Məhkəmə qərarları › İş №1(027)-48/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-48/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-48/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi, xx xxxx 1973-cü il tarixdə Xaçmaz rayonu Şıxhaput kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Şıxhaput kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə təqsirləndirilməsinə dair təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Quba rayonu Barlı Bələdiyyəsi tərəfindən Quba rayonu Barlı kənd sakini Şahid4 icarəyə verilmiş 01 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bitmiş ağacları 2023-cü ilin may ayının əvvəllərində budayarkən həmin ağacların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rəy verilmədiyini bildiyi halda, orada qovaq (çinar) cinsinə mənsub diametrləri 16 sm olmaqla 03 ədəd, 28 sm olmaqla 01 ədəd, 32 sm olmaqla 02 ədəd, 36 sm olmaqla 01 ədəd, 40 sm olmaqla 01 ədəd, 44 sm olmaqla 01 ədəd, ümumilikdə 09 ədəd ağacın kök-boğaz nahiyəsindən qanunsuz olaraq kəsməklə təbiətə xeyli miqdarda yəni, 2650,0 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu Şıxhaput kəndində yaşayır. Evlidir və dörd övladı vardır, onlardan üçü azyaşlıdır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin sifariş olanda özünə məxsus mişarla fərdi şəxslərin həyətlərində olan ağac və kolları budamaqla məşğul olur. O, Quba rayonu Barlı kənd sakini Şahid4 bir ildən çox olar ki, tanıyır. Rəhmanla qohumluq əlaqəsi olmasa da, onunla arasında heç vaxt şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2023-cü ilin may ayının əvvəllərində o, Quba rayonu Barlı kəndində olarkən Rəhmanla görüşmüşdür. Həmin vaxt Rəhmandan öyrənmişdir ki, sonuncu yaşadığı Barlı kəndində olan torpaq sahəsindəki ağacları budatmaq istəyir. O, Rəhmandan həmin ağacların budanmasına icazə alıb-almadığı ilə maraqdıqda, sonuncu onda belə bir icazə sənədinin olmasını bildirərək onu həmin torpaq sahəyə dəvət edərək ona ağacların budanmasına rəy verildiyi məktubu göstərmişdir. Bundan sonra o, həmin ağacların budanmasını öz boynuna götürmüş, həmin vaxt Rəhman ona 100 manat zəhmət haqqı vermiş və aralarında razılaşmışlar ki, o budayacağı ağacların kəsintilərini də özü ilə götürüb aparacaqdır. Bir gün sonra o, Rəhmana aid torpaq sahəsinə gələrək orada işləmişdir. Sahədəki ağacları öz mişarı ilə budayarkən sahənin kənarlarına yerləşən 09 ədəd qovaq (çinar) ağacını da kökündən kəsmişdir. Həmin ağaclar çox böyük olmadığından və onların zəif inkişaf etdiyini düşünüb onları kökdən kəsmişdir. O, həmin ağacları kəsilmiş qalıqlarını da aparıb öz ehtiyaclarına istifadə etmişdir. Bir müddət sonra Rəhman ona zəng edib ağacları kökdən kəsməsini bildirmiş və onun ərazisinə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının gəlib həmin 09 ədəd qovaq (çinar) ağaclarının qanunsuz kəsildiyini rəsmiyyətə saldıqlarını bildirmişdir. Bundan sonra o, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gedib uzun müddət orada qaldığından sonra, yenidən rayona qayıtmışdır. O, qeyd olunan 09 ədəd qovaq (çinar) ağacını təkbaşına kəsmişdir. Şahid4 tərəfindən həmin ağacların kəsilməsi üçün ona hər hansı tapşırıq və göstəriş verilməmişdir. Onun 09 ədəd ağacı kəsməsindən Rəhmanın xəbəri olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həyat yoldaşının vəfat etdiyini, azyaşlı uşaqıarının onun himayəsində qaldığını bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istitaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Səfərbər oğlu ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayında Quba rayonu Barlı Bələdiyyəsinin mülkiyyətində olmaqla Quba rayonu Barlı kənd sakini Şahid4 icarəyə verilmiş 1 ha torpağı sahəsində olan müxtəlif diametrli 09 ədəd qovaq (çinar) cinsli, yaş köküstə ağacların qanunsuz kəsilməsi barədə idarəyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar göstərilən əraziyə gedilərək icarədar Şahid4 iştirakı ilə kəsilmiş ağaclara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə budama işləri aparan Təqsirləndirilən şəxs tərəfindən müxtəlif diametrli 09 ədəd qovaq (çinar) cinsli, yaş köküstə ağacların qanunsuz kəsilmişdir. Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 2650,0 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən göstərmişdir ki, Quba rayonu Barlı kəndi ərazisində yerləşən 1 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi icarə əsasında ona verilmişdir. Həmin torpaq sahəsində o, meyvə ağacları əkərək meyvəçiliklə məşğul olur. Torpaq sahəsi ona verilən ilk vaxtdan, torpaq sahəsinin kənarında qovaq (çinar) ağacları əkmişdir ki, gələcəkdə onlardan tikinti materialı kimi istifadə etsin. Sonralar əkdiyi meyvə ağaclarına torpaq sahəsinin kənarında əkdiyi qovaq ağacları mane olduğu üçün məcbur qalıb budanması üçün Quba rayonu Barlı kənd Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədri gəlib sahəyə baxıdıqda belə səlahiyyəti olmadığını və bununla əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməyi ona izah etmişdir. Onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətindən sonra, nazirliyin X8 X4 sədrinin imzası ilə ona cavab məktubu gəlmişdir. 22 noyabr 2022-ci il tarixli 22/2547 №-li və 03 aprel 2023-cü il tarixli 3-14-22/2-S-41-3/2023 №-li məktublar əsasında ona ağacların budanmasına razılıq verildiyi bildirilmişdir. Bundan sonra o, 2023-cü ilin may ayının əvvəllərində ağacların budanmasını Xaçmaz rayonunun Şıxhaput kəndində yaşayan Cabir adlı şəxsə havalə etmişdir. Ağacların budanması üçün o, Cabirə 100 manat məbləğində pul vermişdir. Həmin vaxt o,Cabirə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X4 sədrinin imzası ilə ona göndərilmiş məktubu göstərmiş və ağacların kökündən kəsilməsinə yox, ağaclara normal günəş şüalarının düşməsini təmin etmək məqsədilə qovaq ağaclarının bioloji inkişafına ziyan vurmadan gövdələrinin alt budaqlarının və üst hissələrinin budanılmasına razılıq verildiyini bildirmişdir. Bir neçə gen sonra o, Cabirin ona məsxus torpaq sahəsində budama işləri apararkən torpaq sahəsinin kənarında əkdiyi 09 ədəd köküstə yaş qovaq ağaclarının kökündən kəsildiyini öyrənmişdir. 09 ədəd qovaq ağacının kəsilməsində onun heç bir təqsiri və günahı yoxdur. Həmin ağacları qanunsuz olaraq kəsən Cabir olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda baş məsləhətçi işləyən Şahid3 ifadəsindən görünür ki, o həmin sektorda aparıcı məsləhətçi müfəttiş işləyən Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında idarə rəhbərliyinin müvafiq sərəncamı ilə 26 may 2023-cü il tarixdə Quba rayonu Barlı kənd ərazisində, Şahid4 məxsus torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı həmin torpaq sahəsinin kənarında olan diametrləri 16 sm olmaqla 03 ədəd, 28 sm olmaqla 01 ədəd, 32 sm olmaqla 02 ədəd, 36 sm olmaqla 01 ədəd, 40 sm olmaqla 01 ədəd, 44 sm olmaqla 01 ədəd, ümumilikdə 09 ədəd qovaq (çinar) cinsinə mənsub olan ağacın qanunsuz kəsilərək aparıldığı, 21 ədəd ağacın isə 3 metr hündürlükdən budandığını aşkar etmişlər. Faktla bağlı icəradar Şahid4 onlara bildirmişdir ki, həmin ərazi icarə əsasında onun istifadəsində olmuş, torpaq sahəsində olan meyvə ağaclarının inkişafına maneçilik törətdiyi üçün sahənin kənarında əkdiyi qovaq ağaclarının budanmasına icazə verilməsi barədə müvafiq rəy aldıqdan sonra, Xaçmaz rayonunda yaşayan və ağacların budanması ilə məşqul olan Cabir adlı şəxslə həmin əraziyə dəvət edərək qeyd edilən ağacların budanmasını ona həvalə etmişdir. Lakin Cabir adlı şəxs onun məlumatı və razılığı Həmin vaxt icəradar onlara Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Ağentliyi tərəfindən həmin ərazidə olan qovaq (çinar) ağaclarının bioloji inkişafına zərər vurmadan gövdələrinin alt budaqlarının və gövdələrinin 2/3 hissəsi saxlanılmaqla çətirin üst hissələrinin budanmasına dair verilmiş rəyi təqdim etmişdir. Ağacların kəsilməsi ilə əlaqədar aparılan araşdırma zamanı Cabir adlı şəxslə mobil telefon vasitəsilə əlaqə yaradaraq sonuncunu izahat vermək üçün idarəyə dəvət etsələrdə, həmin şəxs araşdırmada iştirak etməkdən imtina etmişdir. Qanunsuz kəsilmiş ağaclarla bağlı 30 may 2023-cü il tarixdə 79712 saylı akt tərtib edilmişdir. Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən 2650,0 manat məbləğində olması hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən təqdim edilmiş 30 may 2023-cü il tarixli 79712 №-li aktdan görünür ki, Quba rayonu Barlı Bələdiyyəsi tərəfindən Quba rayonu Barlı kənd sakini X1 icarəyə verilmiş 01 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində qovaq (çinar) cinsinə mənsub diametrləri 16 sm olmaqla 03 ədəd, 28 sm olmaqla 01 ədəd, 32 sm olmaqla 02 ədəd, 36 sm olmaqla 01 ədəd, 40 sm olmaqla 01 ədəd, 44 sm olmaqla 01 ədəd, ümumilikdə 09 ədəd ağacın kök-boğaz nahiyəsindən qanunsuz olaraq kəsilərək aparıldığı, 20 ədəd ağacın 3 metr hündürlükdən budandığı müəyyən edilmişdir. İş üzrə təyin təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2023-cü il tarixli 9/8516 rəyindən görünür ki, Quba rayon Barlı kənd Bələdiyyəsinə məxsus olmaqla Quba rayonu Barlı kənd sakini Şahid4 icarəyə verilmiş torpaq sahəsində köküstə yaş, qovaq cinsinə mənsub diametrləri 16 sm olmaqla 3 ədəd, 28 sm olmaqla 1 ədəd, 32 sm olmaqla 2 ədəd, 36 sm olmaqla 1 ədəd, 40 sm olmaqla 1 ədəd, 44 sm olmaqla 1 ədəd, ümumilikdə isə 9 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2650,0 manat olaraq müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları, eləcə də meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun qeyd edilən cinayət əməllərini törətmələri öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən foto material və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarınşəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Aşağı-Zeyid kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 584 №-li arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Şıxhaput kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2010-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X12 adında üç uşağı vardır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın 700 manat hissəsi ödənilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nın 259.1ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və vurulmuş maddi ziyanın bir hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edərək, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Quba RPŞ-nin X10 təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni quvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs və X3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş 2650 manat məbləğində mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İş materiallarında olan qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyandan 700 manat hissəsini ödəmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün ona bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1950 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 19 (on doqquz) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasını iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1950 manat məbləğində pul zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə müsadirə olunması təklif olunan əmlakın və üzərinə həbs qoyulan əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar