Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-47/2025 29.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi Şahmirzə oğlunun iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(027)-134/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş 04 (dörd) ay 26 (iyimi altı) gün azadlığın məhdudlaşdırılması cəzası qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,881 qram psixotrop maddə metamfetamini əldə edib saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 yanvar 2025-ci il tarixdə, saat 14 radələrində onun yaşadığı ünvan 1 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə baxış keçirilərkən evin birinci mərtəbəsindəki mətbəxin olduğu otaqda dolabın içərisindən bir ədəd gümüşü rəngli siqaret falqası bükümündə xalis çəkisi 0,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Quba Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkir. Təxminən 5 ildir ki, narkotik vasitə hesab olunan metadon və “nəşə” kimi tanınan marixuana istifadə edir. 06 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində polis əməkdaşları onun evinə daxil olmuş və baxış keçirmişlər. Evinə baxış keçirildikdə giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan dolabdan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükülü aşkar edilmişdir. Həmin büküm ona aid olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, özü narkotik vasitələ olan metadon və marixuanadan istifadə etsə də, metamfetamindən heç vaxt istifadə etməmişdir. O, ancaq tramadol istifadə etmişdir, evindən aşkar olunan metamfetamin ona məxsus olmamışdır. Evinə onun icazə olmadan daxil olub baxış keçirmişlər. Bununla bağlı telefonunda videogörüntü olmuş, lakin həmin görüntü silinmişdir. Sonda təqsirləndirilən şəxs ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat-müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu, Qırmızı Qəsəbə ərazisində olduğunu müəyyən edilmiş və 06 yanvar 2025-ci il tarixdə saat 14 radələrində küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Vəkillə birlikdə gələn təhqiqatçı Emil Zülfüqarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hardasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə icazəsi ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin giriş qapısından sağ tərəfdə yerləşən otağın içərisində olan dolabdan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Kağız büküm açılarkən içərisindən ağ rəngli, kristallik psixotrop maddə, metamfetamin aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzi ilə çəkilmiş və kütləsinin 1.07 qram olduğu məlum olmuş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Baxış davam etdirilərək Təqsirləndirilən şəxs yaşadığı evdən bundan başqa qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Yaaqu Yuvşayevin evinə baxış özünüz icazəsi və iştirakı ilə olmuş, özü evinə baxış zamanı narkotik vasitənin saxladığı yeri göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat-müvəkkili X3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinin yerini əvvəldən bilməmişlər. Yaaqu saxlanılan narkotik vasitənin təsiri altında olmuş və saxlanılan zaman üzərində deyil, evində narkoik vasitə saxladığını etiraf etmişdir. Evinə icazəsiz girməmişlər. Yaaqunun evinin qapısı bağlı olmuş, özü açıb onları içəri buraxmışdır. İş materiallarından görünür ki, məhkəmə istintaqında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertizanın rəyi və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X9, Quba rayonu, Qırmızı Qəsəbə ərazisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlayır. Təhqiqatçı özünü təqdim edərək barəsində şəxsi axtarış aparılacaq şəxsə özünü təqdim etməsini bildirir və sonuncu özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyinə görə saxlanıldığını bildirir. Təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarına özlərini təqdim etməsini bildirir və onlar özlərini təqdim edirlər. Təhqiqatçı şəxsi axtarışda iştirak edən vəkili təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunan nə varsa, təqdim etməyi təklif edir. O, "yoxdur üstümdə heçnə" deyir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayır. Şəxsi axtarış həyata keçirilərkən Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıbsaxlamadığını soruşur. Təqsirləndirilən şəxs “evdədir” deyə cavab verir. Təqsirləndirilən şəxs yaşadığı evdə də psixotrop maddə saxladığını etiraf etdiyinə görə onun icazəsi ilə evinə baxış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs evin harasında psixotrop maddə saxladığını soruşur. Təqsirləndirilən şəxs giriş qapısından sağ tərəfdə yerləşən içərisində mətbəxin olduğu otaqdakı dolabın içərisindən boşqabların yanından bir ədəd gümüşü rəngli siqaret falqası bükümünü təqdim edir. Həmin bükümü açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilir ki, təhqiqatçı bu kütlənin kristallik formada, ağ rəngli, spesifik iyə malik olduğunu bildirir. İçərisində ağımtıl kütlə olan bir ədəd gümüşü rəngli siqaret falqası bükümü elektron tərəzidə çəkilərkən 1,07 qram təşkil edir və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni Quba şəhəri ərazisində “Şahdağ” otelin yaxınlığında özünün istifadəsi üçün tapıb saxladığını, başqa şəxsə satmaq və ya vermək niyyətinin olmadığını bildirir. Evə baxış davam etdirilərkən başqa qanunsuz əşya, predmet və sair aşkar edilmir. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ciil tarixdə təxminən saat 2 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi ərazisində saxlandıqdan sonra üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı üzərindən heçnə aşkar edilməmişdir. O, narkotik tərkibli maddəni yaşadığı Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlıq küçəsi ev 19-da saxladığını bildirmişdir; “evinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında onun icazəsi ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin içərisində olan dolabdan 01 ədəd gümüşü rəngli bükülünü çıxarıb təqdim etmiş, həmin gümüşü rəngli bükülünün içərisinə baxış zamanı orada kristal şəkilli kütlə psixotrop maddəyə oxşar kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasını, xx.xx.2025-ci il tarixdə Quba şəhərində yerləşən "Şahdağ" otelin yaxınlığında olan ərazidən yerdən tapıb şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 1.07 qram olduğu müəyyən olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə maddi sübut əhəmiyyəti səsb etdiyindən götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 07 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/39 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları bir ədəd zərfin içərisində qablaşdırılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,881 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi - 0,881 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,831 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 10 yanvar 2025-ci il tarixli, 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,831 qramı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, cinayət işi üzrə 08 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,831 qramının maddi sübut hesab edilməsi və həmin psixotrop maddə metamfetaminin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib yaşadığı evdə saxlamaqda təqsirli olması ekspert rəyləri, şahid ifadəsi, evinə baxış keçirilməsini əks etdirən prosessual sənədlərlə və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş narkotik vasitə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,881 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 0,881 qram çəkidə psixotrop maddə metamfetaminin ona məxsus olmamasını bildirsə də, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, həmin maddənin yaşadığı evdə olmasını o, özü polis əməkdaşlarına bildirmiş, onun öz razılığı ilə yaşadığı evə baxış keçirilərkən, psixotrop maddənin olduğu yeri özü göstərmiş və təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxılarkən prokuror qarşısına çıxarıldıqda, daha sonra 2 aya yaxın müddətdə sərbəst qaldığı vaxtda əsassız ittiham olunması barədə şikayət etməmiş, hər hansı bir hüquq mühafizə orqanına və ya məhkəməyə polis əməkdaşlarının hərəkətləri ilə bağlı müraciətlər etməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qanunsuz olaraq narkotik vasitənin saxlamasında və istifadəsində şübhəli şəxs qismində tutulmuşdur; “şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsinin təmin edilməsi barədə qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(027)-134/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs Quba rayon İcra və probasiya şöbəsinin qeydiyyatına alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 07 (yeddi ) ay 08 (səkkiz) gün hissəsini çəkmiş, 04 (dörd) ay 26 (iyimi altı) gün çəkilməmiş cəzası qalmışdır. Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır; Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, ona Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, o, islah olunmamış və caza müddəti bitmədən, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bu da öz növbəsində, əvvəlki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmasına təsir etməməsinə dəlalət edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-134/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 26 (iyimi altı) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 13 (on üç) gün hazırki hökmlə təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilməli, həmçinin onun 06 yanvar 2025-ci il tarixdən 07 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 29 aprel 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,831 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-134/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 04 (dörd) ay 26 (iyimi altı) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 13 (on üç) gün hazırki hökmlə təyin olunmuş 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdən 07 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM– nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 29 aprel 2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada qalıq çəkisi 0,831 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Şahmirzə oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-47/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-47/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver