Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-48/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində tanışı X2 və sonuncunun tanışı Şahid3 300 manat pul müqabilində kustar üsulla hazırlanmış 1,945 qram təmiz çəkidə narkotik vasitə heroini və kustar üsulla hazırlanmış 1,158 qram çəkidə psixotrop maddə metamfetamini alıb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşıyaraq Quba şəhərinə gətirmiş, həmin narkotik vasitə heroini 27 ədəd bükümlərə ayıraraq onun ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,061 qram, 0,057 qram, 0,062 qram, 0,065 qram və 0,066 qram olmaqla ümumilikdə 0,374 qram hissəsini 06 ədəd siqaret kağızı bükümlərində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evdə yataq otağındakı çarpayı döşəyinin altında “KenoClub” markalı siqaret qutusunun içərisində gizlədərək saxlamış, heroinin qalan hissəsi olan ümumilikdə 1,571 qram təmiz çəkidə, 19 ədəd kağız bükümlərdə və 02 ədəd sellofan bükümlərdə olmaqla cəmi 21 ədəd bükümlərdə, 1,158 qram təmiz çəkidə psixotrop maddə metamfetamini isə 01 ədəd sellofan bükümdə üzərində saxlayıb daşımaqla narkotik vasitə heroinin 0,056 qram çəkidə olan hissəsini 01 ədəd kağız bükümünü həmin gün səhər saatlarında tanışı Şahid1 10 manat pul müqabilində satmış, qalan 20 ədəd bükümlərdə heroini və 01 ədəd bükümdə metamfetamini öz üzərində daşıyıb saxlamaqla tanışı Şahid1 idarə etdiyi Vaz 2107 markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən Qəçreş kəndi istiqamətində hərəkətdə olarkən Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:20-də Quba şəhəri, M.Əcəmi küçəsində Şahid1 idarə etdiyi Vaz 2107 markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil saxladılarkən Təqsirləndirilən şəxs üzərində satış məqsədi ilə qanunsuz saxladığı içərisində 20 ədəd bükümlərdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olan “Vinston” markalı siqaret qutusunu həmin avtomobildə əyləşdiyi qabaq sağ oturacağın qarşısında ayaqaltı döşəmə üzərinə tullayıb avtomobilin salonundan düşərək həmin yerdən qaçıb uzaqlaşmış, Rza Müsrsəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən az müddət əvvəl Təqsirləndirilən şəxs 10 manat müqabilində qəbul etmək üçün satış məqsədi olmadan qanunsuz olaraq satın aldığı, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,056 qram təmiz çəkidə narkotik vasitə heroin əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd kağız bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş, bundan dərhal sonra həmin gün saat 12:40-dan etibarən Rza Mürsəlyevin idarə etdiyi Vaz 2107 markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtombilin salonuna baxış keçirildikdə Təqsirləndirilən şəxs az müddət əvvəl avtomobilin salonuna tulladığı ayrıayrılıqda təmiz çəkiləri 0,185 qram, 0,145 qram, 0,144 qram, 0, 052 qram, 0,055 qram, 0,053 qram, 0,065 qram, 0,059 qram, 0,054 qram, 0,062 qram, 0,059 qram, 0,065 qram, 0,075 qram, 0,061 qram, 0,071 qram, 0,067 qram, 0,063 qram, 0,067 qram, 0,055 qram, 0,058 qram olmaqla ümumi 1,515 qram təmiz çəkidə heroin 02 ədəd sellofan və 18 ədəd kağız bükümlərdə olmaqla cəmi 20 ədəd bükümlərdə, 1,158 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə 01 ədəd sellofan bükümdə olmaqla qabaq oturacağın qarşısında ayaqaltı döşəmə üzərində müəyyən edilmiş 01 ədəd “Vinston”markalı siqaret qutusunun içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qisməm təqsirli bilərək göstərmişdir ki, heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və Şahid1 narkotik vasitə heroin satmamışdır. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün uzun illərdir ki, narkotik maddələr qəbul edir. Şahid1 məxsusus avtomobildən götürülmüş narkotik vasitə heroin və metamfetamin ona məxsusdur. Həmin narkotik vasitələri o, Quba şəhər sakini Hilal Çilqamlının vasitəsi ilə Bakı şəhərində Bakıxanov qəsəbəsində tanımadığı qadından almışdır. Belə ki, taksi fəaliyyəti ilə məşqul olan İftixarın maşını ilə 2021-ci ilin iyul ayının 15 və 17-də Hilalla Bakı şəhərinə gedib Hilalın vasitəsi ilə həmin narkotik vasitələri əldə etmişdir. 17 iyul 2021-ci il tarixdə Bakı şəhərindən qayıtdıqdan sonra evdə olarkən Quba şəhər sakini Şahid1 zəng edib narkotik maddə heroin qəbul etmək istədiyini ona bildirəndə etiraz etməmişdir. Rza ilə telefonda danışığından sonra, Rza idarə etdiyi VAZ-2107 markalı avtomobillə gələrək onu evdən götürmüşdür. Evdən çıxarkən Bakı şəhərindən aldığı heroin və metamfetamin bükümlərini özü ilə götürüb Rzanın avtomobili ilə Quba şəhərinin Qəçrəş meşə massivinə tərəf getmişlər. Yolda o, Bakı şəhərindən alıb bükümlədiyi heroinlərdən bir bükümünü Rzaya vermişdir. Saat təxminən 11-12 radələrində onlar Qəçreş yolunun kənarında meşə massivində olarkən bir nəfər motosikletlə onların olduğu maşına yaxınlaşıb özünü Quba Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən zaman, polis tərəfindən tutulacağından ehtiyat edib özündə olan siqaret qutusunun içində saxladığı həmin heroin bükümlərini və metamfetamin bükümünü avtomobilin qabaq oturacağın döşəməsinə atıb cəld avtomobildən düşərək meşə massivinə tərəf qaçıb oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin vaxt Rza polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilən zaman üzərindən onun verdiyi bir büküm heroin aşkar edilərək götürülmüşdür. O, qaçıb gizləndiyi üçün həmin gün polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin yataq otağındakı çarpayının altından 6 büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ona məxsus olmadığını, Şahid1 heç bir vaxt narkotik vasitə satmadığını, 17 iyul 2021-ci il tarixdə əvəzsiz olaraq bir büküm narkotik vasitə heroin Rza verdiyini bildirərək məhkəmədənona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsədə, son iki ay ərzində narkotik vasitələrdən istifadə etməmişdir. Quba şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuşdur. Əvvəllər Raufla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 17 iyul 2021-ci il tarixdə günorta saatlarında Rauf ***-***-**-** mobil nömrəsindən ona məxsus olan ***-***-**-** mobil nömrəyə zəng vurub ona Qəçrəş massivinə çay içməyə getməyi təklif etmişdir. Bundan sonra o, evdən çıxıb özünə məxsus VAZ-2107 markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Raufun yaşadığı evin qarşısına getmişdir. Rauf yaşadığı evdən çıxıb onun avtomobilinə əyləşmişdir. Maşında Rauf ona üzərində narkoik vasitə heroin və metamfetamin olduğunu, bir bükümünü 10 manata sata biləçəyini bildirdiyi üçün o, həmin vaxt Raufa 10 manat verib bir büküm heroin almışdır. Əcəmi küçəsi ilə üzü yuxarı Qəçreş kəndi istiqamətində hərəkətdə olarkən onun avtomobilini polis əməkdaşları saxlamışlar. Həmin vaxt Rauf üzərində olan siqaret qutusunun içərisində olan bükümləri oturduğu qabaq oturacağının döşəməsinə atıb avtomobildən düşüb qaçmışdır. Polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edildikdən sonra video çəkilişdən istifadə edilmələ onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, Raufdan bir qədər 10 manat pul verib aldığı və əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd siqaret kağızının içərisində olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda , həmin narkotik vasitəni bir qədər əvvəl Rauf adlı şəxsdən 10 manata aldığını bildirərək saxlanılarkən Raufun onun maşınının qabaq ayaq altısına narkotik vasitələr tullayıb qaçdığını etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları onun avtomobilinədə video çəkilişdən istifadə edilməklə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq oturacağının ayaq altısından Raufun atıb qaçdığı 02 ədəd şəffaf sellofana bükülmüş, 18 ədəd isə siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd sellofana bükülmüş metamfetaminə bənzər kütlə bir ədəd 1 manatlıq kağız əskinaz da aşar edilərək götürülmüşdür. Üzərindən və avtomobilindən aşkar edilmiş həmin bükümlər tərəziyə qoyularaq çəkilmiş, sonra zərfdə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından Quba Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba şəhəri H.Əliyev prospekti ev 28də yaşayan Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu üçün ondan, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Həzrət Şadıyevdən, ƏRQ-nun kiçik inspektoru polis serjantı Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar 17 iyul 2021-ci il tarixdə saat 12 radələrində Şahid1 Quba şəhəri M.Əcəmi küçəsində idarə etdiyi VAZ-2107 markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən saxlanılmışdır. Onlar Rzaya yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şahid1 hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edildikdən sonra, onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 əynində olan tünd göy rəngli şalvarının sol yan cibində saxladığı «Keno» markalı siqaret qutusunu çıxarıb həmin siqaret qutusunun arxa hissəsində saxladığı 01 ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə aşkar edilmişdir. Şahid1 bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, həmin heroini bir neçə dəqiqə əvvəl Rauf adlı şəxsdən özü istifadəsi üçün 10 manata almıdır. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd siqaret kağızı bükümündəki heroinə oxşar kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Şahid1 bildirmişdir ki, saxlanılarkən Rauf adlı şəxs narkotik vasitələri onun avtomobilinin qabaq oturacağının ayaq altısına atıb qaçmışdır. Bundan sonra, Şahid1 avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının döşəməsindən içərisində bükülülər olan bir ədəd şəffaf sellofan cığarası, bir ədəd «Vinston» markalı siqaret qutusu və bükülmüş vəziyyətdə bir manatlıq pul əskinası aşkar edilmişdir. «Vinston» markalı siqaret qutusu açıldıqda içərisində şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülü açıldıqda içərisində kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra sellofan cığarası açıldıqda içərisində 18 ədəd siqaret kağızına bükülmüş, 02 ədəd isə şəffaf sellofan parçasına bükülmüş bükülülər aşkar edilmişdir. Həmin bükülülər açıldıqda qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Şahid1 həmin maddələrin «kokos», yəni heroin olduğunu, Rauf adlı şəxsə məxsus olduğunu bildirmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilməklə zərfə qoyularaq qablaşdırılmışdır. Əməliyyatın davamı olaraq həmin gün Quba Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, A.Hüseynzadə küçəsi, ev 21 ünvanına baxış keçirilmişdir. Raufun yaşadığı ünvana getdikdə onları girişdə Təqsirləndirilən şəxs atası Rafik Abasov qarşılamışdır. X1 Abasovun yaşadığı evdə qanunsuz narkotik vasitələr saxlamaqda şübhəli olduğundan məhkəmənin qərarına əsasən videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Rafik Abasov etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən ona məxsus yataq otağındakı çarpayının üstündəki döşəyin altından «Keno Club» markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusunu açdıqda qutunun içərisində 01 ədəd şüşə qab, 06 ədəd siqaret kağızına bükülmüş bükülülər, 01 ədəd tibbi şpris və 03 ədəd nazik dəmir fülqalar aşkar edilmişdir. Şüşə qabın qapağı açılarkən içərisində kristall şəkilli metamfetaminə bənzər maddə, siqaret kağızı bükümlərinin içərisindən isə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr tərəziyə qoyularaq çəkilmiş, sonra qablaşdırılmışdır. Bununla əlaqədar protokol tərtib edilmiş, baxışda iştirak edən iştirakçılar protokolu imzalasalar da Təqsirləndirilən şəxs atası Rafik Abasov protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin əməkdaşları X3, Şahid7, Şahid8 və Şahid9 da istintaqa verdikləri oxşar məzmunlu ifadələrində Şahid5 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Heç yerdə işləmədiyi üçün kreditə götürdüyü «Assamand» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Quba şəhər sakinləri Şahid2 və Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır. Aralarında həmişə normal tanışlıq münasibəti olmuşdur. Nə Hilalla, nə Raufla heç bir ədavəti və düşmənçiliyi, qərəzli münasibəti olmamışdır. Rauf Quba şəhərində narkotik maddə aludəçisi və narkotik satan kimi tanınır. 2021-ci ilin iyul ayında idarə etdiyi «Assamand» markalı taksi avtomobillə Quba şəhərində olarkən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng edib xahiş etmişdir ki, onu və Hilalı Bakı şəhərinə aparıb gətirsin. O, həmin vaxt 70 manata onları Bakı şəhərinə aparıb qaytaracağı barədə Raufla razılaşdıqdan sonra, onları Hilalın yaşadığı ünvandan götürüb Bakı şəhərinə yola düşmüşdür. Yolda Raufun və Hilalın avtomobildə etdikləri söhbətlərdən ona məlum olmuşdur ki, Raufa narkotik maddə lazım olduğundan o, narkotikanı Hilalın vasitəsi ilə almaq üçün Hilalla Bakıya gedir. Yolda Hilal narkotikanın alınması ilə əlaqədar bir neçə dəfə bir nəfər qadınla mobil telefonda danışmışdır. Saat təxminən 21 radələrində Bakı şəhərinə çatıb Hilalın telefonda danışdığı qadının istəyinə əsasən onlar Bakıxanov qəsəbəsinə getmişlər. Bakıxanov qəsəbəsinə çatıb Asan Xidmət mərkəzinin yaxınlığında dayanıb gözləyərkən bir nəfər tanımadığı qadın gəlib onun avtomobilin arxa salonunda oturan Hilalın yanında oturmuşdur. Həmin vaxt Hilal Raufun ona verdiyi 280 və ya 300 manat pulu həmin qadına verib ondan bir ədəd selofan bükümdə narkotik vasitə almışdır. Qadın bükülünü Hilala verəndə «dediyin kimidi, 10 qram «kokos»du, 5 qram da «şüşə»di» deyə bildirmişdir. Həmin qadın avtomobildən düşüb gedəndən sonra, onlar Quba şəhərinə qayıtmaq üçün yola çıxmışlar. X11 həmin narkotik maddələrdən özü üçün bir qədər istəyəndə, Rauf Hilala «tələsmə, evə çataq, evdə özüm tərəzidə çəkim, sonra sənə zəng edəcəm, danışarıq» deyə cavab vermişdir. Gecə saat təxminən 01 radələrində onlar Quba şəhərinə çatmışlar. Quba şəhərində Rauf ona 60 manat pul verib 10 manat borclu qalmışdır. Aradan bir gün keçəndən sonra, Rauf ona zəng edib bildirmişdir ki, onu və Hilalı Bakı şəhərinə aparsın. Rauf ona bildirmişdir ki, yol pulu olaraq 70 manat pul verəcəkdir. Həmin gün axşam saatlarında o, idarə etdiyi maşınla Hilal və Raufu yaşadıqları ünvanından götürüb Bakı şəhərinə yola düşmüşdür. Yolda onlar öz aralarında həmin qadından alacaqları narkotik maddə heroin barədə danışmışlar. Saat təxminən 23 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində olan Asan Xidmət mərkəzinin yaxınlığındakı «24 saat» adlı marketin yanına çatmışlar. Orada bir neçə saat, yəni növbəti günün səhər saat təxminən 05 radələrinə qədər gözlədikdən sonra, səhər saat təxminən 05 radələrində həmin qadın Hilala zəng edib bildirmişdir ki, narkotik maddə «kokos»u yaxınlıqda siqaret qutusunun içərisndə bir yerə qoymuşdur. Bundan sonra, Hilal və Rauf hər ikisi avtomobildən düşüb qadının dediyi yerə gedib bir neçə dəqiqə sonra geri qayıtmışlar. Həmin vaxt Hilalın əlində bir ədəd yarı əzilmiş vəziyyətdə bir ədəd siqaret qutusu olmuşdur. Yolda Hilal əlindəki həmin siqaret qutusunun içindən bir ədəd kiçik sellofan bükümdə heroini çıxarıb arxada əyləşən Raufa vermiş, siqaret qutusunu isə avtomobilin pəncərəsindən yola tullamışdır. Bakıdan Qubaya qayıdarkən onlar birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. Səhər saat təxminən 07:30 radələrində Quba şəhərinə çatandan sonra o, Rauf və Hilalı yaşadıqları evə düşürüb onlardan ayrılaraq yaşadığı evə getmişdir. Həmin gün saat təxminən 12 radələrində Hilal ona zəng edib bildirmişdir ki, eşitdiyinə görə polislər Raufu tutublar. Sonradan ona məlum olmuşdur ki, Rauf Quba şəhər sakini Rza adlı şəxsə narkotik maddə satanda polislər onları tutarkən Rauf həmin yerdən qaçmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2021-ci il tarixli 6/2950 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-in “Zərflər üçün №67” möhür əksi və “... Şahid1 üzərindən və avtomobilindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,185 qram, 0,145 qram, 0,144 qram, 0,052 qram, 0,055 qram, 0,053 qram, 0,065 qram, 0,059 qram, 0,054 qram, 0,062 qram, 0,059 qram, 0,065 qram, 0,075 qram, 0,061 qram, 0,071 qram, 0,067 qram, 0,063 qram, 0,056 qram, 0,067 qram, 0,055 qram, 0,058 qram – ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 21 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 1,158 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2021-ci il tarixli rəyinən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-in “Zərflər üçün №67” möhür əksi və “... Təqsirləndirilən şəxs evinə baxış zamanı...” və s. yazılar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,061 qram, 0,057 qram, 0,062 qram, 0,065 qram və 0,066 qram – ümumi təmiz çəkisi 0,374 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 06 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd şüşə qabda təmiz çəkisi 4,076 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi limon turşusudur. 01 ədəd 1 ml-lik şprisdə şübhəli maddələrə qarşı əlamətlər müəyyən edilmədi. 03 ədəd folqa kəsiklərində heroinin izləri müəyyən edildi. Folqaların səthində heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş heroin kütlələri ilə Şahid1 üzərindən və avtomobilindən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə : Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İ) daxildir. Limon turşusu nəzarətdə olan siyahılara daxil deyildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2021-ci il tarixli rəyindən gürünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi olan, “...Şahid1...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,056 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 09.09.2021-ci il tarixli rəyindən gürünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Abasov X7 rayon məhkəməsinin 28 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 02 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişvə 09 fevral 2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyinin 05 oktyabr 2021-ci il tarixli 2873 №-li arayışından görünür ki, Abasov X7 şəhəri A.Hüseynzadə küçəsi ev 21-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 2874 №-li xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Rafiq oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 09.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 284 manat 80 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş üç ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümlərində olan və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,269 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üzərində heroinin izləri olan 03 ədəd folqa kəsikləri, Şahid1 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,026 qram olan heroin, Şahid1 avtomobilindən aşkar olunmuş 20 ədəd heroin bükümləri üzrə ümumilikdə qalıq 1,41 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd metamfetamin bükümü üzrə ekspertiza tədqiqatından sonra qalıq qalıq çəkisi 1,108 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-cи maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 284 manat 80 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan üç ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Həmçinin iş üzrə maddi subut hesab olunan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümlərində olan və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,269 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üzərində heroinin izləri olan 03 ədəd folqa kəsikləri, Şahid1 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,026 qram olan heroin, Şahid1 avtomobilindən aşkar olunmuş 20 ədəd heroin bükümləri üzrə ümumilikdə qalıq 1,41 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd metamfetamin bükümü üzrə ekspertiza tədqiqatından sonra qalıq qalıq çəkisi 1,108 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasına həvalə edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-48/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-48/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver