Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-47/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrta təhsilli, subay, işləməyən. Quba rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Quba rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 04 ay, 01 gün hissəsi 01 il azaldılmış, Quba rayonu Rustov kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx xxxxxxxx 1998-ci il tarixdə Quba rayonu Zərdabi qəsəbəsində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən və Quba rayonu Zərdabi qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq həmin qəsəbədə yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cimaddələri Müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu 01 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Quba şəhəri C.Cabbarlı küçəsində «Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçərkən oradakı boş ərazidə Quba şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 7 baş keçinin otladığını görüb həmin keçilərin nəzarətsiz qaldığına əmin olaraq Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək qərarına gəlib hər birinin diri çəkisi 30 kq-lıq, qiyməti 350 manat olan 6 baş “Sanel” dişi cinsli, diri çəkisi 30 kq olan qiyməti 300 manat olan 01 başı isə “Hələb” erkək cinsli olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2400 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə 04 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Quba rayonu Alekseyevka kəndi ərazisindəki hər tərəfi açıq olan bağ sahəsindən ona məxsus 1100 manat dəyərində, diri çəkisi 250 kq olan, 4 yaşlı, dişi cinsli bir baş inəyini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Quba rayonu Zizik kəndi ərazisində yerləşən “Təkarmud” adlı çöl sahəsindən ona məxsus 1150 manat dəyərində çəkisi 270 kq olan, 4 yaşlı, dişi cinsli, bir baş inəyini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 oğlu 01 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Quba şəhəri C.Cabbarlı küçəsində «Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçərkən oradakı boş ərazidə Quba şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus 7 baş keçinin otladığını görüb həmin keçilərin nəzarətsiz qaldığına əmin olaraq Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək qərarına gəlib hər birinin diri çəkisi 30 kq-lıq, qiyməti 350 manat olan 6 baş “Sanel” dişi cinsli, diri çəkisi 30 kq olan qiyməti 300 manat olan 01 başı isə “Hələb” erkək cinsli olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2400 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə 04 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Quba rayonu Alekseyevka kəndi ərazisindəki hər tərəfi açıq olan bağ sahəsindən ona məxsus 1100 manat dəyərində, diri çəkisi 250 kq olan, 4 yaşlı, dişi cinsli bir baş inəyini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Quba rayonu Zizik kəndi ərazisində yerləşən “Təkarmud” adlı çöl sahəsindən ona məxsus 1150 manat dəyərində çəkisi 270 kq olan, 4 yaşlı, dişi cinsli, bir baş inəyini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, Quba rayonu Rustov kəndində yaşayır. Subaydır və heç bir yerdə işləmir. Quba rayonu Zərdabi qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 onun yaxın dostudur. 01 noyabr 2021-ci il tarixdə iş axtarmaq məqsədilə o, Tərlanla birlikdə Quba şəhərinə gəlmişdir. Həmin günü saat 15 radələrində Quba şəhərinin mərkəzində piyada hərəkət etdikləri zaman Tərlan ona “Qafqaz oil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı boş ərazidə 07 baş keçinin otladığını göstərmiş və onların sahibsiz otladığını başa düşüb həmin keçiləri oğurlamaq qərarına gəlmişlər. Bundan sonra onlar keçiləri qabaqlarına qataraq oradan uzaqlaşmışlar. Yolda Tərlan qəssab tanışı Əliheydərə zəng edərək ona satılıq 07 baş keçilərinin olmasını bildirikdə sonuncu həmin heyvanlara baxmaq üçün gətirmələrini istəmişdir. Əliheydərlə danışdıqdan sonra onlar həmin 07 baş keçini otara-otara Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Əliheydərin işlətdiyi heyvan anbarına aparmışlar. Əliheydər həmin heyvanlara baxdıqdan sonra, keçiləri onlardan 250 manata ala biləcəyini bildirmişdir. Əliheydərin təklif etdiyi qimətlə razılaşdıqdan sonra, Əliheydər əvvəlcə onlara 100 manat, sonrakı günlər isə Tərlana hər dəfəsində 50 manat olmaqla daha 100 manat da vermiş və 50 manat borclu qalmşdır. Onlar oğurladığı keçilərin satışından əldə etdikləri puları aralarında bərabər şəkildə bölmüşlər. Bundan başqa 04 noyabr 2021-ci il tarixdə saat 18 radələrində o, Tərlanla birlikdə Quba rayonu Alekseyevka kəndi ərazisində yol ilə piyada getdikləri zaman yolun kənarındakı hər tərəfi açıq olan bağ sahəsində kəndirlə bağlı vəziyyətdə 01 baş qırmızı ala rənğli inəyi görüb onun kəndirini açaraq oğurlamışlar. Sonra Tərlan həmin inəyi satmaq üçün Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan və heyvandarlıqla məşğul olan Rəşad adlı tanıdığı şəxsə zəng edərək ona satılıq inək olmasını bildirmişdir. Rəşad adlı şəxs inəyə baxmaq istədiyini bildirdikdə, Tərlan Rəşaddan inəyi onun yaşadığı ünvana aparmaq üçün maşın göndərməsini xahiş etmişdir. Bundan sonra onlar Rəşadın göndərdiyi yük daşıyan qoşqusu olan “VAZ 2104” markalı nömrəsini xatırlamadığı avtomobillə oğurladıqları həmin inəyi Quba rayonu Zərdabi qəsəbəsinə aparıb Rəşadla razılaşaraq həmin heyvanı sonuncuya 550 manata satıb əldə etdikləri pulu aralarında bölmüşlər. Daha sonra isə 06 noyabr 2021-ci il tarixdə saat 15 radələrində yenə Tərlanla oğurluq etmək məqsədilə Quba rayonu Zizik kəndi ərazisində piyada hərəkət etdikləri zaman həmin kəndin ərazisindəki otlaq sahəsində ağ-qara rəngli 01 baş inəyin kəndirlə bağlı olduğunu görmüşlər. Onlar ətrafa baxıb heç bir kəsin olmadığını görüb inəyin kəndirini açaraq həmin inəyidə qabaqlarına qataraq oradan uzaqlaşmışlar. Ordan üzaqlaşdıqdan sonra, Tərlan yenidən Rəşadla telefonda danışıb satılıq inək barədə sonuncuya məlumat vermiş, bu dəfə də Rəşadın göndərdiyi nömrəsini xatırlamdığı “Qazel” markalı yük avtomobilində oğurladıqları inəyi Quba rayonu Zərdabi qəsəbəsinə aparmışlar. Rəşad inəyə baxdıqdan sonra, inəyi onlardan 680 manata almışdır. O, Tərlanla həmin inəyin satışından əldə etdikləri pulu da bərabər bölüşmülər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1, oğurladıqları 07 baş keçinin və 2 baş inəyin oğurluq olması barədə heyvanları satmış olduqları Əliheydər və Rəşad adlı şəxslərin məlumatlarının olmamasını, oğurlayıb satdıqları heyvanları sahiblərinə qaytardıqlarını və onlarla barışıq əldə etdiklərini, törətdiyi əməldən peşiman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Quba rayonu Zərdabi qəsəbəsində yaşayır. Subaydır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun yaxın dostudur. 01 noyabr 2021-ci il tarixdə saat 15 radələrində o Eminlə Quba şəhərinin mərkəzində piyada hərəkət etdiyi zaman “Qafqaz oil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı boş ərazidə 07 baş sahibsiz otlayan keçi görüb, Eminlə razılaşdıqdan sonra həmin keçiləri oğurlamaq qərarına gəlmişlər. Onlar ətrfda heç bir kəsin olmadığını görüb keçiləri qabaqlarına qataraq oradan uzaqlaşmışlar. Yolda o, qəssab tanışı olan Əliheydər adlı şəxsə zəng edərək ona satılıq 07 baş keçinin olmasını bildirmişdir. Əliheydər ona bildirmişdir ki, heyvanları Quba rayonunun Zərdabi qəsəbəsinə onun olduğu yerə gətirsin. Bundan sonra o, Eminlə birlikdə həmin 07 baş keçini piyada Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Əliheydərin işlətdiyi heyvan anbarına aparmışlar. Əliheydər həmin heyvanlara baxdıqdan sonra, keçiləri 250 manata ala biləcəyini onlara bildirmişdir. Əliheydarın təklif etdiyi qiymətlə razılaşdıqdan sonra, Əliheydər həmin vaxt onlara 100 manat vermiş, sonrakı günlər isə ona hər dəfəsində 50 manat olmaqla daha 100 manat da vermiş və 50 manat borclu qalmışdır. O, əldə etdikləri pulu Eminlə bərabər şəkildə bölmüşdür. Bundan başqa 04 noyabr 2021-ci il tarixdə saat 18 radələrində o, Eminlə birlikdə Quba rayonu Alekseyevka kəndi ərazisində yol ilə piyada getdikləri zaman yolun kənarındakı hər tərəfi açıq olan bağ sahəsində kəndirlə bağlı vəziyyətdə 01 baş qırmızı ala rənğli inəyi görüb həmin inəyidə oğurlamaq qərarına gəlmişlər. Onlar ətrafda heç bir kəsin olmadığınından əmin olub inəyin kəndirini açaraq onu da qabaqlarına qatıb oradan uzaqlaşmışlar. Yolda inəyi satmaq üçün rayonun Zərdabi qəsəbəsində yaşayan və heyvandarlıqla məşğul olan Rəşad adlı tanıdığı şəxsə zəng edərək ona satılıq inək olmasını bildirmiş və həmin vaxtı Rəşad inəyə baxıb onu almaq fikrinə düşdükdə, Rəşaddan inəyi dediyi yerə aparması üçün maşın göndərməsini xahiş etmişdir. Sonra o, Eminlə birlikdə Rəşadın göndərdiyi yük daşıyan qoşqusu olan “VAZ 2104” markalı nömrəsini xatırlamadığı avtomobillə oğurladıqları həmin inəyi Quba rayonu Zərdabi qəsəbəsinə aparmışlar. Rəşad inəyə baxdıqdan sonra onu 550 manata ala biləcəyini onlara bildirmişdir. Onlar Rəşadın təklif etdiyi qiymətlə razılaşb inəyi ona 550 manata satıb əldə etdikləri pulu aralarında bölmüşlər. Daha sonra isə 06 noyabr 2021-ci il tarixdə saat 15 radələrində yenə Eminlə oğurluq etmək məqsədilə Quba rayonu Zizik kəndi ərazisində piyada hərəkət etdikləri zaman həmin kəndin ərazisindəki otlaq sahəsində ağ-qara rəngli 01 baş inəyin kəndirlə bağlı olduğunu görmüşlər. Onlar ətrafda kənar şəxslərin olmadığını görüb inəyin kəndirini açaraq onu da qabaqqlarına qataraq oradan uzaqlaşmışlar. Yolda o, yenidən Rəşadla zəng edib satılıq inəyi olmasını bildirmişdir. Sonra o, Eminlə birlikdə Rəşadın göndərdiyi nömrəsini xatırlamdığı “Qazel” markalı yük avtomobilində oğurladıqları inəyi rayonun Zərdabi qəsəbəsinə aparmışdır. Rəşad inəyə baxdıqdan sonra onlar inəyi ona 680 manata satıb əldə etdikləri pulu aralarında bölmüşlər. İfadəsinin sonunda O, Eminlə həmin inəyin satışından əldə etdikləri pulu da bərabər bölüşmülər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 oğurladıqları 07 baş keçinin və 2 baş inəyin oğurluq olmasısı barədə heyvanları satmış olduqları Əliheydər və Rəşad adlı şəxslərin məlumatlarının olmamasını, oğurlayıb satdıqları heyvanları sahiblərinə qaytardıqlarını və onlarla barışıq əldə etdiklərini, törətdiyi əməldən peşiman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki o, 01 noyabr 2021-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus hər birisinin ayrıayrılıqda diri çəkisi 30 kq olan 06 başı “Sanel” dişi cinsli, 01 başı isə “Hələb” erkək cinsli olan cəmisi 07 baş keçilərini yaşadığı evinin yaxınlığında Quba şəhəri C.Cabbarlı küçəsində «Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı boş əraziyə otlamaq üçün biraxmışdır. Həmin günü axşam vaxtı keçilərini otladığı yerdə aşkar etmədikdə əvvəlcə onların itmiş ola biləcəyini düşünüb onları bir neçə gün axtarmış, lakin tapa bilmədikdə keçilərinin oğurlandığı barədə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus olan keçiləri Quba rayon sakinləri Emin və Tərlan adlı şəxslər oğurlamışlar. İfadəsinin sonunda X8 təqsirləndirilən şəxslərlər tərəfindən oğurlanmış 7 baş keçinin ona qaytarılmasını bildirərək təqsirləndirilən şəxslərlə barışdığını, və onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, 04 noyabr 2021-ci il tarixdə saat 07 radələrində özünə məxsus diri çəkisi 250 kq olan 4 yaşlı, dişi cinsli, qırımızı ala rəngli, 01 baş inəyini yaşadığı Quba rayonu Alekseyevka kəndi ərazisindəki hər tərəfi açıq olan bağ sahəsində otlamaq üçün bağlamışdır. Həmin günü axşam vaxtı inəyini otladığı yerdə görməyib onu axtarmağa başlamışdır. İnəyi tapmadıqda, inəyinin oğurladığını düşünüb bu barədə 07 noyabr 2021ci il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasənda rayon polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus bir baş inəyi Quba rayon sakinləri Emin və Tərlan adlı şəxslər oğurlamışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona məxsus olan bir baş oğurlanmış inəyin təqsirləndirilən şəxslərlər tərəfindən ona qaytarıldığını bildirərək təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə səhər saatlarında özünə məxsus diri çəkisi 270 kq olan 4 yaşlı, dişi cinsli, 01 baş inəyi yaşadığı Quba rayonu Zizik kəndi ərazisində yerləşən “Təkarmud” adlı çöl sahəsində otlamaq üçün bağlamışdır. Həmin günü axşam vaxtı inəyini otladığı yerdə aşkar etmədikdə onu səhərə kimi axtarıb tapmadıqda inəyinin oğurladığını düşünüb bu barədə 07 noyabr 2021-ci il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasənda polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus olan bir baş inəyi Quba rayon sakinləri Emin və Tərlan adlı şəxslər oğurlamışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona məxsus olan bir baş oğurlanmış inəyin təqsirləndirilən şəxslərlər tərəfindən ona qaytarıldığını bildirərək təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba rayonu Zərdabi zəsəbəsində valideynləri ilə birlikdə yaşayır. Subaydır, hazırda heyvandarlıqla məşğul olur. Təqsirləndirilən şəxs2 qəsəbə sakini kimi tanıyır, aralarında qohumluq əlaqəsi, şəxsi ədavət və düşmənçilik yoxdur. 2021-ci ilin noyabr ayının əvəllərində Tərlan ona zəng edərək, satılıq keçilərinin olduğunu ona bildirmişdir. Heyvanlara baxmaq üçün o, Tərlandan xahiş etmişdir ki, heyvanları onun yaşadığı qəsəbədə yerləşən heyvan saxladığı yerə gətirsin. Bir qədər sonra Tərlan, Emin adlı şəxslə birlikdə 07 baş keçini heyvan saxladığı yerə gətirmişlər. Həmin vaxt Tərlan bildirmiş ki, heyvanları sosial müdafiə fondundan yardım kimi onlara vermişlər. Lakin saxlamağa yerləri olmadığına görə onları satmaq qərarına gəlmişdir. Keçilər arıq olduğu üçün əvvəlcə onları almaqdan imtina etmişdir. Sonra Tərlan təkid etdiyi üçün ona inanmış, və keçiləri ondan pulu hissə-hissə ödəmək şərti ilə 250 manata almaq istədiyini bildirmişdir. Tərlan onunla razılaşdıqdan sonra, həmin puldan 100 manatını nağd vermiş, bir neçə gün sonra isə qalan borcunu Tərlana ödəmişdir. Sonradan Quba rayon polis şöbəsinin əməkdaşları evinə gəldikdə bilmişdir ki, Tərlanın ona satdığı keçilər oğurluq olmuşdur və həmin keçiləri polis əməkdaşlarına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki o, Quba rayonu Zərdabi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir. Hal-hazırda özünə məxsus heyvanlara baxıb fərdi təsərrüfatçılıqla məşğul olaraq ailəsini dolandırır. O, Təqsirləndirilən şəxs2 tanıyır. Tərlan onun həmyerlisidir. Aralarında qohumluq əlaqələri yoxdur. Aralarında heç vaxt şəxsi ədavət və ya düşmənçilik halları olmamışdır. Təqsirləndirilən şəxs1 tanısa da onunla heç vaxt şəxsi münasibəti olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Tərlan ona zəng edərək satılıq 01 baş inəyinin olduğunu demişdir. Onun deməsinə görə həmin heyvanı məşğulluqdan almış və saxlamağa yeri olmadığı üçün satmaq istəyir. O, həmin inəyi almağa etiraz etməmiş və ona baxmaq üçün gətirməsini demişdir. Lakin Tərlan heyvanı gətirməyə maşın olmadığı üçün, ondan xahiş etmiş ki, yaşadığı qəsəbənin giriş hissəsində “Qartal” adlanan yerə maşın göndərsin. Bundan sonra o, yoldan keçən qoşqusu olan ağ rəngli “VAZ 2104” markalı nömrəsini xatırlamadığı avtomobili əl edərək saxlamış və ondan “Qartal” olan yerə gedib oradan 01 baş inəyi verdiyi ünvana gətirməsini xahiş etmişdir. Həmin maşın bir neçə dəqiqədən sonra Tərlan və Eminlə birlikdə qırmızı ala rəngli inəyi onun həyətinə gətirmişdir. Sürücüyə 20 manat zəhmət haqqı verib yola salmışdır. Sonra Tərlanla heyvana baxıb onun qiymətini 550 manata razılaşmışlar. Həmin vaxtı o, nağd olaraq Tərlana 550 manat vermişdir. Bu zaman Emində yanlarında olmuşdur. Bir neçə gündən sonra isə Tərlan yenə zəng edərək bildirmiş ki, dostu Emində öz inəyini satmaq istəyir. Tərlan ondan xahiş etmiş ki, həmin inəyə də baxıb onu alsın. Tərlan həmin baxt ona bildirmişdir ki, inəyi “Qartal” adlanan yerə sürücüsünü tanımadıqları maşınla gətiriblər. Həmin vaxt o, Tərlana demişdir ki, elə həmin maşınla inəyi onun yaşadığı ünvana gətirsin, heyvana alacağı təqdirdə yol xərcini ödəyəcək. Lakin Tərlan telefonda bildirmiş ki, heyvanı gətirən maşın tələsir və onları yolda düşürmüşdür. Bundan sonra o, Tərlanın xahişi ilə yol üstü əl edib saxladığı “Qazel” markalı nömrəsini xatırlamadığı maşını Tərlanın olduğu “Qartal” adlanan yerə göndərmişdir. Bir neçə dəqiqə sonra, Tərlan və Emin həmin maşınla onun həyətinə bir baş qara rəngli dişi inək gətirmişlər. Heyvana baxıb qiymətini razılaşdıqdan sonra, sürücüyə 20 manat zəhmət haqqı verib onu yola salmışdır. yola salmışdır. Həmin vaxtı nağd olaraq şəxsən Eminə 580 manat sayıb vermişdir. Bu vaxt Tərlanda yanlarında olmuşdur. Bir neçə gün sonra Quba rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onun həyətinə baxış keçirdikdə Tərlan və Emindən iki baş dişi inək aldığını ondan soruşduqda ona məlum olmuşdur ki, Tərlan və Eminin iki baş dişi inəyi oğurlayıb ona satmışlar. Aldığı hər iki inək oğurluq olduğu üçün o, onları polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2021-ci il tarixli 9/8345 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus hər birinin diri çəkisi 30 kq-lıq, qiyməti 350 manat olan 6 baş “Sanel” dişi cinsli, diri çəkisi 30 kq olan qiyməti 300 manat olan 01 başı isə “Hələb” erkək cinsli olan cəmi 07 baş keçinin qiyməti 2400 manat, Zərərçəkmiş şəxs2 məxsus diri çəkisi 250 kq-lıq, 4 yaşlı, dişi cinsli 01 baş inəyin qiyməti 1100 manat, Zərərçəkmiş şəxs3 məxsus diri çəkisi 270 kq-lıq, 4 yaşlı, dişi cinsli 01 baş inəyin qiyməti 1150 manat olaraq müəyyən edilmişdir. Oğurlanmış heyvanların ümumilikdə qiyməti 4650 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlllərini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsləri ifadələri, şahid ifadələri, məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-nin 177.2.1 və 177.2.2-ci-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 09.12.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il, 04 ay, 01 gün hissəsi 01 il azaldılmışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İcra və Probasiya şöbəsii tərəfindən verilmiş arayşdan görünür ki, X3 üzərində 04 ay müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası vardır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli 943 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respubliksı DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyindəliyi tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi ziyan ödənilmişdir və buna görədə onlara qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların tutduqları əməldən səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslərə vurmuş olduqları maddi ziyanı ödəyərək onlarla barışıq əldə etmələrini və gənc olmalarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci-cü maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1 və 177.2.2-ci-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. İş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayət əməlini Quba rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən sonra, yəni 01 noyabr, 04 noyabr və 06 noyabr 2021-ci il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan şübhəli şəxsin tutlması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materizallarına olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqınada Quba rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 barəsində 10.02.2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyi üçün həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, və hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla onun üzərində qalan 04 ay 01 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona cəza təyin edilməli və Azərbaycan Respubliksı CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutuldu və həbsdə olduğu 2 ay 26 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümümi reyimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.2-ci-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarına olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 14.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs2 14.11.2021-cı il tarixdən 15.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzalarından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Fərahim oğluna azadlığın məhdudlaşması növündə cəza təyin ediləcyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 16 saat üçün 96 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 7 baş keçinin Zərərçəkmiş şəxs1, diri çəkisi 250 kq olan 1 baş dişi inəyin Zərərçəkmiş şəxs2 və diri çəkisi 270 kq olan 1 baş dişi inəyin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 sayl İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay hissəsi CM-nin 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 14.11.2021-ci il tarixdən 10.02.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 2 (iki) ay 26 (iyirmi altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq və onun üzərində qəti olaraq 01 il (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. və cəzaçəkmə müddətinin əvvəli 05.04.2022-ci il tarixdən hesablansın. 2).Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14.11.2021-cı il tarixdən 15.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki il) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 2 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına ((H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan 7 baş keçinin Zərərçəkmiş şəxs1 , diri çəkisi 250 kq olan 1 baş dişi inəyin Zərərçəkmiş şəxs2 və diri çəkisi 270 kq olan 1 baş dişi inəyin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 sayl İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-47/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-47/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver