Məhkəmə qərarları › İş №1(027)-49/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-49/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-49/2021 17.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamirzə oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Quba şəhəri, N.Nərimanov küçəsi, ev 23-də qeydiyyatda olan və Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxx 2020-ci il tarixdə “Google” axtarış portalında “xxxx” MMC-nin hesabında onun istifadəsində olan 055 229-96-92 mobil telefon nömrəsinə zəng edərək online qaydada kredit ödənişini etmək isətəyən müştəri Zərərçəkmiş şəxs qızına özünü “xxxx” MMC-nin əməkdaşı kimi təqdim edərək aldatmaqla özünə məxsus “xxxx” ASC tərəfindən verilmiş, son rəqəmləri 46147751 olan plstik kartın zəruri məlumatlarını sonuncuya demiş, Zərərçəkmiş şəxs həmin plastik kartın hesabına həmin gün 18:14–dən 18:23-dək ünvan 1 A ünvanında yerləşən “Milli on” ödəniş terminalı vasitəsilə 218, 71, 210, 22, 46, 100 manat olmaqla ümimilikdə ödədiyi 667 manat məbləğində pulu həmin gün Quba şəhəri, H.Əliyev prospektində yerləşən “xxxx” ASC-nin bankomatından çıxarıb talayaraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə mobil nömrəsini xatırlamadığı, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etməsi əsasında kredit ödənişini hansı qaydada edə bilməsini soruşanda ona cavabında özünə məxsus, “xxxx” ASC-nin plsatik kartın son 46147751 rəqəmlərini deyərək həmin krediti ödəniş terminalı vasitəsilə karta köçürə biləcəyini demişdir. Sonuncu 667 manat pulu onun kartına yükləmiş və o da “xxxx” ASC-nin Quba şəhərində yerləşən filialındakı ATM-dən həmin pulu çıxararaq şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona məxsus olan “xxxx” ASC-nin son 46147751 rəqəmləri olan plastik kartın istifadə müddəti bitdiyindən həmin kartı tullamış və həmin kart barədə olan başqa heç bir məlumat olmamışdır. Onun mobil telefon nömrəsinin “Google” axtarış sistemində “xxxx” MMC-nin əlaqə nömrəsi kimi qeyd olunmasını kimin və hansı yolla edilməsi barədə heç bir məlumatı olmamışdır. Hal-hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş və cinayət işi üzrə bəraətverici əsaslar olmadan icraaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Ağamirzə oğlu hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin heç bir tələbinin olmadığına görə, bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraaata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, “xxxx” MMC-nin Nəsimi rayonu, ərazisində yerləşən mağazasından televizor, soyuducu, mikser, qabyuyan maşın, telefon, paltaryuyan maşın müxtəlif vaxtlarda kreditlə almışdır. Kreditin aylıq ödənişini adətən həmin mağazada etmişdir. Sonuncu dəfə 2020-ci ilin mart ayında olan ödənişlərini həmin mağazada etmişdir. Ölkədə olan Covid-19 pandemiyası ilə bağlı yaşadığı yeri tərk edə bilmədiyindən kredit ödənişini online qaydada ödəmək qərarına gəlmişdir. Buna görə 19 aprel 2020-ci il tarixdə mobil telefonu vasitəsilə “Google” axtarış portalında “Optimal xxxx” MMC-nin Yasamal rayonu, filialına məxsus məlumatlarda ***-***-**-** mobil telefon nömrəsini göstərərək həmin nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs özünü “xxxx” MMC-nin işçisi kimi təqdim etmişdir. Həmin şəxsdən kredit ödənişini online qaydada necə ödəyə biləcəyini soruşduqda o, cavabında “xxxx” ASC-yə məxsus son rəqəmləri 46147751 olan kart rəqəmlərini deyərək bu kartın balansına pul yükləməklə kredit ödənişini edə biləcəyini bildirmişdir. O da yaşadığı evin yaxınlığındakı Bakı şəhəri Nəsimi rayonu H.Seyidzadə küçəsi 2 A ünvanında yerləşən “Milli ön” ödəniş terminalı vasitəsilə həmin plastik kartın hesabına saat 18:14-dən etibarən 218,71,210,22,46,100 manat olmaqla ümumilikdə ona məxsus olan 667 manat ödəniş etmişdir. Ödənişə uyğun olaraq 6 ədəd qəbzi aldıqdan sonra həmin plastik kartın Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Növbəti ay “Optimal”xxxx” MMC-nin Nəsimi rayonu ərazisində yerləşən mağazasına getdikdə ötən ödədiyi 667 manat pulun onun kredit borcundan silinmədiyini və aldandığını başa düşmüşdür. Bundan sonra həmin mağazaya, daha sonra DİN-ə aidiyyəti üzrə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını göstərək ona dəymiş zərərin tam olaraq ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2.2.-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar