nin KTO-nin baş inspektoru kriminalist Fuad İslamovun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri Dağıstan küçəsində saxlanılmışdır. Hadisə yerinə dəvət olunmuş Quba PPŞ-nin TB-nin baş təhqiqatçısı X21 tərəfində Firudin İsgəndərova üzərində qanunsuz olaraq narkotik vasitə gəzdiməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu izah edilərək şübhəli şəxs qismində tutulması bildirilərək hüquqları müdafiə olunması üçün ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs izah olunmuşdur ki, onun üzərində şəxsi axtarış aparılacaq. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kağız vətrəqə bükülmüş, gümüşü rəngli falqanın təqdim etmişdir. Təqdim olunmuş falqa aşıldıqda içərisində yaşıl rəngli otabənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Firudin İsgəndərov təqdim etdiyi falqanın içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, quruduluş marixuananı bir gün əvvəl yaşadığı kənddə olan qəbirstanlığın ərazisindən tapıb istifadə etmək üçün götürüb üzərində saxladığını etiraf etmişdir. Bundan sonra X4 üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixyanaya bənzər otabənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra şəxsi axraışı keçirən təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş o və digər iştirakçılar da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və Manafov X12 Hüseyn Yaşar oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə bioloji ekspertizasının 08 noyabr 2022-ci il tarixli 7/1285 nömrəli rəyindən görünür ki:- Tədqiqata təqdim edilmiş “vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşakr edilərək götürülmüş kütlə....” yazılan zərfdə 1 ədəd gümüşü folqa bükümündə təmiz çəkisi 9,510 qram bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edlib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəmə narkoloji 21 dekabr 2022-ci il tarixli 7747 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İskəndərov X6 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kağız bükümün işərisindən yaşil rəngli otabənzər maddə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və cinayət işinə əlavə olunmuş hökmün surətindən görünür ki, X1 Cinayətlərə Dair X23 Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 29,181.3.2, 181.2.2, 181.2.3, 182.2.5 və 181.3.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 12 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başcısının Vladimirovka İnzibati Ərazi X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, X2 rauonu Vladimirovka kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründyü kimi, X1 Cinayətlərə Dair X23 Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2004-cü il tarixli hökmü ilə CM-nin bir neçə maddəsi o, cümlədən xüsusi ilə ağır cinayətlər kateqoriyasına aid edilən CM-nin 181.3.1-ci maddəsilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 23 may 2015-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin: 15.5-ci maddəsinə görə, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.5-ci maddəsinə görə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə X5 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə X3 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. X9 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçiməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına verməqətimkan tədbiri seçilmişdir. X9 məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxs X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum cəzasının bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X5 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X3 cəza çəkmə müddətinin əvvəli 29.05. 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,460 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 9,460 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar