Məhkəmə qərarları › İş №1(027)-49/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-49/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-49/2024 15.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMCnin qanuni təmsilçisi, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxx 1979-cu il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də və "xxxx" MMC-də direktor işləyən, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 sahibi olduğu "xxxx" MMC-nın qanuni təmsilçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə, həmin MMC-ynin xüsusi mülkiyyətində olan Quba rayonu Digah kəndi ərazisində yerləşən 7,2 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bitmiş ağac və kollardan ibarət yaşıllıqları qanunsuz olaraq kəsmək məqsədilə həmin MMC-də sahə rəisi işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, onların kəsilməsi və götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rəy almadan öz torpaq sahəsində bitmiş köküstə yaş, göyrüş cinsinə mənsub diametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm olmaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametrləri 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd, 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacı və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolların Təqsirləndirilən şəxs1 tərəfindən X3 işə cəlb edərək 250 manat müqabilində həmin ağac və kolların kəsilməsinə müvafiq icazənin olub-olmaması barədə sonuncuya məlumat verməyib öz cinayətkar niyyətini ondan gizlədərək, 2023-cü ilin fevral ayında qeyd olunan sahədə traktor vasitəsilə kürümə işlərini apartdırmaqla, ağac və kolları məhv edərək, təbiətə külli miqdarda yəni, 25900,0 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 "xxxx" MMC-də sahə rəisi işləyərkən "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, Quba rayonu Digah kəndi ərazisində yerləşən 7,2 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində bitmiş ağac və kollardan ibarət yaşıllıqları qanunsuz olaraq kəsmək məqsədilə həmin MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmin ağac və kolların kəsilməsi və götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rəy almadan Təqsirləndirilən şəxs2 tapşırığı ilə orada bitmiş köküstə yaş, göyrüş cinsinə mənsub diametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm olmaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametrləri 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd, 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd ümumilikdə isə 162 ədəd ağacı və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolları X3 işə cəlb edərək 250 manat müqabilində həmin ağac və kolların kəsilməsinə müvafiq icazənin olub-olmaması barədə sonuncuya məlumat verməyib, öz cinayətkar niyyətini ondan gizlədərək, 2023-cü ilin fevral ayında qeyd olunan sahədə traktor vasitəsilə kürümə işlərini apartdırmaqla, ağac və kolları məhv edərək, təbiətə külli miqdarda yəni, 25900,0 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməlində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək göstərdi ki, o, Quba rayonu İkinci Nügədi kəndi ərazisində yerləşən "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru işləyir. 2022-ci ildə həmkəndlisi və onun MMC-də sahə rəisi işləmiş Təqsirləndirilən şəxs1 adına verdiyi etibarnamə əsasında sonuncunun vasitəsilə notarial qaydada alqı-satqı yolu ilə Quba rayonu, Digah kəndi ərazisində 7,2 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrini almış, həmin torpaqları MMCnin adına rəsmişləşdirmişdir. O, satın aldığı torpaqlarda kartof əkini ilə məşğul olmaq istəmişdir. Lakin, qeyd olunan torpaqlarda bitmiş müxtəlif ağaclar və kollar olduğu üçün onların təmizlənməsinə zərurət yaranmışdır. Həmin ağac və kolların kəsilib təmizlənməsi üçün müvafiq icazə almaqdan ötrü 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının ortalarına kimi 5 saylı Regional Ekologiya və Təbir Sərvətlər İdarəsinə çoxsaylı müraciətlər etmiş, lakin həmin müraciətlər baxılmamışdır. Kartof əkini aparılmasında mövsümün keçəcəyi üçün onun tapşırığı ilə sahə rəisi Təqsirləndirilən şəxs1 əraziyə traktor gətirib orada bitmiş müxtəlif cinsli və ölçülü 162 ədəd ağacları və 117 ədəd kolluqları traktorla kürəyib diblərindən çıxartmaqla ərazini təmizlətmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri dərhal əraziyə gəlmiş və kəsimi aktlaşdırmışlar. Özünü təqsirli bilməməsi ondan irəli gəlir ki, həmin torpaqlar MMC-nin xüsusi mülkiyyətindədir və o təmizləmə işləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər etmişdir. Onun təbiətə zərər vurmaq məqsədi olmamışdır. Hətta hadisədən sonra kənddə başqa ərazidə 100-dən çox yeni ağaclar əkmişdir. Hesab edir ki, ona əsassız yerə ittiham verilmişdir. Ona görə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində özünü təqsirli bilməyərək, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək göstərdi ki, 2019-cu ildən hadisə baş verən günlərədək Quba rayonu, İkinci Nügədi kəndində yerləşən "xxxx" MMC-də işləmişdir. Əvvəllər orada sahə rəisi kimi çalışmış, hal-hazırda isə həmin MMC-nin nümayəndəsi qismində çıxış edir göstərir. Həmin MMC bağçılıq və təsərüfatçılıqla məşğul olmaqla meyvə və tərəvəz məhsullarını yetişdirərək, onların satışını təşkil edir, MMC-nin direktoru isə Təqsirləndirilən şəxs2dur. 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 "xxxx" MMC-yə torpaq satın alınması üçün onun adına etibarnamə vermiş, bundan sonra o, 2022-ci ilin noyabr ayında həmin etibarnamə əsasında X1 Quba rayonu, Digah kəndi ərazisində yerləşən 5 ha yaxın kənd təsərüfatı təyinatlı torpaq sahələrini notarial qaydada alqı-satqı yolu ilə "xxxx" MMC üçün satın almışdır. Həmin torpaqlar meşə torpaqlarına aid deyildir. Alqı-satqıdan sonra onların hamısı "xxxx" MMC-nin xüsusi mülkiyyətinə keçmişdir. Satın alınmış torpaq sahələri Quba rayonu, Digah kəndində eyni ərazidə olsa da, Kamilə Cabbarovanın adında xırda paylardan ibarət olmuşdur. Bu səbəbdən onlar hər bir pay torpağı üçün ayrıca alqısatqı müqavilələri bağlamışlar. Sahədə kartof əkini həyata keçirmək üçün orada özü bitən ağac və kolların təmizlənməsinə zərurət yaranmış, 2023-cü ilin fevral ayına kimi "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs2 tərəfindən həmin ağac və kolların sahədən kəsilib təmizlənməsinə icazə alınması üçün Xudat şəhərində yerləşən 5 saylı Regional Ekologiya İdarəsinə çoxsaylı yazılı müraciətlər olunmuşdur. Müraciət sənədlərini Təqsirləndirilən şəxs2 ona vermiş, o da sənədləri aparıb 5 saylı Regional Ekologiya İdarəsinə təqdim etmişdir. O, “Yeni Bağ’ MMC-nin adından 5 saylı Regional Ekologiya İdarəsinin qəbul şöbəsinə gedib hər dəfə sənədləri təqdim edərkən müraciətlərinə nə vaxt baxılıb icazə rəyi veriləcəyi ilə maraqlandıqda, orada müxtəlif bəhanələr gətirməklə onu yola vermişlər. Beləcə müraciətlərin cavabsız qalması onların satın aldıqları torpaq sahələrində təsərüfat işləri aparmasını, xüsusilə də mövsümi kartof əkini işlərini yubatmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 ona tapşırmışdır ki, yeni alınmış torpaqlara traktor gətirib ərazini kürəməklə ağac və kollardan təmizləsin. Bundan sonra o, 2023-cü ilin fevral ayının əvvəllərində ərazini kürəmək üçün traktoru olan Qusar rayon sakini Elmir adlı şəxslə danışıb razılaşmış, sonuncuya 250 manat zəhmət haqqı ödəməklə onun idarə etdiyi traktorla Digah kəndi ərazisindəki torpaq sahələrində özü bitmiş müxtəlif cinsli və ölçülü 162 ədəd ağacları və 117 ədəd kolluqları kürəyib kökündən çıxartmaqla təmizlətmişdir. O, sahədəki ağac və kolların kürənib təmizlənməsinə icazə rəyi alınmadığı halda, onları Elmirin sürdüyü traktorla təmizlətmişdir. Elmirə həmin ağac və kolların kəsilib kürənməsinə icazə alınmaması barədə heçnə deməmiş, sonuncu bu barədə xəbərsiz olmuş və sadəcə pulunu alıb öz traktoru ilə işini görmüşdür. Sahə ağac və kollardan təmizləndikdən sonra, yalnız 21 fevral 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları Digah kəndindəki həmin torpaq sahələrinə gəlib orada monitorinq aparmışlar. Onlar sahədə 162 ədəd ağac və 117 ədəd kolluqların qanunsuz kəsilməsini qeydə alıb rəsmiləşdirmişlər. Bir neçə gün sonra bu barədə onun iştirakı ilə akt tərtib etsələr də, o qanunsuz heçnə kəsmədiyini bildirmiş və işlədiyi MMC-nin müraciətlərinə vaxtında baxılmadığına görə həmin aktı imzalamaqdan imtina etmişdir. Sonda Təqsirləndirilən şəxs1 bildirdi ki, təbiətə ziyan vurmaq niyyətində olmamış, yaşıllığı qəsdlə məhv etməmiş, sadəcə ona verilən göstərişləri icra etmişdir. Ona görə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində özünü təqsirli bilməyərək, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, "xxxx" MMCyə məxsus Quba rayonu, Digah kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsində bitmiş müxtəlif diametrli 162 ədəd yaş köküstü ağacları və 117 ədəd kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 25300,0 manat məbləğində ziyan vurulmuşdur. Həmin MMC-nin sahibi Təqsirləndirilən şəxs2 və həmin MMC-nin sahə rəisi işləmiş Təqsirləndirilən şəxs1 təbiətə vurduqları maddi ziyanı ödəmələrini və mülki iddianın təmin edilməsini tələb edir. Təqsirləndirilən şəxslərin dedikləri ilə bağlı bildirmişdir ki, həqiqətən də onlar ərazinin təmizlənməsi ilə bağlı Mərkəzə müraciət etmiş və o, müraciət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirilmişdir. Daha sonra Nazirliyin ekspertiza idarəsindən əraziyə baxış keçirilb rəy verilməli idi. Əgər sahibkar rəylə razı olmazdırsa, müvafiq məhkəyə müraciət edə bilərdi. Lakin təqsirləndirilən şəxslər bu prosedura riayət etmədəb və müraciətlərinin nəticəsini gözləmədən, özbaşına ağac və kolları məhv etmişlər. Həmçinin hadisə baş verən ərazi xüsusi mülkiyyətdə olsa da, məhv edilən ağaclar meyvə ağacları deyil, meşə ağac və kolları olmuşdur. Bununla da, onların əməlində cinayət tərkibi yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunda aparıcı məsləhətçi-müfəttiş işləyən Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin sahibi Təqsirləndirilən şəxs2 həmin MMCyə məxsus Quba rayonu, Digah kəndi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahəsində təbii halda bitmiş köküstü yaş vəziyyətdə olan ağac və kolların təmizlənməsinə məqsədilə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməsi ilə əlaqədar olaraq 21 fevral 2023-cü il tarixdə icarə əməkdaşları həmin əraziyə gedərək orada monitorinq aparan zaman qeyd olunan torpaq sahəsində müvafiq icazə rəyi olmadan texnika vasitəsilə kürəmə işlərini aparılmış, oradakı ağac və kolların kökündən çıxarılaraq məhv edilməsinin aşkar edilmiş, sonra 01-02 mart 2023-cü il tarixlərdə "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin ərazidə baxış keçirilmiş və orada bitmiş köküstə yaş, göyrüş cinsinə mənsub diametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 4 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm olmaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametrləri 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacı və yemişan mənsub köküstə 117 ədəd yaş kolların texnika vasitəsilə köklərindən çıxarılmaqla məhv edilməsi haqqında akt tərtib edilmiş, bununla bağlı təbiiətə dəymiş ziyanın 25300 manat olmasını müəyyən edilmişdir. Həmin akta imza etməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 akta imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsi sektorunda baş mütəxəssis-mühafizə yegeri işləyən Şahid2 və həmin sektorda bas mütəxəssis-mühafizə yegeri işləyən Şahid3 analoji ifadələr verərək, Şahid1 göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən təqdim edilmiş 21 fevral 2023-cü il tarixli monitorinq aktı və 02 mart 2023-cü il tarixli 77497 №-li aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu, Digah кəndi ərazisində "xxxx" MMC-nin mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaq sahələrində bitmiş 25300 manat dəyərində köküstə yaş, göyrüş cinsinə mənsub dıametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm olmaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametric г 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd, 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacların və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolların kürəmə işləri aparılma yolu ilə kökündən çıxarılaraq məhv edilməsi aşkar olunmuşdur. “hadisə yerinə baxış keçirilməsi barədə” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu, Digah кəndi ərazisində "xxxx" MMC-nin mülkiyyətində olan kənd təsərüfatı təyinatlı torpaq sahələrində bitmiş 25300 manat dəyərində köküstə yaş, göyrüş cinsinə mənsub dıametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm olmaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametric г 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd, 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacların və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolların kürəmə işləri aparılma yolu ilə kökündən çıxarılaraq məhv edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (məhkəmə-əmtəəşünaslıq ekspertizası) 17 noyabr 2023-cü il tarixli 9/8517 №-li rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus, Quba rayonu, Digah kəndi ərazisində yerləşən torpaq sahəsində köküstə yaş, göyrüş cinsinə mənsub diametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm oımaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametrləri 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub, diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd. 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacların və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 25900,0 manat olaraq müəyyən edilmişdir. Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməsələr də, onların hər birinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi ağacları və kolları qanunsuz kəsərək təbiətə külli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 259.3-ci maddəsilə nəzərdə tutulan cinayət əməllərini törətmələri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən foto material və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 259.3-cü maddəsinə əsasən, bu Məcəllənin 259.1-ci və ya 259.2ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Hüquq ədəbiyyatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsi şərh edilərkən göstərilir ki, qanunsuz kəsmə dedikdə, qoruyucu, sanitariyagigiyena və sağlamlaşdırma funksiyasını yerinə yetirən meşələrdən, qoruq və digər meşələrdən, milli və ya təbii parklardan ağacın, kolun müvafiq icazə olmadan, yəni meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsi, meşəqırma bileti və ya orderi, yaxud meşə bileti olmadan kökündən ayrılması başa düşülür. Qanunsuz kəsmənin üsulları müxtəlif ola bilər: qırma, mişarlama, kökündən çıxarma, baltalama və s. Müvafiq icazə (meşəqırma bileti, order, meşə bileti və s.) olsa da, ağac və ya yol kəsmə zamanı bu icazənin şərtlərinə, yəni ağac və ya kol kəsmək üçün ayrılmış xüsusi sahəyə və ya ağac (kol) qırmanın həcminə, kəsilən ağacların, kolların cins tərkibinə, yaşına və digər əlamətlərinə riayət edilməməsi qanunsuz ağac kəsmə kimi tövsif olunur. CM-in 259-cu maddəsinin dispozisiyasına görə, qanunsuz ağac kəsmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Xeyli miqdarda ziyan qiymətləndirici anlayışdır. Buna görə də şərh olunan cinayətin törədilməsi nəticəsində vurulan ziyanın xeyli miqdarda olub-olmaması məhkəmə tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların və ya kolların cins tərkibi, yaşı, məhsuldarlığı, mühitqoruyucu rolu, miqdarı, ekoloji, estetik əhəmiyyəti, nadir və nəsli kəsilmək üzrə olan növdən olub-olmaması və digər əlamətləri nəzərə alınmaqla müəyyən edilir. Təhlil olunan cinayət qanunsuz olaraq ağacların və ya kolların kəsilməsi nəticəsində xeyli miqdarda ziyan vurulduğu andan başa çatmış hesab edilir. Şərh olunan cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar qoruyucu, sanitariya-gigiyena və sağlamlaşdırma funksiyasını yerinə yetirən meşələrdə, qoruq meşələrində, milli və ya təbii parklarda ağacları və ya kolları qanunsuz olaraq kəsdiyini və bunun xeyli miqdarda ziyan vuracağını qabaqcadan görür və bunları arzu edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Eyni zamanda ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından yaşıllıqların mühafizəsi ilə bağlı qaydalara həm fərdlər, həm də səlahiyyətli orqanlar tərəfindən ciddi riayət edilməlidir. Qeyd olunmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmiş Torpaq Məcəlləsi ilə Azərbaycan Respublikasının vahid torpaq fondu və tərkibinə daxil olan torpaqların kateqoriyaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. Qanunvericiliklə yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunduğundan, həmin torpaqlarda xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqların (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar), habelə məhdud istifadəli yaşıllıqların (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) olması istisna edilməmişdir. Bu baxımdan Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışının geniş məzmunda təfsir edilməklə “yaşayış məntəqələrinin torpaqları” anlayışı ilə eyniləşdirilməsi doğru hesab edilə bilməz. Kənd təsərrüfatı təyinatlı torpaqların (pay torpaqlarının) Cinayət Məcəlləsinin qeyd edilən normasının təsir dairəsinə düşüb-düşməməsi məsələsinə gəlincə isə göstərilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Qanunla müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 14-cü maddəsinə görə, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Özəlləşdirilən torpaqlarda könüllülük əsasında müxtəlif təsərrüfat formalarının seçilməsinə təminat verilir və onların fəaliyyətinə bərabər şərait yaradılır (“Torpaq islahatı haqqında” Qanunun 16-cı maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “kənd təsərrüfatı bitkiləri” anlayışı qanunvericilikdə müəyyən edilməsə də, nəzəriyyədə kənd təsərrüfatı bitkiləri əsasən ərzaq məhsulları, texniki xammal və heyvandarlıq üçün yem əldə etmək məqsədi ilə becərilən mədəni bitkilər kimi qəbul olunur. Mədəni bitkilər isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formalarıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın 1 nömrəli əlavəsində kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin siyahısı müəyyən edilmiş və bu siyahıya buğda, çəltik, arpa, pambıq, eləcə də üzüm, çay və s. kimi çoxillik əkmələr aid edilmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pay şəklində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaqlarda məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3-cü maddəsi ilə isə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) həmin Qanunun tətbiq dairəsinə daxil olmadığı müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi (götürülməsi) Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.” Beləliklə məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm ibtidai istintaqa verdiyi, həmdə məhkəmə iclasında vermiş olduğu ifadələrində "xxxx" MMC-yə məxsus, Quba rayonu, Digah kəndi ərazisində yerləşən torpaq sahəsində köküstə yaş, göyrüş cinsinə mənsub diametrləri 4 sm olmaqla 36 ədəd, 5 sm olmaqla 15 ədəd, 6 sm olmaqla 28 ədəd, 7 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 9 ədəd, 9 sm olmaqla 6 ədəd, 10 sm olmaqla 9 ədəd, 12 sm oımaqla 7 ədəd, 13 sm olmaqla 1 ədəd, 14 sm olmaqla 3 ədəd, 20 sm olmaqla 3 ədəd, cəmi 131 ədəd və palıd cinsinə mənsub diametrləri 4 sm olmaqla 14 ədəd, 8 sm olmaqla 3 ədəd, 9 sm olmaqla 1 ədəd, 10 sm olmaqla 2 ədəd, 12 sm olmaqla 2 ədəd, 13 sm olmaqla 2 ədəd, 14 sm olmaqla 2 ədəd, cəmi 26 ədəd və qarağac cinsinə mənsub, diametrləri 11 sm olmaqla 3 ədəd, 14 sm olmaqla 1 ədəd. 16 sm olmaqla 1 ədəd, cəmi 5 ədəd, ümumilikdə isə 162 ədəd ağacların və yemişan cinsinə mənsub köküstə 117 ədəd yaş kolların kökündən çıxartdıqlarını etiraf etmiş, lakin bunun cinayət tərkibi yaratmadığını bildirmişlər. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda iddia edirlər ki, ağac və kolları çıxarmamışdan əvvəl müvafiq instansiyalara müraciətlər etmişlər, lakin müsbət nəticə əldə etmədikləri üçün özləri qərar verərək ağac qırma icazəsi olmadan ağac və kolları traktorla təmizlətmişlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında təvsir olunanlara əsasən vurğulayır ki, "xxxx" MMC-yə məxsus, Quba rayonu, Digah kəndi ərazisində yerləşən torpaq sahəsi MMC-nin xüsusi mülkiyyətndə olsa da, iş materiaalrına əlavə edilmiş sənədlərdən göründüyü kimi, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və məhv edilən ağac və kollar CM-nın 259-cu maddəsinin “Qeyd” hissəsində əksini tapan “kənd təsərrüfatı bitkiləri” anlayışının təsiri altına düşmür. Başqa sözlə, həmin bitkilərin yerindən çıxarılması ilə bağlı MMC müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və yalnız yaşıllıqların götürülməsinə dair rəy (yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmaqla, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmaqla, müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməklə) alındıqdan sonra rəydə göstərilənlərə riayət etməklə tədbirlər görməli idi. Məhkəmə baxışı zamanı isə müəyyən edilir ki, təqsirləndirilən şəxslər ilkin müraciətlər etsələr də, sözügedən rəyi əldə etmədən yuxarıda göstərilən yaşıllıqları məhv etmiş və təbiətə külli miqdarda ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-ci maddəsinə əsasən Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurması qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 07 noyabr 2023-cü il tarixli 1331 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və bir azyaşlı uşağı vardır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 07 noyabr 2023-cü il tarixli 1332 №-li arayışdan və xasiyyət, amədən görünür kı, Təqsirləndirilən şəxs1 Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatda olub yaşayır, evıidir və üç azyaşlı uşağı vardır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 – hər birinə, Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza əsas və Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan qurumlarda müəyyən müddətdə rəhbər vəzifə tutma hüququndan məhrumetmə əlavə cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə əsas cəza və Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan qurumlarda müəyyən müddətdə rəhbər vəzifə tutma hüququndan məhrumetmə əlavə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi məhkəməyə mülki iddia verərək, təqsirləndirilən şəxslərdən təbiətə vurulmuş zərərin əvəzi olaraq 25300 manat pulun tutularaq İdarənin bank hesabına köçürülməsini xahiş etmişdir. Mülki iddiaçının nümayəndəsi məhkəmədə mülki iddiadı müdafiə edərək tam təmin edilməsini xahiş etdi. Mülki cavabdehlər isə mülki iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə təqsirləndirilən şəxslərə verilən ittiham üzrə ittiham hökmü çıxaracağını və mülki iddianın məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlinin törədilməsində təqsirli bilindikləri üçün, bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada mülki iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən təqdim edilmiş 21 fevral 2023-cü il tarixli monitorinq aktı və 02 mart 2023-cü il tarixli 77497 №-li aktından göründüyü kimi, təbiətə vurulmuş zərərin məbləği 25300 manat müəyyən edilmişdir. həmin məbləin ödənilməsini də mülki iddiaçı tələb edir. Lakin, iş üzrə keçerilmiş ekspertizanın rəyində məhv edilmiş ağac və kolların dəyəri 25900 manat təşkil etmiş və həmin məbləğdə iş üzrə verilən ittihamlarda öz əksini tapmışdır. Lakin, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin mülki iddiası təmin edilməli, 25300 (iyirmi beş min üç yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X4 Agentliyindəki hesabına köçürülməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə verilən ittihamda cinayət hadisəsinin baş vermə tarixi və təqsirləndirilən şəxslərin vəzifəsi qeyd olunmamışdır. Məhkəmə istintaqı zamanı iş materiallarından və tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, qeyd olunan cinayət hadisəsi 2023-cü ilin fevral ayında baş vermiş, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru, Təqsirləndirilən şəxs1 isə "xxxx" MMC-də sahə rəisi kimi çalışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə hesab etmişdir ki, həmin halların aradan qaldırılması mümkün olduğundan, həmin müddəalar təqsirləndidilən şəxslərə verilən ittihama daxil edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən kommersiya fəaliyyəti ilə məşğul olan qurumlarda 01 (bir) il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən kommersiya fəaliyyəti ilə məşğul olan qurumlarda 01 (bir) il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin mülki iddiası təmin edilsin, 25300 (iyirmi beş min üç yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X4 Agentliyindəki hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X9 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 1422330, Büdcə səviyyə kodu: 1) köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar