Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-47/2020 02.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdəQuba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmuş, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin noyabr ayında ailə qurduğu X8 ilə Quba rayonu, İ Nügədi kəndində birgə yaşadıqları müddətdə yalnız özü işləməklə ailənin yeganə qazanc mənbəyi olaraq ailə qurduqdan 2-3 ay sonra mütamadi qəbul etməklə aludəçisi olduğu spirtli içkilərin təsiri altında heç yerdə işləməməklə maddi cəhətdən ondan asılı olan arvadı Ə.Ağayevanı onun davamlı olaraq spirtli içki qəbul etməsinə etiraz etdiyindən aralarında ailə münaqişəsi zəmnində dəfələrlə baş vermiş münaqişələrin sonunda nalayiq sözlərlə söyərək ləyaqətini alçatmaqla əl ilə vurub onu döymüş, bundan sonra yenə amansız rəftar edərək 2017-ci ilin sonlarında yaşadığı evin birinci mərtəbəsində tanışları ilə spirtli içki qəbul edən zaman Ə.Ağayevanı özlərinin olduğu isti otaqdan qovub körpə uşağı ilə birlikdə həmin evin ikinci mərtəbəsindəki soyuq otağa göndərərək soyuqdan bədəni göyərməklə sonuncuya psixi və fiziki iztirab verib ləyaqətini alçaltmış, bundan başqa yenə 2018-ci ilin yay aylarında Ə.Ağayevanın evdə içərisində spirtli içki olan şüşəni atmasını bəhanə edərək sonuncu ilə amansız rəftar edib nalayiq sözlərlə söyərək ləyaqətini alçatmaqla saçlarını yolaraq fiziki ağrı yetirmiş, daha sonra Ə.Ağayevaya qarşı şiddəti artıraraq mütəmadi olaraq hər ay iki-üç dəfə olmaqla sonuncu ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı digər ailə üzvlərinin, o cümlədən öz anası Şahid1 İman qızının yanında ona “itin və köpəyin qızı” kimi nalayiq ifadələrlə xitab etmiş, Ə.Ağayeva etiraz etdiyi halda isə bununla bərabər həm də əl ilə onun boyun və kürək nahiyyələrindən zərbələr vurmaqla döyüb fiziki və psixi iztirablar verərək sonuncuya qarşı amansız rəftar etməklə ləyaqətini alçatmış, Ə.Ağayeva onun və qayınanasının mobil telefonu ilə gizlin şəkildə anasına və qardaşına zəng edərək bu barədə məlumat verib ata evinə aparmalarını xahiş etmiş, lakin ata evində bir müddət qaldıqdan sonra ailəsinin dağılmaması xatirinə bu barədə müvafiq hüquq-mühafizə orqanlara məlumat verməməklə ailəsinin yanına qayıtmış, bununla belə Ə.Ağayevaya qarşı amansız rəftarını, ləyaqətinin mütamadi olaraq alçaltmasını davam etdirərək, sonda xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Quba rayonu İ Nügədi kəndində yaşadıqları evdə ailə münaqişəsi zəmnində aralarında yenə də məişət zəmnində cüzi səbəbdən baş vermiş mübahisəni bəhanə edərək spirtli içki qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə xüsusi qəddarlıq nümayiş etdirməklə anası Şahid1 və azyaşlı uşağının gözü qarşısında təkrar eyni tipli nalayiq ifadələrlə Ə.Ağayevanı söyüb təhqir edərək 8-9 aylıq hamilə olduğunu bildiyi halda arvadı Ə.Ağayevanın boyun nahiyyəsindən əl ilə vuraraq təkrarən amansız rəftar etmiş, sonuncu ona qarşı davamlı olaraq edilən hərəkətlərin məcmusu nəticəsində bu kimi yaşayış tərzindən bezərək özünü öldürmək qənaətinə gəlmiş və bu məqsədlə həmin gün saat 19:15 radələrində yaşadığı evin arxasına gedib oradakı yardımçı tikilinin tavanından özünü kəndir ilə asıb intihar edərək boyun üzvlərinin ilgəklə sıxılmasından törəyən mexaniki asfiksiya nəticəsində ölməklə ondan maddi və sair cəhətdən asılı olmuş X6 onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçatma yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməyərək, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. 2016-cı ildə Quba rayonu, Yalavanc kənd sakini X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə Dünyam adlı övladı dünyaya gəlmiş, ailədə 4 nəfər – o, arvadı Əfsanə, anası Narxanım və qızı Dünyam ilə birlikdə yaşamışlar. O, spirtli içki aludəçisi olmaqla 2010-cu ildən etibarən mütəmadi spirtli içki qəbul etmişdir. Əfsanə ilə ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan aralarında tez-tez mübahisələr baş vermiş, mübahisələrin baş verməsinə səbəb Əfsanənin ona kobud cavab qaytarması, aralarında baş verən hər şeyə görə ona “sən kişi deyilsən” deyə söz deməsi olmuşdur. Bəzən Əfsanəyə şalvarını ütüləməsini desə də, sonuncu ona vaxtının olmamasını demiş, ona görə də aralarında mübahisə baş vermiş və Əfsanəyə bir və ya iki dəfə sillə ilə vurmuşdur. Sillədən sonra bir qədər küsülü qalsalar da, sonradan barışmışlar. Adətən, Əfsanə ilə mübahisələri xırda söhbətlərdən yaranmışdır. Təxminən iki il əvvəl, yəni ailə qurduqdan 2-3 ay sonra aralarında yaranan mübahisə zamanı o, Əfsanəni möhkəm döyərək, başından, kürəyindən sillə ilə vurmuş, saçından tutub yerə yıxmış, Əfsanə qardaşı Etibara zəng edərək gəlib onu aparmalarını demiş, Etibar anası və xalası ilə gəlib Əfsanəni aparmışlar. O, teztez spirtli içki qəbul etməsinə görə Əfsanə ilə arasında mübahisə yaranmış, Əfsanə onun spirtli içki içməsinə həmişə irad bildirirdiyindən, bu onun xoşuna gəlməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində yuxudan oyanaraq həyətdə işləməyə başlamış, anası da həmin vaxt işdə olmuşdur. Bir neçə dəqiqə işlədikdən sonra əlini yuyub evə keçmiş, Əfsanəyə ac olduğunu deyib sobanın üzərində olan tavanın qapağını açmış, qapağı açan kimi yeməyin iysindən nəhrə yağı ilə bişdiyini hiss etmişdir. O, nəhrə yağını xoşlamadığından və bunu da evdə olan hər kəs bildiyindən Əfsanəyə bilə bilə nəyə görə yeməyi nəhrə yağında bişirməsinə etirazını bildirmiş, Əfsanə ona kobud formada xoşlamırsan yemə, sən kişisən, adıvı kişi qoymusan, get yağ al gəl bişirim deyərək otağa keçmişdir. Əfsanənin ona kobud cavab verməsinə əsəbləşərək arxasınca otağa keçib sonuncunun boynunun arxasından möhkəm sillə ilə vurmuş, bu vaxt anası Narxanım ona qışqıraraq Əfsanə ilə işinin olmamasını, Əlinin həyətdə onu gözləməsini demişdir. O, Əlini evə çağırmış, özü isə soyuducuda olan əti götürmüşdür. Əli içəri keçib stolda oturmuş, anası çay süzərək Əli ilə söhbət etmişdir. O, soyuducudan götürdüyü əti doğrayaraq qızartmağa başlamış, əti qızardıb qurtarandan sonra siqaret almaq adı ilə anasından 1 manat 60 qəpik pul alıb mağazaya getmişdir. Lakin mağazadan siqaret deyil araq alaraq evə qayıtmış, Əfsanəyə soğan doğramasını tapşırmışdır. Lakin, Əfsanə ona cavab vermədiyindən, bir neçə dəqiqə sonra bir də Əfsanəni çağırıb otağına baxdıqda sonuncunu görməmiş, anasından Əfsanənin hara getməsini soruşduqda anası ona soğan dalınca getməsini demişdir. O, Əfsanənin arxasınca getmiş, lakin Əfsanəni nə yuxarı mərtəbədə, nə də ki tövlədə tapmamışdır. Geri qayıdıb anasından fənəri alaraq evin arxasına baxmış, Əfsanənin evin arxasında yığdıqları otlardan heyvanlara vermək üçün getdiyini fikirləşib, evin arxasına keçmiş, bu zaman Əfsanənin heyvanları bağladıqları kəndirlə özünü boyun nahiyyəsindən asdığını görərək qaldırıb kəndiri onun boynundan çıxarıb yerə uzatmış və qışqıraraq anasını çağırmışdır. Anası gəlib nə baş verdiyini soruşduqda ipi göstərərək Əfsanənin özünü asmasını demiş, anası Əfsanənin sinəsini ovxalayaraq, ağzından süni nəfəs verib onu ayıltmağa çalışmışdır. Əfsanə ayılmadığından, həmçinin də havanın soyuq olmasına görə anası Əfsanəni evə aparmasını deyərək, ona Əliyə tapşırmışdır. Onlar Əfsanəni evin yanına kimi gətirsələr də, gücləri çatmadığından anası Əlini köməyə çağırmış, Əli ilə birlikdə Əfsanəni evə aparmışlar. Evdə təcili tibbi yardıma zəng eləmiş, anası Əfsanəni ovxalayıb, ağzından süni nəfəs verərək ayıltmağa çalışsa da, Əfsanə ayılmamışdır. Təcili tibbi yardım həkimləri gələrək Əfsanənin vəziyyətinin kritik olduğunu bildirib, xəstəxanaya aparmış, xəstəxanaya çatanda artıq Əfsanə ölmüşdür. O, Əfsanə Ağayevanı döyərkən, əli ilə boynunun arxasından, kürəyindən vurarkən Əfsanə Ağayeva ilə amansız rəfdar etdiyini, ona qarşı iztirablar verdiyinizi dərk etmiş, sonuncunu təhqir etmək, ləyaqətini alçaltmaq, həmçinin özünün üstünlüyünü göstərmək üçün “it qızı, köpək qızı, küçük” kimi ifadələr işlətmiş, Ə.Ağayevanın hamilə olmasını bilmiş, hətta sonuncu 3-4 aylıq hamilə olarkən uşağa ad da fikirləşmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X8 onun doğma bacısı olmuşdur. Əfsanə 2016-cı ilin noyabr ayında Quba rayonu, İ Nügədi kəndindən olan Təqsirləndirilən şəxs ilə ailə qurmuş, bu nikahdan bir qız uşaqları olmuşdur. Akif fərdi qaydada fəhləliklə məşğul olmuş, Əfsanə isə evdar qadın olmaqla, heç yerdə işləməmiş, onu Akif dolandıraraq, yeməyini, paltarını almışdır. O, əvvəlcə bacısının Akiflə ailə qurmasına razı olsa da, nişanlı vaxtı Akifin bacısını döyməsindən sonra Əfsanənin onunla ailə qurmasına razı olmamışdır. Əfsanə nişanlı olan zaman Akiflə ailə qurmamaq üçün dərman içərək bir dəfə intihara cəhd etmiş, lakin ata və anasının razılığı əsasında ailə qurmuşdur. O, Akifi tanıyandan spirtli içki aludəçisi olmasını görmüş, Akif bacısı ilə nişanlı olduğu vaxtlarda dəfələrlə onlara sərxoş halda gəlmişdir. Əfsanə ilə Akif ailə qurduqdan sonra daim aralarında mübahisələr olmuş, mübahisələr zamanı Akif Əfsanəni döymüşdür. Əfsanə ilə telefonla danışan zaman bacısı Akifin onu döyməsindən, onu həyatdan bezdirməsindən şikayətlənmiş, bəzi vaxtlarda ağlaya-ağlaya zəng etmiş, onlar uzaqda olduğundan İ Nügədi kəndində yaşayan xalası Elnarədən və onun əri Rəmişdən Əfsanənin yanına getmələrini xahiş etmişdir. Dəfələrlə qardaşı və anası gedib Əfsanəni evlərinə gətirmiş, lakin bacısı ailəsinin dağılmaması üçün yenidən geri qayıtmışdır. Əfsanə onlara Akifin onu döyməsini, başından vurmasını demişdir. Bu olanlarla bağlı heç yerə şikayət etməmişdir. Şikayət etməmələrinin yeganə səbəbi bacısının ailəsinin dağılmasını istəməmələri olmuşdur. Akifin bacısını döyməsini bütün qohumları, qonşuları bilmişdir. Sonuncu dəfə, 2018-ci ilin yay aylarında Akif bacısını döydüyü üçün qardaşı onu evlərinə gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 21 radələrində bacısının qayınanası Narxanım qardaşı Etibara zəng edərək Əfsanənin vəziyyətinin pisləşməsini və xəstəxanaya getməsini demiş, onlar Əfsanə hamilə olduğundan doğuş vaxtı çatdığından Quba RMX-ya getmələrini fikirləşmişlər. Buna görə də qardaşı Etibar, anası, gəlinləri, əmisi və bibisinin əri Quba rayon mərkəzi xəstəxanasına getmiş, təxminən bir saatdan sonra qardaşı Etibar ona zəng edərək bacısının ölməsini desə də, hansı səbəbdən ölməsini deməmişdir. Bacısının meyitini gətirəndən sonra qardaşı ona bacısını Akifin və anası Narxanımın öldürməsini demişdir. İş üzrə şahid qismində dindirilmiş X3 və Şahid6 Emin Mustafayevin ifadəsində göstərilənlərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X8 həmkəndlisi Təqsirləndirilən şəxs arvadı olmuşdur. Onların təxminən 2-3 yaşında qızları olmuşdur. Həmçinin, bildiyinə görə Əfsanə Ağayeva 8-9 aylıq hamilə və yaxın günlərdə uşaq dünyaya gətirməli olmuşdur. Əfsanə ailədə əri Akif, qayınanası Narxanım və balaca qızı ilə birlikdə yaşamışdır. Akifin atası təxminən 1995-ci ildə avtoqəzada vəfat etmişdir. Onların evi ilə Akifgilin evi arasında məsafə təqribən 100 metr olmuşdur. 2010-cu ildən etibarən bir qonşu kimi Akifin evində hər hansı görülməli iş olduqda onu çağırmışlar. Onun Akif və onun ailəsi ilə qonşu kimi yaxşı münasibəti olmuş, aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Akif spirtli içkiyə meyilli insan olmuş, ildə 15-20 dəfə onların evinə iş görməyə getmiş, demək olar ki, həmişə Akifi sərxoş görmüşdür. Bundan başqa, çox vaxt küçədə də Akifi görən zaman onun sərxoş olmasını hiss etmişdir. O, Akiflə onun arvadı Əfsanə arasında dava-dalaş olmasını görməmiş, lakin Akifin arvadı Əfsanəyə qarşı kobud olduğunu, onun Akif tərəfindən acıladığının dəfələrlə şahidi olmuşdur. Təxminən hadisədən 15 gün əvvəl Akifin anası Narxanım ondan evlərinin qabağında çardaq qurmasını xahiş etdiyindən təxminən 3-4 gün onların evində işləmiş, işlədiyi müddətdə onların arasında dava-dalaşın olmasını görməsə də, Akifin Əfsanəyə mütəmadi onun və anası Narxanımın yanında “it qızı, kopayoğlun qızı” kimi nalayiq sözlər işlətməsini şahidi olmuşdur. Orada işlədiyi müddətdə Akifin arvadı Əfsanə ilə düzgün rəftar etməsini görməmiş, Əfsanənin də Akifin onu nalayiq sözlər işlədərək çağırmasından narazı olmasını hiss etmişdir. Belə ki, Akif bir dəfə də olsun Əfsanəni onun yanında normal ad ilə çağırmamış və onu nalayiq sözlər işlədərək, yəni “it qızı, köpək qızı” kimi sözlərlə təhqir edərək çağırmışdır. Hadisəyə qədər Əfsanənin intihara cəhd etməsini bilməsə də, hadisədən sonra Əfsanənin evli olan vaxt da bir dəfə intihara cəhd etməsini Akif və Narxanım danışan zaman eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Akifin anası Narxanım ona zəng edərək evin hasarının üzərində su yığılmasın deyə dəmir düzəltməsini xahiş etmiş, o Akifgilin evinə gəlmişdir. Evə daxil olduqda Akif evdə qaz sobasında ət qızartmış, həmin vaxt sərxoş olmuş və nəfəsindən spirt iyi gəlmişdir. Əfsanə isə öz otağında çarpayının üzərində oturmuş, onun əhval-ruhiyyəsinin yaxşı olmamasını hiss etmişdir. Belə ki, Əfsanə onun salamını alan zaman həmişəkindən fərqli olaraq gülərüz cavab verməmiş, başını aşağı salaraq nəsə fikirləşirmiş, üzünü sanki ondan gizlətmişdir. Əfsanənin belə etməsindən şübhələnmiş və evdə qan-qaraçılıq olmasını, o, evdə hadisə olmasını başa düşmüşdür. Narxanım ona çay süzmüş və içmişdir. Bir qədər sonra Akif siqaret almaq adı ilə evdən çıxaraq qonşuya, Laçının mağazasına getmiş və əlində balaca araqla evə gəlmişdir. Akif əlində araqla gəldikdən sonra əti qızartmağa davam etmiş, bu zaman Əfsanə otağından çıxaraq həyətə getdikdə Narxanım Əfsanəyə həyətdən soğan və qab gətirməsini demişdir. Əfsanə getsə də, gəlməmiş, Akif Əfsanənin gəlməməsini görüb onun harda qalmasını soruşaraq Əfsanəni axtarmaq məqsədi ilə həyətə çıxmış, bir qədər sonra qışqıraraq anası Narxanımı çağırmışdır. Narxanım çölə çıxmış, bu zaman o evdə olmuş, Akifin qızı qucağında oturmuşdur. Bir qədər sonra Narxanım onu çağırmış, o Akifin qızını zalda qoyaraq səsə tərəf getmiş, çölə çıxan zaman Əfsanənin həyətdə ağacın altında uzanılı vəziyyətdə, baş nahiyəsinin Narxanımın qucağında olmasını görmüş, nə baş verdiyini soruşduqda Narxanım Əfsanənin ürəyinin dayanmasını demişdir. Bu zaman Əfsanə xırıldamış, Akif, Narxanım və o köməkləşərək Əfsanəni evə gətirmiş və çarpayıya uzatmışlar. O, həmin vaxt Əfsanənin intihar etməsini bilməmiş, belə ki, ona Əfsanənin halının pisləşməsini və ürəyinin dayanmasını demişlər. Narxanım və Akif ona intihar barədə nəsə deməmiş, o Akifgilə həkim çağırmalarını məsləhət görmüş, bir qədər sonra Akif anasının telefonu ilə “103”-ə zəng etmiş, həmin vaxt Əfsanənin nəbzini yoxladıqda onun nəbzinin dayanmasını bilmişdir. Əfsanənin boğazında qaraltı ləkələr görmüş və şübhələnərək Narxanımdan bu barədə soruşmuş, Narxanım isə ləkələrdən xəbəri olmamasını demişdir. Əfsanəni təcili tibbi yardım briqadası apardıqdan sonra onlar polisə gəlmiş, həmin vaxt Narxanım ona Əfsanənin tövlədə özünü asmasını, tövlədən Akiflə çıxararaq ağacın altına gətirmələrini, sonra isə onu çağırmalarını, qorxudan ona bu barədə demədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2002-ci ildə Quba rayonu, İ Nügədi kənd sakini Şahid2 ilə ailə həyatı qurmuş və həmin vaxtdan İ Nügədi kəndində yaşamışdır. X8 onun bacısı qızı olmuş, Akiflə ailə qurmasına əri ilə vasitəçi olmuşdur. Belə ki, ərinin bacısının toyunda Akif Əfsanəni bəyənmiş, sonra isə onlar vasitəsilə ailələr birbirilərini tanımışlar. 2016-cı ildə Akiflə Əfsanə ailə qurmuş, onların birgə nikahından bir uşaqları olmuşdur. Akif fərdi qaydada fəhləliklə məşğul olmuş, Əfsanə isə evdar qadın olmaqla, heç yerdə işləməmiş, onu Akif dolandıraraq, yeməyini, paltarını almışdır. Əfsanə Akiflə nişanlı olan vaxtlarda aralarında söz-söhbət yaranmış, ona görə də Əfsanə nişanı geri qaytarmaq istəsə də, valideynləri razı olmamışlar. Onların arasında baş verən söz-söhbətin əsas səbəbi Akifin spirtli içkiyə meylli olması, içən zaman Əfsanə ilə kobud rəftar etməsi olmuşdur. Buna baxmayaraq Əfsanənin valideynləri, yaxın qohumları Akifin ailə qurduqdan sonra düzələcəyini fikirləşərək nişanın geri qaytarılmasına razı olmamış, həmçinin Akifin anası da dəfələrlə Əfsanəgilə gedib nişanın geri qayıtmamasını xahiş etmişdir. Əfsanə nişanlı vaxtı Akiflə aralarında olan mübahisəyə görə bir dəfə qoyun dərmanı içərək intihara cəhd etmiş, bütün bunlara baxmayaraq Akiflə Əfsanə ailə qurmuşlar. Akif spirtli içki qəbul edən zaman Əfsanə ilə pis rəftar etmiş, demək olar ki, mütəmadi spirtli içki qəbul etmiş, spirtli içki qəbul etmədikdə münasibəti normal olmuşdur. Ailə qurduqdan sonra o, Əfsanəyə baş çəkməyə gedərkən uşağı tərlədiyi üçün Əfsanədən əski parçası istədikdə Əfsanə ona ikinci mərtəbəyə getməsini demiş, ikinci mərtəbədə Əfsanə ona ağlayaraq Akifin nişan üzüyünü oğurlayaraq satmasını demişdir. O, Əfsanəyə təsəlli verərək narahat olmamasını demiş, həmin vaxt Əfsanənin ona deməsini qapının arxasında olan qayınanası Narxanım da eşitmişdir. Bundan sonra Narxanım onları aşağı evə çağırmış, bir daha onlara gəlməməsini, evin sirrini bayıra çıxarmamasını tapşırmışdır. Bu hadisədən bir həftə sonra Əfsanənin ad günü olmuş, Narxanım qayınanasına zəng edərək onun onlara getməsinə icazə verməməsini tapşırmışdır. Bir dəfə də 2018-ci ilin yay aylarında Əfsanənin qardaşı Etibar ərinə zəng edərək Akifin spirtli içki qəbul etməsini və Əfsanəni döyməsini deyərək onlara getmələrini xahiş etdiyidən əri ilə birlikdə Əfsanəgilə getmiş, həmin vaxt Əfsanə ağlamış, Akif tərəfindən döyülməsini bilmişdir. Akifin Əfsanəni döyməsinə səbəb Əfsanənin yarımçıq araq şüşəsini atması olmuş, həmin vaxt Əfsanə ona əlində bir ovuc saç göstərərək Akifin onu döyən zaman saçını yolmasını demişdir. Əfsanə ağlayaraq Akifin onu bir neçə gün öncə də döyməsini, həmin vaxt özündən getməsini və qayınanasının evə gələrək onu ayıltmasını demişdir. Həmin vaxt Narxanım işdə olmuş, bir qədər sonra gələrək Əfsanənin yalan danışmasını, əlindəki saçın Əfsanənin darağın üzərindən götürməsini demişdir. Bundan başqa bir dəfə qış aylarında Etibar zəng edərək yenə də Akifgilə getmələrini demiş, əri ilə birlikdə onlara getdikdə Akifin evin birinci mərtəbəsində 2 nəfərlə yeyibiçməsini, Əfsanənin isə evin ikinci mərtəbəsində soyuq otaqda uşaqla oturub ağlamasını görmüşdür. Əfsanədən nə baş verməsini soruşduqda Əfsanə 2-3 saat ərzində soyuq otaqda olmasını, Akifin onu döyərək yanlarından getməsini tapşırmasını, buna dözməyərək qardaşı Etibara zəng etməsini demişdir. Həqiqətən də Əfsanə və uşağı soyuqdan göyərmiş, onlar Əfsanəni və uşağı evə aparmaq istədikdə Akifin bacısı və yeznəsi Pənah da onlara gəlmiş, Akif Əfsanəni tutub buraxmaq istəmədikdə Pənah Akifi itələyərək Əfsanəni buraxmasını demişdir. Pənahın Akifə əsəbləşərək itələməsinin səbəbi onun Əfsanəyə və uşağa qarşı göstərdiyi qeyriinsani münasibəti olmuşdur. Akifin Əfsanəyə belə davranması tez-tez baş vermiş, dəfələrlə o, əri, Əfsanənin qardaşı Etibar gecə saatlarında Əfsanənin yanına getmiş, Akifin Əfsanəyə etdiklərinin şahidi olmuşlar. xx.xx.2019-cu ildə saat axşam saat təxminən 19 radələrində Etibar ərinə zəng edərək Əfsanənin vəziyyətinin pis olmasını, buna görə xəstəxanaya aparılmasını və onun yanına getmələrini xahiş etmişdir. Əfsanə hamilə olduğundan və uşağı dünyaya gətirməsinə az müddət qaldığından Əfsanəni doğum evinə aparmalarını fikirləşmişlər. Quba rayon mərkəzi xəstəxanasına doğum evinə getsələr də Əfsanə orada olmamış, daha sonra əri Rəmiş Akifin yeznəsi Pənaha zəng edərək Əfsanənin harada olmasını soruşduqda Pənah Əfsanənin meyitxanada olmasını demiş, sonradan Əfsanənin özünü asmasını öyrənmişlər. Həmin gün Əfsanə ilə Akifin arasında nə baş verməsi barədə maraqlandıqda Akifin sərxoş vəziyyətdə Əfsanə ilə yemək bişirmək üstündə mübahisə etməsini, həmin vaxt Əfsanəyə sillə vurmasını bilmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Akif 2015-ci ildə Quba rayonu, Yalavanc kəndindən X8 ilə nişanlanıb, 2016-cı ildə isə ailə qurmuş, onların birgə nikandan bir qızları olmuşdur. Akif fərdi qaydada fəhləliklə məşğul olmuş, Əfsanə isə evdar qadın olmaqla, heç yerdə işləməmiş, onu Akif dolandıraraq, yeməyini, paltarını almışdır. O, özü müxtəlif yerlərdə aşbaz işləməklə ailəyə köməklik etmişdir. Əfsanənin xalası həmkəndliləri Rəmiş deyilən şəxslə ailəli olaraq, onlarla eyni kənddə yaşamış, oğlu X16 bacısının toyunda görüb bəyənmişdir. Oğlu hələ ailə qurmamışdan əvvəl də spirtli içkiyə meyilli olmuş, ailə qurduqdan sonra da daimi spirtli içki qəbul etmişdir. Akiflə Əfsanə nişanlı olan zamanlardan yola getməmiş, onların sözü heç vaxt düz gəlməmişdir. Nişanlı vaxtlarında nişanı qaytarıb Akiflə Əfsanənin ailə qurmasına narazılıq olsa da, onların evlənəndən sonra düzələcəklərini, bir-biriləri ilə yola gedəcəklərini düşündüklərindən nişanı geri qaytarmamışlar. Akifin Əfsanə ilə spirtli içki qəbul etməsinə görə aralarında tez-tez mübahisələri düşmüş, belə ki, Əfsanə Akifin spirtli içki içməsini qəbul etməmiş, ona görə də daima Akifə narazılığını bildirirmişdir. X10 cavab qaytarmasına görə də aralarında mübahisələr düşmüş, mübahisə zamanı Əfsanə Akifə “sən kişi deyilsən” demiş, Akif də ona əsəbləşib “it qızı, köpəyqızı” deyərək başına sillə ilə bir ya iki dəfə vurmuşdur. Akiflə Əfsanənin ən çox mübahisləri təzə ailə qurduqları vaxt olmuş, həmin ili mütəmadi olaraq, sonradan isə müəyyən vaxtlarda aralarında mübahisələr düşmüşdür. X13 arasında mübahisə düşəndə Əfsanə ya onun, ya da ki Akifin telefonu ilə qardaşı Etibara zəng etmiş, Etibar isə ya özü Əfsanənin arxasınca gəlmiş, ya da xalası əri Rəmişə zəng edərək onu göndərmişdir. Müəyyən vaxtlarda mübahisələrinin sonunda Əfsanə atası evinə gedərək 10-15 gün qaldıqdan sonra yenidən ya qardaşı, ya da Akif onu evə gətirmişlər. xx xxxxxx 2019-cu ildə saat 17:45 radələrində o, işdən evə gəlmiş, evə gələn zaman oğlu Akif, gəlini Əfsanə və nəvəsi evdə olmuşlar. Əfsanə badimcan qızartması bişirmiş, Akif isə həyətdə işləmişdir. O, yuyunub Akifi yemək yeməyə çağırmış, Akif əl-ayağını yuyub içəri girmiş və qaz sobasının üzərindəki tavanın qapağını açdıqda, tavadakı badimcanın nehrə yağı ilə qızarıldığını görüb “bu nədir, yenə nehrə yağı ilə bişirmisən, bilmirsən ki, mən nehrə yağı yemirəm” deyə gileylənmiş və Əfsanəyə ət qızartmasını demişdir. Əfsanə isə ona “kişisən, yağ alardın da” deyə cavab vermişdir. Akif Əfsanəyə əti tavada yağsız qızartmasını desə də, Əfsanə Akifə “bişirmirəm, kişiliyin çatıb bir yağ ala bilmirsən” deyə cavab verib öz otağına keçmiş, arxasınca isə Akif otağa keçərək Əfsanəyə “sənə demişəm bu kişi söhbətini qutar” deyib sillə ilə Əfsanənin başına vurmuşdur. Bu vaxt o, Akifə qışqırıb “niyə vurdun ? yeyirsən ye, yemirsən yemə, belə hərəkətlər nəyə lazımdır” deyə irad bildirmiş, Akif isə ona “görmürsən sənin yanında hər dəfə mənə kişi deyilsən” deyir deyə cavab vermişdir. Bundan sonra Akif otaqdan çıxaraq əti soyuducudan çıxarmış və tavada bişirməyə başlamışdır. Akif əti bişirən vaxt qonşuları Axunbalanın oğlu Əli də gəlmişdir. Əli çardax qurduğuna və digər işlər gördüyünə görə onların evinə gəlib-gedən adam olmuşdur. Əli içəri daxil olub stolda oturmuş, Akif də tavada ət bişirmişdir. Əfsanə isə qızı ilə birlikdə öz otaqlarında çarpayının üstündə oturmuşdur. O, Əliylə çay içən zaman Akif ondan siqaret almaq üçün pul istəmiş, o, Akifə 1 manat 60 qəpik pul vermiş, Akif qonşuları Laçının mağazasına getmişdir. Təxminən 5 dəqiqə sonra Akif gəlib yenidən sobanı yandırmış və əti qızartmağa davam etmişdir. Əti qızardan zaman Əfsanədən soğan verməsini istəmiş, Əfsanə isə Akifə cavab verməyərək yerindən qalxıb çölə çıxmışdır. Akifin üzü pəncərəyə tərəf olduğuna görə Əfsanənin çıxmasını görməmişdir. Əfsanə çölə çıxan zaman o, Əfsanəyə qabları da gətirməyi, yeməklərini yeməyi demişdir. Təxminən 10 dəqiqə sonra Akif əti qızardıb qurtarmış və arxaya çönüb Əfsanəyə çörək yemək üçün qabları gətirməyi demişdir. Otağa baxdıqda Əfsanənin otaqda olmadığını görüb harada olmasını soruşmuş, o Akifə Əfsanənin soğan gətirmək üçün getdiyini demişdir. Bundan sonra Akif çölə çıxaraq Əfsanəni səsləmiş, lakin Əfsanə cavab verməmişdir. O, Akifə soğanın yuxarda eyvanda olduğunu bildirərək həmin yerə baxmasını demiş, bundan sonra Akif Əfsanənin tövlə də olmadığını bildirərək ondan fənəri götürmüş və evin arxasına, ot tayası yığdıqları yerə baxmağa getmişdir. Təxminən 5 dəqiqə sonra Akif evin arxasındakı pəncərədən qışqıraraq Əfsanənin ürəyinin getdiyini demiş, o tez evin arxasına qaçmışdır. Bu zaman evin arxasında otları yığdıqları yerdə Akifin yerdə oturduğunu, Əfsanənin isə başının onun ayağının üstündə olduğunu görmüş, o, nəyə görə ürəyi getdiyini soruşduqda Akif ona ürəyi getmədiyini, Əfsanənin özünü asdığını demişdir. O, başını yuxarı qaldırıb tavanda ipi görmüş və Əfsanəni tez yerə uzadıb, burnunu tutub, ağzı ilə nəfəs verməyə başlamışdır. Əli ilə sinəsini ovxalayıb, sinəsini basaraq Əfsanəni ayıltmağa çalışmış, Əfsanə xırıldamışdır. Təxminən 5 dəqiqə ovxaladıqdan sonra soyuq olduğunu görüb Akifə Əfsanəni içəri aparmasını demiş və bir yerdə Əfsanəni oradan götürüb evin yanına kimi gətirmiş, lakin gücləri çatmadığından yerə qoyub, Əlini çağırmışlar. Biyabr olacaqlarından utandığı üçün Əliyə Əfsanənin özünü asmasını deyil, ürəyinin getməsini demişdir. Əli gəldikdən sonra bir yerdə Əfsanəni götürüb evə aparmış və çarpayısına uzatmışlar. O, Əfsanənin sinəsini, əllərini ovxalayaraq, Akifə təcili tibbi yardım çağırmasını demiş və Əlini yola təcili tibbi yardımın qabağına çıxmağa göndərmişdir. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım briqadası gələrək, Əfsanəni yoxlamış, burnuna dərman vurmuş, təzyiqini yoxlayaraq təzyiqinin olmamasını bildirərək təcili xəstəxanaya aparılmalı olmasını deyərək Əfsanəni təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Xəstəxanaya çatan zaman həkim Əfsanəni meyitxanaya aparmağı demiş, bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum X8 qaynı Akifin arvadı olmuşdur. Onun həm Əfsanə ilə, həm də Akiflə yaxşı münasibətləri olmuşdur. Əfsanə Quba rayonunun, Yalavanc kəndindən olmuş, Akiflə 3 yaşında bir qızları olmuşdur. Akiflə Əfsanənin tanış olmasında, ailə qurmasında vasitəçi həmkəndlisi Rəmiş olmuşdur. Belə ki, Rəmişin arvadı Əfsanənin xalası olduğundan Rəmiş Əfsanə ilə ailə qurmağı Akifə məsləhət görmüş, onlar ailə qurduqdan sonra ər-arvad kimi bir-birilərinə hörmət etməmiş, tez-tez mübahisə etmişlər. Mübahisələrinə səbəb Akifin spirtli içkiyə meyillə olması, tez-tez spirtli içki qəbul etməsi, həmçinin, Əfsanənin Akifi ər kimi saymaması, ona qarşı laqeyd münasibət bəsləməsi olmuşdur. Əfsanə həmişə onu istədiyi insana vermədiklərini, Akiflə öz istəyi ilə ailə qurmamasını demiş, ona görə aralarında daimi mübahisə olmuşdur. Əfsanə Akifi nalayiq sözlərlə təhqir etdiyindən, müəyyən vaxtlarda Akif Əfsanəyə bir sillə də vurmuş, lakin onların arasında adətən söz mübahisəsi baş vermişdir. 2017-ci ilin payız-qış aylarında qayınanası Narxanım Rusiyada olan zaman günorta saatlarında o evdə olarkən Akif onlara gəlmiş və ona Əfsanəni qardaşı Etibarın gəlib apardığını demiş, Akifdən bunun səbəbini soruşduqda Akif spirtli içki içib yatdığını, Əfsanənin onu oyadan zaman aralarında mübahisə yarandığını, ona görə də Əfsanənin əsəbləşərək qardaşına zəng edib onu aparmasını xahiş etməsini demişdir. Bundan sonra o Etibara zəng edərək nəyə görə onlara xəbər etmədən Əfsanəni apardığını soruşmuşdur. Belə ki, Akiflə Əfsanə arasında əvvəllər də mübahisə olduqda həm Akif, həm də Etibarın özü bu barədə ona demişlər. Dəfələrlə Etibar ona zəng edərək Akiflə Əfsanənin dalaşdığını deyərək onların evinə getməsini, onları sakitləşdirməsini xahiş etmişdir. O da həmişə gedib onlara baş çəkmiş, çox vaxtı o gedənə kimi artıq Akiflə Əfsanənin mübahisəsi qurtarmışdır. O, Etibarla danışaraq Əfsanəni evinə gətirməsini demiş, Etibar da növbəti gün axşam anası ilə birlikdə Əfsanəni geri gətirmişlər. Həmin vaxt o, arvadı, Rəmiş və onun arvadı Elnarə də Akifgildə olmuşlar. Həmin vaxt Akif Etibarla mübahisə edərək ona bir də onların evinə gəlməməsini demiş, bundan sonra o Etibarı öz evinə aparmış, Etibar həmin gecəni onlarda qalmışdır. O, Etibara bacısının Akifə qarşı olan hörmətsiz münasibətlərini demiş, bundan başqa, təklikdə dəfələrlə Akifin özünü də başa salaraq spirtli içki içməməsini, içib ailədə mübahisə yaratmamasını tapşırmışdır. Demək olar ki, Akifin ailəsində söz-söhbət spirtli içki üstündə yaranmış, Akif Əfsanə ilə dalaşarkən Əfsanəyə “qanmaz” sözünü tez-tez işlətmiş, Əfsanə Akiflə dalaşarkən ona “sən məni bura dustaq gətirmisən, məni evdən çölə çıxarmırsan, heç yerə aparmırsan, bezmişəm, mən belə yaşamaq istəmirəm” demişdir. Əfsanə Akiflə dalaşan zaman dəfələrlə bezdiyini, özünü öldürəcəyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və xx.xx.2019-cu il tarixdə tarixdə Quba rayon məhkəməsinin qərarı ilə barəsində 3(üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən MTE və PA-nın ETT Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli rəyindən görünür ki, mərhum X4 meyitinin xarici müayinəsi zamanı boynunda təkqat, qapanan, sağ yan atipik stranqulyasiya şırımı, alt çənəsinin sol yan səthində və bel nahiyəsində sıyrıqlar, daxili müayinəsi zamanı stranqulyasiya şırımı boyunca yumşaq toxumalarının daxili səthinə xırda ölçülü zəif ifadə olunan qansızmalar, baş-beyin maddəsinin ödemi, ağciyərdə atelektaz və emfizema ocaqları, qırtlaq qıqırdaqların sınıqları, ümumi yuxu arteriyasının daxili səthində cırılmalar, epikard qişası altına nöqtəvari qansızmalar, daxili üzvlərinin doluqanlılığı, kişi cinsli uşaq meyiti (dölün) antropometrik göstəricilərinə görə normal inkişaf etmiş (uzunluğu 43 sm, başının çevrəsi 32 sm, döş çevrəsi 31 sm, çəkişi 3200 qr.) ana bətnində 38-39 həftəlik inkişaf etmiş (səkkiz-doqquz aylıq döl) hamiləlik vəziyyətinə uyğun gəlməsi müəyyən edilmişdir; histoloji müayinədə dəridə bəzi kiçik sahələrdə aşkar edilmiş zəif ifadə olunan dəyişikliklər sıxılmadan əmələ gələ bilər, baş beyin madəsinin ödemi, yumşaq qişada tək-tək xırda ocaqlı qansızmalar, ağçiyərdə xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları, miokardda xırda ocaqlı qansızmalar, uşaqlıq preparatlarında hamiləlik əlamətləri aşkar edilmişdir; kimyəvi müayinədə etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Boynun stranqulyasiya şırımı, başbeyin maddəsinin ödemi, yumşaq qişada tək-tək xırda ocaqlı qansızmalar, ağciyərlərin emfizematozluğu boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində əmələ gəlmişdir. Mərhum X5 boyun nahiyəsində olan qalxan-çəp istiqamətdə gedərək qapanan, təkqat, həyati, sağ yan atipik yerləşmiş stranqulyasiya şırımı ölümündən az əvvəl asılma zamanı boynun ilgəklə sıxılmasından əmələ gəlmişdir və asfiksiya törətdiyindən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Mərhum X5 bədəni üzərində aşkar edilmiş xəsarətlərdən alt çənəsinin sol yan səthindəki sıyrıq ölümündən bir az sonra (meyitin ilgəkdən azad olunması zamanı), bel nahiyəsindəkı isə sıyrıq və ya hər hansı bir dermatitdən sonrakı vəziyyət ölümündən 5-6 gün əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə malikdirlər. Mərhum X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Mərhum X5 meyitin bədəni üzərində asılmanı imitasiya etməyə göstərən hər hansı əlamət aşkar edimədi. Mərhum X5 bədən səthində asılmanı imitasiya etməyə göstərən hər-hansı əlamətlər aşkar edilmədi. Mərhum X5 ölümünə səbəb özü-özünü asaraq boyun üzvlərinin ilgəklə sıxılmasından törəyən mexaniki asfiksiya olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 5051 nömrəli rəyindən görünür ki, X4 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan psixogen-depressiv reaksiya əlamətləri müşahidə olunmur. X11 özünü öldürməzdən əvvəlki dövrdə sinir-psixi gərginlik halını keçirmişdir. X4 özünü öldürməzdən əvvəlki dövrdə keçirdiyi sinir-psixi gərginlik halı qarşılaşdığı şəraitlə - həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranan söz-söhbətlər, mübahisələr, münaqişələr və həyat yoldaşı tərəfindən dəfələrlə söyülüb döyülməsindən bezməsi ilə səbəbli-nəticə əlaqəsində olmuşdur. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasına əsasən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı bir ruhi- əsəb xəstəlik (xroniki psixi xəstəlik) keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Eqosentizm, kobudluq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. İş materiallarına əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2019-cu il tarixli, 700 nömrəli tibbi müayinə protokolundan görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi kənd üzrə icra nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 1063 saylı məktubundan görünür ki, xx xxxxx 1985-ci ildə anadan olmuş, azərbaycanlı, orta təhsilli, Quba rayonu, İ Nügədi kənd sakini Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kənd camaatı və həmyaşıdları arasında özünü intizamlı aparmış, münaqişəli ailə kimi qeydə alınmamışdır. Ailəli olmaqla bir övladı olmuşdur. Onun barəsində İ Nügədi İƏD üzrə nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, DİN-nin Baş Əməliyyat və X1 Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs mərhum X12 ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Dünyam Ağayeva adlı azyaşlı uşaqları vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin cinayət tərkibi var. Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2016-cı ilin noyabr ayında evlənərək ailə qurduğu X8 ilə Quba rayonu İ Nügədi kəndində birgə yaşadıqları müddətdə yalnız özü işləməklə ailənin yeganə qazanc mənbəyi olaraq ailə qurduqdan 2-3 ay sonra mütamadi qəbul etməklə aludəçisi olduğu spirtli içkilərin təsiri altında heç yerdə işləməməklə maddi cəhətdən ondan asılı olan arvadı Ə.Ağayevanı onun davamlı olaraq spirtli içki qəbul etməsinə etiraz etdiyindən aralarında ailə münaqişəsi zəmnində dəfələrlə baş vermiş münaqişələrin sonunda nalayiq sözlərlə söyərək ləyaqətini alçatmaqla əl ilə vurub onu döymüş, bundan sonra yenə amansız rəftar edərək 2017-ci ilin sonlarında yaşadığı evin birinci mərtəbəsində tanışları ilə spirtli içki qəbul edən zaman Ə.Ağayevanı özlərinin olduğu isti otaqdan qovub körpə uşağı ilə birlikdə həmin evin ikinci mərtəbəsindəki soyuq otağa göndərərək soyuqdan bədəni göyərməklə sonuncuya psixi və fiziki istirab verib ləyaqətini alçaltmış, bundan başqa yenə 2018-ci ilin yay aylarında Ə.Ağayevanın evdə içərisində spirtli içki olan şüşəni atmasını bəhanə edərək sonuncu ilə amansız rəftar edib nalayiq sözlərlə söyərək ləyaqətini alçatmaqla saçlarını yolaraq fiziki ağrı yetirmiş, daha sonra Ə.Ağayevaya qarşı şiddəti artıraraq mütəmadi olaraq hər ay iki-üç dəfə olmaqla sonuncu ilə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı digər ailə üzvlərinin, o cümlədən öz anası Şahid1 İman qızının yanında ona “itin və köpəyin qızı” kimi nalayiq ifadələrlə xitab etmiş, Ə.Ağayeva etiraz etdiyi halda isə bununla bərabər həm də əl ilə onun boyun və kürək nahiyyələrindən zərbələr vurmaqla döyüb fiziki və psixi iztirablar verərək sonuncuya qarşı amansız rəftar etməklə ləyaqətini alçatmış, Ə.Ağayeva onun və qayınanasının mobil telefonu ilə gizlin şəkildə anasına və qardaşına zəng edərək bu barədə məlumat verib ata evinə aparmalarını xahiş etmiş, lakin ata evində bir müddət qaldıqdan sonra ailəsinin dağılmaması xatirinə bu barədə müvafiq hüquq-mühafizə orqanlara məlumat verməməklə ailəsinin yanına qayıtmış, bununla belə Ə.Ağayevaya qarşı amansız rəftarını, ləyaqətinin mütamadi olaraq alçaltmasını davam etdirərək, sonda xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Quba rayonu İ Nügədi kəndində yaşadıqları evdə ailə münaqişəsi zəmnində aralarında yenə də məişət zəmnində cüzi səbəbdən baş vermiş mübahisəni bəhanə edərək spirtli içki qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə xüsusi qəddarlıq nümayiş etdirməklə anası Şahid1 və azyaşlı uşağının gözü qarşısında təkrar eyni tipli nalayiq ifadələrlə Ə.Ağayevanı söyüb təhqir edərək 8-9 aylıq hamilə olduğunu bildiyi halda arvadı Ə.Ağayevanın boyun nahiyyəsindən əl ilə vuraraq təkrarən amansız rəftar etmiş, sonuncu ona qarşı davamlı olaraq edilən hərəkətlərin məcmusu nəticəsində bu kimi yaşayış tərzindən bezərək özünü öldürmək qənaətinə gəlmiş və bu məqsədlə həmin gün saat 19:15 radələrində yaşadığı evin arxasına gedib oradakı yardımçı tikilinin tavanından özünü kəndir ilə asıb intihar edərək boyun üzvlərinin ilgəklə sıxılmasından törəyən mexaniki asfiksiya nəticəsində ölməklə ondan maddi və sair cəhətdən asılı olmuş X6 onunla amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçatma yolu ilə özünü öldürmə həddinə çatdırması sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CM-nin 125-ci maddəsində nəzərdə tutulan - təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 125-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Prokurorluğunun “maddi sübutlar” otağında saxlanılan 01 (bir) ədəd kəndir hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manatTəqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Prokurorluğunun “maddi sübutlar” otağında saxlanılan 01 (bir) ədəd kəndir hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-47/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-47/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver